Məhkəmə qərarları › İş №2(3-6)-2218/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2218/2026

04.06.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2218/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC yə qarşı “artıq iş saatların, bayram günlərinin və qalıq məzuniyyət haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır. Iddiaçı İddiaçı tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından verilmiş şikayət həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası MPM-nin 36.7-ci maddəsinə əsasən qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər. Hesab edir ki, Əmək hüquqları pozulduğundan, aylarla cavabdehin əmri ilə Şuşa şəhərində evinə (Bakı şəhərinə gəlməməklə) qaldığından və MPM-36-cı maddəsinə görə hazırki iddiaya Sabunçu rayon məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı rəhbərliyin təzyiqi ilə cavabdeh müəssisədə işlədiyi müddət ərzində iş vaxtından artıq işlməyə məcbur edildiyini, işlədiyi artıq saatlara və bayram günlərində işlədiyinə görə əlavə maaş almadığını bildirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. AZEMIS Elektron Məhkəmə Informasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdeh Cavabdeh MMC-nin hüquqi ünvanı Şuşa rayonu, Şuşa şəhəri, Aslan Qaraşarov küçəsi ünvanıdır. Belə olan halda kollegiya hesab edir ki, iddia tələbinə cavabdehin hüquqi ünvanına görə Şuşa Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalı olmadığından birinci instasniya məhkəməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlillərini əsasız hesab edən kollegiya qeyd edir ki, iddiaçının MPM-nin 36.7-ci maddəsinə istinadı hazırkı mübahisəyə tətbiq oluna bilməz. Belə ki, həmin norma spesifik hüquqi vəziyyətlərə-qanunsuz məhkum edilmə, cinayət məsuliyyətinə cəlb, həbs və ya inzibati tənbeh nəticəsində vurulmuş zərərlə əlaqədar tələblərə aiddir. Iddiaçının tələbi isə iş vaxtından artıq işləmə, bayram günlərindəki iş və qalıq məzuniyyət haqqının ödənilməsindən ibarət olub, mahiyyət etibarilə əmək münasibətlərindən irəli gəlir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin qeydiyyat ünvanı Şuşa Rayon Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuş, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar