Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2565/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı X3 cavabdehlər İsmayılov Sarıxan İdris oğlu, İsmayılova Vahidə Dostumalı qızı, İsmayılova Zenfira Sarıxan qızı, İsmayılov Fazil Sarıxan oğluna qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçı X3 cavabdehlər İsmayılov Sarıxan İdris oğlu, İsmayılova Vahidə Dostumalı qızı, İsmayılova Zenfira Sarıxan qızı, İsmayılov Fazil Sarıxan oğluna qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayılov Sarıxan İdris oğlu, İsmayılova Vahidə Dostumalı qızı, İsmayılova Zenfira Sarıxan qızı, İsmayılov Fazil Sarıxan oğlunu ailə üzvləri və əmlakları ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, ev 45, mənzil ** saylı mənzildən çıxarılmasına və mənzili boşaldaraq İddiaçı təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin, ödənilmiş 100 manat dövlət rüsumunun geri qaytarılması qərara alınmışdır. İddiaçı X3 ##.##.2026-cı il tarixdə şikayətlə məhkəməyə müraciət edərək, iş üzrə Suraxanı rayon məhkəməsinin *(*-***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılır ki, birinci instansiya məhkəməsi tərəfindən ərizəyə baxılarkən hərtərəfli, tam, obyektiv şəkildə araşdırma aparılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməyərək, düzgün olmayan, əsassız, qanunsuz qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 149.2 və 149.2.2-ci maddələrinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edərsə), cavadehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəm iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adi), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və olduğu yer(həm faktiki, həmdə rəsmi qeydə alındığı ünvan), yazışmaların aparılmasınıın istənildiyi digər ünvan, olduğu halda -iş yerinin ünvanı, telefon nömrələri, O cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxsləin eyniləşdirmə məlumatları(şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 149.2 və 149.2.2-ci maddələrin tələblərinə riayət edərkən prosessual qənaət prinsipini pozaraq, ciddi bir bir səbəb olmadan, 34 ildən sonra məcburi köçgünlər tərəfindən zəbt edilmiş mənzilinə köçmək istəyən iddiaçı İddiaçı iddia ərizəsini geri qaytarmış və ödənilmiş 100 manat dövlət rusumun büdcədən geri qaytarılamsı barədə qərar qəbul etmişdir. Bununlada hakim həmin 100 manat dövlət rusumun geri qaytarılmasını demək olar ki, mümkünsüz etmiş və bir çox xəstəliklərdən əziyyət çəkən iddiaçının sözügedən 100 manat rusumu geri almaq üçün azı 100 dəfə banka getməli olduğunu "təmin" etmişdir. Halbuki, hakim prosessual qənaət prinsipinə əməl edərək, iddia ərizəsində çatışmayan xırda məsələləri məhkmənin birinci hazırlıq iclasında həll edə bilərdi. Hakimin bu yanaşması, ictimai əhəmiyyət kəsb edir və bütün ümüdləri məhkəmələrə olan vətəndaşların məhkəmələrdən narazı qalmasına gətirib çıxarır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 149.2 ve 149.2.2-ci maddələrin tələblərini pozmuşdur. Məhkəmənin ## ### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149.2-ci və 149.2.2-ci maddələrinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İddiaçının iddia ərizəsindən adları çəkilmiş cavabdehləri eyniləşdirməyə imkan verən bütün zəruri məlumatların təqdim edilmədiyi müəyyən olunur. Belə ki, iddiaçı cavabdehlərdən İsmayılov Sarıxan İdris oğlu, İsmayılova Vahidə Dostumalı qızı, İsmayılova Zenfira Sarıxan qızı, İsmayılov Fazil Sarıxan oğlunun yalnız yaşayış ünvanlarını qeyd etmiş, eyniləşdirməyə dair digər mühüm məlumatları isə (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) göstərməmişdir. İddia tələbinin yönəldiyi digər cavabdehlərin isə kimlərdən ibarət olması barədə heç bir məlumat vermədən onları “ailə üzvləri” kimi təqdim etmişdir. Göründüyü kimi həmin cavabdehlər aydın və konkret ifadə olunmamışdır. Göründüyü kimi iddiaçı iddia ərizəsinin forma və məzmununa aid mülki prosessual qanunvericiliyin imperativ göstərişlərinə riayət etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarını və sadalanan prosessual hüquq normalarını nəzərə almaqla iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya həmçinin qeyd edir ki, MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-264, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin ediməsin. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(3-6)-2565/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2565/2026
24.06.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver