Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2490/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh IB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh IB tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Abonent saldosundan görünür ki, 100454501010000 abonent kodu olan İddiaçı qazdan istifadə nəticəsində 8243,53 manat məbləğində borc hesablanmışdır.
2. ##.##.2018-ci il tarixli təbii X5nın pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, **/****-*****/*-** nömrəli rəyə əsasən ****AQ*********** nömrəli sayğacın çıxış plastik borusu deşilmiş, dəymiş ziyan 9720 m3 hesablanmışdır.
3. ##.##.2023-cü il tarixli təbii X5nın pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, mənzildə təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə edilməsi aşkarlanmış, dəymiş ziyan 36720 m3 hesablanmışdır.
4. ##.##.2023-cü il tarixli təbii X5nın pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, mənzildə təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə edilməsi aşkarlanmış, dəymiş ziyan 5760 m3 hesablanmışdır.
5. ##.##.2024-cü il tarixli təbii X5nın pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, mənzildə təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə edilməsi aşkarlanmış, dəymiş ziyan 20448 m3 hesablanmışdır.
6. Dəymiş ziyanın bərpasına dair ##.##.2023-cü il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 3 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, Iran sobanın maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1.2x24x180=5184 m3 , 3x24x180=12960 m3 , 2x24x180=12096 m3, 1,5x24x180=6480 hesablanmışdır.
7. Dəymiş ziyanın bərpasına dair ##.##.2023-cü il tarixli tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün 4x24x60=5760 m3 hesablanmışdır.
8. Dəymiş ziyanın bərpasına dair ##.##.2024-cü il tarixli tələbnamədən görünür ki, qaz sayğacının maksimal qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 284 gün 6x12x284=5760 m3 hesablanmışdır.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən daxil olmuş ##.##.2026-cı il tarixli, */**** nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Foto şəkillərə əsasən obyektlər üzərində trasoloji tədqiqatların aparılması mümkün olmadığından, “foto şəkillərə əsasən qeyri-qanuni qoşulmanın izləri müəyyən edilir mi?” sualı cavablandırılmamışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
10. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh IB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Istehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş ##.##.2018-ci il tarixli, ******* nömrəli akta əsasən 972 manat, ##.##.2023-cü il tarixli, ******* nömrəli akta əsasən 4406,40 manat, ##.##.2023-cü il tarixli, ******* nömrəli akta əsasən 691,20 manat, ##.##.2024-cü il tarixli, ******* nömrəli akta əsasən 2453,76 manat, ümumilikdə isə dəymiş zərər kimi müəyyən olunan 8523,36 manat borcun *************** nömrəli abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən həyət evi ona məxsusdur. Həmin evə 100454501010000 abonent kodu üzrə qaz sayğacı quraşdırılmışdır. Bir müddət əvvəl müəyyən olmuşdur ki, *************** nömrəli abonent hesabında 8523,36 manat borc yazılmışdır. Borcun yazılma səbəbini araşdırmaq üçün Bakı Regional qazın Satışı Departamentinə müraciət edən zaman ona sənədlər təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən, Cavabdeh Istehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş ##.##.2018-ci il tarixli, ******* nömrəli akta və həmin tarixli tələbnaməyə əsasən ##.##.2018-ci il tarixdə Cavabdeh Istehsalat Birliyinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən həyət evinə baxış keçirilmiş, sayğacın çıxış plastik borusunun deşildiyi müəyyən edilmiş və bu səbəbdən 9720 kubmetr qaz itkisini dəymiş ziyan kimi müəyyən etmişlər. Cavabdeh Istehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli, ******* nömrəli aktdan və ziyanın bərpasına dair ##.##.2023-cü il tarixli tələbnamədən, ##.##.2023-cü il tarixli ******* nömrəli aktdan və ziyanın bərpasına dair ##.##.2023-cü il tarixli tələbnamədən, ##.##.2024-cü il tarixli ******* nömrəli aktdan və ziyanın bərpasına dair ##.##.2024-cü il tarixli tələbnamədən müəyyən olunur ki, guya onun tərəfindən sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar edildiyinə görə aktlar tərtib edilmiş, qaz itkisi müəyyən edilərək onun hesabına ümumilikdə 8523,36 manat dəymiş zərər məbləği yazılmışdır. Göründüyü kimi Cavabdeh Istehsalat Birliyinin əməkdaşları heç bir məlumat vermədən, qaz sayğacını başqa sayğacla əvəz etmiş, sayğacda aşkarlanan qüsurlara görə təqsirini sübut etmədən, 9720 kubmetr qaz itkisi, həmçinin sayğacdan kənar qazdan istifadə etmədiyi halda, onun hesabına ümumilikdə 8523,36 manat borc yazmışlar. Iddiaçı Cavabdeh Istehsalat Birliyi tərəfindən barəsində tərtib edilmiş aktlarla razı deyildir. Belə ki, heç vaxt sayğacdan kənar qazdan istifadə etməmiş, Cavabdeh Istehsalat Birliyinin əməkdaşları yalnışlığa yol vərərək, onun sayğacdan kənar qazdan istifadə etdiyini zənn edərək, akt tərtib etmişlər. Həmçinin evindən çıxarılmış qaz sayğacında baş verən nasazlığ onun müdaxiləsi və ya səhvi ucbatından baş verməmişdir. Cavabdeh Istehsalat Birliyinin aktlarında sayğacda aşkarlanan qüsur kimi sayğacın çıxış plastik borusunun deşildiyi qeyd olunub. Sayğacın küçədə yerləşdiyini nəzərə alsaq, istənilən bir şəxs sayğaca zərər vura bilər. Həmçinin sayğac çıxarıldıqdan sonra xüsusi qablaşdırmaya yerləşdirilərək yoxlanılması üçün laboratoriyaya aparılmalı olduğu halda Cavabdeh istehsalat Birliyinin əməkdaşları bunu da etməmişlər. Belə olan halda sayğac yoxlamaya aparılarkən də yolda müəyyən zədələrə məruz qalmışdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı həyata keçirir.
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh IB-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, aktların qanunsuz yazılmadığını, əllərində sayğacın çıxış plastik borusunun iddiaçı tərəfindən deşildiyini sübut edən faktin olmadığını bildirmişdir.
13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim – Mirzəliyev Ruslan) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh IB tərəfindən ##.##.2018-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 972 manat, ##.##.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 4406,40 manat, ##.##.2023cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 691,20 manat borc məbləğinin silinməsi, ##.##.2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2453,76 manat borc məbləğindən 1676,16 manatın silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza xərci olaraq ödənilmiş 64 manat məbləğində pulun 32 manatının cavabdehdən, 32 manatının iddiaçıdan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh IB ##.##.2018-ci il tarixli, ******* nömrəli aktda göstərilən sayğaca müdaxilə ilə bağlı pozuntunun məhz iddiaçı tərəfindən törədildiyini sübut etməli olduğu halda, bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Iş materiallarının araşdırılması zamanı həmçinin nəzərə alınmışdır ki, sayğacın küçə hasarında yerləşməsi, üçüncü şəxslərin ona müdaxilə imkanının olması, habelə sayğacın təhlükəsiz saxlanılması və bütövlüyünün qorunmasına dair əsas nəzarət funksiyasının qaz paylayıcısı tərəfindən həyata keçirilməsi halları mövcuddur. Bu baxımdan, sayğaca müdaxilənin yalnız iddiaçı tərəfindən edilməsi istisna olunur. Beləliklə ##.##.2018-ci il tarixli akt üzrə iddiaçının təqsirli hərəkəti sübuta yetirilmədiyindən həmin akt əsasında hesablanmış borcun iddiaçının abonent hesabına yazılması hüquqi baxımdan əsaslı hesab edilə bilməz.
15. Məhkəmə qeyd etmişdir ki, ## ### 2022-ci il tarixdən qanunvericilikdə olan dəyişikliyə əsasən qaz paylayıcının məhz aşağıdakı prosesslər həyata keçirildikdən sonra vurulmuş zərərin əvəzini istehlakçıdan tələb etmək hüququnun yaranması qeyd olunmuşdur. 1. qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır; 2. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. 3. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakşıdan tələb etməlidir.
16. Odur ki, ##.##.2023-cü il tarixli, ******* nömrəli akt və ##.##.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış borca münasibətdə məhkəmə qeyd etmişdir ki, qeyd olunan 2 akt üzrə qanunvericilikdə nəzərdə tutulmuş prosedura ümumiyyətlə əməl olunmamış, bu norma qüvvəyə mindikdən sonra cavabdeh tərəfindən tərtib edilmiş aktlardan birinin 1 nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməmişdir. Belə olduğu halda isə istehlakçının qazın talanmasında təqsirli olması səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyinə görə cavabdehin zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ yaranmamışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, borcun məbləği hesablanarkən bu aktlar nəzərə alınmamalıdır.
17. Məhkəmə ##.##.2024-cü il tarixli, ******* nömrəli akta münasibətdə qeyd etmişdir ki, aktın tərtib olunduğu dövrdə qaz xəttinə qeyri-qanuni qoşulmanın olması iş materiallarında olan fotoşəkillər və video (qaz xəttinə boru vasitəsilə qoşulma) öz təstiqini tapır. Hazırki dövrdə bu halın mövcud olub-olmadığı müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza təyin olunmuş, ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi, qaz sayğacından kənar xəttin çəkilməsi müşahidə edilmədi. Məhkəmə rəylə bağlı qeyd etmişdir ki, bu rəy hazırkı vəziyyəti əks etdirir, sonuncu akt 2024-cü ilin yanvar ayında tərtib olunmuşdur. 2 ildən sonra aparılan tədqiqat zamanı borunun üzərində hər hansı bir zədə və ya izin olmaması həmin dövrdə qoşulmanın olmaması qənaətinə gəlməyə əsas verə bilməz. 18.Məhkəmə ## ###### 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə qismən razılaşaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** nömrəli “X5”-na əsasən, qazdan istifadə zamanı istehlakçının sayğacdan kənar və ya qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı ziyanı hesablayarkən faktiki və ya maksimal istifadə müddətinə əsaslanmalıdır. Məhkəmə əlavə etmişdir ki, məhkəmə təcrübəsinin vahidliyi ilə bağlı Cavabdeh IB-nin əməkdaşları tərəfindən 2022-ci ilin may ayından sonra Qaz təchizatı haqqında qanunun 13-cü maddəsinə olan dəyişikliklə bağlı yazılmış akt əsasında inzibati orqana müraciət olunması, həmçinin bu halları təstiq edən video görüntü əlavə edildiyi halda yazılmış aktlar nəzərə alınmalıdır. Işin araşdırılan hallarından göründüyü kimi ##.##.2024-cü il tarixli aktın tərtibi zamanı qanunvericiliyin tələblərinə uyğun olaraq, qanunsuz qoşulma halının müəyyən olunması ilə bağlı videogörüntü iş materiallarına əlavə edilmişdir. ##.##.2024-cü il tarixli qanunsuz qoşulma halı ilə bağlı bu halı təstiq edən videogötüntü olduğundan bu fakt əsaslı hesab edilərək, münasibət bildirlməli və qazişlədicilərindən Qaz sayğacının maksimal saatlıq qaz sərfi 6 m3 orta günlük iş rejimi 12 saat, hesabat 284 gün deyil, 90 gün kimi qəbul edilməlidir. Belə ki, X5 barədə Nazirlər Kabinetinin qərarında qeyri qanuni qoşulma halları ilə bağlı hesabat müddətinin 90 gün kimi qəbul edilməsinin nəzərə alınması göstərilmişdir. Məhkəmə 6 x 12 x 90 = 6480 m3 dəymiş ziyan hesablanmasını əsaslı hesab etmişdir.
19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1096.1, 1096.2, 1097.1-ci; “Qaz təchizatı haqqında” qanunun 13-cü; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X5»nın 4.8, 4.9 və 6.5-ci; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.5-ci və Mülki Prosessual Məcəllənin 77.1, 9.1, 9.3, 14.2, 88 və 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamədən Cavabdeh Istehsalat Birliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə, iddia ərizəsinin rədd edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdmişdir.
21. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh IB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X5nın pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi iddiaçı İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh IB-nə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda 1-ci instansiya məhkəməsi iddia tələbini təmin edərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materialarına tərəflərindən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, 1-ci instansiya məhkəməsi əsassız yerə iddia tələbini təmin etmişdir. 1-ci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə olmasaydı 1ci instansiya məhkəməsi iddia tələbinin rəd ediməsini qət edərdi. Iddiaçı İddiaçı aid olan 100454501010000 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Iddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh Istehsalat Birliyinin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xətə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbi qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Iddiaçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdi ki, abonent təbi qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, 1-ci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
23. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Izahatında qeyd etdi ki, o, qanunsuz qoşulma halı ilə razılaşmamışdır. Məhkəmənin qətnaməsi ilə borcun tam silindiyini düşünmüşdür. O, indi bildi ki, borcun hamısı silinməyib. Bəli, həmin ünvanda yaşayır, hər ay ödənişləri etmişdir. Aktların nə vaxt və nəyə görə yazılmağından məlumatı olmayıb.
24. Işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
26. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 13, hissə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6- cı hissəsində nəzərdə tutulmuş X5 ilə tənzimlənir.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
30. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Belə ki, iddiaçı İddiaçı 8523,36 manat məbləğində borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh IB tərəfindən ##.##.2018-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 972 manat, ##.##.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 4406,40 manat, ##.##.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 691,20 manat və ##.##.2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2453,76 manat borc məbləğindən 1676,16 manat borcun silməsi barədə qətnamə qəbul edilmişdir.
33. Işdə olan Gasrep arayışdan görünür ki, iddiaçı tərəfindən 2011-ci ildən 2024-cü ilin ortalarınadık qazdan istifadə ilə əlaqədar aylıq ödənişlər edilmişdir (i.v.50-52).
34. ##.##.2018-ci il tarixli təbii X5nın pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, **/****-*****/*-** nömrəli rəyə əsasən ****AQ*********** nömrəli sayğacın çıxış plastik borusu deşilmiş, dəymiş ziyan 9720 m3 hesablanmışdır.
35. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 36.Kolleqiya qeyd edir ki, Cavabdeh IB ##.##.2018-ci il tarixli, ******* nömrəli aktda göstərilən sayğaca müdaxilə ilə bağlı pozuntunun məhz iddiaçı tərəfindən törədildiyini sübut etməli olduğu halda, bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. 37.Bundan əlavə, qanunsuz qoşulma ilə əlaqədar cavabdeh tərəfindən ##.##.2023-cü il tarixli, ******* nömrəli, ##.##.2023-cü il tarixli, ******* nömrəli və ##.##.2024-cü il tarixli ******* nömrəli aktlar tərtib edilmişdir.
38. Göründüyü kimi qeyd edilən aktlar tərtib edilərkən artıq Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1 bəndi qüvvədə idi.
39. Həmin maddəyə əsasən əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
40. Qanunvericiliyin tələbinə görə istehlakçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh Istehsalat Birliyinin istinad etdiyi aktlar üzrə göstərilən sübutlar məhkəməyə təqdim edilməmişdir.
41. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh Istehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum tərəfin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov