Məhkəmə qərarları › İş №2(3-6)-2623/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2623/2026

23.06.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2623/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinə qarşı “əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinə qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyindən işdən azad olunmağı ilə bağlı son haqq-hesabından gecikdirilmiş 1.897 manat istifadə edilməmiş məzuniyyət məbləğinə görə, ##.##.2022-ci il tarixdən-##.##.2022-ci il tarixədək gecikdirilən məbləğ 2.429 manat olmaqla gecikdirilmiş 94 iş günü üçün 2283,26 manat, ##.##.2022-ci il tarixdən - ##.##.2023-cü il tarixədək gecikdirilən əsas məbləğ 2204 manat olmaqla, 69 iş günü üçün 1520,76 manat və ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək gecikdirilən əsas məbləğ 307 manat olmaqla 32 gecikdirilən iş günü üçün 98,24 manat məbləğlərdə gecikdirməyə görə ümumi 3.902,26 manat kompensasiyanın və əmək kitabçasının ona qanunla müəyyən edilmiş vaxtda verilmədiyindən (##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək) işə düzələ bilmədiyi bütün müddət üçün 10.133,33 manat məbləğdə orta əmək haqqının, ümumilikdə 14.035,59 manat məbləğdə pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. ##.##.2026-cı il tarixdə iddiaçı İddiaçı buraxılmış müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin prosessual vəzifələrini icra etməməsi (qətnamənin 3 il ərzində poçtla çatdırılmaması və sistemdə bugün qeydə alınan "Oxunma tarixi") nəticəsində ötürülmüş müddətin bərpa edilməsini təmin edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixində qeydiyyata alınmış apellyasiya şikayətinə dair buraxılmış prosessual müddətin ötürülməsinin tamamilə məhkəmənin prosessual vəzifələrini icra etməməsi ilə bağlı olduğunu sübut edən aşağıdakı dəqiq maddələrə və ‘‘Elektron məhkəmə" sisteminin rəsmi loqlarına istinad etmişdir: 1. MPM 10-1.3 və 135.6 üzrə (Sistemin rəsmi "Oxunma Tarixi" sübutu): Qanun sənədin elektron kabinet vasitəsilə çatdırılmasını şəxs portalda qeydiyyatdan keçdikdən sonra rəsmi hesab edir. Onun qeydiyyatı ##.##.2025-ci ildə baş tutmuş, sistemdəki rəsmi qeydlərə əsasən (Əlavə 1), 2023-cü ilə aid bildirişlərin onun tərəfindən ilk dəfə oxunma tarixi məhz ##.##.2026-cı il, saat 14:27-dir. Mövcud olmayan kabinetə 2023-cü ildə sənəd yerləşdirilməsi rəsmi çatdırılma sayıla bilməz. 2. MPM-nin 135.7-ci maddəsi üzrə (rəsmi bildiriş və SMS öhdəliyi): Digər məhkəmə təcrübələrindən (Gəncə İnzibati Məhkəməsi, iş № ***/**** - Əlavə 2) göründüyü kimi, qərar kabinetə yerləşdirildikdə mütləq rəsmi "Məhkəmə aktının göndərilməsi məktubu" imzalanmalı və vətəndaşa SMS bildiriş çatdırılmalıdır. Yasamal Rayon Məhkəməsindəki işində belə bir rəsmi göndərilmə loqu yoxdur. SMS-in olmaması məhkəmənin xəbərdarlıq vəzifəsini icra etmədiyinin sübutudur.

1. MPM-nin 136-cı maddəsi üzrə (Qəbz və imza zərurəti): 136.0.7-ci maddəsi çatdırılmanı təsdiq edən, onun imzası və çatdırılma vaxtını əks edən rəsmi qəbzin olmasını tələb edir. İş materiallarında sənədi aldığını təsdiq edən heç bir qəbz, imza və ya 2023-cü ilə aid "təqdim edilib" statuslu elektron iz mövcud deyil. 2. MPM-nin 128.3-cü maddəsi üzrə: Prosessual müddətin axını sənədin rəsmi çatdırılmasından (açılmasından) sonrakı gündən başlayır. Sənəd ona qanuni qaydada çatdırılmadığı üçün apellyasiya müddəti başlamamış hesab olunur. ##.##.2025-ci ildə sənədi sistemdə görsə də, hüquqi təhsilinin olmaması səbəbindən müddətin bitdiyini sanmışdır. Lakin ##.##.2026-cı ildə vəkillə məsləhətləşdikdən sonra müddətin ötürülməsində məhkəmənin təqsirkar olduğunu öyrənərək dərhal şikayət vermişdir. 3. Müddətin bərpasının hüquqi əsası (MPM-nin 133cü maddəsi): Yuxarıda qeyd olunan faktlara əsasən, bu izahat MPM-in 133-cü maddəsinin tələbləri ilə əsaslandırılır: MPM-nin 133.1-ci maddəsi: Müddətin ötürülmə səbəbləri (qətnamənin 3 il ərzində poçtla göndərilməməsi və kabinetin 2025-ci ildə yaradılması) üzrlüdür və bərpa edilməlidir. MPM-nin 133.3-cü maddəsi: müddətin bərpası vəsatəti ilə eyni zamanda (##.##.2026-cı il tarixində) apellyasiya şikayəti artıq təqdim edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ### 2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2023cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin elan olunduğu məhkəmə iclasında iddiaçı İddiaçı şəxsən iştirak etmiş və qətnamənin qəbul edilməsindən birbaşa məlumatlı olmuşdur. Daha sonra qətnamə onun elektron kabinetinə yerləşdirilmişdir. Bundan əlavə, iş materiallarında olan ##.##.2024-cü il tarixli ərizədən görünür ki, iddiaçı qətnamənin surətinin ona təqdim olunmasını xahiş etmişdir. Həmin hal da iddiaçının qətnamənin mövcudluğu və məzmunu barədə məlumatlı olduğunu təsdiq edir. Lakin buna baxmayaraq, iddiaçı tərəfindən həmin qətnamədən apellyasiya şikayəti yalnız ##.##.2026cı il tarixdə verilmişdir. İddiaçı prosessual müddətin buraxılmasına səbəb olmuş halların üzrlü olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı İddiaçı həmin qərardaddan şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ### 2026-cı il tarixli qərardadının ləğv edilməsini, ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin hakiminin ##.##.2026-cı il tarixli “Buraxılmış müddətin bərpasından imtina barədə” qərardadı tamamilə qanunsuz, birtərəfli və məhkəmənin öz kargüzarlıq fəaliyyətsizliyini vətəndaşın üzərinə yıxmaq məqsədilə çıxarılmışdır. Hakimin maddi və prosessual hüquq normalarını kobud şəkildə pozması və müddətin bərpa olunması barədə vəsatətimi əsassız rədd etməsi ilə əlaqədar qərardaddan şikayət vermişdir. Cavabdeh Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən regional Məşğulluq filialı tərəfindən son haqq-hesabının gecikdirilməsi və əmək kitabçasının qanunsuz olaraq 6 ay ləngidilməsi səbəbindən ona dəymiş cəmi 14.035 manat 59 qəpik maddi ziyanın tutulması tələbi ilə müraciət etsə də, birinci instansiya məhkəməsi sübutları nəzərə almadan iddianı təmin etməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli halları, o cümlədən iş materiallarında olan bələdiyyə arayışını və rəsmi hesabatları araşdırmadan, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələri tam qanunsuz hesab edir və mübahisələndirir. Geniş əsaslandırılmış şikayət mətni və sübutlar PDF fayl şəklində sistemə əlavə edilmişdir. Şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə orta əməkhaqqı hesablanması və gecikdirilmiş günlər üçün orta əməkhaqqının azı 1 faizi məbləğində ödəncin tətbiqi qaydalarını səhv şərh etmiş, işə düzələ bilməmə müddəti üçün orta əməkhaqqını təmin etməmiş və qanuni hesablama prinsipini əsassız rədd etmişdir. Eyni zamanda, bu maddi hüquq pozuntularından apellyasiya şikayəti vermək üçün məhkəmə qətnamənin rəsmi mətnini ona qanuni qaydada çatdırmamışdır. ##.##.2024-cü il tarixli rəsmi poçt müraciəti (Daxil olma № M-112/2024), ##.##.2024-cü il tarixli elektron məktub və "Elektron Məhkəmə" sisteminin daxili rəsmi bildiriş loqlarında sənədin ilk real oxunma tarixinin birmənalı olaraq ##.##.2026 / 14:27 olduğunu rəsmi əks etdirən danılmaz dövlət reyestr çıxarışları birinci instansiya məhkəməsinin qərardadında qərəzli şəkildə gizlədilmiş və təhrif edilmişdir. Məhkəmə aparatının kargüzarlıq fəaliyyətsizliyi AR MPM-nin 134.1.5 və 135.6-cı maddələrinin imperativ tələblərini kobud şəkildə pozmuşdur. Sənədin elektron kabinetə yerləşdirilməsi yolu ilə çatdırılması qanunvericiliyə əsasən yalnız şəxs sistemdə rəsmən qeydiyyatdan keçmişsə, hüquqi qüvvəyə malikdir. Onun "Elektron məhkəmə" portalında ilk rəsmi qeydiyyatı ##.##.2025ci il tarixində baş tutmuşdur. Məhkəmənin qətnaməni ##.##.2023-cü ildə, yəni onun ümumiyyətlə qeydiyyatı və elektron kabineti olmayan bir dövrdə sistemə "yerləşdirməklə" sənədi ona çatdırılmış hesab etməsi tam qanunsuzdur. Eyni zamanda poçt və ya digər fiziki üsulla da tərəfinə heç bir rəsmi çatdırılma edilməmişdir. "Elektron Məhkəmə" sisteminin rəsmi daxili bildiriş kargüzarlıq loqlarından və elektron çıxarışlardan danılmaz şəkildə sübut olunur ki, qətnamə sənədinin sistem üzərindən ilk dəfə tanışlıq və yüklənmə tarixi rəsmi qeydiyyatdan keçdiyi ##.##.2025-ci il tarixidir. AR MPM-nin 128.3-cü maddəsinin imperativ tələbinə əsasən, günlərlə hesablanan prosessual müddətin axınımüddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Bu səbəbdən, apellyasiya şikayəti vermək üçün qanuni müddətin axımı yalnız və yalnız həmin tarixdən sonrakı gündən — yəni ##.##.2025-ci il tarixindən hesablana bilər. Hüquq sahəsi üzrə təhsili və ixtisası olmadığından, ötürülən müddətin ona vurduğu ziyanı zənn edib gözləmişdir. Vəkillə məsləhətləşmədən (##.##.2026) dərhal sonra, cəmi 4 gün ərzində — yəni ##.##.2026-cı il tarixdə Yasamal Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayətini aidiyyəti üzrə rəsmi təqdim etmişdir. Sistemdə qətnamə sənədinin daxili bildiriş loqları ilə təsdiq olunan son oxunma tarixi isə ##.##.2026-cı il, saat 14:27-dir. MPM-in 134.1.5 və 136-cı maddələrinin imperativ tələblərinə zidd olaraq, iş materiallarında sənədin ona vaxtında rəsmən çatdırıldığını və təqdim edildiyini təsdiq edən imzası olan heç bir rəsmi qəbz mövcud deyil. Məhkəmə iclasında şifahi iştirak etmək, məhkəmə aparatını sənədin qanuni qaydada çatdırılması öhdəliyindən azad etmir. Qətnamənin ona verilməməsi səbəbindən məhkəmə aparatına ##.##.2024-cü il tarixdə rəsmi poçt müraciəti (Daxilolma № M- 112/2024) və ##.##.2024-cü il tarixdə hakim köməkçisinə rəsmi elektron məktub ünvanlayaraq sənədi yazılı formada qəti şəkildə tələb etməyinə baxmayaraq, məhkəmə aparatı bu müraciətləri cavabsız qoyaraq birbaşa prosessual hərəkətsizlik nümayiş etdirmişdir. Bakı Apellyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan rayon məhkəmələrinə göndərilmiş icmal məktubunda açıq-aşkar qeyd olunur ki, qətnamədən uzun müddət keçdikdən sonra müddətin bərpası istənildikdə, göndərişin ünvana çatdırıla bilməməsi (evdə yaşamaması, qapının bağlı olması, imtina etməsi və s. qeydlər) barədə poçt zərfi və ya kargüzarlıq qeydi mütləq iş materiallarına tikilməlidir. Hakimin öz istinad etdiyi bu rəsmi yurisdiksiya bəndi və qaydası sübut edir ki, qətnamə mütləq vətəndaşın fiziki ünvanına poçtla göndərilməli idi. Onun işində isə məhkəmə tərəfindən sənədin ünvana göndərilməsini və ya poçtdan geri qayıtmasını təsdiq edən heç bir orijinal poçt qəbzi, göndəriş loqu və ya geri qayıtma zərfi mövcud deyil. Bu isə məhkəmənin öz kargüzarlıq vəzifələrini tamamilə icra etmədiyini və hakimin istinad etdiyi icmal məktubdakı yurisdiksiya tələblərini elə özünün pozduğunu qəti şəkildə sübut edir. ##.##.2023-cü il tarixli qətnamə ona poçt və ya hər hansı rəsmi elektron üsulla vaxtında çatdırılmamışdır. Məhkəmənin qeydiyyatı olmayan dövrdə (##.##.2023) elektron kabinetə yerləşdirdiyi qətnaməni ilk dəfə sistemdə qeydiyyatdan keçərək şəxsən ##.##.2025-ci il tarixdə yükləyib tanış olmuşdur. Hüquq fəaliyyəti və müvafiq təhsili olmadığından prosessual müddəti ötürdüyünü zənn etmişdir. ##.##.2026-cı ildə vəkillə məsləhətləşdikdən dərhal sonra – ##.##.2026-cı il tarixdə apellyasiya şikayətini səhvən Yasamal Məhkəməsinin dəftərxanasına göndərsə də, ##.##.2026-cı il tarixdə aidiyyəti üzrə təqdim etmişdir (Sistemə daxilolma tarixi: ##.##.2026 / 21:17. Həmin şikayətin rədd edilməsi barədə hakimin sədrliyi ilə çıxarılan ##.##.2026-cı il tarixli qərardad isə rəsmi olaraq ona ##.##.2026-cı il tarixdə e-məhkəmə portalı üzərindən rəsmi məktub vasitəsilə çatdırılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. Nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, mülki prosessual hüquqlardan istifadə etməklə proses iştirakçıları vicdanla hərəkət etməli, qanunla onlara verilən hüquqlardan sui-istifadəyə yol verməməlidirlər. Bununla əlaqədar qeyd edilməlidir ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. Belə ki, buraxılmış müddətin bərpası haqqındakı ərizələrə baxılarkən edilməli prosessual hərəkətlərin mülki prosesin uzadılması məqsədi ilə edilib-edilməməsi, mülki proses iştirakçılarının mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq prinsipi çərçivəsində davranıb-davranmaması kimi hallar araşdırılmalı, işin hallarından asılı olaraq işdə iştirak edən şəxsin şikayət vermək hüququndan sui-istifadəyə yol veribverməməsi ağlabatanlıq meyarlarına uyğun olaraq dövlət tərəfindən təminat verilən ədalətli məhkəmə baxışına olan hüququn mütənasibliyi prinsipləri əsasında müəyyənləşdirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə də, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № *****/**, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, iddiaçı İddiaçı məhkəmə aktından şikayət vermək üzrə subyektiv hüququ lazımi qaydada həyata keçirməmiş, bu hüququnu realizə edərkən digər proses iştirakçısının «ədalətli məhkəmə baxışına olan hüququ»nu pozmaqla sui-istifadəyə yol vermişdir. Belə ki, mülki işin materiallarından göründüyü kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi iddiaçı İddiaçı elektron kabinetinə ## #### 2023-cü il yerləşdirilmişdir (iş mat. səh.151). Bundan sonra, o, ##.##.2024-cü il tarixdə ərizə ilə müraciət edərək ##.##.2023-cü il tarixli, e-*(***)- ****/**** saylı qətnamənin təqim olunmasını xahiş etmiş; ərizə məhkəmənin ##.##.2024cü il tarixli məktubu ilə qeyd olunan qətnamənin ərizəçinin elektron kabinetinə məhz ##.##.2023-cü il tarixdə yerləşdirilməsi məzmununda cavablandırılmışdır. Bundan iki ildən artıq müddət keçdikdən sonra, yəni ##.##.2026-cı il tarixdə iddiaçı qətnamədən apellyasiya şikayəti və «apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair» vəsatətlə məhkəməyə müraciət etmişdir. Kollegiya onu da qeyd edir ki, qanunvericilikdə prosessual müddətin bərpa edilməsi üçün üzrlü hesab edilən halların, o cümlədən, şəxsin xəstəliyi, xəstə ailə üzvlərinə qulluq, müddətli xidməti ezamiyyət və s. olması hazırki işdə müəyyən edilməmişdir. İddiaçının prosessual müddətin bərpa olunması barədə ərizədə istinad etdiyi və barəsində hər hansı sübutu təqdim etmədiyi halların üzrlü hesab edilməsi isə mülki prosessual qanunvericiliyə ziddir. Bu baxımdan cavabdeh tərəfindən hazırki şikayətində göstərilənlər qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, iddiaçı İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Beləliklə də yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar