Azәrbaycan Respublikası adından Qərardad Bakı şәhәri İş № 2(3-6)-2705/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr Kazımov Elşәn Cәlәddin oğlunun sәdrliyi vә mәruzәsi ilә, Cәfәrov Namiq Şamil oğlu vә Şirinov İkram Sabir oğlundan ibarәt tәrkibdә, Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qәrardadından әrizәçi Ərizәçi şikayәtinә Bakı Apellyasiya Mәhkәmәsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : Ərizәçi Ərizәçi әrizә ilә mәhkәmәyә müraciәt edәrәk X1 ## ### 1930-cu ildә Ermәnistanın Spitak rayonu Saral kәndindә anadan olması, ## ######## 1977-ci ildә Ermәnistanın Spitak rayonu, Saral kәndindә ölmәsi, onun babası olması; X7 ilә X1 1955-ci ildә nikaha daxil olmaları, X8 X2 anası olması vә X8 nәnәsi olması faktının müәyyәn edilmәsi haqqında qәtnamә qәbul edilmәsini xahiş edib. Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qәrardadı ilә (hakim Gülşәn Fәrәcova) әrizәnin qaytarılması, әrizәnin verilmәsi üçün ödәnilmiş dövlәt rüsumunun әrizәçiyә qaytarılması qәrara alınmışdır. Mәhkәmә qәnaәtindә göstәrib ki, ərizədə olan xahişin bir biri ilə əlaqəsi yoxdur. Belə ki, o, bir ərizədə doğum və ölümün qeyd edilmə faktlarının, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma və qohumluq münasibətləri barədə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə hesab edib ki, ərizəçi bir-biri ilə əlaqədar olmayan müstəqil tələblər irəli sürməklə həmin tələbləri birləşdirərək məhkəməyə müraciət etdiyindən həmin tələblərə birlikdə baxılması mümkün deyil və bu səbəbdən ərizə geri qaytarılmalıdır. Qәrardaddan әrizәçi Ərizәçi (vә vәkili Vәkil İmamәli oğlu) şikayәt verәrәk lәğv edilmәsini vә iddia әrizәsinin icraata qәbul edilib mahiyyәti üzrә baxılmasını xahiş edib göstәrir ki, o, ##.##.1978-ci ildə Bakı şəhərində ev şəraitində doğulmuş, bu səbəbdən doğum haqqında şəhadətnamədə doğulduğu yer qeyd edilməmişdir. X12, anası X9r. Doğum haqqında şəhadətnaməsində soyadı “Mustafayeva” yazılmışdır. ## ### 2009-cu ildə X3 ilə nikaha daxil olmuş, nikahları Bakı şəhəri Maraqlı şəxs 329 nömrə ilə qeydə alınmışdır. Nikaha daxil olduqdan sonra soyadı “Əliyeva” olmuşdur. Anası Afizərin atası X1 ## ### 1930-cu ildə Ermənistanın Spitak rayonu, Saral kəndində anadan olmuş, ## ######## 1977-ci ildə Ermənistanın Spitak rayonu, Saral kəndində ölmüş və orada dəfn edilmişdir. Anası Afizərin anası X7 ## ###### 1935-ci ildə Ermənistanın Spitak rayonu Saral kəndində anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, ## ##### 2014-ci ildə həmin evdə ölmüşdür. Nənəsi X7 ilə babası X1 1955-ci ildə nikaha daxil olmuşlar. Onların birgə nikahından ## ###### 1957-ci ildə anam X4 Ermənistanın Hamamlı rayonu Saral kəndində anadan olmuşdur. Anasının doğum haqqında şəhadətnamənin “anası” qrafasında X8 qeyd edilmişdir. X12 ## ###### 2016-cı ildə, anası X9 ## ###### 2026-cı ildə Bakı şəhərində ölmüşdür. 1988ci ildə Ermənilərlə münaqişə zamanı Spitak rayonunda güclü zəl-zələ baş vermişdi, qohumlarının yaşadıqları evlər dağılmış və onlara aid bütün sənədlər, o cümlədən babası X1 doğumu və ölümü haqqında şəhadətnamələr, nənəsi X7 doğumu, babası ilə nənəsinin nikahı haqqında şəhadətnamələr dağıntı altında qalmışdır. Həmin sənədləri əldə etmək mümkün olmadığından X1 ## ### 1930-cu ildə Ermənistanın Spitak rayonu, Saral kəndində anadan olması, ## ######## 1977-ci ildə Ermənistanın Spitak rayonu, Saral kəndində ölməsi, onun babası olması, X7 ilə X1 1955-ci ildə nikaha daxil olmaları, X8 X5 anası olması və X8 nənəsi olması faktının müəyyən edilməsi anası X11 ölümündən sonra irs qalmış mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün lazımdır. Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qәrardadı ilә әrizәçi Ərizәçi şikayәti qaytarılmışdır. Bundan sonra, әrizәçi Ərizәçi ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qәrardaddan şikayәt vermәsi üçün buraxılmış prosessual müddәtin bәrpa olunması barәdә әrizә ilә mәhkәmәyә müraciәt etmişdir. Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qәrardadı ilә Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәrardadından şikayәt verilmәsi üçün buraxılmış prosessual müddәtin Ərizәçi üçün bәrpa edilmәsi; Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli vә ##.##.2026-cı il tarixli *(*-**)- ****/**** saylı qәrardadlarından Ərizәçi tәrәfindәn verilmiş şikayәtin tәmin edilmәmәsi vә baxılması üçün işlә birlikdә Bakı Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. Mәhkәmә şikayәti tәmin etmәmә barәdә qәnaәtini bununla әsaslandırmışdır ki, ilk növbədə, məhkəmə ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadla bağlı şikayətin dəlillərinə münasibət bildirərək qeyd edir ki, həmin qərardad qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarından müəyyən edilir ki, ərizəçi tərəfindən verilmiş ilkin şikayət qanunvericilikdə nəzərdə tutulmuş forma tələblərinə əməl edilmədən təqdim edilmiş, elektron sənəd formasında verilmədiyi üçün məhkəmə tərəfindən geri qaytarılmışdır. Diqqətəlayiq hal ondan ibarətdir ki, ərizəçinin sonradan eyni şikayəti artıq müəyyən edilmiş forma tələblərinə riayət etməklə yenidən təqdim etməsi, əslində ilkin müraciətin qanunun tələb etdiyi qaydada verilmədiyini öz hərəkətləri ilə etiraf etməsi kimi qiymətləndirilməlidir. Çünki əgər ilkin müraciət qanunvericiliyin tələblərinə uyğun olsaydı, onun yenidən həmin tələblərə əməl edilməklə təqdim edilməsinə ehtiyac qalmazdı. Prosessual qanunvericilikdə müəyyən edilmiş forma qaydaları formal xarakter daşımır və məhkəmə icraatının səmərəli, şəffaf və vahid qaydada həyata keçirilməsinə xidmət edir. Məhkəməyə müraciət edən hər bir şəxs digər şəxslərlə bərabər şəkildə həmin qaydalara riayət etməyə borcludur. Bu baxımdan, forma tələblərinə əməl edilməməsi səbəbindən şikayətin geri qaytarılması qanunun birbaşa göstərişindən irəli gəlmişdir və həmin qərardadın ləğvi üçün hər hansı hüquqi əsas mövcud deyildir. Məhkəmə ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadla bağlı şikayətin dəlillərini də araşdıraraq hesab edir ki, həmin hissədə də şikayət təmin edilə bilməz. Belə ki, ərizəçinin təqdim etdiyi ərizənin məzmunundan görünür ki, o, eyni müraciət çərçivəsində bir-biri ilə mahiyyət etibarilə fərqli və müstəqil hüquqi əhəmiyyətli faktların müəyyən edilməsini xahiş etmişdir. Ərizədə X1 doğum və ölüm faktlarının, onun ərizəçinin babası olmasının, X7 ilə X1 nikaha daxil olmalarının, X8 X2 anası olmasının, eləcə də ərizəçinin nənəsi olmasının müəyyən edilməsi tələb edilmişdir. Tələblərin məzmununun təhlili göstərir ki, burada faktiki olaraq aşağıdakı müstəqil hüquqi faktların müəyyən edilməsi xahiş olunur: - X1 doğum faktı; - X1 ölüm faktı; - X7 ilə X1 nikah faktı; - X8 ilə X2 arasında qohumluq əlaqəsi; - X1 ərizəçinin babası olması; - X8 ərizəçinin nənəsi olması. Göründüyü kimi, ərizə bir hüquqi faktın deyil, müxtəlif hüquqi təbiətə malik bir neçə müstəqil hüquqi faktın müəyyən edilməsinə yönəlmişdir. Halbuki həmin faktların hər biri ayrıca araşdırma predmetinə, ayrıca sübutetmə predmetinə və ayrıca hüquqi qiymətləndirməyə malikdir. Doğum və ölüm faktlarının müəyyən edilməsi ilə nikah və qohumluq faktlarının müəyyən edilməsi eyni xarakterli hüquqi məsələlər deyildir. Əksinə, bu faktlar arasında müəyyən məntiqi və hüquqi ardıcıllıq mövcuddur. Belə ki, hər hansı şəxsin doğulub-doğulmaması, yaşaması və ya vəfat etməsi müəyyən edilmədən onun ailə münasibətlərində iştirak etməsi, nikaha daxil olması və ya hər hansı şəxslə qohumluq əlaqəsində olması barədə nəticəyə gəlmək hüquqi baxımdan mümkün deyildir. Başqa sözlə, bir şəxsin mövcudluğu belə hüquqi cəhətdən təsdiq edilmədiyi halda, həmin şəxsin nikah münasibətinə daxil olması və ya digər şəxslərlə qohumluq əlaqələrinin müəyyən edilməsi barədə qərar qəbul edilməsi məntiqə və hüquqi müəyyənlik prinsipinə zidd olardı. Ərizəçinin irəli sürdüyü tələblər müxtəlif şəxslərə, müxtəlif dövrlərə, müxtəlif sübutlara və müxtəlif araşdırma istiqamətlərinə aid olduğundan onların eyni icraat çərçivəsində araşdırılması prosessual baxımdan məqsədəuyğun hesab edilə bilməz. Bundan əlavə, belə ərizələrin vahid icraatda qəbul edilərək araşdırılması gələcəkdə arzuolunmaz məhkəmə təcrübəsinin formalaşmasına səbəb ola bilər. Belə ki, bu yanaşma istənilən şəxsin bir ailə və ya nəsil şəcərəsi üzrə onlarla müxtəlif doğum, ölüm, nikah və qohumluq faktlarını bir ərizədə birləşdirməklə məhkəməyə təqdim etməsinə şərait yaradar. Bu isə məhkəmələrin iş yükünün əsassız şəkildə artmasına, araşdırmaların süni surətdə mürəkkəbləşməsinə və nəticə etibarilə məhkəmə müdafiəsinin operativliyinin zəifləməsinə səbəb olar. Prosessual qanunvericiliyin tələbləri də məhz bir-biri ilə əlaqəsi olmayan və ya eyni icraat çərçivəsində araşdırılması məqsədəuyğun hesab edilməyən tələblərin birləşdirilməsinin qarşısını almağa yönəlmişdir. Qanunvericinin məqsədi yalnız məhkəməyə müraciət hüququnun təmin edilməsi deyil, ondan sui-istifadə hallarının da qarşısının alınmasına şərait yaratmaqla həmin hüquqdan səmərəli və vicdanlı istifadə olunmasına, prosessual qənaət prinsipinin təmin edilməsinə və məhkəmə araşdırmasının çevik həyata keçirilməsinə nail olmaqdır. Hazırkı halda ərizəçinin irəli sürdüyü tələblər vahid hüquqi faktın müəyyən edilməsinə deyil, müxtəlif hüquqi xarakterli və müstəqil araşdırma tələb edən faktların bir ərizədə cəmləşdirilməsinə yönəldiyindən, həmin ərizənin bu formada icraata qəbul edilməməsi qanuni və əsaslı olmuşdur. Beləliklə, həm ##.##.2026-cı il tarixli, həm də ##.##.2026- cı il tarixli qərardadlar qanuni və əsaslı olmuş, onların ləğvi üçün hər hansı prosessual və ya maddi-hüquqi əsas müəyyən edilməmişdir. Buna görə də şikayət təmin edilməməlidir. İşdә iştirak edәn şәxslәrә şikayәtә yazılı icraat qaydasında baxılacağı barәdә mәhkәmә bildirişi göndәrilmiş vә onlarda olan bütün sübutların, elәcә dә şikayәtә dair etiraz vә ya izahatlarının tәqdim edilmәsi tәklif edilmiş, lakin işdә iştirak edәn şәxslәr sübutlar, etiraz vә ya izahatlarını mәhkәmәyә tәqdim etmәmişlәr. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Mәcәllәnin 149.3-cü maddәsinә әsasәn tәlәblәrinә әsasәn iddiaçı birbiri ilә bağlı olan bir neçә tәlәbi bir iddia әrizәsindә birlәşdirmәyә haqlıdır. Hәmin Mәcәllәnin 152.1.7-ci maddәsinә әsasәn, bir vә ya bir neçә cavabdehә bir-biri ilә әlaqәdar olmayan bir neçә tәlәb birlәşdirildikdә hakim iddia әrizәsini vә ona әlavә edilmiş sәnәdlәri geri qaytarır. Hәmin Mәcәllәnin 307.1-ci maddәsinә әsasәn mәhkәmә fiziki vә hüquqi şәxslәrin şәxsi vә ya әmlak hüquqlarının әmәlә gәlmәsi, dәyişmәsi, xitam verilmәsinin asılı olduğu faktları müәyyәn edir. Hәmin Mәcәllәnin 307.2.8-ci әsasәn, mәhkәmә müvafiq icra hakimiyyәti orqanlarının imtina etdiyi hallarda şәxsin müәyyәn vaxtda müәyyәn şәraitdә vәfat etmәsi faktının müәyyәn edilmәsi barәdә işlәrә baxır. Hәmin Mәcәllәnin 308-ci әsasәn, mәhkәmә hüquqi әhәmiyyәti olan faktları o zaman müәyyәn edә bilәr ki, әrizәçi hәmin faktları tәsdiq edәn lazımi sәnәdlәri başqa qaydada ala bilmәsin, yaxud itirilmiş sәnәdlәrin bәrpası mümkün olmasın. Hәmin Mәcәllәnin 310.1-ci әsasәn, әrizәdә hәmin faktın müәyyәn edilmәsinin әrizәçiyә nә mәqsәd üçün lazım olduğu, habelә lazımi sәnәdlәri әrizәçinin ala bilmәmәsini, yaxud itәn sәnәdlәrin bәrpasının mümkünsüzlüyünü tәsdiq edәn sübutlar göstәrilmәlidir. Hәmin Mәcәllәnin 311-ci әsasәn, mәhkәmәnin qәtnamәsi faktı tәsdiq edәn sәnәdi, qeydә alınmalı faktlar üzrә isә qeydiyyatı hәyata keçirәn orqanların verdiyi sәnәdi әvәz etmәmәklә, belә qeydә alınma üçün әsasdır Mәhkәmә tәrkibi hesab edir ki, birinci instansiya mәhkәmәsinin әrizәni geri qaytarmaqla gәldiyi nәticә açıq-aşkar әsassız olmasa da düzgün olmayıb. Belә ki, әrizәnin geri qaytarılmasına sәbәb әrizәçinin doğum vә ölümün qeyd edilmә faktlarının, qanunla müәyyәn edilmiş hallarda faktiki nikah münasibәtlәrindә olma vә qohumluq münasibәtlәrinin mövcudluğunun tәsdiqini bir әrizәdә tәlәb etmәsi olub. Lakin әrizәnin, elәcә dә, şikayәtin mәzmunundan görünür ki, әrizәçinin vahid mәqsәdi, yәni anası X11 ölümü ilә bağlı miras әmlaka dair vәrәsәlik hüququnu rәsmilәşdirmәk olub. Bu cür vәziyyәtdә әrizәçinin müәyyәn edilmәsini istәdiyi faktlara dair ayrı-ayrı әrizәlәrlә mәhkәmәyә müraciәt etmәsi әksinә prosessual qәnaәt prinsipinә zidd olmaqla yanaşı qanunun güddüyü mәqsәdindәn kәnar tәtbiqi ilә nәticәlәnib. Mülki Prosessual Mәcәllәnin 387.1-ci maddәsinә әsasәn, prosessual hüquq normalarının pozulması vә ya düzgün tәtbiq edilmәmәsi qәtnamәnin vә ya qәrardadın lәğv edilmәsinә yalnız o halda әsas olur ki, bu, düzgün olmayan qәtnamәnin vә ya qәrardadın qәbul edilmәsinә sәbәb olsun. Hәmin Mәcәllәnin 398.0 vә 398.0.2-ci maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi şikayәtә baxıb qәrardad qәbul etdikdә qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk hüququ vardır. Hәmin Mәcәllәnin 399-cu maddәsinә әsasәn, birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Şәrh olunanlara әsasәn apellyasiya instansiyası mәhkәmәsi hesab edir ki, şikayәtdә göstәrilәnlәr birinci instansiya mәhkәmәsinin qәrardadının lәğvi üçün әsasdır, ona görә dә şikayәt qismәn tәmin edilmәli, Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qәrardadı lәğv edilmәli vә növbәti prosessual hәrәkәtlәrin yerinә yetirilmәsi üçün iş hәmin mәhkәmәyә qaytarılmalıdır. Şәrh olunanlara әsasәn vә Mülki Prosessual Mәcәllәnin 398.0.2, 399, 400-402-ci maddәlәrini rәhbәr tutaraq apellyasiya instansiya mәhkәmәsi q ə r a r a a l d ı: Şikayәt tәmin edilsin. Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qәrardadı lәğv edilsin vә növbәti prosessual hәrәkәtlәrin yerinә yetirilmәsi üçün iş hәmin mәhkәmәyә qaytarılsın. Qәrardad çıxarıldığı andan qanuni qüvvәyә minir. Qәrardaddan şikayәt verilә bilmәz.
Məhkəmə qərarları › İş №2(3-6)-2705/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2705/2026
06.07.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver