Məhkəmə qərarları › İş №2(3-6)-2312/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2312/2026

01.09.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2312/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh9, Qurbanova İlhamə İsmayıl qızına, cavabdeh1, cavabdeh3, cavabdeh2, cavabdeh7 qarşı mülki iş üzrə (Açar sözlər: orderin etibarsız hesab edilməsi və xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarma) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qafarova Rəna Nazim qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, cavabdeh cavabdeh9 iştirakı ilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh9, Qurbanova İlhamə İsmayıl qızına, cavabdeh1, cavabdeh3, cavabdeh2, cavabdeh7 qarşı «orderin etibarsız hesab edilməsi və mənzildən çıxarılma» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabeh cavabdeh9 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları

1. Səngəçal-1 hərbi şəhərciyi, Qorki küçəsində yerləşən ** nömrəli Fin tipli ev xüsusi təyinatlı yaşayış sahəsi olmaqla, İddiaçı Salyan rayon Mənzil-İstismar Hissəsinin (MİH) təminatında olan Səngəçal-1 hərbi şəhərciyinin balansındadır. Cavabdeh cavabdeh9 ailə üzvləri ilə birlikdə İddiaçı Salyan rayon MİH-nin ## ####### 1996-cı il tarixli ** nömrəli orderi əsasında həmin yaşayış sahəsinə yerləşdirilmişdir. Cavabdeh cavabdeh9 İddiaçı müxtəlif hərbi hissələrində müxtəlif vəzifələrdə hərbi xidmət keçmiş və ehtiyata buraxılmışdır.

1. Cavabdeh Azərbaycan Respublikası Prezidentinin ## ###### 2011-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri” çərçivəsində dövlət vəsaiti hesabına daimi yaşayış sahəsi ilə təmin olunmuşdur. Belə ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2010-cu il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi, “Göy Qurşağı-Məmmədli” yaşayış kompleksi, ev 2, mənzil 61 mülkiyyət hüququ əsasında daşınmaz əmlakın Dövlət reyestrində ##.##.2019-cu il tarixdə cavabdeh9 adına qeydiyyata alınmışdır.

2. İddiaçı İddiaçı Salyan rayon Mənzil-İstismar hissəsi əsl iddiaçı İddiaçı ilə əvəz edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı Salyan rayon Mənzil-İstismar hissəsi cavabdeh cavabdeh9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh cavabdeh9 verilmiş ##.##.1996-cı il tarixli ** nömrəli xidməti orderin etibarsız hesab edilməsi; cavabdehlər cavabdeh9, həyat yoldaşı Qurbanova İlhamə İsmayıl qızının, oğlu cavabdeh1, oğlu cavabdeh3, gəlini cavabdeh2, nəvəsi cavabdeh5, nəvəsi cavabdeh4, gəlini cavabdeh7, nəvəsi cavabdeh8 Səngəçal-1 hərbi şəhərciyi, Qorki küçəsində yerləşən ** nömrəli Fin tipli evdən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. X1 və X3 yetkinlik yaşına çatmayan ailə üzvlərinin hüquq və mənafelərinin qorunması məqsədilə onların qanuni nümayəndələri qismində mülki iş üzrə prosesə cəlb edilmişlər

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Səngəçal-1 hərbi şəhərciyi İddiaçı Salyan rayon Mənzil-İstismar hissəsinin balansındadır. Burada yerləşən bütün mənzillər xidmətidir və hərbçi ailələrinin yaşaması üçün nəzərdə tutulmuşdur. ##.##.1996-cı il tarixdə cavabdeh9 ** nömrəli xidməti order əsasında Səngəçal-1 hərbi şəhərciyində yerləşən ** nömrəli Fin tipli ev verilmişdir. Daha sonra cavabdeh9 Abşeron rayonu Məmmədli kəndi ev 2, ** nömrəli mənzillə təmin olunmasına baxmayaraq ona verilmiş Səngəçal-1 hərbi şəhərciyində yerləşən ** nömrəli Fin tipli evi Salyan rayon mənzil istismar hissəsinə təhvil verməmişdir. O, hal-hazırda həmin mənzildə yaşamır. cavabdeh9 xidməti mənzili təhvil verməsi barədə dəfələrlə xəbərdarlıq olunmuşdur.

6. Cavabdeh cavabdeh9 məhkəməyə iddiaya etiraz təqdim edərək qeyd etmişdir ki, iddia tələbini əsassız və qanunsuz hesab edir. Belə ki, mübahisəli mənzil hüquqi vəziyyətinə görə xidməti mənzildir və ona (ailəsinə) hərbi hissədə xidmət etdiyinə görə verilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi, özü tərəfindən tərtib edilmiş arayışa əsasən mübahisəli mənzil iddiaçının balansındadır. Lakin evin yerləşdiyi torpaq sahəsi Müdafiə Nazirliyinin deyil, bələdiyyənin balansındadır. Qeyd edir ki, 1992-ci ildən etibarən o, Müdafiə Nazirliyi N saylı hərbi hissəsində R rütbəsində xidmətə başlamışdır, 2015-ci ilə qədər xidmət etmişdir və pensiyaya çıxmışdır. Hərbi xidmətçi kimi 4 nəfərdən ibarət olan ailəsinə Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar hissəsinin ## ####### 1996-cı il tarixli orderi əsasında mübahisəli mənzil verilmişdir. Həmin tarixdən bu günə kimi, yəni 30 ildir ki, ailəsi mübahisəli evdə yaşayır. Bir neçə il bundan əvvəl alğı-satqı müqaviləsi əsasında özünə iki otaqlı mənzil almışdır. Qeyd edir ki, mübahisəli ev ona təhvil verilən zaman bərbad vəziyyətdə olmuşdur, evin taxtadan olan divarları əhəmiyyətli dərəcədə çürümüşdür, mənzil yaşamaq üçün yararsız vəziyyətdə olmuşdur, iddiaçı mənzilin istismarı ilə məşğul olmamışdır. Ona görə də, o, həmin mənzili əsaslı təmir etmişdir, buna görə külli miqdarda vəsait sərf etmişdir, yaşamaq üçün yararsız olan mənzili yararlı vəziyyətə salmışdır. Yaşadığı müddətdə isə mənzili vaxtaşırı təmin edərək evin mövcudluğunu təmin etmişdir. Əks halda ev çoxdan uçub dağılmışdı və hazırki mübahisəyə isə əsas qalmamış olardı. Mübahisənin hüquqi tərəfinə gəldikdə isə, iddiaçının tələbinin hüquqi əsası kimi hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə istinad etmişdir (2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsi). Halbuki, qanunun tələbinə görə mübahisə həll edilərkən mülki münasibətlərin yarandığı zaman qüvvədə olan maddi normalara istinad edilməli və həmin normalar tətbiq edilməlidir. Yəni, hazırki mübahisəyə 1983-cü il tarixdə qəbul olunmuş Mənzil Məcəlləsinin normaları əsasında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yaranmadığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mənzillə bağlı münasibətlər 1996-cı ildə yaranmışdır. Deməli, həmin zaman qüvvədə olan 1983-cü il tarixli Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən müəssisə, təşkilat və idarələrdə 9 ildən artıq xidmət etmiş şəxslər, habelə pensiyaya çıxmış şəxslərin xidməti mənzillərdən çıxarılmasına yol verilmir. Bundan əlavə məhkəmənin nəzərinə çatdırır ki, mübahisəli mənzil onun istifadəsinə verilən zaman (1996-cı il) onun ailəsi 4 nəfərdən ibarət olmuşdur. Hazırda onun ailəsi böyümüşdür və 13 nəfərdən ibarətdir. O, yeni, cəmi 2 otaqdan ibarət olan mənzil əldə etsə də, bu onun ailəsinin mənzil problemini həll etməmişdir. Onun uşaqları mübahisəli evdə doğulmuşlar, həmin evdə istifadə hüququ əldə etmişlər, həmin evdə böyüyüb həddi-büluğa çatmışlar, ailə qurub valideynlərindən ayrılmışlar. Onun keçmiş ailəsi hazırda da mübahisəli mənzildə yaşayır, həmin mənzili idarə edir və kommunal xərclərini ödəyirlər. Onlar mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi üçün heç bir qanuni əsas yoxdur. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Cavabdehin vəkili Vəkil məhkəməyə iddiaya etiraza əlavə təqdim edərək qeyd etmişdir ki, cavabdeh yeni mənzillə təmin olunarkən tərəflərin arasında razılaşma əldə olunmuşdur ki, köhnə mənzil də cavabdehin ailəsinin istifadəsində qalacaqdır. Cavabdehin köhnə evin Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar Hissəsinə təhvil verilməsi barədə razılıq ərizəsi verməmişdir. Buna səbəb o olmuşdur ki, cavabdehin ailə üzvləri 13 nəfər şəxsdən ibarət olmuşdur və yeni mənzilin verilməsi onun ailəsinin mənzil problemini həll etmirdir. Bu hal işin faktiki halları ilə təsdiq olunur. Belə ki, * saylı Bakı «ASAN xidmət» Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli «Yaşayış yeri üzrə qeydiyyat haqqında» arayışdan müəyyən olunur ki, Səngəçal-1 hərbi şəhərciyi, Qorki küçəsində yerləşən ** nömrəli evdə cavabdehin 9 nəfərdən ibarət ailə üzvü qeydiyyatdadırlar. Həm də nəzərə alınmalıdır ki, qeydiyyatda olanlar cavabdehin övladlarıdırlar və onların 4 nəfər uşaqları mübahisəli evdə doğulub bu günə kimi orada faktiki yaşasalar da, hələ qeydiyyat alınmayıblar. Göründüyü kimi, mübahisəli evdə faktiki olaraq cavabdehin 13 nəfərdən ibarət ailə üzvləri yaşayırlar. Göründüyü kimi, cavabdehin mənzil problemi həll edilməmiş qalmışdır: iddiaçının cavabdehə təqdim edilmiş yeni mənzilin yaşayış sahəsinin qanunla müəyyən edilmiş adambaşına düşən minimal yaşayış ölçülərindən qat-qat aşağıdır. Bu hal da iddia tələbinin rədd edilməsi üçün əlavə bir əsasdır.

8. Cavabdehin vəkili Vəkil iddia müddəti tətbiq edilməsi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, cavabdeh cavabdeh9 yeni mənzil ilə 2018-ci ildə təmin edilmişdir. İddiaçı isə 7 il keçəndən sonra məhkəmə iddia ərizəsi vermiş və onun mənzildən çıxarılmasını tələb etmişdir. İşin hallarından müəyyən edilir ki, iddiaçı hüquqlarının pozulduğunu 2018-ci ildə bildiyi halda məhkəməyə yalnız 2024-cü ildə müraciət etmişdir. Yəni iddiaçı Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən daşınmaz əmlaklar üçün müəyyən edilmiş 6 illik iddia müddətini keçirmişdir. Bundan əlavə, iddiaçı cavabdeh cavabdeh9 adına verilmiş ##.##.1996-cı il tarixdə ** nömrəli xidməti orderin etibarsız sayılmasını tələb etmişdir. Bununla bağlı bildirir ki, orderin verilməsi zamanı qüvvədə olmuş 1983-cü il tarixli Mənzil Məcəlləsinin 49-cu maddəsinə əsasən mənzil sahəsinə dair verilmiş orderin etibarsız sayılması haqqında tələbi orderin verildiyi tarixdən 3 il müddətində verilə bilər. Göstərilənləri nəzərə alıb, Mülki Məcəllənin 372, 373, 375-ci, Mənzil Məcəlləsinin 49-cu maddəsinə əsaslanaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir

9. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh cavabdeh9 verilmiş ##.##.1996-cı il tarixli ** saylı xidməti orderin etibarsız hesab edilməsi; cavabdehlərin yetkinlik yaşına çatmamış ailə üzvləri ilə birlikdə Səngəçal-1 hərbi şəhərciyi, Qorki küçəsində yerləşən ** nömrəli Fin tipli evdən məcburi qaydada çıxarılmaları; həmin evin İddiaçı Salyan rayon Mənzil-İstismar Hissəsinə təhvil verilməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəf yaşayış sahəsi ilə təmin olunmasına baxmayaraq, xidməti evi boşaltmamaqla, qanunvericiliyin tələblərini pozmaqla yanaşı, xidməti mənzilə ehtiyacı olan hərbçilərin mənafeyinə xələl gətirir. Bu səbəbdən, cavabdeh cavabdeh9 xidməti mənzildən çıxarılmamaması üçün qanuni əsas yoxdur. O, digər yaşayış sahəsi ilə təmin edildiyi üçün, yuxarıda istinad olunan maddi hüquq normasının təsiri altına düşmür. Digər yaşayış sahəsi ilə təmin edilən şəxsin adına verilmiş xidməti order də belə olduğu təqdirdə hüquqi baxımdan aktuallığını itirmiş olur. Bu səbəbdən, iddiaçının xidməti orderin etibarsız hesab edilməsi və cavabdehlərin azyaşlı ailə üzvləri ilə mənzildən çıxarılmaları barədə tələbləri əsaslıdır.

11. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh cavabdeh9 hüquqdan sui-istifadə halına yol vermişdir, bu hal davamlı xarakter daşıyır. Hüquqdan sui-istifadə halı davam etdiyindən, hazırki mülki iş üzrə iddia müddəti ötürülmüş hesab edilə bilməz.

12. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının 1982-ci il # #### tarixi Mənzil Məcəlləsinin 105-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

13. Cavabdeh cavabdeh9 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli ev hüquqi vəziyyətinə görə xidməti məznildir və cavabdehə (ailəsinə) hərbi hissədə xidmət etdiyinə görə verilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi, özü tərəfindən tərtib edilımiş arayışa əsasən mübahisəli mənzil iddiaçının balanasındadır. Lakin, müəyyən olunur ki, evin yerləşdiyi torpaq sahəsi Müdafiə Nazirliyin deyil, Bələdiyyənin balansındadır. Müəyyən olunur ki, 1992-ci ildən etibarən, o, MN -nin N saylı hərbi hissəsində R rütbəsində xidmətə başlamışdır və burada 2015-ci ilə qədər ximət etmişdir və pensiyaya çıxmışıdır. Hərbi xidmətçi kimi cavabdeh9 4 nəfərdən ibarət olan ailəsinə Müdafiə Nazirliyi Salyar rayon Mənzil-İstismar Hissəsinin ## ####### 1996-cı il tarixli orderi əsasında mübahisəli ev verilmişdir. Həmin tarixdə bu günə kimi, yəni 30 ildir ki, ailəsi mübahisəli evdə yaşayırlar. Bir necə il bundan əvvəl alqı-satqı müqaviləsi əsasında özünə iki otaqlı mənzil almışdır. Mübahisəli ev ona təhvil verilən zaman bərbad vəziyyətdə olmuşdur, evin taxtadan olan divarları əhəmiyyətli dərəcədə cürümüşdür, mənzil yaşamaq üçün yarasız vəziyyətdə olmuşdur, iddiaçı mənzilin istismarı ilə məşgul olmamışdır. O, faktik olaraq həmin evi eynidən inşa və əsaslı təmir etmişdir, buna görə külli miqdarda vəsait sərf etmişdir, yaşamaq üçün yarasız olan evi yaralı vəziyyətə salmışıdır. Yaşagığı müddətdə evi idarə etmişdir, cari təmirini həyata keçirmişdir və evin mövcüdlüğünü təmin etmişdir. Əks halda ev çoxdan ucub dağılmışdır və hazırkı mübahisəyə isə əsas qalmamışdır. Mübahisənin hüquqi tərəfinə gəldikdə isə, cavabdehin öz tələbinin hüquqi əsası kimi hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə istinad etmişdir (2009-cü il tarixli Mənzil Məcəlləsi) Halbuki, hazırkı mübahisəyə mülki münsibətlərin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları tədbiq edilməli və məsələ həmin normalara istinadən həll edilməlidir. Müəyyən olunur ki, tərəflər arasında mənzillə bağlı münasibətlər 1996-cı ildə yaranmışdır. Deməli həmin zaman qüvvdə olan ## #### 1983-ci il tarixli Mənzil Məcəlləsinin normaları tədbiq edilməldir. Həmin Məcəllənin 105-cü maddəsinə əsasən, müəssisəsi, təşkilat və idarələrdə 10 ildən artıq xidmət etmiş şəxslər, habelə pensiya çıxmış şəxslər xidməti mənzillərdən çıxarılması yol verilmir. Bundan əlavə, mübahisəli mənzil onun istifadəsinə verilən zaman ( 1996-ci il ) onun ailəsi 4 nəfərdən ibarət olmuşdur. Hazırda ailəsi böyümüş və 13 nəfərdən ibarətdir, onlardan 6 azyaşlı uşaqlardır. Ona cəmi iki otaqlı mənzil verilmişdir, lakin bununla ailəsinin mənzil problemi həll etməmişdir. Ona görə o, mübahisəli evi iddiaçı təhvil verəcəyi barədə üzərinə yazılı ohdəlik götürməmişdir. Müəyyən edilmişdir ki, uşaqları mübahisəli evdə doğulmuşlar, həmin evdən istifadə hüququ əldə etmişlər, orada böyüyüb həddi-büluğa çatmışlar, ailə qurub valideynlərindən ayrılmışlar. Keçmiş ailə üzvləri hazırda da mübahisəli mənzildə (evdə) yaşayırlar, həmin mənzili idarə edirlər və kommunal xərclərini ödəyirlər. Onlar mübahisəli mənzilə məhdud əşya hüququna malikdirlər, onların mənzildən istifadə hüququna xitam verilməsi üçün heç bir qanuni əsas yoxdur. ##.##.1983-cü il tarixlı Mənzil Mcəlləsinin 49-cü maddəsinə əsasən mənzilə dair order onun verildiyi tarixdən 3 il müddətində etibarsız sayıla bilər. Bu maddi norma imperativ formada ifadə ediləmiş və orada göstərilən müddət kəsici müddətdir. Yəni cavabdeh tərəfindən iddia müddətinin tədbiq edilməsi haqqında ərizə verilib verilməməsindən asılı olmayaraq, məhkəmə bu bu müddəti mütləq qaydada tədbiq etməlidir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi haqqında məhkəmə ərizə verilsə də, məhkəmə iddia müddətini tədbiq etməkdən qanunsuz olaraq imtina etmişdir. Halbuki, order - mənzil kirayə müqaviləsinə bərəbər tutulan sənədidir. Ən azında mənzil kirayə müqaviləsinin bağlanması üçün əsas sənəddir. Yəni orderin etibarsız sayılması mənzil kirayə müqaviləsinin etibarsız sayılması kimi qiymərləndirilməlidir. Order ##.##.1996-cı il tarixdə verilmişdir və onunla kirayə müqaviləsi bağlanılmışdır. Həmin tarixdən cavabdeh 30 il müddətində orada yaşamışıdır. 30 ildən sonra orderin ( kirayə müqaviləsinin ) etibarsız sayılmasının hüquqi nəticəsi olaraq həmin order verildiyi tarixdən etibarsız sayılmış olur. Yəni, order hər hansı hüquqi nəticələr yarada bilməyən hüquqi əhəmiyyətsiz kağız parçasına çevrilir. O, ##.##.1996cı il tarixdən bu günə kimi mübahisəli mənzildə heç bir hüququ əsas olmadan qanunsuz yaşamış və istifadə etmişdir. Bu isə qanuna sığmayan olan absurd bir nəticədir. Məhkəmə qanunun bu tələbini kobud surtədə pozmuşdur. Belə ki, məhkəmə orderin etibarsız sayılması haqqında qərar qəbul etmişdir, lakin bu zaman hər hansı maddi hüquq normasına istinad etməmişdir. Müəyyən olunur ki, o, yeni mənzil ilə 2018-ci ildə təmin edilməsinə baxmayaraq ona verilmiş xidməti mənzildən çıxmaqdan imtina etmişdir. Yəni iddiaçı hüquqlarını pozulduğu 2018-ci il tarixdə bildiyi (və ya bilməli olkduğu halda), pozulmuş hüquqlarının müdafiəsi üçün 7 il keçəndən sonra məhkəmə iddia ərizəsi vermişdır. Bu hal həm də onu göstərir ki, iddiaçıya bu ev lazım deyildi. Göstərilən normaları rəhbər tutaraq məhkəməyə yazılı ərizə verərək iddia müddətini tədbiq edilməsini xahiş etmişdir. Lakin, məhkəmə iddia müddəti təqdim etməkdən imtina etmişdir.

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh9 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. 17.Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 19.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 20.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 21.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh cavabdeh9 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (##.##.2000-ci il tarixədək qüvvədə olmuş)

22.299-cu maddəsinə əsasən, yerli xalq deputatları Sovetlərinin evlərində mənzillərin verilməsi yerli Sovetin icraiyyə komitəsi tərəfindən ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə, dövlət, kooperativ təşkilatlarının evlərində isə müdiriyyət ilə fabrik, zavod və həmkarlar ittifaqının yerli komitəsinin xalq deputatları Soveti icraiyyə komitəsi tərəfindən təsdiq edilən birgə qərarı ilə verilir. Yerli xalq deputatları Sovetlərinin evlərində mənzillər yerli Sovetin icraiyyə komitəsi tərəfindən ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə verilir. Dövlət, kooperativ təşkilatlarının və ictimai təşkilatların evlərində mənzillər müdiriyyətlə həmkarlar ittifaqı fabrik, zavod, yerli komitəsinin xalq deputatları Soveti icraiyyə komitəsi tərəfindən təsdiq edilən birgə qərarı ilə verilir; SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müdiriyyətlə həmkarlar ittifaqı fabrik, zavod, yerli komitəsinin birgə qərarı ilə verilir və köçmək üçün mənzil ayrıldığı barədə sonradan yerli Sovetin icraiyyə komitəsinə məlumat təqdim olunur. Mənzilin kirayəyə verilməsinə dair qərara əsasən yerli zəhmətkeş deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa həmin mənzil üçün order verir. Bu maddə ilə müəyyən edilən qaydanı pozmaqla verilən order, məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 337-ci maddəsinə əsasən, order etibarsız hesab edildiyi halda (həmin Məcəllənin 299maddəsi) həmin orderə əsasən mənzildə yaşayan vətəndaşların hamısı, onlara başqa cu 23. mənzil verilmədən məhkəmə qaydası ilə mənzildən çıxarılmalıdırlar. Lakin orderdə göstərilən vətəndaşlar, əvvəllər yerli xalq deputatları Sovetinin, dövlət, kooperativ təşkilatlarının və ya ictimai təşkilatın evində kirayə müqaviləsi üzrə mənzildən istifadə ediblərsə, onlara ya əvvəlki mənzilləri və ya digər mənzil verilməlidir.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (##.##.2009-cu il tarixədək qüvvədə olmuş)

24.49-cu maddəsinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi kündən etibarən üç il ərzində irəli sürülə bilər. 25.100-cü maddəsinə əsasən, xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. 26.103-cü maddəsinə əsasən, xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. 27.104-cü maddəsinə əsasən, müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. 28.105-ci maddəsinə əsasən, aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; SSRİ Daxili İşlər Nazirliyi orqanlarının sıravi və rəis heyətindən olan, xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində əlil olmuş şəxslər; xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər; müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər; qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və II qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və II qrup əlillər; yalqız şəxslər və onlarla birlikdə yaşayan həddibüluğa çatmamış uşaqlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

29.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 30.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 31.217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

32.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia həmin hissədə rədd edilməlidir. 33.İş materiallarından görünür ki, Səngəçal-1 hərbi şəhərciyi, Qorki küçəsində yerləşən ** nömrəli Fin tipli ev xüsusi təyinatlı yaşayış sahəsi olmaqla, İddiaçı Salyan rayon Mənzil-İstismar Hissəsinin (MİH) təminatında olan Səngəçal-1 hərbi şəhərciyinin balansındadır. Cavabdeh cavabdeh9 ailə üzvləri ilə birlikdə İddiaçı Salyan rayon MİH-nin ## ####### 1996-cı il tarixli ** nömrəli orderi əsasında həmin yaşayış sahəsinə yerləşdirilmişdir. Cavabdeh cavabdeh9 İddiaçı müxtəlif hərbi hissələrində müxtəlif vəzifələrdə hərbi xidmət keçmiş və ehtiyata buraxılmışdır. 34.Bundan başqa, iş materiallarından müəyyən edilmişdir ki, cavabdeh Azərbaycan Respublikası Prezidentinin ## ###### 2011-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri” çərçivəsində dövlət vəsaiti hesabına daimi yaşayış sahəsi ilə təmin olunmuşdur. Belə ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2010-cu il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi, “Göy Qurşağı-Məmmədli” yaşayış kompleksi, ev 2, mənzil 61 mülkiyyət hüququ əsasında daşınmaz əmlakın Dövlət reyestrində ##.##.2019-cu il tarixdə cavabdeh9 adına qeydiyyata alınmışdır. 35.Hazırda iddiaçı, cavabdeh9 uzun illər bundan əvvəl (2015-ci ildə) ehtiyata buraxıldığını, aralarında əvvəllər yaranmış xidməti münasibətlərə həmin tarixdən etibarən xitam verildiyini, onun mübahisəli yaşayış sahəsindən istifadə etməsi üçün hər hansı hüquqi əsasın qalmadığını, habelə dövlət hesabına başqa yaşayış sahəsi ilə təmin edildiyini əsas gətirərək, onun ailə üzvləri ilə birlikdə həmin yaşayış sahəsindən çıxarılmasını məhkəmədən xahiş etmişdir. 36.Tərəflər arasında hüquq münasibətləri 1996-cı ildə yarandığından, məhkəmə həmin hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş və ##.##.2009-cu il tarixədək tətbiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələbləri və normaları əsasında tənzimlənməsini məqsədəuyğun hesab edir. 37.Tətbiq edilməli hüquq normalarından aydın olduğu kimi, xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşaması zəruri olan vətəndaşların köçürülməsi məqsədilə verilir. Xidməti yaşayış sahəsi verilməsi barədə qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir, qəbul edilən qərar əsasında yaşayış sahəsindən istifadə hüququnu təsdiq edən order rəsmiləşdirilir. 38.Məhkəmə kollegiyası nəzərə alır ki, qanunvericiliyin tələblərinə əsasən, xidmət münasibətlərinə xitam verilmiş şəxslər, bir qayda olaraq, digər yaşayış sahəsi təqdim edilmədən xidməti yaşayış sahəsindən çıxarılırlar. Bu baxımdan, cavabdehin (ailə üzvlərinin) mübahisəli yaşayış sahəsindən müddətsiz və daimi istifadə hüququnun yarandığı qənaətinə gəlmək mümkün deyildir. Cavabdehin həmin yaşayış sahəsindən istifadə etməsini əsaslandıran qanuni əsaslar müəyyən edilməmişdir. Bununla yanaşı, cavabdeh Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri” barədə ## ###### 2011-ci il tarixli *** nömrəli Fərmanına uyğun olaraq, dövlət komissiyası tərəfindən dövlət vəsaiti hesabına daimi yaşayış sahəsi ilə təmin edilmişdir. 39.Məhkəmə kollegiyası “cavabdehlərin xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarılması” tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, qətnamədə İddiaçı Salyan rayon MİH-nin ## ####### 1996-cı il tarixli ** nömrəli orderinin etibarsız hesab edilməsi ilə bağlı ifadə olunmuş mövqeyə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. 40.Xidməti order – xidməti yaşayış sahəsinin konkret işçiyə, dövlət qulluqçusuna, hərbi qulluqçuya və digər şəxslərə verilməsi barədə ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisə, idarə və təşkilatın müdiriyyəti, qoşun hissəsinin komandanlığı və digər səlahiyyətli qurumlar tərəfindən verilən rəsmi sənəddir. Xidməti order əsasında yaranan yaşayış sahəsindən istifadə hüququ şəxsin həmin yaşayış sahəsini təqdim etmiş müəssisə, idarə və ya təşkilatla əmək münasibətlərindən, yaxud müvafiq qurumda xidmətdə olmasından irəli gəlir və həmin münasibətlərin xarakteri ilə şərtlənir. 41.Xidməti yaşayış sahəsinə dair orderin etibarsız hesab edilməsi üçün əsaslar (mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumatın təqdim edilməməsi, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulması, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlərə yol verməsi, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulması) müvafiq qanunvericilikdə müəyyən edilmişdir. Hazırkı iş üzrə isə qeyd olunan əsaslardan hər hansı birinin mövcudluğu müəyyən olunmamışdır. 42.Xidmətin başa çatması (xidmətə xitam verilməsi) isə orderin etibarsız hesab edilməsi üçün əsas olmamaqla yalnız hüquqi əhəmiyyətini avtomatik olaraq ləğv edir və vətəndaşı mənzildə davamlı yaşayış üçün qanuni əsaslardan məhrum edir. Sənədin özü faktiki olaraq hüquqi qüvvəsini itirir, çünki onun qüvvədə olmasının əsas səbəbi — xidməti münasibətlər dayandırılmışdır. 43.Göründüyü kimi xidmət münasibətlərinə xitam verilməsi xidməti yaşayış sahəsinə dair orderin etibarsızlığına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Belə ki, orderin verilməsi zamanı mövcud olmuş hüquqi əsasların sonradan aradan qalxması həmin orderin verildiyi andan etibarsız olması anlamına gəlmir. Şəxsin xidməti yaşayış sahəsindən istifadə hüququ həmin yaşayış sahəsinin verilməsinə əsas olmuş xidməti münasibətlərin mövcudluğu ilə bağlı olduğundan, həmin münasibətlərə xitam verilməsi onun bu yaşayış sahəsindən sonrakı dövrdə istifadəsinin davam etdirilməsi üçün hüquqi əsasın aradan qalxmasına, orderin isə faktiki olaraq hüquqi qüvvəsini itirməsinə səbəb olur. 44.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilmədən qəbul edildiyindən müvafiq hissədə ləğv edilməli və iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia “cavabdeh cavabdeh9 verilmiş ##.##.1996-cı il tarixli ** nömrəli xidməti orderin etibarsız hesab edilməsi” hissəsində rədd edilməlidir. 45.Məhkəmə kollegiyası həmçinin mübahisənin xidməti orderin etibarsız hesab edilməsi ilə bağlı hissəsinə iddia müddətinin tətbiq edilməsinə zərurət olmadığını qeyd edir. Belə ki, hazırkı iddia tələbi əsassız olduğundan rədd edilməli olduğu üçün iddia müddətinin tətbiq edilməsi məsələsinin araşdırılmasına və iddia müddətinin ötürülüb-ötürülmədiyinin müəyyən edilməsinə zərurət yoxdur. 46.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 47.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi qismən - “cavabdeh cavabdeh9 verilmiş ##.##.1996-cı il tarixli ** nömrəli xidməti orderin etibarsız hesab edilməsi” hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilsin. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Rəna Qafarova Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar