Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2198/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh “İnşaat Konstruksiyaları” MMC-yə qarşı “mənzilin təhvil verilməsi, mənzilə köçürülmə və maneənin cavabdehə qadağan edilməsi” tələbi barədə iddia ərizəsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** saylı qərardadından ərizəçi Maraqlı şəxs tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh “İnşaat Konstruksiyaları” MMC-yə qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə “İnşaat Konstruksiyaları” MMC arasında bağlanmış ##.##.2020-ci il tarixli ****** saylı müqavilə üzrə ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 140.9 kv.m olan, ** nömrəli 3 otaqlı izolə olunmuş mənzil “İnşaat Konstruksiyaları” MMC tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə cavabdeh “İnşaat Konstruksiyaları” MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə ## ###### 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə cavabdeh “İnşaat Konstruksiyaları” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ##### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Ərizəçi Maraqlı şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olmuş olmuş *(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi üzrə onu maraqlı şəxs qismində tanıyıb, verdiyi apellyasiya şikayətini baxmaq üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə ərizəçi Maraqlı şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olmuş *(***)-****/**** saylı mülki iş üzrə maraqlarına toxunan şəxs qismində tanınmasına dair onun nümayəndəsi-vəkili Vəkil Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün hüquq və maraqlarına toxunan şəxs kimi tanınması barədə ərizəsi təmin edilmişdir. İddiaçı İddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026- cı il tarixli *(***)-****/**** saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə iddiaçı İddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadından verdiyi şikayət geri qaytarılmışdır. İddiaçı İddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadından şikayət və şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası ilə bağlı vəsatətlə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı mülki iş üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə ərizəçi Maraqlı şəxs icraatda olmuş *(***)- ****/**** saylı mülki iş üzrə maraqlarına toxunan şəxs qismində tanınmasına dair onun nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- ****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınması barədə ərizəsi təmin edilmişdir. Məhkəmənin həmin qərardadının surəti ona ## #### 2026-cı il tarixdə rəsmi qaydada verilmişdir. Məhkəmənin həmin qərardadını qanunsuz və əsassız hesab edir. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə onun, yəni İddiaçı iddiası təmin edilmiş, İddiaçı ilə “İnşaat Konstruksiyaları” MMC arasında bağlanmış ##.##.2020-ci il tarixli, ****** nömrəli müqavilə üzrə ünvan 1 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbə ümumi sahəsi 140.9 kv.metr olan ** nömrəli 3 otaqlı izolə olunmuş mənzilin “İnşaat Konstruksiyaları” MMC tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi qanuni qüvvəyə minmiş və qanuna müvəfiq olaraq icra edilmişdir. Qərardad çıxarılarkən əsas kimi Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubu əsas götürülmüşdür. Həmin məktubda da Maraqlı şəxs ** nömrəli mənzilin verilməsi qeyd olunmuşdur. İddiaçı isə həmin binada ** nömrəli mənzil verilişdir. Həm də prokurorluğun məktubu ilə hər hansı bir məhkəmə qətnaməsi ilə hər hansı bir şəxsin hüquq və vəzifələrinə toxunulması qərarına gəlinməsini qanuni hesab etmək mümkün deyildir. Məhkəmənin bu qətnaməsi Maraqlı şəxs həmin mənzilə heç bir aidiyyəti olmadığından onun qanunla qorunan hüquq və vəzifələrinə toxunmur. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs ilə “İnşaat Konstruksiyaları” MMC arasında bağlanmış ## ####### 2019-cu il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138,9 kv.metr olan ** nömrəli mənzilin iddiaçı Maraqlı şəxs təhvil verilməsi, Maraqlı şəxs ünvan 1 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138,9 kv.metr olan ** nömrəli mənzilə köçürülməsi, ünvan 1 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138,9 kv.metr olan ** nömrəli mənzilin iddiaçı Maraqlı şəxs tərəfindən təmir edilməsinə “İnşaat Konstruksiyaları” MMC tərəfindən maneə yaradılmasının qadağan edilməsi qət edilmişdir. Qanunu qüvvəyə minmiş həmin qətnamənin məzmunundan da görünür ki, Maraqlı şəxs məxsus mənzil ** saylı mənzildir. ** saylı mənzilin ona heç bir aidiyyəti yoxdur. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən olunmuşdur ki, ** saylı mənzil ona məxsusdur, həmin ** nömrəli mənzilə Maraqlı şəxs heç bir qanuni hüquq və vəzifəsi olmamış və yoxdur. Həmin qətnamə Maraqlı şəxs heç bir qanuni hüquq və vəzifəsinə toxunmur. Yuxarıdakılara əsasən hesab edir ki, *(***)- ****/**** saylı mülki iş üzrə çıxarılmış ##.##.2026-cı il tarixli qərardad ləğv olunmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə ərizə təmin edilmiş, *(***)-****/**** saylı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddət iddiaçı İddiaçı münasibətdə bərpa edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadı ləğv edilmişdir. Maraqlı şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadından şikayət verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini və Maraqlı şəxs iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilməsini və apellyasiya şikayətinə baxılması üçün işin Bakı Apellyasıya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh “İnşaat Konstruksiyaları” MMC-yə qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə “İnşaat Konstruksiyaları” MMC arasında bağlanmış ##.##.2020-ci il tarixli ****** saylı müqavilə üzrə ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 140.9 kv.m olan, ** nömrəli 3 otaqlı izolə olunmuş mənzil “İnşaat Konstruksiyaları” MMC tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- ****/**** saylı, ##.##.2024-cü il tarixli qətnamə Maraqlı şəxs maraqlarına toxunduğu üçün apellyasiya şikayəti və üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizə verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2939/2024 ##.##.2026-cı il tarixli qərardadı ilə ərizəçi Maraqlı şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olmuş *(***)-****/**** saylı mülki iş üzrə maraqlarına toxunan şəxs qismində tanınmasına dair onun nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün hüquq və maraqlarına toxunan şəxs kimi tanınması barədə ərizəsi təmin edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ## #### 2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilmişdir. İş üzrə üzrə iddiaçı İddiaçı “Elektron məhkəmə” informasiya sistemində elektron kabineti mövcuddur (ekran şəkli əlavə edilir). Buna baxmayaraq, guya o qərardadı əldə etmədiyini bildirərək ## #### 2026-cı il tarixdə məhkəmədən qərardadı təkrar almışdır. Daha sonra müddət bitdikdən sonra buraxılmış prosessual müddət bərpa edilməsi barədə ərizə verərək çıxarılmış qərardadın 2 ay sonra ləğv etdirmişdir. Halbuki iş üzrə üzrə iddiaçı İddiaçı “Elektron məhkəmə” informasiya sistemində elektron kabineti mövcud olduğu üçün qərardaddan son şikayət vermə müddəti ## #### 2026-cı il tarixdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı Maraqlı şəxs məhkəməyə çatımlıq hüququnun pozuntusu kimi, həmçinin süründürməçilik kimi qiymətləndirilməlidir. Diqqətə çatdırmaq istəmişdir ki, yüksək mərtəbəli binalarda yerləşən mənzillər müqavilə üzrə satılarkən dövlət reyestrində qeydiyyata alınmadığı üçün satan şirkət tərəfindən müqaviləyə qeyd edilmiş nömrə öz əksini tapmaqdadır. Ayrıca həmin müqavilədə mənzilin nömrəsi ilə birlikdə yerləşdiyi blok, mərtəbəsi, həmçinin sahəsi öz əksini tapmaqdadır. Binanın mərtəbə planındanda görünür ki, 1-ci blok, 10-cu mərtəbədə 138.9 kvm sahəsi olan mənzil mövcuddur. Yəni Maraqlı şəxs müqaviləsinə sadəcə mənzil nömrəsi ilə hüquqi qiymət verilməsi qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ## ###### 2023-cü il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində “İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi üzrə istintaq aparılaraq ## ####### 2023-cü il tarixdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, ##.##.2023-cü il tarixdə həmin cinayət işindən ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmaqla istintaq davam etdirilir. Cinayət işinin materiallarından görünür ki, “İnşaat Konstruksiyaları” MMC tərəfindən inşa edilmiş ünvan 2 ünvanında inşa olunan binanın 1-ci giriş, 10-cu mərtəbəsində yerləşən sahəsi 138.9 m2 olan ** nömrəli mənzil ## ####### 2019-cu il tarixdə Maraqlı şəxs ilə MMC-nin direktoru X1 arasında bağlanmış həmin tarixli alqı-satqı haqqında müqavilə əsasında sonuncuya satıldıqdan sonra həmin mənzil ## #### 2020-ci il tarixdə İddiaçı adına rəsmiləşdirilmişdir. Qeyd olunan mənzil ilk dəfə Maraqlı şəxs satıldığı üçün Maraqlı şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamışdır. Ayrıca Maraqlı şəxs xeyrinə çıxmış qətnamə Bakı şəhəri Yasamal Rayon İşra Şöbəsi tərəfindən ## ###### 2024-cü il tarixdə icra edilərək mənzil Maraqlı şəxs təhvil verilmiş, mənzilə qapı qoyulmuş, lakin buna baxmayaraq İddiaçı öz başına icra məmurlarının iştirakı olmadan qapını sökərək qeyri-qanuni şəkildə mənzili ələ keçirtmiş, mənzildə olan əşyaları çıxartmış və nəticədə Maraqlı şəxs maddi zərər vurmuşdur. Bununla əlaqədar olaraq Bakı şəhəri Yasamal Rayon icra şöbəsində ## #### 2026-cı il tarixdə akt tərtib edilmişdir. Ayrıca “Məhkəmə təcrübəsinin vahidliyi” əlaqədar bildirmək istəmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2024 tarixli qərarı 28-ci bəndində göstərilmişdir ki, ......... apellyasiya instansiyası məhkəməsi yalnız mənzillərin müqavilələrdə göstərilən sıra nömrələrinə əsaslanaraq iddiaçıya satılmış B** saylı mənzillə, üçüncü şəxsə satılmış B**-* saylı mənzilin fərqli mənzillər olduğu qənaətinə gəlsə də, gəldiyi nəticəni hər hansı mötəbər yazılı sübutlarla əsaslandırmamış və işin obyektiv həlli üçün iş üzrə müvafiq ekspertizalar keçirib xüsusi bilik tələb edən sözügedən suallara aydınlıq gətirməmiş, qeyd olunan binanın “B” blokunun 03-cü mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 152,43 kv metr olan başqa mənzilin olub-olmadığını aydınlaşdırmamış, bu barədə üçüncü şəxsin iş üçün əhəmiyyətli olan və ona məlum olan faktlar barədə izahatını iş üzrə toplanmış digər sübutlarla, o cümələdən cavabdehin ## ###### 2021-ci il tarixli, ** saylı əmrinin, istintaq orqanının “Sübutların qiymətləndirilməsi haqqında” ## ###### 2021-ci il tarixli Qərarının, cavabdeh tərəfindən Cavabdeh2 MMCyə ünvanlanmış ## #### 2021-ci il, ## ###### 2021-ci il tarixli məktubların məzmunu ilə müqayisəli şəkildə yoxlayıb qiymətləndirməmiş və nəticədə Mülki Prosessual Məcəllənin 77.1, 88, 97.1 və 106.1-ci maddələrinin tələblərini pozmuşdur. Mənzilin nömrələrinin fərqli olmasından asılı olmayaraq Maraqlı şəxs satılan mənzil ilə İddiaçı adına rəsmiləşdirilmiş eyni mənzil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 269.1ci maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır; 269.2-ci maddəsinə əsasən, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir; 269.3-cü maddəsinə əsasən, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kassasiya instansiyası məhkəməsinə göndərilir. İddiaçı sözügedən məhkəmə qərardadını rəsmi formada qəzbə imza etməklə ## #### 2026-cı il tarixdə qəbul etmiş və ##.##.2026-cı il tarixdə imza etməklə ##.##.2026cı il tarixdə məhkəmənin dəftərxanasına təqdim etmişdir. Həmin şikayət isə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə və MPM-in * saylı əlavəsinə uyğun verilməmişdir. Bu səbəbdən geri qaytarılmışdır. İddiaçı ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə şikayət göndərmişdir. Beləliklə, Məhkəmə kollegiyası iddiaçının ərizəsində qeyd edilənləri, habelə işin yuxarıda qeyd olunan faktiki hallarını, elektron məhkəmə informasiya sistemində olan yenilik və texniki problemləri nəzərə alaraq, belə qənaətə gəlir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hazırki iş üzrə ##.##.2026-cı il tarixli qərardadından şikayət vermə müddəti onun tərəfindən üzrlü səbəblərdən buraxılmışdır, bu müddətin bərpası üçün müvafiq əsaslar mövcuddur, ona görə də birinci instansiya məhkəməsi ərizəni düzgün olaraq təmin etmişdir. Məhkəmə kollegiyası iddiaçının Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadından verdiyi şikayətə münasibətdə isə qeyd edir ki, şikayət əsaslı olduğundan birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubu şəxin maraqlarına toxunan şəxs kimi tanınması üçün əsas ola bilməz. Həmçinin Məhkəmə Kollegiyası izah edir ki, Maraqlı şəxs AR Mülki Prosessual Məcəlləsinin 423.2-ci maddəsinə əsasən (işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının və Kommersiya kollegiyasının qərarlarından ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət edə bilər) ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət edə bilər. Belə ki, iş materiallarından müəyyən edilir ki, Maraqlı şəxs şikayətində qeyd etdiyi maraqlarına toxunan məhkəmə aktı(qərarı)üzrə, yəni iddiaçı İddiaçı cavabdeh “İnşaat Konstruksiyaları” MMC-yə qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə artıq yekun məhkəmə aktı (qərarı) qəbul edilmişdir və həmin məhkəmə qərarı qanuni qüvvəsini almışdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı). Məhkəmə kollegiyası Maraqlı şəxs şikayətini iş materialları ilə birlikdə nəzərdən keçirərək, hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı qanuni və əsaslıdır, qərardadın ləğv edilməsi üçün əsaslar yoxdur, şikayətin dəlilləri isə əsassızdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(3-6)-2198/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2198/2026
03.06.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver