Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2212/2026 02.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs üçüncü şəxs qismində cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə onun arasında bağlanmış ##.##.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilməsini xahiş etmişdir. Iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında göstərdi ki, iddiaçı işə düzəlmək üçün məşğulluq mərkəzinə müraciət etmişdir. Lakin orada müəyyən olunmuşdur ki, iddiaçı ##.##.2022-ci il tarixli əmək müqaviləsi əsasında Cavabdeh MMC-də qeydiyyatçı vəzifəsində göstərilmişdir. Iddiaçı 3 il ərzində əmək haqqı almamış və ona əmək müqaviləsi verilməmişdir. Ümumiyyətlə iddiaçı orada işləməyib. Başqa işə düzəlmək üçün müqavilənin ləğv edilməsini istəyir. Iddianın təmin olunmasını xahiş etdi. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilərək, iddianın təmin edilməsi və “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin müvafiq elektron informasiya sistemində yerləşdirmək Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs həvalə edilsin” sözünün əlavə edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün təyin edilmişdir. Mülki iş araşdırılarkən məlum olmuşdur ki, apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar yoxdur. Belə ki, iddiaçı tələbində cavabdeh Cavabdeh MMC ilə onun arasında bağlanmış ##.##.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilməsini tələb etmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini, “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin müvafiq elektron informasiya sistemində yerləşdirmək Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs həvalə edilsin” sözünün əlavə edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-ci maddəsinə müvafiq olaraq, apellyasiya şikayəti vermək hüququ qanuni qüvvəyə minməmiş məhkəmə aktlarından narazı olan tərəflərə pozulmuş hüquqların müdafiəsi məqsədilə verilir. Iş materiallarından göründüyü kimi, iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi tələbi ilə iddia qaldırmış və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli qətnaməsi ilə onun bu iddia tələbi tam təmin edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının xeyrinə tam təminedici qətnamə çıxarıldığı üçün iddiaçının maddi-hüquqi maraqları baxımından qətnaməni mahiyyəti üzrə mübahisələndirmək və ondan şikayət vermək üçün hüquqi əsası mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Iddiaçının apellyasiya şikayətindən isə görünür ki, qətnamə icra edilmədiyi üçün iddiaçı apellyasiya şikayəti vermişdir. Kollegiya iddiaçıya izah edir ki, iddiaçı qətnamənin icrası ilə bağlı çətinlik yarandığından məsələyə aydınlıq gətirilməsi üçün qətnaməyə izah verilməsi barədə ərizə ilə Xəzər rayon məhkəməsinə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 230-cu maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, mülki iş apellyasiya baxışından çıxarılmalı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6 və 402.2.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin, mülki iş apellyasiya baxışından çıxarılsın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(3-6)-2212/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2212/2026
02.07.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver