Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2488/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X12 katibliyi ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Abonent saldosundan görünür ki, 100413503300000 abonent kodu olan İddiaçı məxsus sayğaca 2017-ci il tarixində qazdan istifadə nəticəsində 758,52 manat məbləğində borc hesablanmış, daha sonra silinmişdir, 2025-ci ilin may ayında yenidən 650,30 manat borc hesablanmışdır.
2. Abonent saldosundan görünür ki, 100413503300000 abonent kodu 2010-cu ildən 2017-ci ilədək X3 məxsus olmuş, onun ailə tərkibi 3, ailədəki qaçqın sayı isə 2 olmuşdur.
3. Qaz Paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə **/**** nömrəli, ##.##.2017-ci il tarixli müqavilədən görünür ki, istehlakçı təbii qazla təchiz edilmişdir. Istehlakçıya Cavabdeh IB tərəfindən *************** nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G4 markalı, ****AZ************ nömrəli qaz sayğacı quraşdırılmışdır.
4. Cavabdeh IB tərəfindən İddiaçı **-*-*-*/*-C-****-*/**** nömrəli, ##.##.2025-ci il tarixli məlumatdan görünür ki, borc məbləği 2017-ci ilədək tikilidə istifadə olunmuş qaz həcminin dəyəridir. Qaz sayğacının smart kartına ödəniş edilən zaman borc məbləğində tutulmalar həyata keçirilir.
Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Istehsalat Birliyi tərəfindən *************** nömrəli abonentə qanunsuz hesablanmış 650 manat məbləğində əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X4 ##.##.2016-cu ildə vəfat etmişdir. O, məcburi köçkün statusunda olduğuna görə həmin ilə qədər ailənin istifadəsində olan qazın sərfiyyatına görə ödənişdən azad edilmişdir. 2017-ci ildə sayğac quraşdırılan zaman balansda 758 manat məbləğində borc göstərilmiş, lakin bu borcun hansı səbəbdən yarandığı məlum deyildir. Yoldaşı məcburi köçkün olduğu üçün 2017-ci ilə qədər heç bir qaz ödənişi olunmamışdır. Yeni sayğac quraşdırıldıqdan sonra isə aylıq ödənişlər vaxtında həyata keçirilmiş, ödənilən məbləğin 20%-i qeyd olunan borca yönləndirilmişdir. Daha sonra borc silinmişdir. Lakin 2025-ci ildə yeni sayğac quraşdırılarkən həmin borc yenidən şəxsi hesabına əlavə olunmuşdur. Hal-hazırda şəxsi kabinetdə 650 manat borc göstərilir. “ASAN Kommunal” vasitəsilə müraciət etsələr də, borcun yaranma səbəbi barədə heç bir məlumat təqdim edilməmişdir. Borcun mənbəyinin öyrənilməsi barədə Cavabdeh X11 Idarəsinə rəsmi qaydada ərizə ilə müraciət etsələr də, müraciətinə cavab verilməmişdir. Tərəflərindən sayğaca hər hansı bir müdaxilə olunmamış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın tələblərinə riayət edilmişdir.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, Cavabdeh istehsalat Birliyi tərəfindən *************** nömrəli abonent koduna hesablanmış 650 manat məbləğində borcun silinməsi qət edilmişdir.
8. Qətnamənin əsaslarına görə, işin hallarına əsasən iddiaçının həyat yoldaşı X4 ##.##.2016-cı il tarixinədək məcburi köçkün statusunda olmuş və ailə tərkibi ilə birlikdə kommunal güzəştlərdən yararlanmışdır. Lakin iş materiallarında olan abonent saldosundan göründüyü kimi 2017-ci ildə sayğac quraşdırılarkən qeydə alınan 758,52 manat borc məhz bu güzəştli dövrü əhatə etmiş, ödənilən məbləğin 20%-i qeyd olunan borca yönləndirilmiş, daha sonra borc silinmişdir. Lakin 2025-ci ildə 650,30 manat məbləğində borc yenidən bərpa edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2001-ci il tarixli, *** nömrəli Fərmanına əsasən məcburi köçkünlərin kommunal xidmət haqlarını ödəmək üçün dövlət tərəfindən müavinət müəyyən edilmişdir. Bu ödənişlərin mexanizmi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2002-ci il tarixli müvafiq Qaydaları ilə tənzimlənmişdir. Həmin normativ aktın tələbinə görə məcburi köçkünlərin istifadə etdikləri təbii qazın dəyəri müəyyən edilmiş limitlər daxilində istehlakçılar tərəfindən deyil, Qaçqınların və X7 üzrə Dövlət Komitəsi vasitəsilə birbaşa dövlət büdcəsinin vəsaiti hesabına mərkəzləşmiş qaydada xidmət təşkilatlarının hesabına köçürülməli idi. Bu isə o deməkdir ki, 2017-ci ilə qədər olan dövr üzrə qazın dəyərinin ödənilməsi vətəndaşın deyil, Qaçqınkomun öhdəliyi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli, **** nömrəli Fərmanının 1-ci bəndi ilə 2017-ci il # ###### tarixindən etibarən kommunal xidmətlər üzrə dövlət büdcəsindən xidmət təşkilatlarına edilən birbaşa ödənişlərin dayandırılması və vahid aylıq müavinət sisteminə keçilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7.1-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Beləliklə, # ###### 2017ci il tarixindən əvvəlki dövrlər üzrə yaranmış hər hansı borcun vətəndaşın üzərinə qoyulması Mülki Məcəllənin 7.1-ci maddəsinə ziddir. Məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, Azəriqaz” istehsalat Birliyi tərəfindən *************** nömrəli abonent koduna qanunsuz hesablanmış 650 manat məbləğində borc silinməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli Fərmanına, ## ### 1999-cu il tarixli “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli Fərmanı ilə ləğv olunmuş, Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 2001-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli Qərarına əsasən ləğv olunmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2002-ci il tarixli “Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi” qaydasının təsdiq edilməsi barədə Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh Cavabdeh Istehsalat Birliyi həmin qətnamədən apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsinə, qətnamənin ləğv edilməsinə və iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətinin dəlillərinə görə, Cavabdeh Istehsalat Birliyinin əməkdaşları tərəfindən Birliyin balans və istismarındaolan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçmininmiqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi iddiaçıİddiaçı qanunazid, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh IB-nə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına cavabdeh tərəfindən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini təmin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin məzmununa nəzər yetirsək başqa şəxsə zərər vürülması mülki vəzifələrin əmələ gəlməsinin əsaslarından hesab olunması, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər və s. bu kimi zərərin tələb edilməsi dair müddəaları görmək olar. Iddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normasına mübahisələndiyimiz qətnamədə istinad olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Bildirilir ki, birinci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə olmasaydı, birinci instansiya məhkəməsi iddia tələbinin rəd ediməsini qət edərdi. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə,özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir Belə ki, iş materiallarında yer almış və tərəfimizdən təqdim olunan sübutlar tam əsaslı olmasını göstərdiyi halda birinci instansiya məhkəməsi səhv nəticəyə gələrək, iddia ərizəsini təmin etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq, tam sübuta yetirilməmiş və iddianı təmin etmişdir. Iddiaçının mübahisələndirdiyi borc istifadə etdiyi lakin ödəmədiyi debitor məbləği təşkil edir. Belə ki, iddiaçı iclas zalında da etiraf etdyi kimi imtiyazlı olduğundan əvvəllər yaşayış yerindən təqim etdiyi arayış ilə Qaçqınların və X7 Üzrə Dövlət Komitəsinə təqdim edərək, qaz sərfiyatını onlar ödədiyini bildirmişdir. Bildirilir ki, Qaçqınların və X7 Üzrə Dövlət Komitəsi qaçqınlar və məcburi köçkünlər üçün bəlli bir məbləğ limiti üzrə ödənişlər etmiş (məsələn, aylıq 40 manat, abunəçi isə 80 manatlıq qaz istifadə etsə artıq burda 40 manat borc olaraq qalmış olardı) qalan məbləğ abunəçinin abunə kodunda qalaraq illər üzrə toplanaraq 650 manat qalmışdır.Qaçqınların və X7 Üzrə Dövlət Komitəsinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi dəvət olunmasını istəsələr də onlardan heç kim iclasda iştirak etməmişdir. Iddia olunan məbləğ debitor məbləği təşil etdiyindən bu məbləğ silinə bilinməzdi. Mülki iş materialları, abonent saldosu, aktlar araşdırılsa da qeyri-obyektiv nəticə əldə edilərək qətnamə çıxarılmışdır. Qeyd edir ki, iddiaçı İddiaçı aid olan 100413503300000 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Bildirilir ki, iddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh Istehsalat Birliyinin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Beləliklə, birinci instansiya məhkəməsinin cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən mübahisələndirilən qətnamədə göstərdiyi nəticə qismən işin hallarına uyğun olmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
15. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6-2.1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onunsəlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir; 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” Qaydaları: 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9. Istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
17. ## ### 1999-cu il tarixli “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Məcburi köçkünlərə mənzil-kommunal xidmətlərindən və telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir.
18. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli Fərmanı:
1. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il # ###### tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilsin.
19. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli fərmanı ilə ləğv olunmuş, Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 2001-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq vətəndaşlara kommunal, nəqliyyat və digər xidmətlər üzrə verilən güzəştlərin müvafiq müavinətlərlə əvəz olunması ilə əlaqədar aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədi valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, məcburi köçkünlərə və məskunlaşmamış qaçqınlara – 25 min manat (köhnə valyuta ilə) məbləğində aylıq müavinət müəyyən edilməsini qərara almışdır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli qərarına əsasən ləğv olunmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2002-ci il tarixli “Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi” qaydasının təsdiq edilməsi barədə qərarından görünür ki, Bu Qayda Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 2001-ci il ## ###### tarixli, *** nömrəli Fərmanının 5-ci bəndinin üçüncü abzasına uyğun olaraq hazırlanmışdır və məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi mexanizmini müəyyənləşdirir. “2. Bu Qaydanın birinci bəndi ilə əlaqədar Qaçqınların və X7 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə), xidmət təşkilatları, müavinət alanlar və pensiya təyin edən orqanlar arasında hər 6 ayda bir dəfə ödəniş sənədlərinin qarşılıqlı üzləşdirilməsi aparılır. Aparılan hesablaşmalarla müavinətlərdən bir neçəsini almaq hüququ olan məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması üçün nəzərdə tutulan məbləğlər pensiya təyin edən orqanlar tərəfindən müavinət alanların (şəhid ailəsi üzvləri, Çernobıl qəzası əlilləri, 20 Yanvar əlilləri, sosial pensiyaçılar, birinci və ikinci qrup əlillər (müharibə əlilləri və onlara bərabər tutulanlardan başqa), valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla) şəxsi hesablarından azaldılaraq Komitəyə köçürülür.
3. Məskunlaşmamış qaçqın və məcburi köçkünlərin (bundan sonra istehlakçılar) müvəqqəti məskunlaşdıqları şəhər və rayonların xidmət təşkilatları (elektrik, qaz, su təchizatı və sair xidmət idarələri), yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələri, Komitənin həmin rayon (şəhər) üzrə nümayəndələri ilə birlikdə faktiki istehlakçıların (o cümlədən pasport qeydiyyatına düşmüş və öz hesabına mənzil almış məcburi köçkünlərin) siyahısını onların istifadə etdikləri xidmətlərin növləri göstərilməklə, hər bir işğal olunmuş rayon (şəhər) üzrə ayrı-ayrılıqda bu Qaydaya əlavə olunmuş forma əsasında tərtib edirlər. Həmin siyahılar istehlakçıların məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinin başçıları tərəfindən rübdə bir dəfə dəqiqləşdirilməklə, ildə bir dəfə təsdiq edilərək Komitəyə təqdim olunur. Hər ay həmin siyahılardakı saya və göstərilən xidmətlərə uyğun olaraq kommunal və digər xidmət xərcləri üzrə tələb olunan məbləğlər hər bir xidmət növü üzrə müəyyənləşdirilir, müvafiq maliyyə-mühasibat sənədləri hazırlanır və ödənişin aparılması üçün hər növbəti ayın 5-dən gec olmayaraq Komitəyə təqdim edilir.
4. Komitə öz növbəsində müvafiq ay üzrə kommunal və digər xidmət xərclərinin xidmət təşkilatlarına ödənilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq ödəniş sənədlərini hazırlayıb təqdim edir.
5. Istehlakçıların istifadə etdikləri kommunal və digər xidmət haqları bu Qaydanın 4-cü bəndinə əsasən onların həcmi və dəyəri barədə təqdim olunmuş müvafiq maliyyəmühasibat sənədlərinə uyğun olaraq Komitə tərəfindən mərkəzləşmiş qaydada xəzinədarlıq vasitəsilə ödənilir.”
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək, iddianın rədd olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiyasın məhkəməsinin mövqeyi
23. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
24. Birinci instansiya məhkəməsi qətnaməsində haqlı və düzgün olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2001-ci il tarixli, *** nömrəli Fərmanına əsasən məcburi köçkünlərin kommunal xidmət haqlarını ödəmək üçün dövlət tərəfindən müavinət müəyyən edilmişdir. Bu ödənişlərin mexanizmi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2002-ci il tarixli müvafiq Qaydaları ilə tənzimlənmişdir. Həmin normativ aktın tələbinə görə məcburi köçkünlərin istifadə etdikləri təbii qazın dəyəri müəyyən edilmiş limitlər daxilində istehlakçılar tərəfindən deyil, Qaçqınların və X7 Üzrə Dövlət Komitəsi vasitəsilə birbaşa dövlət büdcəsinin vəsaiti hesabına mərkəzləşmiş qaydada xidmət təşkilatlarının hesabına köçürülməli idi. Bu isə o deməkdir ki, 2017-ci ilə qədər olan dövr üzrə qazın dəyərinin ödənilməsi vətəndaşın deyil, Qaçqınların və X7 Üzrə Dövlət Komitəsinin öhdəliyi olmuşdur.
25. Lakin işin hallarından görünür ki, iddiaçının həyat yoldaşı X4 vəfat edən günədək, ## ######## 2016-cı il tarixinədək məcburi köçkün statusunda olmuş və ailə tərkibi ilə birlikdə kommunal güzəştlərdən yararlanmışdır. Iş materiallarında olan abonent saldosundan göründüyü kimi 2017-ci ildə sayğac quraşdırılarkən qeydə alınan 758,52 manat borc məhz bu güzəştli dövrü əhatə etmiş, ödənilən məbləğin 20%-i qeyd olunan borca yönləndirilmiş, daha sonra borc silinmişdir. Lakin 2025-ci ildə 650,30 manat məbləğində borc yenidən bərpa edilmişdir.
26. Apellyasiya şikayətində göstərilən hallara dair birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış yekun aktında düzgün əsaslandırma və qiymətləndirmə aparıldığından məhkəmə kollegiyası həmin xüsusatlara dair əlavə əsaslandırma aparmağa zərurət görmür.
27. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
28. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.