Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-261/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Üçüncü şəxs Şirvan Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi İsmayılov İlqar Nəriman oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Şirvan-Salyan Regional Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)- ***/**** nömrəli ## #### 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Şirvan şəhər prokurorluğunun ## ###### 2021-ci il tarixli məktubundan və Şirvan şəhər prokurorluğu tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim olunmuş ##.##.2021-ci il tarixli cinayət təqibinə xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad olunması barədə haqqında qərardan müəyyən olunur ki, Şirvan şəhəri * saylı “xxxx” körpələr evi-uşaq bağçasında qanunsuzluqların olması faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə İddiaçı əməllərində Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayətlərin tərkibi müəyyən edilsə də, qeyd edilən cinayət əməlləri nəticəsində mənimsədiyi pul vəsaitlərini dövlət büdcəsinə bərpa etdiyindən, mənimsənilmiş pul vəsaitlərinin 25 faizi miqdarında Azərbaycan Respublikası Baş Prokurorluğunun hesabına ödəniş edildiyindən, bununla bağlı iş üzrə Şirvan Şəhər İcra Hakimiyyətinin şikayəti və tələbi olmadığından Cinayət Məcəlləsinin 73-1.2-ci və Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddələrinə əsasən İddiaçı barəsində aparılan cinayət təqibinə xitam verilmişdir. Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2022-ci il tarixli məktubda qeyd olunur ki, 05-## #### 2022-ci il tarixlərdə Şirvan şəhəri * saylı “xxxx” körpələr evi-uşaq bağçasında İddiaçı iştirakı ilə yoxlamalar aparılmışdır. Yoxlama zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə əsasən bağçada 2021/2022-ci tədris ilində qrupların komplektləşdirilməsində uşaqların yaşı nəzərə alınmamış, səhv komplektləşdirmə nəticəsində yaradılmış məktəbə hazırlıq qrupunun açılması ilə Nazirlər Kabinetinin 1996-cı il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş * nömrəli əlavənin tələblərinə zidd olaraq 2 ştat tərbiyəçi vəzifəsi, 1,5 ştat tərbiyəçi köməkçisi-dayə vəzifəsi, 0,5 ştat aşpaz vəzifəsi, 0,25 ştat musiqi rəhbəri vəzifəsi, 0,25 ştat paltaryuyan vəzifəsi üzrə artıq ştat yaradılmışdır. Həmçinin ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş * nömrəli əlavənin 8-ci qeydində göstərilmiş 1 ştat istilik sisteminin xidmətinə görə fəhlə vəzifəsi binanın qızdırılma mövsümü başa çatdırılsa da maliyyələşdirilməsi dayandırılmamışdır. Şirvan-Salyan Regional Təhsil İdarəsinin “xxxx” körpələr evi-uşaq bağçası üzrə ilk həmkarlar təşkilatına ünvanlandığı ## ###### 2022-ci il tarixli müraciətdə göstərilmişdir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müvafiq əmri ilə 5-# #### 2022- ci il tarixlərdə Şirvan şəhəri * saylı “xxxx” körpələr evi-uşaq bağçasında yoxlamalar aparılmış və bir sıra nöqsan və çatışmazlıqlara yol verildiyi müəyyən olunmuşdur. Bağça müdiri normativ tələblərə zidd olaraq süni şəkildə qrup komplektlərinin sayının artırması nəticəsində artıq büdcə vəsaitlərinin xərclənməsi hallarına yol verilmişdir. Bağça müdiri idarəetməni təşkil edə bilməmiş, müəssisədə öyrədici və sağlam psixoloji mühitin çox aşağı səviyyədə olduğu müəyyən edilmişdir. Bununla əlaqədar rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Şirvan şəhəri * saylı “xxxx” körpələr evi-uşaq bağçasının müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi məqsədəmüvafiq hesab edilmişdir. ## ###### 2022-ci il tarixli akta əsasən, Şirvan-Salyan Regional Təhsil İdarəsinin ## ###### 2022-ci il tarixli əmrinə əsasən, Şirvan şəhər * saylı “xxxx” körpələr evi-uşaq bağçasında yoxlama aparılmış və maliyyə-təsərrüfat, mal-material, təhsil sənədlərinin tədris prosesinin və bağlanmış əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinin qanunvericiliyin tələblərinə uyğun olması, Nazirlər Kabinetinin ## #### 1994-cü il tarixli *** nömrəli qərarının icra vəziyyəti yoxlanılmışdır. 05-## #### 2022-ci il tarixlərində * saylı “xxxx” körpələr evi-uşaq bağçasında aparılmış yoxlama nəticəsində məktəbəqədər təhsil müəssisəsinə aid olan sənədlərin düzgün tərtib olunmaması və ya sənədlərin ümumiyyətlə olmaması, əmr kitabının, daxili intizam qaydaları kitabının, məktəbəqədər təhsil müəssisəsi ilə hər bir uşağın valideyn və ya qanuni nümayəndəsi arasında bağlanmış müqavilə, uşaqların tibbi mübadilə vərəqəsi, Pedaqoji Şuranın protokol kitabı ilə bağlı aşkar olunmuş nöqsanların aradan qaldırılması ilə əlaqədar olaraq araşdırma aparılarkən məlum oldu ki, göstərilən nöqsanlar aradan qaldırılmamışdır. Belə ki, müəssisənin müdiri tərəfindən komissiya üzvlərinə bildirildi ki, əvvəlki yoxlama nəticəsində aşkar olunmuş nöqsanlar aradan qaldırılmayıb və təhsil sənədləri yerində deyildir. Bağça müdiri tərəfindən pedaqoji şuranın protokol kitabı, şagirdlərin nəzarət kitabı, əmr kitabı ümumiyyətlə müəssisəyə aid olan hər hansı bir sənəd komissiya üzvlərinə təqdim olunmayıb. Monitorinq zamanı saat 10:07 olduğu halda aşpaza təsdiqli, möhürlənmiş günün menyusu təqdim edilmədiyi və anbardan buraxılış tələbnaməsi verilmədiyi aşkar olunmuşdur. Aşpazdan alınmış izahata əsasən məlum olmuşdur ki, bugünki səhər yeməyində 64 uşağa 60 yumurta qaynadılmışdır. Araşdırma zamanı təsərrüfat müdiri izahatında bildirdi ki, 30 yumurta 16 avqust tarixi üçün çıxarılmış, lakin qaz kəsildiyi üçün bişirilib uşaqlara verilməmişdir. Bu səbəbdən də həmin 30 yumurtanın bügünki ## ###### 2022-ci il menyuya əlavə olunduğu aşkar edilmişdir. Anbardan 64 uşaq üçün ərzaq məhsulları buraxılsa da, menyu olmadığı üçün aşpaz 60 uşaq üçün yemək hazırlamışdır. Qruplar üzrə uşaqların davamiyyətinə baxış zamanı birinci kiçik qrupda (2-3 yaş) 3 nəfər uşağın sistemdə və jurnalda qeydiyyat olmadan təlim-tərbiyə aldığı aşkarlanmışdır. 16 uşaqdan 2-si gəlmədiyi halda davamiyyət jurnalında hamısının iştirakı göstərilmişdir.İkinci kiçik qrupa baxış zamanı Məhəmməd adlı uşağın qrupda sistemdənkənar əyləşdiyi və adının jurnalda olmadığı aşkar edilmişdir. Orta qrupa (3-4 yaş) baxış zamanı isə 2 uşaq sistemdənkənar qrupda əyləşmişdir. Məlum olmuşdur ki, uşaqların davamiyyət jurnalında Əliyeva Sevilin adı olduğu halda sistemdə yoxdur, lakin Mikayılın isə adı heç bir qeydiyyatda yoxdur. İddiaçı həmin tarixdə keçirilmiş yoxlama zamanı tərtib edilmiş akta imza atmaqdan imtina etmişdir. Şirvan şəhəri * saylı “xxxx” körpələr evi-uşaq bağçası ilk həmkarlar komitəsinin ## ###### 2022-ci il tarixli, ** saylı protokoluna əsasən, Şirvan Salyan Regional Təhsil İdarəsi tərəfindən Şirvan şəhəri * saylı “xxxx” körpələr evi uşaq bağçasının müdiri vəzifəsində işləyən İddiaçı qanunsuz hərəkətlərə yol verməsi ilə bağlı Şirvan Şəhər Prokurorluğunda aparılmış araşdırma nəticəsində onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. Komitə tərəfindən İddiaçı tutduğu vəzifədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilmədiyi bildirilmişdir. Cavabdeh tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, K-*** nömrəli əmrə əsasən, Şirvan- Salyan Regional Təhsil İdarəsi tərəfindən Şirvan şəhəri * saylı “xxxx” körpələr evi-uşaq bağçasında aparılmış yoxlamalar nəticəsində əmək qanunvericiliyinin tələblərinin pozulduğu, sənədləşmə işlərinin düzgün aparılmadığı, müəssisəyə rəhbərlik və nəzarətin yarıtmaz təşkil olduğu və digər qanunvericilik pozuntuları aşkar olunduğundan Şirvan şəhəri * saylı “xxxx” körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ##.##.2022ci il tarixdən ləğv edilmişdir. Şirvan Şəhər Prokurorluğu tərəfindən Şirvan-Salyan Regional Təhsil İdarəsinə ünvanlanmış ##.##.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, Şirvan Şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, 308.1 və 311.3.2-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Şirvan şəhəri * saylı “xxxx” körpələr evi-uşaq bağçasının sabiq müdiri İddiaçı ##.##.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs İddiaçı törətdiyi cinayət əməli nəticəsində dövlət büdcəsinə ümumilikdə 21130,01 manat məbləğində maddi ziyan vurulmuşdur. Şirvan-Salyan Regional Təhsil İdarəsi zərərçəkmiş şəxs qismində işə cəlb olunmuşdur. İstintaq davam edir. ## ######## 2023-cü il tarixli ittiham aktına əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələri ilə ittiham elan edilmişdir ona görə ki, o, Şirvan şəhər İcra Hakimiyyəti Başçısının ** nömrəli, ## #### 2016-cı tarixli əmri ilə ## #### 2016-cı il tarixdən Şirvan şəhər * saylı “xxxx” körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə təyin edilməklə ## ###### 2022-ci il tarixədək həmin vəzifədə işləyərkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *** nömrəli, ## ####### 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”-nə əsasən, müdir kimi qanunla müəyyən edilmiş qaydada dövlət müəssisəsinə təyin edilməklə dövlət əmlakı və vəsaitlərinin idarə edilməsi, həmçinin kadrların işə qəbulu, əmək haqlarının ödənişləri, körpə və uşaq kontingentinin formalaşdırılması, qrupların, məşğələ saatlarının müəyyənləşdirilməsi, təminat növləri ilə təchiz etmə sahəsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni saxta nüfuz qazanmaq məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, ona etibar edilmiş Şirvan-Salyan Regional Təhsil idarəsinə məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə israf etmə yolu ilə talamaq məqsədilə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *** nömrəli, ## ####### 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”-nin 3.2ci maddəsinin tələblərinə əsasən 2021-2022-ci il tədris ili üçün komplektləşdirmə aparılan zaman 1-3 yaş və 3-6 yaş aralığında olmaqla 2 qrup yaratmalı olduğu halda məktəbəqədər təhsil müəssisəsində qruplar üzrə uşaqların sıxlığının təşkil edilməsinin tələblərini pozaraq, 2021-2022-ci il tədris ili üçün komplektləşdirmə aparılan zaman 1-3 yaş və 3-6 yaş aralığında olmaqla 2 qrup yaratmalı olduğu halda ** nömrəli, ## ######## 2021- ci il tarixli əmrlə qrupların qəsdən artıq komplektləşdirilməsi ilə 6 qrupun fəaliyyət göstərməsinin təsdiq edilməsinə nail olub, kiçik yaşlı (körpə) qrup üzrə 5 uşaq və böyük yaşlı (bağça) qrup üzrə 5 uşaq olmaqla, ümumilikdə 10 uşağa görə ## ######## 2021-ci il tarixdən ## #### 2022-ci il tarixədək olan müddətdə 243 iş gününə görə və gündəlik bir uşaq gününə düşən ərzaq xərci orta hesabla 1,76 manat olmaqla, ümumilikdə 2.630,23 manat pul vəsaitinin artıq xərc edilməsi ilə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edərək israf etmə yolu ilə talamış, həmin hərəkətləri ilə Şirvan-Salyan Regional Təhsil idarəsinin əmlakın qorunub saxlanılması, maliyyə vəsaitlərindən qənaətlə və fəaliyyət məqsədlərinə uyğun istifadə edilməsi ilə əlaqədar qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni saxta nüfuz qazanmaq məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, Şirvan-Salyan Regional Təhsil idarəsinə məxsus olmaqla ona etibar edilmiş özgə əmlakını təkrarən öz qulluq mövqeyindən istifadə etməklə israf etmə yolu ilə talamaq məqsədilə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ** nömrəli, ## ### 1996-cı il tarixli “Büdcədən maliyyələşən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatları” haqqında Qərarının tələblərinə əməl etməyib tarifləşmə cədvəlində nəzərdə tutulan binaların, qurğuların, avadanlığın cari təmiri və xidmət üzrə fəhlə vəzifəsi binanın qızdırılma mövsümü üçün nəzərdə tutulduğu halda, özü tərəfindən qəbul edilmiş ## #### 2020-ci il tarixli, ** nömrəli əmrlə 1 ştat istilik sisteminə xidmət edən fəhlə və 0,5 ştat santexnik vəzifələrinə təyin edilmiş X1 mövsümdən kənar aylarda, istilik sisteminə xidmət edən fəhlə vəzifəsindən irəli gələn öhdəliklərini və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək funksiyalarını icra etmədiyi halda 2022-ci ilin aprel, may və iyun aylarında Şirvan şəhər, H.Əliyev prospektində yerləşən Şirvan şəhər * saylı “xxxx” körpələr evi-uşaq bağçasında xidməti otağında 2022-ci ilin aprel, may və iyun aylarının iş vaxtının uçotu tabeli sənədlərinə vahid şəxsi niyyətlə bilə-bilə Fuad Abasovun işə çıxaraq istilik sisteminə xidmət edən fəhlə kimi öz öhdəliklərini yerinə yetirməsi barədə saxta məlumatları daxil edərək vəzifə saxtakarlığı etmiş, həmin tarixlərdə qeyd olunan sənədləri “xxxx” ASC-nin Şirvan şəhər filialına göndərməklə sonuncunun adına verilmiş “xxxx” ASC-yə məxsus ****-XXXX-XXXX-**** nömrəli plastik əməkhaqqı bank kartına 2022-ci ilin aprel ayı üçün 131,80 manat, may ayı üçün 263,60 manat, iyun ayı üçün 263,60 manat olmaqla cəmi 659,00 manat məbləğində pul vəsaitinin hesablanaraq köçürülməsini təmin etməklə Fuad Abasovun həmin pul vəsaitini 2022-ci ilin aprel, may və iyun aylarında Şirvan şəhərində yerləşən bankomatlardan nağdlaşdırmaqla şəxsi ehtiyaclarına sərf etməsinə nail olaraq, Şirvan-Salyan Təhsil idarəsinə məxsus olmaqla ona etibar edilmiş 659 manat məbləğində pul vəsaiti vahid niyyətlə təkrarən öz qulluq mövqeyindən istifadə etməklə israf etmə yolu ilə talamış, həmin hərəkətləri ilə Şirvan-Salyan Regional Təhsil idarəsini əmlakın qorunub saxlanılması, maliyyə vəsaitlərindən qənaətlə və fəaliyyət məqsədlərinə uyğun istifadə edilməsi ilə əlaqədar qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, rəsmi sənədlərin məzmununa vahid şəxsi niyyətlə biləbilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Şirvan Şəhər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2024-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 179.2.2 və 313-cü maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə 4300 manat məbləğində cərimə cəzasına və Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə 1600 manat məbləğində cərimə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etməklə qəti olaraq 4300 manat cərimə cəzasının təyin edilməsi hökm edilmiş, maddi sübut və digər məsələlər həll edilmişdi. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, ## ######## 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2024-cü il tarixli hökmünün dəyişdirilməsi, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən İddiaçı cəza təyin edilməməsi, hökmün qalan hissədə dəyişirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə kassasiya şikayət qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, ## ######## 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106) ***/**** nömrəli, ## ####### 2025-ci il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2024-cü il tarixli hökmünün ləğv edilməsi, Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CMnin 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələri ilə verilmiş ittihamlar üzrə İddiaçı bəraət verilməsi və Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106) ***/**** nömrəli, ## ####### 2025-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2022-ci il tarixli K-*** nömrəli əmrin ləğv edilməsi, onun Şirvan şəhəri * saylı “xxxx” körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə bərpa olunması, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, habelə hüquqi xidmətə görə 510 manat və mediasiya ilə bağlı ödənilmiş 51 manat pul vəsaitlərinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdehin ##.##.2022-ci il tarixli K-*** nömrəli əmri ilə Şirvan şəhəri * saylı “xxxx” körpələr evi-uşaq bağçasının müdiri vəzifəsindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ## ###### 2022-ci il tarixdən azad olunmuşdur. Əmrin məzmunundan görünür ki, əmrin verilməsi üçün əsas Şirvan-Salyan Təhsil İdarəsinin müdiri Sənan Məsimlinin əsaslandırması, ATİAHİ-nin Şirvan şəhəri * saylı “xxxx” körpələr evi-uşaq bağçasının ilk Həmkarlar Komitəsinin ## ###### 2022-ci il tarixli ** nömrəli protokolundan çıxarış, müvafiq izahatlar və aktlar olmuşdur. Əmrin verilməsi üçün əsas götürülmüş sənədlərin nüsxəsinin təqdim olunması ilə bağlı həm Nazirliyə, həm də Şirvan- Salyan Təhsil İdarəsinə vəkil sorğusu ilə müraciət olunsa da, hazırki iddianın verildiyi vaxta Nazirlikdən ümumiyyətlə hər hansı bir cavab verilməmiş, İdarədən isə verilmiş cavab və əlavə olunmuş sənədlər natamam olmuşdur. Hesab edir ki, işdən azad olunması tamamilə qanunsuz olmuş, lakin müvafiq vəkil sorğusuna ətraflı cavab verilmədiyindən hazırki iddianı müvafiq xüsusatlara istinad etməklə əsaslandırmaq qeyri-mümkün olmuşdur. Faktiki olaraq qərəzli şəkildə işdən çıxarılmış, bunun səbəbi 2022-ci ilin iyun ayının əvvəlində hüquq-mühafizə orqanlarına və hətta cavabdehin özünə yazılı şəkildə etdiyi şikayətlər olmuş, onun şikayətlərini araşdırmaq əvəzinə cavabdeh tərəf əvəz çıxmaq üçün süni şəkildə əldə olunmuş əsaslarla onu işdən çıxarmışdır. İş o həddə çatmışdır ki, bütün təzyiqlərin nəticəsində səhhətində ciddi narahatçılıqlar olmuş, dəfələrlə təcili tibbi yardımın xidmətlərindən istifadə etmiş, lakin rayon səviyyəsində cavabdeh qurumun etdiyi təzyiqlər nəticəsində ona “bülleten” açılmamış, məqsəd isə qanunsuz əmrin guya qanunlar çərçivəsində qəbul edildiyini pərdələməkdən ibarət olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## #### 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olmaması barədə iddiaçının arqumentləri əsaslı hesab edilə bilməz. İddia ərizəsi və iddiaçının vəkili və nümayəndəsinin izahatlarında bildirdiyi bir qisim hallar (kobud pozuntulara yol verilməməsi, iddiaçıya qarşı cavabdehin qərəzli mövqedə olması) mülki işin materialları ilə öz təsdiqini tapmır. Eyni zamanda göstərilən dəlillərin digər qismi – həmkarlar ittifaqının əvvəlki protokolunun ləğv edilməsi, iddiaçının bir neçə dəfə təcili tibbi yardıma müraciət etməsi, tarifləşmə cədvəllərində fərqin müəyyən edilməməsi və s. ümumiyyətlə əmrin ləğvi üçün əsas ola bilməz. Məhkəmə qeyd etmişdir ki, həm bağçada aparılan yoxlama nəticəsində tərtib edilmiş aktdan və müvafiq izahatlardan, həm də ibtidai istintaq orqanının cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilmə haqqında qərarı ilə iddiaçının bağça müdiri kimi fəaliyyəti dövründə ciddi nöqsanlara yol verməsi, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarının yerinə yetirməməsi öz təsdiqini tapır. İbtidai istintaq orqanının qərarı ilə iddiaçı cinayət məsuliyyətindən azad edilsə də, buna əsas qismində onun tərəfindən pul vəsaitlərinin dövlət büdcəsinə bərpa edilməsi və həmin pul vəsaitlərinin 25 faizi miqdarında Baş Prokurorluğunun hesabına ödəniş etməsi göstərilmişdir. Həmin qərar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə baxışı zamanı əmrin ləğvi üçün əsas ola biləcək cavabdeh tərəfindən qanunvericiliyin normalarının pozulması faktı aşkar edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat: Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş və onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cinayət təqibinə xitam verilməsi və iddiaçının cinayət məsuliyyətindən azad olunması bəraətverici əsaslarla olmamış, iddiaçının əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi müəyyən edilsə də, qeyd edilən cinayət əməlləri nəticəsində mənimsədiyi pul vəsaitlərini dövlət büdcəsinə bərpa etdiyindən, mənimsənilmiş pul vəsaitlərinin 25 faizi miqdarında Azərbaycan Respublikası Baş Prokurorluğunun hesabına ödəniş edildiyindən, bununla bağlı iş üzrə Şirvan Şəhər İcra Hakimiyyətinin şikayəti və tələbi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddələrinə əsasən onun barəsində aparılan cinayət təqibinə xitam verilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, rayon məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, iddiaçının işdən azad olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır. 05-## #### 2022-ci il tarixlərdə * saylı “xxxx” körpələr evi uşaq bağçasında aparılmış yoxlama nəticəsində məktəbəqədər təhsil müəssisəsinə aid olan sənədlərin düzgün tərtib olunmaması və ya sənədlərin ümumiyyətlə olmaması və s. nöqsanlar aşkar edilmişdir. Daha sonra ## ###### 2022-ci il tarixdə yenidən yoxlama aparılmış və müəyyən edilmişdir ki, əvvəlki yoxlama nəticəsində aşkar olunmuş nöqsanlar aradan qaldırılmamışdır. Müvafiq akt tərtib edilmişdir. Bunun nəticəsi olaraq həmkarlar ittifaqına müraciət edilmiş və Komitə tərəfindən iddiaçının tutduğu vəzifədən Əmək Məcəlləsinin 70 “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir. ##.##.2022-ci il tarixli əmrlə iddiaçı işdən azad edilmişdir. Həmçinin aşkar edilmiş nöqsanlara bağlı Şirvan Şəhər Prokurorluğuna müraciət edilmiş və Şirvan Şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, 308.1 və 311.3.2-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Şirvan şəhəri * saylı “xxxx” körpələr evi-uşaq bağçasının sabiq müdiri İddiaçı ##.##.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs İddiaçı törətdiyi cinayət əməli nəticəsində dövlət büdcəsinə ümumilikdə 21130,01 manat məbləğində maddi ziyan vurulmuşdur. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının barəsində qanuni qüvvəsini almış ittiham hökmü olmasa da, aparılmış yoxlamalarla onun tərəfindən əmək qanunvericiliyinin ciddi pozuntusuna yol verilməsi aşkar olunmuş və işdən azad olunmasına səbəb də məhz həmin nöqsanlar olmuşdur. İddiaçı tərəfindən ciddi nöqsanlara yol verilməsi öz təsdiqini tapmışdır. Məhkəmə hesab etmişdir ki, əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməmiş, əmrin ləğv edilməsi üçün hər hansı əsas yoxdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-*/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## #### 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işdən azad olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır. 05-## #### 2022-ci il tarixlərdə * saylı “xxxx” körpələr evi-uşaq bağçasında aparılmış yoxlama nəticəsində məktəbəqədər təhsil müəssisəsinə aid olan sənədlərin düzgün tərtib olunmaması və ya sənədlərin ümumiyyətlə olmaması və sair bu kimi nöqsanlar aşkar edilmiş, ## ###### 2022-ci il tarixdə aparılmış təkrar yoxlama zamanı həmin nöqsanların aradan qaldırılmadığı müəyyən edilmişdir. İddiaçının müdir işlədiyi müəssisədə aşkar edilmiş qanun pozuntuları ilə bağlı Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə istintaq edilən cinayət işi üzrə onun barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan Cinayət Məcəlləsinin 73- 1.2-ci və Cinayət Prosessual Məcəlləsinin 40.3- cü maddələrinə əsasən xitam verilməsi, habelə müəssisədə aparılmış yoxlamanın nəticələri əlaqədar ## ###### 2022-ci tarixdə başlanmış cinayət işi üzrə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, 308.1 və 311.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs kimi cəlb olunması işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin əsaslı olmasına dəlalət edir. İddiaçı ilə olan əmək müqaviləsi xitam verilməsi barədə Cavabdeh tərəfindən verilmiş ## ###### 2022-ci il tarixli, K*** nömrəli əmrə görə Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən Şirvan şəhəri * saylı “xxxx” körpələr evi-uşaq bağçasında aparılmış yoxlamalar nəticəsində əmək qanunvericiliyinin tələblərinin pozulduğu, sənədləşmə işlərinin düzgün aparılmadığı, müəssisəyə rəhbərlik və nəzarətin yarıtmaz təşkil olduğu, mövcud qanunvericiliyin tələblərinin kobud pozulduğu və digər nöqsan və çatışmazlıqların yol verildiyi aşkar olunması nəzərə alınmaqla Şirvan şəhəri * saylı “xxxx” körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ##.##.2022-ci il tarixdən ləğv edilmiş, əmrin verilməsi üçün əsas kimi Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdirinin əsaslandırması, Şirvan şəhəri * saylı “xxxx” körpələr evi-uşaq bağçası ilk həmkarlar komitəsinin ## ###### 2022-ci il tarixli, ** saylı protokolu, müvafiq izahatlar və aktlar göstərilmişdir. İş materiallarından görünür ki, Şirvan şəhəri * saylı “xxxx” körpələr evi uşaq bağçasında 3 dəfə yoxlama aparılmışdır. Birinci yoxlama Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətin * saylı Regional Maliyyə müfəttişliyi tərəfindən aparılmış, yoxlama 2015-ci il - ## ###### 2021-ci dövrü əhatə etmiş, həmin yoxlama zamanı aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar material prokurorluğa göndərilmiş, Şirvan şəhər prokurorunun ## ####### 2021ci il tarixli qərarı ilə fakta görə Cinayət Məcəlləsinin 179.2.4 və 179.2.4-cü maddələri cinayət işi başlanmış, ## ###### 2021-ci il tarixli qərarla körpələr evi-uşaq bağçasının müdiri İddiaçı barəsində Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə bəraətverici əsaslar olmadan Cinayət Məcəlləsinin 73-1.2-ci və Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddələrinə əsasən xitam verilmiş, onun Cinayət Məcəlləsinin 311.1 və 313-cü maddələri ilə və daha üç nəfər haqqında Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Rayon prokurorluğunun cinayət təqibinə xitam verilməsinə dair qərarında göstərilən hallar göstərilməklə Şirvan-Salyan Regional idarəsinin müdiri ## #### 2022-ci il tarixdə körpələr evi-uşaq bağçasının müdiri İddiaçı ilə olan əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin “c” bəndi ilə ləğv olunmasına razılıq alınması üçün ilk həmkarlar komitəsinə təqdimatla müraciət etmiş, Şirvan şəhəri * saylı “xxxx” körpələr evi-uşaq bağçası ilk həmkarlar komitəsinin ## #### 2022-ci il tarixli ** saylı iclasın protokol qərarı ilə İddiaçı ilə olan əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “c” bəndi ilə ləğv olunmasına razılıq verilmişdir. Lakin həm işəgötürənin, həm də ilk həmkarlar komitəsinin bu hərəkətlərinin sonrakı nəticəsi, yəni İddiaçı ilə olan əmək müqaviləsinə xitam verilib-verilməməsi, yaxud digər intizam tənbehi tədbirinin görülüb-görülməməsi, əgər tədbir görülməmişdirsə bunun səbəbləri barədə iş materiallarında hər hansı məlumat mövcud deyildir. İddiaçı tərəf bağçası ilk həmkarlar komitəsinin ## #### 2022-ci il tarixli ** saylı iclasın protokol qərarının saxta olması, həmkarlar komitəsinin üzvlərinin İddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsinin əleyhinə olmaları, iclasın keçirilmədiyini irəli sürsə də məhkəmələr bu məsələni araşdırmamışdır. Cavabdeh idarənin təqdim etdiyi sənədlərə görə Şirvan şəhəri * saylı “xxxx” körpələr eviuşaq bağçasında növbəti iki yoxlama 5-# #### 2022-ci il və 16-## ###### 2022-ci il tarixlərdə keçirilmiş və # ###### 2021-ci ildən ## ###### 2022-ci ilə qədər olan dövrü əhatə etmişdir. Həmin yoxlamanın nəticələri ilə bağlı İddiaçı ilə olan əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndli ilə xitam verilmiş, ilk həmkarlar komitəsinin ## ###### 2022-ci il tarixli, ** saylı protokol qərarı ilə buna razılıq verilmiş, yoxlama materialları isə cinayət təqibi qaydasında tədbir görülməsindən ötrü prokurorluğa göndərilmişdir. İşdən daha sonra görünür ki, iddianı rədd edən birinci instansiya məhkəməsi yoxlama zamanı iddiaçı İddiaçı fəaliyyətində aşkar edilmiş nöqsan və çatızmazlıqlarla bərabər həmin faktların Şirvan şəhər prokurorluğunun cinayət işinin başlanmasına dair ## ####### 2021-ci il tarixli və cinayət təqibinə xitam verilməsin barədə ## ###### 2021-ci il tarixli qərarlarına da istinad etmiş, hesab etmişdir ki, yoxlama zamanı körpələr evi-uşaq bağçasında aşkar edilmiş faktlar həmin qərarlarla da öz təsdiqini tapmışdır. Apellyasiya məhkəməsi isə daha irəli gedərək qeyd etmişdir ki, iddiaçı İddiaçı fəaliyyətindəki, qanun pozuntuları Şirvan şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, 308.1 və 311.3.2-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi (2-ci iş) üzrə Şirvan şəhəri * saylı “xxxx” körpələr evi-uşaq bağçasının sabiq müdiri İddiaçı ##.##.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan ittihamın elan edilməsi keçirilmiş yoxlamalarla onun tərəfindən əmək qanunvericiliyinin ciddi pozuntusuna yol verilməsi bir daha öz təsdiqini tapmışdır. Məhkəmə Kollegiyası hesab etmişdir ki, işə baxan aşağı instansiya məhkəmələrinin qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan ibtidai istintaq orqanının qərarlarına əsaslanmaqla iddiaçı İddiaçı fəaliyyətindəki nöqsan və çatışmazlıqların öz təsdiqini tapması qənaətinə gəlməsi, Şirvan şəhəri * saylı “xxxx” körpələr evi-uşaq bağçasında keçirilmiş yoxlamaların nəticələrinin mötəbərliliyinin şübhə altına alınması anlamına gəlir. Apellyasiya məhkəməsinin istinad etdiyi Şirvan şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, 308.1 və 311.3.2-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə İddiaçı Şirvan şəhər məhkəməsinin ## #### 2024-cü il tarixli hökmü və Şirvan Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.2.2 və 179.2.3-cü təqsirli bilinsə də, Ali Məhkəmənin ## ###### 2025-ci il tarixli qərarı ilə apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş apellyasiya məhkəməsində yenidən baxılmağa təyin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli İddiaçı Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, 308.1 və 311.3.2-ci bəraət verilmiş, o, təqsirsiz hesab edilmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab oluna bilməz, ona görə də apellyasiya məhkəməsinin qətnamə ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan Məhkəmə Kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, iddiaçı Şirvan şəhəri * saylı “xxxx” körpələr evi-uşaq bağçasında keçirilmiş və həmin müəssisənin sabiq müdiri, iddiaçı İddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi göstərilən halların qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş hallarla müqayisəli şəkildə tədqiq edilməli, bundan sonra toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir”. Apellyasiya instansiyası məhkəməsində hazırki icraat: Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Şirvan Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər Məhkəmə Kollegiyasının iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Əmək Məcəlləsi: Maddə 10,“a” bəndi. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “ç” bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindəndir. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə olan əmək müqaviləsi xitam verilməsi barədə Cavabdeh tərəfindən verilmiş ## ###### 2022-ci il tarixli, K-*** nömrəli əmrə görə Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən Şirvan şəhəri * saylı “xxxx” körpələr eviuşaq bağçasında aparılmış yoxlamalar nəticəsində əmək qanunvericiliyinin tələblərinin pozulduğu, sənədləşmə işlərinin düzgün aparılmadığı, müəssisəyə rəhbərlik və nəzarətin yarıtmaz təşkil olduğu, mövcud qanunvericiliyin tələblərinin kobud pozulduğu və digər nöqsan və çatışmazlıqların yol verildiyi aşkar olunması nəzərə alınmaqla Şirvan şəhəri * saylı “xxxx” körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ##.##.2022-ci il tarixdən ləğv edilmiş, əmrin verilməsi üçün əsas kimi Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdirinin əsaslandırması, Şirvan şəhəri * saylı “xxxx” körpələr evi-uşaq bağçası ilk həmkarlar komitəsinin ## ###### 2022-ci il tarixli, ** saylı protokolu, müvafiq izahatlar və aktlar göstərilmişdir. İş materiallarından görünür ki, Şirvan şəhəri * saylı “xxxx” körpələr evi uşaq bağçasında 3 dəfə yoxlama aparılmışdır. Birinci yoxlama Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətin * saylı Regional Maliyyə müfəttişliyi tərəfindən aparılmış, yoxlama 2015-ci il - ## ###### 2021-ci dövrü əhatə etmiş, həmin yoxlama zamanı aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar material prokurorluğa göndərilmiş, Şirvan şəhər prokurorunun ## ####### 2021ci il tarixli qərarı ilə fakta görə Cinayət Məcəlləsinin 179.2.4 və 179.2.4-cü maddələri cinayət işi başlanmış, ## ###### 2021-ci il tarixli qərarla körpələr evi-uşaq bağçasının müdiri İddiaçı barəsində Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə bəraətverici əsaslar olmadan Cinayət Məcəlləsinin 73-1.2-ci və Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddələrinə əsasən xitam verilmiş, onun Cinayət Məcəlləsinin 311.1 və 313-cü maddələri ilə və daha üç nəfər haqqında Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Rayon prokurorluğunun cinayət təqibinə xitam verilməsinə dair qərarında göstərilən hallar göstərilməklə Şirvan-Salyan Regional idarəsinin müdiri ## #### 2022-ci il tarixdə körpələr evi-uşaq bağçasının müdiri İddiaçı ilə olan əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv olunmasına razılıq alınması üçün ilk həmkarlar komitəsinə təqdimatla müraciət etmiş, Şirvan şəhəri * saylı “xxxx” körpələr evi-uşaq bağçası ilk həmkarlar komitəsinin ## #### 2022-ci il tarixli ** saylı iclasın protokol qərarı ilə İddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv olunmasına razılıq verilmişdir. Lakin həm işəgötürənin, həm də ilk həmkarlar komitəsinin bu hərəkətlərinin sonrakı nəticəsi, yəni İddiaçı ilə olan əmək müqaviləsinə xitam verilib-verilməməsi, yaxud digər intizam tənbehi tədbirinin görülüb-görülməməsi, əgər tədbir görülməmişdirsə bunun səbəbləri barədə iş materiallarında hər hansı məlumat mövcud deyildir. İddiaçı tərəf bağçanın ilk həmkarlar komitəsinin ## #### 2022-ci il tarixli ** saylı iclasın protokol qərarının saxta olması, həmkarlar komitəsinin üzvlərinin İddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsinin əleyhinə olmaları, iclasın keçirilməməsi dəlillərinə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilməmişdir. Cavabdeh idarənin təqdim etdiyi sənədlərə görə Şirvan şəhəri * saylı “xxxx” körpələr eviuşaq bağçasında növbəti iki yoxlama 5-# #### 2022-ci il və 16-## ###### 2022-ci il tarixlərdə keçirilmiş və # ###### 2021-ci ildən ## ###### 2022-ci ilə qədər olan dövrü əhatə etmişdir. Həmin yoxlamanın nəticələri ilə bağlı İddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndli ilə xitam verilmiş, ilk həmkarlar komitəsinin ## ###### 2022-ci il tarixli, ** saylı protokol qərarı ilə buna razılıq verilmiş, yoxlama materialları isə cinayət təqibi qaydasında tədbir görülməsindən ötrü prokurorluğa göndərilmişdir. İddianı rədd edən birinci instansiya məhkəməsi yoxlama zamanı iddiaçı İddiaçı fəaliyyətində aşkar edilmiş nöqsan və çatızmazlıqlarla bərabər həmin faktların Şirvan şəhər prokurorluğunun cinayət işinin başlanmasına dair ## ####### 2021-ci il tarixli və cinayət təqibinə xitam verilməsi barədə ## ###### 2021-ci il tarixli qərarlarına da istinad etmiş, hesab etmişdir ki, yoxlama zamanı körpələr evi-uşaq bağçasında aşkar edilmiş faktlar həmin qərarlarla da öz təsdiqini tapmışdır. Lakin birinci instansiya məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan ibtidai istintaq orqanının qərarlarına əsaslanmaqla iddiaçı İddiaçı fəaliyyətindəki nöqsan və çatışmazlıqların öz təsdiqini tapması qənaətinə gəlməsi, Şirvan şəhəri * saylı “xxxx” körpələr evi-uşaq bağçasında keçirilmiş yoxlamaların nəticələrinin mötəbərliliyinin şübhə altına alınması anlamına gəlir. Belə ki, Şirvan şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, 308.1 və 311.3.2-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə İddiaçı Şirvan şəhər məhkəməsinin ## #### 2024-cü il tarixli hökmü və Şirvan Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.2.2 və 179.2.3-cü təqsirli bilinsə də, Ali Məhkəmənin ## ###### 2025-ci il tarixli qərarı ilə apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş apellyasiya məhkəməsində yenidən baxılmağa təyin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli hökmü ilə İddiaçı Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, 308.1 və 311.3.2-ci bəraət verilmiş, o, təqsirsiz hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin hökmü Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının *(*-*)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi iddiaçı Şirvan şəhəri * saylı “xxxx” körpələr evi-uşaq bağçasında keçirilmiş və həmin müəssisənin sabiq müdiri, iddiaçı İddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi göstərilən hallar qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə öz təsdiqini tapmamışdır. Başqa sözlə, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi göstərilən hallar qanuni qüvvəyə minmiş hökm ilə verilmiş qiymətlə öz təsdiqini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsinin iclasında da cavabdeh bu halı inkar etməmişdir, yəni, iddiaçı barəsində olan əmr verilərkən digər başqa halların olmamasını təsdiq etmişdir. Şərh olunanlara əsasən Məhkəmə Kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi göstərilən hallar öz təsdiqini tapmamış, bununla iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-3-cü bəndlərinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Halbuki, cavabdeh iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam versə belə, cavabdeh iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş olması və ya işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi də Məhkəmə Kollegiyası tərəfindən müəyyən edilməmişdir. Beləliklə də göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin ##.##.2022-ci il tarixli K-*** nömrəli əmrin qanunvericiliyin tələblərinə uyğun olmadığını müəyyən edərək hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin ##.##.2022-ci il tarixli K-*** nömrəli əmri ləğv edilməlidir. Həmçinin Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin ##.##.2022-ci il tarixli K-*** nömrəli əmri ləğv edildiyindən, iddiaçı Şirvan şəhəri * saylı “xxxx” körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə bərpa olunmalıdır. Məhkəmə Kollegiyası iddianın məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, əsas tələb təmin edildiyindən, digər tələb olan məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi hissəsi təmin edilməli, iddiaçı məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən tutularaq iddiaçıya ödənilməlidir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, iddiaçı hüquqi yardım alınması üçün vəkillə müqavilə bağlamış və bütün bu dövr ərzində ona göstərilən hüquqi yardıma görə 510 manat məbləğində vəsait sərf etmək məcburiyyətində qalmışdır. Belə olan halda Məhkəmə Kollegiyası qeyd edir ki, həmin vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə bağlı Məhkəmə Kollegiyası qeyd edir ki, iddia təmin edildiyi üçün mediasiya xərci kimi ödənilmiş 51 (əlli bir) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ## #### 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin iddiaçı İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında ##.##.2022-ci il tarixli K-*** nömrəli əmri ləğv edilsin. İddiaçı İddiaçı Şirvan şəhəri * saylı “xxxx” körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə bərpa edilsin. ##.##.2022-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxmaya görə hesablanmış əmək haqqı (əlavələr və mükafatlar daxil olmaqla) cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən tutularaq iddiaçı İddiaçı ödənilsin. Mediasiya xərci kimi ödənilmiş 51 (əlli bir) manat məbləğində pul eyni zamanda vəkilin xidmətlərindən istifadə olunması (hüquqi yardım alınması) üçün sərf edilmiş 510 (beş yüz on) manat pul vəsaiti, ümumilikdə 561 (beş yüz altmış bir) manat vəsait cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən tutularaq iddiaçı İddiaçı verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.