Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2717/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı məcburi sosial sığorta haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: məcburi sosial sığorta haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının *-**-*/*- V-******/**** nömrəli ## ###### 2025-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" MMC cavab məktubunda İddiaçı 2010 2012-ci illər ərzində təşkilatlarında əmək fəaliyyəti ilə məşğul olmadığını və müəssisənin arxiv sənədlərində onun barəsində məlumatların aşkar edilmədiyini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq, 2010-2012-ci illər üzrə İddiaçı məlumatlarının araşdırılması üçün "xxxx" MMC-yə müraciət edilməsi tövsiyə edilmişdir.
2. İddiaçı əmək kitabçasından görünür ki, ##.##.2010-cu ildən ##.##.2012-ci ilədək o, "xxxx" MMC-də "mühafizəçi" vəzifəsində işləmişdir. Əmək kitabçası "xxxx" MMC-nin direktoru "R. Süleymanov"un imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “məcburi sosial sığorta haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, köməklik göstərilməsini xahiş etmişdir.
4. Iddiaçı İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2010-cu ildən ##.##.2012-ci ilədək işlədiyi dövr ərzində ödənilməmiş DSMF ödənişlərin ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, o, ##.##.2010-cu ildən ##.##.2012-ci ilədək mühafizədə işləmişdir, DSMF-yə ödənişlər edilməmişdir, amma əmək kitabçasında "xxxx"nin möhürlü qeydləri var. DSMF-yə ödənişlər olunmadığına görə ona staj yazılmayıb. O, elektron qaydada "DOST" Mərkəzinə müraciət edib və "xxxx"dən məktub gəlib ki, güya o, "xxxx"də işləməmişdir. Amma iddiaçı "xxxx”də işləmişdir. Belə ki, o, "Bakı Əyləncə Mərkəzi"ndə, "Hilton Hotel"də, Badamdardakı maşın bazarında mühafizəçi vəzifəsində işləmişdir. Oradakı işçiləri xatırlayır: Çingiz müəllim rəhbər vəzifəsində, Rüfət müəllim onun müavini vəzifəsində işləyirdilər, Camal müəllim mühafizəçiləri obyektlərə və postlara bölürdü. Iddiaçı maşın bazarında işləyəndə qrup rəhbəri Kamil idi. "Hilton Hotel"də işləyəndə qrup rəhbəri Zaur idi. “Bakı Əyləncə Mərkəzi”ndə işləyəndə növbə rəisi Ayazla işləmişdi, Ruslan da o biri növbədə növbə rəisi idi. Bunları ona görə qeyd edir ki, o, həqiqətən "xxxx" MMC-də işləmişdir. ##.##.2026 – ##.##.2026 tarixlərdə iddiaçı "xxxx"nin idarəsinə gedib, lakin ona orada bildirildi ki, yeni rəhbərlik onu tanımır. Qeyd edir ki, əmək kitabçasında onun "xxxx"də işləməsi əks edilib. Iddiaçı "xxxx"də işlədiyi dövrdə 11 ay 250 manat, qalan müddət 350 manat, son 2 ay isə 400 manat maaş almışdır.
6. Cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi X1 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, MMC iddia tələbini qəbul etmir və aşağıdakılara əsasən ona etiraz edir. Belə ki: 1) "xxxx" MMC-də İddiaçı işləməsinə dair hər hansı sənəd və ya məlumat aşkar edilməyib; 2) Hazırki mülki mübahisə əmək münasibətləri ilə bağlı olduğu halda iddiaçı tərəfindən mediasiya ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunmayıb; 3) Iddiaçı tərəfindən əmək mübahisəsi ilə bağlı qanunvericiliklə müəyyən edilən 1 aylıq iddia müddətinin tələbləri pozulub. Biz hazırki mülki iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş edirlər. Yuxarıda göstərilənlərə əsasən iddia tələbi sübut edilmədiyindən, mediasiya ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilmədiyindən və iddia müddəti buraxıldığından İddiaçı iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim – Ülkər Yusifova) iddianın təmin edilməsi, ##.##.2010-cu ildən ##.##.2012-ci ilədək İddiaçı işlədiyi dövr ərzində ödənilməmiş məcburi dövlət sosial sığorta haqqının ödənilməsi öhdəliyinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması, dövlət rüsumunun dövlət büdcəsinə aid edilməsi qət edilmişdir.
8. Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, İddiaçı "xxxx" MMC-də 2010-2012-ci illər mühafizəçi vəzifəsində çalışmışdır. Iddiaçı İddiaçı məlum olmuşdur ki, həmin dövr üçün onun əmək stajı müvafiq reyestrlərdə qeyd edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının ## ###### 2025-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı 2010-2012-ci illər ərzində "xxxx" MMC-də əmək fəaliyyəti ilə məşğul olmadığını və müəssisənin arxiv sənədlərində onun barənisində məlumatlar aşkar edilməmişdir. Iddiaçı tərəfindən bununla bağlı "xxxx" MMC-yə müraciət edildikdə iddiaçıya bildirilmişdir ki, onun "xxxx" MMC-də işləməsi ilə bağlı məlumat tapılmamışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək, ##.##.2010-cu ildən ##.##.2012-ci ilədək işlədiyi dövr ərzində ödənilməmiş DSMF ödənişlərin ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı əmək kitabçasından görünür ki, ##.##.2010-cu ildən ##.##.2012-ci ilədək o, "xxxx" MMC-də "mühafizəçi" vəzifəsində işləmişdir. Əmək kitabçası "xxxx" MMC-nin direktoru "R. Süleymanov"un imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı verilən suallardan aydın oldu ki, iddiaçı "xxxx" MMC-də tabeçiliyində olduğu və digər əməkdaşları tanıyır. Bu hallar cavabdehin vəkili və nümayəndəsi tərəfindən təkzib edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının cavab məktubundan görünür ki, İddiaçı 2010-2012-ci illər ərzində "xxxx" MMC-də "mühafizəçi" vəzifəsində işləməsi ilə bağlı məlumat tapılmamışdır. Tapılmamış məlumat işəgötürən "xxxx" MMC tərəfindən vaxtilə təmin edilmiş sosial sığorta ödənişləri ilə təsdiq edilə bilərdi, lakin bu ödənişlərin vaxtilə edilməməsi hazırki mübahisəyə səbəb olmuşdur. Buna görə də məhkəmə hesab etmişdir ki, ##.##.2010-cu ildən ##.##.2012-ci ilədək İddiaçı işlədiyi dövr ərzində ödənilməmiş məcburi dövlət sosial sığorta haqqının ödənilməsi öhdəliyi cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulmalıdır.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9, 12.1, 54.1, 304.1, 304.2-ci; “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 2 və 14cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən cavabdeh “xxxx” MMC apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsini və iddia tələbiin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 4.6.-cı maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Lakin hazırkı mülki işin materialarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən mediasiya prosesi ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunmayıb. Həmin məcəllənin 149.2.4-1.-ci maddəsinə əsasən iddia ərizəsində “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Mülki Prosessual Məcələnin 150.1.7.-ci maddəsinə əsasən iddia ərizəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə olunmalıdır. Həmin məcəllənin 152.1.6-1.-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilən qanunvericiliyin tələbinə riayət edilməməsi düzgün olmayan məhkəmə qərarı çıxarılmasına səbəb olub. Iş materialarından görünür ki, hazırkı mülki iş üzrə ##.##.2026, ##.##.2026, ##.##.2026 və ##.##.2026-cı il tarixlərdə olmaqla 4 məhkəmə iclası keçirilib. ##.##.2026-cı il tarixlərə təyin olunmuş məhkəmə iclaslarında cavabdehin nümayəndəsi iştirak edib. ##.##.2026-cı il tarixə təyin olunmuş məhkəmə iclasında cavabdehin nümayəndəsi səhhətinin vəziyyəti ilə bağlı iştirak edə bilməyib, bu barədə elektron məhkəmə sistemi vasitəsilə məhkəməni məlumatlandıraraq məhkəmə prosesinin başqa vaxta təxirə salınmasını xahiş edib. ##.##.2026 və ##.##.2026-cı il tarixə təyin olunmuş məhkəmə iclasları barədə cavabdehə nə elektron məhkəmə sistemi, nə sms, nə də məktub vasitəsilə hər hansı məlumat verilməyib, cavabdeh məlumatlandırılmadan məhkəmə iclası keçirilib və qətnamə çıxarılıb. Mülki Prosessual Məcələnin 387.2.2.-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlilərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Cavabdehin xəbərdar edilmədən məhkəmə iclası keçirilməsi və qətnamə çıxarılması onun hüquqlarını pozamaqla yanaşı bu hal düzgün olmayan qətnamə çıxarılmasına səbəb olub. Işdə olan sübutlardan görünür ki, iddiaçı cavabdeh hüquqi şəxsdə işləməsinə, hər hansı məbləğdə əmək haqqı almasına dair məhkəməyə sübut təqdim etməyib. Birinci instansiya məhkəməsi isə bu hala əhəmiyyət və hüquqi qiymət verməyib, hətta cavabdehin “##.##.2010-cu ildən ##.##.2012-ci ilədək İddiaçı işlədiyi dövr ərzində “aldığı əmək haqqının” və “ödənilməmiş məcburi dövlət sosial sığorta haqqının” məbləğini müəyyən etmədən onun ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyub və bu düzgün olmayan qətnamə çıxarılmasına səbəb olub. Iddiaçı iddia ərizəsində DSMF-nun ##.##.2025-ci il tarixli məktubuna əsasən hüquqlarının pozulması barədə məlumat əldə etdiyi bildirib. Lakin o iddia ərizəsi ilə məhkəməyə 2 ay sonra ##.##.2026-cı ildə müraciət edib. Cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə verib. Lakin birinci instansiya məhkəməsi Əmək Məcələsinin 296-cı maddəsini tətbiq etməli olduğu halda tətbiq etməyib və bu düzgün olmayan qətnamə çıxarılmasına səbəb olub. Məhkəmə iddiaçının aldığı əmək haqqı və ödənilməmiş məcburi dövlət sosial sığorta haqqının məbləğini müəyyən etmədən onun ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi, izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməyib. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 4.6cı maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “HYPERLINK "http://e-qanun.az/framework/41828" \o "Azərbaycan Respublikasının 29 mart 2019-cu il tarixli 1555-VQ nömrəli Qanunu"Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Bununla bağlı iddiaçı tərəfindən hər-hansı sübut təqdim edilməyib. Bununla yanaşı birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasları barədə cavabdeh tərəf məlumatlandırılmayıb. Azərbaycan Respublikasının MPM-nin 387.2.2ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Bundan əlavə şəxslə bağlı hər-hansı bir arxiv məlumatı mövcud deyil, hazırki rəhbərlik isə şəxsi tanımır. Əmək kitabçasında olan möhürün nə zaman, hansı şəraitdə vurulması ilə bağlı məlumatı yoxdur. Eyni zamanda məhkəmə qətnaməsində tutulmalı olan məbləği də müəyyənləşdirməmişdir. Iddiaçının həmin məbləğdə maaş almasını təsdiq edən heç bir sübut yoxdur. Həmçinin apellyasiya şikayətinin dəlillərindən biri kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə istinad etmişlər. Həmin maddənin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi iddiaçı iddia ərizəsində DSMF-nin ##.##.2025-ci il tarixli məktubuna əsasən hüquqlarının pozulması barədə məlumat əldə etdiyi bildirib. Lakin, o iddia ərizəsi ilə məhkəməyə 2 ay sonra ##.##.2026-cı ildə müraciət edib və müddəti ötürüb. Ilkin mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı dəlilimiz qanunun formal tələbinə əməl edilməməsi ilə bağlıdır, belə olan vəziyyətdə məhkəmə iddia ərizəsini icraata qəbul etməməli idi. Apellyasiya şikayətin həmin dəlili qarşı tərəflə barışıq əldə edilməsi üçün deyil. Rəhbərlik həmin şəxsi tanımadığını və iddiaçının MMC-də işləmədiyini bildirir. Onların mövqeyi ondan ibrarətdir ki, 1 təqvim ayı müddəti ötürüldüyü üçün iddia müddəti tətbiq edilməlidir. Əmək kitabçasında qeyd edilmiş “R.Süleymanov” adlı şəxsi tanımır. Hazırda Cəmiyyətin direktoru Camal Ağamirzəyevdir. Onlar şəxsin ümumiyyətlə MMC-də işlədiyini qəbul etmirlər. Iddia tələbini təmin edərkən məhkəmə konkret olaraq ödənilməli olan məbləğləri göstərməli idi.
15. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, o, həqiqətən də həmin şirkətdə işləmiş, rəhbərliyi tanıyır. O, DSMF tərəfindən ona cavab verildikdən sonra 2 dəfə "xxxx" MMC-yə getdi. Onu tanımadıqlarını bildirdilər. Ona o vaxt əmək müqaviləsini verməmişdilər. Əmək kitabçasını da məhkəməyə təqdim etmişdir. O, 2025-ci ilin sonunda DSMF-yə müraciət edəndə bundan məlumatı olub. O, əmək stajını bilmək üçün müraciət edəndə ona bildirdilər ki, 2010-2012-ci illər üçün əmək stajı yoxdur. Yalnız bundan sonra məlumatı olub. O vaxtlar onlar növbəli şəkildə 24 saat işləyirdilər. Onun əmək haqqından vergi tutulmaları da olurdu, 250 manat maaş verilirdi. Son iki ayda 400 manat, ondan əvvəl isə 350 manat maaş verilirdi. O, 2011-ci ildə 28 gün Titan tədris mərkəzində kursda olmuşdur, sertifikatı var. Həmin tədris mərkəzi ilə MMC arasında müqavilə var idi. Əgər o, orada işləməmişdirsə, necə həmin tədris mərkəzinə göndərilmişdir?!
Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta olunmaq hüququ vardır. 54.1-ci maddəsinə əsasən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta edilməsini təmin etməlidir. 304.1-ci maddəsinə əsasən sosial sığorta - müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin - əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
17. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: 1-ci maddəsinə əsasən sosial sığorta- bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. 2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 20.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının *-**-*/*- V-******/**** nömrəli ## ###### 2025-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" MMC cavab məktubunda İddiaçı 2010 2012-ci illər ərzində təşkilatlarında əmək fəaliyyəti ilə məşğul olmadığını və müəssisənin arxiv sənədlərində onun barəsində məlumatların aşkar edilmədiyini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq, 2010-2012-ci illər üzrə İddiaçı məlumatlarının araşdırılması üçün "xxxx" MMC-yə müraciət edilməsi tövsiyə edilmişdir.
23. İddiaçı əmək kitabçasından görünür ki, ##.##.2010-cu ildən ##.##.2012-ci ilədək o, "xxxx" MMC-də "mühafizəçi" vəzifəsində işləmişdir. Əmək kitabçası "xxxx" MMC-nin direktoru "R. Süleymanov"un imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir.
24. Iddiaçı məhkəməyə müraciət edərək, ##.##.2010-cu ildən ##.##.2012-ci ilədək işlədiyi dövr ərzində ödənilməmiş DSMF ödənişlərin ödənilməsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Kollegiya iddia tələbini əsaslı hesab edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, əmək qanunvericiliyin istinad olunan normalarından göründüyü kimi işçinin məcburi dövlət sosial sığortasına cəlb edilməsi və onun üçün müvafiq sığorta haqlarının vaxtında və tam həcmdə ödənilməsi işəgötürənin üzərinə qanunla qoyulmuş birbaşa vəzifədir.
26. Cavabdeh apellyasiya şikayətində iddiaçının cavabdeh müəssisədə işləmədiyini qeyd etsə də, iş materiallarında olan İddiaçı əmək kitabçasından görünür ki, ##.##.2010-cu ildən ##.##.2012-ci ilədək o, "xxxx" MMC-də "mühafizəçi" vəzifəsində işləmişdir. Əmək kitabçası "xxxx" MMC-nin direktoru "R. Süleymanov"un imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir.
27. Məhkəmə kollegiyası həmçinin apellyatorun ##.##.2026 və ##.##.2026-cı il tarixə təyin olunmuş məhkəmə iclasları barədə cavabdehin məlumatlandırılmaması barədə dəlillərini də əsassız hesab edərək qeyd edir ki, cavabdeh "xxxx" MMC-nin şəxsi elektron kabineti mövcud olmaqla məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlar elektron kabinet vasitəsi ilə çatdırılmışdır. (i/v- səh 109).
28. Bundan başqa, apellyator, iddiaçının hazırkı tələb üzrə məhkəməyə müraciət etməzdən əvvəl mediasiyaya müraciət etmədiyini, həmçinin iddia müddətini ötürdüyünü bildirmişdir.
29. Bununla bağlı kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
30. Hazırki işdən görünür ki, iddiaçı DSMF-nin ##.##.2025-ci il tarixli məktubuna əsasən hüquqlarının pozulması barədə məlumat əldə etmiş, bundan sonra ##.##.2026-cı il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 illik iddia müddətini ötürməmişdir.
31. Məhkəmə kollegiyası əlavə edir ki, sosial sığorta haqlarının ödənilməsi tələbi işçinin gələcəkdə alacağı pensiya, müavinət və digər sosial ödənişlərin məbləğinə birbaşa təsir göstərən gəlir/pul və maddi təminat tələbi xarakteri daşıyır. 32.Mediasiyaya müraciət edilməməsi ilə bağlı şikayətin dəlilini də əsassız hesab edən kollegiya qeyd edir ki, mübahisə keçmiş dövrə (2010-2012-ci illərə) aid sosial sığorta ödənişlərinin edilməsi ilə bağlıdır. Cavabdehin nümayəndəsi də izahatında qeyd etdi ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı dəlili qanunun formal tələbinə əməl edilməməsi ilə bağlıdır, apellyasiya şikayətinin həmin dəlili qarşı tərəflə barışıq əldə edilməsi üçün deyil. Rəhbərlik həmin şəxsi tanımadığını və iddiaçının MMC-də işləmədiyini bildirir. 33.Belə olan halda kollegiya hesab edir ki, ilkin mediasiyaya müraciət edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlili formal əsaslardan irəli sürülmüş dəlildir və qətnamənin ləğvi üçün əsas təşkil etmir. 34.Apellyasiya şikayətinin digər dəlili odur ki, birinci instansiya məhkəməsi iddiaçının aldığı əmək haqqı və ödənilməmiş məcburi dövlət sosial sığorta haqqının məbləğini müəyyən etmədən onun ödənilməsini cavabdehə həvalə etmişdir. 35.Kollegiya cavabdehin bu dəlilini də əsassız hesab edərək qeyd edir ki, iddiaçının bildirdiyinə görə "xxxx"də ##.##.2010-cu ildən ##.##.2012-ci ilədək işlədiyi dövrdə 11 ay 250 manat, qalan müddət 350 manat, son 2 ay isə 400 manat maaş almışdır. 36.Cavabdeh bu dəlilin əksini sübut edə bilməmişdir. O cümlədən qeyd edilməlidir ki, ödənilməli olan məbləğin hesablanaraq ödənilməsi işəgötürənin vəzifəsidir, zərurət olarsa icra mərhələsində mühasibatlıq ekspertizasının keçirilməsi kimi imkanlardan da istifadə edilə bilər.
37. Beləliklə, qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi görə ödənilmiş dövlət rüsumunun məbləği tərəfin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xumar Mərdanova Məhəmməd Rüstəmli