Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2118/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 və cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Bakı şəhəri Sabunçu rayon Ramana Bələdiyyəsi cəlb edilməklə) “mənzildən çıxarılma” tələbinə dair, birləşdirilmiş iş üzrə iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 cavabdeh “xxxx” Publik Hüquqi Şəxsinə qarşı (mübahisə predmenti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İddiaçı cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi, Iddiaçı (birləşdirilmiş iş üzrə üçüncü şəxs) İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 və cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Bakı şəhəri Sabunçu rayon Ramana Bələdiyyəsi cəlb edilməklə) “mənzildən çıxarılma” tələbinə dair; birləşdirilmiş iş üzrə iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 cavabdeh “xxxx” Publik Hüquqi Şəxsinə qarşı (mübahisə predmenti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İddiaçı cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 və birləşdirilmiş iş üzrə iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. "xxxx" MMC tərəfindən tərtib edilmiş ##.##.2012-ci il tarixli Daşınmaz Əmlakın Texniki X13 əsasən müəyyən olunur ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məxsus olan, Sabunçu rayonu, Ramana qəsəbəsi, yeni yaşayış massivi, Bünyadzadə küçəsində yerləşən, 2006-cı ildə inşa edilmiş yaşayış evinin dəyəri 39.600 manat təşkil edir.
2. “Alqı-satqı yolu ilə torpaq sahəsinin ayrılması” barədə Ramana Bələdiyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli sərəncamı ilə Bakı şəhəri Yeni Ramana qəsəbəsi Bünyatzadə küçəsində yerləşən 300 kv metr torpaq sahəsi alqı-satqı yolu ilə X9 mülkiyyətinə ayrılmışdır.
3. Sabunçu rayonu Ramana Bələdiyyəsinin ##.##.2024-cü il tarixli, ** nömrəli məktubuna əsasən, Sabunçu rayonu Ramana Bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** nömrəli sərəncamı əsasında X9 mülkiyyətinə verilmiş 300 kv.m torpaq sahəsinin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Xankəndi küçəsi, II döngədəki fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmədi.
4. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə X6 ##.##.2007-ci il tarixdə nikaha daxil olmuşlar, ##.##.2023-cü il tarixli *** nömrəli Sabunçu rayon Ramana Bələdiyyəsinin məktubundan görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və cavabdeh3 bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyatdan keçməyib, onların qəsəbə ərazisində yaşayıb-yaşamamaları barədə heç bir məlumat yoxdur.
5. Sabunçu rayon Ramana Bələdiyyəsinin ##.##.2024-cü il tarixli ** nömrəli məktubundan görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 2010-cu ildə Ramana Bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. ##.##.2023-cü il tarixdən etbarən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 şəxsi razılıq ərizəsi əsasında Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Xankəndi küçəsi 2 döngədə istifadə olunan 132 kv çetr əmlak və 150 kv metr torpaq sahəsi İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.
6. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ##.##.2023-cü il tarixli ərizəsindən görünür ki, ünvan 1 döngədə yerləşən 132 kv.m əmlak və 150 km torpaq sahəsi İddiaçı Ramana Bələdiyyəsində vergi ödəyicisi kimi adına keçməsinə heç bir etirazı yoxdur.
7. Ramana Bələdiyyəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli yerli büdcənin vergi ödəyicisi olan şəhadətnamədən görünür ki, İddiaçı ünvan 1 dalanda yerləşən ünvanının vergi ödəyicisidir (YVÖK-18081*******).
8. “Azəriqaz” IB ilə İddiaçı arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu arasında qazın alqı-satqsı barədə ##.##.2023-cü il tarixli AKX *******/**-**** nömrəli müqavilədən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bünyatzadə küçəsi ünvanında yerləşən fərdi yaşayış evi üzrə qaz istehlakçısı kimi qeydiyyatdan keçmişdir.
9. “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış su təchizatı və tullantı sularının axıdılması barədə ##.##.2023-cü il tarixli ******** nömrəli müqavilədən görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə su istehlakçısı kimi qeydiyyatdan keçmişdir.
10. “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış ##.##.2023-cü il tarixli ****** nömrəli müqavilədən görünür ki İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bünyatzadə küçəsi ünvanında yerləşən fərdi yaşayış evi üzrə elektrik enerjisinin istehlakçısı kimi qeydiyyatdan keçmişdir.
11. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ##.##.2023-cü il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri ** saylı Notariat Ofisinə müraciət edərək ##.##.2023-cü ildə BI-2198 reyestr nömrəsi ilə Bakı şəhəri ** saylı Notariat Ofisinə təqdim etdiyi ərizədən imtina etdiyini və abonent kodunun öz adına qaytarılmasını bildirmişdir.
12. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ##.##.2023-cü il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri ** saylı Notariat Ofisinə müraciət edərək ##.##.2023 cü ildə BI-2197 reyestr nömrəsi ilə Bakı şəhəri ** saylı Notariat Ofisinə təqdim etdiyi ərizədən imtina etdiyini və abonent kodunun öz adına qaytarılmasını bildirmişdir.
13. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ##.##.2023-cü il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri ** saylı Notariat Ofisinə müraciət edərək ##.##.2023 cü ildə BI-2196 reyestr nömrəsi ilə Bakı şəhəri ** saylı Notariat Ofisinə təqdim etdiyi ərizədən imtina etdiyini və abonent kodunun öz adına qaytarılmasını bildirmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
14. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər cavabdeh3 və cavabdeh2 zəbt etdiyi ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Xankəndi küçəsi, 2-ci döngədə yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Sonradan baş vermiş avtomobil qəzası nəticəsində ömürlük İ dərəcəli əlil olmuşdur. Əlil olduqdan sonra o, tanışı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə iş birliyi quraraq müxtəlif sahələrdə birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Bir müddət birlikdə çalışdıqdan sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 pis vərdişlərə qurşandığını bilmiş və onunla haqq-hesab etmək qərarına gəlmiş və nəticədə Elşənin ona külli miqdarda borcu olduğu məlum oldu. Aparılan danışıqlardan sonra Elşən hal-hazırda pulu olmadığını, pulun əvəzinə Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Xankəndi küçəsi, 2-ci döngədə yerləşən özünə məxsus fərdi yaşayış evinin onun adına keçirilməsi barədə razılığa gəlmişlər. Bundan sonra Elşən ərazi üzrə Sabunçu rayonu, Ramana Bələdiyyəsinə gələrək Sabunçu rayonu, Ramana qəsəbəsi, Xankəndi küçəsi, 2-ci döngədə inşa edilmiş və ona məxsus sahəsi 132 kv. metr olan tikilinin və 200 kv.metrə yaxın torpaq sahəsinin onun adına keçirilməsi və Bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmağına razılıq verməsi ilə bağlı ərizə vermişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ərizəsi əsasında qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi Sabunçu rayonu Ramana Bələdiyyəsində onun adına dəyişdirildi və o, vergi ödəyicisi kimi qeydiyyata alımışdır. Bundan sonra onun həmin fərdi yaşayış evinə aid bütün kommunal (işıq, qaz və su) sahələr üzrə abonent kimi müqavilələr bağladı. Bütün bunlardan sonra o, ailəsi ilə birlikdə həmin ünvana köçmüşlər. Lakin yuxarıda qeyd etdiyi kimi o, birinci dərəcəli əlildir. Həmin fərdi yaşayəş evində müəyyən işlərin görülməsi zərurəti (təmir baxımından) yarandığından onlar oradan hal-hazırda yaşadığı mənzilə köçmüşlər. O, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Xankəndi küçəsi, 2-ci döngədə yerləşən fərdi yaşayış evində təmir işlərinə başlamışlar. Ustalar cəlb olundu, təmir üçün lazım olan materiallar alındı. Təmir işləri aparan ustalar təmir işləri yekunlaşan ərəfədə səhər həyətə daxil olmaq istədikdə həyət darvazasının kilidinin dəyişdirildiyindən oraya girə bilməyiblərOnlar həmin fərdi yaşayış evinə gələrək məsələni aydınlaşdırmaq istədikdə məlum oldu ki, ona evi vermiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 həyat yoldaşı və hazırkı iş üzrə cavabdeh-cavabdeh3, onun qardaşı və bu iş üzrə cavabdeh-cavabdeh2 ona məxsus fərdi yaşayış evinin giriş qapısının kilidini qıraraq (sonradan kilidi dəyşmişlər) oraya daxil olmuşlar. Onlar cavabdehlərlə yaranmış vəziyyəti aydınlaşdırmaq istədikdə onlar onu təhqir edərək ona məxsus həyətdən zorla çıxardılar. O, (həyat yoldaşı) bu barədə ərazi üzrə Sabunçu RPI- nin 12-ci Polis Şöbəsinə ərizə ilə müraciət etdi. Uzun müddətdən sonra, yenidən ərizə yazmış və nəhayət ərzəsinə cavab verərək, məsələnin mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, o, birinci dərəcəli əlildir. Onun başqa yaşayış yeri yoxdur. Cavabdehlərin ona məxsus fərdi yaşayış evini zəbt etmələri səbəbindən o, kirayənişin kimi yaşamaq məcburiyyətində qalmışdır. Bunları göstərməkdə məqsəd Sabunçu rayonu, Ramana qəsəbəsi, Xankəndi küçəsi, 2-ci dalanda yerləşən fərdi yaşayış evinin ona aid olmasına aydınlıq gətirməkdən ibarətdir. Cavabdehlər ona məxsus yaşayış sahəsini zəbt etməsi onun hüqularını pozmuşdur. Bunun nəticəsində o, həmin yaşayış sahəsində yaşamaq, orada təmir işləri aparmaq, yaşayəş sahəsi ilə bağlı bu və ya digər formada sərəncam vermək hüququndan məhrum olmuşdur.
16. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, həmçinin mütəxəssis rəyinin alınması qərara alınmışdır.
17. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyindən görünür ki, 1. Sabunçu rayon Ramana Bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** saylı sərəncamı əsasında X9 mülkiyyətinə verilmiş 300 kv.m torpaq sahəsinin və Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi, Xankəndi küçəsi II döngədəki fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sərhədi və koordinatları müəyyən edilsin. Cavab: Bildiririk ki, göstərilən torpaq sahəsi faktiki olaraq 0.02 ha təşkil edir. Torpaq sahəsi ümumi daş hasar daxilində olmaqla üzərində 9.0x12.0 ölçülərdə yaşayış evi mövcuddur. Faktiki olaraq göstərilən 0.02 ha torpaq sahəsinin koordinatları əlavə olunur. 2. Göstərilən Sabunçu rayon Ramana Bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** saylı sərəncamı əsasında X9 mülkiyyətinə verilmiş 300 kv.m torpaq sahəsinin Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi, Xankəndi küçəsi II döngədəki fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sərhədieri üst-üstə düşürmü, əgər düşürsə, hansı hissədə düşməsi və koordinatları müəyyən edilsin.Cavab: Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatla verilmiş sahə 200.0 kv.m təşkil edir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Sahədən 103-140 metr aralıda göl-gölməçə yerləşir. Torpaq sahəsinə dair bələdiyyə qərarı və ya cizgi (sxem) təqdim edilməyib.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09.07.025-ci il tarixli, **/**** nömrəli ekspert rəyində göstərilmişdir ki, 1-ci sual üzrə - Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, torpaq sahəsi faktiki olaraq 0.02 ha təşkil edir. Torpaq sahəsinin bütün tərəfləri şərtidir. Torpaq sahəsi ümumi daş hasar daxilində olmaqla 9.0x12.0 ölçülərdə yaşayış evi mövcuddur. 2-ci, 3-cü və 4-cü suallar üzrə - Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatla verilmiş sahə 200.0 kv.m təşkil edir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Sahədən 103-104 metr aralıda göl-gölməçə yerləşir. Torpaq sahəsinə dair bələdiyyə qərarı və ya cizgi (sxem) təqdim edilməyib.
19. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmışdır.
20. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyindən görünür ki, iddiaçı ilə ünvana baxış keçirilməsi üçün əlaqə saxlanılsa da, cavabdeh tərəfindən daşınmaz əmlaka baxış keçirilməsinə şərait yaradılmadı. Əvvəlki müraciət zamanı göstərilən torpaq sahəsi faktiki olaraq 0.02 ha təşkil edir. Torpaq sahəsi ümumi daş hasar daxilində olmaqla üzərində 9.0x12.0 ölçülərdə yaşayış evi mövcuddur. Faktiki c araq göstərilən 0.02 ha torpaq sahəsinin koordinatları əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatla verilmiş sahə 200.0 kv.m təşkil edir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Sahə Dövlət mülkiyyəti torpağıdır (hər hansı dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur). Sahədən 103-140 metr aralıda göl-gölməçə yerləşir. Bundan əlavə sahəyə dair təqdim edilmiş cizgidə dəqiq istinadlar və məsafələr olmadığında sahənin yerini təyin etmək mümkün olmadı.
21. Birləşdirilmiş iş üzrə iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 cavabdeh “xxxx” Publik Hüquqi Şəxsinə qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı olmaqla “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh1 “xxxx” Publik Hüquqi Şəxsinə ilə İddiaçı arasında bağlanan “Su təchizarı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” ##.##.2023-cü il tarixli, ******** saylı müqavilənin etibarsız hesab edilməsi və ünvan 3 döngə, yeni tikili ünvanında olan həmin mənzilə dair müqavilənin yenidən onun adına bərpa olunması öhdəliyinin cavabdeh cavabdeh1 “xxxx” Publik Hüquqi Şəxsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Xankəndi küçəsi, 2 ci dalanda yerləşən fərdi yaşayış evi o, İddiaçı təzyiqləri və hədə qorxusu nəticəsində vermişdir. Ona görə də həmin ərizəni verdiyi Bakı şəhəri ** saylı notariat ofisinə gedərək ləğv etdirmişdir. Bundan sonra o, həmin abonent müqaviləsinin ləğv edilərək yenidən onun adına keçirilməsi barədə cavabdeh1 “xxxx” Publik Hüquqi Şəxsinə müraciət etmişdir. Lakin əfsuslar olsun ki, o, iki dəfə cavabdehə müraciət etsə də, həmin müraciətlərindən 5 aydan çox müddət keçməsinə baxmayaraq, bu günə kimi ona rəsmi cavab verilməmişdir. Bu isə qanunvericiliyin tələblərinin pozulması deməkdir. Belə ki, AR Nazirlər Kabinetinin ##.##.2014-ci il tarixli *** nömrəli “Sudan istifadə Qaydalan”nın tələblərinə görə hər hansı bir yaşayış evinə təbii suyun verilməsi tələb olunarsa, ondan həmin evə dair müvafiq sənədlər tələb olunur. Lakin işin hallarından da görünür ki, cavabdeh1 “xxxx” Publik Hüquqi Şəxsi ilə İddiaçı arasında bağlanan ##.##.2023-cü il tarixli, ******** saylı müqavilə tərtib olunan zaman İddiaçı tərəfindən təbii suyun istifadə olunduğu mənzilə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Bu müqavilə yalnız onun notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən tərtib edilmiş, onun adına olan abonent kodu həmin ərizə əsasən İddiaçı adına rəsmiləşdirilmişdir. Qeyd etmişdir ki, onunla İddiaçı arasında borc münasibətləri olduğu üçün o, ona hədə-qorxu gəlmiş, təzyiqlər göstərmiş və yalnız rəsmiyyət xatirinə bu müqavilənin bağlanmasını bildirmişdir. Ona görə də o, məcbur olub həmin ərizəni imzalamışdır. Lakin sonradan İddiaçı onun evinə hücum edərək zor gücünə onu yaşadığı evdən çıxarmağa cəhd etmişdir. Ona görə də o aldandığını bilərək yenidən notariat ofisinə müraciət edərək həmin razılıq ərizəsini ləğv etdirmişdir.
23. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 cavabdeh1 “xxxx” Publik Hüquqi Şəxsinə qarşı “abonent müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair *(***)-****/**** saylı mülki işin, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan iddiaçı İddiaçı cavabdehlər X8, cavabdeh2 qarşı "yaşayış sahəsindən çıxarılma" tələbinə dair *(***)-***/**** saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır.
24. Məhkəmə iclaslarında ilk iddia üzrə cavabdeh cavabdeh3 və birləşdirilmiş mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 nümayəndəsi və vəkili bildirmişdir ki, sözügedən fərdi yaşayış evi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məxsus olmamış, Tovuz adlı qadına məxsus olmuşdur. Həmin evi müvəqqəti yaşayış üçün mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və onun ailəsinə vermişdir. Nə qədər ki, sözügedən fərdi yaşayış evi Tovuz adlı qadına məxsusdur, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 həmin evi öz borcu üçün iddiaçıya vermək hüququ olmamışdır. İddiaçı Ismayılova Elşənə təxminən 75.000 manat faizə borc vermiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 isə həmin pulun qarşılığında 95000 manat pul qaytarmışdır. Lakin pulu qaytarmasına dair qəbz yoxdur. Lakin onun Elxana olan borcundan 2-3 min manat borcu qalmış, həmin borca görə aralarında söz-söhbət yaranmış, söz-söhbət olmasın deyə o hazırki mübahisə predmenti olan evi İddiaçı vermişdir.
25. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim N.A.Cəfərli) iddiaçı İddiaçı iddia tələbi təmin edilmiş, cavabdehlər cavabdeh3 və cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Xankəndi küçəsi, 2-ci döngədə yerləşən özbaşına tikili olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və özbaşına tikil olan fərdi yaşayış evinin iddiaçı İddiaçı təhvil verilməsi, iş üzrə ödənilməli olan 100 manat dövlət rüsumunun cavabdehlər cavabdeh3 və cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilməsi, iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 cavabdeh “xxxx” Publik Hüquqi Şəxsinə qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı olmaqla “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
26. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, işin mübahisə olunmayan halı ondan ibarətdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iddiaçı İddiaçı borcu olduğunu, bu səbəbdən özünə məxsus olduğunu iddia etdiyi özbaşına tikili olan fərdi yaşayış evini İddiaçı borcunun qarşılığında vermiş, bundan sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və onun ailə üzvləri olan hazırki iş üzrə cavabdeh olan cavabdeh3 ilə birlikdə evi tərk etmiş, iddiaçı isə həmin evdə təmir işləri görməyə başlamışdır. Lakin müəyyən müddətdən sonra cavabdeh Ismayılova Nuralənə və cavabdeh2 həmin evə daxil olaraq iddiaçını evə buraxmamışdır. Hazırda iddiaçı İddiaçı məhkəmyə müraciət edərək evə daxil olan şəxslərin evdən çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh3 nümayəndəsi və vəkili sözügedən fərdi yaşayış evinin cavabdehlər olan cavabdeh3 və onun qardaşı olan cavabdeh2 qohumu olan Tovuz adlı qadına məxsus olduğunu və buna dair torpaq sahəsinin X9 ayrılmasına dair sərəncamını və torpaq sahəsnin yerləşməsinə dair çizgi-sxemi məhkəməyə təqdim etmişdir. Bundan sonra məhkəmə hazırki mübahisə edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə Ismayılova Tovuza ayrılmış torpaq sahəsinin üt-üstə düşüb düşməməsini müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin etmiş, lakin cavabdeh tərəf evin yerləşdiyi torpaq sahəsinə baxış keçirilməsinə şərait yaratmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfin irəli sürmüş olduğu hal əsaslı hesab edilmir. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, hazırda cavabdeh cavabdeh3 vəkili sözügedən evin ona məxsus olmadığını bildirsə də, məhz həmin vəkilin hüquqlarını müdafiə etdiyi hazırki mülki işə birləşdirilmiş iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iddia ərizəsində sözügedən fərdi yaşayış evinin ona məxsus olduğunu etiraf etmişdir.
27. Məhkəmə hesab etmişdir ki, nə qədərki sözügedən fərdi yaşayış evi İddiaçı X5 tərəfindən ona olan borcu qarşılığında verilmişdir və həmin evi iddiaçıya verilən zaman X5 həyat yoldaşı olan cavabdeh3 buna razılıq verərək sözügedən evi boşaldaraq təhvil vermişdir, cavabdehlərin həmin evə yenidən daxil olaraq iddiaçının özbaşına tikilidən məhrum etməsi qanunsuz hesab edilməli və İddiaçı iddia tələbi təmin edilərək cavabdehlər sözügedən fərdi yaşayış evindən çıxarılmalıdır.
28. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab etmişdir ki, mülki iş üzrə iştirak edən ilk verilmiş iddia üzrə cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili, eyni zamanda birləşdirilmiş mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 nümayəndəsi və vəkili vəkil1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iddiaçı İddiaçı 75.000 manat borcun qarşılığında 95.000 manat pul ödəmiş olduğunu bildirsə də, burcun ödənməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir.
29. Bundan sonra məhkəmə iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 cavabdeh “xxxx” Publik Hüquqi Şəxsinə qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı olmaqla “müqavilənin etibarsız hesab edilməsi” tələbinə münasibət bildirərək qeyd etmişdir ki, işin hallarından görünür ki, “xxxx” Publik Hüquqi Şəxsinə ilə İddiaçı arasında bağlanan “Su təchizarı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” ##.##.2023-cü il tarixli, ******** saylı müqavilə məhz iddiaçının özünün yazılı razılığı əsasında bağlanmışdır və yazılı razılığın verilməsi üçün hər hansı bir məcbur etmə halı mülki işdən müəyyən edilmədiyindən iddia tələbi təmin edilə bilməz.
30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin 2-ci bəndinə, Mülki Məcəllənin 152.5, 157.2, 157.4, 337.1, 337.2, 339.1, 339.4, -ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətlərinin dəlilləri
31. Qətnamədən cavabdeh cavabdeh3 və birləşdirilmiş iş üzrə iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və İddiaçı iddiasının rədd edilməsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
32. Apellyasiya şikayəti birləşdirilmiş iş üzrə iddia ərizəsinin mətninə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, cavabdeh cavabdeh3 tərəfindən bu fərdi yaşayış evinin və bu fərdi yaşayış evi tikilmiş torpaq sahəsinin onların yaxın qohumu X9 məxsus olduğunu bildirmiş və bununla əlqədar Ramana bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** nömrəli qərarını da məhkəməyə təqdim etmişdir. Yəni həmin sənədlərdən də açıq aydın görsənir ki, bu fərdi yaşayış evi X9 məxsusdur. Sadəcə bir yaxın qohum kimi həmin ev müvəqqəti olaraq cavabdehlərin istifadəsinə verilmiş və həmin evə xidmət edən kommunal xidmətlər barədə müqavilələr də bu evdə yaşayan X3 adına rəsmləşdirilmişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə iddiaçı arasında mübahisə olduğu üçün və bu evə dair kommunal xidmətlər müqavilələri İddiaçı adına keçdiyi üçün evin sahibi olan Ismayılova Tovuz da yenidən həmin müqavilələrin əvvəlki vəziyyətə qaytarılmasını və evin heç bir problemi olmadan ona təhvil verilməsini tələb etmişdir. Buna görə də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 bu evə dair kommunal xidmət müqavilələrinin yenidən onun adına keçirilməsi barədə iddia vermişdir. Lakin əfsuslar olsun ki, məhkəmə tərəfindən işin bu haları araşdırılmamışdır. Mülki işin sənədlərindən də görsənir ki, İddiaçı Ibarhim oğlunun mübahisə predmeti olan fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən hər hansı bir rəsmi sənəd yoxdur. Yəni dolyası ilə onun bu evə dair mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd olmadığı üçün onun hal-hazırkı iddia ilə məhkəməyə müraciət etmək hüququ da yoxdur. Əqdi bağlamağa məcbur etmə həmin əqdin etibarsız hesab edilməsi üçün əsasdır. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 da kommunal xidmətlər haqqında müqavilənin İddiaçı adına keçirilməsinə hədəqorxu və təzyiqi nəticəsində razılıq vermişdir. Amma əfsuslar olsun ki, bu nəzərə alınmamış və bununla da AR MM-in 339-cu maddəsinin tələbləri pozulmuşdur. Bu evin X9 məxsus olması barədə bütün sənədləri məhkəməyə təqdim etsə də, məhkəmə tərəfindən həmin sənədlərə düzgün hüquqi qiymət verilməmişdir. Lakin iddiaçı İddiaçı qanunvericiliyin tələblərinin pozulması ilə əldə etdiyi sübutları məhkəməyə təqdim etmiş və məhkəmə də həmin sübutları iddiaçının xeyrinə qəbul etmişdir. Bununla da məhkəmə tərəfindən AR MPM-in 76-cı maddəsinin tələbləri pozulmuşdur. İddiaçı cavabdehləri bu evdən çıxarmaq üçün heç bir hüquqi əsası olmadığı halda onun iddiası təmin edilmişdir.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
33. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları 34.
35. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər tərəflərə və üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
36. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 435. Kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır.
37. Özbaşına tikili fiziki obyekt olaraq müəyyən maddi dəyərə malikdir və belə tikintini aparan şəxsin həmin maddi dəyərlə bağlı maraqları mövcuddur.
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Hazırkı iş üzrə birinci iddia təmin olunduğundan, birləşdirilmiş iş üzrə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Iş materialları ilə müəyyən olunur ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 İddiaçı yüksək məbləğdə borcu olmuşdur. Həmin borcun qaytarılmasına dair mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
43. Iş materiallarından həmçinin müəyyən olunur ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ##.##.2023-cü il tarixli yazılı ərizəsi ilə özünə məxsus fərdi yaşayış evinin İddiaçı adına Ramana Bələdiyyəsində vergi ödəyicisi kimi rəsmiləşdirilməsinə razılıq vermiş, bundan sonra İddiaçı həmin əmlak üzrə vergi ödəyicisi kimi qeydiyyata alınmış, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 razılıq ərizələri əsasında qaz, elektrik və su təchizatı üzrə abonent müqavilələri İddiaçı adına bağlanmışdır.
44. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, işdə olan "xxxx" MMC tərəfindən tərtib edilmiş ##.##.2012-ci il tarixli Daşınmaz Əmlakın Texniki X13 əsasən müəyyən olunur ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məxsus olan fərdi yaşayış evi 2006-cı ildə, yəni cavabdeh3 ilə nikaha daxil olanadək inşa edilmişdir.
45. Iş materialları ilə, eləcə də tərəflərin izahatları ilə müəyyən edilir ki, fərdi yaşayış evi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən boşaldılaraq borcun qarşılığında İddiaçı sahibliyinə verilmiş, bundan sonra sonuncu evdə təmir işləri aparmağa başlamışdır.
46. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı mübahisəli fərdi yaşayış evinin faktiki sahibi olduğundan onun hazırki iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. Sonradan cavabdehlərin iddiaçının razılığı olmadan yaşayış evinə daxil olmaları və iddiaçının həmin tikilidən istifadəsinə mane olmaları mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən qadağan edilmiş özbaşınalıq sayılır.
47. Kollegiya qeyd edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 "təzyiq və hədə-qorxu altında" ərizələri imzalaması barədə dəlilləri iş materialları ilə təsdiq edilmir. Belə ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilməmişdir.
48. Apellyasiya şikayətinin əsas dəlillərindən biri də mübahisəli evin X9 məxsus olması barədədir. Kollegiya bununla bağlı qeyd edir ki, Sabunçu rayonu Ramana Bələdiyyəsinin ##.##.2024-cü il tarixli, ** nömrəli məktubuna əsasən, Sabunçu rayonu Ramana Bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** nömrəli sərəncamı əsasında X9 mülkiyyətinə verilmiş 300 kv.m torpaq sahəsinin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Xankəndi küçəsi, II döngədəki fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən edilmişdir.
49. Həmçinin, mübahisəli əmlak üzərində X9 hüquqları pozulmuş olsaydı, onun həmin hüquqların müdafiəsi üçün müvafiq iddia qaldırmaq imkanının olduğu halda belə bir tələb irəli sürməməsi də apellyasiya şikayətinin bu dəlilini təkzib edir. 50.
51. Belə olan halda birinci instansiya məhkəməsi iddiaçının sahiblik hüququnun müdafiəsi məqsədilə cavabdehlərin yaşayış evindən çıxarılması, eyni zamanda su təchizatı müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
52. Şərh olunanlara əsasən məhkəməsi kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği şikayəti verən şəxslərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: