Məhkəmə qərarları › İş №2(3-6)-2250/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2250/2026

19.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2250/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X6 ibarət tərkibdə, Əhmədova Aysel Isbəndiyar qızının katibliyi, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı (ləğv prosesində olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC və Azərbaycan Respublikası Mərkəzi Bankı üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları:

1. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC ilə İddiaçı arasında bağlanan ##.##.2018-ci il tarixli X5nə əsasən, Bank əmanətçidən və ya əmanətçi üçün daxil olmuş pul məbləğini qəbul etməyi və əmanət məbləğini müqavilə ilə müəyyən olunmuş qaydada əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür (bənd 1.1). Bu müqavilə 12 ay müddətinə bağlanılır. (bənd 4.1) Müqavilənin 4.2. bəndi ilə müəyyən olunan müddətin bitdiyi sonuncu gün əmanət məbləği hesablanmış faizlərlə birlikdə “Əmanətçiyə”nin cari hesabına köçürülür. Müqavilənin 4.2. bəndi ilə müəyyən olunan müddətin bitdiyi sonuncu günədək “Əmanətçi” tərəfindən tələb olunmazsa, növbəti gündən etibarən müqavilə eyni müddətə uzadılmış hesab olunur, şərtlə ki, “Bank” müqavilənin müddətinin uzadılmasına razı olsun. “Bank” müqavilənin müddətinin uzadılmasına razı olmadıqda müqaviləyə xitam verilir və (4.2.) bəndi ilə müəyyən olunan qaydada əmanət "Əmanətçi"yə qaytarılmaqla əmanət hesabı bağlanır. Əgər “Əmanətçi” 4.3.bəndinə əsasən eyni adlı əmanət növü üzrə müqavilənin davam etdirilməsinə təşəbbüs edərsə, əmanət müqaviləsi “Bank”ın həmin günə faiz dərəcəsini və digər şərtləri tənzimləyən mövcud qüvvədə olan qaydasına əsasən yeni əmanət müqaviləsi bağlanmadan uzadılır. Həmin günə eyni adlı əmanət növü “Bank” tərəfindən ləğv edilmiş olarsa, müqavilə uyğun müddətli əmanətin şərtləri ilə uzadılır. 5.1. Bu müqavilə üzrə öz vəzifəsini icra edilməməsi və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. 5.2. (2.4.2.) və (2.4.3.) yarımbəndləri ilə üzərinə götürdüyü vəzifənin “Əmanətçi” tərəfindən icra edilməməsi və ya lazımi qaydada icra edilməməsi nəticəsində “Bank” a dəyən zərərin əvəzi “Əmanətçi” tərəfindən tam həcmdə ödənilməlidir. 9.6.Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir: e) Cəlb edildiyi günə xarici valyutada 3%-dən, milli valyutada 15%-dən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər. 9.7. Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində kompensasiya ödənilir.

2. İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanladığı ##.##.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı 800 (səkkiz yüz) manat əmanət məbləğininin və həmin məbləğin bank hesabına qoyulduğu ## #### 2018- ci il tarixdən illik 10,5%-lə 441 manat bu ərizənin yazıldığı günədək, cəmi 1241 manat pulun ona ödənilməsinin təmin edilməsini xahiş etmişdir.

3. Azərbaycan Respublikası Mərkəzi Bankının İddiaçı ünvanladığı ## ####### 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı Əmanətlərin Sığortalanması Fonduna müraciət etməsi tövsiyyə olunmuşdur.

4. İddiaçı Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı ##.##.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı 800 (səkkiz yüz) manat əmanət məbləğininin və həmin məbləğin bank hesabına qoyulduğu ## #### 2018- ci il tarixdən illik 10,5 %-lə 441 manat bu ərizənin yazıldığı günədək, cəmi 1241 manat pulun ona ödənilməsinin təmin edilməsini xahiş etmişdir.

5. Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ünvanladığı ## ###### 2024-cü il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin ## ##### 2020-ci il tarixli *- *(***)-***/**** nömrəli qərarı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC müflis elan edilmiş, barəsində iflas proseduruna başlanılmış və eyni qərarla Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş vəsaitlər qorunan əmanətlərə aid edilmədiyi üçün həmin vəsaitlər “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun otaraq kreditor tələbi kimi qeydə alınır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 77.1-ci maddssinə uyğun olaraq qeydə alıınmış kreditor tələbinin ödənilməsi həmin Qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəkdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış ## #### 2018-ci il tarixli, *-****** saylı bank hesabı müqaviləsinə əsasən ## #### 2018-ci il tarixdən ## #### 2019-cu il tarixinədək həmin müqavilənin şərtləri nəzərə alınmaqla əsas məbləğə hesablanmalı faizlərin miqdarı 84,00 manat məbləğində müəyyən olunur. 2-ci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış ## #### 2018-ci il tarixli, *-****** saylı bank hesabı müqaviləsinə əsasən ## #### 2019-cu il tarixindən ##.##.2025-ci il tarixinədək (12% dərəcəsi ilə hesablanmaqla) faiz məbləği 558,13 manat məbləğində müəyyən olunur. 3-cü sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış ## #### 2018-ci il tarixli, *-****** saylı bank hesabı müqaviləsinə əsasən ## #### 2018-ci il tarixdən ##.##.2025-ci il tarixinədək həmin müqavilənin şərtləri nəzərə alınmaqla əsas məbləğə hesablanmalı faizlərin miqdarı 642,13 manat məbləğində müəyyən olunur.

a) Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı (ləğv prosesində olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC və Azərbaycan Respublikası Mərkəzi Bankı üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ## #### 2018-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin Xaçmaz filialı ilə bağladığı *-****** nömrəli müqaviləyə əsasən “Bank”ın ondan əldə etdiyi 800 (səkkiz yüz) manat əmanət məbləğininin və həmin məbləğin bank hesabına qoyulduğu ## #### 2018-ci il tarixdən illik 10,5 % dərəcəsi, ## #### 2019-cu il tarixindən isə iki tərəfin razılığı ilə müqavilənin qüvvədə olması vaxtı uzadıldığı üçün həmin günə olan 12% dərəcəsi nəzərə alınmaqla bu mübahisə üzrə ilk iddia ərizəsinin yazıldığı günədək (## ###### 2025-ci il) 694 manat 45 qəpik, cəmi 1 494 (bir min dörd yüz doxsan dörd) manat 45 qəpik pulun ona ödənilməsi, habelə bu iddia ərizəsi ilə bağlı ödədiyi 34 (otuz dörd) manat 94 qəpik məbləğində dövlət rüsumu əvəzinin cavabdehdən onun xeyrinə tutulması və ümumilikdə 1529 (bir min beş yüz iyirmi doqquz) manat 39 (otuz doqquz) qəpik məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Sonradan iddiaçı İddiaçı iddia ərizəsinin dəqiqləşməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, etdiyi 800 (səkkiz yüz) manat əmanət məbləğininin və həmin məbləğin bank hesabına qoyulduğu ## #### 2018-ci il tarixdən illik 10,5 % dərəcəsi, ## #### 2019-cu il tarixindən isə iki tərəfin razılığı ilə müqavilənin qüvvədə olması vaxtı uzadıldığı üçün həmin günə olan 12% dərəcəsi nəzərə alınmaqla bu mübahisə üzrə ilk iddia ərizəsinin yazıldığı günədək (## #### 2025-ci il) 738 manat 40 qəpik, cəmi 1538.40 manat pulun ona ödənilməsi, habelə bu iddia ərizəsi ilə bağlı ödədiyi 34 (otuz dörd) manat 94 qəpik məbləğində dövlət rüsumu əvəzinin cavabdehdən onun xeyrinə tutulması və ümumilikdə 1573.34 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Iddia tələbi belə əsaslandırılmışdır ki, ## #### 2018-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC nin Xaçmaz filialının müdiri vəzifəsini müvəqqəti icra edən X4 ilə bağladığı *-****** nömrəli müqaviləyə əsasən “Bank” ondan əldə etdiyi 800 (səkkiz yüz) manat məbləğində əmanət üçün ona “Əmanətçiyə” - illik 10,5% ödəməli idi. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən “Bank” tərəfindən “Əmanətçi”dən bütün müvafiq valyutalarda qəbul edilmiş əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-yə münasibətdə müqavilənin 9.3-cü bəndində nəzərdə tutulmuş “Sığorta hadisəsi” baş verdiyi və bu hadisə qeydə alındığı üçün, yəni Bankın məcburi ləğvi mövcud olduğu üçün, müqavilənin 9.4-cü və 9.5-ci bəndlərinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fondundan kompensasiya almaq hüququ vardır. Kompensasiyanın ödənilməsi üçün müqavilənin 9.6-cı bəndində göstərilmiş məhdudiyyətlər mövcud deyildir. 1.2. Müqavilənin “Tərəflərin məsuliyyəti” adlı bölməsinin 5.1-ci bəndi”, “Əmanətlərin Sığortalanması Fondu, Bank və Əmanətçi" bölməsinin 9.6 - 9.10-cu bəndlərinin tələbləri nəzərə alınmaqla qeyd olunan məbləğdə əmanətin 100% həcmində kompensasiyanın və müvafiq faizlərin ödənilməsi təmin edilməlidir. 1.3. Müqaviləyə əsasən ödənişin edilməsi üçün dəfələrlə etdiyi müraciətlərə müsbət yanaşmaya nail olmaq mümkün olmamışdır. Sonuncu dəfə, Azərbaycan Respublikası Mərkəzi Bankının rəhbərliyinə göndərdiyi ərizəyə cavab olaraq ## ####### 2024-cü il tarixli məktubla “Əmanətlərin Sığortalanması Fondu”na müraciət etməyi tövsiyə edilmişdir. ## ###### 2024-cü il tarixli ərizə ilə “Əmanətlərin Sığortalanması Fondu”na müraciət edərək 800 (səkkiz yüz) manat əmanət məbləğini və həmin məbləğin bank hesabında qaldığı müddət üçün faizlərin ödənilməsinin təmin etməyi xahiş etmişdir. Əmanətlərin Sığortalanması Fondunun ona ünvanladığı və poçt vasitəsilə ## ###### 2025-ci il tarixdə ona çatdırılmış ## ###### 2024-cü il tarixli **-*/*-M-****-**-****-/**** saylı məktubda qeyd olunur ki, kreditor tələbinin ödənilməsi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəkdir. Banka qoyduğu 800 manat əmanət məbləği və həmin məbləğin bank hesabına qoyulduğu ## #### 2018-ci il tarixdən illik 10,5% dərəcəsi, ## #### 2019-cu il tarixindən isə iki tərəfin razılığı ilə müqavilənin qüvvədə olması vaxtı uzadıldığı üçün həmin günə olan 12% dərəcəsi nəzərə alınmaqla bu mübahisə üzrə ilk iddia ərizəsinin yazıldığı günədək (## ###### 2025-ci il) 694 manat 45 qəpik, cəmi 1494 manat 45 qəpik pul ona ödənilməlidir. Əmanətlərin Sığortalanması Fondu ödənişin edilməsi proseduru və vaxtı, habelə məbləği barədə, heç bir açıqlama vermir, növbəliyi şəffaf qaydada bəyan etmir və əsaslandırmır. “Banklar haqqında” Qanununun 82-ci maddəsinə görə ilk növbədə onun kimi kreditorların tələbləri üzrə ödənişlər edilməlidir. Aydın görünür ki, cavabdeh tərəf öz vəzifəsinin icrasından boyun qaçırır. Odur ki, məhkəmə müdafiəsindən istifadə etməli olur. Analoji iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması barədə Xətai Rayon Məhkəməsi ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardad çıxarmış və izah etmişdir ki, iddia “xxxx” ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı üzrə (ünvan 1) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilməli idi. Lakin müvafiq qərardadı məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin ünvanına göndərir. Məhkəmənin qərardadı anlaşılmazlıq yaradır. Hazırki mübahisə ilə bağlı münasibətlərin əsasını təşkil edən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin Xaçmaz filialı ilə bağladığı ## #### 2018-ci il tarixli *-****** nömrəli müqavilənin: - 1.1-ci bəndinə görə “Bank” “Əmanətçiyə” Azərbaycan Respublikasının milli valyutasında və Müqavilənin 3-cü maddəsində nəzərdə tutulan istənilən xarici valyutada əmanət hesabı açmağı, açılmış hesaba əmanət məbləğini qəbul etməyi və əmanət məbləğini müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada” “Əmanətçiyə” qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. - 5.1-ci bəndinə görə müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qətnaməsi (hakim Ə.Heydərova) ilə iddiaçı İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı (ləğv prosesində olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC və Azərbaycan Respublikası Mərkəzi Bankı üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə da iddiası rədd edilmiş, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz manat) manat iddiaçı İddiaçı tutulub Az.MEM, VÖEN **********, X13, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ01360100000000003944 SWIFT BIK CTREAZ 22 AZ34CTRE00000000000002088501 hesabına köçürülməsi qət edilmişdir.

11. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı İddiaçı ilə ləğv prosesində olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC arasında ## #### 2018-ci il tarixli X5 bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən banka 800 manat məbləğində pul vəsaiti yerləşdirilmişdir. Müqavilənin ilkin müddəti 12 ay təşkil etmiş, sonradan isə müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq ## #### 2019-cu il tarixdə avtoprolonqasiya edilmiş və həmin tarixdən etibarən əmanət üzrə illik faiz dərəcəsi 12% müəyyən edilmişdir. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin ## ##### 2020-ci il tarixli qərarı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC müflis elan edilmiş, bank barəsində iflas proseduruna başlanılmış və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Mübahisənin predmeti iddiaçı İddiaçı məxsus əmanətin “qorunan əmanət” hesab olunub-olunmaması və buna müvafiq olaraq cavabdeh Əmanətlərin Sığortalanması Fondunun kompensasiya ödəmək öhdəliyinin yaranıbyaranmaması ilə bağlıdır. Iş üzrə müəyyən edilmiş hallardan görünür ki, iddiaçıya məxsus əmanət müqaviləsi ## #### 2019-cu il tarixdə 12% illik faiz dərəcəsi ilə uzadılmışdır. Halbuki, həmin tarixdə qüvvədə olan normativ tələblərə əsasən milli valyutada qorunan əmanətlər üzrə maksimal faiz dərəcəsi 10% təşkil etmişdir. Beləliklə, iddiaçının əmanəti qanunla müəyyən edilmiş maksimal həddi aşan faiz dərəcəsi ilə yerləşdirildiyindən, həmin əmanət qanunun birbaşa imperativ normasına əsasən qorunan əmanət statusundan kənarda qalır. Qanunverici bu məsələ ilə bağlı hər hansı istisna nəzərdə tutmamış, əksinə, maksimal faiz dərəcəsinin aşılmasını qorunan əmanət statusunun itirilməsinin mütləq əsası kimi müəyyən etmişdir. Bu səbəbdən, iddiaçının əmanətinin sığortalanmış hesab edilməsi barədə arqumentləri hüquqi əsasdan məhrumdur. Iddiaçının arqumentlərindən biri ondan ibarətdir ki, müqavilə ilkin bağlandığı tarixdə (10,5% ilə) qorunan əmanət olmuşdur. Lakin, avtoprolonqasiya hüquqi baxımdan müqavilənin sadəcə mexaniki davamı deyil, onun uzadıldığı tarixdə qüvvədə olan qanunvericiliyin tələblərinə tabe olan yeni hüquqi vəziyyət yaradır. Müqavilənin uzadıldığı tarixdə tətbiq olunan faiz dərəcəsi və digər şərtlər həmin münasibətlərə birbaşa şamil olunur. Bu səbəbdən, ## #### 2019-cu il tarixdə tətbiq edilən 12% faiz dərəcəsi artıq yeni hüquqi rejim formalaşdırmış və nəticədə əmanət qorunan əmanət statusunu itirmişdir. Digər tərəfdən, “Əmanətlərin sığortalanması haqqında” Qanuna əsasən Fondun öhdəlikləri yalnız qorunan əmanətlərlə məhdudlaşır. Qorunan əmanət hesab edilməyən vəsaitlər üzrə Fondun kompensasiya ödəmək vəzifəsi yaranmır və bu məsələ cavabdehin mülahizəsindən deyil, birbaşa qanunun tələbindən irəli gəlir. Həmçinin, qorunan əmanət statusuna malik olmayan vəsaitlər üzrə hüquqi mexanizm tamamilə fərqlidir. Belə ki, “Banklar haqqında” Qanunun 77.1ci maddəsinə əsasən bu cür tələblər kreditor tələbi kimi qeydə alınır və həmin Qanunun 82-ci maddəsinə uyğun olaraq növbəlilik qaydasında ödənilir. Iş materialları ilə də təsdiq olunur ki, iddiaçının tələbi müvafiq qaydada kreditor tələbi kimi qeydə alınmışdır. Bu isə onun hüquqlarının pozulması deyil, əksinə, qanunla nəzərdə tutulmuş alternativ təminat mexanizminin tətbiqidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəflərin qanunvericiliyin tələblərinə riayət etməklə müqaviləni bağlamaqlarını, tərəflərdən birinin - Bankın müqavilənin şərtlərinə əməl etməməsini nəzərə almadan qətnamə çıxarmışdır (qətnamə, s.9, sonuncu abzas). Bundan başqa, məhkəmə müqaviləyə əsasən banka qoyulmuş əmanətin “qüvvədə olan normativ tələblərə əsasən” maksimal faiz dərəcəsinin 10% təşkil etməsini “qorunmayan əmanət” kateqoriyasına aid etməsini konkret hüquqi normalarla əsaslandırmamışdır (qətnamə, s.10, abzas 2-3). Daha sonra, müqavilə bağlandıqdan sonra qəbul olunmuş, şəxsin vəziyyətini pisləşdirən hüquqi normanı geriyə şamil edən məhkəmə qanunvericiliyin tələblərini pozmuşdur (qətnamə, s.10, abzas 5). Iddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin Xaçmaz filialı arasında bağlanmış ## #### 2018-ci il tarixli *-****** nömrəli müqavilə qanunvericiliyin tələblərinə uyğun qaydada bağlanmış, banka qoyulmuş əmanət üzrə illik faiz dərəcəsi növbəti il üçün 10,5 faizdən 12 faizədək qaldırılmış, sonradan hər il müqavilə avtoprolonqasiya edilmişdir. Bundan sonra Bank müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsini birtərəfli qaydada azaltmamışdır (belə olsaydısa bir ay əvvəl onu xəbərdar etməli idi). Məhkəmə müqaviləyə əsasən banka qoyulmuş əmanətin “qüvvədə olan normativ tələblərə əsasən” maksimal faiz dərəcəsinin 10% təşkil etməsini “qorunmayan əmanət” kateqoriyasına aid edir, lakin konkret hüquqi normalarla əsaslandırmır (qətnamə, s.10, abzas 2-3). Müqavilənin bağlandığı tarixdə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz olmuşdur. Yəni müqavilə maddi hüquq normalarına uyğun qaydada bağlanmış və müqavilədə göstərilmiş illik 10,5 faiz, müəyyən edilmiş maksimal həddi aşmamışdır. ## #### 2019-cu il tarixdən faiz dərəcəsi 10 faizədək endirilmişdir. Bu tarixdən sonra həmin həddi aşan faizlə qəbul edilmiş əmanətlər qorunmayan hesab edilir. Müqavilədən göründüyü kimi iddiaçı tərəfindən pul vəsaiti - əmanət Banka ## #### 2018-ci il tarixdə yerləşdirilmiş, həmin zaman mövcud yuxarı 15 faizlik həddi aşmamışdır. Buna görə Bankda olan pul vəsaiti qorunan əmanətlər kateqoriyasına aiddir, müvafiq olaraq sığortaçı tərəfindən kompensasiya ödənilməlidir. ## #### 2019-cu il tarixdən, yəni qorunan əmanətlərin illik faiz dərəcəsinin yuxarı həddinin 10 faizədək endirilməsi və buna görə 10,5 faizlə yerləşdirilmiş əmanətin “qorunan statusunu itirməsi” barədə məhkəmənin qənaəti (qətnamə, s.10, 5-ci abzas) maddi hüquq normalarına uyğun deyildir. Bir qədər əvvəl qeyd olunduğu kimi, faiz dərəcələrinin yuxarı həddi endiriləndən sonra həmin həddi aşmaqla yerləşdirilmiş əmanətlər qorunmayan sayılır. Bundan başqa, şəxslərin vəziyyətini pisləşdirən, hüquqi məsuliyyət yaradan hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bank ilə müqavilə bağladığı ## #### 2018-ci il tarixdə Banka yerləşdirilən və qorunan hesab edilən əmanətin illik faizinin yuxarı həddinin 10 faiz müəyyən edildiyi barədə birinci instansiya məhkəməsinin mövqeyi (qətnamə, s.10, 3-cü abzas) hər hansı bir mötəbər sübutla təsdiq edilmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Iddiaçı ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı.

16. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

23. Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.

24. Maddə 948.1. Bank əmanətçiyə əmanətin məbləği üçün X5 ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir. Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikasının Qanunu:

25. Maddə 2.1.2. qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir.

26. Maddə 2.1.2.6. cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir.

27. Maddə 2.1.9. Sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 (bundan sonra – Mərkəzi Bank) tərəfindən təsdiq edilməsidir.

28. Maddə 2.1.10. Sığorta hadisəsinin baş verdiyi gün – bu qanuna müvafiq olaraq Mərkəzi Bank tərəfindən Fonda göndərilən bildirişdə sığorta hadisəsinin baş verməsi günü kimi qeyd olunan tarixdir.

29. Maddə 2.1.11. Kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir.

30. Maddə 8.1.20. X7 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir.

31. Maddə 27.2. Əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir, bu şərtlə ki, kompensasiya bu qanunun 26.1-ci maddəsində göstərilən məbləğdən artıq olmasın.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ, II və III hissələrinə, 149-cu maddəsinin İ və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il # #### tarixli Qərarı:

32. Sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Hazırkı işdə iddia tələbi rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

36. Məhkəmə kollegiyası bildirir ki, işin müəyyən edilmiş hallarına əsasən iddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC arasında X5 bağlanan zaman tərəflər əmanətin 10.5%-lə qoyulması barədə razılığa gəlmişlər. Banka əmanət olaraq qoyulan məbləğ Azərbaycan manatı ilə olmuş, sonradan ## #### 2019-cu il tarixdə tərəflər arasında əvvəlcədən razılaşdırılmış mexanizmə uyğun olaraq avtoprolonqasiya edilmiş, yəni müqavilənin müddəti uzadılmış və bu zaman əmanət üzrə illik 12 faiz dərəcəsi tətbiq olunmuşdur.

37. Kollegiya qeyd edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin iflas proseduruna başlanılmış, bununla da sığorta hadisəsi baş vermişdir. Lakin bu zaman X7 qərarına əsasən qorunan əmanətlər üzrə milli valyutada illik faiz dərəcəsinin yuxarı həddi 10% müəyyən edildiyindən və iddiaçı ilə LPO mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC arasında olan X5 də bu tarixdən sonra, hər bir halda adıçəkilən bankın müflis elan edilməsindən, yəni sığorta hadisəsi baş verməmişdən əvvəl, tərəflərin qarşılıqlı razılıqları ilə 12% dərəcəsi ilə yeniləndiyindən həmin müqavilə üzrə banka verilmiş əmanət qorunan əmanət statusunu artıq itirmişdir və buna görə müvafiq kompensasiya cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilməli deyildir, habelə həmin əmanət məbləğinə müvafiq olaraq yaranmış faiz məbləğinin də cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tələb edilməsi əsassızdır. Belə ki, qorunan əmanətlərə münasibətdə Əmanətlərin Sığortalanması Fondu məsuliyyət daşıya bildiyi halda, qorunmayan əmanətlər bankın bilavasitə bank fəaliyyəti ilə bağlı öhdəlikləri hesab olunur.

38. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı ilə bank arasında olan sözügedən X5 tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət edilməklə və azad mülki dövriyyə şəraitində yeni faiz dərəcəsi ilə yenilənərək tərəflər üçün fərqli hüquqi nəticələr yaratmış, yəni hazırki işin halları nöqteyi-nəzərdən iddiaçının əmanətinin Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikasının Qanununun 2.1.2.6-cı maddəsi ilə nəzərdə tutulmuş qorunan əmanət olması halını istisna etmişdir. Belə olan halda, iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

39. Məhkəmə kollegiyası qorunan əmanət statusuna malik olmayan vəsaitlərə münasibətdə bildirir ki, “Banklar haqqında” Qanunun 77.1-ci maddəsinə əsasən bu cür tələblər kreditor tələbi kimi qeydə alınır və həmin Qanunun 82-ci maddəsinə uyğun olaraq növbəlilik qaydasında ödənilir.

40. Məhkəmə kollegiyası iş materiallarını, birinci instansiya məhkəməsinin qətnaməsini, apellyasiya şikayətinin dəlillərini və iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

42. Bunlarla yanaşı, məhkəmə kollegiyası izah edir ki, hazırkı iddianın qiyməti beş min manatdan azdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Odur ki, iddianın qiyməti beş min manatdan az olduğu üçün qətnamədən kassasiya şikayəti verilə bilməz.

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar