Məhkəmə qərarları › İş №2(3-6)-2650/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2650/2026

28.07.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2650/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə ölüm faktının və qohumluqda olma faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X41 (sədrlik edən və məruzəçi), X24 və X27 ibarət tərkibdə, məhkəmə iclasının katibi X42 katibliyi, ərizəçi Ərizəçi iştirakı ilə, ərizəçi Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə ölüm faktının və qohumluqda olma faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən ərizəçi Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Ərizəçi ## ######## 1971-ci ildə Bakı şəhərində anadan olmuşdukr, ünvan 1 ünvanında qeydiyyatdadır, atası X9r.

2. X9 və X25 ## #### 1958-ci ildə Bakı şəhərində nikahlarını bağlamışdırlar.

3. X9 ## ###### 1986-cı ildə ölmüşdür.

4. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin ## #### 2025-ci il tarixli arayışında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə Zabrat kənd məscidinin sənədlərinə əsasən X1 ## ###### 1900-cü il tarixdə doğulmuşdur, onun valideynləri - atası X5, anası - X36r.

5. X10 ## ##### 1975-ci il tarixdə vəfat etmişdir.

6. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin ## ######## 2025-ci il tarixli arayışında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə Zabrat kənd məscidinin sənədlərinə əsasən X6 ## #### 1902-ci il tarixdə ölmüşdür.

7. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin ## #### 2025-ci il tarixli arayışında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin "Bakı quberniyası vergi idarəsi fondunun sənədləri üzrə Zabrat kəndinin 1886-cı ilə dair kameral siyahısında Paşa Mehdi oğlu (sənəddə olduğu kimi) 1869-cu il (sənəddə olduğu kimi ay və gün qeyd edilməyib) doğulmuş, onun atası Mehdi Cani oğludur. (sənəddə olduğu kimi), anası isə sənəddə olduğu kimi qeyd edilməmişdir.

8. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin ## ######## 2025-ci il tarixli arayışında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış "Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri" fondunun sənədlərində Zabrat kənd məscidinin 1890-1895-ci illərə dair ölüm aktlarının qeydiyyat kitablarında X2 Məhəmməd (Məmməd) oğlunun ölüm tarixinə dair heç bir məlumat aşkar olunmamışdır.

9. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin ## #### 2025-ci il tarixli arayışında qeyd olunmuşdur ki, Azerbaycan Respublikası Dövlət Tarix Arxivinin "Bakı quberniyası vergi Idaresi fondunun sənədləri üzrə Zabrat kəndinin 1863-cü ilə dair kameral siyahısında X14 1824-cü il (sənəddə olduğu kimi ay və gün qeyd edilməyib) doğulmuş, onun atası Can Məmməddir (sənəddə olduğu kimi). Anası isə sənəddə olduğu kimi qeyd edilməmişdir.

10. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin ## ######## 2025-ci il tarixli arayışında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə Zabrat kənd məscidinin sənədlərində X6 ## #### 1902-ci il tarixdə ölmüşdür.

11. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin ## ######## 2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış "Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri" fondunun sənədlərində Zabrat kənd məscidinin 1890-1895-ci illərə dair ölüm aktlarının qeydiyyat kitablarında X2 Məhəmməd (Məmməd) oğlunun ölüm tarixinə dair heç bir məlumat aşkar olunmamışdır.

12. Asif Hüseynlinin “Zabrat və Zabratlılar” kitabının 185 və 186-cı səhifələrindən görünür ki, “X3 ( 1869-1902-ci illər)- Zabrat kəndinin varlı torpaq sahiblərindən biri. X7 (1825- 1895-ci illar) Bakı şəhəri ilə ticarət aparan tacir olmuşdur. Zabratda 3,2 hektar bağ sahəsi, taxıl əkinləri, kanddə və şəhərdə dükanlanı olmuşdur. Hacı Mehdi Içərişəhərli tacirin qızı ilə evlənmiş və ondan 5 qızı olmuşdur. Hacının oğul hasrətini görən arvadı onu yenidən evləndirmişdir. Ikinci arvad Hacı üçün bir oğlan, beş qız doğandan sonra Içərişəhərli arvad da bir oğul dünyaya gətirir ki, onun da adını Paşa qoyurlar. Hacı Mehdi və ondan beş il sonra vəfat edan arvadı həmişə valideyn ehtiramı gözləyən Paşadan yalnız bir şey xahiş edirlər. Onların cənazəsini müqəddəs Məkkədə dəfn etmək.... Atasının vəfatından bir il keçəndən sonra anası və bacıları Paşanı evləndirmək fikrinə düşürlər. ........ Üç il nişanı qalan Mehricahan 12 yaşında gəlin gedir və 1901-ci ildə Hacıbaba adlı oğlu olur. 1902-ci ildə Paşa Məkkə ziyarətinə yollanır və ata-anasının, bacılarının da sümüklərini apararaq müqəddəs torpaqlarda dəfn edir və Hacı olur......Geri qayıdanda yolda quldurların hücumuna məruz qalan Hacı Paşa ağır xəstələnir və Nəcəf şəhərində vəfat edir..........Hacı Paşanın bacısı Minaxanım bu zaman çoxlu bayatı oxuyur. ..........Məşhur şairimiz Həmid Araslının həyat yoldaşı Hacı Paşanın bacısı Minabəyimin qızıdır”.

13. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin ## #### 2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən X1 və X28 ölümü haqqında məlumat aşkar edilmişdir. Belə ki, 1900 cü ildə doğulmuş və ##.##.1975-ci ildə vəfat etmiş X1 ölümü ##.##.1975 ci ildə Sabunçu rayonunun Zabrat icra nümayəndəliyində, 1877-ci ildə doğulmuş və ##.##.1977-ci ildə vəfat etmiş X28 ölümü isə ##.##.1984-cü ildə Sabunçu rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Qeyd edir ki, vətəndaşlıq vəziyyəti akt qeydləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının arxivində və qeydiyyat şöbələrində 1948-ci ildən saxlanılır. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv Idarəsinə təhvil verilir. Göstərilənlərə əsasən X16 və Mircahan Paşayevanın ölümü haqqında arayışın əldə olunması üçün Sabunçu rayon qeydiyyat şöbəsinə, habelə onların və sorğuda qeyd edilən digər şəxslərə dair müvafiq məlumatların olub-olmamasının yoxlanılması üçün Milli Arxiv Idarəsinə müraciət etməyi tövsiyə olunmuşdur.

14. Maraqlı şəxs ## ######## 2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, təqdim edilən sənədlər əsasında ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması ilə bağlı aidiyyət üzrə müraciət etmədirlər.

Birinci instansiya məhkəməsində icraat

15. Ərizəçi Ərizəçi məhkəməyə müraciət edərək, 1824-cü il təvəllüdlü X17 1895-ci il tarixdə Bakı şəhərində vəfat etməsi və Ərizəçi 1824-cü il təvəllüdlü X17 kötükcəsi, 1869-cu il təvəllüdlü Paşa Mehdi oğlunun nəticəsi, ## ###### 1900-cü il təvəllüdlü X1 nəvəsi olmaqla onlarla qohumluq münasibətlərində olması faktının müəyyən olunması qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Ərizə işiş yuxarıda qeyd olunan halları ilə əsaslandırılmış və qeyd olunmuşdur ki, Ərizəçi anadan olandan hazırda qeydiyyatda olduğu Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X13, * saylı evdə yaşamışdır. Həmin torpaq sahəsində yerləşən ev və üzüm bağları ərziəçinin atasının ulu babasına məxsus olubdur. Azərbaycan Respublikası Milli Arxiv Idarəsinin Dövlət Arxivinin ##.##.2022-ci il tarixli DA-*****-**** saylı arxiv arayışından görünür ki, 1930-cu ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu üzrə doğum haqqında qeydiyyat kitabında X4 ## ###### 1930-cu ildə doğulması qeyd olunur. X11, anasının isə Ana-Xanım sənədlərdə olduğu kimi (Xası) olduğu qeyd olunur. X9 X25 ilə ## #### 1958-ci il tarixdə nikah bağlayaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından ərizəçi Ərizəçi ##.##.1971-ci il tarixdə anadan olmuş, doğum haqqında şəhadətnamədə ata qrafasında atası X9, ana qrafasında isə X25 qeyd olunmuşdur. Ərizəçinin atası X9 ##.##.1986-cı il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında şəhadətnamə verilmişdir. Ərizəçinin babası, yəni atasının atası X1 olmuşdur. Azərbaycan Respublikası Milli Arxiv Idarəsinin Dövlət Tarix Arxivinin ##.##.2025-ci il tarixli 3- 48-TA/2-87\**** saylı arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə Zabrat kənd məscidinin sənədlərində X1 doğum tarixi ## ###### 1900-cü il qeyd olunur. X12, anasının isə X37 olduğu qeyd olunur. Ərizəçinin babası X10 ##.##.1975-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında şəhadətnamə verilmişdir. Qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxiv idarəsindən verilmiş arayışdan görünür ki, qeydiyyat informasiya sisteminə baxış keçirilərkən, X1 1900-cü il tarixdə doğulması və ##.##.1975-ci il tarixdə ölümü qeydə alınmışdır Ərizəçinin babasının atası X5 olmuşdur. Onun barəsində verilmiş sorğuya aşağıda qeyd olunmuş cavablar verilmişdir. Azərbaycan Respublikası Milli Arxiv Idarəsinin Dövlət Arxivinin ##.##.2025-ci il tarixli *-**-TA/*- P-***-*-***/**** saylı arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin Bakı quberniyası vergi idarəsi fondunun sənədləri üzrə Zabrat kəndinin 1886-cı ilə dair kameral siyahısında Paşa Mehdi oğlunun doğum tarixi 1869 cu ildə doğulması qeyd olunur. X18, anasının isə adı sənəddə olduğu kimi qeyd olunmur. Eyni zamanda Azərbaycan Respublikası Milli Arxiv Idarəsinin Dövlət Arxivinin ##.##.2025-ci il tarixli *-**-TA/*-P-***-*- ***/**** saylı arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət tarix Arxivi üzrə Zabrat kənd məscidinin sənədlərində X6 ## #### 1902-ci il tarixdə ölməsinə dair məlumat aşkar olunmuşdur. Ərizəçinin babasının babası X19 olmuşdur. Onun barəsində verilmiş sorğuya aşağıda qeyd olunmuş cavablar verilmişdir. Azərbaycan Respublikası Milli Arxiv Idarəsinin Dövlət Tarix Arxivinin ##.##.2025-ci il tarixli 3-48-TA/2-P *-***/**** saylı arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin “Bakı quberniyası vergi idarəsi” fondunun sənədləri üzrə Zabrat kəndinin 1863-cü ilə dair kameral siyahısında X17 1824-cü il tarixdə doğulması qeyd olunur. X20, anasının isə sənnəddə olduğu kimi adı qeyd olunmayıbdır. Azərbaycan Respublikası Milli Arxiv Idarəsinin Dövlət Tarix Arxivinin ##.##.2025-ci il tarixli 3-48-TA/2-P—***-*-***/**** saylı arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış Azərbaycan Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri fondunun sənədlərində Zabrat kənd məscidinin 1890-1895-ci illərə dair ölüm aktlarının qeydiyyat kitablarında X2 Məhəmməd (Məmməd) oğlunun ölüm tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. Iddia ərizəsinə əlavə etdiyi tarixçi Asif Hüseynlinin yazdığı “Zabrat və Zabratlılar” kitabından da görünür ki, X3 Zabrat kəndinin varlı torpaq sahiblərindən biri olub, X7 1825-1895-ci illərdə yaşamışdır. 1902-ci ildə Paşa Məkkə ziyarətinə yollanır, ata anasının bacılarının sümüklərini aparıb müqəddəs torpaqda dəfn edir. Ərizəçinin ulu babası 1824-cü il təvəllüdlü X17 Zabrat kəndində böyük torpaq sahəsi var. Belə ki, Azərbaycan Respublikası Milli Arxiv Idarəsinin Dövlət Tarix Arxivinin ##.##.2025-ci il tarixli *-**-TA/*-P-*-***/**** saylı arxiv arayışından görünür ki, X17 oğlanları Məmməd Mirzə və Paşa olmuşdur. Ailənin 1886-cı ildə Zabrat kəndində 1596 kv sajına bərabər olan üzüm sahəsi olmuşdur. Ailə 18 rubl dəyərində dövlət vergisi və torpaq rüsumunu ödəmişdir. 1 kv sajın=4,550 kv metrə. Göründüyü kimi qeyd olunan mirasın qəbul edilməsi üçün ilk növbədə X19 ölüm faktı və ərizəçinin onun qohumu olması müəyyən edilməlidir. Bununla əlaqədar olaraq Maraqlı şəxs müraciət edilmiş və şöbə tərəfindən ##.##.2025-ci il tarixdə 3-16-5/8-16-908/2025 nömrə ilə qeyd aparılaraq, 1824-cü il tarixdə Bakı şəhərində anadan olmuş və 1895-ci il tarixdə vəfat etmiş X17 ölümü haqqında həkim şəhadətnaməsi olmadğından, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməsi ilə bağlı imtina verilmişdir. Göründüyü kimi və təqdim edilən sübutlardan müəyyən olur ki, yuxarıda qeyd olunan şəxslərlə ərizəçinin qohumluq münasibəti vardır. Ərizəçi ulu babasından qalan miras əmlaka sahib olmaq üçün 1824-cü il təvəllüdlü X17 1895-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilərək onlarla qohum olması faktı müəyyən edilməlidir. Əvvəla göstərilən şəxslərin soyadlarının eyni olması, eyni zamanda verilmiş arayışlar özü-özlüyündə həmin şəxslərin qohum olmasını təsdiq edir.

17. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X21 ifadəsində bildirmişdir ki, “Zabrat və zabratlılar” kitabının müəllifidir. Kitabda yazdıqları həqiqəti əks etdirir.

18. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X38 ifadəsində bildirmişdir ki, ərizəçi onun əmisi qızıdır. Ərizəçi 1824-cü il təvəllüdlü X17 kötücəsi, 1869-cu il təvəllüdlü Paşa Mehdi oğlunun nəticəsi, ## ###### 1900-cü il təvəllüdlü X1 nəvəsi olmaqla onlarla qohumluq münasibətlərində olması faktını təsdiq etmişdir.

19. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsinə əsasən ərizə qismən təmin edilərək, Ərizəçi 1824-cü il təvəllüdlü X17 kötücəsi, 1869-cu il təvəllüdlü Paşa Mehdi oğlunun nəticəsi, ## ###### 1900-cü il təvəllüdlü X1 nəvəsi olmaqla onlarla qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun ərizəçiyə aid edilməsi, ərizənin geri qalan hissədə rədd olunması qət edilmişdir.

20. Qətnamənin əsaslarına görə ərizəçi Ərizəçi ##.##.1971-ci ildə Bakı şəhərində anadan olmuş, onun atası X9, anası isə X25r. X9 ##.##.1986-cı ildə vəfat etmişdir. Ərizəçinin babası X10 olmuşdur. Arxiv sənədlərinə əsasən, X1 ## ###### 1900-cü ildə anadan olmuş, valideynləri X5 və X36 olmuşdur. O, ##.##.1975-ci ildə vəfat etmişdir. Daha əvvəlki nəsil üzrə müəyyən olunur ki, X5 (sənədlərdə Paşa Mehdi oğlu kimi də qeyd olunur) 1869-cu ildə doğulmuş, onun atası X8 olmuşdur. Arxiv arayışlarına əsasən, X5 ##.##.1902-ci ildə vəfat etmişdir. Bundan da əvvəlki nəsil üzrə təqdim edilmiş arxiv sənədləri ilə müəyyən edilir ki, X17 1824-cü ildə doğulmuş, onun atası Can Məmməd olmuşdur. Dövlət arxiv sənədlərində onun ölüm faktına dair birbaşa qeyd aşkar edilməsə də, digər yazılı mənbələr, o cümlədən tarixi tədqiqat əsərləri və dolayı sübutlar onun 1895-ci ildə vəfat etdiyini göstərir. Belə ki, tarixçi Asif Hüseynlinin “Zabrat və Zabratlılar” kitabında Hacı Mehdi (X17) 1825–1895-ci illərdə yaşamış şəxs kimi göstərilmişdir. Həmin məlumatlar arxiv sənədlərindəki digər faktlarla – onun oğlu X5 1902-ci ildə vəfat etməsi, ailənin Zabrat kəndində torpaq və təsərrüfat sahələrinə malik olması barədə qeydlərlə uyğunluq təşkil edir. Şahid ifadələri də ərizəçinin göstərdiyi halları təsdiq edir. Odur ki, ərizə tələbi bu hissədə təmin edilməli, Ərizəçi 1824-cü il təvəllüdlü X17 kötücəsi, 1869cu il təvəllüdlü Paşa Mehdi oğlunun nəticəsi, ## ###### 1900-cü il təvəllüdlü X1 nəvəsi olmaqla onlarla qohumluq münasibətlərində olması faktı müəyyən olunmalıdır. Ərizə tələbinin ölüm faktının təsdiq edilməsi ilə bağlı hissəsində məhkəmə hesab etmişdir ki, X17 ölüm faktı rəsmi qaydada qeydiyyata alınmamış, bu faktı sübut edəcək kifayət qədər sübut təqdim edilməmişdir. Odur ki, ərizə bu hissədə rədd edilməlidir.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 217.3, 217.4, 305.1.1, 307.1, 307.2.1, 308-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” ## ##### 2019-cu il tarixli, ** saylı Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

22. Həmin qətnamədən ərizəçi Ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin X17 1895-ci ildə vəfat etməsi faktının müəyyən olunması hissəsində ləğv edilməsini və həmin hissədə yeni qətnamə qəbul edilərək X17 vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir.

23. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi araşdırma aparmamış, düzgün nəticəyə gəlməmişdir. Ərizəçinin babasının babası X19 olmuşdur. Onun barəsində verilmiş sorğuya aşağıda qeyd olunmuş cavablar verilmişdir. Azərbaycan Respublikası Milli Arxiv Idarəsinin Dövlət Tarix Arxivinin ##.##.2025-ci il tarixli, *-**-TA/*-P*- ***/**** saylı arxiv arayışından görünür ki, AzərbaycanRespublikası Dövlət Tarix Arxivinin “Bakı quberniyası vergi idarəsi” fondunun sənədləri üzrə Zabrat kəndinin 1863-cü ilə dair kameral siyahısında X17 1824-cü il tarixdə doğulması qeyd olunur. X20, anasının isə sənnəddə olduğu kimi adı qeyd olunmayıbdır. Azərbaycan Respublikası Milli Arxiv Idarəsinin Dövlət Tarix Arxivinin ##.##.2025-ci il tarixli, 3-48-TA/2-P—***-*-***/**** saylı arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış Azərbaycan Sovet hakimiyyəti qurulduğu dövrə qədərolan dini ibadət idarələri fondunun sənədlərində Zabrat kənd məscidinin 1890-1895-ci illərə dair ölüm aktlarının qeydiyyat kitablarında X2 Məhəmməd (Məmməd) oğlunun ölüm tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. Əizəyə əlavə edilmiş tarixçi Asif Hüseynlinin yazdığı “Zabrat və Zabratlılar” kitabından da görünür ki, X3 Zabrat kəndinin varlı torpaq sahiblərindən biri olub, X7 1825-1895-ci illərdə yaşamışdır. 1902ci ildə Paşa Məkkə ziyarətinə yollanır, ata anasının sümüklərini aparıb müqəddəs torpaqda dəfn edir. Ərizəçinin ulu babası 1824-cü il təvəllüdlü X17 ölməsi ilə bağlı lazımı təqdim olunmuş sübuta məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Məlumat üçün bildirim ki, məhkəmə iclasında dindirilmiş şahidin ifadəsi təhrif olunaraq yazılmışdır. Odur ki, video görüntüyə baxış keçirilməsini xahiş edirəm. Belə ki, qətnamədə qəbul olunmuşdur ki, “Məhkəmə iclasında şahid qismində dindirilmiş X38 ifadəsində bildirmişdir ki, ərizəçi onun əmisi qızıdır. Ərizəçi 1824-cü il təvəllüdlü X17 Məmmədoğlunun kötükcəsi, 1869-cu il təvəllüdlü Paşa Mehdi oğlunun nəticəsi, ## ###### 1900-cü il təvəllüdlü X1 nəvəsi olmaqla onlarla qohumluq münasibətlərində olması faktını təsdiq etmişdir.” Lakin şahidin ulu babası olan X17 məzarını Kərbəlanın Nəcəfşəhərində ziyarət etdiyi, onun kimsəsizlər qəbitstanlığında dəfn edildiyi, orada adlarının qeyd edildiyini və qəbirstanlığın işçisi tərəfindən babasının qəbrinin ona göstərildiyini, məzarının üzərində balaca daş qoyulduğunu təsdiq etmişdir. Amma məhkəmə qətnamədə şahidin verdiyi bu ifadəni ümiyyətlə nəzərə almamışdır. Buradan aydın görünür ki, şahidin ifadəsinə düzgün hüquq qiymət verilməmişdir. Faktiki olaraq şahid ulu babasının məzarını ziyarət edibdir. Eyni zamanda bioloji olaraq da, şəxsin bu vaxtadək saq qalması mümkün deyildir. Digər şahidin ifadəsi isə məhkəmə tərəfindən qiymət verilərkən, X21 “Zabrat və zabratlılar” kitabının müəllifi olduğunu kitabda yazılanların həqiqət olduğunu bildirir. Qeyd edim ki, şahid bu kitabın yazılması üçün lazımı arxiv sənədlərini araşdırmışdır. O bu qeyd olunan məlumatları arxivdən götürdüyünü, həmçinin tarixçi kimi araşdırma apararkən, aldığı məlumatları qeyd etdiyini bildirir. Lakin məhkəmə qətnamə qəbul edərkən X17 ölüm faktının rəsmi qaydada qeydiyyata alınmamasıilə əlaqədar bu faktı sübut edəcək kifayət qədər sübut təqdim edilmədiyindən həmin hissədə ərizəni təmin etmir. Qeyd edim ki, bioloji olaraq 1824-cü ildə doğulması qeyd olunan X19 bu günədək sağqalması qeyri mümkündür. Eyni zamanda ərizəçinin onun kötücəsi olması, digər kötücəsinin onun məzarını ziyarət etməsi, qəbirstanlığda onun qəbrini görməsi, orada dəfn edilməsi ilə bağlı verilmiş şahid ifadəsi həmçinin tarixçinin təqdim etdiyi yazdığı kitabın nəzərə alınmaması məhkəmənin düzgün qənaətə gəlməməsinə səbəb olmuşdur. Həmin dövrə aid məlumatların saxlana bilməməsi ehtimal olunandır. Dövlət arxiv sənədlərində onun ölüm faktına dair birbaşa qeyd aşkar edilməsə də, digər yazılı mənbələr, o cümlədən tarixi tədqiqat əsərləri və dolayı sübutlar onun 1895-ci ildə vəfat etdiyini göstərir. Hətta tarix göstərilməsi mümkün olmasa da belə şəxsin 200 il sağ qalması biolji cəhətdən də mümkün deyildir. Ona görə də ərizə tələbi təmin olunmayan hissədə tam təmin edilərək, X17 ölməsi faktı da təmin edilməlidir. 1918-ci ildə artıq müstəqil Azərbaycan Xalq Cümhuriyyətində Səhiyyə Nazirliyi yaradıldı, ona həkim Xudadat bəy Rəfibəyov rəhbərlik edirdi. Bu illər ərzində ölkədə,Bakı, Gəncə kimi şəhərlərdə onlarla yeni apteklər, xəstəxanalar açıldı. Məlumat üçün bildirim ki, Azərbaycan Tibb Universiteti isə 1930- cu il tarixdə yaranmışdır. Azərbacan Respublikasında ilk təcili tibbi yardımın əsası isə 1922-ci il tarixdə qoyulubdur. Ümumiyyətlə, 1920-ci ildən 1940-cı ilə qədər Azərbaycanda yüzlərlə yeni poliklinika, xəstəxana və apteklər yaradılmışdır. Bunu qeyd etməkdə məqsədim ondan ibarətdir ki, birinci instansiya məhkəməsi X17 1895-ci il tarixdə yəni, Azərbaycanda nəinki poliklinika, heç Səhiyyə Nazirliyi, Tibb Universiteti belə yaranmadığı dövrdə vəfat etdiyini nəzərə almamışdır. Belə olan halda onun tibbi kart məlumatı olmadığı halda onun barəsində imtina məktubunu hansı orqandan alına bilməsini nəzərə alınmamışdır. Insanın ölüm anının müəyyən edilməsi və ölüm haqqında tibbi şəhadətnamə verilməsi üçün ölüm anını müəyyən edən həkimlər mövcud olmalı və səlahiyyətli şəxs Səhiyyə Nazirliyi olmalı idi. Hətta təcili yardım və poliklinikalar belə 1920-ci ildən sonra yəni X17 faktiki olaraq öldüyü tarixdən 15 il sonra yaranmağa başlamışdır. Arxiv fondlarının tam saxlanılmaması, 1895-ci ilə aid ölüm qeydinin aşkar edilməməsi ölüm faktının mövcud olmadığını göstərmir. Belə halarda tarixən formalaşmış dolayı sübutlar, nəsil ardıcılığı, ailə haqqında kitab məlumatı və arxiv məlumatlarının qarşılıqlı uyğunluğu birlikdə qiymətləndirilməlidir. Işdə sübut sayilan “Zabrat və Zabratlılar” kitabında Hacı Mehdi (X17) 1825–1895-ci ilərdə yaşamış şəxs kimi göstərilmişdir və bu məlumat iş materialarındakı digər faktlarla uyğunluq təşkil edir. Məhkəmə bu mənbəni yalnız formal şəkildə qiymətləndirib, onun iş üzrə digər sübutlarla əlaqəsini lazımi səviyyədə əsaslandırmamışdır. Eyni zamanda digər şahidin ulu babası olan X17 məzarını ziyarət etməsi də nəzərə alınmamışdır. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinin mahiyyətini nəzərə almamışdır. X17 1824-cü il təvəllüdlü olması arxiv sənədi ilə təsdiq edilmiş, bu şəxsin 1895- ci ildən sonra sağ qalması isə obyektiv həyat təcrübəsi baxımından mümkün olmayan haldır. Belə olan halda, həmin şəxsin 1895-ci ildə vəfat etməsi barədə tarixçi mənbə (“Zabrat və Zabratlılar” kitabı), arxiv sənədləri və dolayı sübutlar bir arada qiymətləndirilməli, əlavə formal sübut tələbi qoyulmamalı idi. Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinin tələblərinə əsasən qətnaməiş üzrə müəyyən edilmiş həqiqi hallara və məhkəmə iclasında tədqiq olunmuş sübutlara uyğun əsaslandırılmalıdır. Hazırkı qətnamənin həmin hissəsi bu tələblərə cavab vermir MPM-in 308-ci maddəsinə görə hüquqi əhəmiyyətli faktlar o zaman müəyyən edilə bilər ki, həmin faktı təsdiq edən sənədlər başqa qaydada əldə oluna bilməsin və ya itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu işdə də məhz belə vəziyyət mövcuddur: 1895-ci ilə aid rəsmi qeyd tapılmır, arxiv fondları tam saxlanılmayıb, tibb müəssisəsi sənədi mövcud deyil. Hesab edir ki, məhkəmə iş üzrə mövcud sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmiş, qətnamənin təmin olunmayan hissəsində işin faktiki halları ilə nəticə arasında ziddiyyət yaranmışdır. Məhkəmə bir tərəfdən X17 1824-cü il təvəllüdlü olduğunu, onun nəsil xəttini və ailə əlaqələrini təsdiqləyən sübutları qəbul etmiş, digər tərəfdən isə həmin şəxsin 1895-ci ildə vəfat etdiyini göstərən yazılı mənbə və sübutları yetərsiz saymışdır. Qətnamənin əsaslandırma hissəsində məhkəmə özü qeyd edir ki, dövlət arxiv sənədlərində ölüm faktına dair birbaşa qeyd olmasa da, digər yazılı mənbələr və sübutlar X17 1895-ci ildəvəfat etdiyini göstərir. Bu halda məhkəmənin ölüm faktının rədd edilməsi qənaəti həmin nəticə ilə uzlaşmır və ziddiyyət təşkil edir. Məhkəmə sübutları ayrı-ayrılıqda deyil, bütöv məcmu halda qiymətləndirməli idi. Arxivdə birbaşa qeyd tapılmaması həmin ölüm faktınınbaş vermədiyini göstərmir, bu sadəcə həmin qeydiyyatın saxlanılmaması və ya aşkar olunmaması deməkdir. Iş üzrə təqdim edilən tarixi mənbə, nəsil ardıcıllığı, arxiv arayışları və şahid ifadələri birlikdə götürüldükdə, ölüm faktı barədə yetərli ehtimal yaradır. Qətnamə faktiki halların tam araşdırılmasına söykənmədiyi üçün nəticə iş materialları ilə uyğun gəlmir. Beləliklə məhkəmənin mövqeyi iş materiallarındakı sübutlarla deyil, sübutların parçalanmış və formal qiymətləndirilməsi ilə formalaşmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Ərizəçi Ərizəçi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir.

26. Maraqlı şəxs Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.1. Məhkəmə, şəxslərin qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” ## ##### 2019-cu il tarixli, ** saylı Qərarı: “9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.” Apellyasiya baxışının hədləri

29. Apellyasiya şikayəti ilə qətnamənin qismən – “X17 1895-ci ildə vəfat etməsi faktının müəyyən olunması” hissəsində ləğv edilərək, X17 vəfat etməsi faktının müəyyən olunması tələb edildiyindən, maraqlı şəxs isə apellyasya şikayəti vermədiyindən, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə həmin hissədə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə toxunulmamalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

31. Ərizəçi mübahisələndirilən hissədə həm ərizənin əsası kimi şahid ifadələrinə, apellyasiya şikayətinin əsası olaraq da həmin ifadələrin birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməməsinə istinad edir.

32. Apellyasiya şikayətinin əsas dəlillərindən biri kimi göstərilir ki, tarixçi Asif Hüseynlinin yazdığı “Zabrat və Zabratlılar” kitabından da görünür ki, X3 Zabrat kəndinin varlı torpaq sahiblərindən biri olub, X7 1825-1895-ci illərdə yaşamışdır, 1902-ci ildə Paşa Məkkə ziyarətinə yollanır, ata anasının sümüklərini aparıb müqəddəs torpaqda dəfn edir. X21 şahid kimi dindirilərkən “Zabrat və zabratlılar” kitabının müəllifi olduğunu kitabda yazılanların həqiqət olduğunu bildirir. Şahid bu kitabın yazılması üçün lazımı arxiv sənədlərini araşdırmış, qeyd olunan məlumatları arxivdən götürdüyünü, həmçinin tarixçi kimi araşdırma apararkən aldığı məlumatları qeyd etdiyini bildirmişdir.

33. Bundan başqa dəlil kimi digər şahid X38 ifadəsinə istinad olunaraq qeyd edilir ki, sonuncu ifadəsində onun ulu babası olan X17 məzarını Kərbəlanın Nəcəf şəhərində ziyarət etdiyi, onun kimsəsizlər qəbitstanlığında dəfn edildiyi, orada adlarının qeyd edildiyini və qəbirstanlığın işçisi tərəfindən babasının qəbrinin ona göstərildiyini, məzarının üzərində balaca daş qoyulduğunu bildirsə də məhkəmə şahidin ifadəsini ümiyyətlə nəzərə almamışdır. Eyni zamanda bioloji olaraq da, şəxsin bu vaxtadək sağ qalması mümkün deyildir.

34. Məhkəmə kollegiyası qed olunan dəillərdən yalnız onunla razılaşır ki, X17 bioloji olaraq hal – hazıradək sağ qalması mümkün deyildir.

35. MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.

36. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” ## ##### 2019-cu il tarixli, ** saylı Qərarının 9.4-cü bəndində qeyd olunmuşdur ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir.

37. Qeyd olunan normanın məzmununa və plenum qərarında əks olunan mövqeyə əsasən ərizəni həmin hissədə təmin edən məhkəmə ölümün baş vermə vaxtını və hansı şəraitdə baş verməsini qeyd etməlidir. Lakin ərizəçinin təqdim etdiyi subutlar yalnız şahid ifadələridir və həmin ifadələrə əsasən ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsini müəyyən etmək mümkün deyildir.

38. Çünki, şahidərdən biri - tarixçi Asif Hüseynli yazdığı “Zabrat və Zabratlılar” kitabınnın yazılması üçün lazımı arxiv sənədlərini araşdırdığını, qeyd olunan məlumatları arxivdən götürdüyünü, həmçinin tarixçi kimi araşdırma apararkən aldığı məlumatları qeyd etdiyini bildirmişdir. Məhz mərhumun 1895-ci ilə kimi yaşaması, 1902-ci ildə Paşanın Məkkə ziyarətinə yollanaraq ata anasının sümüklərini aparıb müqəddəs torpaqda dəfn etməsi arxiv məlumatlarına əsasən müəyyən oluna bilməz, yalnız digər şəxslərin verdiyi məlumatlara əsasən müəyyən oluna bilər.

39. Digər şahid - X38 ifadəsində X17 məzarını Kərbəlanın Nəcəf şəhərində ziyarət etdiyini, onun kimsəsizlər qəbitstanlığında dəfn edildiyini, orada adlarının qeyd edildiyini və qəbirstanlığın işçisi tərəfindən babasının qəbrinin ona göstərildiyini, məzarının üzərində balaca daş qoyulduğunu bildirməsi ilə də ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsini müəyyən etmək mümkün deyildir.

40. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, adətən məhkəmə təcrübəsində analoji işlərə, xüsusilə də uzun müddət əvvəl vəfat etmiş şəxslərin ölməsi faktının müəyyən edilməsi barədə işlərə baxılarkən həmin şəxsin məzar daşının fotoşəkilləri, orada yazılan məlumatlar, məzar daşının həqiqətən də uzun müddət əvvələ aid olması və digər xüsusatlar sübut kimi qiymətləndirilərək bu barədə fakt müəyyən olunur. Lakin hazırkı situasiyada mərhumun məzar daşının belə mövcud olmaması, bu barədə əsaslı sübutların təqdim olunmaması məhkəməni bu növ sübutları qiymətləndirmək imkanından da məhrum edir.

41. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ərizənin mübahisələndirilən hissədə təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

42. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən ərizəçi Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar