Məhkəmə qərarları › İş №2(3-6)-2404/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2404/2026

01.07.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2404/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: əmək haqqı tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-də sürücü vəzifəsinə işə qəbul olunmuş, işçinin əmək haqqı 345 manat olaraq müəyyən edilmişdir. Müqaviləyə görə işçinin əmək funksiyası su daşımasını həyata keçirməkdir.

2. “xxxx” ASC-nin əmək haqqı üzrə çıxarışlarından müəyyən olunur ki, İddiaçı ##.##.2024-cü il tarixdə yanvar ayının əmək haqqısı olaraq 120,75 manat, fevral ayının əmək haqqısı olaraq 163,01 manat, ##.##.2024 cü il tarixdə mart ayının əmək haqqısı olaraq 163,01 manat, ##.##.2024-cü il tarixdə aprel ayının əmək haqqısı olaraq 215,25 manat, ##.##.2024cü il tarixdə may ayının əmək haqqısı olaraq 215,25 manat, ##.##.2024-cü il tarixdə iyun ayının əmək haqqısı olaraq 215,25 manat, ##.##.2024-cü il tarixdə iyul ayının əmək haqqısı olaraq 215,25 manat, ##.##.2024 cü il tarixdə avqust ayının əmək haqqısı olaraq 215,25 manat ödəniş edilmişdir.

3. İddiaçı ##.##.2024-cü il tarixində işdən azad edilməsinə dair ərizə ilə cavabdeh MMC-yə müraciət etmişdir.

4. Cavabdehin ##.##.2024-cü il tarixli əmri ilə “Logistika şöbəsi” bölməsində “sürücü” vəzifəsində işləyən İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış *******001000 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 68.2. “a” – tərəflərdən birinin təşəbbüsü maddəsinə əsasən ##.##.2024-cü il tarixindən xitam verilmişdir.

5. “Əmək kitabçalarının nəzarəti üzrə uçot jurnalı”ndan müəyyən olunur ki, ##.##.2024-cü il tarixində əmək kitabçası İddiaçı təhvil verilmişdir.

6. Cavabdeh MMC tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli arayışa əsasən İddiaçı Cavabdeh MMC-də müxtəlif tarixlər aralığında ümumilikdə 5 il işləmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, son haqq-hesab zamanı müəyyən olunmuş əmək haqqının nağd formada ödənilməyən 1.500 manat məbləğində qalıq hissəsinin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, təxminən 10 ay müddətində Cavabdeh MMC-də sürücü vəzifəsində çalışmışdır. Əmək haqqının kiçik bir hissəsini rəsmi qaydada əmək haqqı kartı vasitəsilə, digər hissəsini isə qeyri rəsmi formada nağd pulla alıb. Əmək haqqının ödənilməsi davamlı olaraq gecikdirilmiş və tam məbləğdə ödənilməmişdir. Bu səbəbdən bir neçə dəfə əmək münasibətlərinə xitam vermək məcburiyyətində qalmışdır lakin, yığılmış nağd ödənişlərin həyata keçirilməməsi səbəbindən yenidən işə qayıtmalı olmuşdur. Sonuncu dəfə ##.##.2024-cü il tarixində əmək müqaviləsinə xitam verilmiş və son haqq-hesab zamanı iddiaçı ilə hesablaşma üzrə 2.000 AZN məbləğində yığılmış əmək haqqı borcunun mövcud olduğu müəyyən edilmişdir. 2024-cü ilin oktyabr ayından etibarən mütəmadi olaraq (hər ay təxminən 2-3 dəfə) ödənişin həyata keçirilməsi üçün şirkətə müraciət etmiş lakin, hər dəfə vəsaitin olmadığı əsas gətirilərək əmək haqqının ödənilməsindən yayınmışlar. Nəhayət, 2025-ci ilin may ayında 500 manat məbləğində pul almış, qalan 1.500 manat isə indiyə kimi ödənilməmiş qalır.

9. İddiaçı daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, 1.500 AZN məbləğində əmək haqqı borcunun, X1 və Mediasiya Təşkilatına pul ödədiyi üçün vurulmuş real zərərin əvəzi olaraq 660 AZN məbləğində pulun qarşı tərəfdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında iddiaçı maaşının 700 manat olduğunu, 230 manatın kart vasitəsilə, qalanının isə əlbəəl verildiyini bildirmişdir.

11. Məhkəmə iclasında iddiaçının vəkili həmçinin qeyd etmişdir ki, rəsmi olaraq yarım ştat yazılsa da, faktiki olaraq elə deyildi. Suların doldurulması və boşaldılması prosesi uzun çəkir.

12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçının maaşı 215 manat olub. İddiaçı yarımştat işləyirdi. Həftəlik 24 saat iş vaxtı idi.

13. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim A.N.Rzayev) iddia təmin edilməmişdir.

14. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh əmək münasibətlərində olmuş, onlar arasında iddiaçının ərizəsi əsasında ##.##.2024-cü il tarixində elektron formada əmək müqaviləsi bağlanmış və işçinin əmək haqqı 345 manat olaraq müəyyən edilmişdir. Tərəflər arasında rəsmiləşdirilmiş əmək müqaviləsinə işçinin ərizəsi ilə ##.##.2024-cü il tarixində xitam verilmiş və iddiaçının əmək kitabçası da elə həmin gün iddiaçıya təqdim edilmişdir. İşin bu halları işin mübahisəsiz halları olmaqla bərabər iş materiallarında olan sübutlarla da öz təsdiqini tapmışdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı cavabdeh tərəfindən hər ay ona rəsmi əmək haqqı ilə yanaşı, qeyri-rəsmi əmək haqqının ödənildiyini vurğulamış, lakin cavabdehin nümayəndələri bu halı məhkəmə iclasında etiraf etməmiş, bunun əksi olaraq iddiaçının müxtəlif dövrlərdə ümumilikdə 5 il müddətində iddiaçının cavabdeh MMC-də sürücü vəzifəsində çalışdığını, ona rəsmi qaydada əmək haqqı ödənildiyini, ödənilməmiş hər hansı əmək haqqı borcunun olmadığını və iddiaçının natamam iş vaxtı ərzində əmək funksiyasını icra etdiyini qeyd etmişlər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh MMC tərəfindən ona hər ay qeyri-rəsmi əmək haqqının ödənildiyini və hazırki tələbinin də həmin ödənilməli olan, lakin ödənilməmiş qeyri-rəsmi əmək haqqı olduğunu bildirməsinə baxmayaraq, o, öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, eləcə də həmin halları təsdiq edən hər hansı mötəbər bir sübutu məhkəməyə təqdim etməmişdir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 83, 89, 90, 94, 154, 155, 156, 172, 174, 195, 196-cı maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2001-ci il tarixli Qərarına, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən əmək münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, xüsusilə əmək haqqının ödənilməsi ilə bağlı işəgötürənin öhdəlikləri nəzərə alınmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcələsinin 154-cü maddəsinə əsasən əmək haqqı işçinin gördüyü işə görə ona ödənilməli olan məbləğdir və bu məbləğ yalnız əmək müqaviləsində formal olaraq göstərilən rəqəmlə məhdudlaşmır, faktiki ödənilən və ödənilməli olan bütün məbləğləri əhatə edir. Məhkəmə isə bu normanı dar və formal şəkildə tətbiq edərək yalnız müqavilədə göstərilən 345 manat məbləğini əsas götürmüş, tərəflər arasında mövcud olmuş real əmək münasibətlərini və faktiki ödəniş mexanizmini araşdırmamışdır. Eyni zamanda, Əmək Məcələsinin 172-ci maddəsinə əsasən əmək haqqı müntəzəm şəkildə və gecikdirilmədən ödənilməlidir. Halbuki iş materiallarında olan bank çıxarışları açıq şəkildə göstərir ki, əmək haqqı aylar üzrə gecikdirilmiş və hissə hissə ödənilmişdir; məsələn, yanvar ayına görə cəmi 120,75 manat, fevral ayına görə 163,01 manat, sonrakı aylarda isə 215,25 manat kimi natamam məbləğlər ödənilmişdir. Bu hallar əmək haqqının tam və düzgün ödənilmədiyini təsdiq etdiyi halda məhkəmə bu normanı tətbiq etməmiş və hüquqi nəticə çıxarmamışdır. Bundan başqa, Əmək Məcələsinin 83-cü maddəsinə əsasən işçiyə işdən çıxarkən son haqq-hesab tam şəkildə ödənilməlidir. İş üzrə müəyyən olunur ki, ##.##.2024-cü il tarixində əmək münasibətlərinə xitam verilməsinə baxmayaraq, son hesablaşma aparılmamış, əksinə, 2000 manat məbləğində borcun mövcudluğu müəyyən edilmiş, bunun yalnız 500 manatı 2025-ci ilin may ayında ödənilmiş, qalan 1.500 manat isə ödənilməmişdir. Məhkəmə bu halı nəzərə almamış və normanı tətbiq etməmişdir. Həmçinin, Əmək Məcələsinin 195 və 196-cı maddələrinə əsasən işəgötürən əmək haqqının düzgün hesablanmamasına və ödənilməməsinə görə işçiyə vurulan ziyana görə maddi məsuliyyət daşıyır. İddiaçı tərəfindən tələb olunan 660 manat məbləğində zərər məhz əmək haqqının ödənilməməsi nəticəsində yaranmışdır. Lakin məhkəmə bu normanı ümumiyyətlə tətbiq etməmiş, zərərin mövcudluğunu və səbəb-nəticə əlaqəsini araşdırmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki ha ları ilə ziddiyyət təşkil edir. Belə ki, məhkəmə əmək haqqının tam ödənildiyi qənaətinə gəlsə də, iş materia larında olan bank çıxarışları ödənişlərin natamam və qeyri-müntəzəm olduğunu açıq şəkildə göstərir. Eyni zamanda, cavabdeh tərəfindən əmək haqqı borcunun olmaması sübut edilmədiyi halda, məhkəmə bu halı əsas götürmüşdür. Bu isə müəyyən edilmiş nəticələrin sübutlarla deyil, ehtima larla formalaşdırıldığını göstərir. Beləliklə, qətnamədə göstərilən nəticələr iş üzrə mövcud faktiki ha larla uyğun gəlmir və bu səbəbdən əsassızdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Maddə 9. d bəndi. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri də qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Maddə 83.4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Maddə 89.1. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Maddə 89.2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Maddə 89.3. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Maddə 94.1. Əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı — natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər. Maddə 94.2. Natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın — ayın, ilin davamiyyəti tərəflərin razılığı ilə müəyyən edilir. Maddə 154.1. Əmək haqqı dedikdə, müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu nəzərdə tutulur. Maddə 156.1. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Maddə 172.1. Əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə bilər. Maddə 172.4 İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Maddə 195. İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə.

22. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3.4.4. Əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar yalnız nağdsız qaydada həyata keçirilir.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. İşdən görünür ki, iddiaçı ##.##.2024-cü il tarixdən cavabdeh MMC-də sürücü vəzifəsinə işə qəbul olunmuş, ##.##.2024-cü il tarixdə isə işdən azad edilməsinə dair ərizəsi əsasında onunla əmək müqaviləsinə xitam verilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsində işçinin əmək haqqı 345 manat göstərilmişdir.

28. İddiaçı iddia edir ki, onun əmək haqqı 700 manat olmuş, bundan 230 manatını kart vasitəsilə, qalanını isə nağd qaydada almışdır.

29. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən əmək haqqının əmək müqaviləsində nəzərdə tutulmuş məbləğdə deyil, 700 manat olması və ona nağd qaydada ödənilmiş əmək haqqı ilə bağlı hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

31. Məhkəmə kollegiyası nəzərə alır ki, tərəflər arasında bağlanmış əmək müqaviləsində iddiaçının aylıq əmək haqqı 345 manat məbləğində müəyyən edilmiş, iddiaçı həmin müqavilənin şərtlərini mübahisələndirməmiş, əmək müqaviləsinə xitam verilərkən son hesablaşmaya etiraz etdiyini təsdiq edən hər hansı yazılı müraciət təqdim etməmiş, əmək kitabçasını qəbul etmiş, habelə 2024-cü ilin oktyabr ayında əmək münasibətlərinə xitam verildiyi vaxtdan iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixədək iddia etdiyi əmək haqqı borcunun mövcudluğunu təsdiq edən yazışma, qəbz, şahid ifadəsi və ya digər mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir.

32. O da qeyd edilməlidir ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.4-cü maddəsinə əsasən işəgötürən tərəfindən işçiyə ödənilən əmək haqqı yalnız nağdsız qaydada həyata keçirilməlidir.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

34. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Məhəmməd Rüstəmli Fərrux Qasımov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar