Məhkəmə qərarları › İş №2(3-6)-2357/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2357/2026

30.06.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2357/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı "xxxx" ASC cavabdehlər cavabdeh34 və digərlərinə qarşı mülki iş üzrə (Açar sözlər: vindikasiya iddiası) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi nümayəndə2, cavabdehlər İsmayılov İsmayıl Hüseyn oğlu, cavabdeh22, cavabdeh32, cavabdeh16, İsmayılov İsa Hüseyn oğlu və cavabdeh21 iştirakları ilə, iddiaçı "xxxx" ASC (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) cavabdehlər cavabdeh34 və digərlərinə qarşı “zəbt olunmuş ərazinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdehlər cavabdeh34, cavabdeh32, cavabdeh28, cavabdeh27, İsmayılov İsa Hüseyn oğlu, İsmayılov İsmayıl Hüseyn oğlu, Quliyev İbad Kazım oğlu, cavabdeh22, cavabdeh21, cavabdeh2, cavabdeh17, cavabdeh16, cavabdeh10 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasi Prezidentinin ##.##.2005-ci il tarixli Sərəncamı ilə “xxxx" ASC yaradılmış, Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər İstilik idarəsi ləğv edilmiş və onun funksiyaları, balansında olan əmlak “xxxx" ASC-yə verilmişdir.

2. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkminləşdirilməsi haqqında” ##.##.2005-ci il tarixli, *** saylı sərəncamından görünür ki, “xxxx" ASC-nin yaradılması, “xxxx" ASC-nin AR-da yaşayış məntəqələrində yaşayış evlərinin və binaların, habelə sosial və digər təyinatlı obyektlərin istilik təchizatı işlərini həyata keçirməsinin müəyyən edilməsi, “xxxx" ASC-nin fəaliyyətinin təşkil edilməsi məqsədi ilə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin “İstilikkommunenerjisazlama” Respublika İstehsalat Birliyinin ləğv edilməsi, onun funksiyaları və tabelyində olan müəssisə və təşkilatlar balanslarındakı əmlakla birlikdə “xxxx" ASC-nə verilməsi, Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər İstilik İdarəsinin ləğv edilməsi onun funksiyaları və tabeliyində olan müəssisə və təşkilatlar, Qaradağ rayon qazanxanalar və istilik şəbəkəsi balanslarındakı əmlakla birlikdə “xxxx" ASC-nə verilməsi qərara alınmışdır.

3. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən “xxxx" ASC-yə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, İ.Nəsimi küçəsi 27 ünvanında yerləşən, “xxxx" ASC-yə məxsus ** saylı qazanxanın inzibati binasında və həyətyanı ərazisində məskunlanmış məcburi köçkün ailələri haqqında məlumatlar təqdim edilmişdir.

4. ünvan 1 ünvanında yerləşən ** saylı qazanxanada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri haqqında məlumat əlavə edilmişdir.

5. Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən Nizami Rayon Məhkəməsinə ünvanlanmış ##.##.2026-cı il tarixli, 3- **-*/*-***/**** saylı məktubdan görünür ki, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “zəbt olunmuş ərazinin boşaldılması” tələbinə dair mülki işlə bağlı məcburi köçkünlər cavabdeh34, cavabdeh33, cavabdeh32 qız İsmayılov Musa Hüseyn oğlu, cavabdeh30, cavabdeh29, X1, X3, cavabdeh27, İsmayılov İsa Hüseyn oğlu İsmayılov İsmayıl Hüseyn oğlu, İsmayılova İstifa Hüseyn qızı, X11 İbad Kazım oğlu, cavabdeh22, cavabdeh21, X4, cavabdeh19, cavabdeh6, X5, cavabdeh17, cavabdeh16, X7, cavabdeh14, cavabdeh13, cavabdeh12 Əhmə oğlu, cavabdeh11, cavabdeh10, cavabdeh5 cavabdeh9, cavabdeh8 Tuqay qızı və İsmayılov Bəhram Hüseyn oğunun öz yaşayış yerlərinə köçürülüb-köçürülməmələri, köçürülməyibsə, nə zaman köçürülmələri barədə məlumatların verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsinə daxil olmuş sorğu Komitənin müvafiq əmri ilə yaradılmış komissiyada araşdırılmışdır. Müraciət əsasında Bakı şəhəri, Nizami rayonu, Nəsimi 37 ünvanında yerləşən 66 say Qazanxanada məskunlaşan, adları qeyd olunan məcburi köçkünlər barəsində məlumatlar təqdim olunmuşdur: 1. Zəngilan rayonunun (Zəngilan kənd İƏD) Məlikli kəndindən məcburi köçkün cavabdeh34 ailə tərkibi 4 nəfər olmaqla sözügedən ünvanda məskunlaşmışdır. 2. Zəngilan şəhərindən (Zəngilan şəhər İƏD) məcburi köçkün cavabdeh33 və cavabdeh8 ailə tərkibi 4 nəfər olmaqla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”na uyğun olaraq doğma yurduna köçürülməyi ilə bağlı ## ###### 2025-ci il tarixdə keçirilən püşkatmada iştirak edibdir.

3. Zəngilan rayonunun (Cahangirbəyli İƏD) Cahangirbəyli kəndindən məcburi köçkün cavabdeh32 ailə tərkibi 4 nəfər olmaqla doğma yurduna köçürülməyi il bağlı ## #### 2025-ci il tarixdə sorğu aparılan zamanı bu il ərzində köçmək istəmədiyini, növbəti mərhələdə köçmək istəyini bildirmişdir. 4. Zəngilan rayonunun (Cahangirbəyli İƏD) Cahangirbəyli kəndindən məcburi köçkün İsmayılov Musa Hüseyn oğlu tək şəxs olaraq başqa ünvanda kirayə qaldığını, ailə üzvlərinin isə sözügedən ünvan darısqal olduğundan 2023-cü ildən çıxıb Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən 112 nömrə (bələdiyyə sənədi əsasında) fərdi yaşayış evində məskunlaşıb yaşayırlar. 5. Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndindən məcburi köçkün cavabdeh30 ailə tərkibi 5 nəfər olmaqla “Böyük Qayıdış” dövlət proqramı çərçivəsində ## ###### 2025-ci tarixdə Xocavənd rayonunun Hadrut qəsəbəsində fərdi yaşayış evi ilə təmin olunaraq sözügedən ünvandan köçürülmüşdür. 6. Füzuli şəhərindən məcburi köçkün cavabdeh29 ailə tərkibi 4 nəfər olmaqla doğm yurduna köçürülməyi ilə bağlı ## ###### 2024cü il tarixdə sorğu aparılan zaman işi ilə bağlı növbə mərhələdə köçmək istəyini bildirmişdir. 7. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən məcburi köçkün cavabdeh28 ailə tərkibi 2 nəfər olmaqla sözügedən ünvanda məskunlaşmışdır. 8. Cəbrayıl rayonunun Dağtumas kəndindən məcburi köçkün X3 2025-ci ilin fevral ayında vəfat edibdir. 9. Zəngilan rayonunun Mincivan qəsəbəsindən məcburi köçkün cavabdeh27 ailə tərkibi 7 nəfər olmaqla sözügedən ünvanda məskunlaşmışdır. 10. Zəngilan rayonunun (Cahangirbəyli İƏD) Cahangirbəyli kəndindən məcburi köçkün İsmayılov İsa Hüseyn oğlu ailə tərkibi 4 nəfər olmaqla sözügedən ünvanda məskunlaşmışdır. 11. Zəngilan rayonunun (Cahangirbəyli İƏD) Cahangirbəyli kəndindən məcburi köçkün İsmayılov İsmayıl Hüseyn oğlu ailə tərkibi 5 nəfər olmaqla sözügedən ünvanda məskunlaşmışdır. 12. Zəngilan rayonunun (Cahangirbəyli İƏD) Cahangirbəyli kəndindən məcburi köçkün İsmayılov İstifa Hüseyn qızı ailə tərkibi 2 nəfər olmaqla sözügedən ünvanda məskunlaşmışdır. 13. Zəngilan rayonunun (Cahangirbəyli İƏD) Cahangirbəyli kəndindən məcburi köçkün Quliyev İbad Kazım oğlu ## #### 2022-ci il tarixdə vəfat etmişdir. 14. Zəngilan rayonunun (Cahangirbəyli İƏD) Cahangirbəyli kəndindən məcburi köçkün cavabdeh19 ailə tərkibi 6 nəfər olmaqla sözügedən ünvanda məskunlaşmışdır. 15. Zəngilan rayonunun (Cahangirbəyli İƏD) Cahangirbəyli kəndindən məcburi köçkün cavabdeh22 ailə tərkibi 4 nəfər olmaqla sözügedən ünvanda məskunlaşmışdır. 16. Zəngilan rayonunun (Zəngilan kənd İƏD) Məlikli kəndindən məcburi köçkün cavabdeh21 ailə tərkibi 5 nəfər olmaqla sözügedən ünvanda məskunlaşmışdır. 17. Zəngilan şəhərindən (Zəngilan şəhər İƏD) məcburi köçkün cavabdeh20 övlad X10 ilə birlikdə ailə tərkibi 2 nəfər olmaqla “Böyük Qayıdış” dövlət proqramı çərçivəsində doğma yurduna köçürülməsi ilə bağlı ## ###### 2025-ci il tarixdə keçirilə püşkatmada iştirak etmişdir.

6. “xxxx" ASC Nizami rayonu * saylı İstilik sistemləri istismar sahəsi ** saylı Qazanxananın Texniki Pasportu əlavə olunmuşdur.

7. Əmlak məsələləri Dövlət Xidmətinin “xxxx" ASC-nin (qeydiyyat №*****) balansında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarış əlavə olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı "xxxx" ASC (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) cavabdehlər cavabdeh34, cavabdeh32, İsmayılov Musa Hüseyn oğlu, cavabdeh29, cavabdeh28, cavabdeh4, cavabdeh27, İsmayılov İsa Hüseyn oğlu, İsmayılov İsmayıl Hüseyn oğlu, İsmayılova İstifa Hüseyn qızı, cavabdeh3, Quliyev İbad Kazım oğlu, cavabdeh22, cavabdeh21, cavabdeh2, cavabdeh18, cavabdeh17, cavabdeh16, cavabdeh15, cavabdeh14, cavabdeh10, cavabdeh1, İsmayılov Bəhrəm Hüseyn oğu, cavabdeh9, cavabdeh11, cavabdeh12, cavabdeh13, cavabdeh19, cavabdeh20, X10, cavabdeh30, cavabdeh33 və cavabdeh8 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Nizami rayonu, Nəsimi küçəsi 27 ünvanında Cəmiyyətə məxsus ** saylı qazanxananın inzibati binası və həyətyanı ərazisində məskunlaşmış cavabdehlərin məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, “xxxx” ASC “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2005-ci il tarixli *** saylı sərəncamına əsasən yaradılmış və tərkibinə daxil olan strukturlar vasitəsilə istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və Respublikanın regionlarında yaşayış evlərinin və binalarının, habelə sosial və digər təyinatlı obyektlərin istilik təchizatını həyata keçirir. Cəmiyyətin qarşısında duran əsas vəzifələrdən biri “Dövlət əmlakının qorunub saxlanması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2007-ci il tarixli *** saylı Fərmanının tələblərindən irəli gələn vəzifələrin, o cümlədən Cəmiyyətin sərəncamında olan dövlət əmlakının və onun yerləşdiyi torpaq sahələrinin qorunub saxlanılması və dövlət əmlakından sui-istifadə hallarının qarşısının alınması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsindən ibarətdir. Bu vəzifələrin icrası ilə bağlı Bakı şəhərində və Respublikanın regionlarında əhəmiyyətli işlər görülmüş, Cəmiyyətin sərəncamında olan dövlət əmlakının və onun yerləşdiyi torpaq sahələrinin qorunub saxlanılması, hər hansı bir müdaxiləyə qarşı dərhal mövcud qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi təmin edilir. Lakin, Nizami rayonu, Nəsimi küçəsi 27 ünvanında Cəmiyyətə məxsus ** saylı qazanxananın inzibati binası və həyətyanı ərazisi bir sıra məcburi köçkünlər tərəfindən zəbt olunub əlavə tikinti işləri aparılaraq yaşayış məqsədi üçün istifadə olunur. İstilik təchizatı obyektində məcburi köçkünlərin yaşaması qazanxanada təmir-bərpa işlərinin aparılmasına maneçilik törətməklə bərabər, qurğu və avadanlıqlara istismar qaydalarına uyğun texniki qulluq və sazlama işlərinin həyata keçirilməsini mümkünsüz etmişdir. Bundan əlavə qazanxanaların təhlükə potensiallı obyektlər olması ilə əlaqədar bu obyektlərdə insanların məskunlaşması onların həyatı üçün təhlükəlidir, partlayış, dəm qazının yaranması və ya tüstü qazlarının sızması riskləri istənilən an bədbəxt hadisələrə gətirib çıxara bilər. Ötən müddət ərzində məcburi köçkünlərin ailə tərkibinin artması, qeyri-qanuni olaraq istehsalat zonalarının zəbt edilməsi və yaşamaq üçün müxtəlif təyinatlı tikililərin aparılması vəziyyəti daha da mürəkkəbləşdirmişdir. Eyni zamanda onu da nəzərə çatdırır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və “xxxx" ASC-nin nümayəndələrindən ibarət yaradılmış birgə işçi qrupu tərəfindən aparılan monitorinq zamanı da qazanxanalarda məskunlaşmış məcburi köçkünlərin təcili olaraq köçürülməsi zəruri hesab edilmişdir. Bununla əlaqədar olaraq bir neçə dəfə Azərbaycan Respublikası Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsnə müxtəlif tarixlərdə müraciət olunmuş lakin Komitə tərəfindən hər hansı bir əməli tədbir görülməmişdir. "xxxx” ASC tərəfindən Cəmiyyətə məxsus ərazinin boşaldılması məqsədi ilə müvafiq tədbirlərin görülməsi üçün qeyd olunan ərazidə məskunlaşmış vətəndaşlar barədə məlumatların əldə olunmasına köməklik göstərilməsi barədə Nizami rayon İcra Hakimiyyətinə və Mənzil Kommunal Təsərrüfatı Birliyinə ##.##.2025ci il tarixli **-**/*-****/**** nömrəli məktubla müraciət olunmuşdur. Nizami rayon İcra Hakimiyyətinin ##.##.2025-ci il tarixli cavab məktubu ilə qeyd olunan ərazidə məskunlaşmış 32 ailə haqqında əldə olunmuş məlumat təqdim olunmuşdur.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdeh34, cavabdeh33, cavabdeh32, İsmayılov Musa Hüseyn oğlu, cavabdeh29, cavabdeh28, cavabdeh4, cavabdeh27, İsmayılov İsa Hüseyn oğlu, İsmayılov İsmayıl Hüseyn oğlu, İsmayılova İstifa Hüseyn qızı, cavabdeh3, Quliyev İbad Kazım oğlu, cavabdeh22, cavabdeh21, cavabdeh20, cavabdeh19 qızı, cavabdeh2, cavabdeh18, cavabdeh17, cavabdeh16, cavabdeh15, cavabdeh14, cavabdeh10, cavabdeh1, cavabdeh9, X6 və İsmayılov Bəhrəm Hüseyn oğlunun iddiaçı İddiaçı balansında olan ünvan 4 ünvanında yerləşən ** saylı qazanxananın inzibati binsası və həyətyanı ərazisindən məcburi qaydada çıxarılmaları qət edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin faktiki hallarına əsasən ünvan 3 ünvanında yerləşən ** saylı qazanxananın inzibati binası və həyətyanı ərazisi iddiaçı “xxxx" ASC-nin balansında olub, həmin ünvanda Fizuli, Zəngilan, Cəbrayıl və Kəlbəcər rayonundan məcburi köçkün olan cavabdehlər məskunlaşmışlar və onlar öz yurd-yuvalarına köçənədək oradan çıxmaqdan imtina edirlər. Hazırki iddianın qanuni əsası kimi mübahisəyə Mülki Məcəllənin 157.2-ci maddəsi tətbiq edilməlidir. Həmin normaya görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

12. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş “xxxx" ASC-nin balansında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ** saylı qazanxana və ətrafında olan 457.15 kv.m sahəsi olan torpaq sahəsi “xxxx" ASC-nin balansındadır. Yəni mübahisə obyekti olan daşınmaz əmlak iddiaçının qanuni sahibliyində olduğundan iddiaçının mülkiyyətçi hüquqları, yəni əmlaka qanuni sahiblik və istifadə hüquqlarını həyata keçirmək və bunun üçün cavabdehlərın həmin əmlakdan çıxarılaraq əmlakın ona təhvil verilməsini tələb etmək hüququ vardır.

13. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş siyahı və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən Məhkəmə tərəfindən edilmiş sorğuya cavab məktubundan görünür ki, cavabdehlər mübahisə obyekti olan daşınmaz əmlakda məskunlaşmışlar.

14. Cavabdehlərin ünvan 3 ünvanında yerləşən ** saylı qazanxana və ətrafında olan 457.15 kv.m sahəsi olan torpaq sahəsinə sahiblik və istifadə hüququ yoxdur. Əmlakın hazırda onların sahibliyində olmasının qanuni əsası mövcud deyil. Belə ki, məhkəmə iclasında işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, cavabdehlər mübahisə predmeti olan əmlak kompleksində məcburi köçkün düşdükdən sonra özləri gəlib yerləşmişlər, yəni cavabdehlər dövlət tərəfindən həmin əmlakda yerləşdirilməmişlər.

15. Mübahisə obyekti olan əmlakın iddiaçının qanuni sahibliyində olduğu və cavabdehlərin hazırda da həmin əmlakda yaşayıb, iddiaçının tələbinə baxmayaraq, daşınmaz əmlakdan çıxmadığı, habelə, cavabdehlərin iddiaçının razılığı olmadan həmin əmlakda yaşadığı işin mübahisəsiz halı olduğu halda, cavabdehlərin əmlakda yaşamağa davam etmək üçün iddiaçı ilə hər hansı qaydada razılığa gəldiyi (müqavilə bağladığı) və məhz bu əsasla cavabdehlərin mübahisə obyekti olan əmlak üzərində istifadə hüququnun olduğu müəyyən edilməmişdir.

16. Hazırkı mübahisəli daşınmaz əmlak Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs balansında olmamışdır, cavabdehlərə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nda nəzərdə tutulduğu kimi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qərarı ilə verilməmiş, onlarla kirayə müqaviləsi bağlanmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsi izahatında bildirmişdir ki, məcburi köçkünlər Komitə tərəfindən həmin əmlakda yerləşdirilməmişdir.

17. Məhkəmə qeyd etmişdir ki, məcburi köçkünlərin mənzillə təmin olunması öhdəliyi dövlətin vəzifəsi olması səbəbindən hazırki halda mülkiyyətçi cavabdehlərin mübahisə predmeti olan daşınmaz əmlakdan çıxarılması ilə bağlı tələb irəli sürməkdə haqlı olmuşdur. Mövcud vəziyyətdə əmlakın qanuni sahibinin hüquqlarına qoyulan məhdudiyyətin davam etdirilməsi mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulmasına, bununla da, iddiaçının xüsusi və həddən artıq məhrumiyyətlərə məruz qalmasına səbəb ola bilər.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29.1 və 29.2ci maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5 və 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

19. Cavabdehlər cavabdeh34, cavabdeh32, cavabdeh28, cavabdeh27, İsmayılov İsa Hüseyn oğlu, İsmayılov İsmayıl Hüseyn oğlu, Quliyev İbad Kazım oğlu, cavabdeh22, cavabdeh21, cavabdeh2, cavabdeh17, cavabdeh16, cavabdeh10 apellyasiya şikayətləri verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## #### 2026-cı il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın onlara aid hissədə rədd edilməsini xahiş etmişdirlər.

20. Apellyasiya şikayətləri eyni məzmunda olmaqla belə əsaslandırılmışdır ki, məhkəmə iş üzrə olan sübutları düzgün tədqiq etməmişdir. Çünki məhkəmə iddiaçı tərəfin sübutlarını qəbul etsə də tam olmadığını bildirməmiş natam sübutlarla işə baxaraq əsassız qətnamə çıxarmışdır. Ümumuyyətlə hər hansı bir möhtəbər sübuta istinad etməmişdir. İddiaçının iddası tam sübut edilməmiş təmin edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər İsmayılov İsmayıl Hüseyn oğlu, cavabdeh22, cavabdeh32, cavabdeh16, İsmayılov İsa Hüseyn oğlu və cavabdeh21 tətrəflərin verilmiş apellyasiya şikayətlərini müdafiə edərək təmin olunmasını xahiş etmişdirlər.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 27.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər cavabdeh34, cavabdeh32, cavabdeh28, cavabdeh27, İsmayılov İsa Hüseyn oğlu, İsmayılov İsmayıl Hüseyn oğlu, Quliyev İbad Kazım oğlu, cavabdeh22, cavabdeh21, cavabdeh2, cavabdeh17, cavabdeh16, cavabdeh10 tərəfindən birgə verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin apellyatorlara aid hissədə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

29. 139-1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. 30.152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 31.152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 32.157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 33.157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 34.164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

35.«Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. 36.“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyətiorqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. 37.«Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununa əlavə olunmuş 8.0.11-ci maddəsinə əsasən (Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 38.Azərbaycan Respublikasında mənzillərin özəlləşdirilməsi məsələləri ##.##.1993-cü il tarixdə qəbul edilmiş «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Eyni Qanunun əvvəlki redaksiyada 8-ci maddəsinə görə, mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı on beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (* №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (* №-li forma); mənzil sahəsinin orderi. Azərbaycan Respublikasının ##.##.2015-ci il tarixli Qanunu ilə 8-ci maddəyə orderi sözündən sonra «və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam» sözləri əlavə edilmişdir. 39.“Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” Qaydasının 1.3-cü bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayışsahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. 40.Həmin Qaydanın 1.4-cü bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayışsahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. 41.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqelərə görə * saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulan “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahibliklə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. (Latridis Yunanıstana qarşı iş, §54). Məhkəmə, həmçinin qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyət”lə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı də əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı iş, § 103). 42.Eyni hüquqi mövqeyə əsaslanan Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” ## ######## 2007-ci il tarixli qərarında göstərilmişdir ki, # #### 1993-cü ildə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr təsdiq etdilər ki, ərizəçi yaşayış orderinin qanuni sahibidir. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında "sosial kirayə müqaviləsi" deyilən müqavilə bağlanmalı idi. Bu sosial kirayə müqaviləsinin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda təsbit edilmiş şərtlərinə görə, ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı idi və mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq, müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

43. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

44. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

46. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, ünvan 3 ünvanında yerləşən ** saylı qazanxana və ətrafında olan torpaq sahəsi “xxxx" ASC-nin balansındadır. Cavabdehlər isə ailə üzvləri ilə birlikdə mübahisəli ünvanda məskunlaşmışlar. Onların mübahisəli daşınmaz əmlak üzərində qanunla nəzərdə tutulmuş hər hansı əmlak hüququnun mövcudluğunu təsdiq edən sübutlar müəyyən edilməmişdir. 47.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı cavabdehlərin çıxarılmasını tələb etdiyi daşınmaz əmlakın balanssaxlayıcısı olmaqla, həmin əmlaka dair hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. Bu baxımdan, iddiaçı mülkiyyətçi olmasa da, qanunla həmin əmlaka sahiblik və idarəetmə hüququ verilmiş şəxs kimi, bu hüquqların pozulmasının aradan qaldırılmasını məhkəmə qaydasında tələb etmək səlahiyyətinə malikdir. 48.Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci və 157.8-ci maddələri təşkil edir. Həmin maddələrə əsasən mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 49.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş materialları cavabdehlərin mübahisəli daşınmaz əmlakdan müddətsiz və daimi istifadə hüququnun yarandığını qəbul etməyə əsas vermir. Cavabdehlərin məcburi köçkün olmaları özlüyündə həmin daşınmaz əmlakdan müddətsiz istifadə hüququ yaratmır və iddiaçının həmin əmlak üzərində qanunla qorunan hüquqlarını aradan qaldırmır. 50.Belə olan halda, cavabdehlərin həmin daşınmaz əmlakdan istifadə etmələri iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə maneə yaratdığından, onların mübahisəli əmlakdan çıxarılması tələbi əsaslı hesab edilməlidir. 51.Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətlərində qeyd edilən formal etirazlar, eləcə də işin faktiki halları ilə bağlı dəlillər də həmin qətnamənin dəyişdirilməsi və ləğv edilməsi üçün əsas ola bilməz. 52.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 53.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar