Məhkəmə qərarları › İş №2(3-6)-2647/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2647/2026

17.08.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2647/2026 17.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh ünvan 1-Kommunal Təsərrüfatı Birliyinin Kommunal Təsərrüfatı Idarəsinə qarşı işi üzrə Açar sözlər: (“işdən çıxma əmrinin qanunsuz hesab edilməklə ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma və faktiki işlədiyi müddətə görə əmək haqqının, məzuniyyətə görə kompensasiyanın, gecikdirilmiş günlər üçün əmək haqqı ödəncinin və mənəvi zərərin ödənilməsi”) hakimlər X4 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi , iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı işi üzrə ## ##### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. Iddiaçı İddiaçı cavabdeh ünvan 1-Kommunal Təsərrüfatı Birliyinin Kommunal Təsərrüfatı Idarəsinə qarşı “işdən çıxma əmrinin qanunsuz hesab edilməklə ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma və faktiki işlədiyi müddətə görə əmək haqqının, məzuniyyətə görə kompensasiyanın, gecikdirilmiş günlər üçün əmək haqqı ödəncinin və mənəvi zərərin ödənilməsi” tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, işdən azad olması barədə **/k saylı əmrin qanunsuz hesab edilməklə ləğv edilməsi, məcburi iş buraxma və faktiki işlədiyi müddətə görə ödənilməmiş əmək haqqının ödənilməsi, məzuniyyətə görə kompensasiyanın pul əvəzinin, işəgötürənin təqsirindən hər gecikdirilmiş gün üçün əmək haqqı ödəncinin və dəymiş mənəvi zərərə görə 350.000 manat pulun cavabdehdən alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ##.##.2024-cü il tarixində cavabdeh ünvan 1-Kommunal Təsərrüfatı Birliyinin Kommunal Təsərrüfatı Idarəsi tərəfindən barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin “ç” bəndi ilə **/k saylı əmrlə işdən çıxarılmağı barədə qanunsuz və əsassız əmr verilmişdir. Həmin əmrin surəti indiyənədək ona verilməmişdir. Mediasiya təşkilatına müraciət etmiş və ##.##.2025-ci il tarixdə mediasiya arayışını almışdır. ##.##.2025-ci il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ##.##.2026-cı ildə təqdim edilmişdir. ##.##.2026-cı il tarixdə yenidən məhkəməyə iddia ərizə ilə müraciət etmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Cavabdehin işçisi Anar Qalayev tərəfindən qızının zorlanması, dəmir parçası ilə ona xəsarət yetirilməsi, başqa avtomobillə vurdurması, evini və evdəki əşyalarının, qızılziynət əmlaklarının yararsız hala saldırması, onları zəhərləməsi ilə bağlı hərərkətlər edilmişdir. Bu barədə materiallar Sabunçu RPI-nin 15-ci PB-də və Bakı şəhər Baş Polis Idarəsində vardır. O, bu hərəkətlər nəticəsində ağır xəsarətlər almış və xəstəxanada müalicə almışdır. Bunu təsdiq edən fotoşəkillər mövcuddur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-cı maddəsinə əsasən, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. Işçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Cavabdehin işçisinin həmin hərəkətləri ilə ona 350.000 manat mənəvi zərər dəymişdir. Cavabdeh yerinə işçi götürmədiyi üçün faktiki olaraq işini davam etdirmiş, lakin 2 il 6 müddətində əmək haqqı ödənilməmişdir. Cavabdehin qanunsuz hərəkətlərindən şikayət ərizələri əsasında X3 Bakı şəhər Idarəsi tərəfindən cavabdehin əmri və bütün hərəkətlərinin qanunsuz olması bir daha təsdiq edilmişdir. Həmişə işinə vicdanla yanaşmış, üzərinə düşən əmək funksiyalarını layiqincə yerinə yetirmişdir. Cavabdehlə arasında olan mübahisənin həlli mediasiya təşkilatında həl olunmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə görə, Əmək Məcəlləsinin 70ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafeyinə hər hansı bir formada ziyan dəymiş olsun. Bu hallara dəlalət edən hər hansı sübut yoxdur. Işdən azad edilməsi barədə əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinə və həmin Məcəllədə nəzərdə tutulmuş işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından hər hansı birinə, qanunla müəyyən edilmiş işçi işəgötürənin təşəbbüsü ilə işdən azad edilərkən nəzərə alınmalı olan hallara, qanunla müəyyən edilmiş qaydada həmkarlar təşkilatının razılığının alınmasına istinad edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 70-ci maddəsinin «b» və «ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir. Həmkarlar ittifaqı təşkilatı əmək müqaviləsinin ləğvi üçün bu Məcəllədə nəzərdə tutulan əsasın düzgün təbiq edildiyini, bu Məcəllənin 77-79-cu maddələrinin müvafiq normalarına əməl edildiyini, işçinin təqsirini və məsuliyyətini obyektiv və qərəzsiz araşdıraraq özünün razılıq qərarını üç gün müddətində işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci bəndinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı qərarı) ilə rəsmiləşdirilməlidir. Maddənin 2-ci bəndində isə göstərilir ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci bəndinə görə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədkdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda, işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddənin 3-cü bəndinə görə, işəgötürən intizam tənbehi verərəkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187ci maddəsinə görə işçiyə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahat verilməsini tələb edir. Maddənin 3-cü bəndinə görə, işəgötürən intizam tənbehi verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. O, qanunsuz işdən azad edilərkən bu qaydaların heç birinə əməl edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinə görə, işçiyə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahat verilməsini tələb edir. Işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Belə izahat ondan alınmamış, ümumiyyətlə belə bir izahat verilməsi təklif edilməmişdir. Qanunun mənasına görə isə, iddiaçıdan işdən azad etmə səlahiyyəti olan işəgötürən yazılı formada izahat verilməsini tələb etməli idi. Azərbaycan RespublIkası Əmək Məcəlləsinin 300-cü maddəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi işəburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci bəndinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabın aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 6- cı bəndinə əsasən işçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Hesab edir ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyi üçün ona kompensasiya verilməlidir. Beləliklə, məhkəmə tərəfindən ödənilməmiş əmək haqqının, məzuniyyətə görə kompensasiyanın pul əvəzinin, işəgötürənin təqsiri üzündən gecikdirildiyi üçün ona hər gecikdirilmiş gün üçün ödəncin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir.

2. Eyni zamanda, iddiaçı iddia müddətinin bərpa edilməsi barədə ərizə təqdim edərək, bildirmişdir ki, ##.##.2025-ci il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərardadı ##.##.2026-cı il tarixdə təqdim edilmişdir. ##.##.2026-cı il tarixdə yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, ***(*-***)-***/**** saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Mediasiya təşkilatına müraciət etdiyini, mediasiya sessiyasında iştirak etdiyini və məhkəməyə iddia ərizəsi verdiyi üçün üzrlü səbəbdən iddia vermə müddətini buraxdığını bildirmiş, buraxılmış müddəti üzrlü hesab edib işinə baxılmasını xahiş etmişdir.

3. Cavabdeh ünvan 1-Kommunal Təsərrüfatı Birliyinin Kommunal Təsərrüfatı Idarəsi iddia ərizəsinə etiraz təqdim etmişdir. Etiraz bununla əsaslandırılmışdır ki, İddiaçı ##.##.2020-ci il tarixli əmək müqaviləsi əsasında Sabunçu rayon Kommunal Təsərüfatı Idarəsində Təmizlik sahəsində küçə süpürgəçisi işinə qəbul olunmuşdur. 01.012024-cü il tarixdə İddiaçı iş yerində digər iş yoldaşı ilə dalaşaraq barəsində Sabunçu RPI-nin 15-ci PB-də araşdırma aparılmışdır. ##.##.2024-cü il tarixdə İddiaçı işə başlayarkən digər işçini yerə yıxaraq beton parçası ilə ona bilərəkdən xəsarətlər yetirmiş və nəticədə X1 aldığı xəsarət nəticəsində Sumqayıt şəhər X8 əməliyyat olunmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti və Sabunçu RPI tərəfindən araşdırma aparıldığı müddətdə İddiaçı iş üzrə izahatları alınan işçiləri hədələyərək onlara da xəsarət yetirəcəyini bildirməsi barədə dəfələrlə xidmət rəisi tərəfindən xidməti məlumatlar daxil olmuşdur. Xidməti məlumatlarla əlaqədar İddiaçı idarə tərəfindən ##.##.2024-cü il tarixdə “şiddətli töhmət’’ intizam tənbehi verilmişdir. Bununla bağlı ##.##.2024-cü il tarixdə İddiaçı ilə profilaktiki söhbət aparılması üçün dəvət olunaraq idarənin hüquqşünasları və Həmkarlar ittifaqı əməkdaşının iştirakı ilə qəbul olunmuşdur. Bu zaman da İddiaçı ona tutulan iradlara məhəl qoymayaraq müxtəlif iftiralar, böhtanlar danışmaqla hərəkətlərindən nəticə çıxarmadığı üçün tərəfindən bu barədə akt tərtib olunmuşdur. Yetirdiyi xəsarətə görə ##.##.2024-cü il tarixdə İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə Sabunçu RPI-nin IŞ-də cinayət işi başlanması barədə qərar qəbul olunmuşdur. Həmin qərara və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin “c” bəndinə əsasən, İddiaçı işdən kənarlaşdırılmışdır. Bu barədə ona ##.##.2024-cü il tarixdə **/* saylı məktubla rəsmi məlumat verilmişdir. ##.##.2024-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmü ilə İddiaçı barəsində dövlət nəfinə 15% tutulmaqla 1 il 06 ay müddətinə islah işləri cəzası təyin olunmuşdur. ##.##.2024-cü il tarixdə Sabunçu rayon Kommunal Təsərrüfatı Idarəsinin Həmkarlar ittifaqına İddiaçı hərəkətləri, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmünün müzakirəsi və İddiaçı barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə müraciət olunmuş və bu barədə qərar qəbul olunmuşdur. Sabunçu rayon Kommunal Təsərrüfatı Idarəsinin ##.##.2025-ci il tarixli əmri ilə İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Əmrlə tanış olmaq və əmək kitabçasını qəbul etmək barədə İddiaçı dəfələrlə şifahi məlumat verməklə, ##.##.2025-ci il tarixdə Sabunçu rayon Kommunal Təsərrüfatı Idarəsinin ** saylı məktubu ilə rəsmi məlumat verilmişdir. Bu müddət ərzində İddiaçı müraciəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən dəfələrlə araşdırmalar aparılmışdır. ##.##.2024-cü il tarixdə 440.71 manat və ##.## 2025-ci il tarixdə 136.66 manat İddiaçı kart hesabına son ödəmələr köçürülmüşdür. ##.##.2025-ci il tarixdə İddiaçı Sabunçu rayon Kommunal Təsərrüfatı Idarəsinə gələrək idarənin əmlakını qəsdən zədələmiş, nalayiq ifadələrlə hər kəsi təhqir etmiş və barədə akt tərtib olunaraq Sabunçu RPI-nin 12-ci PŞ-nə müraciət olunmuşdur. Buna baxmayaraq o, hərəkətlərini davam etdirərək müxtəlif ünvanlara böhtan xarakterli müraciətlər etməkdə davam etməkdədir. Belə ki, İddiaçı qızının idarə rəisi Anar Qalayev və digərləri tərəfindən zorlanması, xəsarət yetirilməsi və digər hərəkətlər barəsində etdiyi böhtan xarakterli müraciətləri Sabunçu RPI-nin 15-ci PŞ və Bakı şəhəri Baş Polis Idarəsi tərəfindən araşdırılmışdır.

4. Bundan başqa, cavabdeh ünvan 1-Kommunal Təsərrüfatı Birliyinin Kommunal Təsərrüfatı Idarəsinin iddiaçının iddia müddətinin bərpa olunmasına dair vəsatətinə etiraz ərizəsində bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, əmək münasibətləri üzrə məhkəməyə müraciət üçün 1 ay müddət qanunla müəyyən olunmuşdur. Iddiaçı qanunla müəyyən edilmiş 1 aylıq müddəti üzrlü səbəb olmadan buraxmışdır. Vəsatətində göstərilmiş səbəblər obyektiv və sübuta yetirilmiş üzrlü səbəb hesab edilə bilməz. Belə ki, İddiaçı dəfələrlə şifahi və ya ünvan 1-Kommunal Təsərrüfatı Birliyinin Kommunal Təsərrüfatı Idarəsinin ##.##.2026-cı il tarixli, ** saylı məktubu ilə rəsmi məlumat verilmişdir ki, əmək kitabçasını və əmrin surətini qəbul etsin, buna baxmayaraq, o, bundan yayınmışdır. Qeyd edilənlərə əsasən, iddiaçının iddia müddətinin bərpa olunmasına dair vəsatətinin təmin edilməməsi xahiş edilmişdir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh ünvan 1-Kommunal Təsərrüfatı Birliyinin Kommunal Təsərrüfatı Idarəsinə qarşı “işdən çıxma əmrinin qanunsuz hesab edilməklə ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma və faktiki işlədiyi müddətə görə əmək haqqının, məzuniyyətə görə kompensasiyanın, gecikdirilmiş günlər üçün əmək haqqı ödəncinin və mənəvi zərərin ödənilməsi” tələblərinə dair iddiasının rədd edilməsi, ödənilmiş mediasiya xidmət haqqının iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.1-296.7-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2021-ci il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il # #### tarixli Qərarlarına istinadən qeyd edilmişdir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı X2 cavabdeh ünvan 1-Kommunal Təsərrüfatı Birliyinin Kommunal Təsərrüfatı Idarəsində işləmiş, cavabdehin ##.##.2025-ci il tarixli, **/k nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Iddiaçı əmək münasibətlərinə xitam verilməsi faktından və bununla bağlı hüquqlarının pozulduğunu iddia etdiyi hallardan ən geci ##.##.2025-ci il tarixdə məlumatlı olmuşdur. Belə ki, Ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə ##.##.2025-ci il tarixli arayışdan görünür ki, mediasiya bildirişi ##.##.2025-ci il tarixdə tərəflərə göndərilmişdir. Iddiaçı ##.##.2025-ci il tarixdə isə, məhkəməyə iddia ərizəsi təqdim etmişdir. Bu hal iddiaçının həmin tarixlərdə hüququnun pozulduğunu aşkar etdiyini və əmək mübahisəsi üzrə məhkəməyə müraciət etmək hüququndan məlumatlı olduğunu təsdiq edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən hallar istisna olmaqla, fərdi əmək mübahisəsinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.6-cı maddəsinə əsasən isə, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qanunvericiliyin məzmunundan görünür ki, iddia müddətinin bərpası üçün müddətin həqiqətən ötürülməsi, ötürülmənin obyektiv xarakterli üzrlü səbəblərlə bağlı olması, həmin səbəblərin sübutlarla təsdiq edilməsi zəruridir. Başqa sözlə, müddətin bərpası yalnız şəxsin iradəsindən asılı olmayan, onun məhkəməyə vaxtında müraciət etmək imkanını real olaraq aradan qaldıran halların mövcudluğu zamanı tətbiq oluna bilər. Əmək mübahisələrinin həlli ilə bağlı iddia müddətlərinin müəyyən edilməsində məqsəd hüquqi müəyyənlik prinsipinin təmin olunması, əmək münasibətlərinin sabitliyinin qorunması və əmək münasibətləri iştirakçılarının hüquqlarının qeyri-müəyyən müddət ərzində mübahisələndirilməsinin qarşısının alınmasından ibarətdir. Əmək Məcəlləsinin 296.6-cı maddəsində nəzərdə tutulmuş “üzrlü səbəblər” dedikdə, şəxsin iradəsindən asılı olmayan, onun məhkəməyə müraciət etməsinə obyektiv maneə yaradan hallar başa düşülməlidir və belə halların mövcudluğu mübahisəyə baxan məhkəmə tərəfindən konkret işin faktiki halları əsasında qiymətləndirilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, şəxsin hüququnun pozulduğunu bildiyi halda, uzun müddət ərzində passiv davranış nümayiş etdirməsi, prosessual hüquqlarını həyata keçirməməsi və ya hüquqi müdafiə vasitələrindən istifadə etməməsi iddia müddətinin bərpası üçün əsas sayıla bilməz. Iş üzrə iddiaçı müddətin bərpasını onun mediasiyaya müraciət etməsi, əvvəlki iddia ərizəsinin geri qaytarılması ilə əsaslandırmağa çalışsa da, məhkəmə həmin halları Əmək Məcəlləsinin 296.6-cı maddəsinin mənasında üzrlü səbəb hesab etmir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı hüququnun pozulduğunu aşkar etdikdən dərhal sonra mediasiyaya müraciət etmiş, ##.##.2025-ci il tarixdə məhkəməyə iddia vermiş, beləliklə, məhkəməyə müraciət etmək imkanına malik olmuşdur. Bu isə onu göstərir ki, iddiaçının məhkəməyə müraciət etməsinə obyektiv maneə mövcud olmamışdır. Iddia ərizəsinin prosessual çatışmazlıqlara görə geri qaytarılması isə özlüyündə iddia müddətinin qeyri-məhdud qaydada uzanmasına və ya sonradan istənilən vaxt yenidən müraciət etmək hüququnun yaranmasına səbəb olmur. Prosessual qanunvericilik şəxsin hüquqlarını həyata keçirərkən lazımi diqqət və dəqiqlik göstərməsini tələb edir. Iddiaçı tərəfindən xəstəliyə görə əmək qabiliyyətinin itirilməsi, hərəkət imkanının olmaması yaşayış yerindən kənarda olması, fövqəladə və qarşısıalınmaz hallar və digər obyektiv maneələrin mövcudluğu barədə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən, cavabdeh iddia müddətinin bərpası barədə vəsatətə etiraz ərizəsi təqdim etmiş, həmin ərizədə Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən olunmuş müddətin ötürüldüyü açıq şəkildə göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Iddia müddətinin tətbiqi ilə bağlı tərəfin iradəsi ərizənin başlığı (adlandırılması) ilə deyil, məzmunu ilə müəyyən edilir. Hazırkı işdə cavabdeh iddia müddətinin ötürüldüyünü, onun bərpası üçün əsasların mövcud olmadığını və vəsatətin təmin edilməməli olduğunu göstərməklə mahiyyət etibarilə iddia müddətinin tətbiqini tələb etmişdir. Belə olan halda, iddiaçı tərəfindən “işdən çıxma əmrinin qanunsuz hesab edilməklə ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma və faktiki işlədiyi müddətə görə əmək haqqının, məzuniyyətə görə kompensasiyanın, gecikdirilmiş günlər üçün əmək haqqı ödəncinin ödənilməsi” tələbləri üzrə Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş məhkəməyə müraciət müddəti ötürülmüş, həmin müddətin bərpası üçün isə Əmək Məcəlləsinin 296.6-cı maddəsində nəzərdə tutulmuş obyektiv və üzrlü səbəblərin mövcudluğu müəyyən edilməmişdir. Bu səbəbdən, iddia müddətinin bərpası barədə vəsatət təmin edilməməli, iddia isə rədd edilməlidir. Məhkəmə, iddiaçının mənəvi zərərin ödənilməsi barədə tələbini qiymətləndirərək qeyd edir ki, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərər tutulmasını şərtləndirən və iddia ərizəsində qeyd olunan - işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər törədilməsi iş materialları ilə sübuta yetirilmədiyindən, mənəvi zərərin ödənilməsi barədə iddia da təmin edilə bilməz. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, iddiaçı İddiaçı cavabdeh ünvan 1-Kommunal Təsərrüfatı Birliyinin Kommunal Təsərrüfatı Idarəsinə qarşı “işdən çıxma əmrinin qanunsuz hesab edilməklə ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma və faktiki işlədiyi müddətə görə əmək haqqının, məzuniyyətə görə kompensasiyanın, gecikdirilmiş günlər üçün əmək haqqı ödəncinin və mənəvi zərərin ödənilməsi” tələblərinə dair iddiası rədd edilməlidir.

6. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsinin İddiaçı ünvanlanladığı ##.##.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, müraciəti ilə əlaqədar Sabunçu rayon Kommunal Təsərrüfatı Idarəsinin ünvanına tərəflərindən 3-17-5/2- *****/**** nömrəli, ##.##.2024-cü il tarixli məktub göndərilmiş və ona aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur. Sabunçu rayon Kommunal Təsərrüfatı Idarəsi tərəfindən X3 Xidmətinə təqdim olunan məktub və sənədlərdən ##.##.2024-cü il tarixində Sabunçu rayon Polis Idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə barəsində cinayət işi başlandığı və Sabunçu rayon Kommunal Təsərrüfatı Idarəsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin “c” bəndinə əsasən ##.##.2024-cü il tarixində **/k saylı əmrlə işdən kənarlaşdırıldığı, eyni zamanda həmin tarixədək aylar üzrə əmək haqqının hesablandığı məlum olmuşdur. Həmçinin təqdim olunan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 1 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzası təyin edilməsi, cəzasını iş yeri üzrə çəkməsi barədə hökm edildiyi və əmək müqaviləsinə ##.##.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-ci maddəsinin 1-ci hissəsinin “d” bəndinə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəaliyyət qabiliyyətsizliyi) əsasən, qanunvericiliyin tələbləri nəzərə alınmadan xitam verildiyi məlum olmuşdur. Tərəflərindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən araşdırma dövründə onunla Cavabdeh işəgötürəni arasında əmək müqaviləsinin bağlanması ilə bağlı ##.##.2020-cü il tarixli bildirişin ##.##.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-ci maddəsinin 1-ci hissəsinin “d” bəndinə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəaliyyət qabiliyyətsizliyi) əsaslanaraq qüvvədən salındığı və təqdim etdiyi əmək haqqı bank çıxarışından 440,71 manat son haqq-hesabının gecikdirilərək ##.##.2024-cü il tarixində ödənildiyi məlum olmuşdur. Qeyd olunan pozuntularla bağlı Sabunçu rayon Kommunal Təsərrüfatı Idarəsinin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrinə əsasən, ##.##.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 34, 114,115, 116-ci maddələri rəhbər tutularaq, həmin Məcəllənin 192.6-cı maddəsinə əsasən ##.##.2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Eyni zamanda, qeyd olunan məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət edilməsi bildirilmişdir; - Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsinin ##.##.2026-cı il tarixli İddiaçı ünvanlanmış məktubuna əsasən işlədiyi ünvan 1 Kommunal Istismar Sahəsinin rəhbəri Anar Qalayevin ona metal alətlə xəsarət yetirməsi, 20.000 manat məbləğində əmək haqqını ödəməməsi və qızı Şəfa Qasımovanı zorlamasına dair Sabunçu RPI-nin 15-ci PŞ-nə ünvanladığı müraciəti əsasında polis əməkdaşları tərəfindən qanunazidd hərəkətlərə yol verilməsi barədə DIN-in "102" Xidməti-Zəng mərkəzi sisteminə daxil olmuş eyniməzmunlu müraciətlərinə Bakı Şəhər Baş Polis Idarəsində baxılmışdır. Aparılmış xidməti yoxlama nəticəsində polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi barədə müraciətdə göstərdiyi xüsusatlar təsdiqlənməmiş, çoxsaylı şikayətləri ilə bağlı 15-ci PŞ-də müvafiq araşdırmalar aparılaraq nəticələri barədə ona cavabların verilməsi müəyyən edilmişdir; - ünvan 1-Kommunal Təsərrüfatı Birliyinin Kommunal Təsərrüfatı Idarəsinin ##.##.2024-cü il tarixli, **/k №-li əmrinə əsasən, ##.##.2024-cü il tarixdə İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə Sabunçu RPI-nin IŞ-də cinayət işi başlanması barədə qərara əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin “c” bəndinə uyğun olaraq İddiaçı işdən kənarlaşdırılmışdır; - ünvan 1-Kommunal Təsərrüfatı Birliyinin Kommunal Təsərrüfatı Idarəsinin ##.##.2025-ci il tarixli, **/k №-li əmrinə əsasən, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə işdən azad edilmişdir. İddiaçı işdən kənarlaşdırılması ##.##.2024-cü il tarixdən hesab edilmişdir; - Bank hesabından çıxarışa əsasən İddiaçı kart hesabına ##.##.2024-cü il tarixdə 440.71 manat və ##.## 2025-ci il tarixdə 136.66 manat köçürülmüşdür; - ünvan 1-Kommunal Təsərrüfatı Birliyinin Kommunal Təsərrüfatı Idarəsinin ##.##.2024-cü il tarixli, * №-li “Intizam məsuliyyətinə cəlb olunma haqqında” əmrinə əsasən, İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi verilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib, hər ay qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 1 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir; - Ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə ##.##.2025-ci il tarixli arayışa əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3 və 26.4-cü maddələrinə əsasən, mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etmişdir; - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(008)- ****/**** saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Anar Qalayevə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə uyğun olmadığından geri qaytarılmışdır; - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(5-101)- ***/**** saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmək haqqının ödənilməsi və pul tələblərinə dair iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə uyğun olmadığından geri qaytarılmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

7. Iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin ##.##.2026-cı il tarixli iş *(*-***)-****/**** saylı qətnaməsinin tamamilə ləğv edilməsi və Bakı şəhəri, Sabunçu rayon məhkəməsinə verilən “işdən çıxartma əmrin ləğv edilməsi, işə bərpа, məcburi iş buraxmaya və faktiki işlədiyimə görə əmək haqqının ödənilməsi, ödənilməmiş məzuniyyətə görə kompensasiya pul əvəzinin, işəgötürənin təqsiri üzündən gecikdirildiyi ücün iddiaçıya hər gecikdirilmiş gün üçün əmək haqqının ödəncin, mənəvi zərərin ödənilməsi tutulması” tələbləri barədə iddia ərizəsi üzrə buraxılmış müddəti üzrlü hesab edilməsi və iddianın tamamilə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 69.2, 69.6, 70, 71, 80.1, 83.1, 83.2, 172.5, 186.2, 186.3. 187, 290, 296.6, 300-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 14.2, 88, 149, 150, 151, 217.1-217.4-cü maddələrinə, «Insan hüquqları haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə istinadən qeyd edilmişdir ki, işin faktiki halları ilə bağlı mövqeyi ondan ibarətdir ki, ##.##.2024-cü il tarixində cavabdeh Sabunçu rayon Kommunal Təsərrüfatı Idarəsi tərəfindən onun barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin “ç” bəndi ilə **/k saylı əmrlə onun işdən çıxarılması barədə qanunsuz və əsassız əmr verilmişdir. Həmin əmrin surəti indiyənədək ona verilməmişdir. O, Mediasiya təşkilatına müraciət etmişdir və ##.##.2025-ci il tarixdə mediasiya arayışını almışdır. O, ##.##.2025-ci il tarixdə iddia ərizəsi ilə Sabunçu rayon məhkəməsinə müraciət etmişdir və Sabunçu rayon məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı iş üzrə qərardadı ona verilmədiyindən ona yalnız ##.##.2026-cı ildə təqdim edilmişdir (Sabunçu rayon məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı iş üzrə qərardadın surəti iddia ərizəsinə əlavə olunmuşdur). Bakı şəhəri Sabunçu rayon məhkəməsinin ##.##.2026-cı il tarixli iş *(*-***)- ****/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi işi birtərəfli qaydada aparmış, düzgün olmayan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Aşağıdakı səbəblərə görə qəbul edilmiş qətnaməni əsassız sayır və həmin qətnamə tamamilə ləğv edilməli və iddia tələblərinin tamamilə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, cavabdehin işçisi olan Anar Qalayev tərəfindən onun qızının zorlanması, dəmir parçası ilə ona xəsarət yetirilməsi, onun başqa avtomobillə vurdurulması, evini və evdəki əşyalarını yararsız hala salıb, qızıl-ziynət əmlaklarını yararsız hala saldırması, onları zəhərləməsi ilə bağlı hərəkətlər edilmişdir. Bu barədə materiallar 15-ci Polis Bölməsində və Bakı şəhəri Baş Polis Idarəsində vardır (Bakı şəhəri Baş Polis Idarəsinin məktubunun surəti iddia ərizəsinə əlavə olunur). O, bu hərəkətlər nəticəsində ağır xəsarətlər almışdır və xəstəxanada müalicə olunmuşdur. Bu barədə fotoşəkilləri iddia ərizəsinə əlavə edir. Cavabdehin işçisi tərəfindən bu hərəkətləri ilə ona 350 000 manat mənəvi zərər dəymişdir. Cavabdeh onun yerinə işçi götürmədiyi üçün o, faktiki olaraq işini davam etdirmişdir, lakin 2 il 6 ay müddətində onun əmək haqqı ödənilməmişdir. Bildirmək istəyir ki, cavabdehin bu qanunsuz hərəkətlərindən onun tərəfindən X3 Bakı şəhər Idarəsinə şikayət ərizələri əsasında cavabdehin əmri və bütün hərəkətlərinin qanunsuz olması bir daha təsdiq edilmişdir. Bu barədə X3 Bakı şəhər Idarəsinin məktubunu iddia ərizəsinə əlavə edir. Göründüyü kimi, o, həmişə işə vicdanla yanaşmışdır, öz üzərinə düşən əmək funksiyalarını layiqincə yerinə yetirmişdir. Cavabdehlə aralarında olan mübahisənin həlli mediasiya təşkilatında həll olunmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə görə, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafeyinə hər hansı bir formada ziyan dəymiş olsun. Buna dəlalət edən hər hansı sübut yoxdur. Onu işdən azad edərkən əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinə və bu Məcəllədə nəzərdə tutulmuş işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından hər hansı birinə, qanunla müəyyən edilmiş işçi işəgötürənin təşəbbüsü ilə işdən azad edilərkən nəzərə alınmalı olan hallara, qanunla müəyyən edilmiş qaydada həmkarlar təşkilatının razılığının alınmasına istinad edilməmişdir. Hesab edir ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyi üçün ona kompensasiya verilməlidir. Hesab edir ki, məhkəmə tərəfindən cavabdehdən bu müddətə ödənilməmiş əmək haqqı, məzuniyyətə görə kompensasiyanın pul əvəzinin və işəgötürənin təqsiri üzündən gecikdirildiyi üçün ona hər gecikdirilmiş gün üçün ödəncin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, o, mediasiya təşkilatına müraciət etdiyi, mediasiya sessiyasında iştirak etdiyi və məhkəməyə iddia ərizəsi verdiyi üçün üzrlü səbəbdən iddia vermə müddətini buraxmışdır. Bununla əlaqədar olaraq məhkəmədən xahiş edir ki, işə bərpa barədə iddia ərizəsi üzrə buraxılmış müddəti üzrlü hesab edib iddiaya baxılsın. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmədən onun Bakı şəhəri, Sabunçu rayon məhkəməsinə verdiyi işdənçıxartma əmrinin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya və faktiki işlədiyinə görə əmək haqqının ödinilməsi, ödənilməmiş məzuniyyətə görə kompensasiya pul əvəzinin, işəgötürənin təqsiri üzündən gecikdirildiyi üçün ona hər gecikdirilmiş gün üçün əmək haqqının ödəncinin, mənəvi zərərin ödənilməsi tutulması tələbləri barədə iddia ərizəsi üzrə buraxılmış müddəti üzrlü hesab edib işə baxılmasını məhkəmədən xahiş etsə də məhkəmə müddəti bərpa etməmişdir.Məhkəmə iddianı tamamilə təmin etmək əvəzinə iddianı tam təmin etməmişdir, qətnaməsini formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. Mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi faktiki halların məhkəmə tərəfindən araşdırılmadığı ondan ibarətdir ki, məhkəmə nəzərə almamışdır ki, o, üzrlü səbəbdən məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi müddətini buraxmışdır və onun iddia ərizəsi təmin edilməli idi. Lakin Bakı şəhəri Sabunçu rayon məhkəməsi tərəfindən bu hallar ümumiyyətlə araşdırılmamışdır, məhkəmə həmin hallara göz yummuşdur, sanki görməmişdir, onlara lazımi hüquqi qiymət verməmişdir. Məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi ondan ibarətdir ki, məhkəmə yalnız cavabdehin mövqeyindən çıxış etmişdir, iddiaçının mövqeyi ilə maraqlanmamışdır. Apellyasiya icraatında müəyyən edilən hallar:

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, cavabdehin ona qarşı oyun qurduğunu, onu qəsdən işdən kənarlaşdırdıqlarını, 2023-cü ilin avqust ayından ona əmək haqqı ödənilmədiyini, işdən azad edilməsi barədə əmri nə vaxt aldığının yadında olmadığını, onun iş yoldaşları ilə ünsiyyətinin çox yaxşı olduğunu, heç kimin ondan narazı olmadığını, cavabdeh qurumda çalışan Anar Qarayevin ona və ailəsinə qarşı qeyri-etik hərəkətlərə yol verdiyini, onun qızını zorldadığını,sonra isə ona bu barədə heç kimə məlumat verməməsini, əks təqdirdə onu işdən çıxaracağı ilə hədələdiyini, qızı tərəfindən şikayət edildikdən sonra onunla prinsip apardığını, qəsdən işdən kənarlaşdırdığını qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini əsassız hesab etdiyini, iddiaçının qeyd etdiyi məlumatların həqiqəti əks etdirmədiyini, iddiaçının iş yoldaşları ilə münasibətlərinin normal olmadığını, bir iş yoldaşına xəsarət yetirdiyini, daha sonra binaya daş ilə hücum etdiyini, iddiaçıya əmək haqqının vaxtıvaxtında ödənildiyini, ona dəfələrlə şifahi zəng edilərək işdən azad edilməsi barədə əmri götürməsini təklif etdiklərini, lakin nəticə vermədiyindən 2025-ci ilin yanvar ayının 10-da bu barədə məktub göndərildiklərini, hazırkı vaxta qədər iddiaçının əmri götürmədiyini qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 296.Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 296.5. Işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

12. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə: 379.3. Iddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin. 379.4. Müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 382. Iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. Iddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.

14. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. Iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə (maddələrinə) əsasən: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

16. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən birinci instansiya məhkəməsinin araşdırma predmeti olan hallara dair dəlil əks edilməmiş, münasibətləri tənzimləyən mülki və əmək qanunvericiliyin tələblərinə müvafiq təkzibedici sübutlar araşdırmaya təqdim edilməmişdir.

17. X2 cavabdeh ünvan 1-Kommunal Təsərrüfatı Birliyinin Kommunal Təsərrüfatı Idarəsində işləmiş, cavabdehin ##.##.2025-ci il tarixli, **/k nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Iddiaçı əmək münasibətlərinə xitam verilməsi faktından və bununla bağlı hüquqlarının pozulduğunu iddia etdiyi hallardan ən geci ##.##.2025-ci il tarixdə məlumatlı olmuşdur. Belə ki, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə ##.##.2025-ci il tarixli arayışdan görünür ki, mediasiya bildirişi ##.##.2025-ci il tarixdə tərəflərə göndərilmişdir. Iddiaçı ##.##.2025-ci il tarixdə isə, məhkəməyə iddia ərizəsi təqdim etmişdir. Bu hal iddiaçının həmin tarixlərdə hüququnun pozulduğunu aşkar etdiyini və əmək mübahisəsi üzrə məhkəməyə müraciət etmək hüququndan məlumatlı olduğunu təsdiq edir.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməklə məhkəməyə müraciət edildiyindən və bu müddətin üzürlü səbəbdən ötürülməsi ilə bağlı hər hansı mötəbər sübut təqdim edilmədiyindən birinci instansiya məhkəməsi iddia müddətini tətbiq edərək iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Iddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Hazırki halda iddiaçının müddətin üzrlü sayılması barədə dəlilləri (iddia müddətinin ötürülməsi səbəbləri) iddia müddəti ərzində baş verməmiş, ondan sonraki dövrə təsadüf etmişdir ki, qanunvericlik bu müddətlərin ötürülməsini müəyyən edən üzlülük səbəblərinin araşdırılması zərurətini müəyyən etməmişdir. Belə ki, iddiaçı mediasiya təşkilatına müraciət etdikdən sonra müəyyənləşdirilmiş qaydada iddia irəli sürməmiş (iddia ərizələri geri qaytarılmışdır), kifayət qədər uzun müddət ötürmüş, qanunvericilik isə yalnız müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə iddia müddətinin axımının kəsildiyini müəyyən edir.

19. Digər tərəfdən qeyd edilməlidir ki, iddia müddətinin ötürülməsi üzürlü hesab edilsə belə, iddiaçı iddia tələbində ##.##.2025-ci il tarixli işdən azad edilməsi ilə bağlı əmri ümumiyyətlə mübahisələndirməmişdir.

20. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) ödəyənə aid edilməlidir.

21. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət e t d i : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı işi üzrə ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar