Məhkəmə qərarları › İş №2(3-6)-2100/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2100/2026

11.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2100/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İbrahim qızının cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı iş üzrə Açar sözlər: əsassız hesablanmış borcun silinməsi Hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, İddiaçı İddiaçı İbrahim qızının iştirakı ilə, İddiaçı İddiaçı İbrahim qızının cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi hazırda iddiaçı İddiaçı İbrahim qızının (bundan sonra iddiaçı) istifadə və sahibliyindədir. Onu əri X4 ilə cavabdeh Cavabdeh İstehsalat Birliyi (bundan sonra cavabdeh) arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə *************** nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitələri (PQ-4)(1/1) istifadə edilir.

2. Cavabdehin əməkdaşları tərəfindən 2017-ci ilin #### ##20-ci ilin may ayları ərzində həyata keçirilən yoxlama zamanı həmin ünvan üzrə 20 dəfə təbii qazdan sayğacdan kənar, qeyri-qanuni xətt vasitəsilə istifadə edilməsi müəyyən edilmişdir. Bununla bağlı ##.##.2017-ci il tarixdə ******* saylı, ##.##.2017-ci il tarixdə ******* saylı, ##.##.2017-ci il tarixdə ******* saylı, ##.##.2018-ci il tarixdə ******* saylı, ##.##.2018-ci il tarixdə ******* saylı, ##.##.2018-ci il tarixdə ******* saylı, ##.##.2019-cu il tarixdə ******* saylı, ##.##.2019-cu il tarixdə ******* saylı, ##.##.2019-cu il tarixdə ******* saylı, ##.##.2019-cu il tarixdə ******* saylı, ##.##.2019-cu il tarixdə ******* saylı, ##.##.2019-cu il tarixdə 0235122, ##.##.2019-cu il tarixdə ******* saylı, ##.##.2019-cu il tarixdə ******* saylı, ##.##.2019-cu il tarixdə ******* saylı, ##.##.2019-cu il tarixdə ******* saylı, ##.##.2020-ci il tarixdə ******* saylı, ##.##.2020-ci il tarixdə ******* saylı, ##.##.2020-ci il tarixdə, ******* saylı, ##.##.2020-ci il tarixdə ******* saylı aktlar tərtib edilmişdir. Həmin 20 akt üzrə qəbul edilmiş “Dəymiş ziyanın bərpasına dair tələbnamə”lərə əsasən ümumilikdə 4.063,20 manat məbləğində cərimə (zərər) hesablanaraq, onun abonent hesabına daxil edilmişdir. Tərtib edilmiş aktlar cavabdehin əməkdaşları tərəfindən imzalanmış, eyni zamanda, aktlarda X4 onları imzalamaqdan imtina etməsi barədə qeyd edilmişdir.

3. X4 xroniki böyrək xəstəliyi səbəbi ilə ##.##.2019-cu il tarixdə ölmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı İddiaçı İbrahim qızı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, "Azəriqaz” İstehsalat Birliyi tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu 100469615200001 olan sayğaca qanunsuz olaraq hesablanmış 6.101,48 manat borcun silinməsi və cavabdehlə onun arasında yeni alqı-satqı müqaviləsinin bağlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini işin yuxarıda göstərilmiş faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Əsassız olaraq tərtib edilmiş aktlara əsasən itirilmiş 24.972 m3 qaza görə ümumilikdə 6.101,48 AZN manat məbləğində cərimənin ödənilməsi öhdəsinə qoyulmuşdur. Cavabdeh tərəfindən ona əsassız olaraq bu qədər akt tərtib olunmuşdur. Əgər qaz sayğacına hər hansı müdaxilə olunmuşdursa, nəyə görə akt tərtib olunduqdan sonra qazdan istifadəyə məhdudiyyət qoyulmamışdır. Sayğaca baxış keçirilərkən və aktlar tərtib olunarkən ona və ailə üzvlərinə heç bir xəbərdarlıq edilməmiş və rəsmi məlumat verilməmişdir. Həmin aktlarda göstərilən nöqsanlar tamamilə əsassızdır. Sayğaca o və ya ailə üzvləri heç vaxt müdaxilə etməmiş, ümumiyyətlə toxunmamışlar. Sayğac fərdi yaşayış evinin çöl hissəsində quraşdırılmışdır. Hər gün ətrafından yüzlərlə insan keçir, çöldə quraşdırılmış sayğacın təhlükəsizliyinə və texniki nasazlığına görə o və ya ailəsi hər hansı bir məsuliyyət daşımamalıdır. Onu da qeyd edir ki, məsələ ilə bağlı cavabdehə yazılı qaydada müraciət etsə də, mübahisənin həlli mümkün olmamışdır. Həmçinin, 100469615200001 abonent kodlu sayğac mərhum ərinin adınadır və bu səbəbdən də, qazdan istifadəyə dair yeni alqı-satqı müqaviləsi bağlanılaraq, sayğac onun adına keçirilməlidir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, *************** saylı abonentə Cavabdeh İB tərəfindən 2017-ci ilin mart ayından 2020-ci ilin may ayınadək qalıq və aktalar üzrə hesablanmış 3.771,6 manat borc və 2020-ci ilin may ayında hesablanmış 1.132,09 manat borc silinmişdir. (hakim X1)

7. Məhkəmə 2017-ci ilin mart ayından 2020-ci may ayınadək tərtib edilmiş aktlar əsasında cəmi hesablanmış 4.063,20 manat borcun silinməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, sözügedən aktlarda istehlakçının imzasının olmadığını, dolayısı ilə ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən aktların düzgünlüyünə şübhə yaradır. Belə olan halda, abonentə təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində iddiaçıya yalnız ilk akt üzrə - ******* nömrəli ##.##.2017-ci il tarixli akt üzrə yazılmış borc istisna olmaqla digər aktlar üzrə yazılmış borc silinməlidir. Lakin məhkəmə sözügedən akta əsasında istehlakçıya hesablanmış borcunun şişirdilmiş olduğuna dair dəlilini inandırıcı sayır. Belə ki, qeyd olunan aktda itirilmiş qazın həcminin 2916 kubmetr olduğu müəyyyən olunmuş, 2916 kubmetrin hər kubmetri tərəflər arasında bağlanan “Qaz alqı-satqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0.10 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği 291,60 manat təşkil edir.

8. Məhkəmə hesab etmişdir ki, sözügedən akt üzrə yazılmış 583,20 manatın 291,60 manat olan hissəsi silinməlidir. Beləliklə məlum olur ki, istehlakçıya 2017-ci ilin mart ayından 2020-ci ilin may ayınadək tərtib edilmiş aktlar əsasında yazılmış 4.063,20 manat borcun 3.771,60 manat hissəsi silinməlidir. Bundan sonra məhkəmə istehlakçıya məxsus saldoya əsasən 2020-ci ilin may ayında istehlakçıya hesablanmış 1.132,09 manat borca münasibət bildirərək qeyd etmişdir ki, sözügedən borcun yaranma əsasları məhkəmə iclasında müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir.

9. Bundan sonra, məhkəmə iddia tələbinin (6.101,48 - 4.063,20 - 1.132,09 = 906,19 manat) 906,19 manat borcun silinməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, sözügedən borc sərfiyyat borcu olduğundan iddia tələbi həmin hissədə təmin edilə bilməz.

10. Məhkəmə onu da qeyd etmişdir ki, 2012-ci ildə istehlakçıya qalıq və aktlar üzrə 172,80 manat borc hesablansa da, istehlakçıya məxsus saldodan müəyyən edilir ki, istehlakçının sözügedən akt üzrə hesablanmış borcu ödəmişdir və hazırda sözügedən akt üzrə yazılmış cərimə mübahisə predmenti deyildir.

11. Bundan sonra məhkəmə iddia tələbinin tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması hiissəsinə münasibət bildirərək qeyd etmişdir ki, müqavilə bağlanması tərəflərin azad iradə ifadəsi olduğundan tərəflərdən hər hansı birinin müqavilə bağlanmasına məcbur edilməsi qanunvericiliyin tələblərinə ziddir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı, 1096cı, 1097-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci, 88-ci, 119.1-ci, 217.4-cü, əvvəlki redaksiyada olan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci, 13.8-1-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4,2-ci, 4.8-4.9cu, 6.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh Cavabdeh İstehsalat Birliyi qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” tələbnamə təsdiq edilmişdir. Həmin tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda, məhkəmə iddia tələbini qismən təmin edərək, səhv nəticəyə gəlmiş, qismən əsassız qətnamə qəbul etmişdir. Məhkəmə sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə olmasaydı, məhkəmə iddia tələbinin rədd ediməsini qət edərdi. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir. İddiaçıya aid olan 100469615200001 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” ## #### 2000-ci il tarixli *** saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdeh İstehsalat Birliyinə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerji daşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır. “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” ## ###### 2009-cu il tarixli *** saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tapşırılmışdır ki, təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Bildirilir ki, iddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh İstehsalat Birliyinin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdi ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, məhkəmənin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Beləliklə məhkəmənin mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticə qismən işin hallarına uyğun olmamışdır.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iddiaçı İddiaçı İbrahim qızı apellyasiya şikayətini qəbul etməmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən cavabdeh Cavabdeh İstehsalat Birliyi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar; Tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

19. Münasibətlər yaranan zaman qüvvədə olan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni dəyişdirə bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

21. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

22. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: əvvəlki redaksiyada 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; əvvəlki redaksiyada 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş olunsa da, hüquqi nəticə etibarı ilə qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi əsassız hesablanmış borcun məbləğini düzgün müəyyən etməmiş, həmçinin cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulmalı olan dövlət rüsumunun məbləğini göstərməmişdir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə hazırda iddiaçının istifadəsində olan abonent hesabından silinən borcun məbləği hissəsində dəyişdirilməli, eyni zamanda, silinən məbləğə uyğun olaraq cavabdehdən dövlət büdcəsinin xeyrinə dövlət rüsumu tutulmalıdır.

27. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur.

28. Bu səbəbdən istehlakçının təbii qazdan sayğacdan kənar, qanunsuz qoşulma yolu ilə istifadə etməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halın rəsmiləşdirilməsini, o cümlədən pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın məhz istehlakçının iştirakı ilə tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Buna baxmayaraq, istehlakçının iştirakının təmin edilməsinin mümkün olmaması, habelə istehlakçının aktı imzalamaqdan real olaraq imtina etməsi və ya istehlakçının özünün pozuntuya yol verməməsi mövqeyindən çıxış etməsi də istisna deyil. Bu baxımdan yalnız belə bir akta əsaslanan rəsmiləşdirmə etibarlı, buna uyğun olaraq, istehlakçıya hesablanmış zərər məbləği isə əsaslı hesab edilə bilməz. Nəticə etibarı ilə cavabdehin əməkdaşları yalnız aktın tərtib edilməsi ilə kifayətlənməməli, qanunsuz qoşulma halını təsdiq edən sübutların (məsələn, fotoşəkillərin çəkilməsi, çəkilişin aparılması, sayğacın laboratoriya şəraitində müayinə olunması və sair) əldə edilməsi üçün tədbirlər görməli, habelə real sərfiyyatın müəyyən edilməsi baxımından abonentin saldo məlumatlarını araşdırmalı, təbii qazla işləyən cihazları, habelə əhəmiyyəti olan digər halları müəyyən etməlidir.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi hazırda iddiaçının istifadə və sahibliyindədir. Onu əri X4 ilə cavabdeh Cavabdeh İstehsalat Birliyi (bundan sonra cavabdeh) arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə *************** nömrəli abonent kodu verilmişdir. Həmin şəxs kardiogen xroniki böyrək xəstəliyi səbəbi ilə ##.##.2019-cu il tarixdə ölmüş, bundan sonra qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının istifadə və sahibliyinə keçmişdir. Cavabdehin əməkdaşları tərəfindən 2017-ci ilin mart - 2020-ci ilin may ayları ərzində həyata keçirilən yoxlama zamanı həmin ünvan üzrə 20 dəfə təbii qazdansayğacdan kənar, qeyri-qanuni xətt vasitəsilə istifadə edilməsi müəyyən edilmişdir. Bununla bağlı 20 ədəd akt tərtib edilmişdir. Həmin aktlar üzrə qəbul edilmiş “Dəymiş ziyanın bərpasına dair tələbnamə”lərə əsasən ümumilikdə 4.063,20 manat məbləğində cərimə (zərər) hesablanaraq, onun abonent hesabına daxil edilmişdir.

30. Hazırda iddiaçı aktların əhatə etdiyi dövr ərzində həmin ünvan üzrə təbii qazdan sağyacdan kənar, qeyri-qanuni xətt vasitəsi ilə istifadə edilmədiyini, tərtib edilmiş aktlar üzrə qəbul edilmiş tələbnamələrlə ümumilikdə 6.101,48 manat məbləğində zərərin (cərimənin) əsassız olaraq hesablandığını iddia edir və bu məbləğin silinməsini tələb eidr. 31 Lakin iddiaçı öz mövqeyini sübuta yetirə bilmir. Cavabdeh isə iddia ilə razılaşmır və qeyd edilən ünvan üzrə göstərilən dövr ərzində təbii qazdan qanunsuz (xətt) qoşulma vasitəsi ilə istifadə edildiyini bildirir və öz mövqeyinin təsdiqi olaraq aktlar, onların əsasında qəbul edilmiş tələbnamələr, habelə fotoşəkillər təqdim edir, eyni zamanda, abonent məlumatlarına (abonentin saldosuna) istinad edir. Qeyd edilən müddət ərzində həmin ünvanda fasiləsiz şəkildə yaşayışın olması işin mübahisəsiz halıdır. Lakin abonentin saldosuna əsasən aktların tərtib edildiyi bütün dövr ərzində təbii qazın sərfinin məbləği sıfra (0) bərabər olmuşdur. Bu da öz növbəsində belə qənaətə gəlməyə əsas verir ki, həmin ünvan üzrə bütün bu müddət ərzində təbii qazdan sayğacdan kənar, qeyri-qanuni xətt vasitəsi ilə istifadə edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırda iddiaçının istifadəsində olan ev üzrə təbii qazdan sayğacdan kənar, qeyri-qanuni xətt vasitəsi ilə istifadə edilməsi nəticəsində cavabdehə vurulmuş real zərərin məbləği abonent hesabından silinə bilməz və həmin məbləğ ödənilməlidir.

32. Məhkəmə kollegiyası iddia üzrə silinməsi tələb edilən ümumi məbləğlə bağlı qeyd edir ki, 2017-ci ilin mart - 2020-ci ilin may aylarını əhatə edən dövr ərzində təbii qazdan sayğacdan kənar, qeyri-qanuni xətt vasitəsi ilə istifadə edilməsi əsası ilə tərtib edilmiş 20 akt üzrə ümumilikdə 4.063,20 manat məbləğində cərimə hesablanmaqla, abonent hesabına daxil edilmişdir. Bununla belə, iddiaçının iddia üzrə silinməsi tələb etdiyi 6.101,48 manat cərimənin həmin dövr ərzində hesablanması (yaranması) məbləğ və nəticə etibarı ilə öz təsdiqini tapmır. Başqa sözlə, iddiaçının istifadə və sahibliyində olan ünvan üzrə abonent hesabına həmin müddət ərzində 6.101,48 manat deyil, ümumilikdə 4.063,40 manat məbləğində cərimə hesablanmışdır. Məhz həmin məbləğdə cərimənin əsassız hesablanıb-hesablanmamasına hüquqi qiymət verilməli idi.

33. Lakin birinci instansiya məhkəməsi 2017-ci ilin mart - 2020-ci ilin may aylarını əhatə edən dövr ərzində məhz 4.063,20 manat məbləğində zərərin hesablanması ilə razılaşsa da, həmin hissədə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməyərək, habelə iş materiallarında olan sübutların qiymətləndirilməsində səhvə yol verərək, həmin ünvan üzrə yalnız ##.##.2017-ci il tarixli akt və onun əsasında qəbul edilmiş tələbnamə (qərar) ilə hesablanmış 583,20 manat cərimə məbləğinin 291,60 manat hissəsini zərər məbləği kimi qiymətləndirmiş və bunun nəticəsi olaraq cavabdehə cəmi 291,60 manat məbləğində zərərin vurulması qənaətinə gəlmişdir. Qalan bütün məbləği, habelə iddia üzrə silinməsi tələb edilməyən və abonentin saldosunda göstərilən 1.132,09 manat məbləğini əsassız olaraq hesablanmış cərimə məbləği kimi qymətləndirməklə silmiş, yaranmış fərq məbləği olan (6.101,48 – 4.063,20 – 1.132,09 = 906,19) 906,19 manat pulu isə sərfiyyat borcu kimi qiymətləndirməklə, iddianı həmin hissədə təmin etməmişdir.

34. Məhkəmə kollegiyası qətnamənin yoxlanılan hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və cavabdeh tərəfindən tərtib edilmiş ümumilikdə 20 akt və onlar əsasında qəbul edilmiş tələbnamələrlə bağlı qeyd edir ki, həmin aktlar üzrə qəbul edilmiş tələbnamələrlə vurulmuş zərər (itilmiş qazın həcmi) fərqli fərqli qaydada hesablanmışdır.

35. Belə ki, bir sıra hallarda hesablama fəsildən və aydan asılı olmayaraq 24 saat üzrə aparılmışdır. Halbuki, bütün bu cihazların günlük iş rejiminin 24 saat üzrə hesabatının aparılması ümumiyyətlə anlaşılmazdır. Belə ki, bu cihazların hər birinin həm adi şəraitdə, həm də müxtəlif səbəblərdən (məsələn, sakinlərin 24 saat ərzində evdə olmaması, habelə gecə vaxtlarında yatmaları səbəbindən cihazları söndürməsi və sair), həm də təyinatına görə (məsələn, qaz plitəsinin təyinatı yemək hazırlamaq və ya qızdırmaq, su qaynatmaqdan ibarətdir, buna ehtiyac olmayanda qaz plitəsinin istifadəsinə də hər hansı ehtiyac yoxdur) 24 saat işlək vəziyyətdə saxlanılması mümkün deyil. İlin isti ayları olan iyun, iyul, avqust və sentyabr, nisbətən isti ayı hesab olunan may və oktyabr ayları üzrə dəmir sobanın nəinki günlük iş rejiminin 24 saat üzrə, ümumiyyətlə 1 dəqiqə belə, hətta ödənişsiz əsaslarla da istifadə edilməsinə hər hansı ehtiyac olmur.

36. Bundan başqa, bir sıra aktlar üzrə qəbul edilmiş tələbnamələrdə təbii qazın 1 m3 həcmi 0,10 manatdan, bir sıra aktlarda isə 0,20 manatdan hesablanmışdır. Nəticədə müxtəlif illərdə tərtib edilmiş, lakin eyni dövrü əhatə edən aktlar əsasında qəbul edilmiş tələbnamələrdə hesablama müxtəlif sayda cihazlar, fərqli orta günlük iş rejimi üzrə aparılmış, 1 m3 təbii qazın dəyəri müxtəlif məbləğlər üzrə hesablanmışdır. Məsələn, 2019-cu ilin mart ayı üzrə 142,20 manat, may ayı üzrə isə 32,40 manat, 2020-ci ilin mart ayı üzrə isə artıq 295,20 manat, may ayı üzrə isə 244,80 manat, yəni müvafiq olaraq təxminən 2 dəfə və 9 dəfə çox zərər məbləği hesablanmışdır.

37. Qeyd edilənlər öz növbəsində aktlar və onun əsasında qəbul edilmiş tələbnamələrdə əks olunmuş məlumatların mötəbərliyini, aparılmış hesablamanın isə düzgünlüyünü şübhə altına alır. Bu səbəbdən məhkəmə kollegiyası tərtib edilmiş aktlar üzrə qəbul edilmiş tələbnamələrdə aparılmış hesablamanı müqayisəli şəkildə təhlil edib, belə qənaətə gəlir ki, hazırda iddiaçının istifadə və sahibliyində olan fərdi yaşayış evində təbii qazdan sayğacdan kənar, qeyri-qanuni xətt vasitəsi ilə istifadə edilməsi nəticəsində vurulmuş zərər məbləği 2019cu il üzrə tərtib edilmiş aktlar və onların əsasında qəbul edilmiş tələbnamələr əsas götürülməli, eyni zamanda, hər bir akt üzrə hesablama yalnız 30 gün üzrə aparılmalıdır. Belə olan halda, ilin soyuq və nisbətən soyuq ayları olan yanvar, fevral, mart, aprel, noyabr və dekabr ayları üzrə vurulmuş zərər məbləği qismində 142,20 manat, isti və nisbətən isti ayları olan may – oktyabr ayları üzrə isə 32,40 manat götürülməlidir. Hər bir halda, 2019-cu ildə cavabdeh özü bu məbləğləri əsas götürmüşdür.

38. Bununla belə, məhkəmə kollegiyası iddiaçının istifadə və sahibliyində olan ünvan üzrə təbii qazın sayğacdan kənar, qeyri-qanuni xətt vasitəsi ilə istifadə edilməsi nəticəsində vurulmuş zərərin məhz həmin məbləğlər əsas götürülməklə hesablanmasını qanuni hesab edir və aktların əhatə etdiyi dövrün 10 ayını soyuq və nisbətən soyuq, 10 ayını isə isti və nisbətən isti aylar olmasını nəzərə alıb belə qənaətə gəlir ki, təbii qazdan sayğacdan kənar, qeyri-qanuni xətt vasitəsi ilə istifadə edilməsi nəticəsində cavabdehə ((142,20 x 10) 1.422 manat + (32,40 x 10)) 324 manat = 1.756) 1.756 manat məbləğində zərər vurulmuşdur.

39. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, hesab edir ki, 2017-ci ilin mart - 2020-ci ilin may aylarını əhatə edən dövr ərzində hazırda iddiaçının istifadə və sahibliyində olan fərdi yaşayış evində təbii qazdan sayğacdan kənar, qeyri-qanuni xətt vasitəsi ilə istifadə edilməsi nəticəsində cavabdehə ümumilikdə 1.756 manat məbləğində zərər vurulmuşdur. Bu məbləğ də həmin evin abonent hesabından silinə bilməz, həmin dövr üzrə hesablanmış qalan məbləğ, yəni (4.063,20 – 1.756 = 2.307,20) 2.307,20 manat əsassız hesablanmış məbləğ kimi həmin abonent hesabından silinməlidir.

40. Məhkəmə kollegiyası abonentin saldosunda göstərilən 1.132,09 manat pulun ayrıca olaraq hesablanmış borc məbləği olmadığını, əvvəlki dövr üzrə yaranmış ümumi borcu əks etdirən məbləğ olmaqla ödəniş və qeyri-ödəniş qrafalarında göstərilən məbləğ olduğunu nəzərə alıb, hesab edir ki, həmin məbləğ ayrıca borc məbləği kimi silinə bilməz. Bu məbləğin bir hissəsi məhkəmə kollegiyası tərəfindən əsassız hesablanmış məbləğ kimi qiymətləndirilən 2.307,20 manata daxildir.

41. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni “*************** saylı abonent hesabından silinən borcun məbləği (3.771,60 manat və 1.132,09 manat)” hissəsində dəyişdirilməli, həmin abonent hesabından ümumilikdə 2.307,20 manat məbləğində borc silinməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

42. Məhkəmə kollegiyası iddianın təmin edilmiş hissəsinin qiymətini nəzərə alıb, belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə ödənilməli olan dövlət rüsumu 43,07 manat məbləğində müəyyən edilməli və iddiaçı istehlakçı olaraq dövlət rüsumunu ödəməkdən azad edildiyindən həmin məbləğdə dövlət rüsumu cavabdeh Cavabdeh İstehsalat Birliyindən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

43. Hazırkı iş üzrə ayrı-ayrılıqda təmin edilən və edilməyən hissələrdə iddianın qiyməti (silinən və silinməyən borcun məbləği) beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: Cavabdeh Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi yoxlanılan, yəni “*************** saylı abonent hesabından silinən borcun məbləği (3.771,60 manat və 1.132,09 manat)” hissəsində dəyişdirilsin. Həmin abonent hesabından ümumilikdə 2.307,20 (iki min üç yüz yeddi manat, iyirmi qəpik) manat məbləğində borc silinsin. İddiaçı İddiaçı İbrahim qızının ödəməkdən azad edildiyi 43,07 (qırx üç manat, yeddi qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Cavabdeh İstehsalat Birliyindən tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh İstehsalat Birliyinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar