Məhkəmə qərarları › İş №2(3-6)-2130/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2130/2026

01.07.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2130/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ilk, Cavabdeh cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası ilə əlaqədar iş üzrə (Açar sözlər: “mənzildən çıxarılma, istifadə hüququnun tanınması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Qafarova Rəna Nazim qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair ilk, Cavabdeh cavabdeh İddiaçı qarşı “mənzildə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ## #### 2026-cı il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İş materialarında olan çıxarışın surətindən görünür ki, ünvan 5 İddiaçı xüsusi mülkiyyətindədir.

2. MAPS arayışının surətindən görünür ki, İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır.

3. Bakı şəhəri Mənzil-Kommunal Təsərrufatı Departamentinin Pirallahı rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin *** saylı mənzil-kommunal istismar sahəsinin ##.##.2025-ci il tarixli *** saylı Forma-2 arayışının surətindən görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, ev 22, ** saylı mənzil xüsusidir. İddiaçı mənzilin mülkiyyətçisidir. Onun ailəsi 1 nəfərdən ibarətdir.

4. Bakı şəhəri Mənzil-Kommunal Təsərrufatı Departamentinin Pirallahı rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin *** saylı mənzil-kommunal istismar sahəsinin ##.##.2025-ci il tarixli *** saylı arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, ev 22, ** saylı mənzildə qeydiyyatsız yaşayır.

5. Bakı şəhəri Mənzil-Kommunal Təsərrufatı Departamentinin Pirallahı rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin *** saylı mənzil-kommunal istismar sahəsinin ##.##.2026-ci il tarixli ** saylı Forma-2 arayışının surətindən görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, ev 22, ** saylı mənzil xüsusidir. İddiaçı mənzilin mülkiyyətçisidir. Onun ailəsi 2 nəfərdən ibarətdir. ##.##.2021 -ci il təvəllüdlü Kərimov Niyaz Nicat oğlu onun oğludur və o, ##.##.2023-cü il tarixdə qeydiyyata götürülmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ona məxsus ünvan 3 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanda yerləşən daşınmaz əmlak tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin daşınmaz əmlaka dair adına Dövlət reyestrindən Çıxarış verilmişdir. 2020-ci ilin əvvələrində o, Saatlı rayon sakini cavabdeh Cavabdeh ilə tanış olmuşdur. Onunla nikah bağlamadan birgə ona məxsus mənzildə yaşamağa başlamışlar. Mənzilində yaşamasına baxmayataq cavabdeh özü istədiyi kimi hərəkət etmiş, ona qulaq asmamışdır. Aralarında münaqişələr yaranmış və dəfələrlə qapıya polis gəlmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdeh Cavabdeh onun ailə üzvü olmamışdır, sadəcə mənzilin mülkiyyətçisi kimi razılığı ilə köçüb yaşamışdır. Hazırda bele bir vəziyyət yaranmışdır ki, o, öz mülkündən məhrum olunmuşdur və sərbəst özü istədiyi kimi sahib ola bilmir, ondan istifadə edə bilmir. Cavabdehin yaşayış sahəsindən istifadə hüququnun olmamasını nəzərə alaraq, lakin orada yaşadığına görə çıxarılması haqqında iddia ilə məhkəməyə müraciət etmişdir.

8. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında yerləşən İddiaçı məxsus mənzildə Cavabdeh Vuqar qızı və onun övladı Kərimov Niyaz Nicat oğlunun yaşama və mənzildə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ilə 2021-ci il tarixdə nikah münasibətlərinə daxil olmuşdur. Tərəflərin Kərimov Niyaz adlı övladları vardır. Cavabdeh gəlin olaraq Nicata məxsus olan ünvan 1 ünvanına gəlin köçüb. Həmin vaxtdan övladı Niyazla ilə orada yaşayıb. Cavabdeh başqa mənzili yoxdur. Getməyə yeri yoxdur. Cavabdeh həyat yoldaşı İddiaçı atası xəstə olduğu zaman ona qulluq etmiş, hətta onun bütün qayğılarını öz üzərinə götürmüşdür. Nicatın atası Cavabdeh qollarında can vermişdir. Çünki Nicat və anası atalarını atıb getmişdir. Ağsaqqal öldükdən sonra onlar Nicat və anası Cavabdeh qarşı hücuma keçmişdir. Cavabdeh adına hər hansı yaşayış sahəsini yoxdur, işləmir, azyaşlı övladına baxır, heç bir gəliri yoxdur və maddi vəziyyətinin yaxşı deyil və övladının atası İddiaçı övladı Niyazı və Ayseli atıb getmişdir. Tərəfimdən Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə iddiaçı və cavabdehin övladı Kərimov Niyaz Nicat oğlunun qeydiyyat ünvanı ilə bağlı vəkil sorğusu göndərilmiş. Müvafiq idarədən ##.##.2025-ci il tarixli cavab məktubunda Kərimov Niyaz Nicat oğlunun qeydiyyat ünvanının Bakı, Pirallahı rayonu, K.Rzayev ev 22 mənzil 79 ünvanı olduğu bildirilmişdir. Beləliklə qarşılıqlı iddianın əsası ##.##.2025-ci il tarixdə yaranmışdır. MPM-nin 155.2-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun. İddiaçı övladı Niyazı və arvadı Cavabdeh atıb gedib. Uşaq da Nicata məxsus evdə Aysellə birgə yaşayır. Ailə məcəlləsinin 60-cı maddəsinin 4-cü bəndinin tələbinə görə uşağın yaşayış yeri valideynlərinin razılığı ilə həll edilir. İddiaçı övladını və arvadını atıb gedibsə bu o deməkdir ki, uşağın anası ilə birgə yaşayışına razılıq verib. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbinə görə övlad yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü hesab edilir. Həmin maddənin 2-ci bəndinə görə isə Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Deməli, Nicata məxsus evdə Cavabdeh və Kərimov Niyaz Nicat oğlunun bərabər istifadə etmək hüququ vardır. İlkin iddia təmin edilməsini, ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus mənzildə Cavabdeh və onun övladı Kərimov Niyaz Nicat oğlunun yaşama və mənzildə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir.

10. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ## #### 2026-cı il tarixli qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh ilk iddia üzrə iddiaçıya məxsus ünvan 3 ünvanından çıxarılması, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir (hakim Faiq Qasımov).

11. Məhkəmə ilk iddia tələbini təmin edərkən ona istinad etmişdir ki mübahisəli yaşayış sahəsi tam həcmdə İddiaçı şəxsi mülkiyyətindədir. Cavabdeh həmin mənzildə iddiaçının razılığı ilə müvəqqəti yaşamışdır. Tərəflər arasında nikah münasibətləri dövlət qeydiyyatına alınmamışdır. Cavabdeh mübahisəli əmlak üzərində mülkiyyət, istifadə və ya digər əmlak hüquqları qanunla müəyyən olunmamışdır. Yaşayış sahəsindən istifadə hüququ yalnız qanunda nəzərdə tutulmuş hallarda (ailə üzvü statusu, icarə müqaviləsi və s.) yarana bilər. Cavabdeh bu kateqoriyalardan heç birinə aid deyildir. Şəxsin yaşayış sahəsində uzun müddət yaşaması, əgər bu, mülkiyyətçinin iradəsinə əsaslanırsa, həmin şəxsə müstəqil istifadə hüququ vermir və mülkiyyətçinin tələb etdiyi halda belə şəxsin çıxarılması mümkündür. Bu baxımdan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı mülkiyyət hüququ pozulmuş, Cavabdeh həmin əmlak üzərində hüquqi əsasları mövcud deyildir. Məhkəmə hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh ailə münasibətlərində deyillər. Mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir, cavabdehin həmin mənzilə dair hər hansı bir hüquqlarının olması məhkəmə iclasında müəyyən olunmadı. Cavabdeh könüllü olaraq evdən çıxmadığına görə hal-hazırda İddiaçı həmin mənzildən öz iradəsinə uyğun istifadə edə bilmir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci, 158.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qız apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Cavabdeh apellyasiya şikayətini qarşılıqlı iddia tələbinin məzmununa uyğun əsaslandırmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ və III hissələrinəəsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

20. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:

30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

e) Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

26. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, mübahisəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Bu hal daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təsdiq olunmuşdur. Tərəflər qeyri-rəsmi birgə yaşamışlar. Onların arasında rəsmi nikah münasibətləri mövcud olmamışdır. Tərəflər arasında münasibətlər pozulduqdan sonra cavabdeh yaşayış sahəsini könüllü olaraq tərk etməmiş və iddiaçının iradəsinə zidd olaraq həmin sahədən istifadəni davam etdirmişdir.

27. Göründüyü kimi, mübahisəli yaşayış sahəsi tam həcmdə İddiaçı şəxsi mülkiyyətindədir. Cavabdeh həmin mənzildə iddiaçının razılığı ilə müvəqqəti yaşamışdır. Tərəflər arasında nikah münasibətləri dövlət qeydiyyatına alınmamışdır. Cavabdeh mübahisəli əmlak üzərində mülkiyyət, istifadə və ya digər əmlak hüquqları qanunla müəyyən olunmamışdır. Yaşayış sahəsindən istifadə hüququ yalnız qanunda nəzərdə tutulmuş hallarda (ailə üzvü statusu, icarə müqaviləsi və s.) yarana bilər. Cavabdeh bu kateqoriyalardan heç birinə aid deyildir. Şəxsin yaşayış sahəsində uzun müddət yaşaması, əgər bu, mülkiyyətçinin iradəsinə əsaslanırsa, həmin şəxsə müstəqil istifadə hüququ vermir və mülkiyyətçinin tələb etdiyi halda belə şəxsin çıxarılması mümkündür. Bu baxımdan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı mülkiyyət hüququ pozulmuş, Cavabdeh həmin əmlak üzərində hüquqi əsasları mövcud deyildir.

28. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” # ####### 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

29. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” ##.##.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar”.

30. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərinə uyğun olaraq kollegiya hesab edir ki, cavabdehin mübahisəsi gedən mənzilin hazırkı mülkiyyətçisi olan qaynanası Cavabdeh özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, sonuncuya məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz; məsələyə bu kontekstdən yanaşıldıqda da, cavabdehin həmin mənzildən istifadə hüquqlarının mövcud olmadığı qənaətinə gəlinməli və mülkiyyətçinin tələbi təmin edilməlidir. Uşaqlarında yaşayış yerləri qanuni nümayəndələri olaraq analarının yanında müəyyən edildiyindən onun çıxarıldığı halda onunla birlikdə qalmalıdırlar.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq norması düzgün tətbiq edilməsə də, işin nəticəsi baxımından mülkiyyətçinin hüquqlarının bərpa edilməsi ilə iş üzrə düzgün nəticəyə gəlindiyindən məhkəmə qətnaməsinin ləğv edilməsini zəruri hesab etməmişdir. Belə olan halda da kollegiya göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir və faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar