Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-582/2026 29.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X6 ibarət tərkibdə, X1 qızının katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və dəymiş zərərin məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Cavabdeh ##.##.2025-ci il tarixli, **-K nömrəli əmrindən görünür ki, İddiaçı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixinə kimi işlədiyi müəssisəyə GEM-ə hər hansı rəsmi sənəd təqdim edilmədən işə gəlməmişdir. Dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, bu halı bu günə qədər davam etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Cavabdeh ##.##.2025-ci il tarixli ** nömrəli əmrinə əsasən İddiaçı ##.##.2025-ci il tarixindən işdən azad olunmuşdur.
2. Iş materiallarında olan ##.##.2025-ci il tarixli, ** nömrəli əmrdən görünür ki, Cavabdeh bölməsində xadimə vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış *******000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ##.##.2025-ci il tarixdən xitam verilmişdir.
3. Iş materialarında olan Cavabdeh tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Cavabdeh ##.##.2025-ci il tarixində vəzifəsinə xitam verilməsi ilə bağlı əmrini, ##.##.2025-ci il tarixində əmək kitabçasını götürmüşdür.
4. Iş materiallarında olan Cavabdeh Həmkarlar Ittifaqı Komitəsinin ##.##.2025-ci il tarixli qərarı ilə Cavabdeh sanitar qadın (xadimə) vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır.
5. Iş materiallarında olan Cavabdeh davamiyyət cədvəlinin surətindən görünür ki, İddiaçı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək onun üçün ayrılmış hissələri imzalamamışdır.
6. Iş materiallarında olan Cavabdeh ##.##.2025-ci il tarixli aktından görünür ki, Cavabdeh dezinfeksiya bölməsində sanitar qadın işləyən İddiaçı ##.##.2025-ci il tarixdən etibarən hər hansı üzrlü səbəb və rəsmi sənəd təqdim etmədən işə gəlməmiş, telefonla əlaqə saxlanılan zaman vacib işlərinin olduğunu, işlərini bitirdikdən sonra işə çıxacağını bildirmiş, ##.##.2025-ci il tarixdə GEM-ə gələrək Q.Məmmədovadan işə gəlmədiyi günlərə imza etmək üçün tabel jurnalını verməsini tələb etmişdir. Akt dezinfeksiya bölməsinin müdiri Məmmədova Qərənfil S., Əhmədova Sevinc İ., Həmidova Reyhan E. tərəfindən tərtib edilmiş, imzaları ilə təsdiq edilmişdir.
7. Iş materiallarında olan Cavabdeh tərəfindən verilən sonuncu haqq-hesaba dair sənəddən görünür ki, sonuncu haqq-hesab 63,41 manat məbləğində müəyyən edilmişdir.
8. Iş materiallarında olan “xxxx” ASC tərəfindən verilən ödəniş tapşırığından görünür ki, İddiaçı 2025-ci il noyabr ayına dair əməkhaqqı qrafasında 56,02 qeyd edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
9. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ##.##.2025-ci il tarixli, **-K nömrəli və ##.##.2025-ci il tarixli, ** nömrəli əmrlərinin ləğv edilməsi, əvvəlki vəzifəsinə işə bərpa olunmağı, əmək müqaviləsinə xitam verildiyi ##.##.2025-ci il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi, cavabdehdən ona vurduğu mənəvi zərərə görə 10000 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ##.##.2012-ci il tarixli əmri ilə Cavabdeh dezinfektor şöbəsinin sanitar qadını vəzifəsinə təyin edilmişdir. O, Cavabdeh dezinfektor şöbəsinin sanitar qadını vəzifəsində işlədiyi dövrdə işinin öhdəsindən daim müvəffəqiyyətlə gəlmiş və öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. Onun səhhətində ciddi problemlər olduğundan, yəni o, xroniki bronxit xəstəsi olduğundan, onda əzginlik, boğulma hissi, tənəffüs çatışmazlığı və s. ciddi problemlər olduğundan xəstəliyi ilə əlaqədar bu ilin oktyabr ayının 15-dən işə çıxa bilməmişdir. Bununla əlaqədar Cavabdeh direktoru vəzifəsini icra edən Nümayəndə məlumatlandırmışdır. Nümayəndə ona 2025-ci ilin noyabr ayının 1-nə qədər müalicə almağı ilə əlaqədar işə çıxmamağına icazə vermişdir. Nümayəndə həmçinin ona 2025-ci ilin noyabr ayının 1-nə qədər sağalmasa könüllü şəkildə ərizəni yazıb işdən gedə biləcəyini bildirmişdir. O da bundan sonra müalicələrini davam etdirməyə başlamışdır. Direktorun ona verdiyi müddətin başa çatdığını, lakin sağalmadığını görmüş, 2025-ci ilin noyabr ayının 1, 2-si şənbə və bazar günlərinə təsadüf etdiyindən noyabr ayının 3-ü bülleten açdırmaq məqsədilə Şabran Rayon Mərkəzi Xəstəxanası PHŞ-yə yaxınlaşmışdır. Həmin gün həkimin qəbuluna düşə bilmədiyindən noyabr ayının 4-ü yenidən Şabran Rayon Mərkəzi Xəstəxanası PHŞ-yə yaxınlaşıb həkim Malik Xəlilovun qəbulunda olmuş və noyabr ayının 5-i ona bülleten açılmışdır. Ona həkim tərəfindən xroniki qarışıq, sadə, selikli, irinli bronxit, boğulma hissi, əzginlik, tənəffüs çatışmamazlığı və s. dioqnozlar qoyulmuşdur. Sağalmadığına görə ona hər biri 1 həftə olmaqla, 4 dəfə ardıcıl bülleten açılmışdır. Bu ilin noyabr ayının 27-si Şabran Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Səxavət Cəbrayılov onu öz kabinetinə çağırtdıraraq ona 2025-ci ilin noyabr ayının 3-dən işdən azad olunduğunu və niyə bülleten açdırdığını bildirmişdir. O isə Səxavət Cəbrayılova həmin əmrdən xəbəri olmadığını, bülleten açılan zaman sistemdə əmrin görünmədiyini bildirmişdir. Bundan sonra o, Cavabdeh direktoru vəzifəsini icra edən Nümayəndə kabinetinə gedib ##.##.2025-ci il tarixli, **-K nömrəli və ##.##.2025-ci il tarixli, ** nömrəli əmrlərin surətlərini əldə etmişdir. ##.##.2025-ci il tarixli əmrlə tanış olandan sonra ona məlum olmuşdur ki, Cavabdeh ##.##.2025-ci il tarixli, **-K nömrəli əmrində onun ilə Cavabdeh arasında bağlanmış *******000100 nömrəli əmək müqaviləsinə ##.##.2025-ci il tarixindən xitam verildiyi qeyd olunmuşdur (əsas V.S.Balayevanın ərizəsi, İddiaçı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixinə kimi işlədiyi müəssisəyə GEM-ə hər hansı rəsmi sənəd təqdim edilmədən işə gəlməmişdir. Dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, bu halı bu günə qədər davam edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə). Cavabdeh ##.##.2025-ci il tarixli, ** nömrəli əmrinə əsasən o, ##.##.2025-ci il tairxindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. Cavabdeh ##.##.2025-ci il tarixli, **-K nömrəli və ##.##.2025-ci il tarixli, ** nömrəli əmrləri qanunsuzdur, əsassızdır. Həmin qanunsuz və əsassız əmrlər əsasında o, işindən məhrum olmuşdur. Ilk növbədə qeyd edir ki, o, xəstəliyi ilə əlaqədar işə çıxa bilməmişdir. Qeyd etdiyi kimi işə çıxmaması ilə əlaqədar dərhal Cavabdeh direktoru vəzifəsini icra edən Nümayəndə məlumatlandırmışdır. Nümayəndə ona 2025-ci ilin noyabr ayının 1-nə qədər müalicə alması ilə əlaqədar işə çıxmamasına icazə vermişdir. O, həmçinin ##.##.2025-ci il tarixində Cavabdeh direktoru vəzifəsini icra edən Nümayəndə izahat yazıb təqdim etmiş və həmin izahatında göstərmişdir ki, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək səhhətində ciddi xəstəlik olduğuna görə işdə iştirak etməmişdir. Ona işə çıxmamağı ilə bağlı dəfələrlə şifahi xəbərdarlıq edilməsi barədə əmrdə qeyd olunan qeyd əsassızdır. Cavabdeh tərəf heç bir yazılı və şifahi xəbərdarlıq etmədən onu birbaşa işdən azad etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir və bu da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün əsas hesab edilir. Barəsində işdən çıxarılma barədə əmr var idisə, bülleten açdıran zaman sistemdə həmin əmr görünməli idi. Üstəlik onun üçün açılmış bülleten qeyri-qanuni şəkildə Səxavət Cəbrayılov tərəfindən onun qəbulunda olduğu ərəfədə sistemdən silinmişdir. Hansı ki, əlində onun üçün bülleten açılmasını təsdiq edən müvafiq sübutlar vardır. Əgər 3 noyabrdan işdən azad olunmuşdursa, həmin əmr barədə dərhal məlumatlandırılmalı idi. Hansı ki, ona işdən çıxma barədə məlumatı Şabran Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Səxavət Cəbrayılov öz kabinetində vermiş və o, Cavabdeh direktoru vəzifəsini icra edən Nümayəndə kabinetinə yaxınlaşandan sonra həmin əmrlərin surətlərini əldə etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.3-cü maddəsinə əsasən əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Buradan bir daha açıq aşkar bəlli olur ki, ##.##.2025-ci il tarixli, **-K nömrəli və ##.##.2025-ci il tarixli, ** nömrəli əmrlər o, bülletendə olduğu dövrdə saxtakarlıq edilərək əvvəlki tarix qeyd olunmaqla tərtib edilmişdir. Evdə ondan başqa işləyən heç kəs yoxdur. Cavabdeh qanunsuz əmrləri nəticəsində ilə o və himayəsində olan xəstə anası qazancsız, çətin vəziyyətdə qalmışlar. Həmçinin 3-cü qrup əlil qardaşı da onun himayəsində yaşayır ki, qardaşı dövlətdən pensiya belə almır. Həmçinin cavabdehin əməlləri ona mənfi təsir etmiş və o, mənəvi sarsıntılar keçirmişdir.
11. Cavabdeh Cavabdeh direktoru Nümayəndə məhkəməyə ünvanladığı etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh sanitar qadın (xadimə) vəzifəsində işləyən İddiaçı 15-## ####### 2025-ci il tarixlərində işə gəlməmişdir. İddiaçı ilə dəfələrlə əlaqə saxlanılmış, bir neçə dəfə zənglərə cavab verməmiş, sonradan işlərinin olduğunu bildirmişdir. Eyni zamanda İddiaçı işə gəlməməsi ilə əlaqədar şəxsin anası ilə əlaqə saxlanılmışdır. İddiaçı və anasına onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi barədə məlumat verilmişdir. Daha sonra İddiaçı ##.##.2025-ci il tarixdə müəssisəyə gələrək tabel jurnalını tələb etmiş və buraxılan iş günlərinə imza atmağa cəhd göstərmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, İddiaçı ##.##.2025-ci il tarixli yazılı izahatına əsasən səhhətində ciddi xəstəlik olduğuna görə işə gəlmədiyini bildirdirmişdir. Lakin buna baxmayaraq, göstərilən müddət ərzində hər hansı rəsmi sənəd təqdim etməmişdir. Həmçinin bununla əlaqədar ##.##.2025-ci il tarixli dezinfeksiya bölməsinin müdiri Məmmədova Qərənfil, təsərrüfat hissə müdiri Əhmədova Sevinc, Həmkarlar Ittifaqı Komitəsinin sədri Həmidova Reyhan tərəfindən akt tərtib olunmuşdur. İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən üzrlü səbəb olmadan uzun müddət işə gəlmədiyinə görə əmək müqaviləsinə xitam verilməsi üçün X7 Komitəsinə ##.##.2025-ci il tarixli, *** nömrəli əsaslandırılmış yazılı təqdimatla müraciət edilmişdir. Cavabdeh Həmkarlar Ittifaqı Komitəsinin ##.##.2025-ci il tarixli qərarı ilə Mərkəzində sanitar qadın (xadimə) vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. Həmçinin etiraz ərizəsinə əlavə olunmuş Cavabdeh Həmkarlar Ittifaqı Komitəsinin üzvlərinin ümumi iclasının ##.##.2025-ci il tarixli, * nömrəli protokolundan görünür ki, X7 Komitəsinin rəyasət heyətinin üzvlərinin razılığı ilə müvafiq qərar qəbul olunmuşdur. Iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinədək səhhətində olan ciddi xəstəliklə əlaqədar işə gəlməmişdir. Iddia ərizəsində iddiaçının özü bunu təsdiq etmişdir. Bununla yanaşı iddiaçının işə gəlməməsinə səbəb olan hallara dair rəsmi sənəd (xəstəlik vərəqəsi) təqdim etməmiş eyni zamanda, həmin qeyd olunan müddətlərdə (işə gəlmədiyi müddətdə) X5 Sistemində (VSIS) və ƏMAS-da həmin şəxsə dair xəstəlik vərəqəsi olmamışdır. İddiaçı üçün açılmış xəstəlik vərəqəsi onun əmək müqaviləsinə xitam verildiyi tarixdən sonrakı dövrə aiddir. Iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir.
12. Şabran Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Könül Mirzəfərova) iddia tələbi təmin edilməmişdir.
19. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 70, 72, 83-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
24. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə əsaslandırılmışdır. Iddiaçı həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri Ilə əlaqədar xitam vermək istəyən işəgötürən həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir, təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir, həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Cavabdeh ##.##.2025-ci il tarixli, **-K nömrəli və ##.##.2025-ci il tarixli, ** nömrəli əmrlərində isə bu barədə heç bir qeyd yoxdur. Göründüyü kimi belə bir razılıq olmamışdır. Həm də həmkarlar ittifaqı təşkilatının iclası keçirilmiş olsa idi o həmin iclasa dəvət edilməli idi. Sadəcə olaraq məhkəmə prosesi gedərkən cavabdeh tərəf sonradan tərtib edilmiş Cavabdeh Həmkarlar Ittifaqı Komitəsinin üzvlərinin ümumi iclasının ##.##.2025-ci il tarixli, * nömrəli protokolunu məhkəməyə təqdim etmiş və həmin sənədlə Cavabdeh sanitar qadın (xadimə) vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. Hansı ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməli, təqdimata müvafiq əsaslandırma sənədləri əlavə etməli, həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxıl olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməli idi. Işə baxan hakim nədənsə işəgötürənin müvafiq yazılı təqdimatını, təqdimata əlavə edilmiş sənədləri araşdırmaq üçün tələb etməmiş, mübahisə olduğu halda tələb etməsinə baxmayaraq, Cavabdeh Həmkarlar Ittifaqı Komitəsinin üzvlərini şahid qismində məhkəməyə dəvət edərək dindirməmişdir. Yəni formal şəkildə sonradan tərtib edilmiş Cavabdeh Həmkarlar ittifaqı Komitəsinin üzvlərinin ümumi iclasının ##.##.2025-ci il tarixli, * nömrəli protokolunu işə baxan hakim əsas olaraq qəbul etmişdir. Məhkəmədə işə baxılarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsinin tələbləri tətbiq edilməmiş, cavabdeh tərəfindən həmin maddənin tələblərinin pozulmasına hüquqi qiymət verilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. O, Cavabdeh ##.##.2012-ci il tarixli əmri ilə Cavabdeh dezinfektor şöbəsinin sanitar qadını vəzifəsinə təyin edilmişdir. Əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirmiş, Cavabdeh dezinfektor şöbəsinin sanitar qadını vəzifəsində işlədiyi dövrdə işinin öhdəsindən daim müvəffəqiyyətlə gəlmişdir. Əmək Məcəlləsinin 72-ci mədəsində nəzərdə tutulan heç bir pozuntuya yol verməmişdir. Cavabdeh ##.##.2025-ci il tarixli, **-K nömrəli və ##.##.2025-ci il tarixli, ** nömrəli əmrləri əsassız və qanunsuzdur. Həmin qanunsuz və əsassız əmrlər əsasında o, işindən məhrum olmuşdur. Məhkəmədə işə baxılarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə formal cəhətdən istinad edilsə də, cavabdeh tərəfindən həmin maddənin tələblərinə riayət edilmədiyinə hüquqi qiymət verilməmiş, həmin maddə səhv təfsir edilmişdir. Həmçinin qeyd etmişdir ki, o, subay xanımdır, 46 yaşı var. Evdə iflic vəziyyətində olan anasına baxır. Atası vəfat etdiyindən xəstə anası onun himayəsində yaşayır, ondan başqa işləyən heç kəs yoxdur. Cavabdeh qanunsuz əmrləri nəticəsində o və himayəsində olan xəstə anası qazancsız, çətin vəziyyətdə qalmışdır. Həmçinin, 3-cü qrup əlil qardaşı da onun himayəsində yaşayır ki, qardaşı dövlətdən pensiya belə almır. Özünün, anası X3 və qardaşı X2 xəstəliyinə dair sənədləri iş materiallarına əlavə etmişdir. O, xxxxndan kredit götürmüşdür. Qanunsuz şəkildə işdən azad olunduğuna görə artıq neçə aydır ki, kredit pulunu belə ödəyə bilmir. Göründüyü kimi cavabdehin qanunsuz əmri nəticəsində iş yerini itirdiyinə görə maddi sıxıntılara məruz qalmışdır. Həmçinin cavabdehin əməlləri şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuşdur. Nəticədə o, mənəvi sarsıntılar keçirmiş və ona cavabdeh tərəfindən mənəvi zərərdə dəymişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddi iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
31. Maddə 35. Əmək hüququ I. Əmək fərdi və ictimai rifahın əsasıdır. II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; (...)
32. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; (...)
Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
33. Maddə 70. Işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
1. Işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. Işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; (...)
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
34. Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
35. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
36. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
39. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...) Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
40. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak dən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Iddia tələbinin mahiyyətindən görünür ki, tələb əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlı olmaqla, əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməsindən ibarətdir.
43. Iddiaçı tələbinin faktiki əsası kimi ona istinad edir ki, onun işdən azad edilməsi barədə verilmiş əmr qanunsuzdur.
44. Iş üzrə təqdim edilmiş sənədlərdən və tərəflərin verdiyi izahatlardan aydın olur ki, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək işə gəlməmişdir. Iddiaçı noyabr ayının 1-dək işə gəlməməsi ilə bağlı ona icazə verilməsinə dair məhkəməyə sübut təqdim edə bilməmişdir. Əksinə, iddiaçının iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli izahatından aydın olur ki, işəgötürən iddiaçının işdə olmaması səbəblərini aydınlaşdırmış və buna dair ondan izahat almışdır. Bundan sonra, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən üzrlü səbəb olmadan uzun müddət işə gəlməməsinə görə əmək müqaviləsinə xitam verilməsi üçün X7 Komitəsinə ##.##.2025-ci il tarixli, *** nömrəli təqdimatla müraciət edilmiş, komitənin ##.##.2025-ci il tarixli qərarı ilə iddiaçının əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır.
45. Göründüyü kimi iddiaçının istinad etdiyi özünə aid xəstəlik vərəqəsi onun əmək müqaviləsinə xitam verildiyi tarixdən sonrakı dövrə aid olmuşdur. Həmçinin, o, işdə olmadığı müddətdə özünün və ya anasının xəstəliyi barədə işəgötürənə məlumat verməmiş, bir neçə iş günü işə gəlməmişdir. Bu isə əmək qanunvericiliyinə əsasən kobud pozuntu hesab edilir.
46. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci madəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
47. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə əməl edilmiş, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasına səbəb olan hallara, o cümlədən cavabdeh tərəfindən iddiaçıya mənəvi ziyan vurulması hallarına yol verilməmişdir.
49. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Beləliklə birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırıldığından, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmədiyindən, məhkəmə kollegiyası hesab ki, apellyasiya şikayəti təmin edilməməli, Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.