Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2736/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Vəliyeva İradə Nofəl qızının cavabdeh Cavabdeh qarşı mülki iş (Açar sözlər: «əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı Vəliyeva İradə Nofəl qızı, nümayəndəsi və vəkili Vəkil, cavabdeh Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilir ki: Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli, *-**-**/*-*-***K/**** nömrəli intizam tənbehinin verilməsi barədə əmrinə əsasən bağçanın müdiri İradə Vəliyeva Nofəl qızının özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, qanunvericiliyin tələblərini, Nazirliyin və Agentliyin əmr, təlimat və göstərişlərini pozması nəticəsində müvafiq məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyə prosesi, əmək və icra intizamı pozulmuş, məktəbəqədər təhsil prosesinin iştirakçılarının hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəydiyindən, Samux rayon İnstitut qəsəbə körpələr evi-uşaq bağçasının müdiri Vəliyeva İradə Nofəl qızı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ##.##.2025ci il tarixindən ləğv edilməsi əmr edilmişdir.
2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komisiyyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışa əsasən Vəliyeva İradə Nofəl qızının orqanizmin funksiyalarının pozulması 70 faiz olmaqla, ikinci dərəcəli əlilliyi vardır.
3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komisiyyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışa əsasən Qarayev Azər İsmayıl oğlunun (iddiaçının ərinin) birinci dərəcə əlilliyi olmaqla, 100% orqanizmin funksiyalarının pozulması mövcud olmuşdur.
4. Həmkarlar İttifaqı Komitəsinin yığıncağının ##.##.2025-ci il tarixli protokolundan çıxarışda göstərilib ki, yığıncaqda həmkarlar ittifaqının sədri X4, musiqi rəhbəri X7, bağçanın dalandarı X9, bağçanın aşpazı çıxış etmişlər. Onlar Vəliyeva İradə Nofəl qızının işlədiyi dövrdə heç kəsə haqsızlıq etmədiyini və mənfi münasibət göstərmədiyini bildiriblər.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı Vəliyeva İradə Nofəl qızı cavabdeh Cavabdeh qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli, *-**-**/*-*- ***K/**** saylı əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
6. İddiada göstərilib ki, ##.##.2014-cü il tarixdən Samux rayon İcra Hakimiyyətinin ** nömrəli əmrinə əsasən İnstitut qəsəbəsi körpələr evi uşaq bağçasına müdir vəzifəsinə təyin olunmuşdur. İşlədiyi dövrdə heç bir qanun pozuntusuna yol verməmiş, barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. 2022-ci ilin aprel ayından etibarən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X10 Daşkəsən Regional Təhsil İdarəsinin Samux rayon Təhsil sektorunun müdiri X5 tərəfindən ona qarşı heç bir əsaslı səbəb olmadan qərəzli və davamlı mövqe nümayiş etdirilməyə başlanılmışdır. Sektorun müdiri onu idarəyə dəvət edərək könüllü şəkildə ərizə yazaraq işdən azad olunmağını təklif etmiş, əks halda bağçaya monitorinq yoxlama göndərəcəyini və açıq şəkildə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə onu işdən azad edəcəklərini bildirmişdir. Onun təklifi ilə razılaşmamış və pensiya yaşına 3 il müddət qaldığını bildirmişdir. Bundan sonra bağçada monitorinq yoxlama aparılmışdır. Yoxlamanın nəticəsində isə digər işçilərin vəzifə funksiyasına aid olan nöqsanlar ona istinad etməklə onun nöqsanı kimi qeyd edilmişdir. Bundan əvvəl hər hansı xəbərdarlıq, töhmət və. s tənbeh verilməmişdir. Cavabdeh tərəfindən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri pozularaq Həmkarlar Təşkilatı Komitəsinin ##.##.2025-ci il tarixdə keçirilmiş iclasın qərarını qəbul etməyərək, yenidən ##.##.2025-ci il tarixdə iclas təşkil edərək onun əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə saxta razılıq almışdır. Protokoldan açıq-aydın görünür ki, cavabdehin təqdimatda yazdığı əsası olmayan hallar ümumi sözlərlə ifadə olunmuş və heç bir müzakirə aparılmadan sifarişli bir saxta protokol tərtib edilməklə rəsmiləşdirilmişdir. Hansı ki, cavabdeh əsas hesab edərək əmək müqaviləsinə xitam verilmişdir. ##.##.2025-ci il tarixli protokol ilə qəbul olunmuş qərara isə məhəl qoyulmamışdır. Xərçəng xəstəsidir və əmək qabiliyyətini 70 faiz itirməklə 2-ci qrup əlildir. Həyat yoldaşı Qarayev Azər İsmayıl oğlu isə əmək qabiliyyətini 100 faiz itirməklə 1-ci qrup əlildir və yataq xəstəsidir. Cavabdeh Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin tələblərinə məhəl qoymadan onun əmək hüquqlarını pozmaqla əmək müqaviləsinə xitam vermişdir. Lakin işdən azad olunmağı barədə əmrdə müqavilənin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Həmin əmrin məzmunundan da açıq aydın görsənir ki, işdən azad edilməklə bağlı əmrdə nöqsan göstərilənlərin heç biri onun vəzifə səlahiyyətlərinə aid deyildir.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddia tələbinin təmin edilərək cavabdeh Cavabdeh iddiaçı Vəliyeva İradə Nofəl qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli əmrinin ləğv edilməsi; iddiaçı Vəliyeva İradə Nofəl qızı Samux rayon İnstitut qəsəbə körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə bərpa edilməsi; cavabdeh Cavabdeh işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı tutularaq iddiaçı Vəliyeva İradə Nofəl qızına ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə baxışı zamanı işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ##.##.2014-cü il tarixli əmrə əsasən Samux rayon Institut qəsəbə körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə təyin edilmişdir. ##.##.2025-ci il tarixdə aparılmış monitorinq nəticələrinə əsaslanaraq Cavabdeh ##.##.2025-ci il tarixli, 3-29-69/3- *-***K/**** nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə bağlanmış müqaviləyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilərək iddiaçı tutduğu vəzifəsindən azad olunmuşdur. Hazırda iddiaçı uzun müddət işlədiyi dövrdə heç bir intizam tənbehi almadığına, hər hansı qanun pozuntusuna yol vermədiyinə, öhdəliyində əliliyi olan şəxsin olmasına istinad edərək cavabdehin ##.##.2025ci il tarixli əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsini xahiş edir. İlk növbədə qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativhüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin II və VI hissələri). Məhkəmə qeyd edilən xüsusatları araşdıraraq belə qənaətə gəlir ki, sözügedən əmr əmək qanunvericiliyinin yuxarıda qeyd edilən tələbləri baxımından (iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulması, işəgötürənin, habelə əmək kollektivinin, onun ayrı-ayrı üzvlərinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi və s.) əsaslandırılmamışdır. Aşkar edilən digər pozuntuların iddiaçı barəsində ən ağır intizam tənbehin seçilməsinə əsas verməsi baxımından da əmr əsaslandırılmamışdır. Bu zaman işəgötürən orqan ən azından uzun müddət, 40 ilə yaxın müddət ərzində iddiaçının öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməsini, pensiya yaşına çatmasına az müddətin qalmasını, himayəsində əlil ailə üzvünün olmasını, özünün əlil olmasını nəzərə almamış, ən ağır intizam tənbehini tətbiq etmişdır. Halbuki işçinin barəsində tətbiq edilən intizam tədbirinin qanuniliyi və əmələ münasibətdə proporsionallığı sübuta yetirilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir. Belə ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, asılılıq baxımından işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterik haldır. İşəgötürən işçi ilə əmək müqaviləsinin rəsmiləşdirilməsinin, onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də bilavasitə işəgötürənin üzərinə düşür. Hazırki iş üzrə işəgötürən isə iddiaçının əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinə əməl etməmiş, əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini, işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğunu və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hansı formada ziyan dəymiş olduğunu əsaslandırmamışdır. Məhkəmə həmçinin iddiaçının uzun illər ərzində əmək fəaliyyətini, əvvəllər intizam tənbehinin tətbiq olunmamasını, müsbət iş təcrübəsini və sosial vəziyyətini nəzərə alaraq bir daha qeyd edir ki, əmrdə göstərilən hallar onun barəsində ən ağır intizam tədbirinin tətbiq edilməsini şərtləndirmir. Belə ki, əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək” kimi intizam tənbeh növünün verilməsi gələcəkdə işçinin eyni və ya digər sahələrdə əmək fəaliyyətini davam etdirməsi üçün ciddi əngəl yaradan amil kimi çıxış edir, bu baxımdan əmək müqaviləsinin müvafiq əsasla xitamı intizam tənbehinin ən ağır növü olmaqla yalnız son çarə kimi tətbiq edilməlidir. İşəgötürən tərəfindən iddiaçıya münasibətdə daha yüngül intizam tədbirlərinin tətbiq edilməsi imkanının araşdırılması və ya belə tədbirlərin yetərsiz olmasının əsaslandırılması ilə bağlı isə hər hansı sübut təqdim edilməmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 79-cu maddəsi həmin normada istinad olunan imtiyazlara malik olan şəxsləri qoruyur. Belə ki, həmin maddənin 1-ci hissəsinə görə, işəgötürən tərəfindən öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağandır. İddiaçı tərəfindən ciddi pozuntulara yol verilmədiyi nəzərə alınarsa, himayəsində əlilliyi müəyyən edilmiş şəxsin olmasına baxmayaraq müvafiq maddə ilə əmək müqaviləsinə xitam verilməsi, əmək qanunvericiliyinin və işçinin konstitusion hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə iş üzrə təqdim edilmiş Həmkarlar ittifaqının mövqeyini də qiymətləndirərək qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən Həmkarlar İttifaqının razılığının alındığı bildirilsə də, iş materiallarından görünür ki, ##.##.2025-ci il tarixli iclasda həmkarlar ittifaqı üzvləri iddiaçının fəaliyyətinə müsbət münasibət bildirmiş, lakin növbəti gün keçirilmiş iclasda eyni şəxslər əvvəlki mövqedən fərqli olaraq, iddiaçının tutduğu vəzifəsindən kənarlaşdırılmasına öz razılıqlarını bildirmişlər. Bu ziddiyyətli yanaşma isə həmin qərarın obyektivliyi və könüllülüyü barədə əsaslı şübhələr yaradır. Cavabdeh bu ziddiyyətin səbəblərini əsaslandıra bilməmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin tələblərinə görə, əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin normalarının tələbləri, bunun nəticəsində işçinin Konstitusiya ilə təsbit edilmiş əmək hüquqları pozulmuşdur. Bu hal isə əmrin ləğv edilməsi və Əmək Məcəlləsinin 300cü maddəsinə görə iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə və ya iddiaçının razılığı ilə başqa vəzifəyə bərpa edilməsi üçün hüquqi əsasdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin apellyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin isə təmin edilməməsini xahiş edərək göstərib ki, əmək qanunvericiliyində işçi ilə bağlanmış “əmək müqaviləsinin” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsindən öncə mütləq qaydada işəgötürən tərəfindən başqa intizam tənbehinin tətbiq edilməsi qaydası nəzərdə tutulmamışdır. Əmək Məcəlləsi işəgötürənə işçinin əmək fəaliyyətində yol verdiyi nöqsanların ağırlıq dərəcəsinə uyğun olaraq intizam tənbehi seçmək və onu tətbiq etmək hüququ verilmişdir. İşəgötürən olan cavabdeh də hüququndan istifadə edərək bu seçimi etmişdir. Məhkəmə qeyd edib ki, Əmək Məcəlləsinin 79-cu maddəsi həmin normada istinad olunan imtiyazlara malik olan şəxsləri qoruyur. Belə ki, həmin maddənin 1-ci hissəsinə görə, işəgötürən tərəfindən öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağandır. İddiaçı tərəfindən ciddi pozuntulara yol verilmədiyi nəzərə alınarsa, himayəsində əlilliyi müəyyən edilmiş şəxsin olmasına baxmayaraq müvafiq maddə ilə əmək müqaviləsinə xitam verilməsi, əmək qanunvericiliyinin və işçinin konstitusion hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli qərarında göstərilmişdir ki, Əmək Məcəlləsinin 79cu maddəsi həmin normada istinad olunan imtiyazlara malik olan şəxsləri qoruyur. Lakin bu zaman nəzərə alınmalı hal ondan ibarətdir ki, işəgötürənin müəyyən etdiyi pozuntu mütləq işçiyə imtiyaz verən hallarla və şəxslərlə bağlı olsun, yəni baş vermiş pozuntu həmin şəxsə münasibətdə öhdəliklərin və vəzifələrin icrası zamanı yaransın. Bu işçini imtiyazlı edən sağlamlıq imkanı məhdud olan şəxsə qulluq, onun sosial, tibbi və digər təminat altına alınan hüquqlarının təmin edilməsi ilə bağlı olmalıdır. İşçinin Əmək Məcəlləsinin nəzərdə tutulan əmək vəzifələrinin kobud formada pozulması halları ona imtiyaz verən hallarla bağlı olmadıqda və baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda həmin normanın genişləndirici formada təfsiri işçinin maraqları daxilində olsa da, işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur. Məhkəmə iş üzrə təqdim edilmiş Həmkarlar ittifaqının mövqeyini də qiymətləndirərək qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən Həmkarlar İttifaqının razılığının alındığı bildirilsə də, iş materiallarından görünür ki, ##.##.2025-ci il tarixli iclasda həmkarlar ittifaqı üzvləri iddiaçının fəaliyyətinə müsbət münasibət bildirmiş, lakin növbəti gün keçirilmiş iclasda eyni şəxslər əvvəlki mövqedən fərqli olaraq, iddiaçının tutduğu vəzifəsindən kənarlaşdırılmasına öz razılıqlarını bildirmişlər. Bu ziddiyyətli yanaşma isə həmin qərarın obyektivliyi və könüllülüyü barədə əsaslı şübhələr yaradır. Cavabdeh bu ziddiyyətin səbəblərini əsaslandıra bilməmişdir. Məhkəmənin həmkarlar ittifaqının rəyinin obyektivliyi ilə bağlı gəldiyi nəticə işin faktiki halları və təqdim edilmiş sübutlarla uzlaşmır. Əmək Məcəlləsinin 80.2-ci maddələrinə Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar xitam vermək istəyən işəgötürən həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.2-ci maddəsinin tələbinə uyğun olaraq, işəgötürən tərəfindən ##.##.2025-ci il tarixli, *-**-**/*-****/**** nömrəli əsaslandırılmış yazılı təqdimat Samux Rayon İnstitut qəsəbə körpələr evi-uşaq bağçasının İlk Həmkarlar İttifaqı Təşkilatına göndərilmiş, təqdimata iddiaçının fəaliyyətində aşkar edilmiş pozuntuları təsdiq edən sənədlər əlavə edilmişdir. Həmin təqdimata baxılmasının nəticəsi olaraq ##.##.2025-ci il tarixdə İlk Həmkarlar İttifaqı Təşkilatının iclası keçirilmiş, müvafiq protokol tərtib edilmiş və təşkilatın ##.##.2025-ci il tarixli ** nömrəli rəyi ilə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilməsinə razılıq verilmişdir. Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərindən göründüyü kimi, işəgötürənin vəzifəsi həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimat göndərməkdən ibarətdir. Həmkarlar ittifaqı təşkilatı isə təqdimata baxaraq müstəqil qərar qəbul edir və həmin qərarı işəgötürənə təqdim edir. Cavabdeh tərəfindən qanunla nəzərdə tutulmuş bütün prosedur qaydalarına əməl edilmişdir. Məhkəmə həmkarlar ittifaqı üzvlərinin əvvəlki iclasda səsləndirdikləri fikirlərlə sonrakı qəbul edilmiş qərar arasında ziddiyyət olduğunu göstərərək qərarın obyektivliyini şübhə altına almışdır. Lakin bu nəticə ehtimala əsaslanır və heç bir mötəbər sübutla təsdiq edilmir. Həmkarlar ittifaqı təşkilatının qəbul etdiyi qərarın qanunsuz olması, iradəsinin hər hansı təsir altında formalaşması və ya qərarın könüllü qəbul edilməməsi barədə iş materiallarında hər hansı sübut mövcud deyildir. Əksinə, iş materiallarından görünür ki, həmkarlar ittifaqı təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq işəgötürənin təqdimatına baxmış və yazılı rəyini vermişdir. Məhkəmə isə obyektivliyin pozulması barədə nəticəyə gələrkən bunu təsdiq edən konkret sübutlara deyil, yalnız ehtimallara istinad etmişdir. Bundan əlavə, iddiaçı həmin müəssisənin rəhbəri olmuş, həmkarlar ittifaqı təşkilatının üzvləri isə onun tabeliyində çalışan işçilər olmuşlar. Eyni zamanda, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş protokolun məzmunundan da görünür ki, həmin sənəd konkret olaraq hansı təqdimata cavab olaraq tərtib edildiyini, hansı müraciətə münasibət bildirildiyini və hansı hüquqi məsələnin müzakirə olunduğunu müəyyən etməyə imkan vermir. Həmin protokolda hər hansı rəsmi rəy və ya qərar mövcud olmadığından, onun ##.##.2025-ci il tarixli rəsmi həmkarlar ittifaqı rəyi ilə eyni hüquqi qüvvəyə malik sənəd kimi qiymətləndirilməsi mümkün deyildir. İş materiallarında olan monitorinq aktı, fotoşəkillər, əməkdaşların izahatları və digər sübutlarla müəyyən edilmişdir ki, təhsil müəssisəsində bir sıra ciddi nöqsanlar mövcud olmuşdur. Belə ki, müəssisənin müxtəlif hissələrində antisanitar vəziyyət aşkar edilmiş, üzərində “Karantin otağı” yazılmış otaqda 4 ədəd 1 litrlik süd, anbar otağında 4 kq xarab olmuş xiyar, istifadə müddəti bitmiş 200 qram xama, 1 kq 830 qram pendir, habelə mətbəxdə içərisində həşəratlar olan 8 kq 529 qram un aşkar edilmişdir. Bu hallar monitorinq aktında öz əksini tapmış və fotoşəkillərlə sənədləşdirilmişdir. Bundan əlavə, ##.##.2025-ci il tarixli gündəlik menyunun təsdiq edilmiş vahid menyuya uyğun olmadığı, menyuda nəzərdə tutulan meyvə şirəsi və salatın uşaqlara təqdim edilmədiyi müəyyən edilmişdir. Tibb bacısı tərəfindən yeməklərin tibbi yoxlanış jurnalında qeydiyyata alındığı bildirilsə də, aparılmış araşdırma zamanı həmin məlumatların faktiki vəziyyətlə uzlaşmadığı aşkar olunmuşdur. Həmçinin müəssisədə qeydiyyatda olan uşaqların sayı 26 nəfər olduğu halda, məşğələlərdə 21 uşağın iştirak etdiyi müəyyən edilmiş, əlavə olaraq MTİS-də qeydiyyatda olmayan 3 uşağın qanunsuz olaraq bağçaya qəbul edildiyi aşkar edilmişdir. Eyni zamanda, uşaqların tibbi müayinələrinin aparıldığı bildirilsə də, bunu təsdiq edən müvafiq jurnallarda heç bir qeyd aparılmamışdır. Göstərilən hallar monitorinq aktı, fotoşəkillər və aidiyyəti şəxslərin izahatları ilə təsdiq olunmuşdur. Bu nöqsanlar təsadüfi və ya texniki xarakterli pozuntular olmayıb, məktəbəqədər təhsil müəssisəsinin fəaliyyətinin əsas istiqamətlərini, uşaqların sağlamlığının qorunmasını, qidalanmasının düzgün təşkilini və təhlükəsizliyinin təmin edilməsini əhatə edən ciddi pozuntular olmuşdur. Buna görə də cavabdeh tərəfindən iddiaçının tutduğu vəzifəyə uyğun gəlməməsi və əmək funksiyalarını lazımi qaydada yerinə yetirməməsi barədə gəlinmiş nəticə iş materialları ilə tam təsdiq olunur. Lakin məhkəmə tərəfindən işə yalnız əmək münasibətləri müstəvisində qiymət verilmiş, aşkar edilmiş nöqsanların uşaqların hüquq və qanuni mənafelərinə təsiri, dövlətin beynəlxalq öhdəlikləri və internat tipli müəssisənin xüsusi statusu lazımi qaydada nəzərə alınmamışdır. Nəticədə iş üzrə təqdim edilmiş çoxsaylı sübutlara tam və hərtərəfli hüquqi qiymət verilmədən qətnamə qəbul edilmişdir. Məhkəmə iddiaçının əmək funksiyasının nədən ibarət olduğuna diqqət etməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ## ###### 2017-ci il tarixli **-* nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na əsasən, məktəbəqədər təhsil müəssisəsinin müdiri Müəssisənin bütün fəaliyyətini idarə edir, uşaqların həyatının mühafizəsi və sağlamlığının möhkəmləndirilməsi, rasional yeməyin təşkili, sanitariya-gigiyena vəziyyəti üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il # ####### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” 3.16-cı bəndinə görə Uşaqların qidalanmasının təşkilinə nəzarət məktəbəqədər təhsil müəssisəsinin müdiri tərəfindən həyata keçirilir. X13 6.6.1-ci bəndinə əsasən Məktəbəqədər təhsil müəssisəsi müdiri məktəbəqədər təhsil müəssisəsinin fəaliyyətinə görə dövlət, cəmiyyət və təsisçi qarşısında məsuliyyət daşıyır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında iddiaçı Vəliyeva İradə Nofəl qızı, nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; Maddə 11.1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrinə xitam vermək; ............... d) işçilər əmək müqaviləsinin şərtlərini, daxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək; Maddə 12.1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; Maddə 70. Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 76.1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 80.1(##.##.2026-dək qüvvədə olan redaksiya). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80.1(##.##.2026-dən qüvvədə olan redaksiya). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilir. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
19. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
20. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
21. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.
22. Əvvəla, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunmur. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının 70ci maddəsinin “ç” bəndinin pozması əsası ilə xitam verilib. İddiaçı ilə qeyd olunan əsasla əmək müqaviləsinə xitam verilməsi üçün mötəbər sübutlar olmalıdır. Monitorinq aktında göstərilənlər iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qeyd olunan əsasla xitam verilməsi üçün əsas ola bilməzdi. Düzdü iddiaçı həmin müəssisənin rəhbəri olsa da qeyd olunan nöqsanlar bilavasitə onun əmək funksiyası ilə bağlı olmayıb. Əksinə bu nöqsanlar təsadüfi və texniki xarakterli pozuntular hesab edilə bilər. Məktəbəqədər təhsil müəssisəsinin fəaliyyətinin əsas istiqamətlərini, uşaqların sağlamlığının qorunmasını, qidalanmasının düzgün təşkilini və təhlükəsizliyinin təmin edilməsini əhatə edən ciddi pozuntular hesab etsə də cavabdeh bu monitorinqin qərəzli olmadığına dair də məhkəməyə mötəbər sübut təqdim etməli idi. Əks halda ümumilikdə bu sahədə 40 ildən artıq əmək stajı, bunun son 10 ildən artıq bir dövrünü müdir vəzifəsində işləyən iddiaçının rəhbəri olduğu müəssisədə əvvəlki illər üzrə də hər hansı bir monitorinq aparılmasına və bunun nəticələrinə yaxud hansı səbəblərdən aparmadığına dair də məhkəməyə mötəbər sübut təqdim etməli idi. Əksinə iddiaçının cavabdehin yerli qurumlarının ona qarşı qərəzli olduğuna dair göstərdiyi halların inandırıcı və ağlabatan olduğu təsdiq olunur. Bu cür vəziyyətdə isə cavabdehin mövqeyinə haqq qazandırıla bilməz.
23. Bundan əlavə, həqiqətən iddiaçının iş yeri və vəzifəsi dəyişmədən işəgötürəni dəyişmişdir. Ancaq iddiaçının əmək funksiyalarını və vəzifə öhdəliklərini yerinə yetirməməsi Agentlik tərəfindən mötəbər sübutlarla təsdiq edildiyi halda intizam məsuliyyətinə cəlb edilməsi hüquqauyğun sayıla bilərdi. Lakin əmək müqaviləsinə xitam verilənədək cavabdeh tərəfindən iddiaçının hansısa kobud intizam xətasına yol verməsinə dair sübut təqdim edilməyib. Məhkəməni iddiaçının əmək funksiyasının nədən ibarət olduğuna diqqət etməməkdə qınaması düzgün olmayıb.
24. Düzdü əmək qanunvericiliyində işçi ilə bağlanmış “əmək müqaviləsinin” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsindən öncə mütləq qaydada işəgötürən tərəfindən başqa intizam tənbehinin tətbiq edilməsi qaydası nəzərdə tutulmamışdır. Ancaq bu əsasla əmək müqaviləsinə xitam verilməsinin zəruriliyinin əsaslandırılmalı olması imperativ şəkildə nəzərdə tutulsa da belə bir zərurilik əlaməti əmrin məzmunundan görünmür. Başqa sözlə, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulan intizam tənbehlərindən ən ağırını tətbiq etməsininin zəruriliyini əsaslandırmağa cavabdeh borclu idi. Eyni zamanda işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır(ƏM.m.186.3).Üstəlik əmək qanunvericiliyi göstərilən əsasla əmək müqaviləsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Lakin cavabdeh bu halların mövcudluğuna dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməyib. Demək ki, Əmək Məcəlləsi işəgötürənə işçinin əmək fəaliyyətində yol verdiyi nöqsanların ağırlıq dərəcəsinə uyğun olaraq intizam tənbehi seçmək və onu tətbiq etmək hüququ versə də işəgötürən olan cavabdeh də hüququndan istifadə edərək bu seçimi edərkən qeyd olunan imperativ tələbləri də unutmamalı, işçinin əmək fəaliyyətində yol verdiyi nöqsanların ağırlıq dərəcəsinə uyğun olan intizam tənbehini seçdiyini detallı şəkildə əsaslandırmalı idi.
25. Bundan başqa, birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinin cavabdeh tərəfindən pozulduğunu, iddiaçı tərəfindən ciddi pozuntulara yol verilmədiyi üçün qeyd edib və bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli qərarındakı hüquqi mövqeyə zidd qərar qəbul etməyib. Yəqin ki, məhkəmə Ali Məhkəmənin qeyd olunan qərarının mahiyyətindən cavabdehdən az məlumatlı deyil. Ona görə də cavabdehin sözügedən qərarın məzmununu özünə sərf edən flormada izah etməyə cəhd etməsi də başadüşülən deyil. Çünki iddiaçı özü də xərçəng xəstəsi və sağlamlığının 70 % pozulması ilə bağlı 2-ci dərəcəli əlil olmasına baxmayaraq himayəsində sağlamlığını 100 % itirmiş 1-ci dərəcəli əlil əri də olub. Məhkəmə də ağır intizam pozuntusuna yol verməsi mötəbər sübutlarla təsdiq edilməyən iddiaçının bu vəziyyətinin nəzərə alınmamasının onun hüquqlarının pozulmasına səbəb olduğunu haqlı olaraq qeyd edib və bunu da həmin normanın iddiaçının maraqları daxilində genişləndirici formada təfsir etməyib.
26. Göstəriləndərdən başqa, birinci instansiya məhkəməsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının işdə olan ##.##.2025 və ##.##.2025-ci il tarixli 2 qərarı üzrə apardığı hüquqi dəyərləndirməsi də müfəssəl və obyektiv olub. Cavabdeh bu mövqe ilə ilə razılaşmaya bilər, lakin əks yanaşmasını ciddi arqumentlərlə məhkəmənin diqqətinə çatdırmalıdır, ancaq çatdıra bilmir. Demək ki, həmin təşkilatın eyni üzvlərinin iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsinə bir gün razılıq verməməsi, ertəsi gün isə eyni şəxslərin razılıq verməsi barədə qərar verməsi açıq-aşkar onlara edilən təsir və təzyiqin nəticəsi olub. Ağlabatan mühakimə də fərqli nəticəyə gəlməyə imkan vermir. Üstəlik bu cür fərqli qərarlar həyatın ümumi axarına uyğun gəlmir və insanların heç bir təsir olmadan bu cür 2 fərqli qərar verməsini inandırıcı və ağlabatan sayılmır. Əks halda cavabdeh hər hansı bir tutarlı mövqeyini ortaya qoya bilərdi. ##.##.2025-ci il tarixli təqdimatla bu təşkilata müraciət etdiyini göstərsə də bu təşkilatın 2 fərqli rəy bildirməsinin əsl səbəblərini göstərə bilmir yaxud göstərmək istəmir. Yalnız məhkəmənin mövqeyinin ehtimallara əsaslandığını, ##.##.2025-ci il tarixli protokolda hər hansı rəsmi rəy və ya qərar mövcud olmadığından, onun ##.##.2025-ci il tarixli rəsmi həmkarlar ittifaqı rəyi ilə eyni hüquqi qüvvəyə malik sənəd kimi qiymətləndirilməsinin mümkün olmadığını bildirir. Bu mövqe isə apellyasiya şikayətini əsaslı etmir.
27. Göstəriləndən savayı, “Həmkarlar ittifaqı haqqında” Qanunda və Əmək Məcəlləsinin 19-cu maddəsində işəgötürənin işə götürdüyü işçilərin yaratdığı həmkarlar ittifaqına üzv olmamalıdır deyə imperativ bir tələb nəzərdə tutulmayıb. Həmkarlar ittifaqı təşkilatı işçilərin işəgötürən qarşısında hüquqlarının müdafiəsi məqsədilə yaradıla bilər. Ancaq iddiaçı da öz işəgötürəni qarşısında işçi hesab edilir. Demək həmkarlar ittifaqının üzvü olan işçilər öz işəgötürəni ilə əmək müqaviləsinə xitam verilməsinə razılıq da verə bilərdilər və bu vəziyyətdə onlara qarşı hansısa təsirin olması yaxud olacağı mümüknsüz ola bilir. Buna görə də, işçilərin birinci iclasda onun əleyhinə qərar vermək imkanına malik olmaması barədə dəlillər də inandırıcı və ağlabatan deyildir. Əksinə ##.##.2025-ci il tarixli protokolda cavabdeh qurumun yerli strukturunun vəzifəli şəxslərinin iştirakının qeyd olunması təsirin və təzyiqin olmasını daha da inandırıcı və ağlabatan edir.
28. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.