Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2077/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh ləğv prosesində olan “xxxx” KB QSC-yə qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh ləğv prosesində olan “xxxx” KB QSC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən ona ödədiyi 230000 manat pulun alınaraq iddiaçıya ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Əminə Abbasova) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmışdır. Iddiaçı qərardaddan şikayəti verərək qərardadın ləğv edilməsini, ərizənin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qrardadla şikayət təmin olunmamış,baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Prosessual məsələlər: Işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş müvəqqəti təminat tədbiri barədə ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə ## ### 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. Göstərilən daxili və beynəlxalq hüquq normalarının mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurizdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Iddia ərizəsindən görünür ki, iddia tələbi cavabdeh kimi ləğv prosesində olan “xxxx” KB QSC-yə qarşı yönəlmiş, Əmanətlərin Sığortalanması Fondu isə bankın ləğvedicisi kimi göstərilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, ləğv prosesində olan bankın bank fəaliyyəti üzrə lisenziyasının ləğv edilməsi onun hüquqi şəxs kimi mövcudluğuna avtomatik olaraq xitam vermir. Hüquqi şəxs yalnız qanunla müəyyən edilmiş qaydada ləğvetmə proseduru başa çatdıqdan və dövlət reyestrindən çıxarıldıqdan sonra hüquq qabiliyyətini itirir. Bu səbəbdən ləğv prosesində olan bank hüquqi şəxs statusunu saxlayır, mülki hüquq münasibətlərinin iştirakçısı olaraq qalır və ona məxsus hüquq və vəzifələrin daşıyıcısı olmaqda davam edir. Ləğvetmə mərhələsində bankın fəaliyyətinin məqsədi artıq bank xidmətlərinin göstərilməsi deyil, onun əmlakının idarə olunması, kreditor tələblərinin müəyyən edilməsi və ödənilməsi, habelə qalan əmlakın qanunvericiliyə uyğun bölüşdürülməsindən ibarətdir. Bu mərhələdə bankın idarə edilməsi səlahiyyətləri ləğvediciyə keçdiyindən, bank məhkəmələrdə və digər hüquq münasibətlərində ləğvedici vasitəsilə təmsil olunur. Bununla belə, tərəf qismində çıxış edən yenə bankın özü hesab edilir. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən qeyd etmişdir ki, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı Baki şəhəri, Nəsimi rayonu, Bülbül pr., ev 40 ünvanında yerləşir. Bu səbəbdən iddia ərazi aidiyyəti üzə düzgün verilməmişdir. Iddiaçı həmin qərardaddan verdiyi şikayətdə göstərmişdir ki, iddia Fonda qarşı deyil, banka qarşı iddia qaldırmışdır. Bundan başqa, Fond ləğvedici kimi ona ünvanladığı məktubda ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16 kimi qeyd etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddianın “xxxx” KB QSC-yə, yoxsa Əmanətlərin Sığortalanması Fonduna qarşı qaldırılıb-qaldırılmamasını dəqiqləşdirmədən və buna uyğun olaraq ərazi aidiyyətini müəyyən etmədən iddia ərizəsini qaytarmışdır. Halbuki, iddiaçı şikayətin dəlillərində bunu açıq göstərmiş, lakin birinci instansiya məhkəməsi həmin dəlillərə ümumiyətlə əhəmiyyət verməmiş, əvvəlki qərardadını dəyişdirmədən saxlamaqla kifayətlənmişdir. “Hadjanastassiou Yunanıstana qarşı” işdə (para. 33) Avropa Məhkəməsi qeyd etmişdir ki, “Razılığa gələn Dövlətlər öz məhkəmə sistemlərinin 6-cı maddənin tələblərinə uyğun olmasını təmin etmək üçün uyğun vasitələrin seçimində əhəmiyyətli azadlığa malikdirlər (art.6). Bununla belə, yerli məhkəmələr qərarlarının istinad etdiyi əsasları kifayət qədər aydın şəkildə göstərməyə borcludurlar” “Wagner və J.M.W.L. Lüksenburqa qarşı” işdə (para. 96) Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, ... baxmayaraq ki, məhkəmələrdən tərəfin hər bir rədd edilən arqumentinin səbəblərinin açıqlanması tələb oluna bilməz ... buna baxmayaraq onlar bu tərəfin irəli sürdüyü əsas arqumentləri zəruri qaydada təhlil etmək və onlara cavab vermək öhdəliyindən azad edilməmişdir. Bundan əlavə belə müraciətlər Konvensiya və onun Protokolları ilə təmin olunan hüquq və azadlıqlara aiddirsə, yerli məhkəmələr onları xüsusi diqqət və qayğı ilə nəzərdən keçirməlidirlər” “Saliba Maltaya qarşı” işdə (para. 64) Avropa Məhkəməsi qeyd etmişdir ki, yerli məhkəmə orqanlarının sübutların qiymətləndirilməsi və onlardan hansının uyğun və qəbuledilən olmasına qərar verilməsi səlahiyyətinin olduğu qədul edilsə də, Məhkəmə bir daha vurğulayır ki, 6-cı Maddə məhkəmənin tərəflərin təqdim etdiyi təqdimatları, arqumentləri və sübutları lazımi qaydada qiymətləndirmək vəzifəsini müəyyən edir” Beləliklə, qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından və həmin pozuntular düzgün olmayan qərardadın çıxarılması ilə nəticələndiyindən, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizənin mümkünlüyü (icraata qəbul) məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi ərizənin mümkünlüyü məsələsinə MPM-in 151.2-ci maddəsinə əsasən buna müvafiq zərurət yarandığı təqdirdə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxa bilər. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Iddiaçı İddiaçı cavabdeh ləğv prosesində olan “xxxx” KB QSC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kreditor qismində tanınması və pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin olunsun. Iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin, iş iddia ərizəsinin mümkünlüyü (icraata qəbul) məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-2077/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2077/2026
26.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver