Məhkəmə qərarları › İş №2(3-6)-270/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-270/2026

13.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-270/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İldırım oğlunun cavabdeh “xxxx” MMC, cavabdeh3 ASC, cavabdeh2 İldırım oğlu, “xxxx” MMC, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC-yə qarşı iş üzrə (Açar sözlər: MMC-nin təsis sənədlərinin etibarsız sayılması, hərracın nəticələrinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X9 və X4 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili vəkil1, Cavabdeh cavabdeh3 ASC-nin nümayəndəsi nümayəndə1, vəkili Kəngərli İsmayıl İlham oğlunun, Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC-nin nümayəndəsi və vəkili vəkil2 iştirakları ilə, İddiaçı İddiaçı İldırım oğlunun cavabdeh “xxxx” MMC, cavabdeh3 ASC, cavabdeh2 İldırım oğlu, “xxxx” MMC, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) təsis sənədlərinin və hərrac protokolunun etibarsız hesab edilməsi, qiymətləndirilmənin aparılması, nisyə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıхаrışın еtibаrsız sаyılmаsı tələblərinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. “xxxx” MMC ##.##.2003-cü il tаriхdə dövlət qеydiyyаtınа аlınmışdır, nizаmnаmə kаpitаlı 20 mаnаt, təsisçi və qаnuni təmsilçisi Əliyеv Аdil İldırım оğludur (iddiaçının qardaşı).

2. “xxxx” İK Bankın (hazırda cavabdeh3 ASC) Gəncə filialı ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2012-ci il tarixli, 10-BİZ-3-0-2107-12 (Sİ) nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən ünvan 2ndə 5.0 ha torpaq sahəsində yerləşən 6315.45 kv.m ümumi, 6180.45 kv.m əsas, 135 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksi MMC-nin həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı üsulu kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

3. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2015-ci il tarixli, *-*(**)-**/**** nömrəli qətnaməsi ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən ##.##.2012-ci il tarixli, 10-BİZ-3-0- 2107-12 (Ə*) nömrəli kredit müqaviləsindən irəli gələn 995.217 manat 41 qəpik əsas borc, 328.791 manat faiz borcu, 11.383 manat dəbbə pulu, cəmi 1.335.451 manat pul vəsaitinin tutularaq “xxxx” İnvestisiya Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın ##.##.2012-ci il tarixli, 10-BİZ-3-0-2107-12 (Ə*) nömrəli girov müqaviləsinə əsasən girov qoyulmuş cəmi 654.720 manat məbləğində qiymətləndirilmiş daşınar əmlaklara – 1 ədəd havasoran ventilyatora, 3 ədəd havavuran ventilyatora, 6 ədəd ventilyatora, 1 ədəd böyük ventilyatora, 2 ədəd ventilyatora, 6 ədəd qurutmanın hidrovlika yağı ilə işləyən motoruna, 1 ədəd pres qarışdırıcısına, 2 ədəd predisin motoruna, 1 ədəd vakuma, 1 ədəd kompressora, 9 ədəd elevatora, 1 ədəd bunkerə, 1 ədəd qırıcı valsa, 1 ədəd əzici valsa, 1 ədəd qarışdırıcıya, 1 ədəd bunkerə, 250 ədəd əl arabasına, 34 ədəd böyük vaqonlara, 1 ədəd DT-75 traktoruna, 1 ədəd yükqaldırıcıya, 4 ədəd qəlibə və ##.##.2012-ci il tarixli, 10-BİZ-3-0-2107-12 (Ə*) nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş və 1.800.000 manat məbləğində qiymətləndirilmiş ünvan 2ndə 5,0 ha torpaq sahəsində yerləşən 6315,45 kv.m əsas, 135 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə yönəldilməsi, qeyd olunan daşınar əmlakın və əmlak kompleksinin açıq hərraca çıxarılaraq satılması qət edilmişdir.

4. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli, *-*(**)-****/**** nömrəli qərarı ilə iddiа tələbi təmin еdilərək mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 əmlakının yenidən qiymətləndirilməsinə dair imtina ilə bağlı hərəkətlərinin qeyri-qanuni hesab edilməsi və borclu “xxxx” MMC-nin əmlakına dair qiymətləndirmə aparılması qərаrа аlınmışdır.

5. ##.##.2023-cü il tarixli hərrac təşkilatının hərracın yekunları barədə **/** nömrəli protokoluna əsasən “xxxx” MMC-yə məxsus ünvan 2 ünvanında olan 5.0 ha torpaq sahəsində yerləşən 6315,45 kv.m. ümumi, 6180,45 kv.m. əsas, 135 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksi ilkin hərrac qiyməti 1.800.000 manat, təkrar hərrac qiyməti 1.530.000 olmaqla, yekunda 1.147.500 manat qiymətlə tələbkar cavabdeh3 ASC tərəfindən əldə edilmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnаməsi ilə ilkin iddia üzrə iddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” MMC-yə və cavabdeh3 ASC-yə qarşı “##.##.2023-cü il tarixli **/** nömrəli hərrac protokolunun və dövlət reyestrindəki qeydin ləğv edilməsi və sair tələbinə dair ilkin iddia ərizəsinin rədd edilməsi, birləşdirilmiş (qarşılıqlı) iddia üzrə iddiaçı cavabdeh3 ASC-nin cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsinin təmin edilməsi, ünvan 2ndə 5.0 ha torpaq sahəsində yerləşən 6315,45 kv.m ümumi, 6180.45 kv.m əsas, 135 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin “xxxx” MMC tərəfindən boşaldılaraq cavabdeh3 ASC-yə təhvil verilməsi qət еdilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.

7. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” MMC-yə və cavabdeh3 ASC-yə (Müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2) qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi, hərracın ləğv edilməsi və əmlak kompleksinin yenidən qiymətləndirilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardadda qeyd olunmuşdur ki, hərrac protokolunun ləğv edilməsi tələbi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi iddiaçının hazırkı kommersiya işi üzrə mübahisələndirdiyi hərrac protokolunun etibarlılıq məsələsinə əvvəlki iş üzrə üç instansiya məhkəməsi tərəfindən baxılıb yekun qiymət verilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci il tаriхli, *-*(***)-***/**** nömrəli qərаrdаdı ilə iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** saylı qərardadı ləğv edilmiş və iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılmışdır. Qərardad belə əsaslandırılmışdır ki, tərəflər arasındakı digər mübahisənin faktiki əsasını ASCnin əmlak kompleksini təkrar hərracın baş tutmasının elan edildiyi gündən 6 il yarım keçdikdən sonra əldə etməsi, hüquqi əsasını isə "İpoteka haqqında" Qanunun 43.7 və 43.7-1-ci maddələr təşkil etmişdir. İlkin iddiadan fərqli olaraq hazırkı iddiada hərrac protokolunun yalnız sifarişçi tərəfindən imzalanmasına, hərracın keçirilməsi qaydalarının pozulmasına istinad edilərək, protokolun etibarsız hesab edilməsi və tərəflərin ilkin vəziyyətə gətirilməsi tələb edilir. Qeyd edilənlərlə yanaşı iddia tələbi iki hissədən ibarət olduğu halda məhkəmə tərəfindən tələbin ikinci hissəsi üzrə (əmlak kompleksinin yenidən qiymətləndirilməsinin aparılması) qərardadda münasibət bildirilməmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı “xxxx” MMC-nin cavabdehlər “xxxx” MMC-yə və cavabdeh3 ASC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2) qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi, hərracın ləğv edilməsi və əmlak kompleksinin yenidən qiymətləndirilməsi” tələbinə dair iş üzrə icraata “iddiaçının iddiadan imtina etməsi əsası ilə” xitam verilmişdir. Qərardaddan İddiaçı İldırım oğlunun nümayəndəsi Xəlilov İlkin Ələkbər oğlu şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə İddiaçı İldırım oğlunun nümayəndəsi Xəlilov İlkin Ələkbər oğlunun şikayətdən imtinası qəbul edilmiş, apellyasiya icraatına xitam verilmişdir.

10. ##.##.2023-cü il tarixdə satıcı cavabdeh3 ASC ilə alıcı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC arasında Bakı şəhəri ** saylı Notariat Ofisində bаğlаnmış alqı-satqı müqaviləsinə əsasən sоnuncu ünvan 2 ünvanında mülkiyyətində olan 5.0 ha torpaq sahəsində yerləşən 6315,45 kv.m. ümumi sahədən ibarət əmlak kompleksini 1.150.000 mаnаtа аlmışdır.

11. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 (Yeni qaydalarla: Gəncə şəhəri, Nizami Gəncəvi prospekti, giriş 26) ünvanında yerləşən 5.0 ha torpaq sahəsi və əmlak kompleksi ##.##.2025-ci il tarixində dövlət reyestrində qeydiyyata alınmaqla mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC-nin xüsusi mülkiyyətindədir.

12. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)- ***/**** nömrəli qərardadı ilə İddiaçı İldırım oğlunun müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi qismən təmin edilmiş, ünvan 2 ünvanında olan 5.0 ha torpaq sahəsində yerləşən 6315.45 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin özgəninkiləşdirilməsinin qadağan edilməsi, ərizənin qalan hissədə təmin olunmaması qərara alınmışdır.

13. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, **(***)-***/**** nömrəli qərardadı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)-***/**** nömrəli qərardadının ləğv edilməsi, ünvan 2 ünvanında olan 5.0 ha torpaq sahəsində yerləşən 6315.45 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin üzərinə həbs qoyulması və həmin əmlakın özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə iddiaçı İddiaçı İldırım oğlunun ərizəsinin təmin edilməməsi qərara alınmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı İddiaçı İldırım oğlu cavabdehlər “xxxx” MMC, cavabdeh3 ASC, cavabdeh2 İldırım oğlu, “xxxx” MMC, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) təsis sənədlərinin və hərrac protokolunun etibarsız hesab edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin təsis sənədlərinin etibarsız hesab edilməsi, təsis sənədlərində onun təsisçi kimi qeydə alınmağı vəzifəsinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi, cavabdeh3 ASC, “xxxx” MMC ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında bağlanmış ##.##.2023-cü il tarixli Hərracın yekunları barədə **/** nömrəli Protokolunun və hərracın nəticələrinin etibarsız hesab edilməsi, ünvan 3 ünvanında olan 5.0 ha torpaq sahəsində yerləşən 6,315.45 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin yenidən qiymətləndirilməsinin aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun illər ekologiya sahəsində çalışmış, qardaşı cavabdeh2 İldırım oğlu 2000-ci ildən pensiyada olduğu üçün qərara gəlmişlər ki, tək şəxsiyyət vəsiqəsindən başqa heç nəyi olmayan, özünə məxsus olan ünvan 1 ünvanında оnun himayəsində yaşayan və həmin ünvanda qeydiyyatda olan cavabdeh2 İldırım oğlunun adına “xxxx” MMC müəssisəsini təsis etsinlər (adından da göründüyü kimi (“xxxx” MMC) müəssisəni о təsis etmişdir). ##.##.2005-ci ildə reyestr nömrəsi 202013000007 olan ünvan 2ndə yerləşən 5 ha torpaq sahəsini almış, ##.##.2006-cı ildə Samux rayonu inzibati ərazisində yerləşən reyestr nömrəsi 507013000017 olan 50 ha sənaye təyinatlı torpaq sahəsini almış, yuxarıda göstərilən torpaq sahələrini 1 il sonra girov qoyaraq, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın İnkişaf Fondu ilə 870.000 manat krediti, illik 6 faizlə götürmüş, 5 ilin faiz borcu (təxminən 260.000 manat) tərəfindən ödənilmişdir. Qardaşı müəssisəni tikdiyi və işlətdiyi dövrdə uğursuz fəaliyyət göstərmiş, dəfələrlə оnu borca salmış, 2008-ci ildə fəhlələrə və “Azəriqaz”a ödənişə görə оndаn 230.000 manat məbləğində borc almışdır. ünvan 2ndə yerləşən 5 ha torpaq sahəsini və Samux rayonu inzibati ərazisində yerləşən reyestr nömrəsi 507013000017 olan 50 ha sənaye təyinatlı torpaq sahəsini həmin ildə cavabdeh3 da (əvvəlki adı “xxxx” Bank) çalışdığına görə restrukturizasiya edərkən torpaq sahələrini ##.##.2012-ci ildə ipoteka müqaviləsinə əsasən təkrarən girov qoyaraq (halbuki torpaq sahələri de fakto оnа, de yure ona məxsusdur və kredit çox sonra, yəni 2007-ci ildə götürülmüşdür) illik 18 faiz olmaqla 1.045.000 manat məbləğində kredit götürmüşdür. Həmin ərəfələrdə 200.000 ABŞ dolları qudasından alaraq, faiz borclarının ödənilməsi üçün “xxxx” Bankın inzibati binasında qardaşı cavabdeh2 vermişdir ki, pulu Azərbaycan manatına çevirib borcu ödəsin. Bütün ödənişləri etməyinin səbəbi istər 2007-ci ildəki krediti, istərsə də 2012-ci ilin ## ######ında edilmiş restrukturizasiya zamanı yuxarıda göstərdiyi kreditdən əvvəl оnа məxsus olmuş, rəsmi olaraq MMC-nin balansında olan 5 ha və 50 ha torpaq sahələrini girovdan çıxarmaq olmuşdur. Məhkəmə Ekspertizası Xidmətləri MMC-nin ##.##.2024-cü il tarixli rəyinə əsasən təkcə əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin dəyəri 2.500.000 manat (hələ 50 ha torpaq sahəsini qiymətləndirməmişdir) müəyyən edilmişdir. Lakin 18 il keçməsinə baxmayaraq, torpaq sahələrini girovdan çıxara bilmir. Əlavə tikili və avadanlıqlara həmin illərdə 1.000.000 manat dəyərində xərc çəkilib və bu gün də qüvvədə olan məhkəmə qərarı ilə həmin tikili və avadanlıqlara göstərilən məbləğdə xərc çəkildiyi təsdiqini tapır. Təxminən 300.000 manat faiz borcu ödənilmişdir. “xxxx” MMC-nin ##.##.2018-ci il tarixli rəyinə əsasən əmlak kompleksinin dəyərinin 5.700.000 manat məbləğində qiymətləndirilməsinə baxmayaraq, həmin hərrac mərkəzi 1.147.500 manata möhürsüz və imzasız hərrac protokolu tərtib edərək, Bankla və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə cinayət əlaqəsinə girərək, özünün təsdiq etdiyi məbləğin 1/6 hissəsinə (hansı ki, 1.000.000 manat pulun qoyulması məhkəmə qərarı ilə təsdiq olunur) əmlak kompleksinin 1 gün içərisində Bankın balansına keçməsinə şərait yaratmışdır. Bu qanunsuzluqlardan sonra tərəfindən cavabdeh3 ASC, “xxxx” MMC ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında bağlanmış ##.##.2023-cü il tarixli Hərracın yekunları barədə **/** nömrəli Protokolunun və hərracın nəticələrinin etibarsız hesab edilməsi, ünvan 3 ünvanında olan 5.0 ha torpaq sahəsində yerləşən 6,315.45 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin yenidən qiymətləndirilməsinin aparılması barədə iddia irəli sürülmüşdür. Həmin iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan tərəfindən şikayət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərardadı ilə şikayət qismən təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)- ****/**** saylı qərardadı ləğv edilmiş iş, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla qanunamüvafiq qərarın qəbul edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılmışdır. Bundan təşvişə düşmüş qabaqcadan əlbir olmuş vəzifəli şəxslər rəsmi təsisçi olan və əvvəllər bankın işçisi olmuş qardaşı cavabdeh2lə cinayət əlaqəsinə girərək, öz aralarında ona məlum olmayan rəqəmlə razılaşmaqla, banka olan 133000 manat borcu bəhanə gətirərək, iddialardan və оnun etibar etdiyi vəkilin xidmətlərindən imtina etmiş və “elektron məhkəmə” sisteminə yeni möhür və yeni asan imza çıxararaq (halbuki bir şəxsə məxsus olan bir asan imza ola bilər) ərizələr yerləşdirmiş, bununla da milyonlarla manat dəyəri olan əmlakın bir qrup şəxs tərəfindən mənimsənilməsinə şərait yaratmışdır. Bu gün də MMCyə aid olan çıxarışlar, sənədlər, möhür və asan imzanın olduğu “*** *** ** **” korporativ nömrəsi və nömrənin sənədləri özündədir. Bu da onu göstərir ki, MMC de yure cavabdeh2, de fakto оnа məxsusdur. Bu faktı qohum, dost ifadələri, mesajları, cavabdeh3 ASC-nin Hüquq Departamentinin rəhbəri İsa Hacıyevin səs yazıları, həmçinin cavabdeh2 və oğlu Fuad Əliyevin “vatsap” səs yazıları ilə təsdiq edə bilərlər. Həmçinin, İsa Hacıyevin səs yazılarından əmlak kompleksinin real qiymətinin bankın hərracda həmin əmlak kompleksini əldə etdiyi qiymətdən – 1.147.500 manatdan artıq olduğu müəyyən edilir. Əmlak kompleksinin de fakto özünə məxsus olmasını MMC-də icraçı direktor vəzifəsində çalışmış ##.##.2012-ci ildə ipoteka müqaviləsini MMC-nin adından cavabdeh2 tərəfindən verilmiş etibarnamə əsasında imzalamış Tacir Orucov və MMC-də çalışmış digər şəxslər də təsdiq edə bilərlər. Həmçinin, tərəfindən iddia ərizəsinə əlavə edilmiş MMC-yə aid olan hüquqi şəxslərin dövlət reyestrindən “xxxx” MMCyə aid Vergilər Nazirliyi tərəfindən verilmiş kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnamə, Ədliyyə Nazirliyi tərəfindən verilmiş hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnamə, MMC-yə məxsus olan torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar notarial qaydada təsdiq edilmişdir. Həmin sənədlərin tərəfindən notarial qaydada təsdiq etdirilməsi də MMC-nin sənədlərinin özündə olduğunu, MMC-nin cavabdeh2 aidiyyəti olmadığını bir daha sübut edir. Hazırda о, müəssisənin təsis sənədlərinin özünün adına rəsmiləşdirilməsi və əmlak kompleksinin əldən çıxmasının qarşısının alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Çünki qardaşı cavabdeh2 bankla əlbir olub cinayətkar hərəkətlərini davam etdirərək, müəssisənin təsis payını оnа verməkdən və vəkilə verilmiş etibarnaməni bərpa etməkdən imtina etməklə оnа maddi zərər vurmaqda davam edir və müəssisənin əmlakının bank tərəfindən mənimsənilməsinə şərait yaradır. Qeyd edilənlərlə yanaşı işin aşağıdakı hallarına əsasən hesab edir ki, hərrac protokolu etibarsız hesab edilməli, hərracın nəticələri ləğv edilməli, hərracdan əvvəlki ilkin vəziyyət bərpa edilməli və yenidən qiymətləndirmə aparılmalıdır. “xxxx” MMC ilə “xxxx” İnvestisiya Kommersiya Bankı ASC arasında bağlanmış ##.##.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən Bankdan 1.045.000 manat dəyərində kredit götürülmüş və “xxxx” MMC-yə məxsus olan əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir. Pul götürüldükdən sonra 2013-cü il tarixdə banka faiz borcuna görə 300.000 manata yaxın pul ödənilmişdir. Həmin ildə müəssisədə yenidənqurma işləri aparılmış, dəyəri 1.000.000 manat olan, sahəsi 1000 kv.m artıq yeni tikili inşa edilmiş, istehsalı artırmaq üçün əlavə avadanlıqlar alınmışdır. Kredit və ipoteka müqavilələri bağlanarkən əmlak kompleksinin ilkin satış qiyməti cavabdeh bank tərəfindən 1.800.000 manat müəyyən edilmiş, ##.##.2016-cı il tarixli icra vərəqəsi verilmişdir. Bundan sonra MMC tərəfindən Gəncə İnzibati- İqtisadi Məhkəməsinə müraciət edilərək, əmlak kompleksinin yenidən qiymətləndirilməsi vəzifəsinin Gəncə Şəhər İcra İdarəsinin üzərinə qoyulması xahiş edilmişdir. Gəncə İnzibati- İqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı, ##.##.2017-ci il tarixli qərarı ilə əmlaka dair yenidən qiymətləndirmə aparılması öhdəliyi icra məmurunun üzərinə qoyulmuş və Gəncə İnzibati Məhkəməsinin tərəfindən verilmiş vəkil sorğusuna ##.##.2023-cü il tarixli cavab məktubundan da müəyyən olunur ki, həmin qərar qanuni qüvvəsini almış və bu günkü gündə də qüvvəsindədir. İstinad etdiyi qərarda müəssisədə yenidənqurma işləri aparıldığı, dəyəri 1.000.000 manat məbləğində olan, sahəsi 1000 kv.m artıq yeni tikili inşa edildiyi, istehsalı artırmaq üçün əlavə avadanlıqlar quraşdırıldığı, istehsalı artırmaq məqsədi ilə yeni tikililər inşa edildiyi, əmlak kompleksinin real bazar dəyərinin əhəmiyyətli dərəcədə artdığı Azərbaycan Respublikasının müvafiq səlahiyyətli məhkəməsinin (Gəncə İnzibati-İqtisadi Məhkəməsi) qərarı ilə öz təsdiqini tapmışdır. Bundan sonra əmlak kompleksinin dəyəri üzərindəki tikililərlə bərabər “xxxx” MMC-nin ##.##.2018-ci il tarixli rəyinə əsasən 5.700.000 manat dəyərində müəyyən edilmiş və ##.##.2020-ci il tarixdə əmlak kompleksinin açıq hərracda 5.700.000 manata satılması üçün Gəncə Şəhər İcra İdarəsi tərəfindən sifariş verilmişdir. İlkin hərracın keçirilməsi “xxxx” MMC-yə tapşırılsa da, ##.##.2020-ci il tarixdə icra idarəsi tərəfindən hərracın keçirilməsi barədə başqa hərrac təşkilatına - “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMCyə sifariş verilmişdir. ##.##.2020-ci il tarixdə tələbkar “xxxx ”xxxx“xxxx İkb”) tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2nə müraciət edilərək, “İcra Haqqında” AR Qanununun 17.1.10-cu (tələbkarın müvafiq xahişi olduqda) maddəsinə əsasən icra sənədi üzrə icraatın dayandırılması xahiş edilmiş və buna uyğun olaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 böyük icra məmuru tərəfindən ##.##.2020-ci il tarixdə icra sənədi üzrə icraatın dayandırılması barədə qərar qəbul edilərək icrası üçün “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-yə göndərilmişdir. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən ##.##.2020-ci il tarixli hərracın dayandırılması barədə 40 № li protokol qəbul edilmişdir. Bundan sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən əmlak kompleksinin açıq hərracda satışının təşkili üçüncü hərrac təşkilatına - “xxxx” MMC-yə ##.##.2023-cü il tarixli məktubla sifariş edilmiş, “xxxx” MMC-nin ##.##.2023-cü il tarixli məktubu ilə ilkin hərracın keçirilməsi ##.##.2023-cü il tarixə təyin edilmişdir. Tələbkar “xxxx“ ASC-nin ərizəsi əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ##.##.2023-cü il tarixli məktubu ilə hərracın keçirilməsinə dair hərəkətlərin aparılması dayandırılmış, bu barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən tərəflərə ##.##.2023-cü il tarixli məktub göndərilmiş, bununla da iddiaçı “xxxx” MMC aldadılmışdır. Bundan sonra hərracın keçirilməsi barədə aparılan proseslərdən “xxxx” MMC-nin xəbəri olmamış, sonradan MMC-yə ##.##.2023-cü il tarixdə tələbkar bank, hərrac təşkilatı və icra şöbəsi arasında Hərracın yekunları barədə **/** nömrəli Protokol imzalandığı, hərracın bərpa edildiyi və 1 gün ərzində əmlak kompleksinin 1.147.500 manata tələbkar bankın balansına keçirildiyi məlum olmuşdur. Lakin yekun hərracda əmlak kompleksi tələbkar “xxxx ”ASC tərəfindən 1.147.500 manata əldə edilərkən, əmlak kompleksinin yerləşdiyi və sahəsi 6315.45 kv.m artıq, dəyəri “Məhkəmə Eksperizası Xidmətləri MMC nin” ##.##.2024-cü il tarixli rəyinə əsasən 2.500.000 manat müəyyən edilmiş torpaq sahəsi cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində “mənimsənilməklə” əmlak kompleksi ilə birgə bank tərəfindən özgəninkiləşdirilmişdir. Göründüyü kimi, ilkin hərracın keçirilməsi “xxxx” MMC-yə tapşırılsa da, sonradan hərracın keçirilməsi ##.##.2020-ci il tarixdə icra idarəsi tərəfindən başqa hərrac təşkilatına “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-yə, ##.##.2023-cü il tarixdə isə “xxxx” MMC-yə sifariş verilmiş, lakin yekunda əmlak kompleksi ilkin sifariş verilmiş hərrac təşkilatı (“xxxx” MMC) tərəfindən 1 gün ərzində 6 il yarım əvvəl dayandırılmış proses qanunsuz olaraq bərpa edilməklə satılmış və borclu tərəfə əmlak kompleksini 1.147.500 manata almaq təklif edilməmişdir. Beləliklə, hərracın dayandırılmasına dair ##.##.2023-cü il tarixli məktubla “xxxx” MMC aldadıldıqdan sonra 6 il yarım əvvəl dayandırılmış hərrac qanunsuz olaraq bərpa edilmişdir. Bununla da cavabdehlər və üçüncü şəxs iddiaçı “xxxx” MMC-ni uzun müddət gözləmə mövqeyində saxlamaqla hüquq subyekti kimi onu “İpoteka haqqında” Qanunun 42.3cü maddəsinə müvafiq qaydada hərracda iştirak etmək və ipoteka predmetini əldə etmək hüquqlarından məhrum etmişlər. Göstərilənlərlə yanaşı, iddiaçı “xxxx” MMC-nin “xxxx” ASC və “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-yə qarşı ipotekaya xitam verilməsi tələbinə dair iş üzrə məhkəmə iclasında Bakı Kommersiya Məhkəməsi tərəfindən verilmiş vəsatət təmin edilərək, hərracın keçirilməsinə dair sənədlər cavabdeh “xxxx” MMC-dən məhkəmə sorğusu vasitəsilə alınmışdır. Həmin sənədlərə baxış keçirilərkən hərracın yekunları barədə ##.##.2023cü il tarixli yekun protokolunun yalnız ipoteka saxlayan cavabdeh cavabdeh3 ASC-nin nümayəndəsi tərəfindən imzalandığı, sifariş verən təşkilat - cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 səlahiyyətli şəxsi tərəfindən protokolun imzalanmadığı və İdarənin möhürünün vurulmadığı müəyyən edilmişdir. Göründüyü kimi, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı, qanuni ##.##.2017-ci il tarixli qərarı ilə 2017-ci ildə təkcə əmlak kompleksində sahəsi 1000 kv. metrdən artıq və dəyəri 1.000.000 manat olan yeni tikilinin inşa edilməsinə baxmayaraq, 2017-ci ildə dayandırılmış hərrac bərpa edilməklə bütün əmlak kompleksi tikililərlə təxminən eyni qiymətə - 1.147.500 manata əldə edilmişdir. Təkcə yeni inşa edilmiş və sahəsi 1000 kv.m artıq olan tikilinin 2017-ci il üçün dəyəri 1.000.000 manat məbləğində müəyyən edilmişdir. Təbii sual yaranır ki, bu halda 2017-ci ildə başlamış hərracla bütün əmlak kompleksinin dəyəri necə 1.147.500 manat müəyyən edilə bilər və bundan belə nəticəyə gəlmək olar ki, sahəsi 1000 kv.m artıq olan yeni tikilini çıxmaq şərtilə qalan bütün əmlakın dəyəri cəmi 147.500 manatdır. Bu isə reallığı əks etdirmir və hərracın qanunvericiliyin tələblərinə zidd qaydada keçirildiyini bir daha sübut edir. Beləliklə, işin hallarından aşağıdakı kobud qanun pozuntularının olması müəyyən olunur: 1. Gəncə İnzibati- İqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı, ##.##.2017-ci il tarixli qərarı ilə əmlak kompleksində yenidənqurma işləri aparılması, dəyəri 1.000.000 manat məbləğində olan, sahəsi 1000 kv.m artıq yeni tikili inşa edilməsi, istehsalı artırmaq üçün əlavə avadanlıqlar quraşdırılmasının öz təsdiqini tapmasına baxmayaraq, əmlak kompleksi Bankın balansına 12 il əvvəl müəyyən edilmiş qiymətə keçmişdir, 2. 3 müxtəlif hərrac təşkilatına (xxxx MMC, Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi və xxxx) sifarişlərin verilməsi və ilkin hərracın sifariş verilməsindən 6 il yarım keçdikdən sonar dayandırılmış ilkin hərracın yenidən bərpa edilərək, əmlak kompleksinin 1 gün ərzində bank tərəfindən 12 il əvvəlki qiymətə, dəyərindən xeyli aşağı məbləğlə əldə edilməsi, 3. “Məhkəmə Eksperizası Xidmətləri MMC-nin” ##.##.2024-cü il tarixli rəyi ilə təkcə əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin qiymətinin 2.500.000 manat müəyyən edilməsinə baxmayaraq, bütün əmlak kompleksinin torpaq sahəsi ilə birgə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83) ****/**** saylı, ##.##.2017-ci il tarixli qərarı ilə müəyyən edilmiş torpaq sahəsində inşa olunan tikililərlə təxminən eyni qiymətə (qərarla yeni tikililərin dəyəri 1.000.000 müəyyən edilmişdir) 1.147.500 manata əldə edilməsi, bu zaman 6315.45 ha böyük tikilinin və dəyəri 2.500.000 manat olan 5 ha torpaq sahəsinin nəzərə alınmaması; 4. Təkcə yeni inşa edilmiş və sahəsi 1000 kv.m artıq olan tikilinin 2017-ci il üçün dəyərinin Gəncə İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı, ##.##.2017-ci il tarixli bu günkü gündə də qüvvədə olan qərarı ilə 1.000.000 manat məbləğində müəyyən edilməsinə baxmayaraq, həmin ildə başlanmış hərracla bütün əmlak kompleksinin qiymətinin 1.147.500 manat müəyyən edilməsi. Belə nəticəyə gəlmək olar ki, 2017-ci ildə sahəsi 1000 kv.m artıq olan yeni tikilini çıxmaq şərtilə qalan bütün əmlakın dəyəri cəmi 147500 manat olmuşdur (eyni hərrac təşkilatı tərəfindən-“xxxx” MMC-nin ##.##.2018-ci il tarixli rəyinə əsasən əmlakın dəyəri 5700000 manat müəyyən edilsə də, həmin təşkilat yekunda əmlak kompleksinin dəyərinin real dəyərindən aşağı qiymətləndirilməsini və yekunda cəmi 1147500 manata bankın balansına keçirilməsini təmin etmişdir).

16. Daha sonra iddiaçı əlavə cavabdehin cəlb edilməsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə mürаciət еdərək göstərmişdir ki, iş üzrə əlavə cavabdehin cəlb edilməsi və iddia tələbinin həcminin artırılması zərurəti yaranmışdır. ##.##.2023-cü il tarixdə satıcı cavabdeh3 ASC ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC arasında Bakı şəhəri, ** saylı Notariat Ofisində nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin vaxt “xxxx” MMC ilə cavabdeh3 ASC arasında olmuş məhkəmə mübahisələrinin gedişində Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e **(***)- **/**** saylı qərardadı ilə MMC-yə məxsus olan əmlak kompleksinin özgəninkiləşdirilməsi qadağan edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, **(***)-***/**** saylı qərardadı ilə həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. Bütün məhkəmə iclaslarının gedişində əmlakın özgəninkiləşdirilməsinə qadağa qoyulmuş, həmin qadağa götürüldükdən sonra da Nərimanov Rayon Məhkəməsində yeni iddia qaldırılaraq, Nərimanov Rayon Məhkəməsinin 16(005) ***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə əmlak kompleksi üzərinə yenidən həbs qoyulmuşdur. Lakin buna baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC hansısa yolla ##.##.2025-ci il tarixdə həmin əmlak kompleksinə dair çıxarış almışdır. Təbii sual yaranır ki, əmlak üzərində həbs olduğu halda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC həmin çıxarışı necə əldə etmişdir və hansı fiziki və hüquqi şəxslərin məsuliyyətsizliyi nəticəsində qanuni qüvvəsini almış məhkəmə qərarına bu qədər hörmətsizlik edilmişdir. 2 il ərzində əmlakın özgəninkiləşdirilməsi mümkünsüz olduğu halda hansı yolla əmlak kompleksi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC-nin adına keçirilmişdir? Nərimanov Rayon Məhkəməsinin **(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı mövcud olduğu halda ##.##.2025-ci il tarixdə əmlak kompleksinə çıxarış necə alına bilər? Qeyd edilən nisyə alqı-satqı müqaviləsi barədə bu ilin iyul ayında cavabdeh cavabdeh2 İldırım oğlu tərəfindən iddiaçıya məruzə edilmiş və həmin müqavilənin surəti “vatsap” nömrəsi ilə A.İ.Əliyev tərəfindən ona göndərilmişdir. Təbii sual yaranır ki, iyul ayında çıxarış olmadığı halda, necə, həm də Nərimanov Rayon Məhkəməsinin **(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı olduğu halda ##.##.2025-ci il tarixdə çıxarış alına bilər? Hazırda qeyd edilən məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə iddiaçının vəkili tərəfindən elektron poçtla müraciət edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən xahiş edilir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC əlavə cavabdeh qismində işə cəlb edilməsi, iddia tələbinin qeyd etdiyi tələblərlə yanaşı aşağıdakı tələb üzrə də qətnamə çıxarılsın: “##.##.2023-cü il tarixdə satıcı cavabdeh3 ASC ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC arasında Bakı şəhəri, ** saylı Notariat Ofisində bağlanmış nisyə alqı-satqı müqaviləsinin etibarsız hesab edilsin və həmin alqı-satqı müqaviləsi əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC-yə verilmiş ##.##.2025-ci il tаriхli çıхаrışı еtibаrsız sаyılsın.

17. Cavabdeh “xxxx ”ASC-nin nümayəndəsi tərəfindən iddia ərizəsinə qarşı etiraz verilərək iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı bir-birilə bağlı olmayan tələbi birləşdirərək bir iddiada vermişdir. Həmçinin İddiaçı hazırkı tələblər ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqi yoxdur. Məhkəmədə mübahisələndirilən sənədlər və müqavilələr üzrə iddiaçının heç bir sənədə adı keçmir və o həmin sənədlər və müqavilələr üzrə tərəf olmamışdır. İddiaçı iddia ərzəsində heç bir hüquqi əsası olmadan şifahi olaraq sübut etməyə çalışmışdır ki, mübahisələndirilən məsələlər üzrə tərəfdir. Lakin onun iddia tələbində qeyd ediklərini sübuta yetirəcək heç bir hüquqi əsası yoxdur. Bundan başqa əlavə olaraq bildirilir ki, iddia tələbinin hərracın nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı iddia müddəti ötürülmüşdür. İddiaçı tərəfindən mübahisələndirilən hərrac protokolu ##.##.2023-cü il tarixdə tərtib olunmuş və həmin protokolun mövcudluğundan iddiaçı məlumatı olmuşdur. “xxxx” MMC-nin cavabdeh “xxxx” MMC-yə və cavabdeh3 ASC-yə qarşı “##.##.2023 cü il tarixli **/** nömrəli hərrac protokolunun və dövlət reyestrindəki qeydin ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya məhkəməsinə ##.##.2024cü il tarixdə müraciət etmiş və ##.##.2024-cü il tarixli, e-*-*(***)-****/**** saylı qətnamə ilə “xxxx” MMC-nin iddia ərizəsi rədd edilmişdir. Bundan sonra yenidən iddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” MMC-yə və cavabdeh3 ASC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2) qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi, hərracın ləğv edilməsi və əmlak kompleksinin yenidən qiymətləndirilməsi” ilə bağlı iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)- ****/**** saylı qərardadı ilə iddiaçının öz iddiasından imtina ərizəsinə əsasən iş üzrə icraata xitam verilmişdir. İddiaçı “xxxx” MMC-nin qeyd edilən iddia tələbləri üzrə məhkəmə işlərində və hazırki işdə iddiaçıların vəkili və nümayəndəsi eyni şəxs Xəlilov İlkin Ələkbər oğludur. İddiaçılarının vəkilinin eyni şəxs olması, həmçinin iddiaçı İddiaçı iddia ərizəsində qeyd etdiyi bütün məlumatlar təsdiq edir ki, bütün məhkəmə mübahisələrindən və hərrac protokolundan məlumatı olmuşdur. Əlavə olaraq bankın iddia tələbi üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar hərracın gedişatı ilə bağlı məhkəmənin nəzərinə çatdırılır ki, qətnamə üzrə tutma yönəldilmiş əmlak kompleksinin və avadanlığın satılması üçün Gəncə şəhəri İcra İdarəsi tərəfindən “xxxx” MMC-yə əmlak kompleksinin 1.800.000 manata, avadanlığın isə 654.720 manata hərracdan satılması ilə bağlı sifariş məktubu verilmişdir. Əmlakların satışı üzrə açıq hərracın keçirilməsi ##.##.2017-ci il tarixdə ilkin hərrac keçirilmişdir. İlkin hərracda alıcı olmadığından təkrar hərrac ##.##.2017-ci il tarixə təyin edilmişdir. ##.##.2017-ci il tarixə təyin edilmiş hərracda alıcı olmadığından hərrac baş tutmamış və bu barədə ##.##.2017-ci il tarixdə “Birja yeniliklərin” qəzetində elan dərc edilmişdir. Lakin ##.##.2017-ci il tarixdə “xxxx” MMC cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2nə (üçüncü şəxs “xxxx” İnvestisiya Kommersiya Bankı ASC-yə) qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 əmlakın yenidən qiymətləndirilməsinə dair imtina ilə bağlı hərəkətlərinin qeyri-qanuni hesab edilməsinə dair iddia ilə Gəncə İnzibati-İqtisad Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda əmlakların satılması və hərracın keçirilməsinin “xxxx” MMC-yə qadağan edilməsi ilə bağlı müvəqqəti xarakterli müdafiə barədə ərizə ilə müraciət etmiş və ərizə ##.##.2017-ci il tarixli qərardadla təmin edilərək, əmlakların satılması və hərracın keçirilməsi “xxxx” MMC-yə qadağan olunmuş və qərardad dərhal icra olunması üçün aidiyyatı üzrə icra vərəqəsi verilmişdir. Bu səbəbdən xxxx MMC hərracla bağlı sonrakı hərəkətləri yerinə yetirə bilməmişdir. Gəncə İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərardadı ilə ##.##.2017-ci il tarixli qərardad ləğv edilərək, xxxx MMC-yə məxsus əmlakın satılması ilə əlaqədar hərracın keçirilməsi ilə bağlı xxxx MMC-nin üzərinə qoyulmuş qadağa götürülmüşdür. Gəncə İnzibati məhkəməsinin məktubuna əsasən sözügedən ##.##.2023-cü il tarixli qərardad ##.##.2023-cü il tarixdə qanuni qüvvəsini aldıqdan sonra ##.##.2023-cü il tarixdə Bank xxxx MMC-dən ünvan 2 ünvanında yerləşən əmlak kompleksinin cavabdeh3 ASC-nin balansına 1.147.500 manata götürülməsi barədə protokol almışdır. Qeyd edilənlərdən göründüyü kimi, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, iş haqqında düzgün olmayan məlumatlar göstərmiş və həmin məlumatları düzgünlüyünü təsdiq edən heç bir sübutu ərizəsinə əlavə etməmişdir. Həmçinin iddiaçının iddia ərizəsində qeyd etdiyi hərrac protokolunun sifarişçi olan icra qurumu tərəfindən imzalanması ilə bağlı qeyd etmək istəyirlər ki, qanunuvercilikdə hərrac protokolunun sifarişçi olan icra qurumu tərəfindən mütləq şəkildə imzalanması ilə bağlı tələb yoxdur. İddiaçı tərəfin tələbində haqlı olduğunu sübuta yetirən heç bir hüquqi sənəd mövcud deyildir.

18. Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC-nin nümayəndəsi və vəkili vəkil2 iddiaya qarşı yаzılı еtirаz verərək göstərmişdir ki, iddiaçının iddia tələbi aşağıdakılara əsasən tamamilə əsassızdır. 1. İddiaçının hazırkı iddianı irəli sürməkdə subyektiv hüququ yoxdur. İllərdir işləyən bir müəssisənin təsisçisinin kim olması iddiaçıya məlum olmamışdırmı? 2. İddianın mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC-yə münasibətdə bildirilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “xxxx” ASCnin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ##.##.2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2018-ci il tarixli Qərarında reyestrin həqiqiliyi ilə bağlı hüquqi mövqeyi belə olmuşdur ki: “.Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. 3. Konstitusiya Məhkəməsinin bir sıra digər qərarlarında, o cümlədən, “Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2020-ci il tarixli qərarında da vicdanlı əldə edənin hüquqları ilə bağlı hüquqi mövqeyi belə olmuşdur ki: “...Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il ## ####### tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il ## ######## tarixli Qərarı). 4. Bundan başqa hazırkı iş üzrə qəbul edilmiş MTT qərardadından verilmiş şikayət apelyasiya məhkəməsi tərəfindən təmin edilmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC vicdanlı alıcı kimi qəbul edilərək əmlak kompleksinin üzərinə qoyulmuş qadağa aradan götürülmüşdür. Hüquqlarını müdafiə etdiyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC vicdanlı əldə edən olduğu üçün Konstitusiya Məhkəməsinin qərarları tətbiq edilməli və iddia tamamilə rədd edilməlidir.

19. Cavabdeh cavabdeh3 ASC-nin nümayəndəsi tərəfindən həmçinin iddiа müddətinin tətbiqinə dаir ərizə vеrilmiş, ərizədə qeyd olunmuşdur ki, hərracın nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı iddia müddəti ötürülmüşdür. İddiaçı tərəfindən mübahisələndirilən hərrac protokolu ##.##.2023-cü il tarixdə tərtib olunmuş və həmin protokolun mövcudluğundan iddiaçı İddiaçı məlumatı olmuşdur. Belə ki, “xxxx” MMC nin cavabdeh “xxxx” Məhdudl Məsuliyyətli Cəmiyyətinə və cavabdeh3 ASC-yə qarşı “##.##.2023cü il tarixli **/** nömrəli hərrac protokolunun və dövlət reyestrindəki qeydin ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya məhkəməsinə ##.##.2024-cü il tarixdə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə “xxxx” MMC-nin iddia ərizəsi rədd edilmişdir. Bundan sonra yenidən iddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” MMC-yə və cavabdeh3 ASC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2) qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi, hərracın ləğv edilməsi və əmlak kompleksinin yenidən qiymətləndirilməsi” ilə bağlı iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə iddiaçının öz iddiasından imtina ərizəsinə əsasən iş üzrə icraata xitam verilmişdir. İddiaçı “xxxx” MMC-nin qeyd edilən iddia tələbləri üzrə məhkəmə işlərində və hazırki işdə iddiaçıların vəkili və nümayəndəsi eyni şəxs Xəlilov İlkin Ələkbər oğludur. İddiaçıların vəkilinin eyni şəxs olması həmçinin iddiaçı İddiaçı iddia ərizəsində qeyd etdiyi bütün məlumatlar təsdiq edir ki, bütün məhkəmə mübahisələrindən və hərrac protokolundan məlumatı olmuşdur. Hazırki, iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsi хаhiş еdilir.

20. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qərardadı ilə iş üzrə icraata iddia tələbinin “xxxx” MMC-nin təsis sənədlərində iddiaçının təsisçi kimi qeydə alınmağı vəzifəsinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi hissəsində xitam verilmişdir.

21. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim R.N.Quliyev) iddia təmin edilməmişdir.

22. Məhkəmə qeyd etmişdir ki, iddiaçı MMC-nin fаktiki təsisçisi оlmаsının təsdiqinə dаir müхtəlif şəхslərin, оğlu Əliyеv Sаmir Mürsəl оğlunun, Əliyеv Şаkir Qənbər оğlunun, Nəbiyеv Pərvin Tаhir оğlunun, Əliyеv Rаmil Zаhid оğlunun, Оrucоv Tаcir Bəkir оğlunun, Əsgərоv Аnаr Kаmil оğlunun Bаyrаmоv Rаmil Ənvər оğlunun, Оrucоv Hümbət Əmrаh оğlunun, Оrucоv Sənаni Hümbət оğlunun, Оrucоvа Nuridə İdris qızının, Оrucоv Vаlеh Ismаyıl оğlunun, Оrucоv Vidаdi Firudin оğlunun, Cəbiyеvа Lаmiyə Siyаsət qızının, Оrucоvа Sürəyyа Bаlа Əli qızının еyni tаriхli yəni, ##.##.2025-ci il tаriхli ərizələrini təqdim еtmişdir.

23. Cаvаbdеh cavabdeh2 İldrım oğlu iddiа tələbini еtirаf еtməyərək iddiaçının müəssisəyə heç bir aidiyyаtı оlmаmаsını, sözügedən şirkətin həm təsisçisi, həm də direktoru оlmаqlа şirkətin bütün işlərini özünün görməsini və оnun 74-80 nəfər işçisi olmаsını bildirmişdir.

24. İşin аrаşdırılmış hаllаrı ilə müəyyən еdilmişdir ki, MMC-yə аid mübahisələndirilən sənədlərdə iddiaçı İddiaçı İldırım oğlunun adı keçmir və təsis pаyı dа yохdur. Bu isə оnun MMCnin təsisçiliyində аidiyyаtının оlmаmаsını göstərir.

25. Məhkəmə hеsаb еtmişdir ki, iddiаçı iddiаsındа “xxxx” MMC-nin yаrаdıcısı və оnun fəаliyyəti ilə bаğlı bütün prоsеslərin fаktiki оlаrаq özünün tərəfindən həyаtа kеçirilməsini göstərsə də, bu hаllаrın təsdiqi kimi təqdim еtdiyi sənədlər və dəlillər оnun iddiаsının əsаslı оlmаsı kimi qiymətləndirilə bilməz.

26. Həmçinin məhkəmə hеsаb еtmişdir ki, iddiаçının təqdim еtdiyi yuхаrıdа аdlаrı sаdаlаnаn imzаlаrı nоtаriаl qаydаdа təsdiqlənməyən şəхslərin ərizələrində göstərilənlər də iddiаnın əsаslı оlmаsı аnlаmınа gəlmir. Bu imzаlаr nоtаriаl qаydаdа təsdiq оlunmuş оlsа idi bеlə, bu hаldа dа iddiаnın qеyd еdilən hissəsi üzrə sübut kimi qiymətləndirilə bilməzdi. Bеlə ki, istər iddiаçının özünün izаhаtındа, istərsə də təqdim еtdiyi, özünün qоhumlаrı və tаnışlаrının ərizələrində göstərilənlər özü-özlüyündə iddianın əsaslı olmasının təsdiqi üçün yetərli dеyildir.

27. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir.

28. Məhkəmə vurğulаmışdır ki, MMC-yə aid olan hüquqi şəxslərin dövlət reyestrindən "xxxx" MMC-yə aid AR Vergilər Nazirliyi tərəfindən verilmiş kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnamə, AR Ədliyyə Nazirliyi tərəfindən verilmiş hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnamə, MMC-yə məxsus olan torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar notarial qaydada təsdiq edilmişdir. Həmin sənədlərin tərəfindən notarial qaydada təsdiq etdirilməsi də MMC-nin sənədlərinin iddiаçının özündə olmаsı MMC-nin cavabdeh2 aidiyyəti olmadığının təsdiqi kimi qiymətləndirilə bilməz.

29. Göstərilənlərə əsаsən məhkəmə hеsаb еtmişdir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiаçı iddiаsının xxxx” MMC-nin təsis sənədlərinin etibarsız hesab edilməsi hissəsinin əsаslı оlmаsı ilə bаğlı öz hüquqi mövqeyini sübut edə bilməmiş və təsis sənədlərinin qаnunsuz оlmаsınа dаir hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir.

30. Məhkəmə qеyd еtməyi də zəruri sаymışdır ki, cаvаbdеh tərəf hаzırki mübаhisəyə mübаhisələndirilən əqdlərlə bаğlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1 və 354.2-ci mаddələrinə əsаsən iddiа müddətinin tətbiqinə dаir ərizə ilə mürаciət еtsə də həmçinin nəzərə аlınmаlıdır ki, Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin 373.1-ci mаddəsinə əsаsən ümumi müddəti 10 il təşkil еdir. Bаşqа sözlə, iddiаçı 22 ildir təsis sənədlərinin Əliyеv Аdil Ildırım оğlunun аdınа оlmаsındаn məlumаtlı оlmuş, hаzırdа isə müəssisənin təsis sənədlərinin özünün adına rəsmiləşdirilməsinin ünvan 3 ünvanında olan 5.0 ha torpaq sahəsində yerləşən 6,315.45 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin özünün təbirincə dеyilsə, əldən çıxmasının qarşısının alınması üçün оnun hərrаcdаn cavabdeh3 ASCyə, sоnuncu tərəfindən də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC-nin mülkiyyətinə kеçməsinə dаir sənədləri mübаhisələndirməyə subyеktiv hüququnun yаrаnmаsı məqsədi ilə iddiаçı ##.##.2003-cü il tаriхdə dövlət qеydiyyаtınа аlınmış “xxxx” MMC-nin təsis sənədlərinin etibarsızlığını mübаhisələndirmişdir.

31. Beləliklə, iddiaçının iddiаsının ##.##.2003-cü il tаriхdə dövlət qеydiyyаtınа аlınmış “xxxx” MMC-nin təsis sənədlərinin etibarsızlığı ilə bаğlı irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmadığı üçün əsаslı sаyılа və təmin еdilə bilməz.

32. Məhkəmə tələbin “xxxx” MMC-nin təsis sənədlərinin etibarsız hesab edilməsi hissəsinin əsаssız оlmаsı əsаsı ilə təmin еdilməməsi qənаətinə gəldiyi üçün еyni zаmаndа hеsаb etmişdir ki, iddiаçının cavabdeh3 ASC, “xxxx” MMC ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında bağlanmış ##.##.2023-cü il tarixli Hərracın yekunları barədə **/** nömrəli Protokolunun və hərracın nəticələrinin etibarsız hesab edilməsi, ünvan 3 ünvanında olan 5.0 ha torpaq sahəsində yerləşən 6,315.45 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin yenidən qiymətləndirilməsinin aparılması, “##.##.2023-cü il tarixdə satıcı cavabdeh3 ASC ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC arasında Bakı şəhəri, ** saylı Notariat Ofisində bağlanmış nisyə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC-yə verilmiş ##.##.2025ci il tаriхli çıхаrışın еtibаrsız sаyılmаsı hissələri üzrə iddiа qаldırmаğа dа subyеktiv hüququ оlmаmışdır.

33. Məhkəmə iddiаçının tələbinin “xxxx” MMC-nin təsis sənədlərinin etibarsız hesab edilməsi hissəsinin əsаssız оlmаsı və bunа görə də digər hissələr üzrə də subyеktiv hüququnun оlmаmаsınа yuхаrıdа hüquqi qiymət vеrilməsini nəzərə аlаrаq cavabdeh tərəfin iddiaçının mübаhisələndirilən hərracın yekunları barədə protokolun və hərracın nəticələrinin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bаğlı məhkəməyə müraciət üçün iddia müddətinin tətbiqinə dair ərizəsinə qiymət vеrilməsini zəruri sаymamışdır.

34. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.1, 43.2, 43.3, 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # ##### 2021-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ##.##.2022-ci il tarixli Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş ## ##### 1997-ci il tarixli qərarının 50-ci bəndinə, “Avşar Türkiyəyə qarşı” işi üzrə qərarına, “Eyrenin İrlandiyaya qarşı” iş üzrə qərarına, “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2011ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarına, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2008-ci il tarixli Qərarına, “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2006-cı il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88, 106.1, 119.1, 217.3, 217.4, 218.1-ci maddəsinə istinadla əsaslandırılmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

35. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

36. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun olmaqla belə əsaslandırılmışdır ki, iddiaçı tərəfindən müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi üçün əsaslı sübutlar məhkəməyə təqdim edilmişdir. Belə ki, MMC-nin fаktiki оlаrаq İddiaçı təsis etməsini işin aşağıdakı halları və mötəbər sübutlar təsdiq edir: 1) Müəssisəyə aid olan sənədlərinin, çıxarışların əvvəlki möhürün (möhür sonradan cavabdeh cavabdeh2 tərəfindən dəyişdirilmişdir), asan imzanın olduğu “*** *** ** **” korporativ nömrənin və nömrənin sənədlərinin bu günə qədər iddiaçı İddiaçı olması, 2) Müəssisənin de-fakto sahibinin İddiaçı olmasını təsdiq edən əvvəllər MMC-də çalışmış ayrı ayrı şəxslərin, iddiaçını və cavabdehi tanıyan şəxslərin, o cümlədən cavabdeh cavabdeh3 ASC nin (“xxxx” KB) Biznesə Yardım Xidmətinin rəisi vəzifəsində çalışmış X3, müəssisənin keçmiş icraçı direktorları X1 və X2 məhkəməyə göndərilmiş ərizələrində MMC-nin de-fakto sahibinin İddiaçı olmasını təsdiq etmələri; 3) cavabdeh2 məxsus səs yazılarına dair disk. Qeyd etdiyi sübutlar iddianın müəssisənin təsis sənədlərinin etibarsız sayılmasına dair hissəsinin tamamilə əsaslı olduğunu göstərir. Belə ki, göstərilən hallarla bağlı məhkəmənin gəldiyi nəticə ilə ziddiyyət təşkil edən aşağıdakı suallar yaranır ki, məhkəmə qətnamədə həmin yaranan sualları inkar edən hər hansı bir hala istinad etməmişdir: 1) Müəssisə cavabdeh2 məxsusdursa müəssisəyə aid sənədlər, müəssisənin əmlakının yerləşdiyi torpaq sahələrinin çıxarışları, möhürü və korporativ nömrə, həmin nömrənin sənədləri hansı səbəbdən bu günə qədər İddiaçıdir?; 2) Müəssisə cavabdeh2 məxsusdursa tərəfindən məhkəməyə təqdim edilmiş diskdəki cavabdeh2 məxsus olan səs yazılarında hansı səbəbdən cavabdeh2 müəssisənin özünə məxsus olmadığını etiraf edir? (tərəfindən həmin diskin məhkəmə iclasında səsləndirilməsi barədə vəsatət verilsə də, məhkəmə həmin vəsatəti təmin etməmişdir); Bu hal cavabdeh2 oğlu Fuad Əliyevin səs yazılarından da müəyyən olunur. 3) Məhkəməyə ərizə ilə müraciət etmiş və müəssisənin əsl (de fakto) sahibinin İddiaçı olmasını təsdiq edən şəxslər maraqlı şəxslərdirsə, cavabdeh cavabdeh3 ASC-nin (“xxxx” KB) Biznesə Yardım Xidmətinin rəisi vəzifəsində çalışmış X3 müəssisənin de-fakto sahibinin İddiaçı olmasını təsdiq etməsi hansı marağa söykənir? Müxtəlif vaxtlarda müəssisənin icraçı direktoru vəzifəsində çalışmış X1 və X2 həmin faktı təsdiq etmələri hansı marağa söykənir? 4) Müəssisə cavabdeh2 məxsus idisə, hansı səbəbdən Gəncə İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-**/**** saylı, ##.##.2016-cı il tarixli qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə icra sənədinin icrası mərhələsində ərazidə yenidənqurma işləri aparıldığı, dəyəri 1.000.000 manat olan əlavə avadanlıqlar quraşdırıldığı, əmlakın və əmlak kompleksinin real bazar dəyərinin “İntegris” MMC-nin rəyi ilə 5.418.000 manat məbləğində təşkil etdiyi müəyyən edildiyi, “xxxx” MMC-nin ##.##.2023-cü il tarixli, **- ***/**** saylı rəyi ilə isə təkcə əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin dəyərinin 2.500.000 manat olduğu müəyyən edildiyi halda o, həmin əmlak kompleksinin dəyərindən qatqat aşağı qiymətə 1,147.500 manata əldə edilməsinə razılıq vermiş və müəssisənin Banka və hərrac təşkilatın qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və s. tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiasından imtina edərək, vəkilə verilmiş etibarnaməni ləğv etmişdir. Sadalanan hallara əsasən hesab edir ki, müəssisənin de-fakto sahibinin İddiaçı olması faktı iddia ərizəsinə əlavə edilmiş mötəbər sübutlarla öz təsdiqini tapır və buna görə də iddiaçının iddia tələbinin digər hissələrinə dair mübahisə açmaq üçün də subyektiv hüququ yaranmışdır (hərrac protokolunun etibarsız hesab edilməsi, qiymətləndirilmənin aparılması, nisyə alqı-satqı müqaviləsinin və çıхаrışın еtibаrsız sаyılmаsı). İş materiallarından müəyyən onur ki, tələbkar “xxxx“ ASC-nin ərizəsi əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ##.##.2023-cü il tarixli məktubu ilə hərracın keçirilməsinə dair hərəkətlərin aparılması dayandırılmış, bu barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən tərəflərə ##.##.2023cü il tarixli məktub göndərilmiş, bununla da iddiaçı “xxxx” MMC aldadılmışdır. Bundan sonra hərracın keçirilməsi barədə aparılan proseslərdən “xxxx” MMC-nin xəbəri olmamış, sonradan MMC-yə ##.##.2023-cü il tarixdə tələbkar Bank, hərrac təşkilatı və icra şöbəsi arasında Hərracın yekunları barədə **/** nömrəli Protokol imzalandığı, hərracın bərpa edildiyi və 1 gün ərzində əmlak kompleksinin 1.147.500 manata tələbkar Bankın balansına keçirildiyi məlum olmuşdur. Cavabdeh cavabdeh3 ASC əmlak kompleksini təkrar hərracın baş tutmamasının elan edildiyi gündən 6 il yarım keçdikdən sonra imzasız və möhürsüz protokolla əldə etmişdir (ümumiyyətlə, baş tutmayan hərracla əmlak kompleksi “xxxx” Bank ASC-nin mülkiyyətinə keçirilmişdir). Bu isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1 və 53-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2 və 139-1.1.4-cü maddələrinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2 və 8.0.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və 129-cu maddəsinin İ və II hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ##.##.2024-cü il tarixli qərarının tələblərinə ziddir. Belə ki, qeyd edilən qərarda Konstitusiya Məhkəməsi göstərmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1 və 53.3-cü maddələri ilə nəzərdə tutulmuş hallarda tələbkarın borclunun üzərinə həbs qoyulmuş əmlakını qəbul etməsi tələbkarın həmin əmlakın qəbulu ilə bağlı iradə ifadəsini özündə əks etdirən və icra məmuru tərəfindən imzalanan protokolla rəsmiləşdirilməli və həmin əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı bu protokol əsasında aparılmalıdır. İstinad etdiyi qərar protokoldan sonrakı tarixdə qəbul edilsə də, Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin VII hissəsinə əsasən fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edildiyi üçün hesab edir ki, həmin qərar hazırkı mübahisəyə də tətbiq edilməlidir. Hazırkı halda isə ##.##.2023-cü il tarixli hərracın yekunları barədə **/** nömrəli protokolda “X7” sözlərinin qarşısında olan imza şübhə doğurur və protokol sifariş verən orqan - mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən, ümumiyyətlə, imzalanmamış və möhürlə təsdiq edilməmişdir. “X7” sözlərinin qarşısında möhürün üzərində sonradan imza atıldığı aşkar görünür. Buna görə də, ##.##.2023-cü il tarixli hərracın yekunları barədə **/** nömrəli protokolun və imzanın həqiqiliyinin müəyyən edilməsi zərurəti yaranmışdır. Ona görə də tərəfindən iş üzrə məhkəmə xətşünaslıq və sənədin texniki ekspertizasının təyin edilməsini barədə ekspertizalar təyin edilməsi haqqında vəsatət verilmişdir. Lakin məhkəmə həm ekspertiza təyin edilməsi barədə vəsatəti, həm də cavabdeh2 etirafedici xarakterli səs yazıları olan diskin məhkəmə iclasında səsləndirilməsi, müəssisənin möhürünün dəyişdirilməsinə dair sənədlərin cavabdehlər cavabdeh2 və “xxxx” MMC-dən tələb edilməsi barədə vəsatətləri təmin etməmişdir. Hesab edir ki, cavabdeh2 etirafedici xarakterli səs yazıları olan diskin məhkəmə iclasında səsləndirilməsi, müəssisənin möhürünün dəyişdirilməsinə dair sənədlərin cavabdehlər cavabdeh2 və “xxxx” MMC-dən tələb edilməsi barədə vəsatətlər iddia tələbinin müəssisənin təsis sənədlərin etibarsız sayılması tələbinə dair hissəsində işin hallarının müəyyən edilməsi üçün zəruridir. Belə ki, bu halların müəyyən edilməsi iddiaçının digər tələblər üzrə də subyektiv hüququnun müəyyən edilməsi üçün əhəmiyyətlidir. Sənədlərin ekspertizası barədə vəsatət isə hərrac protokolunun etibarsızlığına dair hissədə iddia tələbinin əsaslı olduğunun təsdiqi baxımımdan böyük əhəmiyyət kəsb edir. Lakin məhkəmə əsaslı vəsatətləri təmin etməməklə 14.1-ci maddəsinin tələblərini pozmuşdur. Halbuki, əmlak kompleksinin imzalanmamış və möhürlə təsdiq edilməmiş yekun hərrac protokolu əsasında dəyərindən qat-qat aşağı qiymətə özgəninkiləşdirilməsi 194-cü maddənin tərkib əlamətlərini yaradır (Cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə) və məhkəmə ekspertizanın nəticələri əsasında AR MPM-in 265-ci maddəsinə müvafiq olaraq, xüsusi qərardad çıxarmaqla materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, 1. İddiaçının hazırkı iddianı irəli sürməkdə subyektiv hüququ yoxdur. İllərdir işləyən bir müəssisənin təsisçisinin kim olması iddiaçıya məlum olmamışdırmı? 2. İddianın mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinə münasibətdə bildirilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ##.##.2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2018-ci il tarixli Qərarında reyestrin həqiqiliyi ilə bağlı hüquqi mövqeyi belə olmuşdur ki: “...Mülki Məcəllənin 140 cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. 3. Konstitusiya Məhkəməsinin bir sıra digər qərarlarında, o cümlədən, “Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2020-ci il tarixli qərarında da vicdanlı əldə edənin hüquqları ilə bağlı hüquqi mövqeyi belə olmuşdur ki: “...Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il ## ####### tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il ## ######## tarixli Qərarı). 4. Bundan başqa hazırkı iş üzrə qəbul edilmiş MTT qərardadından verdiyimiz şikayət apelyasiya məhkəməsi tərəfindən təmin edilmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyəti vicdanlı alıcı kimi qəbul edilərək əmlak kompleksinin üzərinə qoyulmuş qadağa aradan götürülmüşdür. Göstərilənlərə əsasən iş üzrə birinci instansiya məhkəməsinin qətanməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

38. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, hələ məhkəmə təcrübəsində görməmişdir ki, hərracın keçirilməsindən 1 gün sonra çıxarış əldə edilir. Bu hal hərracın qanuniliyi ilə bağlı böyük şübhə yaradır. Yekun hərracın keçirilməsinin sonunda vurulan möhürlərə diqqət yetirilməlidir. Möhür imzanın üzərindən, ya da imza möhürün üzərindən vurulmur. Birinci imza, sonra möhür olur. Bir günə təcili hərrac keçirilir, hərracda iddiaçı tərəf iştirak etmir, hərracın sonu bu cür tamamlanır, imza möhürün üzərindən çəkilir. Subyektiv hüququnun olub-olmaması məsələsi hələ birinci instansiya məhkəməsində həll edilməli idi. Birinci instansiya məhkəməsi işə baxır, əmlakın üzərinə həbs qoyur və bu, apellyasiya instansiya məhkəməsi tərəfindən təsdiq olunur. Əgər bunun subyektiv hüququ yoxdursa, məhkəmələr niyə bunu edir?! İddiaçını qəzəbləndirən odur ki, qardaşının oğlunun bir problemi olub, ona pul lazım olub, bunu heç kimə deməyib. Yerin ən azı 7- 8.000.000 manat dəyəri ola-ola 1.500.000 manata satıb. Təkcə avadanlığa 1.000.000 manat pul ödənilib. Rəsmi sənəd var ki, torpaq sahəsi 2.000.000 manata qiymətləndirib. Hesab edir ki, iddiaçının hazırki iddianı irəli sürmək üçün subyektiv hüququ var. İş materiallarında cavabdeh2 qohumlarla danışıqları var ki, yer sizə məxsusdur. İddianın iş üzrə icraata xitam verilən hissəsində qərardaddan şikayət verilmədi, çünki inzibati məhkəmədə də iddia qaldıra bilər. Ola bilsin o iddianı gələcəkdə qaldıracaqlar.

39. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh3 ASC-nin nümayəndəsi, həmçinin vəkili apelyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Vəkil əlavə olaraq qeyd etdi ki, əmlakın üzərinə həbs qoyulması apellyasiya instansiya məhkəməsi tərəfindən ləğv olunur. Bu mübahisələr başlayanda iddiaçı artıq vəzifəli şəxs deyildi. Hesab edir ki, apellyasiya şikayəti əsassızdır, iddiaçının subyektiv hüququ yoxdur. Qərardaddan şikayət də verməyib, o hissədə qəbul olunmuş qərar da yoxdur. İnzibati məhkəməyə müraciət edərdi, həqiqətən də qardaşı ilə hansısa formada münasibətlərini tənzimləyər, hansısa formada o hissəyə gələr, ondan sonra bu məsələyə bir də baxılar, Ali Məhkəmənin qəbul etdiyi yekun qərardan şikayət verər ki, maraqlarına toxunan şəxsdir.

40. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC-nin nümayəndəsi və vəkili apelyasiya şikayətini qəbul etməyərək etirazın məzmununa uyğun izahat verdi. Həmçinin bildirdi ki, iddiaçının subyektiv hüququ yoxdur, məhkəmənin ilk öncə araşdırmalı olduğu məsələ subyektiv hüququn olub-olmamasıdır. Subyektiv hüquq yoxdursa, digər tələbləri araşdırmağa ehtiyac yoxdur. Subyektiv hüququ olsa belə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC-nin hüquqları baxımından şikayət təmin olunmamalıdır, çünki o, vicdanlı alıcıdır. Hüquqularını müdafiə etdiyi şəxs Konstitusiya Məhkəməsinin qərarı ilə tam təminat altındadır. Bu baxımdan da hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

41. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

42. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Maddə 43.2. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. Maddə 45.1. Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Maddə 45.2. Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. Maddə 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. Maddə 52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Maddə 52.2. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Maddə 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

43. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5.1. Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Maddə 5.2. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. Maddə 5.3. Ərizədə aşağıdakılar göstərilir: 5.3.1. təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi; ... 5.3.2-3. hüquqi şəxs statusu almaq istəyən qurumun benefisiar mülkiyyətçisi barədə aşağıdakı məlumatlar: 5.3.2-3.1. soyadı, adı, atasının adı (olduğu təqdirdə), doğum tarixi, fərdi identifikasiya nömrəsi və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsi; 5.3.2-3.2. vətəndaşlığı; 5.3.2-3.3. yaşayış yeri; 5.3.2-3.4. birbaşa və ya dolayı benefisiar mülkiyyətçi olması; 5.3.2-3.5. hüquqi şəxsə təsir hüquqlarının və ya imkanlarının dairəsi və əsası; ... Maddə 9.3. Bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz.

44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. İşdən görünür ki, iddiaçının ilkin tələbləri “xxxx” MMC-nin təsis sənədlərinin etibarsız hesab edilməsi və təsis sənədlərində onun təsisçi kimi qeydə alınmağı vəzifəsinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi barədədir.

49. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə icraata iddia tələbinin “xxxx” MMC-nin təsis sənədlərində iddiaçının təsisçi kimi qeydə alınmağı vəzifəsinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi hissəsində xitam verilmiş, iddiaçı həmin qərardadla razılaşaraq onu mübahisələndirməmişdir.

50. İddiaçı “xxxx” MMC-nin təsis sənədlərinin etibarsız hesab edilməsi ilə bağlı tələbini belə əsaslandırır ki, o, uzun illər ekologiya sahəsində çalışmış, qardaşı cavabdeh2 İldırım oğlu 2000-ci ildən pensiyada olduğu üçün qərara gəlmişlər ki, tək şəxsiyyət vəsiqəsindən başqa heç nəyi olmayan, özünə məxsus olan ünvan 1 ünvanında оnun himayəsində yaşayan və həmin ünvanda qeydiyyatda olan cavabdeh2 İldırım oğlunun adına “xxxx” MMC müəssisəsini təsis etsinlər.

51. Bununla da iddiaçı özü etiraf edir ki, “xxxx” MMC-nin təsis sənədlərində təsisçi və qаnuni təmsilçi qismində onun qardaşı Əliyеv Аdil İldırım оğlunun göstərilməsi, bununla bağlı hüquqi şəxslərin dövlət reyestrdində ##.##.2003-cü il tаriхində qеydiyyаtın aparılması iddiaçının öz iradəsinə uyğun həyata keçirilmişdir.

52. Başqa sözlə, “xxxx” MMC-nin təsis sənədlərinin etibarsızlığı iddiaçının özü tərəfindən təkzib edilir.

53. Qeyd edilməlidir ki, mülki dövriyyənin iştirakçısı kimi kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxs öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdəsinə mülki vəzifələr götürür, öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehlik daşıyır. Hüquqi şəxsin dövlət reyestrində olan məlumatların dəqiqliyi və mötəbərliyinə (hüquqi şəxsin dövlət qeydiyyatının qanuni olması, onu təmsil edən şəxsin səlahiyyətli olması və s.) etimad edərək digər hüquqi və fiziki şəxslər həmin hüquqi şəxslə müqavilə münasibətlərinə daxil olurlar.

54. İddia ərizəsində göstərilənlərdən müəyyən edilir ki, iddiaçı “xxxx” MMC-nin fəaliyyətindən, habelə cavabdeh bank qarşısında olan kredit öhdəliklərindən məlumatlı olmuş, hətta həmin borcların ödənilməsində iştirak etmişdir.

55. Buna baxmayaraq MMC-nin təsis edilməsindən 20 ildən artıq müddət keçdikdən sonra iddiaçı tərəfindən belə tələbin irəli sürülməsi hüquqdan sui-istifadə olmaqla vicdanlıq prinsipi ilə də uzlaşmır.

56. İddiaçının cavabdeh3 ASC, “xxxx” MMC ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında bağlanmış ##.##.2023-cü il tarixli Hərracın yekunları barədə **/** nömrəli protokolun və hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçının bu tələbi irəli sürməyə subyektiv hüququ yoxdur.

57. Belə ki, bu hüquq “xxxx” MMC-yə məxsus olmaqla onun tərəfindən sözügedən hərracın nəticələri həm iddiaçı tərəfindən göstərilən əsasla, həm də başqa əsasla artıq mübahisələndirilmiş və bununla bağlı qanuni qüvvəsini almış məhkəmə aktları mövcuddur.

58. Kollegiya qeyd edir ki, iddiaçının sözügedən tələbi təmin edilmədiyi halda ondan törəyən digər tələblərinin (ünvan 3 ünvanında olan 5.0 ha torpaq sahəsində yerləşən 6,315.45 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin yenidən qiymətləndirilməsinin aparılması, ##.##.2023-cü il tarixdə satıcı cavabdeh3 ASC ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC arasında Bakı şəhəri, ** saylı Notariat Ofisində bağlanmış nisyə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC-yə verilmiş ##.##.2025-ci il tаriхli çıхаrışın еtibаrsız sаyılması) araşdırılmasına və hüquqi qiymət verilməsinə zərurət qalmır.

59. Məhkəmə kollegiyası şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı İddiaçı İldırım oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər: Məhəmməd Rüstəmli Fərrux Qasımov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar