Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2371/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçı İddiaçı Məhrrəm oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Əmək Məcəlləsinin 70(c) bəndinə əsasən işdən azad edilməyə dair əmrin qanunsuz hesab edilərək ləğv edilməsini və məcburi iş buraxmaya görə orta əməkhaqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə məkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdehin Əmək Məcəlləsinin 70(ç) bəndinə əsasən işdən azad edilməyə dair əmrin qanunsuz hesab edilməsini, ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırmışdır ki, o, İddiaçı, son iş yeri ünvan 2 ünvanında yerləşən “Bolmart” mağazasında mağaza müdiri vəzifəsi olub. ##.##.2025-ci il tarixində insan resursları şöbəsinin rəhbəri Xaliqə Ağadadaşovaya rəsmi e-mail vasitəsilə işdən azad edilməyi barədə məlumat vermiş və ərizəsini Səfərli Elşən bəyə təhvil vermişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən 2 aya yaxın müddət ərzində çıxışı rəsmiləşdirilməyib və proses qəsdən təxirə salınıb. ##.##.2025-ci il tarixlərində sayı prosesi keçirilərkən mağazaya yeni mağaza müdiri təyin olunub. Bundan sonra məlum olub ki, cavabdeh onun iş yerini guya özbaşına tərk etdiyini əsas gətirərək Əmək Məcəlləsinin 70(ç) bəndinə əsasən işdən çıxarılma əmri tərtib edib. Halbuki o, iş yerini rəsmi qaydada tərk etməmiş, ərizə ilə müraciət etmiş və rəhbərliyə məlumat vermişdir.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin ##.##.2025-ci il tarixli, ***K nömrəli əmri ləğv edilmiş, iddiaçı “xxxx” MMC-nin üzərinə İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcələssinin 68—ci maddəsinin “a” bəndinə əsasən xitam verilməsi öhdəliyi qoyulmuşdur.
5. Məhkəmə qeyd etmişdir ki, nə qədərki iddiaçı cavabdehə ##.##.2025-ci il tarixdə işdən azad edilməsinə dair ərizə göndərmişdir və həmin ərizənin göndərilməsindən 1 ay müddətində, cavabdeh iddiaçını Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən işdən çıxarılmasına dair əmr verməli olduğu halda vermədiyindən, iddiaçı haqlı olaraq 1 ay müddət tamam olandan sonra işə getməmişdir. Məhz bundan sonra cavabdehin iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etməsi qanunvericiliyin tələblərinə zidd hesab edilməli və iddia tələbi təmin edilməli, iddiaçı İddiaçı işdən çıxarılmasına dair “xxxx” MMC tərəfindən ##.##.2025-ci il tarixli ***K nömrəli əmri ləğv edilməli, cavabdehin üzərinə tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən çıxarılmasına dair əmr vermə öhdəliyi qoyulmalıdır. Bundan başqa məhkəmə hesab etmişdir ki, cavabdehin nümayəndəsi şirkətin iddiaçının ərizəsindən məlumatı olmadığını bilirsə də, hələ iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmədən onun yerinə yeni bir əməkdaşın tapılması, iddiaçının cavabdehə məxsus ofisə gedərək onunla söhbət aparılması, yeni bir vəzifə təklif edilməsi kimi halları dolayısı ilə olsa da cavabdehin iddiaçının işdən çıxmağa dair ərizəsinin olmasını sübut edir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-72-ci maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ
7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində qeyd edilmişdir ki, Sabunçu rayon məhkəməsi öz qətnaməsində cavabdehin iddiaçı barəsində qəbul etdiyi ##.##.2025-ci il tarixli ***K nömrəli əmrin hüquqi cəhətdən əsaslı olmaması qənaətinə gələrkən qeyd etmişdir ki, nə qədərki iddiaçı cavabdehə ##.##.2025-ci il tarixdə işdən azad edilməsinə dair ərizə göndərmişdir və həmin ərizənin göndərilməsindən 1 ay müddətində, cavabdeh iddiaçını Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən işdən çıxarılmasına dair əmr verməli olduğu halda vermədiyindən, iddiaçı haqlı olaraq 1 ay müddət tamam olandan sonra işə getməmişdir. Məhz bundan sonra cavabdehin iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etməsi qanunvericiliyin tələblərinə zidd hesab edilməli və iddia tələbi təmin edilməlidir. Lakin məhkəmənin bu mövqeyi ilə razılaşmaq olmaz. Belə ki, iddiaçının işə heç bir əsas olmadan gəlməməsi ilə bağlı aktlar sübut kimi təqdim edilmişdir, ancaq məhkəmə bunu nəzərə almamışdır. Bundan başqa iddiaçı işdən çıxarılmağa dair ərizəsini rəsmi şəkildə iş yerinə təqdim etməmişdir, iddiaçının göndərmiş olduğu ərizənin çatmış olduğu mail adressi şirkətin Xalidə adlı əməkdaşında olmuşdur. Lakin həmin mail adressi yalnız şirkət ilə əməkdaşlar arasında məlumatlandırılma üçün nəzərdə tutulmuşdur. Mail adresinə yazılmış hər hansı bir ərizədə imza, möhür olmadığından rəsmi şəkildə kim tərəfindən göndərilməsi şirkətə məlum olmur. Həmçinin, iddiaçı iyul ayında işdən çıxmaq istədiyini irəli sürsə də, o avqust ayının 10da mağazada sayım olarkən sayımda iştirak etmiş, səhəri gün isə Bakıya gəlmişdir. Avqust ayında isə iddiaçı sayımdan sonra ofisə gəlmiş, hüquq şöbəsinin rəhbəri X1 ilə görüşmüşdür. O özü iddiaçıya təklif etmişdir ki, 70-ci maddənin ç bəndi ilə işdən çıxarılmaq istəmirsə, kadralara gedərək, ərizə yazsın ki, o hansı səbəbdən işə gəlmir. Lakin iddiaçı yazmamışdır. Mağazada sayım olunan zaman onun yerinə götürələn müdir mağazada olsa da, iddiaçı sayımdan sonra getmiş və mağazanı müdir vəzifəsinə yeni təyin olunan şəxsə təhvil verməmişdir. Onu da qeyd etmək lazımdır ki, iddiaçı cavabdehə 50.000 manat məbləğində ziyan vurduğundan, hər bir halda iddiaçıdan mağaza alınacaqdı.
MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
9. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz etdiyini bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR
11. -“Grand Mart MMC-nin İddiaçı ünvanladığı ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Sizin ilə bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin «70-ci maddəsinin "ç" (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda)» bəndinə əsasən ##.##.2025-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin tələbinə uyğun olaraq, sizdən xahiş edirik ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh MMC-nin baş ofisinə yaxınlaşıb Əmək kitabçanızı təhvil alasınız.
12. -İddiaçı “Grand Mart MMC-nə ünvanladığı ##.##.2025-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı ##.##.2025-ci il tarixdən işdən azad olunmasını xahiş etmişdir.
13. -internet çıxarışdan görünür ki, İddiaçı işdən çıxması barədə mail vasitəsilə “Grand Mart MMC-nə yazaraq işdən çıxmasını xahiş etmişdir.
14. -******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı ##.##.2023-cü ildə ***K nömrəli əmrlə “Grand Mart MMC-ninmağaza müdiri vəzifəsinə işə qəbul edilmiş və ##.##.2025ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir.
15. -Bakı * saylı Mediasiya Təşkilatının İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/*-***** nömrəli ##.##.2025-ci il tarixli arayışından görünür ki, mediasiya sessiyasında İddiaçı iştirak etmiş, 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.
16. -##.##.2025-ci il tarixli ***K nömrəli əmrdən görünür ki, “Grand Mart MMC-nin mağazalar şəbəkəsi bölməsində “mağaza müdiri” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış *******000700 nömrəli əmək müqaviləsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən ##.##.2025-ci il tarixdə xitam verilmişdir.
17. -İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ##.##.2025-ci il tarixli elektron müraciət vərəqəsindən görünür ki, o, ##.##.2025-ci il tarixdə işdən çıxmaq barədə “Grand Mart MMC-yə ərizə yazmış olduğunu, lakin işdən çıxarılma əmrinin verilmədiyini bildirmişdir.
18. -“Grand Mart MMC-nin ##.##.2025-ci il tarixdə İddiaçı ünvanladığı məktubundan görünür ki, “Grand Mart MMC İddiaçı ##.##.2025-ci il tarixdən işə gəlmədiyini və işə gəlməməsinin səbəni barədə izahat verilməsi bildirilmişdir və məktub iddiaçı ##.##.2025-ci il tarixdə çatdırlmışdır.
19. -##.##.2025-ci il tarixli aktdan görünür ki, Bolmart Naxçıvan mağazasında mağaza müdiri vəzifəsində çalışan İddiaçı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixlərdə heç bir səbəb bildirmədən işə gəlməmişdir.
20. -##.##.2025-ci il tarixli aktdan görünür ki, Bolmart Naxçıvan mağazasında mağaza müdiri vəzifəsində çalışan İddiaçı ##.##.2025-ci il tarixdən##.##.2025-ci il tarixlərdə heç bir səbəb bildirmədən işə gəlməmişdir.
