Məhkəmə qərarları › İş №2(3-6)-2362/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2362/2026

10.06.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2362/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi ilə, Kazımov Elşən Cələddin oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Ərizəçi İddiaçı Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoru maraqlı şəxs qismində cəlb olunmaqla “miras qəbul edilməsi faktının müəyyən olunması" barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı Bakı şəhəri ** saylı Dövlət Notariat Kontorunu maraqlı şəxs qismində cəlb olunmaqla “mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Nizami rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə, ərizəçi İddiaçı Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoru maraqlı şəxs qismində cəlb olunmaqla “miras qəbul edilməsi faktının müəyyən olunması" barədə ərizəsi baxılmamış saxlanılması və ərizə ilə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılması qərara alınmışdır. Ərizəçi İddiaçı vəsatət ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə icraatı təzələyərək məhkəmə baxışına təyin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi e- 2(007)- ****/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli qərardad qəbul etmişdir. Qərardad əsasında mülki iş MPM-nin 259.0.10-cu maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Qərardadda 259.0.10-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan hallar aradan qaldırılmışdır. Belə ki, mübahisə predmetinə aid olan fərdi evin digər fərdi evin ünvanı ilə eyni olsa da, əslində bir ünvanda ayrı-ayrı tikililərdir və hər bir evin istifadəçisi ayrı-ayrı şəxslərdir. Qeyd edilənləri nəzərə alaraq işin baxılmamış saxlanması barədə qərardadın ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı qərardadı ilə, ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş vəsatətin təmin edilməməsi qərara alınmışdır. Hazırda ərizəçi sonuncu qərardaddan şikayət verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi, iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoru maraqlı şəxs qismində cəlb olunmaqla “miras qəbul edilməsi faktının müəyyən olunması" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoru maraqlı şəxs qismində cəlb olunmaqla “miras qəbul edilməsi faktının müəyyən olunması" barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında ##.##.2026-cı il tarixində açıq məhkəmə iclasında baxaraq e-*(***)-****/**** saylı qərardad qəbul etmişdir. Qərardadda ərizəçi İddiaçı Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoru maraqlı şəxs qismində cəlb olunmaqla “miras qəbul edilməsi faktının müəyyən olunması" barədə ərizəsinin baxılmamış saxlanılması və ərizənin ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılması qərara alınmışdır. Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil vəsatət ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə icraatı təzələyərək məhkəmə baxışına təyin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi e-*(***)-****/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli qərardad qəbul etmişdir. Qərardad əsasında mülki iş MPM-nin 259.0.10-cu maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Qərardadda 259.0.10-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan hallar aradan qaldırılmışdır. Belə ki, mübahisə predmetinə aid olan fərdi evin digər fərdi evin ünvanı ilə eyni olsa da, əslində bir ünvanda ayrı-ayrı tikililər vardır və hər bir evin sahibi və mülkiyyətçisi ayrı-ayrı şəxslərdir. Ərizəçi işin baxılmamış saxlanması barədə qərardadın ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsi ərizəçi İddiaçı Bakı şəhəri ** saylı Dövlət Notariat Kontorunu maraqlı şəxs qismində cəlb olunmaqla “mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı” tələbinə dair mülki iş üzrə e-2(007)- ****/**** saylı ##.##.2026-cı il tarixli qərardad qəbul etmişdir. Qərardadda ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş vəsatətin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qərardadında qeyd etmişdir ki, iş materiallarına Mir Eyyub Seyidbağı oğlunun adına verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport əlavə olunsa da, DƏDK və Reyestri Publik Hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsindən sorğu əsasında göndərilən sənədlərdən müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, R.Ağayev küçəsi,** saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə başqa şəxslərin adınadır, yəni fərdi yaşayış evi ilə bağlı mübahisə vardır. Belə olan halda, məhkəmə hesab etmişdir ki, sözügedən ərizə baxılmamış saxlanılmalı, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Bildirmişdirlər ki, DƏDK və Reyestri Publik Hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, R.Ağayev küçəsi, ** saylı ünvanı üzrə bir neçə şəxsə aid çıxarışlar təqdim edilmişdir. İddiaçının hazırki mübahisəsinə aid olan fərdi yaşayış evi həmçinin eyni ünvanda olsa da, digəriləri kimi ayrı tikilidir bə bu tikiliyə dair iddiaçı hüquqlarının qeydiyyata alınması üçün məhkəmə müdafiə hüququndan istifadə etmişdir. Məhkəmə DƏDK və Reyestri Publik Hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsindən daxil olan sənədləri tədqiq etmədən MPM-nin 259.0.10-cu maddəsini tətbiq etmişdir. İddiaçı məhkəməyə ərizə verərək qərardadda 259.0.10-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan hallar aradan qaldırıldığını qeyd edərək bildirmişdir ki, mübahisə predmetinə aid olan fərdi evin digər fərdi evin ünvanı ilə eyni olsa da, əslində bir ünvanda ayrı-ayrı tikililərdir və hər bir evin istifadəçisi ayrı-ayrı şəxslərdir. Qeyd edilənləri nəzərə alaraq işin baxılmamış saxlanması barədə qərardadın ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdirlər. Bildirmişdirlər ki, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə iş baxılmamış saxlanır. Hazırki işdə bu hala rast gəlinməmişdir. DƏDK və Reyestri Publik Hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsindən sorğu əsasında göndərilən sənədlər hüquq haqqında mübahisənin yaranmasını istisna edir. Əksinə işə obyektiv baxılaraq düzgün nəticə gəlmək üçün bu sənədlər tədqiq edilməli olunsa da, məhkəmə bu prosessual hərəkəti etməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır; 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir; 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli, * nömrəli Qərarının 17-ci bəndində bildirilmişdir ki, iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzürlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Bu zaman işin davamı əvvəlki işdə aparılır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş MPM-nin 259.0.10-cu maddəsi ilə baxılmamış saxlanıldığından, vəsatət əsasında MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslar olduqda işə mahiyyəti üzrə baxmağa davam edildiyindən, yuxarıda qeyd olunan qanunvericiliyə əsasən maraqlı şəxsin 259.0.10-cu maddəsi əsasında baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə biləcəyi və bu zaman ümumi qaydada yeni iş açılmalı olmağı nəzərdə tutulmuşdur. Bu səbəbdən ərizəçiyə Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı” tələbi ilə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərardad qanuni və əsaslıdır, məhkəmə qərardadının ləğv edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia ərizəsini baxılmamış saxlamışdır. Bu səbəbdən iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e- e-*(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar