Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2311/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçı İddiaçı, Cavabdeh cavabdeh2 iştirakları ilə, Işin halları
1. ##.##.1992-ci il tarixdə verilmiş ****** nömrəli orderdən görünür ki, Bakı şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ##.##.1991-ci il tarixli ** saylı sərəncamına əsasən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsi ev 37 ünvanda yerləşən 5 otaqlı * saylı mənzili Nəriman Nərimanov adına X1 Idarəsində işləyən İddiaçı verilmişdir. Orderdə iddiaçının ailə üzvlərinin soyadı, inisialları, qohumluq dərəcəsi, doğum təvəllüdləri qeyd olunmuşdur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh2 və azyaşlı qızı 2017-ci il təvəllüdlü cavabdeh1 ona məxsus olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsi ** saylı evin * saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. 2017-ci il təvəllüdlü cavabdeh1 yetkinlik yaşına çatmadığından cavabdehlər siyahısından çıxarılmış və anası cavabdeh2 onun qanuni nümayəndəsi qismində cəlb edilmişdir.
4. Iddiaçı İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1977- ci il tarixdən Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Nəriman Nərimanov adına X1 Idarəsində işləmişdir. Özü ailəli olmuşdur. Atası ilə birlikdə, ata evində ümumi həyətdə iki qardaşı və onların geniş ailəsi ilə birlikdə yaşamışlar. Ailəsinin yaşayış şəraitini yaxşılaşdırmaq məqsədi ilə o, 1986-cı il tarixdə işlədiyi idarədə mənzil növbəsində durmuşdur. ##.##.1992-ci il tarixdə o, işlədiyi Nəriman Nərimanov adına X1 Idarəsinin ona təqdim etdiyi ****** nömrəli orderi ilə ünvan 1 ünvandan beş otaqlı mənzil təqdim edilmişdir. Həmin mənzili təmir edib, yaşayışa lazım olan ev əşyalarını mənzilə yığmışlar. Ailəsi ilə mənzilə köçərkən mənzilin giriş qapısının məcburi köçkünlər tərəfindən qırıldığını və mənzilə 10 nəfərdən çox məcburi köçkünün yerləşdiyinin şahidi olmuşlar. Onların mənzildən çıxmasını tələb etsə də, sonuncular mənzildən çıxmayacaqlarını bildirmişlər. Məcburi köçkünlərin zəbt etdiyi, ona məxsus olan mənzilin boşaldılıb, ona təhvil verilməsi ilə bağlı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 müraciət etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Belə ki, müraciət etdiyi zaman, ona cavab olaraq, zəbt edilmiş torpaqlar azad edildikdən sonra, məcburi köçkünlər köçürülüb, onlar tərəfindən məskunlaşmış olan mənzillər boşaldılaraq, mənzil sahiblərinə təhvil veriləcəkdir. Bu günə qədər, o, ailəsi ilə birlikdə ata ünvanına iki qardaşının ailəsi ilə yaşamaqdadırlar. Yaşayış yerlərinin darısqal olması ilə əlaqədar, qızı X7 aylıq 400 manat kirayə pulu ödəyərək, kirayə yaşayır, oğlu X5 şəraiti olmadığına görə evləndirə bilmir. X2 Vətən Müharibəsinin iştirakçısı və veteranıdır. Artıq neçə ildir ki, torpaqlar azad olunsa da, məcburi köçkünlər zəbt etdiyi mənzilini ona qaytarmadığı üçün, o, məcburiyyət qarşısında qalıb, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Bununla bağlı, oğlu, etibarnamə üzrə nümayəndəsi X5 ##.##.2025-ci il tarixdə ünvan 2 ünvanda yerləşən «X6» MMC ilə müqavilə bağladıqdan sonra, müvafiq sorğu əsasında Bakı şəhəri Icra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi *** nömrəli Mənzil-Kommunal Istismar Sahəsindən arayış almışdır. *** nömrəli MKIS-in **** nömrəli, ##.##.2025-ci il tarixli arayışında, ünvan 3-nın, ****** nömrəli orderə əsasən mənzilin onun adına olması, lakin, Laçın rayonundan gəlmiş məcburi köçkünlər tərəfindən 1992-ci il tarixdən zəbt edildiyi, müvəqqəti məskunlaşdıqlarını qeyd edib, mənzildə 1972-ci il təvəllüdlü cavabdeh2 və 2017-ci il təvəllüdlü cavabdeh1 yaşadığı göstərilmişdir. Buradan da göründüyü kimi, onun beş otaqlı mənzilində hal-hazırda iki nəfər şəxs yaşayır. Bir daha məhkəmənin nəzərinə çatdıraraq bildirmək istəyir ki, ünvan 1 ona ##.##.1992-ci il tarixdə, işlədiyi Nəriman Nərimanov adına X1 Idarəsi tərəfindən ****** nömrəli orderi ilə verilmişdir. Həmçinin, zəbt edilmiş Vətən torpaqları düşmənlərdən azad edilib qaytarıldığı üçün, 1992-ci il tarixdən mənzilində məskunlaşan, hal-hazırda yaşamaqda qalan 1972-ci il təvəllüdlü cavabdeh2 azyaşlı övladı 2017-ci il təvəllüdlü cavabdeh1 ilə birlikdə mənzilindən çıxarılmalıdır. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddianın təmin edilməsi, cavabdeh cavabdeh2, həmçinin yetkinlik yaşına çatmamış ailə üzvü olan 2017-ci il təvəllüdlü cavabdeh1 Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsi ** saylı evin * saylı mənzilindən çıxarılmaları, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 33cü maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 158.1ci maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının * saylı protokolunun 1-ci maddəsinə, Insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2004-cü il tarixli Qərarına, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» insan hüquqları və X11 haqqında» Avropa Konvensiyası müddəalarının və Insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli qərarına, ## #### 1999-cu il tarixli Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) haqqında Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə, Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119, 216-220, 217.4, 227, 233 və 360cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək apellyasiya şikayətinin təmin olunması, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Laçın rayonundan məcburi köçkündür və 1992-ci ildən Laçın rayonu işğal olunandan sonra mübahisəli mənzildə məskunlaşmışdır. Laçın şəhərinə köçlə bağlı hal-hazırda ev növbəsindədir. Qaçqınlar və X9 üzrə Dövlət Komitəsinə məhkəmə zamanı və qətnamə çıxdıqdan sonra müraciətləri olub. Növbə çatdıqda Laçın şəhərində bina evindən ev veriləcəyi habelə məhkəmə qətnaməsi olan vətəndaşların növbədə önə çəkilərək evlə təmin olunmaları barədə məlumat verilmişdir. Ümummilli lider Heydər Əliyev öz çıxışlarında məcburi köçkünlərin problemlərini "ən prioritet məsələ" kimi qeyd etmişdir. Sitat: Məcburi köçkünlər bizim ən ağır vəziyyətdə olan vətəndaşlarımızdır, məcburi köçkünlər qorunmalı, onların yaşayış şəraiti yaxşılaşdırılmalı, müvəqqəti yerləşdikləri yerlərdən zorla çıxarılmaları yolverilməzdir. Qeyd edir ki, şəhid X3 bacısıdır. Atası, anası rəhmətə getməmişdən öncəyə qədər şəhid ailəsi statusunu daşıyırdı. Şəhid bacısıdır, öhdəsində azyaşlı övladı var, özü 2-ci qrup əlildir. Bu evdən başqa heç bir yaşayış yeri yoxdur. Məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Laçın rayonunda ev veriləndən sonra, iddiaçının mənzilini tərk edəcəyini bildirir. Laçın rayonundan məcburi köçkün kimi növbəyə dayanmışdır. Hazırda isə yaşamağa yeri olmadığından məhkəmənin gəldiyi nəticə əsassızdır. Məhkəmə qərar qəbul edərkən yaşamağa yerinin olmadığını nəzərə almamış, yaşamağa başqa yerinin olub-olmadığını araşdırmamışdır. Iddiaçının evindən çıxarılmağı yalnız evlə təmin olunandan sonra mümkün olacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığımənzildən qanunsuz məhrum edilə bilməz. Bildirir ki, Laçın rayonundan məcburi köçkün olmaqla mübahisəli mənzildə 1992ci ildən məskunaşmış və həmin vaxtdan da mübahisəli mənzildə yaşayır. Hazırda evlə təmin edildikdən sonra mübahisəli mənzilən çıxa bilər. Yaxın zamanlarda bütün sakinlər öz torpaqlarına köçürüləcəkdir. Həmin müddət ərzində onun və ailə üzvlərinin çöldə qalması ədalətsizlikdir. Mənzil Məcəlləsinin 96-cımaddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunun bu tələbinə əsasən iddiaçı yaşayış yerinin olmasını sübut etməli idi. Lakin bununla bağlı heç bir sübut yoxdur. Ona görə ki, həmin mənzildən başqa yaşamağa yeri yoxdur və 34 ilə yaxındır ki, orada yaşayır. Məhkəmə onların harada yaşamaqlarını və gələcək taleyi barədə düşünmədən hazırkı evdən çıxarılmağı əsassızdır. Bu hallar məhkəmədə tam araşdırılmamışdır. MPM-nin 9-cu maddəsində ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi nəzərdə tutulsa da bu tələb yerinə yetirilməmişdir. MPM-nin 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Iddiaçı yaşayış yerlərinin olmasını sübut etməmişdir. Sübut olmadığı halda isə məhkəmə iddianı təmin etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Iddiaçı İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək etirazı onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfdən verdiyi apellasiya şikayətində çıxmaq istəmədiyi ünvan 3 onun şəxsi daşınmaz mülkiyyətidir. Bununla da, belə hesab edir ki, cavabdeh tərəf olan 1972-ci il təvəllüdlü cavabdeh2 və onun azyaşlı qızı 2017-ci il təvəllüdlü cavabdeh1 ona məxsus olan - ünvan 3 ünvanından ilkin iddia ərizəsində əsaslı olan tələbi üzrə qət edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi qanuni qüvvədə qalaraq, cavabdeh cavabdeh2 verdiyi apellyasiya şikayəti əsassız hesab edilib, baxılmadan rədd edilməlidir. Həmçinin məhkəmənin nəzərinə çatdıraraq bildirir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsində qaldırdığı mülki mübahisə üzrə iddia tələbi, məhkəmə proseslərində araşdırılaraq, bir neçə məhkəmə gedişatından sonra, yekun olaraq, məhkəmə iddianı əsaslı və qanuni hesab edərək, iddia tələbinin təmin edilməsi qərarına gəlmişdir. Birinci instansiya məhkəməsində qaldırdığı iddia tələbində göstərib və məhkəmə proseslərində bildirdiyi kimi, bir daha nəzərinə çatdırır ki, ünvan 3 mənə 1977-ci il tarixdən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Nəriman Nərimanov adına X1 Idarəsində işlədiyi zaman, 1986-cı il tarixdə mənzil növbəsinə durub, ##.##.1992-ci il tarixdə Nəriman Nərimanov adına X1 Idarəsinin təqdim etdiyi ****** nömrəli orderi ilə mülkiyyətinə verilmişdir. Mənzili təmir edib, yaşayışa lazım olan ev əşyalarını mənzilə yığıb, ailəsi ilə birlikdə mənzilə köçən zaman, mənzilin giriş qapısının məcburi köçkünlər tərəfindən qırıldığını və mənzilə on nəfərdən çox məcburi köçkünün yerləşdiyinin şahidi olmuşdur. Onların mənzildən çıxmasını tələb etdiyi zaman, onlar mənzildən çıxmayacaqlarını qərəzli surətdə bildirmişdirlər. O, zamandan, məcburi köçkünlərin zəbt etdiyi, ona məxsus olan mənzilin boşaldılıb təhvil verilməsi ilə bağlı dəfələrlə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 müraciət etsə də, heç bir müsbət nəticə əldə edə bilmədiyi üçün, eyi zamanda artıq neçə ildir ki, torpaqlar azad olunsa da, məcburi köçkünlərin zəbt etdiyi mənzilini ona qaytarmadığı üçün, məcburiyyət qarşısında qalıb, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə də haqlı olduğunu, qanuni iddia tələbinin hüquqi cəhətdən düzgün tələbini nəzərə alıb, iddia tələbini qərar qəbul edib təmin etmişdir. Eyni zamanda məhkəməyə bildirmək istəyir ki, hal-hazırda da ailəsi ilə birlikdə ata ünvanında iki qardaşının ailəsi ilə (arayış birinci istansiya məhkəməsinə təqdim edilmiş iddia ərizəsinə əlavə olunmuşdur) yaşamaqdadır. Yaşayış yerinin darısqal olması ilə əlaqədar, qızı X7 aylıq 400 (dörd yüz) manat kirayə pulu ödəyərək, kirayə yaşamaqdadır, oğlu X5 şəraiti olmadığına görə evləndirə bimir. Oğlu Baba ikinci Vətən müharibəsinin iştirakçısı və veterandır. Yuxarıda yazdıqlarını nəzərə alıb, birinci instansiya məhkəməsinə verdiyi iddia tələbi üzrə, bir neçə gedən məhkəmə prosesi ilə tələbinin qanuni olduğu nəzərə alınaraq, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi iddianın təmin edilməsi barədə *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsini qət etmişdir. Bu əsasla da cavabdeh tərəf olan cavabdeh2 verdiyi apellyasiya şikayətini əsassız hesab edib, rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
12. ##.##.2026-cı il tarixli məhkəmə iclasında Bakı şəhər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişdir. 13.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
14. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
15. 29-cu maddəsinə əsasən Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
16. 33-cü maddəsinin 2-ci hissəsinə əsasən, qanunla müəyyən edilmiş halla və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.
17. Azərbaycan Respublikasının tərafdar çıxdığı Insan Hüquqlarının və X11 haqqında Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.
18. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» insan hüquqları və X11 haqqında» Avropa Konvensiyası müddəalarının və insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «Insan hüquqlarının və X11 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə Insan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiyyətini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman Insan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 152.1 mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
20. Maddə 157.2 mülkkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
21. Maddə 158.1. əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır.
22. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.
## #### 1999-cu il tarixli Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) haqqında Azərbaycan Respublikası Qanununun
23. 17-ci maddəsinə əsasən qaçqın və məcburi köçkünün müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun
24. 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabineti, Qaçqınların və X9 üzrə Dövlət Komitəsi və yerli icra hakimyyəti orqanları öz səlahiyyətləri daxilində, məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınmışq salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
37. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının * saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
38. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq hüquqi aktlarda (Insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, Insan hüquqlarının və X11 haqqında Konvensiyaya * saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir.
39. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
40. Bundan əlavə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir .
41. ## #### 1999-cu il tarixli Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) haqqında Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən qaçqın və məcburi köçkünün müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
42. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabineti, Qaçqınların və X9 üzrə Dövlət Komitəsi və yerli icra hakimyyəti orqanları öz səlahiyyətləri daxilində, məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınmışq salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir.
43. Işin müəyyən edilmiş hallarından görünür ki, hazırkı iş üzrə cavabdeh Laçın rayonundan məcburi köçkün olmaqla, iddiaçıya ailə üzvləri ilə verilmiş mənzil üzərində hər hansı hüquqları yoxdur, iddiaçının ailə üzvü deyil, özbaşına olaraq mənzilə köçməklə, mənzili zəbt etmişdir. Cavabdeh buna hüququ olmadan azyaşlı övladı ilə həmin mənzildə yaşayır, bununla iddiaçının qanunla qorunan hüquqlarını davamlı şəkildə pozur.
44. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçı mənzilin boşaldılmasını və cavabdehin və onun yetkinlik yaşına çatmayan ailə üzvünün həmin mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Iddiaçının öz mülkiyyətində olan mənzilə dair hüquqları həm milli, həm də beynəlxalq hüquq normalarına əsasən tanındığından birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.
45. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, hazırda cavabdehin digər yaşayış sahəsi ilə təmin olunmaması hazırki iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz.
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.