21. -##.##.2025-ci il tarixli aktdan görünür ki, Bolmart Naxçıvan mağazasında mağaza müdiri vəzifəsində çalışan İddiaçı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixlərdə heç bir səbəb bildirmədən işə gəlməmişdir.
22. -##.##.2025-ci il tarixli aktdan görünür ki, Bolmart Naxçıvan mağazasında mağaza müdiri vəzifəsində çalışan İddiaçı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixlərdə heç bir səbəb bildirmədən işə gəlməmişdir.
23. -##.##.2025-ci il tarixli aktdan görünür ki, Bolmart Naxçıvan mağazasında mağaza müdiri vəzifəsində çalışan İddiaçı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixlərdə heç bir səbəb bildirmədən işə gəlməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. - 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. - 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər -80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. - 80.2-ci maddəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. - 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsinə xitam verə bilər. - 69.2-ci maddəsinə əsasən Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. - 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71-ci maddəsinin 2-ci hisəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 72-ci maddəsinin “c” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;
26. Məhkəmə kollegiyası qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, iddiaçı ##.##.2025-ci il tarixdə əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilməsi barədə ərizəni cavabdehin istifadə etdiyi korporativ elektron poçt ünvanına göndərmişdir. Cavabdeh ərizənin müəssisə rəhbərinə deyil, kadrlar şöbəsinin əməkdaşına məxsus elektron poçt ünvanına göndərildiyini və həmin ünvanın yalnız daxili yazışmalar üçün nəzərdə tutulduğunu bildirmişdir. Lakin işəgötürənin daxili sənəd dövriyyəsinin təşkili və səlahiyyət bölgüsü işçinin hüquqlarının həyata keçirilməsini məhdudlaşdıra bilməz. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsinin verdiyi izahatından da görünür ki, işəgötürən iddiaçının əmək münasibətlərinə xitam vermək niyyətindən xəbərdar olmuşdur. Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilməsini iddiaçının işə üzrsüz səbəbdən gəlməməsi ilə əsaslandırmışdır. Lakin iş materiallarında iddiaçının əmək vəzifələrini kobud şəkildə pozduğunu, işə gəlməməsinin qanunvericiliyin tələblərinə uyğun qaydada rəsmiləşdirildiyini, ondan yazılı izahat tələb edildiyini və intizam icraatının qanuna uyğun aparıldığını təsdiq edən kifayət qədər mötəbər sübutlar mövcud deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə yalnız qanunda nəzərdə tutulmuş intizam pozuntuları baş verdikdə xitam verilə bilər. Həmin halların mövcudluğunu sübut etmək vəzifəsi işəgötürənin üzərinə düşür. Bu prinsip Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə də uyğundur.
28. Apellyasiya şikayətində iddiaçının mağazada aparılmış inventarizasiyada iştirak etməsi onun əmək münasibətlərini davam etdirmək niyyətinin sübutu kimi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin hal iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə iradəsindən imtina etməsini təsdiq etmir. İş materiallarından görünür ki, həmin tarixdə mağazada yeni müdir artıq təyin edilmiş, inventarizasiya və təhvil-təslim prosesinin həyata keçirilməsi zərurəti yaranmışdır. Belə şəraitdə iddiaçının inventarizasiyada iştirakı yalnız əmlakın və maddi dəyərlərin təhvil verilməsi məqsədi daşıyır və əmək münasibətlərini davam etdirmək iradəsi kimi qiymətləndirilə bilməz. Cavabdeh həmçinin iddiaçının mağazada 50.000 manat məbləğində çatışmazlığa yol verdiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işçinin maddi məsuliyyəti ilə bağlı mübahisə əmək müqaviləsinə xitam verilməsinin qanuniliyindən fərqli hüquq münasibətidir. Belə iddianın mövcudluğu işəgötürəni əmək qanunvericiliyində nəzərdə tutulmuş əsaslara və prosedura riayət etmək vəzifəsindən azad etmir. Cavabdeh zərərin ödənilməsi ilə bağlı qanunla müəyyən edilmiş qaydada ayrıca tələb irəli sürmək hüququna malikdir. Buna görə də, həmin hal mübahisələndirilən əmrin qanuniliyini təsdiq edən əsas kimi qəbul edilə bilməz.
29. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi hər kəsin əmək hüququnu təmin edir. Bu hüquqa müdaxilə yalnız qanun əsasında və qanunda müəyyən edilmiş prosedura riayət edilməklə mümkündür. Həmçinin, Azərbaycan Respublikasının tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin tətbiqinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə əsasən, əmək münasibətləri şəxsin şəxsi həyatının mühüm elementlərindən biri olmaqla, işəgötürənin qərarları qanunilik, legitim məqsəd və mütənasiblik meyarlarına cavab verməlidir.
30. Baxılan iş üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
31. Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.
32. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.2-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov