Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2408/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri ** saylı notariat ofisinə qarşı (X8 və X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş (Açar sözlər: ««mirasın hər hansı bir formada qəbul edilməsinin sübuta yetirilməməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi və vəkili İsmayılov Samir Şahid oğlunun və cavabdeh Cavabdeh iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: X14 ##.##.1972-ci il tarixdə Bakı şəhərində doğulub, atası X9 oğlu, anası isə X4r.
2. X9 oğlu ## #### 2021-ci il tarixdə ölüb.
3. Bakı şəhəri Primorsk qəsəbəsi Bakı prospekti ** saylı evin ** saylı mənzili şəxsi mülkiyyət kimi X9 oğlunun adına *** saylı reyestr kitabının ***** saylı səhifəsində qeydiyyata alınıb.
4. Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X2 təsdiq etdiyi 8İ-2342 reyestr saylı ərizədə göstərilib ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 atası X9 oğlunun ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, miras qalmış bütün əmlaklardan ona çatası payı qəbul etməmişdir, qəbul etmək niyyətində deyil, gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbinin olmayacağını bildirmişdir.
5. Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X2 verdiyi ##.##.2024-cü il tarixli V-7/2024 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ## #### 2021-ci il tarixdə vəfat etmiş X9 oğlunun oğlu Cavabdeh miras əmlakdan tam hissədə pay alması, miras əmlakın Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi E.Quliyev küçəsində yerləşən ** saylı evin ** nömrəli mənzilindən ibarət olması qeyd edilmişdir.
6. Bakı şəhəri ** saylı notariat ofisində bağlanmış ##.##.2025-ci il tarixli İPKB4364402C105 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi E.Quliyev küçəsində yerləşən ** saylı evin ** nömrəli mənzili Cavabdeh tərəfindən (adına ##.##.2024-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan) 120.000 manata X3.
Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri ** saylı notariat ofisinə qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və miras əmlak üzərində payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi E.Quliyev küçəsində yerləşən ** saylı evin ** nömrəli mənzilinə dair atasından qalmış miras əmlakı üzrə cavabdeh Cavabdeh tam hissədə pay alması barədə cavabdeh Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin 1/2 hissədə etibarsız hesab edilməsi, həmin miras əmlaka 1/2 hissədə iddiaçının payının müəyyən olunaraq, mənzilin satışından əldə olunan 120.000 manatın 60.000 manat hissəsinin cavabdeh Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
8. İddiada göstərilib ki, atası X9 oğlu ##.##.1941-ci il tarixdə Şamaxı rayonu Sündü kəndində doğulmuş, üç dəfə nikahda olmuş və həmin nikahlardan 5 uşaq doğulmuşdur. Eyni zamanda üçüncü nikahda olduğu qadının uşağına atalıq vermiş və hazırda Məhyətdinov X7 Federasiyasında yaşayır, lakin son 3 ildir ki, heç bir əlaqəsi yoxdur. İki uşaq isə azyaşlı olduqları zaman vəfat etmişlər. Atasının ikinci nikahından isə cavabdeh və Afət adlı bacısı doğulmuşdur. Anası onun 4 yaşı olanda vəfat etmiş və daha sonra atası ikinci nikaha daxil olmuşdur. O, ##.##.1972-ci il tarixdə Bakı şəhərində doğulmuşdur və 1990-cı ilə qədər, yəni ailə həyatı qurana kimi atasına məxsus olmuş ünvan 1 ünvanda yaşamışdır. Baxmayaraq ki, o, ailə həyatı qurmuşdur, lakin atasına məxsus mənzillə əlaqəsini kəsməmişdir. Mütəmadi olaraq mənzilə gedib-gəlirdi. Çünki atası mənzilə dair qeydiyyat vəsiqəsini ona vermişdir və demişdir ki, böyük uşaq olduğu üçün gələcəkdə əmlakı o, idarə edə bilər, həmçinin də mənzil satılmaz. Atası sağlığında heç vaxt mənzilin satılması barədə düşünməmiş və buna görə də, gələcək üçün bu cür ona nəsihət etmişdir. Hazırda da mənzilə dair əvvəlki qeydiyyat vəsiqəsi özündədir. Atası ##.##.2021-ci il tarixdə vəfat etmiş və atasına məxsus Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi E.Quliyev küçəsi ** saylı evin ** saylı mənzili miras qalmışdır. Atası sağlığında mənzilə dair qeydiyyat vəsiqəsini ona verdiyindən, bundan cavabdeh Cavabdehovun da məlumatı olduğundan, aralarında hər hansı bir mübahisə, həmçinin mənzilin gələcəkdə satılması ehtimalı olmadığından miras əmlakın qəbulunu vacib hesab etməmişdir. Cavabdehin həmin miras əmlakı qəbul etməsi barədə məlumatı ##.##.2025-ci il tarixdə olmuşdur. Belə ki, ##.##.2025-ci il tarixdə atasının il dönümü ilə əlaqədar cavabdeh Cavabdehov Şamaxı rayonu Sündü kəndinə əmisi Əlisoltan Qoçəliyevin evinə, yəni baba yurduna getmiş və cavabdeh əmisinə mənzili satdığını, mənzilin pulundan avtomobil aldığını da bildirmişdir. Bundan sonra əmisi onunla əlaqə saxlamış və Pərvinin mənzili satdığını bildirmişdir. O, dərhal həmin mənzilə getmiş və Pərvinin qeyri-rəsmi yaşadığı Könül adlı şəxs ona mənzilin satılmadığını, məlumatın yalan olduğunu bildirmişdir. Həmin günün axşamı Könül oğlu Əli Muxtarlıya zəng edərək Pərvinin mənzili satdığını, bu barədə isə ona deməkdən qorxduğunu, Pərvinin onu döydüyünü və mənzildən qovmaq istədiyini bildirmişdir. Bundan sonra ertəsi gün oğlu Əli həmin mənzilə getmiş və məsələni daha dərindən araşdırmaq istəmişdir. Oğlu orada ətraflı söhbət aparmış və məlum olmuşdur ki, mənzilə dair Pərvin tərəfindən notariusdan vərəsəlik hüququ haqqında şəhadətnamə alınmış, daha sonra mənzilə dair adına çıxarış alaraq ##.##.2025-ci il tarixdə mənzili Sahil qəsəbəsində yaşayan Elvin adlı şəxsə satmışdır. Artıq ona bütün məsələlər aydın olduqdan sonra məhkəmə qaydasında mübahisəni həll etmək qərarına gəlmiş və ilk olaraq miras əmlakın qəbulu ilə bağlı vəkil tərəfindən Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusuna sorğu verilmiş, ##.##.2025-ci il tarixdə verilmiş sorğuya cavab olaraq isə bildirilmişdir ki, atasından qalmış miras əmlakdan cavabdeh tam hissədə pay almış, lakin ** saylı notariat ofisində alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. Hesab edir ki, Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş ##.##.2024-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericiliyin tələbləri pozulmaqla verildiyindən şəhadətnamə 1/4 hissədə etibarsız hesab edilməli və həmin miras əmlakın 1/4 hissəsinə payı müəyyən olunmalıdır. Belə ki, cavabdeh miras əmlakı qəbul edən zaman digər vərəsələr barədə məlumatlar gizlədilmiş, cavabdehin notariusa müraciət etməsi barədə məlumatı olmamış, bu barədə ona bildirməmiş, yalnız cavabdeh və Afət adlı bacısı notariusda iştirak etmiş və beləliklə də miras əmlakdan tam hissədə pay almışdır. Halbuki, həmin miras əmlakdan qanun üzrə digər vərəsələrin də pay hüququ olmuşdur. Lakin cavabdeh məqsədli şəkildə miras əmlakın qəbulunu gizli qaydada həyata keçirmiş, vərəsəliyə onu və qardaşını çağırmamış, bu barədə notarius tərəfindən də heç bir tədbir görülməmiş, onlara çatacaq payı ayırmadan miras əmlakdan tam hissədə pay almışdır. Məhkəmə tərəfindən Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi E.Quliyev küçəsində yerləşən ** saylı evin ** nömrəli mənzilinin hüquqi vəziyyəti barədə DƏDK və Reyestri PHŞ * saylı Bakı Ərazi İdarəsinə sorğu verilmiş və məhkəməyə göndərilən məktuba əlavə edilmiş alğı-satqı müqaviləsindən məlum olmuşdur ki, sözügedən mənzil 120.000 manata satılmışdır. Həmçinin məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçının Afət adlı bacısı miras əmlakdan ona çatası paydan cavabdehin xeyrinə imtina etmişdir. Bundan başqa, Rusiyada yaşayan Vasili adlı qardaşı miras əmlakı nə vəsiyyət, nə də qanun üzrə qəbul etməmişdir. Eyni zamanda onun vərəsə olmasını təsdiq edən sənəd də yoxdur. Bütün bu qeyd olunan hallar onu deməyə əsas verir ki, hazırda iddiaçının atasından qalmış sözügedən miras əmlakı üzrə vərəsə yalnız o və cavabdeh Cavabdehdur.
9. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia tələbinin qismən təmin edilərək cavabdeh Cavabdeh 40.000 manat pul vəsaitinin tutulub iddiaçı İddiaçı ödənilməsi; ödənilmiş 270 manat dövlət rüsumunun 210 manat hissəsinin cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi; qalan hissədə ödənilmiş dövlət rüsumunun iddiaçı İddiaçı aid edilməsi; iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, X9 oğlunun vərəsələrindən biri olan iddiaçı İddiaçı atasının sağlığında miras qalmış mənzillə əlaqəsini kəsməmiş, daimi olaraq atası ilə əlaqə saxlamış, görüşmüş, qulluğuna dayanmışdır. Mərhum X9 oğlu sağlığında qızı ilə mənzilin sonrakı müqəddəratını müzakirə etmiş və mənzilin qeydiyyat vəsiqəsini qızına vermişdir. X9 oğlu Bakı şəhərində qızının yaşadığı, Binəqədi rayonu ərazisində yerləşən evdə vəfat etmişdir. Mərhumdan miras qalmış üzük iddiaçının baldızı tərəfindən mərhumun barmağından çıxarılaraq, iddiaçıya verilmişdir. Göründüyü kimi, mərhum sağlığında onu əhatə edən insanlara vəfat edəndən sonra özlərini necə aparmalarına dair şifahi şəkildə vəsiyyət etmiş, nəsihətlər vermişdir. İddiaçı atasının sağlığında dediyi sözlərə riayət edərək, miras qalmış üzüyü qəbul etmiş, eləcə də atasının ona verdiyi qeydiyyat vəsiqəsini qoruyub saxlamışdır. İddiaçı atasının vəfatından sonra heç bir qohumu ilə qohumluq bağlarını qırmamışdır. Cavabdeh də atası tərəfdən qohumları ilə qohumluq bağlarını qırmamış, qohumları ilə əlaqə saxlayaraq, danışmışdır. İddiaçının miras qalmış mənzilin müqəddəratından - cavabdehin notariat ofisinə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasından, adına daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarış verilməsindən, mənzilin özgənikiləşdirilməsindən xəbəri olmamışdır. Belə ki, cavabdeh iddiaçıya bununla bağlı müraciət etməmiş, mirasın qəbul etmək üçün notariat ofisinə müraciət edərkən vərəsəliyə dəvət etməmiş, bütün bunlardan iddiaçını bixəbər saxlamışdır. Cavabdeh qohumları ilə bağlarını qırmadığından, əmisinə atasından miras qalmış mənzili satdığını bildirdikdən, əmisi tərəfindən iddiaçıya bu barədə məlumat verilənədək sonuncunun bundan xəbəri olmamışdır. İddiaçı bu məsələdən xəbər tutan kimi məlumatın doğru olub-olmadığını yoxlamış və nəticədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə vərəsəliklə bağlı mübahisəyə tam, ətraflı və obyektiv baxılması üçün 3 vərəsədən biri olan X8 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etmiş, şahid (onlardan biri həm iddiaçının, həm də cavabdehin ümumi və ən yaxın qohumlarındandır) ifadələrini dinləmiş, təqdim olunmuş, eləcə də, verilmiş sorğular nəticəsində əldə olunmuş sübutları araşdırmışdır və müəyyən edilmişdir ki, faktiki olaraq iddiaçı atasının vəfatından dərhal sonra atasından qalmış miras kütləsinə daxil olan üzüyü qəbul etmiş, bununla da, digər miras kütləsinə daxil olan miras qalmış mənzilin də özünə düşən pay həddində hissəsini (1/3) qəbul etmişdir. Vurğulanmalıdır ki, mənzilə digər 1/3 pay üzrə vərəsə cavabdeh Cavabdeh və 1/3 pay üzrə vərəsə X8r. İddiaçı iddia ərizəsində mənzil üzərində cavabdehlə paylarının 1/2 hissədə bərabər şəkildə olmasını bildirsə də, bu, subyektiv mülahizə olmaqla, iddiaçının real şəkildə, qanuna əsasən hüququnun bərqərar olunmasını tələb etməyə haqqı çatan hissəsi 1/3 pay nisbətindədir. Mənzil yuxarıda istinad edilən sənədlərdən göründüyü kimi, 120.000 manat müqabilində özgəninkiləşdirilmişdir. Mənzili əldə edən şəxs vicdanlı alıcıdır. Qeyd olunmalıdır ki, iddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin bir hissədə etibarsız hesab edilməsini xahiş edir. Bu isə, nəticə etibarı ilə cavabdeh ilə vicdanlı alıcı arasında bağlanmış əqdin iddiaçı tərəfindən birbaşa olmasa da mübahisələndirilməsidir. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırki işdə əqdin həqiqi olmaması üçün Mülki Məcəllənin 140-cı maddəsində muəyyən edilən hallar mövcud deyildir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda Mülki Məcəllənin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda, Mülki Məcəllənin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Buna görə də, hazırki işin hallarından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda əks olunan hüquqi mövqeyindən çıxış edərək məhkəmə hesab edir ki, alğı-satqı və ipoteka müqaviləsi üzrə alıcı (ipoteka qoyan) mübahisəli mənzilə münasibətdə vicdanlı əldə edən olduğundan, onunla cavabdeh arasında bağlanmış alğı-satqı və ipoteka müqaviləsi birbaşa və ya dolayı şəkildə mübahisələndirilə, eləcə də, həmin akt, həmçinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə mübahisələndirilən hissədə etibarsız hesab edilə bilməz. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının miras qalmış mənzil üzərində vərəsə kimi 1/3 pay haqqının olması və mənzilin özgəninkiləşdirilməsi nəzərə alınaraq, cavabdeh Cavabdeh 40.000 manat pul vəsaiti tutularaq iddiaçı İddiaçı ödənilməlidir. 11.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli əlavə qətnaməsi ilə cavabdehin mübahisəyə məhkəmədə baxılarkən – məhkəmə iclasında tədqiq olunmuş X9 oğlunun vəfatından sonra iddiaçı İddiaçı miras qalmış qızıl-zinət əşyası olan üzüyün həqiqətən atası X9 oğluna məxsus olması barədə verdiyi izahatın qeyd edilməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib şikayətində göstərir ki, miras qoyan 13.06. 2021-ci ildə vəfat etmişdir. Yəni mirasın açıldı tarix ##.##.2021-ci ildir. Miras açıldıqdan sonra mənzildə yalnız cavabdeh X5 öz ailəsi ilə yaşamışdır. Yəni miras əmlakı faktiki surətdə qəbul edərək onu idarə etmişdir, təmir etmiş, kommunal xidmətlərdən istifadə edərək xidmət haqqını ödəmişdir. Müəyyən olunur ki, iddiaçı İddiaçı atasının vəfatından xeyli müddət əvvəl 1990-cı illərdə ərə gedərək həmin evdən çıxaraq ailəsi ilə başqa mənzildə yaşamışıdır. Yaşadığı həmin mənzili də atası almışıdır və iddiaçıya hədiyyə etmişdir. Müəyyən olunur ki iddiaçı mübahisəli mənzili faktiki surətdə qəbul etməmişdir, orada yaşamamış və mənzili idarə etməmişdir və buna təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Mübahisəli mənzildə qeydiyyatda deyillər, onlar faktiki yaşadıqları özlərinin mənzilinə qeydiyyatdadır. Bu fakt bir daha təsdiq edir ki, iddiaçı miras qalmış əmlakı faktki surətdə qəbul etməmişdir. İddiaçı və oğlu X1 ifadəsindən müəyyən olunur ki, atası onun yaşadığı mənzildə vəfat etmişdir, məhrumun dəfnində iştirak etmişdir. Lakin miras açıldığını bilə-bilə qanunla müəyən edilmiş 6 ay müddətində mirasın qəbul edilməsi haqqında notariat ofisinə müraciət etməmişdir, habelə miras əmlakı faktiki surətdə qəbul etməmişdir. Bundan əlavə müəyyən olunur ki, iddiaçı miras payının müəyyən edilməsi haqqında məhkəməyə iddia verməklə bərabər, mirasın qəbul etmə müddətinin uzadılması haqqında məhkəməyə ərizə verməmişdir. Mirasın açıldığı zaman (2021-ci il tarix) qüvvədə olan mülki qanunvericiliyin tələblərinə görə, vərəsə mirası qəbul etmək üçün miras açıldığı tarixdən 6 ay müddətində Mülki Məcəllənin 1243.2-ci maddəsində nzərədə tutulan, mirası qəbul etmək niyyətində olduğu əks etdirən aşagıdakı hərəkətləri etməlidir: notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə vermək və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdirən digər hərəkətlər. Lakin iddiaçı bu hərəkətlərin heç birini etməmişdir, yəni miras əmlakı qəbul etməmiş və qəbul etmək hüquqnu da itirmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi qanunsuz olaraq belə nəticə çıxarmışdır ki, guya iddiaçı atasından miras qalmış əmlakı faktiki surətdə qəbul etmiş və həmin əmlakda onun pay hüququ vardır. Bu nəticəyə gələn məhkəmə əsassız, qeyri-mötəbər sübutlara istinad etmişdir (iddiaçının və oğlunun ifadələri) Halbuki, əvvəlcədən hazırlanmış bu uydurma sübutlar heç bir halda mötəbər sübutlar kimi qəbul edilə və məhkəmənin qəbul etdiyi qərarın əsasını təşkil edə bilməz. Belə ki, iddiaçı məhkəməyə bildirmişdir atası sağkən mübahisəli mənzilin qeydiyyat vəsiqəsini saxlamaq üçün ona vermişdir. Bu haldan yanlış nəticə çıxaran məhkəmə belə hesab etmişdir ki, iddiaçı miras əmlakı faktiki surtədə qəbul etmişdir. Halbuki, bu fakt mirası faktiki surətdə qəbul etməsi kimi qiymətləndirilə bilməz. Mirası qəbul etmə özündə konkret hərəkətlərin toplusunu ehtiva edir. Bu hərəkətlər miras əmlaka faktki sahiblik etmək, orada daimi yaşamaq, həmin mənzili icarəyə verib kirayə haqqı almaq, təmir etmək, mənzilin kommunal xidmət haqlarını ödəmək və s. əhatə edir. İddiaçının (eləcə də məhkəmənin) əsassız mövqeyinə görə atası evin qeydiyyat vəsiqəsini ona verməklə sanki mənzilini ona “vəsiyyət” etmişdir. Ehtimal edilsə ki, atası mənzili ona vəsiyyət etmişdir, bu halda da iddiaçı mirası qəbul etmək üçün 6 ay müdddətində MM-nin 1243.2-ci maddəsində göstərilən hərəkətləri etmişdir. Lakin iddiaçı 5 il müddətində heç bir hərəkət etməmişdir. Yalnız 5 il sonra hərəkətə gəlmişdir. Belə ki, iddiaçı məlumat əldə etmişdir ki, cavabdehin mənzili başqa şəxsə satıb və bundan sonra pul “davasına” keçmişdir. Qeydiyyat vəsiqəsinin atası tərəfindən iddiaçıya könüllü verilməsi faktı da tam yalandır. Bu faktı təsdiq etmək üçün iddiaçı məhkəməyə hər hansı sübut və dəllil təqdim etməmişdir. Qeydiyyat vəsiqəsi hələ atasının sağlığında evdə naməlum şəraitdə yoxa çıxmışdır. Həm də nəzərə alınmalıdır ki, atası öz vəsaiti hesabına iddiaçıya ayrıca mənzil hədiyyə edib onu yaşayış sahəsi ilə təmin etmişdir. Bu səbəbdən atası heç zaman bu mənzili iddiaçıya vermək niyyətində olmamışdır. İddiaçının söylədiklərinin hamısı yalan və cəfəngiyyatdır. İddiaçı saxta sübutlar təqdim etməklə belə görüntü yaratmaq istəmişdir ki, guya ki, miras qalan əmlakın bir hissəsini qəbul etmişdir, ona görə hesab edilməldir ki, bütün miras əmlakları qəbul etmişdir. Belə ki, iddiaçının təlimatı üzrə məhkəmədə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, babası vəfat etməmişdən bir müddət əvvəl onların evinə gətirilmiş və ##.##.2021-ci il tarixdə onların evində vəfat etmişdir. Babası vəfat edəndə yanında anası və ailə üzvləri olmuşlar. Babasının iki ədəd üzüyü qalmışıdır, həmin üzüyün biri ondadır və digəri qardaşındadır. Məhkəmə bu uydurma ifadələri mötəbər sübut kimi qəbul edərək belə nəticəyə gəlmişdir ki, guya iddiaçı mirasın bir hissəsini qəbul etmiş və bundan belə nəticə çıxarmışdır ki, o, mənzili də qəbul etmişdir. İkinci yalan ondan ibarətdir ki, məhkəmə iddiaçının ifadələrinə istinadən qətnaməsində qeyd etmişdir ki, mərhumdan miras qalmış üzüyü iddiaçının baldızı meyitin barmağından çıxararaq iddiaçıya vermişdir. Bundan məhkəmə belə nəticə çıxarmışdır ki, iddiaçı mirası qəbul etmişdir. Halbuki, həqiqət ondan ibarətdir ki, atası heç zaman barmağında üzük gəzdirməmişdir. Söhbət hansı üzüklərdən gedir məlum deyil, həm də məlum deyil ki, adı çəkilən üzüklər qızıl, gümüş, yoxsa adı büjuteriya əşyalarıdır? Belə əsassız yanaşma ilə istənilən əhəmiyyətsiz əşyanı, hətta mərhuma aid olmayan geyim paltarlarını da təqdim etmək olar. Mirası qəbul etmə faktını təsdiq edən, mühüm əhəmiyyətli fərdi əlamətlərinə görə digər əşyalardan tamamilə fərqlənə və onların mərhuma aid olmasını təsdiq edən şübhədən kənar mötəbər əşyalar olmalıdır. Lakin birinci instansiya məhkəməsi əsassız və əhəmiyyətsiz mülahizələrə söykənərək belə nəticə çıxarmışdır ki, guya iddiaçı mərhumun üzüyünü qəbul etməklə mübahisəli mənzili də faktiki surətdə qəbul etmişdir. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçı Mülki Məcəllənin 1243.2-ci maddəsində göstərilən hərəkətlərin heç birini etməmişdir. Lakin onu əsas gətirmişdir ki, atası evin qeyidiyyat vəsiqəsini saxlamaq üçün ona vermişdir. Atası ona hətta vəsiyyətnamə də verə bilərdi, lakin MM-nin 1243.2-ci maddəsi vəsiyyətnamə verilməsi hallarına da şamil edilir: yəni adına vəsiyyətnamə verilmiş şəxs də mirası qəbul etmək niyyətini MM-nin 1243.2-ci maddəsində göstərilən hərəkətləri həyata keçirməlidir. İddiaçıdan fərqli olaraq cavabdeh Cavabdeh MM-nin 1243-cü maddəsinə göstərilən hərəkətləri həyata keçirmişdir, mirası faktiki surətdə qəbul etmişdir, miras əmlakı idarə etmişdir, təmir etmişdir, kommunal xidmət haqqını və vergisini ödəmişdir. İşin hallarından müəyyən olunur ki, miras ##.##.2021-ci il tarixdə açılmışdır. Həmin tarixdə miras qoyan iddiaçının evində vəfat etmişdir. Yəni iddiaçı (vərəsə) mirasın açıldığını bilmişdir, lakin 3 ay ərizndə notariat kontoruna müraciət etməmişdir. Eləcə də, mirası faktiki surətdə qəbul etməmişdir. İddiaçı yalnız beş ildən sonra məhkəməyə müraciət edərək cavabdehin adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız sayılmasını tələb etmişdir. Bu zaman iddiaçı mirası qəbul etmə müddətinin uzadılması haqqında məhkəməyə ərizə belə verməmişdir. b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
13. Məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın isə rədd edilməsini xahiş etdi.
14. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili İsmayılov Samir Şahid oğlu apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Bakı şəhəri ** saylı Notariat Ofisinin nümayəndəsi və 3-cü şəxslər X8, X12 məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədilər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
16. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 29, VII hissə. Dövlət vərəsəlik hüququna təminat verir.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2(##.##.2025-ci ilədək olan redaksiya). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.2(##.##.2025-ci ildən sonra olan redaksiya). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. (## ###### 2023-cü ilədək olan redaksiya) Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1248.1(##.##.2025-ci ilədək qüvvədə olub). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Maddə 1252. (##.##.2025-ci ilədək olan redaksiya) Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Maddə 1252. (##.##.2025-ci ildən sonrakı redaksiya) Əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçir. Maddə 1255 (##.##.2025-ci ilədək olan redaksiya). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1255 (##.##.2025-ci ildən sonrakı redaksiya). Vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Maddə 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Maddə 1273-1(## ###### 2023-cü ilədək olan redaksiya).Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli Qərarı:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
20. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv və iddianın rədd edilməsi üçün əsasdır.
21. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
23. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edilsə də şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
24. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
25. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.
26. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
27. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
28. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
29. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarının dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq tətbiq etdiyi maddi hüquq normalarını səhv təfsir etmiş, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Bununla əlaqədar, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar hüquqi dəyərləndirmə aparılmasını məhkəmə tərkibi zəruri hesab edir.
30. Əvvəla, apellyasiya baxışı zamanı işin mübahisəsiz halı kimi müəyyən edildi ki, miras qoyan ##.##.1941-ci il təvəllüdlü X9 oğlu ilə X4 birgə nikahından ##.##.1972-ci il təvəllüdlü X14 doğulub. X9 oğlunun ikinci nikahından isə Cavabdeh və X8, üçüncü nikahından isə X12 adlı övladı var. X9 oğlu ##.##.2021-ci ildə ölüb.
31. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM.m. 217.2). Miras qoyan ##.##.1941-ci il təvəllüdlü X9 oğlu ##.##.2021-ci ildə ölüb. Demək qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin dövrdə və hazırda da qüvvədə olan Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən isə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (##.##.2025-ci ildən bu normaya “etdirdikdə” sözündən sonra, “habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə” sözləri əlavə edilib). Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İddiaçı 1990-cı ilə qədər, yəni ailə həyatı qurana kimi atasına məxsus olmuş miras mənzildə yaşadığını, baxmayaraq ki, ailə həyatı qurmuşdur, lakin atasına məxsus mənzillə əlaqəsini kəsmədiyini, mütəmadi olaraq mənzilə gedib-gəldiyini, çünki atası mənzilə dair qeydiyyat vəsiqəsini ona verdiyini, böyük uşaq olduğu üçün gələcəkdə əmlakı onun idarə etməsini istədiyini, atası sağlığında heç vaxt mənzilin satılması barədə düşünmədiyini, hazırda da mənzilə dair əvvəlki qeydiyyat vəsiqəsinin onda olduğunu, miras əmlakı qəbul edən zaman digər vərəsələr barədə məlumatlar gizlətdiyini, cavabdehin notariusa müraciət etməsi barədə məlumatı olmadığını, bu barədə ona bildirmədiyini, yalnız cavabdeh və Afət adlı bacısı notariusda iştirak etdiyini və beləliklə də miras əmlakdan tam hissədə pay aldığını, halbuki, həmin miras əmlakdan qanun üzrə digər vərəsələrin də pay hüququ olduğunu, lakin cavabdeh məqsədli şəkildə miras əmlakın qəbulunu gizli qaydada həyata keçirdiyini, vərəsəliyə onu və qardaşını çağırmadığını, bu barədə notarius tərəfindən də heç bir tədbir görülmədiyini iddia edir, cavabdeh isə iddiaya etiraz edib, apellyasiya şikayətində isə dəlillərini göstərməklə qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş edib, dəlilləri şikayətində sadalanıb.
32. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin mövqeyi ilə razılaşaraq iddianı qeyd olunan qaydada təmin edib, qənaətini də yuxarıda göstərilən formada əsaslandırıb. Qeyd olunduğu kimi iddiaçı qanunla müəyyən edilmiş müddətdə, mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdiyinə, eləcə də, bu cür ərizə verməsə də miras əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməyib. Başqa sözlə, iddiaçı göstərdiyi halları sübuta yetirə bilməyib. Miras mənzilə dair mirasqoyanın adına olan Qeydiyyat vəsiqəsinin iddiaçıda olması miras əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi demək deyil. Cavabdeh də həmin Qeydiyyat vəsiqəsinin mənzildən naməlum şəraitdə yoxa çıxdığını göstərib. Göründüyü kimi, mənzilə dair mirasqoyanın adına olan köhnə Qeydiyyat vəsiqəsinin iddiaçıda aşkar olunması şübhəli və müəmmalı olsa da hər bir halda mirasın qəbuluna da heç bir əhəmiyyətli təsiri ola bilməz.
33. Bundan əlavə, birinci instansiya məhkəməsi əsassız və mötəbər sübutlarla təsdiq edilməyən qənaətini davam etdirərək göstərib ki, mərhumdan miras qalmış üzüyün iddiaçının baldızı tərəfindən mərhumun barmağından çıxarılaraq iddiaçıya verilib, mərhum sağlığında onu əhatə edən insanlara vəfat edəndən sonra özlərini necə aparmalarına dair şifahi şəkildə vəsiyyət etmiş, nəsihətlər vermiş, iddiaçı atasının sağlığında dediyi sözlərə riayət edərək, miras qalmış üzüyü qəbul etmiş, eləcə də atasının ona verdiyi qeydiyyat vəsiqəsini qoruyub saxlamış,... faktiki olaraq iddiaçı atasının vəfatından dərhal sonra atasından qalmış miras kütləsinə daxil olan üzüyü qəbul etmiş, bununla da, digər miras kütləsinə daxil olan miras qalmış mənzilin də özünə düşən pay həddində hissəsini (1/3) qəbul etmişdir. Əvvəla, miras qoyan öldükdən sonra onun barmağında hansısa üzüyün olması və həqiqətən iddiaçının baldızı tərəfindən çıxarılaraq iddiaçıya verilməsi hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmır. Başqa sözlə, mirasqoyan sağlığında hansısa materialdan olan üzüyü övladı olaraq iddiaçıya verə bilər, lakin bunun ölüm anından sonra mirasın qəbulu məqsədi ilə baş verdiyinin vərəsəlik münasibətləri baxımından sübuta yetirilməsi tələb olunurdu. İkincisi, miras qoyan öldükdən sonra onun barmağında hansısa üzüyün olması və həqiqətən çıxarılaraq iddiaçıya verilməsi həqiqi olsa belə bu hal subyektiv baxımdan mirasın bir hissəsinin qəbulu sayıla bilməz, ona görə ki, həmin vaxt, yəni hələ dəfn olunmamış mirasqoyanın doğma övlad(lar) mirası qəbul etmək barədə düşünə bilməzdi. Ən azından ağlabatan mühakimə də valideyni itirdiyi gün övladın mirası qəbul etməyi düşünməsini də inkar edir. Bu hal həm də həyatda həmişə baş verən hallara da uyğun gəlmir. Bu cür vəziyyət iddiaçı tərəfdən hüquqdan pis niyyətlə sui istifadə edilərək süni şəkildə quraşdırılmış bir düşüncənin və xoş olmayan niyyətin nəticəsi sayılır. Çünki iddiaçı mirasqoyan atasının öldüyü an, hələ dəfn edilməmiş atasının barmağından çıxarıldığını iddia etdiyi üzük vasitəsilə mirasın bir hissəsini həqiqətən qəbul etmişdirsə yaxud bu barədə düşünmüşdürsə onda hüquqi məntiqə əsasən miras mənzillə bağlı vərəsəlik münasibətləri üzrə zəruri hərəkətləri etmək üçün 4 ildən artıq müddətdə gözləməyə də əsas və zərurət yox idi. Demək ki, iddiaçının ümumiyyətlə belə bir niyyəti və məqsədi əvvəldən olmamışdır. Göstərilənlərə baxmayaraq, birinci instansiya məhkəməsi hazırkı iddia üzrə iddiaçının haqlı olmadığını müəyyən etməmişdir.
34. Bununla yanaşı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Bu qərarın hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi də qərara alınmışdır. Konstitusiya Məhkəməsi Plenumu ## ###### 2023-cü il tarixli qərarında həmçinin göstərdi ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Hazırki mülki iş də Konstitusiya Məhkəməsi Plenumu ## ###### 2023-cü il tarixli qərarı qəbul edildiyi zaman məhkəmənin icraatında(iddia ərizəsi ##.##.2025-də məhkəməyə daxil olmuşdur) olmamışdır. Demək ki, qeyd olunan Qərardakı hüquqi mövqe bu mübahisəyə bilavasitə şamil edilmir. Bu halın özü də apellyasiya şikayətinin əsaslı olduğuna dəlalət edir.
35. Göstərilənlərdən başqa, məcburi payla əlaqədarı qeyd olunur ki, Mülki Məcəllənin 1202.2-ci maddəsinin tələbinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməli idi. Ancaq iddiaçı tərəfindən mirasın hansısa formada qəbul edilməsi təsdiq olunmadığından məcburi payın qəbul edilməsindən də söhbət gedə bilməz. Çünki məcburi payın qəbul edilməsi də müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməli idi. Düzdür, Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 3-cü bəndində göstərilib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. Lakin Qərarın 4-cü bəndində qeyd olunub ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Hazırki mülki iş də Konstitusiya Məhkəməsi Plenumu ## #### 2024-cü il tarixli qərarı qəbul edildiyi zaman məhkəmənin icraatında (iddia ərizəsi ##.##.2025-də məhkəməyə daxil olmuşdur) olmamışdır. Demək ki, qeyd olunan bu Qərardakı hüquqi mövqe də bu mübahisəyə bilavasitə şamil edilmir. Bu halın özü də apellyasiya şikayətinin əsaslı olduğunu bir daha təsdiq etmiş olur.
36. Göründüyü kimi, iddia tələbinin birinci hissəsi, yəni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün əsas olmadığından, digər hissələrin əsaslı olub-olmaması üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına da əsas və zərurət qalmır. Çünki birinci hissənin əsassız olması avtomatik olaraq digər hissələrin də əsaslı və təmin edilməli olmadığını labüd etmiş olur. Bu cür vəziyyətdə birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə bağlı iş üzrə gəldiyi nəticəsinin əsassız olduğu bir daha təsdiq edilmiş olur.
37. Beləliklə məhkəmə tərkibi hesab edir ki: Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməli; Hazırki mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi və *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli əlavə qətnaməsi ləğv edilməli; İddiaçı İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri ** saylı notariat ofisinə qarşı (X8 və X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) vərəsəlik hüququ haqqında şəhadətnamənin 1/2 hissədə etibarsız hesab edilməsi, həmin miras əmlaka 1/2 hissədə payının müəyyən olunaraq, mənzilin satışından əldə olunan 120.000 manat pulun 60.000 manat hissəsinin cavabdehdən onun xeyrinə tutulması tələbinə dair iddiası təmin edilməməlidir.
38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi və *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli əlavə qətnaməsi ləğv edilsin. İddiaçı İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri ** saylı notariat ofisinə qarşı (X8 və X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «vərəsəlik hüququ haqqında şəhadətnamənin 1/2 hissədə etibarsız hesab edilməsi, həmin miras əmlaka 1/2 hissədə payının müəyyən olunaraq, mənzilin satışından əldə olunan 120.000 manat pulun 60.000 manat hissəsinin cavabdehdən onun xeyrinə tutulması» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.