Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-275/2026 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və * saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) mülki iş üzrə Açar sözlər: yaşayış sahəsinin sökülməsinə görə kompensasiyanın ödənilməsi Hakimlər X5 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və * saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “yaşayış sahəsinin sökülməsinə görə kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı-Komvol Kombinatının və Həmkarlar İttifaqının Komitəsinin ##.##.1994-cü il tarixli iclasının * nömrəli protokolundan çıxarışa əsasən iclasda X1 küçəsi, 128-də yerləşən yataqxananın ** nömrəli mənzilin kombinatın işçisi İddiaçı (bundan sonra “iddiaçı”) verilməsi qərara alınmış və Bakı-Komvol Kombinatının ** nömrəli, ##.##.1994-cü il tarixli orderinə əsasən F.X.Xoyski küçəsi, ev 128 ünvanında yerləşən yataqxananın ** nömrəli mənzili müəssisədə işlədiyi dövrdə yaşamaq üçün Əyrici sexində fəhlə vəzifəsində işləyən iddiaçıya verilmişdir. İddiaçı ##.##.2022-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. ##.##.2024cü il tarixdə iddiaçı tərəfindən həmin mənzil üzrə 400 manat məbləğində kommunal xidmət haqqı ödənilmiş və bununla bağlı ona * saylı Xüsusi Təyinatlı Mənzil kommunal Təsərrüfatı Birliyi tərəfindən ##.##.2024-cü il tarixli, ****** saylı qəbz verilmişdir. Bakı-Komvol Kombinatının və Həmkarlar İttifaqının Komitəsinin ##.##.1992-ci il tarixli qərarı ilə həmin mənzilin kombinatın işçisi olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verilməsi qərara alınmış və Bakı-Komvol Kombinatının ** nömrəli, ##.##.1992ci il tarixli orderinə əsasən bu mənzil müəssisədə işlədiyi dövrdə yaşamaq üçün Əyrici sexində əyriçi vəzifəsində işləyən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verilmişdir. Bu şəxsə məxsus əmək kitabçasına əsasən o, ##.##.1992-ci il tarixdən ##.##.2002-ci il tarixədək həmin kombinatda qeyd edilən vəzifədə işləmişdir. ##.##.2024-cü il tarixli akta əsasən 12 kv.m. sahəsi olan bu mənzildən məhz orada məskunlaşmış Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs çıxarılmış və qəzalı vəziyyətdə olan bina, o cümlədən bu mənzil cavabdeh “xxxx” MMC-yə (bundan sonra cavabdeh) təhvil verilmişdir. Həmin akt cavabdehin direktoru, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Nərimanov Rayon Sektorunun müdiri, Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat departamentinin * saylı MKTB-nin *** saylı MKİS-in rəisi və Polis sahə inspektoru tərəfindən imzalanmışdır. Hazırda həmin mənzilin yerləşdiyi bina Bakı şəhəri İcra Hakimiyyətinin ##.##.2024-cü il tarixi, ** saylı sərəncamının icrasının təmin edilməsi məqsədi ilə cavabdeh tərəfindən sökülmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onun Bakı Komvol Kombinatının balansında olmuş Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ev 128 ünvanda yerləşmiş və sökülmüş yataqxanada Bakı Komvol Kombinatının Həmkarlar İttifaqı Komitəsinin ##.##.1994-cü il tarixli, * nömrəli iclas protokoluna əsasən ayrılmış ** nömrəli otağın əvəzinə 1 otaqlı mənzilə hüququnun olması tanınaraq, ona 1 otaqlı mənzilin verilməsi üçün onunla müqavilə bağlanılması vəzifəsinin “xxxx” MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, otaq məcburi köçkünlər tərəfindən zəbt edildiyi üçün ona ayrılmış otağa köçə bilməmiş, digər yerlərdə mənzil kirayələyib yaşamağa məcbur qalmışdır. 2020-ci ildə gedən 44 günlük vətən müharibəsi nəticəsində ermənilər tərəfindən işğal olunmuş ərazilər azad ediləndən sonra məcburi köçkünlərin öz doğma yerlərinə qayıdışı başlamışdır. Lakin yataqxana məcburi köçkünlər tərəfində boşaldılandan sonra cavadeh “xxxx” MMC dərhal yataqxananı söküb, hündürmərtəbəli yaşayış binasının inşasına başlamışdır. Binada orderlərlə ayrılmış digər mənzil sakinləri ilə cavabdeh müqavilələr bağlayaraq, onlara mənzillər ayırmışdır. Lakin yataqxananın ** nömrəli mənzilinin ona ayrılmasına dair orderin olmasına baxmayaraq, onunla müqavilə bağlanmamış və ona mənzil verilməmişdir. Qeydiyyatda olduğu ünvanla bağlı ona mənzilin ayrılmasına dair müqavilənin bağlanması barədə cavabdehə məktub göndərilsə də, məktubuna cavab verilməmişdir.
4. Məhkəmənin təşəbbüsü ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir (hakim Ədilova Solmaz İmran qızı).
6. Məhkəmə iddia tələbinə münasibətdə qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçıya yataqxana otağının verilməsi zamanı köhnə Mənzil Məcəlləsinin normaları qüvvədə olmuşdur. ##.##.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 106-cı maddəsinə əsasən vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Eyni zamanda həmin Məcəllənin 107-ci maddəsinə görə yataqxanada mənzil sahəsi vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Bu müddəa hazırda qüvvədə olan Mənzil Məcəllənin 93-cü maddəsində də öz əksini tapmışdır. Qeyd olunan qanunvercilik normalarının məzmunundan göründüyü kimi, müəssisənin balansında olan yataqxanalar fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə verilən yaşayış sahələridir. Müəssisələrin yataqxanalarında yer almış işçilər öz arzusu ilə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən yataqxanadan çıxarıla bilərlər (köhnə Mənzil Məcəlləsinin 108-ci maddəsi).
7. Hazırki iş üzrə iddiaçı tərəfindən Bakı-Komvol Kombinatının və Həmkarlar İttifaqının Komitəsinin ##.##.1994-cü il tarixli iclasının * nömrəli protokolunun çıxarışının surəti təqdim edilmiş, həmin çıxarışa əsasən kombinatın işçisi kimi İddiaçı F.X.Xoyski küçəsi 128-də yerləşən yataqxananın ** №-li mənzili verilmişdir. ##.##.1994-cü ildə Bakı Komvol Kombinatının yataqxanasında yerləşən ** saylı mənzilə dair order verilmişdir. Orderin məzmununda da qeyd edilmişdir ki, müəssisədə işlədiyi dövrdə istifadə etmək üçün verilir. İşin hallarından da göründüyü kimi, iddiaçı orada yaşamamış, orada məcburi köçkünlər yaşamışdır. Həmin mənzil * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmuş, hazırda isə sökülmüşdür.
8. Məhkəmə qeyd edir ki, eyni mənzildə uzun müddət ərzində məcburi köçkünlər yaşamışdır. Lakin, keçən bu uzun müddət ərzində iddiaçı bu şəxslərin oradan çıxarılması barədə heç bir iddia irəli sürməmişdir. İddiaçı bu müddət ərzində mənzilin zəbt edilməsinə və orada başqa şəxslərin yaşamasına qarşı heç bir hüquqi tədbir görməmişdir. Yalnız binanın sökülməsi məsələsi ortaya çıxandan sonra mənzilə qeydiyyata düşmüş, kommunal xərcləri ödəmişdir. Beləliklə, mənzil iddiaçıya məhz əmək münasibətlərində olan dövrdə yaşamaq üçün verildiyindən və iddiaçının əmək münasibətlərinə xitam verildiyindən, ötən müddət ərzində iddiaçı həmin mənzildə yaşamadığından, onun adına verilmiş order öz hüquqi əhəmiyyətini itirmişdir. Bu baxımdan iddiaçı mənzili tələb etmək üçün subyektiv hüquqa malik şəxs hesab oluna bilməz. İddiaçının mənzilə dair hüquqları itirildikdən uzun müddət sonra (son dövrlərdə) qeydiyyata düşməsi və kommunal xərci ödəməsi mövcud vəziyyəti dəyişdirmir.
9. Məhkəmə öz mövqeyini Azəraycan Respublikasının ##.##.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 45-ci, 51-ci, 60-cı, 87-ci, 105-108-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 119.1-ci, 217.2-ci, 217.4cü, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, 2009-cu il #######ın #-dən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə görə qanunla nəzərdə tutulmuş əsaslar istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. 1992-1993-cü illərdə ölkədə baş vermiş məlum hadisələr nəticəsində yüz minlərlə insanın qaçqın və məcburi köçkün düşməsi çox ciddi sosial problemlər yaratmışdı. Ona görə də, ictimai maraq tələbləri baxımından mülkiyyət hüquqlarının müvəqqəti məhdudlaşdırılması, o cümlədən zəbt edilmiş mənzillərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin həmin yerlərdə müvəqqəti qalmaları ictimai zərurətdən irəli gəlmişdir. Hazırda həmin hadisələrin üzərindən 30 ildən artıq müddət keçmiş, məcburi köçkünlər cəmiyyətə adaptasiya etmiş, onların sosial təminatı ilə bağlı dövlət səviyyəsində kompleks tədbirlər həyata keçirilmiş, qaçqın və məcburi köçkünlərin böyük əksəriyyəti, o cümlədən o və ailə üzvləri yaşayış sahələri ilə təmin edilmişdir. Eyni zamanda 2020-2023-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü tam təmin edilərək, işğal altında olan bütün ərazilər işğaldan tam azad edilmiş, artıq məcburi köçkünlərin öz evlərinə geri dönməsi prosesi başlanmışdır. Məlum hadisədir ki, məcburi köçkünlər tərəfindən (könüllü və ya 2020-2023-cü illərdə Qarabağ işğaldan azad olunandan sonra, başqa və ya doğma yurdlarına köçəndən sonra bir çox vətəndaşlar orderlə sahib olduqları mənzillərə köçüb, həmin mənzilləri özəlləşdirmişlər. O da məcbur olub, uzun illər kirayələrdə yaşyamaqla Bakı Komvol Kombinatının Həmkarlar İttifaqı Komitəsinin ##.##.1994-cü il tarixli, * nömrəli iclas protokoluna əsasən ayrılmış ** nömrəli otağın məcburi köçkünlər tərəfindən boşaldılmasını gözləmişdir. Yataqxana boşaldılandan sonra isə qısa müddətdə cavabdeh tərəfindən yataqxana sökülmüşdür. Məcburi köçkünlərin uzun illər onun otağında yaşaması onun otağa dair verilmiş olduğu orderin ləğvinə və mənzilə sahibliyinin itirilməsinə səbəb ola bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini qəbul etməmiş və təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, vaxtı ilə həmin mənzilə məcburi köçkün kimi iş üzrə üçüncü şəxs köçürülmüş və orada yaşamışdır. Lakin dövlət artıq onu mənzillə təmin etmişdir. Hazırda bu şəxs başqa ünvanda yaşayır. İddiaçıya isə mübahisəli mənzilin ümumiyyətlə hər hansı aidiyyəti yoxdur.
14. İştirak etdiyi məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı həmin kombinatdan sonra 2000-ci ilin əvvəllərindən başqa iş yerlərində çalışmışdır. Lakin harada işləməsi barədə məlumatı yoxdur, iddiaçıya məxsus əmək kitabçasını təqdim edə bilmir.
15. İştirak etdiyi məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bildirmişdir ki, 1992-ci ildən həmin mənzildə yaşamışdır. Daha sonra nikaha daxil olmuş, əri məcburi köçkündür. Onun məcburi köçkün statusu yoxdur. Kombinatda işlədiyi üçün həmin mənzillə təmin olunmuşdur. Sonrakı dövrlərdə mənzili bir müddət kirayə vermiş, daha sonra orada qohumu qalmışdır. Kombinatda xeyli müddət ərzində işləməsinə baxmayaraq, iddiaçını tanımır, kombinatda heç vaxt görməmiş, onunla belə bir işçi işləməmişdir. İşlədiyi sexdə 20-30 işçi olmuşdur. Mənzil iddiaçının olsa idi, bu müddət ərzində bir dəfə olsa da, ona qarşı mənzildən irəli gələn tələbləri irəli sürərdi. Lakin həmin şəxs tərəfindən ötən dövr ərzində ona qarşı hər hansı tələb irəli sürülməmişdir. Hazırda kirayə yaşayır.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs * saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə həmin nümayəndənin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. ##.##.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir; 46-cı maddəsinə əsasən İctimai mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir; 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər; 100-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır; 103-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir; 104-cü maddəsinə əsasən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar; 106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər; 107-ci maddəsinə əsasən yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Hazırda apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan apellyasiya şikayətinin hər hansı formada təmin edilməsinə və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın tam və ya qismən təmin edilməsinə hər hansı əsas yoxdur.
23. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, Bakı-Komvol Kombinatının və Həmkarlar İttifaqının Komitəsinin ##.##.1994-cü il tarixli iclasının qərarına və buna uyğun olaraq həmin tarixdə verilmiş orderə əsasən Bakı şəhəri, X1 küçəsi, 128 ünvanında yerləşən yataqxananın ** nömrəli mənzili həmin vaxt kombinatda Əyrici sexində fəhlə vəzifəsində işləyən iddiaçıya müəssisədə işlədiyi dövrdə yaşamaq üçün verilmişdir. Bu mənzilin yerləşdiyi bina Bakı şəhəri İcra Hakimiyyətinin ##.##.2024-cü il tarixi, ** saylı sərəncamının icrasının təmin edilməsi məqsədi ilə cavabdeh tərəfindən sökülmüşdür.
24. Hazırda iddiaçı qeyd edilən mənzilin işlədiyi kombinat tərəfindən order əsasında ona verilməsinə baxmayaraq, məcburi köçkünlərin oranı zəbt etməsi səbəbindən mənzilə köçə bilmədiyini, məcburi köçkün olmaları səbəbindən onların mənzildən çıxarılması ilə bağlı addımlar atmadığını, kirayə əsaslarla digər ünvanlarda yaşamaq məcburiyyətində qaldığını, məcburi köçkünlər çıxarıldıqdan sonra isə yataqxananın, o cümlədən mənzilinin cavabdeh tərəfindən söküldüyünü, lakin bunun müqabilində cavabdeh tərəfindən həmin yerdə inşa edilən çoxmənzilli yaşayış binasından mənzilin verilməsi ilə bağlı onunla müqavilənin bağlanmadığını, halbuki, binanın digər orderə sahib sakinləri ilə cavabdeh arasında müqavilələrin bağlanılaraq onların mənzillə təmin edildiyini bildirir və sökülmüş mənzilin əvəzinə 1 otaqlı mənzillə təmin edilməsinə dair onunla da müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir.
25. Cavabdeh iddianı qəbul etmir, iddiaçının həmin mənzildə yaşamadığını, oraya məcburi köçkün kimi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs köçürüldüyünü, onun da dövlət tərəfindən mənzillə təmin edildiyini və hazırda başqa ünvanda yaşadığını, mübahisə predmeti olan mənzilin iddiaçıya hər hansı aidiyyətinin olmadığını qeyd edir.
26. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının məhz Bakı Komvol Kombinatında əyrici sexində fəhlə vəzifəsində işləməsinə istinad edilərək, ##.##.1994-cü il tarixli order əsasında həmin vaxt Kombinatın balansında olan yataqxanada yerləşən bu mənzil yalnız Kombinatda işlədiyi müddət üçün yaşamaq məqsədi ilə iddiaçıya verilmişdir. Belə olan halda da, iddiaçının mənzilə münasibətdə hüquqları yalnız əmək münasibətlərinin mövcud olduğu müddətlə məhdudlaşdırılmış olur.
27. Lakin iddiaçı qeyd edilən mənzilə köçə bilmədiyini iddia ərizəsində şəxsən etiraf etmiş, eyni zamanda, onun ümumiyyətlə Bakı Komvol Kombinatında işləməsi də öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, məhkəmə tərəfindən də belə bir hal müəyyən edilməmişdir (göndərilən sorğular bir nəticə verməmişdir). İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman isə iddiaçının nümayəndəsi və vəkili iddiaçının 2000-ci ilin əvvəllərindən başqa iş yerlərində çalışdığını bildirmişdir. Bununla belə, həmin vaxt qüvvədə olan mənzil məcəlləsinə əsasən order yaşayış sahəsinə köçmək üçün yeganə əsas olsa da, iddiaçı həmin mənzilə köçməmiş, heç vaxt həmin mənzildə yaşamamış və mənzildən istifadə etməmişdir. Belə olan halda, iddiaçı hazırda həmin orderə istinad edərək, mənzilə hər hansı hüququnun olmasını iddia edə bilməz. Hüquqi nəticə etibarı ilə iddiaçının həmin mənzillə ümumiyyətlə hər hansı fiziki və hüquqi bağlılığı olmamışdır.
28. Reallıqda belə bir bağlılığın olması da mümkün olmamışdır. Belə ki, iddiaçının təqdim etdiyi orderdə göstərilən tarixdən 2 ilə yaxın müddət əvvəl, yəni ##.##.1992-ci il tarixdə həmin mənzil Bakı Komvol Kombinatı tərəfindən verilmiş orderə əsasən iş üzrə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ayrılmışdır. Həmin şəxsin ##.##.1992-ci il tarixdən ##.##.2002-ci il tarixədək bu Kombinatın Əyrici sexində əyrici vəzifəsində işləməsi ona məxsus olan əmək kitabçasında bu barədə aparılmış qeydlərlə bilavasitə öz təsdiqini tapır. Bu şəxs məcburi köçkün olmamış və 1992-ci ildən kombinatda işləməklə həmin mənzildə yaşamışdır. Bu da öz növbəsində iddiaçıya orderin verilməsini ümumiyyətlə istisna edir. Belə ki, həmin vaxt qüvvədə olan mənzil məcəlləsinin tələbləri baxımından order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilərdi. İddiaçıya orderin verildiyi 1994-cü il tarixdə isə həmin mənzildə artıq üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs yaşayırdı.
29. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə Kombinat arasında mövcud olan əmək münasibətlərinə xitam verildikdən sonra da mənzil onun istifadəsində qalmış və o, sonradan orada yaşamasa da (bu mənzilə ehtiyacı olmasa da) mənzili təhvil verməmiş (halbuki, əmək münasibətlərinə xitam verildikdən sonra təhvil verməli idi) və ondan istifadə etməyə davam edərək, kirayə əsaslarla başqa şəxslərin istifadəsinə vermişdir. Bakı şəhəri İcra Hakimiyyətinin ##.##.2024-cü il tarixi, ** saylı sərəncamının icrasının təmin edilməsi məqsədi ilə yataqxana cavabdeh tərəfindən sökülərkən ##.##.2024-cü il tarixli akta əsasən mənzildən məhz Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs çıxarılmış və mənzil cavabdehə təhvil verilmişdir.
30. Belə olan halda, həmin mənzilin sökülməsi iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Bu mənzilə münasibətdə iddiaçının qorunmalı olan hər hansı hüququ və marağı mövcud deyil. Qeyd edilənlər öz növbəsində ümumiyyətlə iddiaçının həmin mənzillə bağlı cavabdehə qarşı belə bir iddia irəli sürmək üçün subyektiv hüquqa malik olmadığını təsdiq edir.
31. Bu mövqeyi ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
33. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqey bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” # #### 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır.
34. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulubpozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
35. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq, hesab edir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün ümumiyyətlə subyektiv hüquqa malik deyil. Bu da öz növbəsində iddianın əsassız olduğunu təsdiq edir və onun rədd edilməsini şərtləndirir. Birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayəti əsassızdır. İddiaçının həmin mənzilə ##.##.2022-ci il tarixdə pasport qeydiyyatına alınması, habelə ##.##.2024-cü il tarixdə mənzil üzrə 400 manat məbləğində kommunal xidmət haqqı ödəməsi mövcud vəziyyəti dəyişdirmir və iddiaçını hazırki iddianı irəli sürmək hüququna malik olan şəxsə çevirmir.
36. Məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyinin yekunu olaraq, belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumü iddiaçı İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.