Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-211/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Tural Xəlil oğlunun katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK arasında bağlanmış ##.##.2013-cü il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivində inşa edilən yaşayış binasının IV giriş, 8-ci mərtəbəsində yerləşən, 68.6 m2 sahəsi olan *** nömrəli mənzil İddiaçı adına keçirilmiş, sonuncu mənzilin dəyəri olan 27.440 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. MTK tərəfindən verilmiş ##.##.2013-cü il tarixli arayışda mənzilin dəyərinin tam ödənildiyi göstərilmişdir.
2. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mənzil-Tikinti Kooperativi, nümayəndə2, X7, X1, X4 və Cavabdeh qarşı “müqavilələrin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi və həmin mənzildən istifadə etməsinə maneəçilik törədilməsinin qadağan edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mənzil-Tikinti Kooperativi ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında X7 ilə bağlanmış ** nömrəli müqavilənin, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mənzil-Tikinti Kooperativi ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında X1 ilə ##.##.2014-cü ildə bağlanmış ** nömrəli müqavilənin, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mənzil-Tikinti Kooperativi ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında X4 ilə ##.##.2018-ci ildə bağlanmış ** nömrəli müqavilənin, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mənzil-Tikinti Kooperativi ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında Cavabdeh ilə ##.##.2019-cu ildə imzalanmış ** nömrəli müqavilənin etibarsız hesab edilməsi, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində inşa edilən yaşayış binasının IV giriş, 8-ci mərtəbəsində yerləşən 68.6 m2 sahəsi olan *** saylı mənzilə sahiblik və istifadə hüquqlarının tanınması və həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulması, İddiaçı həmin mənzildən istifadə etməsinə maneəçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli, 2(103) ****/**** nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, apellyasiya instansiya məhkəməsinin qətnaməsi isə ilə cavabdehlər Cavabdeh və nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2021-ci il tarixli qətnaməsinin yoxlanılan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə cavabdeh nümayəndə2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
4. Bakı şəhəri Suraxanı rayon Icra şöbəsi tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra hərəkətlərinin həyata keçirilməsi ##.##.2024, ##.##.2024 və ##.##.2024-cü il tarixlərə təyin edilmişdir.
5. Mənzildə hazırda Cavabdeh yaşayır.
6. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025 ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh cavabdehlər “xxxx” MTK-ya və İddiaçı qarşı “mənzilin təmiri və dəyəri ilə əlaqədar pul” tələbinə dair iddiası qismən təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, ** saylı evin *** saylı mənzilin təmirinə xərclənilən 17.385 manat məbləğində və mənzilə quraşdırılmış işıq, qaz və su sayğaclarına görə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mənzil Tikinti Kooperativinə ödənilən 1.620 manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mənzil-Tikinti Kooperativi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində inşa edilən yaşayış binasının IV giriş, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68.6 m2 olan *** saylı mənzildən çıxarılması, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və 525 manat məbləğində hüquqi yardım haqqının cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə “xxxx” Mənzil-Tikinti Kooperativi arasında bağlanmış ##.##.2013-cü il tarixli, ** saylı müqaviləyə əsasən, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində inşa edilən yaşayış binasının IV giriş, 8ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68.6 m2 olan *** saylı mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Iddiaçı sözügedən mənzilin dəyərini - 27.440 manatı cavabdehə tam şəkildə ödəmiş və təqdim edilmiş ##.##.2013-cü il tarixli, ** nömrəli mənzilin dəyərinin tam ödənilməsi və ünvan barədə arayış ilə MTK-ya heç bir borcunun qalmaması təsdiq edilmişdir. Buna baxmayaraq, mənzil iddiaçıya müqavilədə nəzərdə tutulan müddətdə və qaydada təhvil verilmədiyindən, iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində inşa edilən yaşayış binasının IV giriş, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68.6 m2 olan *** saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması və həmin mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının gedişatında məlum olmuşdur ki, mübahisəli mənzillə bağlı MTK tərəfindən başqa şəxslərlə də müqavilələr bağlanmışdır. Ona görə də iddiaçı tələbi dəqiqləşdirərək, X7 ilə bağlanmış ** nömrəli, X1 ilə bağlanmış ##.##.2014-cü il tarixdə bağlanmış ** nömrəli, X4 ilə ##.##.2018-ci ildə bağlanmış ** nömrəli, Cavabdeh ilə ##.##.2019-cu ildə imzalanmış ** nömrəli müqavilələrin etibarsız hesab edilməsini və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində inşa edilən yaşayış binasının IV giriş, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68.6 m2 olan *** saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması və həmin mənzilin ona təhvil verilməsini xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında X7 ilə bağlanmış ** nömrəli, X1 ilə ##.##.2014-cü il tarixdə bağlanmış ** nömrəli, X4 ilə ##.##.2018-ci ildə bağlanmış ** nömrəli, Cavabdeh ilə ##.##.2019-cu ildə imzalanmış ** nömrəli müqavilələrin etibarsız hesab olunması, iddiaçının mübahisəli mənzilə sahiblik və istifadə hüquqlarının tanınması və həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin cavabdeh MTK-nın üzərinə qoyulması, iddiaçıya həmin mənzildən istifadə etməsinə maneəçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmışdır. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə qanuni qüvvəsini alaraq icra edilməsi üçün Suraxanı rayon Icra şöbəsinə göndərilmişdir. Lakin bu günədək qətnamənin icrası təmin edilməmiş, mənzili qanunsuz zəbt etmiş və mənzilə dair alğısatqı müqaviləsi etibarsız hesab edilmiş cavabdeh Cavabdeh mənzili boşaltmamışdır. Mübahisəli mənzilin iddiaçı İddiaçı məxsus olması, cavabdeh Cavabdeh həmin mənzillə bağlı hüquqlarının olmaması, istinad edilən müqavilənin etibarsız hesab edilməsi mübahisə predmeti deyil və qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunmuş məsələlərdir. Buna baxmayaraq, cavabdeh mənzildən çıxmayaraq, iddiaçının mülkiyyət hüquqlarını pozmaqda davam edir. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilərək, cavabdehin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsinə zərurət yaranmışdır.
9. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim S.M.Miriyeva) iddia təmin edilmiş, cavabdeh Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində inşa edilən yaşayış binasının IV giriş, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68.6 m2 olan *** saylı mənzildən çıxarılması, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilən 525 manat məbləğində xidmət haqqının cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçı İddiaçı mübahisəli mənzil üzərində sahiblik və istifadə hüquqları qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanınmışdır. Həmin qətnamə ilə həmçinin bu mənzillə bağlı iş üzrə cavabdeh Cavabdeh ilə mənzili inşa edən MTK arasında bağlanmış müqavilə də etibarsız hesab edilmişdir.
11. Belə olan halda məhkəmə hesab etmişdir ki, mübahisəli mənzil üzərində iş üzrə iddiaçının qanuni sahiblik və istifadə hüququnun olması, onun əksinə, cavabdehin isə mənzilə sahibliyinin qanunsuz olması işin mübahisəsiz hallarıdır.
12. Bu vəziyyətdə mənzilin qanuni sahibi, eləcə də gözlənilən mülkiyyətçisi olan iddiaçı İddiaçı cavabdeh Cavabdeh mənzildən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddia təmin edilməlidir.
13. Məhkəmə hesab etmişdir ki, iddia təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün ödənilən 525 manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.5, 157.2, 157.8-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2016-cı il tarixli qərarına, Avropa Insan Hüquqları Məhkəməsinin ## ### 2010-cu il tarixli Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.2, 88, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mənzil Tikinti Kooperativinın inşa etdiyi yaşayış binasında 1 otaqlı 68.6 kv.m. *** saylı mənzili 30.590 manata almışdır. Bununla əlaqədar “xxxx” Mənzil Tikinti Kooperativi ilə ##.##.2019-cu il tarixli, ** saylı müqavilə bağlamış və ona maliyyə arayışı verilmişdir. Mənzili alarkən həmin mənzilə dair hər hansı bir mübahisə olmamışdır. O, mənzili aldıqdan sonra təmir işlərinə başlamış və mənzili tam şəkildə təmir etdirmişdir. Sonradan məlum oldu ki, *** saylı mənzil mübahisəlidir. İddiaçı məhkəmə qətnaməsi ilə mübahisəli *** saylı mənzilə sahiblik və istifadə hüquqları tanınsa da, İddiaçı “xxxx” Mənzil-Tikinti Kooperativi ilə müqavilə bağladığı 2013-cü il tarixdən sonrakı dövrlərdə mənzil bir neçə şəxsə satılmışdır. O, 2019-cu ildə mənzildə tam təmir işləri apararaq, fasiləsiz olaraq həmin mənzildə yaşayır. Mənzil faktiki olaraq onun sahiblik və istifadəsində olmuşdur. İddiaçı “xxxx” Mənzil-Tikinti Kooperativi ilə bağlanmış müqaviləsi olduğuna görə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK onu həmin binada eyni ölçüdə olan başqa mənzillə təmin etməlidir. Qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı ona qarşı mənzildən çıxarılma tələbinə dair iddiası əsassızdır və təmin olunmamalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
19. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
21. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırkı işdə iddia təmin edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Işdə olan sübutlarla, o cümlədən yuxarıda istinad olunan məhkəmə aktları ilə müəyyən edilir ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivində inşa edilən yaşayış binasının IV giriş, 8-ci mərtəbəsində yerləşən, 68.6 m2 sahəsi olan *** nömrəli mənzil üçün pay haqqını ödəməklə mənzilə sahiblik və istifadə etmək hüququnu əldə etmişdir.
26. Məhkəmələr tərəfindən həmin mənzilə dair cavabdeh ilə MTK arasında bağlanmış ##.##.2019-cu il tarixli, ** nömrəli müqavilə etibarsız hesab edilmişdir.
27. Göründüyü kimi, cavabdeh hər hansı qanuni və ya müqavilə əsası olmadan iddiaçıya məxsus mənzildə yaşamaqla onun mənzilə sahiblik və istifadə etmək hüququnu pozur.
28. Odur ki, məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
29. Cavabdeh apellyasiya şikayətində mənzili tam şəkildə təmir etdirməsinə istinad etmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, həmin mənzilin təmirinə sərf olunan vəsaitin hazırki iş üzrə iddiaçıdan tutularaq cavabdehin xeyrinə ödənilməsi barədə artıq qanuni qüvvəsini almış məhkəmə aktı mövcuddur.
30. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən qətnamənin nəticə hissəsində qətnamənin icra qaydası və müddəti müəyyən edilməklə göstərilə bilər. Lakin nəzərə alınmalıdır ki, hazırki iş üzrə qəbul edilmiş qətnamədə mənzildən çıxarılma ilə onun təmirinə sərf edilmiş vəsaitin qaytarılmasının eyni vaxtda icra edilməsi göstərilə bilməz. Belə ki, mənzilin təmirinə sərf olunan vəsaitlə bağlı tələb üzrə işə ayrı icraatda baxılmış və qətnamə qəbul edilmişdir. Belə olan halda hazırki qətnamədə başqa qətnamənin icrası ilə bağlı göstəriş verilə bilməz.
31. Cavabdehin dəlillərindən biri də odur ki, İddiaçı “xxxx” MTK ilə bağlanmış müqaviləsi olduğuna görə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK onu həmin binada eyni ölçüdə olan başqa mənzil ilə təmin etməlidir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya bir daha vurğulayır ki, cavabdehin mənzilə sahiblik və istifadə hüququnun əsasını təşkil edən müqavilə etibarsız hesab edildiyindən, onun bu dəlili hazırki məhkəmə mübahisəsinin predmeti ilə əlaqəli olmamaqla, cavabdehin hüquqi vəziyyətini dəyişmir.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: Məhəmməd Rüstəmli Fərrux Qasımov Günay Axundova