Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2138/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Cavabdeh publik hüquqi şəxsinə qarşı “məcburi işburaxma dövrü üçün əməkhaqqı ödənilməklə işə bərpa və əmək kitabçasının verilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin faktiki halları:
1. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Cavabdeh publik hüquqi şəxsinə qarşı “məcburi işburaxma dövrü üçün əməkhaqqı ödənilməklə işə bərpa” tələbinə dair iddia ərizəsi, daha sonra Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Cavabdeh publik hüquqi şəxsinin (X7 Sistemlərinin Istismarı Idarəsinin) ##.##.2024cü il tarixli əmrinin ləğv edilməsi, onun məcburi iş buraxma müddəti üçün əməkhaqqı ödənilməklə ixtisasına uyğun vəzifədə işə bərpa edilməsi, əmək kitabçasının təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ali təhsilli mütəxəsis kimi 14-cü dərəcəli baş mütəxəsis vəzifəsində Azərbaycan Dövlət Su X12 Su Meliorasiya Xidməti publik hüquqi şəxsinin X7 Sistemlərinin Istismarı Idarəsində işləyirdi. 1992-ci ildən etibarən həmin qurumda işləyir. Işlədiyi bu müddət ərzində heç bir xəbərdarlıq və ya töhmət almadan nümunəvi şəkildə peşə fəaliyyətini davam etdirib. ##.##.2024-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sira tədbirlər haqqinda" ## ###### 2023-cü il tarixli, **** nömrəli Fərmanına əsasən "xxxx” Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə Cavabdeh publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin ## ### 2024-cü il tarixli, ***/F nömrəli əmrilə Cavabdeh ixtisara düşdü. Bundan sonra əmək fəaliyyətinə xitam verildi. Işə bərpa tələbi ilə bağlı rayon və apellyasiya məhkəməsində keçirilən iclaslarda cavabdehin nümayəndəsi onunla birlikdə ixtisar edilən şəxslərin yenidən müsabiqə yolu ilə işə bərpa olunması barədə izahat versə də, müsabiqənin keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uymamışdırlar. Həmçinin izahatında qeyd edir ki, 14-cü dərəcəli baş mütəxəsis vəzifəsi ləğv olunmuşdur. Amma onunla birlikdə digər 2 şəxs işdə saxlanılmış, uzunmüddətli və nümunəvi əmək fəaliyyəti nəzərə alınmayaraq qəsdli şəkildə onu işdən kənarlaşdırdılar. Işinə xitamla bağlı əmrin surəti yalnızca verilmiş, əmək kitabçası isə təqdim edilməmiş və əmək kitabçasının verilməsi ilə bağlı müraciətləri nəticəsiz qalmışdır. Əmək Məcəlləsinə əsasən də əmək kitabçası mütləq qaydada verilməlidir. Əmrin ləğv edilməsi məsələsi həll edilərkən ilk əvvəl həmin əmrin etibarlı olub olmaması yoxlanılmalıdır. Belə ki, etibarsız əqd heç bir hüquqi qüvvəyə malik deyil, yarandığı andan etibarsızdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamənin tələbinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə Agentliyin sədri razılıq verməli idi, Cavabdeh PHŞ-nin Nizamnaməsinə əsasən, Agentliyin sədri bu barədə qərar qəbul etməli idi. Lakin bu qaydaya əməl edilməmişdir. Həmçinin Əmək Məcəlləsinin normasına görə, həmkarlar ittifaqının üzvü olan işçilərlə əmək müqaviləsinə həmkarlar ittifaqı təşkilatının razılığı ilə xitam verilir. Lakin bu qaydaya da əməl edilməmişdir. Bundan başqa, ona əmək kitabçası əmək müqaviləsinə xitam verilən gün təqdim edilməli olmasına baxmayaraq, hazırkı vaxtadək təqdim edilməmişdir. Əmək kitabçasının ona təqdim edilməsini təsdiq edən heç bir sübut iş materiallarında yoxdur. Halbuki bunu təsdiq edən sübutu təqdim etmək işəgötürənin vəzifəsidir. Çünki işəgötürən işçi ilə əmək müqaviləsinin rəsmiləşdirilməsi, onlara xitam verilməsinin qanunvericiliyin tələbinə ciddi əməl olunmaqla həyata keçirilməsini təmin etmək öhdəliyi daşıyır.
3. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaya etiraz etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı iş üzrə iddia müddətini keçirmişdir. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 2024-cü ilin avqust ayında xəbərdarlıq edilməklə ## ####### 2024-cü il tarixində xitam verilmişdir. Iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatlandırılmış və əmrlə tanış edilmişdir. Iddiaçının ## ####### 2024-ci il tarixindən sonra işə gəlməməsi də bu faktı təsdiq və sübut edir. Iddiaçı ## ###### 2025-ci il tarixində, yəni onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsindən 1 il 2 ay sonra ilkin mediasiya sessiyası üçün ərizə ilə Bakı * saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Ilkin mediasiya sessiyasından (IMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayış iddiaçıya ## ###### 2025-ci il tarixində təqdim edilmişdir. Iddiaçı isə ## ###### 2026cı il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə də iddiaçının məhkəməyə müraciət etdiyi ## ###### 2026-cı il tarixini nəzərə almasaq, işdən çıxarıldığı gündən, yəni ## ####### 2024-cü il tarixindən 1 il 2 ay sonra ilkin mediasiya sessiyası üçün ərizə ilə Bakı * saylı Mediasiya Təşkilatına və ondan 23 gün sonra məhkəməyə müraciət etmişdir. Beləliklə də iddiaçı məhkəməyə müraciət üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürdüyü üçün hazırkı iddia tələbinə münasibətdə iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
5. Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Səbinə Ismayılova) ilə iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı məxsus əmək kitabçası cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Cavabdeh publik hüquqi şəxsi tərəfindən iddiaçıya təhvil verilməsi qərara alınmış, iddia qalan hissələrdə təmin edilməmişdir.
6. Iddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, cavabdeh isə qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
7. Iddiaçı apellyasiya şikayətini verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, rayon məhkəməsi iddia müddətini tətbiq edərək onun məcburi işburaxma müddəti üçün əmək haqqı hesablanmaqla işə bərpa olunmağı hissəsində iddianı təmin etməmişdir. Belə ki, etibarsız əqd heç bir hüquqi qüvvəyə malik deyil, yarandığı andan etibarsızdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamənin tələbinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə Agentliyin sədri razılıq verməli idi, “X4 Xidməti” PHŞ-nin Nizamnaməsinə əsasən, Agentliyin sədri bu barədə qərar qəbul etməli idi. Lakin, bu qaydaya əməl edilməmişdir. Bundan başqa, o, müddəti də ötürməmişdir. Belə ki, onun ilk mediasiyaya müraciəti də ##.##.2024-cü il tarixində olmuşdur. Bunu təsdiq edən sübutu məhkəməyə təqdim etdiyim halda məhkəmə öz qətnaməsində həmin subuta heç bir qiymət verməmişdir. O, həmin təklifi Kürdəmir Rayon Məhkəməsində olan iş materiallarından əldə edərək məhkəməyə təqdim etmişdim. Məhkəmə isə bu halı araşdırmayaraq mediasiya təşkilatından gələn əsassız sorğuya cavabla kifayətlənmişdir. Həmin sorğuda mediatorun işdən çıxması ilə bağlı sorğuya cavab verilməsi, şəxsin mediasiya təklifini nə zaman etməsini müəyyən etmək mümkün olmamış kimi qeyd edilmişdir. Halbuki, məhkəmə Kürdəmir rayon məhkəməsinə sorğu verərək bu halı dəqiqləşdirə bilərdi. Bundan başqa, ona əmək kitabçası ilə işdən çıxarılma barədə əmr rəsmi qaydada təqdim edilməmişdir. O, bundan yalnız həmin əmr elektron kabinetə yerləşdikdən sonra məlumatlı olmuşdur. Əmək kitabçasının və işdən çıxarılma barədə əmrin ona təqdim edilməsini təsdiq edən sübutu təqdim etmək işəgötürənin vəzifəsidir. Çünki, işəgötürən işçi ilə əmək müqaviləsinin rəsmiləşdirilməsi, onlara xitam verilməsinin qanunvericiliyin tələbinə ciddi əməl olunmaqla həyata keçirilməsini təmin etmək öhdəliyi daşıyır. Işdən çıxarılma barədə əmr ##.##.2024-cü il tarixində qəbul edilməsinə baxmayaraq, elektron sistemə ##.##.2024-cü il tarixində yüklənmişdir. O, Həmkarlar Ittifaqı Komitəsinin üzvü olmağına baxmayaraq işdən çıxarılarkən onların da razılığı alınmalı idi. Çünki, bu qanunun imperativ tələbidir. Eyni zamanda əmək müqaviləsinə xitam verilməsinə Agentliyin sədri razılıq verməli idi, “X4 Xidməti” PHŞ-nin Nizamnaməsinə əsasən, Agentliyin sədri bu barədə qərar qəbul etməli idi. Lakin, bu qaydaya da əməl edilməmişdir ki, bu da artıq həmin əmrin etibarsızlığı deməkdir. Qeyd edilənlərə əsasən, qətnamənin qismən – iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi K.Abbasova apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, “AZEMIS” elektron məhkəmə sisteminə elektron kabinet vasitəsilə ərizə yükləyərək, xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iclasın təxirə salınmasını xahiş etmişdir.
10. Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) iddiaçı tərəfindən məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməməsinə dair təsdiqedici sübutlar ərizəyə əlavə edilmədiyindən Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
11. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ##.##.2024-cü il tarixli ***/F nömrəli əmri ilə Cavabdeh publik hüquqi şəxsin təsdiq edilmiş strukturu və X9 Idarəsinin ##.##.2024-cü il tarixli 45 e nömrəli əmrinə əsasən yaradılmış komissiyasının ##.##.2024-cü il tarixli * nömrəli protokolun surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin “b” bəndinə uyğun olaraq Əlavə 1-də qeyd olunmuş işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə razılıq alınması üçün X9 Idarəsinin Həmkarlar Ittifaqı Komitəsinə göndərilməsi qərara alınmışdır.
12. xxxx Açıq Səhmdar Cəmiyyəti X9 Idarəsi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2024cü il tarixli ştat vahidinin ixtisara düşməsi barədə xəbardarlıq məktubunun surətindən görünür ki, o həmin xəbərdarlıqla tanış olmuş və bir nüsxəsini imza edərək qəbul etmişdir.
13. xxxx ASC X9 Idarəsinin ##.##.2024-cü il tarixli, 45 e nömrəli əmrinin surətindən görünür ki, X9 Idarəsi üzrə struktur vahidlərində mövcud işçilərin sayı, idarənin istehsalat sahələrində və bütövlükdə təsərrüfat işində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə lüzumsuz iş yerlərinin ləğv edilməsi məqsədi ilə iş yerinin ixtisarı komissiyası yaradılması və bu məsələlərdən irəli gələn bütün işlərin yerinə yetirilməsi əmr edilmişdir.
14. X9 Idarəsinin Həmkarlar Ittifaqı Komitəsinin ##.##.2024-cü il tarixli, 24/8.* nömrəli iclasın protokolunun surətindən görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ##.##.2024-cü il tarixli ***/F nömrəli əmri ilə Cavabdeh publik hüquqi şəxsin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən bəzi vəzifə üzrə ştat vahidlərinin ##.##.2024-cü il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisara düşməsi ilə əlaqədar yenilənmiş ştat cədvəlinin tərtib olunmasında Əmək Məcəlləsinin 78-ci və 79-cu maddələrinin tələbləri nəzərə alınması qərara alınmışdır. Bu protokola əlavə olan işçilərin siyahısında baş mütəxəssis vəzifəsi tutan İddiaçı da adı olmuşdur.
15. X7 Sistemlərinin Istismarı Idarəsinin ##.##.2024-cü il tarixli, **-** nömrəli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ##.##.2024-cü il tarixdən xitam verilmişdir.
16. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Cavabdeh publik hüquqi şəxs X7 Sistemlərinin Istismarı Idarəsinin ##.##.2025-ci il tarixli, ** nömrəli arayışının surətindən görünür ki, İddiaçı X9 Idarəsində əmək fəaliyyəti ##.##.1993-cü il tarixdə başlamış, ##.##.1994-cü il tarixdə işdən azad edilmiş, ##.##.2013-cü il tarixdə yenidən işə qəbul edilmiş, ##.##.2024-cü il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 maddəsinin “b” bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinə xitam verilmişdir.
17. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ləğv edilərək, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Cavabdehn X7 Sistemlərinin Istismarı Idarəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
18. Ağsu * saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (IMS) iştirak edilməməsi barədə ##.##.2025-ci il tarixli, MŞA/MT***-***** nömrəli arayışın surətindən görünür ki, mediasiyanın tətbiqi barədə təklifin tarixi ##.##.2024-cü il qeyd edilmişdir.
19. Ağsu * saylı Mediasiya Təşkilatının məhkəməyə ünvanladığı ##.##.2026-cı il tarixli ərizədən görünür ki, İddiaçı tərəfindən Ağsu * saylı Mediasiya Təşkilatına heç vaxt müraciət daxil olmayıb, mediator X2 MŞA/MT***-***** nömrəli arayışı İddiaçı necə verdiyi onlara məlum deyildir. X5 mediator fəaliyyətinə xitam verilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:
20. Maddə 11. Bu maddənin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir.
21. Maddə 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər;
22. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. Işçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Maddə 77.2. Işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir.---- bir ilədək əmək stajı olduqda– azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda– azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda– azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda– azı doqquz təqvim həftəsi. Maddə 77.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda– orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda– orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda– orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Maddə 78.1. müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.2 Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Maddə 87.5. Işəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqqhesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının qanunu: 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
26. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
27. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
28. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
29. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
33. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
37. Hazırkı halda, Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
38. Məhkəmə gəlmiş tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
39. Hazırkı işin faktiki halları ilə müəyyən edilmişdir ki, X7 Sistemlərinin Istismarı Idarəsinin ##.##.2024-cü il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) həmin tarixdən xitam verilmişdir.
40. Iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia etmişdir ki, müvafiq əmr əmək qanunvericiliyinin tələblərini pozmaqla qəbul olunmuş, ixtisar edilərkən xüsusən onun peşəkarlıq səviyyəsi, uzun illər həmin idarədə qüsursuz əmək fəaliyyəti nəzərə alınmamış, həmçinin əmək kitabçası ona təqdim edilməmişdir.
41. Cavabdeh isə mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş bir aylıq müddəti ötürdüyünü bildirmiş, bu əsasla iddianın rədd edilməsini xahiş etmişdir.
42. Rayon məhkəməsi iddiaçının işə bərpa tələbinə münasibətdə iddia müddətini tətbiq edərək, həmin iddia tələbini təmin etməmiş, əmək kitabçasının verilməsi barədə iddia tələbini isə cavabdeh tərəfindən əmək kitabçasının iddiaçıya verilməsinə dair sübutlar verilmədiyindən əsaslı hesab etmiş və həmin hissədə iddia tələbini təmin etmişdir.
43. Qətnamə ilə razılaşmayan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti vermiş, iddia müddətinin ötürülmədiyini belə əsaslandırmışdır ki, daha əvvəl eyni tələblə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmiş, bu iddiadan əvvəl mediasiyaya müraciəti qanunla müəyyən edilmiş iddia müddəti daxilində - ##.##.2024-cü il tarixdə olmuş, lakin müvafiq iddia aidiyyəti cavabdehə qarşı verilməməsi əsası ilə rədd edilmişdir. Bundan əlavə, əmək kitabçası rəsmi olaraq iddiaçıya hələ də təqdim edilmədiyindən işçi hüququnun pozulduğunu vaxtında aşkar etməmişdir. Iddiaçı eyni zamanda işdən çıxarılma barədə əmrin ##.##.2024-cü il tarixində qəbul edilməsinə baxmayaraq, elektron sistemə ##.##.2024-cü il tarixində yükləndiyini qeyd etmişdir.
44. Rayon məhkəməsinin araşdırmaları zamanı iddiaçının əvvəlki iddia ərizəsinin mübahisəli əmrin qəbulundan altı aya yaxın bir müddət keçdikdən sonra – ##.##.2025-ci il tarixdə Kürdəmir Rayon Məhkəməsinin icraatına daxil olduğu müəyyən olmuşdur. Buna baxmayaraq, iddiaçı tərəf iddia etmişdir ki, həmin iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə uyğun olaraq mediasiya təşkilatına müraciət edilmiş, bu müraciət iddia müddəti daxilində baş tutmuşdur. Iddiaçı tərəf qeyd edilən halı təsdiq edən sübut kimi Ağsu * saylı Mediasiya Təşkilatının mediatoru X2 tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, MŞA/MT***-***** nömrəli ilkin mediasiya sessiyasında (IMS) iştirak edilməməsi barədə arayışı məhkəməyə təqdim etmişdir. Hansı ki, elə həmin arayışda mediasiyanın tətbiqi barədə təklifin tarixinin ##.##.2024-cü il tarixi olduğu qeyd edilmişdir. Buna baxmayaraq, iddiaçı mediasiya təşkilatına ##.##.2024-cü il tarixdə müraciət etdiyini bildirdiyindən, məhkəmə tərəfindən müvafiq mediasiya təşkilatına iddiaçının müraciəti ilə bağlı məlumat əldə etmək üçün sorğu ilə müraciət edilmiş, Ağsu * saylı Mediasiya Təşkilatı tərəfindən məhkəməyə verilmiş cavabda ümumiyyətlə belə bir müraciətin heç vaxt mediasiya təşkilatına daxil olmadığı, məhkəməyə təqdim edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı tərtib edən mediatorun isə fəaliyyətinə xitam verildiyi qeyd edilmişdir.
45. Məhkəmə iddiaçının ##.##.2024-cü il tarixdə ilk dəfə mediasiyaya müraciət etməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı iddia müddəti daxilində ##.##.2024-cü il tarixdə mediasiyaya müraciət etdiyinə görə iddia müddətini ötürmədiyini qeyd etsə də, eyni zamanda iddiaçı apellyasiya şikayətində işdən çıxarılma barədə əmrin rəsmi qaydada ona verilmədiyini, həmin əmr elektron kabinetinə yerləşdikdən sonra hüququnun pozulduğunu aşkar etdiyini, əmrin elektron kabinetində ##.##.2024-cü il tarixdə yerləşdiyini qeyd etmişdir. Eyni zamanda rayon məhkəməsinin ##.##.2026-cı il tarixli məhkəmə hazırlıq iclasının protokolunda iddiaçının izahatlarından müəyyən olur ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr çıxdığı vaxt siyahı işlədiyi yerdə lövhəyə vurulmuş, iddiaçı işdən çıxdığını o zaman öyrənmiş, 21 oktyabr tarixindən sonra işə getməmişdir. Bununla isə müəyyən edilir ki, iddiaçının apellyasiya şikayətində əmək kitabçasının və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ona rəsmi qaydada verilməməsinə görə hüquqlarının pozulmasını vaxtında aşkar etməməsi barədə dəlili əsassızdır.
46. Məhkəmə iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli mediasiya prosesinin tətbiqi barədə təklifi mötəbər sübut hesab etməyərək və iddiaçının izahatları ilə iddia ərizəsi və apellyasiya şikayətində qeyd etdikləri arasında ziddiyyətləri nəzərə alaraq qeyd edir ki, həmin sənəddən iddiaçının iddia müddəti daxilində mediasiya təşkilatına müraciət etdiyi nəticəsinə gəlmək mümkün deyil. Belə ki, həmin “sənəd” yalnız iddiaçının özü tərəfindən imzalanmış, təklif edilən mediator və mediasiya təşkilatı haqqında məlumatlar göstərilməmişdir.
47. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:
49. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”
50. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
51. Məhkəmə qeyd edir ki, iddiaçının əmək hüquqlarının pozulduğunu aşkar etdiyi tarixi ##.##.2024-cü il və ya iddiaçının qeyd etdiyi kimi əmrin elektron kabinetinə yerləşdirildiyi ##.##.2024-cü il tarixi hesab etsək belə, hər bir halda iddiaçının 1 aylıq iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyi müəyyən olur.
52. Beləliklə də, Məhkəmə iddia müddətini tətbiq etməklə, iddiaçının işə bərpa tələbini təmin etməyən rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq, iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.
53. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:
54. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
56. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7ci maddəsinə əsasən geri qaytarılacaqdır.