Məhkəmə qərarları › İş №2(3-6)-244/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-244/2026

14.04.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-244/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı̇AzərbaycaṅRespublikası̇Müdafiə̇NazirliyiniṅcavabdeḣŞirəliyev̇Ismayıl Yadigaṙoğlunȧqarşı̇“xüsusi̇təyinatlı̇yaşayış̇sahəsindəṅməcburi̇çıxarma” tələbinə̇dair mülki̇iş̇üzrə (Açar sözlər: başqa yaşayış sahəsi verilmədən yaşayış sahəsindən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi, Iddiaçının nümayəndəsi X2, Cavabdeh Şirəliyev Ismayıl Yadigar oğlu və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Şirəliyev Ismayıl Yadigar oğlu (vəkili və nümayəndəsi Vəkil) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları, iş üzrə məhkəmə icraatı:

1. Iddiaçı Azərbaycan Respublı kası Müdafı ə Nazı rlı yi cavabdeh Şirəliyev Ismayıl Yadigar oğluna qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şirəliyev Ismayıl Yadigar oğlunun Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsindən məcburi çıxarılması üçün iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası # ###### 1989cu il tarixli *** nömrəli dövlət aktından da göründüyü kimi “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Müdafiə Nazirliyi Mənzil-Istismar şöbəsi və Şirəliyev Ismayıl Yadigar oğlu arasında bağlanmış ##.##.2014-cü il tarixli, ** saylı kirayə müqaviləsi əsasında vətəndaş Şirəliyev Ismayıl Yadigar oğlu Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanasının 307, *** nömrəli otaqlarına yerləşdirilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən Müdafiə Nazirliyinə daxil olan ##.##.2025-ci il tarixli, ****/** №-li rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji Institutunun “Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi” qaydalarına əsaslanan sözügedən rəyində Müdafiə Nazirliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında hal-hazırda insanların yaşaması (olması) üçün təhlükənin mövcud olması barədə nəticəyə gəlməklə, tikinti konstruksiyalarının yükgötürmə qabiliyyətinin və istismar göstəricilərinin zəifləməsi səbəbindən, bina texniki cəhətdən yolverilməz kimi qiymətləndirilmiş, binada təhlükəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işlərinin aparılmasının zəruri olduğu bildirilmişdir. Şirəliyev Ismayıl Yadigar oğlu Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən 2021-ci il tarixdə ordu sıralarından ehtiyyata buraxılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Müdafiə Nazirliyinin Əsaslı Tikinti Idarəsi tərəfindən cavabdeh Şirəliyev Ismayıl Yadigar oğluna müxtəlif tarixlərdə xəbərdarlıq məktubu ünvanlanaraq Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında olan 307, *** nömrəli xidməti otaqları Müdafiə Nazirliyinin mənzil fonduna təhvil verməsinin zərurəti bildirilmiş, lakin edilmiş xəbərdarlıqlara baxmayaraq, sözügedən xidməti yaşayış sahəsini hazırkı tarixədək təhvil verməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü bölməsində xüsusi təyinatlı mənzil fondu barədə məlumatlar əks olunmuşdur. Nəzərə alınmalıdır ki, cavabdeh Şirəliyev Ismayıl Yadigar oğlu 2021-ci ildə Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ordu sıralarından ehtiyyata buraxılmışdır. Yuxarıda göstərilənlər nəzərə alınaraq, onun həmin yaşayış sahəsini boşaltması̇və̇aidiyyəti̇üzrə̇təhvil̇verməsinə̇daiṙqətnamə̇qəbul̇edilməldir.̇

3. Daha sonra iddiaçının nümayəndəsi X2 ##.##.2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanasında 307 və *** saylı otaqlardan Şirəliyev Ismayıl Yadigar oğlunu və digər ailə üzvlərinin çıxarılması barədə̇qətnamə̇qəbul̇edilməsini̇xahiş̇etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim G.Babazadə) iddianın təmin edilməsi, cavabdeh Şirəliyev Ismayıl Yadigar oğlunun ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 182 ünvanında yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna daxil olan “Turan” Hərbi yataqxanasından (xidməti̇yaşayış̇sahəsindən)̇çıxarılması̇qəṫedilmişdir.̇

5. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlərin binada qalması həm binanın təhlükəli texniki vəziyyəti ilə bağlı vətəndaşın həyat və sağlamlığına təhlükə yaratdığına görə, həm də onların yaşayış sahəsinə kirayə müqaviləsi əsasında yerləşdirildiyi üçün yolverilməzdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) Apellyasiya şikayətinin dəlilləri:

6. Cavabdeh Şirəliyev Ismayıl Yadigar oğlu (vəkili və nümayəndəsi Vəkil) qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədḋedilməsini̇xahiş̇etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, cavabdeh Şirəliyev Ismayıl Yadigar oğlu 2021-ci ildə Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ordu sıralarından ehtiyyata buraxılmışdır. Cavabdeh hazırda xidmət illərinə görə pensiya hüququ qazanmışdır. Məhkəmə qətnaməsində bu maddə və bəndlər qeyd edilsə də, diqqəti yayındırmaq üçün Mənzil Məcəlləsinin 102.1-ci maddəsi qara şriftlə xüsusi qeyd edilsə də, 102.2-ci maddəsi adi qaydada göstərilmişdir. Maddənin tələblərinə də diqqət yetirdikdə, aydın və açıq şəkildə qanunvericiliyin tələbi görünür ki, şəxs əgər yaşa görə pensiyaçıdırsa, onun mənzildən çıxarılması (yeni yaşayış sahəsi verilmədən) yolverilməzdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

9. Cavabdeh Şirəliyev Ismayıl Yadigar oğlu və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini̇xahiş̇etmişlər.

10. Iddiaçının nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsini̇dəyişdirilmədəṅsaxlanılmasını̇xahiş̇etmişdir.̇

Tətbiq edilən hüquq normaları:

11. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

12. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:

- 92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir; - 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir; - 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. - 99.1-99.2-ci maddələrinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. - 102.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. - 102.2-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2. yaşa görə pensiyaçılar; 102.2.3. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. - 102.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 102.2-ci maddəsində göstərilən vətəndaşlara müvafiq yaşayış məntəqəsinin hüdudları daxilində və ya onların yazılı razılığınȧəsasəṅdigəṙyaşayış̇məntəqəsində̇yerləşəṅyaşayış̇sahələri̇verilir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. -217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı işdə iddia təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

16. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.

17. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, sübutların qiymətləndirilməsində səhvə yol vermişdir. Mülki prosessual qanunvericiliyin tələbləri baxımından bu hal qətnamənin ləğv edilməsi üçün əsasdır.

18. Iş materiallarında olan Azərbaycan Respublı̇kası Müdafı̇ə Nazı̇rlı̇yinin Mənzil Istismar Şöbəsi ilə Şirəliyev Ismayıl Yadigar oğlu arasında bağlanmış ** saylı, ## ### 2014-cü il tarixli kirayə müqaviləsinə əsasən kirayəyə verən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxananın 307, *** saylı mənzildə yerləşən dövlət fonduna aid olan yaşayış sahəsi 26,79 kv.m-dən ibarət iki otaqlı yaşayış sahəsinin kirayə haqqı ödənilməklə (otaqları) müvəqqəti yaşamaq üçün kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür.

19. Həmin müqavilənin 2.2.6-cı bəndinə əsasən bu müqavilə üzrə Kirayəyə verənin evin (binanın) əsaslı təmiri və ya qurulması aparılarkən, əgər belə əsaslı təmir və ya yenidənqurma işlərinin kirayəçi çıxarılmadan aparılması mümkün olmazsa, bu barədə işlərin başlanmasına ən azı 30 (otuz) təqvim günü qalmış Kirayəçini məlumatlandırmaq, bu Müqavilə ləğv edilmədən, əsaslı təmirin və ya yenidənqurma işləri aparıldığı müddət ərzində Kirayəçiyə və onun ailə üzvlərinə digər yaşayış sahəsi vermək vəzifəsi vardır (yaşayış sahəsi olmadıqda Kirayəçiyə Müdafiə nazirinin müvafiq əmrinə əsasən müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün pul kompensasiyası ödənilməlidir).

20. Həmin müqavilənin 2.4.8-ci bəndinə əsasən bu müqavilə üzrə Kirayəçinin evin (binanın) əsaslı təmiri və ya qurulması aparılarkən, əgər belə əsaslı təmir və ya yenidənqurma işlərinin kirayəçi çıxarılmadan aparılması mümkün olmazsa, bu Müqavilə ləğv edilmədən, əsaslı təmirin və ya yenidənqurma işləri aparıldığı müddət ərzində Kirayəçiyə və onun ailə üzvlərinə göstərilən binada yerləşən Kirayəyə verən tərəfindən təqdim edilən digər yaşayış sahəsinə köçmək vəzifəsi vardır. Digər yaşayış sahəsinə və geriyə köçmə Kirayəyə verənin hesabına həyata keçirilir (yaşayış sahəsi olmadıqda Kirayəçiyə Müdafiə nazirinin müvafiq əmrinə əsasən müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün pul kompensasiyası ödənilməlidir).

21. Qeyd olunan kirayə müqaviləsinin 5.8-ci bəndinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edildikdə və ya ona xitam verildikdə, Kirayəçi və onun ailə üzvləri bu Müqavilə əsasında kirayəyə götürdükləri yaşayış sahəsini boşaltmalıdırlar. Kirayəçi və onun ailə üzvləri həmin yaşayış sahəsini boşaltmaqdan imtina etdikdə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılırlar.

22. Iş materiallarında olan “E-sosial” Mərkəzləşdirilmiş elektron informasiya sistemindən alınmış arayışdan görünür ki, Şirəliyev Ismayıl Yadigar oğluna ##.##.2021-ci̇il̇tarixdəṅyaşȧgörə̇əmək̇pensiyası̇təyiṅedilmişdir.

23. Iş materiallarında olan - “AZƏRINŞAATLAYIHƏ” Dövlət Baş Layihə- Konstruktor və X6 Nazirliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasının texniki vəziyyəti haqqında ##.##.2025-ci il tarixli rəyindən görünür ki, binada təhlükəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işləri aparılmalıdır.

24. Iş materiallarında olan - Bakı Qarnizonu Mənzil-Istismar hissəsi tərəfindən Şirəliyev Ismayıl Yadigar oğluna ünvanlanmış **** nömrəli, ##.##.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Müdafiə Nazirliyinin Mənzil-istismar xidməti rəisinin ##.##.2025-ci il tarixli *** nömrəli Bakı Qarnizonu Mənzil-Istismar hissəsi rəisinin ##.##.2025-cı ıl tarixli ** nömrəli telefonoqrammalarına əsasən “Turan” yataqxanasında əsaslı təmir işləri aparılacaq. Qeyd olunanları nəzərə alaraq, “Turan” yataqxanasında yaşadığı 307, *** nömrəli otaqların ## #### 2025-ci il tarixədək təhvil verilməsi̇tələḃolunmuşdur.

25. Iş materiallarında olan - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş Idarəsi tərəfindən Əsaslı Tikinti Idarəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubundan görünür ki, aparılmış araşdırma zamanı “Turan” yataqxanasının 91 birotaqlı və 5 ikiotaqlı mənzillərdən ibarət olması, onlardan 2 mənzilin inzibati otaq kimi istifadə olunduğu, 82 mənzildə 54 ailənin yerləşdirildiyi, 12 mənzilin isə boş olduğu məlum olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, yalnız 5 mənzil kirayə müqaviləsi bağlanılmaqla verilsə də, Mənzil Məcəlləsinin 98-ci maddəsinin (Xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi üçün əsaslar), eləcə də sözügedən Əsasnamənin 6-cı bəndinin tələbləri kobud şəkildə pozularaq 72 mənzil kirayə müqaviləsi bağlanmadan əsassız olaraq Mil və BQ MIH-in məktubları ilə, digər 5 mənzil isə ümumiyyətlə heç bir sənədləşmə aparılmadan müddətsiz istifadəyə verilmişdir. Göstərilənlərə əsasən, aşkar olunmuş qanunsuz halların aradan qaldırılması üçün zəruri tədbirlər görülməsi və nəticəsi barədə DTTBI-yə məlumat göndərilməsinə̇daiṙgöstəriş̇verilməsi̇xahiş̇olunmuşdur.

26. Beləliklə, iş materialları müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası # ###### 1989-cu il tarixli *** nömrəli dövlət aktından da göründüyü kimi “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Azərbaycan Respublı̇kası Müdafı̇ə Nazı̇rlı̇yinin Mənzil-Istismar Şöbəsinin ** saylı, ## ### 2014-cü il tarixli kirayə müqaviləsi əsasında vətəndaş Şirəliyev Ismayıl Yadigar oğlu Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında 307, *** nömrəli yaşayış sahəsində yerləşdirilmişdir. Cavabdeh Şirəliyev Ismayıl Yadigar oğlunun ailə üzvləri ilə birlikdə 2014-cü ildən kirayə müqaviləsi əsasında mübahisəli yaşayış sahəsində yaşaması̇işiṅmübahisəsiżhalıdır.̇

27. Iddiaçının əsas dəlili ondan ibarətdir ki, mübahisəli yaşayış sahəsinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında hal-hazırda insanların yaşaması (olması) üçün təhlükəlidir və binada təhlükəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işlərinin aparılması zəruridir. Cavabdeh Şirəliyev Ismayıl Yadigar oğlu Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən 2021-ci il tarixdə ordu sıralarından ehtiyyata buraxıldığından Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında olan 307, *** nömrəli xidməti otaqları̇Müdafiə̇Nazirliyiniṅmənzil̇fondunȧtəhvil̇verilməlidir.̇

28. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublı̇kası Müdafı̇ə Nazı̇rlı̇yinin Mənzil Istismar Şöbəsi ilə Şirəliyev Ismayıl Yadigar oğlu arasında bağlanmış ** saylı, ## ### 2014-cü il tarixli kirayə müqaviləsinin 2.2.6-cı bəndinə əsasən bu müqavilə üzrə Kirayəyə verənin evin (binanın) əsaslı təmiri və ya qurulması aparılarkən, əgər belə əsaslı təmir və ya yenidənqurma işlərinin kirayəçi çıxarılmadan aparılması mümkün olmazsa, bu barədə işlərin başlanmasına ən azı 30 (otuz) təqvim günü qalmış Kirayəçini məlumatlandırmaq, bu Müqavilə ləğv edilmədən, əsaslı təmirin və ya yenidənqurma işləri aparıldığı müddət ərzində Kirayəçiyə və onun ailə üzvlərinə digər yaşayış sahəsi vermək vəzifəsi vardır (yaşayış sahəsi olmadıqda Kirayəçiyə Müdafiə nazirinin müvafiq əmrinə əsasən müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün pul kompensasiyası̇ödənilməlidir).̇

29. Həmçinin, həmin Müqavilənin 5.8-ci bəndinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edildikdə və ya ona xitam verildikdə, Kirayəçi və onun ailə üzvləri bu müqavilə əsasında kirayəyə götürdükləri yaşayış sahəsini boşaltmalıdırlar. Kirayəçi və onun ailə üzvləri həmin yaşayış sahəsini boşaltmaqdan imtina etdikdə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılırlar.

30. Cavabdeh Şirəliyev Ismayıl Yadigar oğlu ## ### 2014-cü il tarixdən qanuni əsaslarla mübahisəli yaşayış sahəsində yaşaması və orada yaşadığı dövr ərzində, yəni ##.##.2021-ci il tarixdən yaşa görə əmək pensiyasına çıxması iş materialları ilə sübut olunduğundan, məhkəmə kollegiyası hesab edir ki, hazırda həmin yaşayış sahəsinin yerləşdiyi binada əsaslı təmir və ya yenidənqurma işləri aparıldığı müddət ərzində cavabdehə ailə üzvləri ilə birlikdə digər yaşayış sahəsi verilmədən onların oradaṅçıxarılması̇yolverilməzdir.̇

31. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

32. Həmçinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.2-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış yaşa görə pensiyaçılar xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz.

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, həm qüvvədə olan qanunvericiliyin tələblərinə, həm də tərəflər arasında bağlanmış kirayə müqaviləsinin şərtlərinə əsasən cavabdeh və onun ailə üzvləri Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında olan 307, *** nömrəli xidməti otaqlarından başqa yaşayış sahəsi verilmədən çıxarıla bilməzlər.̇

34. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı sayır və hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qəṫetdi:

Cavabdeh Şirəliyev Ismayıl Yadigar oğlu (vəkili və nümayəndəsi Vəkil) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Iddiaçı Azərbaycan Respublı kası Müdafı ə Nazı rlı yinin cavabdeh Şirəliyev Ismayıl Yadigar oğluna qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarma” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar