Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-232/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mənzildən çıxarılma, mənzilin təhvil verilməsi, pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X5 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının (qarşılıqlı cavabdeh) nümayəndəsi-vəkili nümayəndə1, Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh və onun nümayəndəsi-vəkili nümayəndə2 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cavabdehin mənzildən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddiaçı) tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri ** saylı dövlət notariat kontorunda bağlanmış ##.##.2012-ci il tarixli AN-İ seriyalı ******* saylı, 4Ə-04-*** reyestr nömrəli alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı özünə məxsus olan Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi ** saylı evin ** saylı mənzilini 47.040 manata Əliyev Vitalif İsmayıl oğluna satmışdır.
2. Bakı şəhəri dövlət notariusu İ.A.Məmmədov tərəfindən notariat kontorunda bağlanmış ##.##.2012-ci il tarixli AN-İ seriyalı ******* saylı, 4Ə-03-*** reyestr nömrəli alğı-satqı müqaviləsindən görünür ki, X1 özünə məxsus olan Bakı şəhəri Nəsimi rayonu Ənvər Hüseynov küçəsi * saylı evin *** saylı mənzilini 93.000 manata İddiaçı satmışdır.
3. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2013-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Ənvər Hüseynov küçəsi * saylı evin *** saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində **** saylı reyestr kitabının ****** saylı vərəqində qeydiyyata alınmışdır.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh cavabdeh X6 qarşı «nikahın pozulması və s.» tələbinə dair iddiası qismən təmin edilmiş, X6 ilə Cavabdeh arasında ##.##.2012-ci il tarixdə Nizami rayon qeydiyyat şöbəsində *** saylı akt qeydi ilə bağlanmış nikahın pozulması; ##.##.2013-cü il təvəllüdlü X7 və ##.##.2015-ci il təvəllüdlü X2 anaları Cavabdeh yanında qalmalarının müəyyən edilməsi; X6 ##.##.2013-cü il təvəllüdlü X7 və ##.##.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ##.##.2020ci il tarixdən ##.##.2021-ci il tarixədək hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat; ##.##.2021-ci il tarixdən hesablanaraq hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi; qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmiş, iddia digər hissədə rədd edilmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ## ######## 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh cavabdehlər X6 və İddiaçı qarşı «əmlak bölgüsü» tələbinə dair iddiası - X6 münasibətdə qismən təmin edilmiş, «KİA Sportage» markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində Cavabdeh 1/2 hissədə və X6 1/2 hissədə pay hüququ müəyyən edilmiş, 15.000 Avro və 28.750 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) məbləğində pulun X6 tutularaq Cavabdeh ödənilməsi; «xxxx» ASC-yə yerləşdirilmiş 12.219 ABŞ dolları məbləğində pul vəsaiti üzərində Cavabdeh 1/2 hissədə və X6 1/2 hissədə pay hüququ müəyyən edilmiş; iddia X6 münasibətdə digər hissədə və İddiaçı münasibətdə tam olaraq rədd edilməsi; dövlət rüsumu kimi ödənilmiş 50 manatın 25 manatı məbləğində pulun cavabdeh X6 iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli ## #### 2023cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh və cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli qətnaməsi pul tələbinin təmin olunmayan hissəsində ləğv edilmiş; həmin hissədə iddia qismən təmin olunmuş; «xxxx» QSC-nin Xəqani filialında olan bank hesabına ##.##.2020-ci il tarixdə yerləşdirimiş və ##.##.2021ci ildə çıxarılmış 16.000 ABŞ dolları məbləğində pul vəsaitinin 1/2 hissəsi, yəni 8.000 ABŞ dolları pul vəsaitinin cavabdeh X6 alınıb iddiaçı Cavabdeh verilməsi; iddianın pul tələbinin təmin olunmayan qalan hissəsində rədd edilməsi; qətnamənin 15.000 Avro pul vəsaitinin cavabdeh X6 tutulub iddiaçı Cavabdeh verilməsi hissəsində dəyişdirilməsi və həmin məbləğin 7.500 Avro müəyyən edilməsi qət edilmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli ## ####### 2023-cü il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş; Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## #### 2023cü il tarixli *(***)****/**** nömrəli qətnaməsi iddianın ««xxxx» ASC-yə yerləşdirilmiş 12.219 ABŞ dolları məbləğində pul vəsaiti üzərində Cavabdeh 1/2 hissədə və X6 1/2 hissədə pay hüququ müəyyən edilməsi» hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi; Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## #### 2023-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərində mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. ##.##.2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı ****** saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X6 ilə Cavabdeh arasında olan nikaha Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə əsasən ##.##.2021-ci il tarixdə xitam verilmiş, bu barədə Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən müvafiq akt qeydləri kitabında ##.##.2022-ci il tarixdə *** saylı akt qeydi aparılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «cavabdehin mənzildən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ona məxsus Bakı şəhəri Nəsimi rayonu Ənvər Hüseynov küçəsi 7-də yerləşən *** saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İlkin iddia üzrə iddiaçı İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X3 ilə cavabdeh Cavabdeh ##.##.2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahlarından ##.##.2013-cü il tarixdə qızları X7 və ##.##.2015-ci il tarixdə qızları X2 doğulmuşdur. X3 ilə cavabdeh Cavabdeh arasındakı münasibətlər əvvəllər normal olsa da, sonra korlanmağa başlamışdır. Bundan sonra Cavabdeh tərəfindən «nikahın pozulması və aliment» tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir. Daha sonra iddiaçı Cavabdeh tərəfindən iddia ərizəsinə əlavə verilməklə, iddia tələbinin həcmi artırılaraq «əmlak» tələbi də irəli sürülmüşdür. Nəsimi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh X6 və ona qarşı «nikahın pozulması və əmlak bölgüsü» tələbinə dair iddia ərizəsi ilə bağlı *(***)-****/**** saylı mülki iş üzrə cavabdeh X6 qarşı «nikahın pozulması və s.» tələbi ayrıca icraata ayrılmışdır. Nəsimi Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X6 ilə Cavabdeh arasında ##.##.2012-ci il tarixdə bağlanmış və Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 602 nömrə ilə qeyd edilmiş nikahın pozulması, ##.##.2013-cü il təvəllüdlü X7 və ##.##.2015-ci il təvəllüdlü X2 anaları Cavabdeh yanında qalmalarının müəyyən edilməsi, X6 ##.##.2013cü il təvəllüdlü X7 və ##.##.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ##.##.2020ci il tarixdən ##.##.2021-ci il tarixədək hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat; ##.##.2021-ci il tarixdən hesablanaraq hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi, qətnamənin «alimentin tutulması» hissəsində dərhal icra edilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh X6 və ona qarşı «əmlak bölgüsü» tələbinə dair iddia ərizəsi ilə bağlı e-*(***)-****/**** saylı mülki iş üzrə iddiaçı Cavabdeh qeyd olunan iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «KİA Sportage» markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin 3/4 hissəsində Cavabdeh payının müəyyən olunmasına, birgə nikah dövründə yığılan ailə büdcəsini təşkil edən 80.000 ABŞ dolları pul vəsaitinin 3/4 hissəsində, yəni 60.000 ABŞ dolları üzərində iddiaçı Cavabdeh payının müəyyən edilməklə, həmin məbləğin cavabdeh X6 tutularaq iddiaçı Cavabdeh verilməsi, Bakı şəhəri Nəsimi rayonu Ənvər Hüseynov küçəsi 7-də yerləşən *** saylı mənzilə dair alıcı qismində onunla bağlanmış ##.##.2012-ci il tarixli alğı-satqı müqaviləsinin pərdələnmiş əqd hesab edilərək, həmin alğı-satqı müqaviləsi üzrə alıcı qismində Cavabdeh və X6 hesab edilməsi, həmin mənzilə dair onun adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, Bakı şəhəri Nəsimi rayonu Ənvər Hüseynov küçəsi 7-də yerləşən *** saylı mənzil üzərində birgə nikah dövründə əldə edilmiş mənzil olaraq payların müəyyən edilərək, 3/4 hissəsində iddiaçı Cavabdeh, 1/4 hissəsində X6 payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli e-*(***)-***/**** saylı qətnaməsi ilə iddiaçı Cavabdeh X6 və ona qarşı «əmlak bölgüsü» tələbinə dair iddiasının X6 münasibətdə qismən təmin edilməsi, «KİA Sportage» markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində Cavabdeh 1/2 hissədə və X6 1/2 hissədə pay hüququnun müəyyən edilməsi, 15.000 Avro və 28.750 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) məbləğində pulun X6 tutularaq Cavabdeh ödənilməsi, «xxxx» ASC-yə yerləşdirilmiş 12.219 ABŞ dolları məbləğində pul vəsaiti üzərində Cavabdeh 1/2 hissədə və X6 1/2 hissədə pay hüququnun müəyyən edilməsi, iddianın X6 münasibətdə digər hissədə və ona münasibətdə tam olaraq rədd edilməsi qət edilmişdir. Nəsimi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh və cavabdeh X6 tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı Cavabdeh və cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli qətnaməsinin pul tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin olunması, «xxxx» QSC-nin Xəqani filialında olan bank hesabına ##.##.2020-ci il tarixdə yerləşdirimiş və ##.##.2021-ci ildə çıxarılmış 16.000 ABŞ dolları məbləğində pul vəsaitinin 1/2 hissəsinin, yəni 8.000 ABŞ dolları pul vəsaitinin cavabdeh X6 alınıb iddiaçı Cavabdeh verilməsi, iddianın pul tələbinin təmin olunmayan qalan hissəsində rədd edilməsi, qətnamənin 15.000 Avro pul vəsaitinin cavabdeh X6 tutulub iddiaçı Cavabdeh verilməsi hissəsində dəyişdirilməsi və həmin məbləğin 7.500 Avro müəyyən edilməsi, qətnamənin apellyasiya şikayətləri üzrə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli qətnaməsindən iddiaçı Cavabdeh və cavabdeh X6 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ####### 2023-cü il tarixli *(***)****/**** saylı qərarı ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)****/**** nömrəli ## #### 2023-cü il tarixli qətnaməsi iddianın ««xxxx» ASC-yə yerləşdirilmiş 12.219 ABŞ dolları məbləğində pul vəsaiti üzərində Cavabdeh 1/2 hissədə və X6 1/2 hissədə pay hüququ müəyyən edilməsi» hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)- ****/**** nömrəli, ## #### 2023-cü il tarixli qətnaməsi iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, yuxarıda göstərilən mübahisə üzrə mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi 7-də yerləşən *** saylı mənzillə bağlı yekun məhkəmə qərarı qəbul edilmiş, yəni həmin hissədə məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» ## #### 2001-ci il tarixli qərarına əsasən 2000-ci il ########ın #-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı münasibətlər Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsində göstərilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Hazırkı halda Bakı şəhəri Nəsimi rayonu Ənvər Hüseynov küçəsi 7-də yerləşən *** saylı mənzilin mülkiyyətçisi kimi onunla cavabdeh Cavabdeh arasında notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmadığından və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından cavabdehin sözügedən ünvanda hər hansı bir hüququ, o cümlədən istifadə hüququ yaranmamışdır. Lakin buna baxmayaraq, Cavabdeh tərəfindən onun mülkiyyətində olan mənzilə dair yuxarıda qeyd etdiyi tamamilə əsassız və uydurma tələblə məhkəməyə müraciət edilmiş, bu azmış kimi mənzilin açarı da dəyişdirilərək, mənzildən istifadə etməsinə maneçilik törədilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh Cavabdeh ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi 7-də yerləşən *** saylı mənzildən çıxarılması, mənzilin boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə qəbul edilməlidir.
11. Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Ənvər Hüseynov küçəsi 7də yerləşən *** saylı mənzil üzərində edilmiş yaxşılaşmalar və təmirə görə sərf edilmiş 80.000 manat vəsaitin İddiaçı onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, hazırki ilk iddia üzrə iddiaçı İddiaçı oğlu - X6 ilə ##.##.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahdan ##.##.2013-cü il təvəllüdlü X7 və ##.##.2015-ci il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. Ailə qurduqları ilk vaxtlardan belə İddiaçı daim münasibətlərinə müdaxilə etmişdir. İki körpə qızı ilə ailəsinin dağılmasının ilkin baiskarı məhz keçmiş qayınanası İddiaçı olmuşdur. Ailə qurduqları ilk vaxtlardan ailəsini qorumaq üçün uzun müddət mübarizə aparmışdır. Ailə qurduqları vaxt keçmiş qayınanası və həmçinin keçmiş ərinin çox sayda başqa mənzilləri olduğu halda, ailələrinə müdaxilələr olmasın deyə Rüfətlə topladıqları az vəsaitin böyük hissəsinin üstünü də atası bağışlamaqla hazırki mübahisəli mənzili almışlar. Mənzilin alınması zamanı, mənzil tam təmirsiz, suvaq halında (qapıpəncərə belə yox idi) olduğu üçün təmirə də pul saxlamaq zərurəti olmuşdur. Bu səbəbdən keçmiş əri - Rüfət anası İddiaçı 15.000 manat pul istəmişdir. İddiaçı razılıq versə də, sonra fikrini dəyişmişdir. Mənzilin notariat kontorunda alğı-satqısı zamanı 15.000 manat pul kömək etmək adı ilə notariat kontoruna da gəlmişdir. Əslində həmin vaxt bayağı səslənsə də bildirir ki, bütün ailə üzvləri hamı notariat kontorunda idi. Əvvəldən razılaşdıqları kimi mənzil keçmiş əri - Rüfətin adına əldə edilməsinə razılaşmışdılar. Baxmayaraq ki, mənzili məhz o, axtarıb tapmışdı, satıcı ilə qiymətləri, şərtləri o, razılaşdırmışdı. Çünki niyyəti ailəsinin xoşbəxt yuva qurması idi. Lakin notariat kontorunda indiki iş üzrə iddiaçı - qayınanası İddiaçı narazılıq və dava salmağa başlayanda ilk əvvəl alğı-satqı baş tutmamışdır. Lakin camaatın içində həm hay-küy olmasından ayıb etmiş, həm də Rüfətin pərt olmasını istəmədiyi üçün (eyni vaxtda Həcər deyirdi ki, onun 15.000 manatını qaytardıqdan sonra mənzili geri Rüfətin adına keçirəcək), qayınanasının öz gəlininin, öz oğlunun, öz nəvələrinin malına tamah salmayacağını düşünmüş və razılaşmışdır. Beləliklə, mübahisəli mənzil qayınanasının adına formal olaraq ##.##.2012-ci il tarixli alğı-satqı müqaviləsi əsasında rəsmiləşmişdir. Qeyd edilən mübahisəli mənzil hətta onun tərəfindən axtarılıb tapılmış, mənzili satan şəxslərlə mənzilin mülkiyyətçisi, alıcısı qismində də danışıqları şəxsən özü aparmışdır. Mənzil alındığı vaxtdan mənzildə o, uşaqları və keçmiş əri Rüfət yaşamışlar. Hazırki ilk iddia üzrə iddiaçı İddiaçı mənzildə yaşamamış, mənzildən istifadə və sahiblik nümayiş etdirməmişdir. Mənzilin içərisindəki bütün əşyalar ona məxsus cehiz əmlaklar olmaqla, həmin mənzilin bütün komunnal xərclərini daim özü ödəmişdir. Mənzilin təmirinə isə böyük pul vəsaiti xərclənmişdir. Həmin pul vəsaiti onun şəxsi vəsaitidir (atası tərəfindən əvəzsiz verilən). Yuxarıda qeyd etdiyi kimi, mənzil suvaq halında, qapı pəncərəsiz olaraq tam təmirsiz vəziyyətdə olmuşdur. Bununla bağlı, iş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli e-*(***)-***/**** saylı qətnaməsində qeyd edilən şahid ifadələri ilə təsdiq edilmişdir ki, mənzilin təmirinə və təchizatına 2012-ci ildə 80.000 manat xərc çəkilmişdir. Ailələrinin də dağılmasına səbəb İddiaçı onun ailəsinin, yuvasının, uşaqlarının evinə göz dikməsi oldu. Çünki Rüfət də söz vermişdi ki, evin alınması zamanı İddiaçı verdiyi 15.000 manat qaytarıldıqdan sonra o, mənzili Rüfətin adına geri qaytaracaq. Bu mövzuda ailələrində fikir ayrılıqları yaranmışdır. Onun iki qızı var, iki azyaşlı qızının ruzisinə, evinə, ocağına göz dikən, tamah salan iddiaçı öz qız nəvələrini küçəyə atır. O, azyaşlı qızları da, öz halal haqqından və evindən olmuşdur. Mənzilə çəkilən təmir, yaxşılaşmalar mənzildən ayrıla bilməz təbii ki, bu səbəbdən sərf edilən 80.000 manat iddiaçıdan onun xeyrinə tutulmalıdır. Qarşılıqlı iddia ərizəsinə təqdim edilmiş etirazda ilk iddia üzrə iddiaçının nümayəndəsi-
13. vəkili etirazda qeyd etmişdir ki, qarşılıqlı iddiaçı iddiasını əsaslandırmamış və əsassız tələblər irəli sürmüşdür. Aşağıdakı əsaslara görə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı irəli sürdüyü tələb tamamilə əsassız olduğundan təmin edilməməlidir. Verilmiş qarşılıqlı iddia ərizəsindəki İddiaçı ilk vaxtlardan guya qarşılıqlı iddia üzrə iddiaçının ailə münasibətlərinə müdaxilə etməsi, Bakı şəhəri Nəsimi rayonu Ənvər Hüseynov küçəsi 7-də yerləşən *** saylı mənzilin dəyərinin bir hissəsinin guya qarşılıqlı iddia üzrə iddiaçı və əri tərəfindən, qalan hissəsinin isə qarşılıqlı iddiaçının atası tərəfindən ödənilməsi, İddiaçı guya mənzilin alınmasına yalnız 15.000 manat məbləğində köməklik etməsi, mənzilin İddiaçı adına formal olaraq keçirilməsi və mənzilin təmirinin guya qarşılıqlı iddiaçının atası tərəfindən ona verilmiş vəsait hesabına həyata keçirilməsi barədə qeyd olunan fikirlərin hər hansı bir əsası yoxdur və həmin fikirlər böhtan xarakterlidir. İşə hər hansı bir aidiyyatı olmasa da, qeyd etmək istəyir ki, İddiaçı tərəfindən oğlunun ailəsinə hər hansı bir müdaxilə edilməmişdir. Həmçinin qeyd edildiyi kimi, mənziIin təmirinə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən hər hansı bir vəsait sərf edilməmişdir. Qeyd olunan mənzil İddiaçı məxsus Bakı şəhərindəki 5 otaqlı mənzilin satışından əldə edilmiş vəsait hesabına alınmışdır. Həmçinin mənzil alınarkən satıcı ilə belə razılığa gəlinmişdir ki, satıcı mənzili təmir edib təhvil verəcək. Mənzil alındıqdan sonra satıcı mənzili təmir edərək, təmirli vəziyyətdə təhvil vermişdir. Həmin vaxtdan sonra da mənzildə hər hansı bir təmir işləri, xüsusilə də qarşılıqlı iddiaçı tərəfindən aparılmamışdır. İrəli sürülmüş qarşılıqlı iddia tələbindən də göründüyü kimi qarşılıqlı iddianın əsası kimi hər hansı bir maddi hüquq normasına istinad edilməmişdir. Hesab edir ki, bu onunla bağlıdır ki, qarşılıqlı iddiaçıya da yaxşı məlumdur ki, onun irəli sürdüyü tələbin hər hansı bir hüquqi əsası yoxdur. Bir daha qeyd etmək istəyir ki, mənzilin təmirinə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən hər hansı bir vəsait xərclənməmişdir və irəli sürülmüş bu tələb ilk iddia tələbinə baxılmasını ləngitmək məqsədindən başqa bir şey deyildir. Lakin hər bir halda ehtimal edilsə ki, iddiaçının dedikləri düzgündür, onda sual olunur – qarşılıqlı iddia üzrə iddiaçı 2012-ci ildə mənzilin təmirinə çəkdiyi xərcləri hazırda hansı əsasla tələb edir? Həmin vəsait (əgər doğrudan da xərclənmiş olsaydı) sərf edilərkən İddiaçı ilə (mənzilin mülkiyyətçisi ilə) hər hansı bir razılaşma olmuşdurmu? Görüdüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh irəli sürdüyü tələblərin hər hansı bir əsası yoxdur. Əlavə olaraq qeyd etmək istəyir ki, bundan əvvəl tərəflər arasında olmuş məhkəmə mübahisəsi əsasında qəbul edilmiş qərarlarla da (sözügedən qərarlar məhkəməyə təqdim edilmişdir) iddiaçının hazırda irəli sürdüyü dəlillərin əsassız olması müəyyən edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.4cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsas olduğundan, hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiası hər bir halda iddia müddətinin keçməsi əsasına görə təmin edilməməlidir. Bu səbəbdən, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddiasının tamamilə əsassız olması səbəbindən, həmçinin müddətin keçməsi əsası ilə bütünlüklə rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir.
14. X8 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ənvər Hüseynov küçəsi, ev 7, mənzil 309 onun olmayıb, amma mənzilin təşkilati-təmir məsələləri ilə o məşğul olmuşdur. Evi o satmayıb, sadəcə təmir edib. Birlikdə mağazaları gəzərək evə lazım olan materialları alıblar. Təmirə xərclənən pul o vaxtın pulu ilə 40-45 min yaxud 45-50 min olardı. O xatırlayır ki, Günelin atası təmirin pulunu verirdi. Evin əvvəlki sahibi Samir adlı oğlan idi. O, evi satmaq məqsədilə almışdı. Qanuni şəkildə mənzili alıb təmirli satırdı. Alınan tikinti materiallarına dair sənəd yoxdur. Aldığı təmir mallarına dair çekləri evin sahibinə veribvermədiyini xatırlamır. Günel xanımın atasını görsə tanımaz, amma onun iştirak etdiyi doğrudur. Ona zəhmət haqqını işlədiyi adam Samir verirdi. Xatırlayır ki, parketi, qapılar Günel xanım seçirdi. Günel xanımın atasının bəzi hallarda pul verdiyini xatırlayır. Baş tutmuş razılaşmalardan bixəbər olmuş, sadəcə təmir işi ilə məşğul olmuşdur.
15. X4 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Günel xanımla 2012-ci ilin iyununda ailə həyatı qurmuşlar. Əvvəlcə bir müddət Əhmədlidə özünün atasından qalan mənzilində yaşayıblar. Amma orada şərait bir qədər yaxşı deyildi və buna görə aralarında söz-söhbət də olmuş və Günel 1 ay atasigildə gedib qalmışdı. Sonra bir müddət “Statistika” komitəsinin yanında 1 otaqlı mənzildə kirayə yaşayıblar. O zaman razılaşıblar ki, özünün atasından qalan mənzilini satıb elə Əhmədli tərəflərdən 5 otaqlı başqa bir mənzil alsınlar. O vaxtı Günelin atasının dostu mənzil satırdı, iş adamı idi. Anası o vaxt beh vermişdi, lakin dedilər ki pulun qalanını da gətirib verin. Mənzil Samirin adına idi, amma onlar Raufla görüşüblər. Onlar mənzilləri alır sonra təmir edib satırdılar. Bildiriblər ki, beh versələr mənzili onların zövqünə uyğun təmir edib onlara da elə təmirli satacaqlar. Sonradan təmir etmək üçün büdcələri olmadığından bu təkliflə razılaşıblar. Beh özü verib. Razılaşıblar ki, bir müddət sonra bunu alqı-satqı kimi rəsmiləşdirsinlər. Dekabrda alqı-satqı olmuş və orada anası iştirak etmişdir. Günelgil mübahisələndirir ki, mənzilin alınmasında Malik müəllim ödəniş edib, amma belə olmayıb, hətta ilk dəfə evi alanda pulları olmayıb, Malik müəllim onları tələsdirib ki, Əhmədlidəki mənzili tez satsınlar. Sentyabrın 14-ü, 2020-ci ildə Malik ona zəg edib görüşmək istədiyini bildirib. Onlar Bakıxanovda olan notariusa gediblər. Qubada Günelin adına torpaq sahəsi var idi, Malik Günelin adına almışdı. O, bildirib ki, o torpaq sahəsinə münasibətdə iddiası yoxdu. Malik də ona bildirib ki, özgəninkiləşdirməyə etirazı olmadığına dair ərizə yazsın və o da yazıb. Onlar boşanmaya hazırlaşanda Günelin adına olan ən kiçik əmlakı belə öz adına keçirmişdir ki, birdən onun hansısa iddiası olar. Nəticə olaraq, mənzilin alınmasında nə Günelin, nə də atasının rolu olub. Həmin mənzilin alınmasında özünün anasının rolu olub. Evin beh pulunu verəndə ev tam təmirli deyildi. Beh verəndən təxminən 2 ay sonra evə köçmüşlər. Evin neçəyə alınmasını isə xatırlamır.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025ci il tarixli **/**** saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Ənvər Hüseynov küçəsi * saylı evin *** saylı mənzili üzrə təmir işlərinə sərf edilmiş materialların və işlərin həcmi smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir.
17. «xxxx» MMC-nin ##.##.2025-ci il tarixli MB **/**** saylı qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanda yerləşən *** saylı 3 otaqlı mənzildə aparılmış təmir işlərinin ## ###### 2025-ci il tarixə hesablanmış dəyəri 52.416 manat təşkil edir.
18. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) ilkin iddianın təmin edilməsi, Cavabdeh Bakı şəhəri Nəsimi rayonu Ənvər Hüseynov küçəsi * saylı evin *** saylı mənzilindən çıxarılması, həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun ilk iddia üzrə iddiaçıya aid edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir.
19. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh ilk iddiaçının ailə üzvü deyil, cavabdeh həmin mənzilə qeydiyyata alınsa da qeyd edilən mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onunla iddiaçı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud deyil. İlk iddiaçının mülkiyyətində olan mənzildə cavabdeh buna hər hansı hüququ olmadan yaşayır və bununla da, iddiaçının qanunla qorunan mülkiyyət hüququ pozulur.
20. Qarşılıqlı iddiaçının mübahisəli mənzilin təmirinə və təchizatına 2012-ci ildə 80.000 manat xərc çəkilməsinə dair məhkəməyə təqdim etdiyi yeganə sübut vasitəsi şahid ifadəsi olmuşdur ki, həmin şahid ifadəsinin də mötəbər sübut kimi qiymətləndirilməsinə əsas olmamışdır.
21. Şahid evin təmirini edən şəxs olsa da, bununla bağlı verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmamışdır. Digər şahidin verdiyi ifadədə isə tərəflər arasında olan mənzilin təmirinə çəkilən xərclə bağlı olanları aydın və müfəssəl təsvir etmiş, verdiyi ifadə bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir.
22. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddia ərizəsində qeyd etdikləri iş üzrə preyudisial əhəmiyyət kəsb edən məhkəmə aktında təsbit olunan, mülki işə baxılarkən araşdırma aparmış həmin məhkəmə tərəfindən qarşılıqlı iddia üzrə iddiaçının mübahisəli mənzillə bağlı tələblərinə hüquqi qiymət (mənzil birgə nikah dövründə tərəflərin ümumi gəlirləri hesabına alınmamışdır) verilmişdir.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin II hissəsinə, Mülki Məcəlləsinin 152.1, 228.1, 228.2, 228.5, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 82.3, 106.1, 80, 81, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
24. Qətnamədən cavabdeh (qarşılıqlı iddiaçı) apellyasiya şikayəti verərək onun ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayətində göstərilmişdir ki, ilkin iddiada iddiaçı yalnız Cavabdeh mənzildən çıxarılmasını və mənzilin boşaldılmasını (əşyalardan) tələb etmişdir. Lakin mənzildə ilkin cavabdeh ilə yanaşı onun azyaşlı uşaqları, ilkin iddiaçının nəvələri - 2013cü il təvəllüdlü Abdulla Məryəm və 2015-ci il təvəllüdlü Abdulla Sara yaşayırlar, doğulduqları vaxtdan fasiləsiz olaraq mübahisəli mənzildə yaşayırlar və həmin mənzildə daimi pasport qeydiyyatındadırlar. Məhkəməyə bu halı təsdiq edən Nəsimi rayon məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2021-ci il tarixli qətnaməsi təqdim edilsə də, (hətta qətnamənin özündə bu məhkəmə qərarına istinad edilmişdir) məhkəmə yetkinlik yaşına çatmayan Abdulla Sara və Abdulla Məryəmin hüquqlarını nəzərə almamış, onları prosessual olaraq tərəf kimi cəlb etməmişdir. Uşaqların mübahisəli mənzildə yaşayış hüquqları var və bu hüquqa qanunvericiliyin tələbinə əsasən kompensasiya ödənilməklə xitam verilə bilər. Qarşılıqlı iddiaya münasibətdə ilkin iddiaçı, qarşılıqlı cavabdeh tərəf bununla bağlı əks və ya təkzibedici rəy təqdim etməmiş və onlar tərəfindən bu qiymətləndirmə rəyi mübahisələndirilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz təqdim edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
27. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
28. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı izahatında qeyd etmişdir ki, iddia tələbi oğlu ilə cavabdehlə birgə nikahdan doğulmuş uşaqlara (nəvələrinə) qarşı yönəlməmiş, uşaqların mübahisəli mənzildə yaşamasına hər hansı etirazı yoxdur, yalnız cavabdehin mənzildən çıxarılmasını tələb edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
29. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
30. Maddə 29, II hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur.
31. Maddə 29, III hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
32. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
33. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
34. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
35. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi
36. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
37. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
41. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
48. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır.
50. İşin hallarından göründüyü kimi, İddiaçı ##.##.2012-ci il tarixdə mülkiyyətində olan mənzili 47040 manata satmış, təxminən 2 ay sonra isə hazırki mənzili 93000 manata almışdır. Cavabdeh iddiaçının oğlu ilə ##.##.2012-ci il tarixdə nikaha daxil olmuş, nikah 2021-ci ildə nikah pozulmuşdur. Hazırda iddiaçı mülkiyyətində olan mənzildən cavabdehin çıxarılmasını və mənzilin ona təhvil verilməsini, cavabdeh isə (qarşılıqlı iddiaçı) mənzildə aparılan yaxşılaşdırma – təmir işlərinə sərf edilmiş 80000 manat pulu iddiaçıdan tələb edir.
51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istəyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
52. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunverciliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın.
53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
54. Hazırda mübahisəli sahənin cavabdehin qanuni sahibliyində olması halları müəyyən edilmir. Belə ki, iddiaçı oğlu ilə gəlininə-cavabdehə birgə nikah dövründə yaşamaq üçün verdiyi mənzildən hazırda cavabdehin çıxarılmasını tələb edir ki, bu hüquq da onun mülkiyyətçi kimi tanınan hüquqlarında ehtiva olunmuşdur.
55. Birinci instansiya məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, ilkin iddiaçının mülkiyyətində olan mənzildə cavabdeh buna hər hansı hüququ olmadan yaşayır və bununla da, iddiaçının qanunla qorunan mülkiyyət hüququ pozulur.
56. Tərəflər arasında münasibətlər 2012-ci ildə yarandığından, mübahisənin həllində ##.##.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq olunmalıdır. Həmin normaya görə isə cavabdeh Cavabdeh iddiaçı İddiaçı ailə üzvü hesab olunmur və onun mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Eləcə də cavabdehin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılması müzakirə predmeti ola bilməz.
57. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, iddiaçı nəvələrinin mənzildən çıxarılması tələbini irəli sürməmişdir, ona görə də onların işə cəlb olunması zərurəti də yaranmamışdır. Uşaqların cavabdehin himayəsində olması səbəbindən onlar yetikinlik yaşına çatanadək cavabdehin də mübahisəli mənzildə yaşamalı olması barədə dəlil da əsassızdır, belə ki, yetkinlik yaşına çatmayan uşaqların yaşayış yeri valideynlərinin yaşayış yeri hesab olunur və hazırkı işdə də uşaqlar həm ataları ilə mübahisəli mənzildə, həm də anaları ilə yaşaya bilərlər, bunun üçün (bu əsasla) cavabdehin mübahisəli mənzildə yaşamasına ehtiyac yoxdur.
58. Qarşılıqlı iddiaya gəldikdə isə Kollegiya qeyd edir ki, mənzilin kim tərəfindən təmir edilməsi, hansı yaxşılaşdırma işlərinin aparılması və çəkilmiş xərclərləri müəyyən edilməsi sübuta bağlı olan məsələdir.
59. Qarşılıqlı iddiaçının mübahisəli mənzilin təmirinə və təchizatına 2012-ci ildə 80000 manat xərc çəkilməsinə dair məhkəməyə təqdim etdiyi yeganə sübut vasitəsi şahid ifadəsi olmuşdur ki, həmin şahid ifadəsinin də mötəbər sübut kimi qiymətləndirilməsinə əsas olmamışdır.
60. Belə ki, şahid evin təmirini edən şəxs olsa da, bununla bağlı verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmamışdır. Digər şahidin verdiyi ifadədə isə tərəflər arasında olan mənzilin təmirinə çəkilən xərclə bağlı olanları aydın və müfəssəl təsvir etmiş, verdiyi ifadə bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir.
61. Kollegiya hesab edir ki, mənzilin təmirində iştirak edən şahid Rauf Süleymanov zidiyyətli ifadələr vermişdir. O, mənzilin Samir adlı şəxsdən alındığını, Samirin mənzil alıb, təmir edib satmaqla gəlir əldə edən şəxs olduğunu bildirmiş, lakin davamında mənzilin təmiri ilə özü məşğul olduğunu, təmir xərclərinin cavabdehin atasının qarşıladığını, lakin cavabdehin atasını görsə tanımayacağını bildirmişdir.
62. Göründüyü kimi, şahidin ifadəsi cavabdehin hər hansı dəlilini təsdiq etmədiyindən, həmin ifadənin mötəbər sübut kimi qəbul edilməsi mümkün deyil.
63. Cavabdeh mənzilin təmiri və çəkilmiş xərclərlə bağlı başqa hər hansı sübut təqdim etməmişdir.
64. Cavabdeh mənzilin kim tərəfindən təmiri ilə bağlı hər hansı sübut təqdim edə bilmədiyindən, təmirin dəyərini ümumiyyətlə müzakirə etməyi zəruri hesab etmir.
65. Həm əvvəlki işin, həm də hazırki işin hallarından görünən odur ki, mənzil təmirli vəziyyətdə alınmışdır və 93.000 manat onun təmirli qiyməti olmuşdur. Şahid ifadəsi də dolayısı ilə həmin halı təsdiq edir. Cavabdehin təmir prosesində iştirak etməsi (rəng və oboyların seçilməsi və s.) isə təmirə çəkilən xərcin məhz onun tərəfindən qarşılanması nəticəsinə gəlmək üçün yetərli deyil.
66. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
67. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı qətnamənin ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz.
68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.