Məhkəmə qərarları › İş №2(3-6)-2450/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2450/2026

24.08.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2450/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil nümayəndə2 Hümbət oğlunun, cavabdeh cavabdeh2 nümayəndəsi nümayəndə1 iştirakı ilə, iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Dövlət Su X4 Suların Istifadəsinə və X5 Xidmətinin Tabeliyində olan Mərkəzi Laboratoriya və cavabdeh1 publik hüquqi şəxsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə ## ####### 2025-ci il tarixli əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh3 tabeliyində cavabdeh1 publik hüquqi şəxsin X1 Sistemlərinin Istismarı Idarəsinin ##.##.2025-ci il tarixli , *** nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, iddiaçı İddiaçı cavabdeh2da nümunə götürən vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqı hesablanaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdi. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı apellyasiya baxışı zamanı dəftərxana vasitəsi ilə yazılı ərizə ilə müraciət edərək, iddia tələbindən imtina etdiyini bildirmiş, imtina ərizəsinin qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil nümayəndə2 Hümbət oğlu iddiaçının iddia ərizəsindən imtinasının qəbul edilməsini və iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh2 nümayəndəsi nümayəndə1 iddiaçı ilə artıq yeni əmək müqaviləsinin bağlandığını bildirmiş, iddiaçının iddia tələbindən imtina etməsinə etiraz etmədiyini bildirmişdir. Digər cavabdehin şikayət vermədiyi nəzərə alınaraq onun mövqeyi və iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1, 52.5, 191.1, 191.2, 261.0.4, 262-ci maddələrinə uyğun ərizəni nəzərdən keçirib və etirazın daxil olmadığını nəzərə alaraq hesab edir ki, tərəfin iddiadan imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir (digər) şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, habelə imtinanın qəbul edilməməsi üçün digər əsaslar olmadığından mülki işin icraatına xitam verilməlidir. Belə ki, Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraaa xitam verir. Məcəllənin 384.0.5-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məcəllənin 107-125-ci maddələrinə əsasən kollegiya hesab edir ki, məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumları onları ödəyən şəxslərə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, iddia tələbindən imtina edilməsi və bunların qəbul edilməsi, bütövlükdə digər prosessual əsaslarla işin icraatına xitam verilməsinə səbəb olduğundan apellyasiya şikayətinə qiymət verilməsinə zərurət qalmır. Şərh olunanlara əsasən və Mülki Prosesual Məcəllənin 370, 377, 384, 402-406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qətnaməsi ləğv edilsin. Iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Dövlət Su X4 Suların Istifadəsinə və X5 Xidmətinin Tabeliyində olan Mərkəzi Laboratoriya və cavabdeh1 publik hüquqi şəxsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsindən imtinası qəbul edilsin və mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar