Məhkəmə qərarları › İş №2(3-6)-2796/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2796/2026

06.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Bakı şәhәri İş № 2(3-6)-2796/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlәr X3 (sәdrliyi vә mәruzәsi ilә), Abbasova Günel Mәhәrrәm qızı vә Mәmmәdov Mәmmәd Allahverdi oğlundan ibarәt tәrkibdә, hakim kömәkçisi Hәsәnova Lәman Rasim qızının katibliyi ilә, Bakı şәhәri Binәqәdi rayon Mәhkәmәsinin *(*-**)-***/**** saylı işi üzrә ##.##.2026-ci il tarixli qәrardadından iddiaçı İddiaçı Mәnzil Tikinti Kooperativi tәrәfindәn verilmiş apellyasiya şikayәtinә әsasәn mülki işә Bakı Apellyasiya Mәhkәmәsinin binasında yazılı icraat qaydasında baxaraq müәyyәn etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı İddiaçı İddiaçı Mәnzil Tikinti Kooperativi cavabdeh Cavabdeh ilә bağlanılmış ## #### 2022-ci il tarixli müqavilәnin 1.1-ci bәndinә dәyişiklik edilmәsi vә “-1” sözlәri “-2” sözlәri ilә әvәz edilmәsi barәdә iddia tәlәbi ilә mәhkәmәyә müraciәt edәrәk tәlәbini Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 337.1, 337.3, 337.4, 421, 422-ci maddәlәrinә istinadәn onunla әsaslandırılmışdır ki, cavabdeh Cavabdeh onlara mәxsus binanın sakinidir. Onunla "xxxx" MTK arasında ## #### 2016-cı il tarixdә müqavilә bağlanaraq mәnzil payçısı olmuşdur. Bundan sonra isә avtomobilini saxlamaq üçün qeyri-yaşayış sahәsi olan, lakin istifadәyә verilmәmiş "-1"-ci mәrtәbәdә avtomobilini saxlamağa şәrait yaradılmış vә buna dair ona heç kim etiraz etmәmişdir. ## #### 2022-ci il tarixdә qaraj sahәsi üçün sakin kimi müraciәti әsasında ona 26 kv/m sahәsi olan 07 №li müqavilәdә texniki sәhv kimi göstәrilmiş "-1" kimi müqavilә bağlanmışdır. Lakin cavabdeh Cavabdeh dәfәlәrlә bildirilmişdir ki, “-1"-ci mәrtәbә qeyri-yaşayış sahәsi üçün nәzәrdә tutulmuşdur. Cavabdeh onların müraciәtlәrinә әmәl etmәyәrәk, yәni müqavilәdә sәhvәn “-2” әvәzinә "-1" kimi qeyd olunmağına baxmayaraq, hәmin sahәnin qeyri-yaşayış obyektlәri üçün nәzәrdә tutulmasını bildirsәlәr dә, qanuni müraciәtlәrini dinlәmәmiş vә müqavilәdә dәyişiklik edilmәsinә razılıq vermәmişdir. Bundan әlavә olaraq "xxxx MTK”-nı mәhkәmәyә verәrәk ona mәxsus Binәqәdi rayonu, 8-ci mikrorayon, Nizami Nәrimanov küçәsi, ev 87a, ** saylı 26 kv/m sahәsi olan qarajdan istifadәsinә vә sahibliyinә yaratdığı maneәlәrә son qoyulması vә hәmin qarajdan sәrbәst istifadә etmәyi üçün şәrait yaradılsın kimi iddia әrizәsi ilә Binәqәdi Rayon Mәhkәmәsinә iddia vermişdir. Binәqәdi Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli e-*(***)-***/**** saylı qәtnamәsi ilә iddia tәmin edilmiş, iddiaçı Cavabdeh mәxsus Bakı şәhәri, Binәqәdi rayonu, 8ci mikorayon, Nizami Nәrimanov küçәsi, ev 87a, ** saylı 26 kv/m olan qarajdan istifadәyә vә sahibliyә cavabdeh "xxxx” Mәnzil Tikinti Kooperativi tәrәfindәn yaradılan maneәlәrin aradan qaldırılması, iddiaçı Cavabdeh hәmin qarajdan sәrbәst istifadә edilmәsi üçün cavabdeh İddiaçı MTK tәrәfindәn şәrait yaradılması barәdә qәtnamә qәbul edilmişdir. Belә ki, qәtnamәni qanuni hesab edirlәr. Çünki, qәtnamә qәbul edilәrkәn müqavilә tәlәblәrinә uyğun olaraq araşdırma aparılmışdır. Lakin müqavilәdә sәhvәn "-2” әvәzinә “-1" kimi göstәrildiyindәn hazırda iddiaçı Cavabdeh "-1" mәrtәbәdәn ona qaraj sahәsinin ayrılmasını tәlәb edir. Ona dәfәlәrlә bildirmişlәr ki, müqavilәdә yanlışlıqla elә yazılmışdır. Dәfәlәrlә bununla bağlı müqavilәyә dәyişiklik edilmәsini bildirsәlәr dә, onlara mәhәl qoymayaraq "-1"-ci mәrtәbәdә saxlayacağını bildirәrәk qanunla qorunan mәnafelәrini pozaraq qeyri-yaşayış sahәsi kimi istifadәyә hazırlanan sahәni qaraj sahәsi kimi istifadә etmәk istәyir. Odur ki, müqavilәdә qeyd edilәn şәrtlәrin dәyişdirilmәsi barәdә müraciәt etmәlәri qaçılmazdır. Çünki belә şәrtlәr ağlabatan şәkildә әvvәlcәdәn görә bilsәydilәr, müqavilәni әhәmiyyәtli dәrәcәdә fәrqlәnәn şәrtlәrlә bağlayardılar vә ya ümumiyyәtlә, bağlamazdılar. Bakı şәhәri Binәqәdi rayon Mәhkәmәsinin *(*-**)-***/**** saylı işi üzrә ##.##.2026-ci il tarixli qәrardadı ilә iş üzrә icraata xitam verilmişdir. Qәrardadda Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 261.0.2, 262.4, 265.4-cü maddәlәrinә istinadәn qeyd edilmişdir ki, Bakı Şәhәri Binәqәdi Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qәtnamәsindәn görünür ki, iddiaçı Cavabdeh cavabdeh İddiaçı Mәnzil Tikinti Kooperativinә qarşı “qarajdan istifadәyә yaradılmış maneәnin aradan qaldırılması” tәlәbinә dair iddiası tәmin edilmiş, iddiaçı Cavabdeh mәxsus ünvan 1, ** saylı, 26 kv.m olan qarajdan istifadәyә vә sahibliyә cavabdeh İddiaçı Mәnzil Tikinti Kooperativi tәrәfindәn yaradılan maneәlәrin aradan qaldırılması, iddiaçı Cavabdeh hәmin qarajdan sәrbәst istifadә edilmәsi üçün cavabdeh İddiaçı Mәnzil Tikinti Kooperativi tәrәfindәn şәrait yaradılması, cavabdeh İddiaçı Mәnzil Tikinti Kooperativindәn 100 manat dövlәt rüsumunun alınaraq iddiaçı Cavabdeh ödәnilmәsi, iş üzrә keçirilmiş ekspertiza tәdqiqatının dәyәrini tәşkil edәn 50 manat mәblәğindә vәsaitin cavabdeh İddiaçı Mәnzil Tikinti Kooperativindәn tutularaq Mәhkәmә Ekspertiza Mәrkәzinin hesabına ödәnilmәsi qәt edilmişdir. Hazırda iddiaçı İddiaçı Mәnzil Tikinti Kooperativi mәhkәmәyә müraciәt edәrәk, cavabdeh ilә aralarında bağlanmış müqavilәdә dәyişiklik edilmәsini tәlәb edir ki, hәmin mәsәlәyә qanuni qüvvәyә minmiş Bakı şәhәri Binәqәdi Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, e-2(001)- ***/**** saylı qәtnamәsi ilә artıq hüquqi qiymәt verilmiş vә hazırki iddianın verilmәsi qanuni qüvvәyә minmiş әvvәlki qәtnamәnin icrasını lәngitmәk mәqsәdini daşıyır. Göründüyü kimi, eyni tәrәflәr arasında hazırki iddianın predmeti olan qarajdan istifadәyә yaradılmış maneәnin aradan qaldırılması barәdә qanuni qüvvәyә minmiş mәhkәmә aktı mövcuddur. Hәmin işә baxılarkәn hazırda mübahisәlәndirilәn mәsәlәyә dә hüquqi qiymәt verilmişdir. Belә olan halda mәhkәmә hesab edir ki, iddiaçı İddiaçı Mәnzil Tikinti Kooperativinin cavabdeh Cavabdeh qarşı “müqavilәyә dәyişiklik edilmәsi” tәlәbinә dair mülki iş üzrә icraata xitam verilmәlidir. Apelyasiya şikayəti, etiraz, məhkəmənin mövqeyi İddiaçı qәrardan şikayәt verәrәk, Binәqәdi rayon Mәhkәmәsinin *(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qәrardadını lәğv edәrәk, iddia tәlәbinin tәmin edilmәsi barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişdir. Şikayәtdә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәnin 77, 261.0.2-ci maddәlәrinә istinadәn qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi yardılmış maneәlәrin ardan qaldırılması tәlәbi ilә iddia qaldırılmışdır. Hazırkı iddia isә müqavilә şәrtlәrinin dәyişdirlmәsi tәlәbinә dairdir vә tәlәblәr eyni әsas vә eyni predmet hesab edilә bilmәz. Çünki tәlәb birmәnalı olaraq eyni tәrәflәr arasında olsa da, iddianın mahiyyәti ayrı predmet tәşkil edir. Müqavilә şәrtlәrinin dәyişdirilmәsi vә müqavilәdә yanlışlığın aradan qaldırlması Mülki Mәcәllәnin fәrqli fәsillәri ilә tәnzimlәnir. Cavabdeh tәrәf olan Cavabdeh eyni tәrәflәr arsında eyni predmet olmasını sübut etmәli idi. Lakin bu halları sübut edә bilmәmişdir. Belә çıxır ki, eyni tәrәflәr arasında hәr hansısa mәhkәmәdә işә baxılmışsa, yeni bir tәlәblә iddia qaldırmaq olmaz. Mәhkәmә araşdırılması zamanı müqavilәdә qeyd edilәn “-1”-ci mәrtәbәdә maşın saxlanılmasına şәraitin olmaması sübuta yetirildi. Bundan başqa bina sakinlәrinin çoxsaylı müraciәtlәrini nәzәrә alaraq yetkinliklә sәsvermә keçirilmiş vә “-1” mәrtәbәnin qeyri yaşayış sahәsi kimi istifadә olunması barәdә qәrar qәbul edilmişdir. Cavabdeh şәxsә dә bildirilmişdir ki, avtomobiliniz “-2”xxxx“xxxx MTK”-nı mәhkәmәyә verәrәk ona mәxsus Binәqәdi rayonu, 8-ci mkr, Nizami Nәrimanov küçәsi, ev 87a, ** saylı 26 kv/m sahәsi olan qarajdan istifadәsinә vә sahibliyinә yaratdığı maneәlәrә son qoyulması vә hәmin qarajdan sәrbәst istifadә etmәyi üçün şәrait yaradılsın kimi iddia әrizәsi ilә Binәqәdi rayon Mәhkәmәsinә iddia vermişdir. Belә ki, qәtnamәni qanuni hesab edirlәr. Çünki qәtnamә qәbul edilәrkәn müqavilә tәlәblәrinә uyğun olaraq araşdırma aparılmışdır. Lakin müqavilәdә sәhvәn “-2” әvәzinә “-1” kimi göstәrildiyindәn hazırda iddiaçı Cavabdeh “-1” mәrtәbәdәn ona qaraj sahәsinin ayrılmasını tәlәb edir. Ona dәfәlәrlә bildirmişlәr ki, müqavilәdә yanlışlıqla elә yazılmışdır. Dәfәlәrlә bununla bağlı müqavilәyә dәyişiklik edilmәsini bildirsәlәr dә, onlara mәhәl qoymayaraq “-1” ci mәrtәbәdә saxlayacağını bildәrәrәk qanunla qorunan mәnafelәrini pozaraq qeyri yaşayış sahәsi kimi istifadәyә hazırlanan sahәni qaraj sahәsi kimi istifadә etmәk istәyir. Odur ki, müqavilәdә qeyd edilәn şәrtlәrin dәyişdirilmәsi barәdә müraciәt etmәlәri qaçılmazdır. Çünki belә şәrtlәr ağlabatan şәkildә әvvәlcәdәn görә bilsәydilәr, müqavilәni әhәmiyyәtli dәrәcәdә fәrqlәnәn şәrtlәrlә bağlayar vә ya ümumiyyәtlә, bağlamazdılar. Konstitusiya Mәhkәmәsinin qәrarında, hәmçinin qeyd olunmuşdur ki, iddianın әsasını irәli sürülәn iddia tәlәblәrinin әsaslandırıldığı hüquqi faktlar tәşkil edir. Onlara әqdlәr, xüsusi olaraq müqavilәlәr, müddәtin bitmәsi faktı, hüquqların pozulması, ziyanın vurulması vә s. aid edilә bilәr. İddianın әsası adәtәn bir faktdan deyil, iddianın faktiki tәrkibi adlanan faktların mәcmusundan ibarәt olur. İddianın faktiki әsasını göstәrmәklә yanaşı, iddiaçı qanuna vә digәr normativ-hüquqi aktlara, cavabdeh tәrәfindәn pozulduğunu güman etdiyi hüquq normasına istinad etmәyә dә haqlıdır. Bu iddianın hüquqi әsasını tәşkil edir. İddiaçı tәlәblәrini tәtbiq edilmәli olmayan hüquq norması ilә әsaslandırdığı zaman mәhkәmә qarşısında hansı hәrәkәtlәrin edilmәli olması mәsәlәsi ortaya çıxa bilәr. Burada ilk növbәdә nәzәrә almaq lazımdır ki, iddianın hüquqi әsaslandırılması onun faktiki әsası ilә eynilәşdirilmәmәlidir. İddianın hüquqi әsasının dәyişdirilmәsi dedikdә, iddiaçının cavabdehә olan tәlәblәrini әsaslandırdığı halların dәyişdirilmәsi nәzәrdә tutulur. Bakı şәhәri Binәqәdi rayon Mәhkәmәsinin *(*-**)-***/**** saylı işi üzrә ##.##.2026-ci il tarixli qәrardadı ilә şikayәt tәmin edilmәmiş vә baxılması üçün mülki işlә birlikdә Bakı Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Cavabdeh apellyasiya şikayәtinә etiraz tәqdim etmiş vә qeyd etmişdir ki, iddiaçı tәrәfindәn qaldırılmış hazırkı iddia faktiki olaraq Bakı Şәhәri Binәqәdi Rayon Mәhkәmәsinin ##.##.2025ci il tarixli, e-*(***)-***/**** saylı qanuni qüvvәyә minmiş qәtnamәsi ilә hәll edilmiş mәsәlәyә yenidәn baxılması cәhdidir. Hәmin qәtnamә ilә ona mәxsus ünvan 1 ünvanında yerlәşәn ** saylı, 26 kv.m sahәsi olan qarajdan istifadәyә vә sahibliyә İddiaçı Mәnzil Tikinti Kooperativi tәrәfindәn yaradılmış maneәlәrin aradan qaldırılması vә hәmin qarajdan sәrbәst istifadә etmәyi üçün şәrait yaradılması qәt edilmişdir. Bakı Şәhәri Binәqәdi Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәrardadında da göstәrilmişdir ki, hazırkı iddianın verilmәsi әvvәlki qanuni qüvvәyә minmiş qәtnamәnin icrasını lәngitmәk mәqsәdi daşıyır vә mübahisәli mәsәlәyә artıq hüquqi qiymәt verilmişdir. Azәrbaycan Respublikası MPM-nin 261.0.2-ci vә 262.4-cü maddәlәrinә әsasәn eyni tәrәflәr arasında, eyni predmet vә eyni әsaslar üzrә qanuni qüvvәyә minmiş mәhkәmә qәtnamәsi mövcud olduqda hәmin mübahisә üzrә yenidәn mәhkәmәyә müraciәt edilmәsinә yol verilmir. İddiaçının xüsusi şikayәtindә göstәrilәn "çoxsaylı bina sakinlәrinin müraciәti" vә guya yekdilliklә qәbul edilmiş qәrar barәdә arqumentlәrlә razı deyil. Əvvәla, qeyd edilәn mәsәlә ilә bağlı bina sakinlәrinin ümumi yığıncağı keçirilmәmişdir. Sonradan tәqdim olunmuş siyahıların hansı şәraitdә vә hansı mәqsәdlә tәrtib olunduğu mәlum deyildir. Ona mәlum olmuşdur ki, bir sıra sakinlәrә imza toplanarkәn hәmin imzaların “1" mәrtәbәnin tәyinatının dәyişdirilmәsi ilә bağlı olduğu bildirilmәmiş, әksinә, kommunal mәsәlәlәr vә sayğaclarla әlaqәdar imzalar toplandığı izah edilmişdir. Tәqdim olunmuş siyahıda göstәrilәn şәxslәrin әksәriyyәtinin avtomobili yoxdur, bәzi şәxslәr isә ümumiyyәtlә hәmin mәsәlәdәn xәbәrsiz olmuşlar. Hәtta sağlamlıq vәziyyәtinә görә hәrәkәt imkanları mәhdud olan şәxslәrin dә adlarının hәmin siyahıya daxil edilmәsi sәnәdin etibarlılığı barәdә ciddi şübhәlәr yaradır. Bundan başqa, tәqdim olunmuş siyahılarda imza atan şәxslәrin şәxsiyyәtlәri müәyyәn edilmәmiş, şәxsiyyәt vәsiqәlәrinin rekvizitlәri göstәrilmәmiş, sәnәdlәr İddiaçı MTK-nın möhürü ilә tәsdiq edilmәmiş vә adi kağız formasında mәhkәmәyә tәqdim edilmişdir. Eyni zamanda, hәmin sәnәdlәrdә göstәrilәn tarixlәrlә faktiki hadisәlәrin başvermә vaxtı arasında ziddiyyәtlәr mövcuddur ki, bu da sәnәdlәrin etibarlılığını ciddi şәkildә şübhә altına alır. Qeyd edilmәlidir ki, yaşayış binası qanunvericiliyin tәlәblәrinә uyğun qaydada tam istismara qәbul edilmәmiş, mәnzil mülkiyyәtçilәrinin müştәrәk cәmiyyәti yaradılmamış, bina idarәetmә orqanı formalaşdırılmamışdır. Bu sәbәbdәn sakinlәrin ümumi yığıncağının keçirilmәsi vә hüquqi nәticәlәr doğurması ilә bağlı qanunvericilikdә nәzәrdә tutulmuş tәlәblәr yerinә yetirilmәmişdir. Bundan әlavә, Bakı Şәhәri Binәqәdi Rayon Mәhkәmәsi tәrәfindәn yerindә baxış keçirilmiş, mәhkәmә tikinti-texniki ekspertizası tәyin edilmiş vә ekspert rәyi alınmışdır. Mübahisәli mәsәlәlәrә artıq hüquqi qiymәt verilmişdir. Diqqәtәlayiq hal ondan ibarәtdir ki, iddiaçı tәrәf bir tәrәfdәn "-1" mәrtәbәnin guya qeyri-yaşayış obyektlәri üçün nәzәrdә tutulduğunu iddia etsә dә, digәr tәrәfdәn hәmin sahәnin faktiki olaraq üçüncü şәxslәrә verilmәsi vә ya satılması barәdә әsaslı şübhәlәr mövcuddur. Hәtta fәrz edilsә ki, belә bir yığıncaq keçirilmişdir, bina sakinlәrinin iradәsi ona mәxsus olan fәrdi әmlak hüququnu mәhdudlaşdıra bilmәz. Qanuni qüvvәyә minmiş mәhkәmә qәtnamәsi ilә tәsdiq olunmuş hüquqlar üçüncü şәxslәrin iradәsi ilә dәyişdirilә bilmәz. Belәliklә, iddiaçının xüsusi şikayәtindә istinad etdiyi hallar hüquqi әhәmiyyәt daşımayan, etibarlılığı ciddi şübhә doğuran vә qanuni qüvvәyә minmiş mәhkәmә qәtnamәsinin nәticәlәrini aradan qaldırmağa yönәlmiş arqumentlәrdәn ibarәtdir. Əlavә olaraq bildirir ki, iş materiallarında olan sәnәdlәr, mәhkәmә araşdırması zamanı müәyyәn edilmiş hallar, habelә mәhkәmәyә tәqdim edilmiş sәnәdlәrin etibarlılığına dair yaranmış ciddi şübhәlәr әsasında İddiaçı Mәnzil Tikinti Kooperativinin rәhbәri X1 hәrәkәtlәrindә Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178-ci maddәsi vә 320-ci maddәsi ilә nәzәrdә tutulmuş әmәllәrin әlamәtlәrinin olub-olmamasına dair әsaslı şübhәlәr yaranmışdır. Belә ki, mәhkәmәyә tәqdim olunmuş sәnәdlәrin etibarlılığı, imzaların hansı şәraitdә vә hansı mәqsәdlә toplanması, tәqdim olunmuş siyahılardakı mәlumatlarla faktiki hallar arasında mövcud olan ziddiyyәtlәr, sәnәdlәrin tәsdiqlәnmә qaydası, habelә onların әldә edilmә üsulu hәmin sәnәdlәrin hәqiqiliyi vә etibarlılığı ilә bağlı ciddi şübhәlәr doğurur. Bu sәbәbdәn, göstәrilәn hallara hüquqi qiymәt verilmәsi vә cinayәt qanunvericiliyi baxımından araşdırılması mәqsәdilә iş materiallarından müvafiq çıxarış edilәrәk aidiyyәti üzrә prokurorluq orqanına göndәrilmәsi barәdә xüsusi qәrardad çıxarılmasını mәhkәmәdәn xahiş edir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 397.2-ci maddәsinә istinadәn qәrardaddan verilәn şikayәtә yazılı icraat qaydasında, yәni mәhkәmә iclası keçirilmәdәn vә tәrәflәr izahatları dinlәnilmәk üçün çağırılmadan baxılır. Azәrbaycan Respublikası Konstitusiyasının İnsan vә vәtәndaş hüquqlarının vә azadlıqlarının әsas prinsipini müәyyәn 24 maddәsinin III hissәsinә әsasәn: Hüquqlar vә azadlıqlar hәr kәsin cәmiyyәt vә başqa şәxslәr qarşısında mәsuliyyәtini vә vәzifәlәrini dә әhatә edir. Hüquqlardan sui-istifadәyә yol verilmir. Azәrbaycan Respublikasında insan hüquq vә azadlıqlarının hәyata keçirilmәsinin tәnzimlәnmәsi haqqında Azәrbaycan Respublikasının Konstitusiya Qanununun Tәlәblәrinә әsasәn: 1.2. Heç kәs öz hüquqlarından vә azadlıqlarından sui-istifadә etmәmәlidir. Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 6.1 vә 423-cü maddәlәrinin tәlәblәrinә әsasәn: 6.1.1. mülki hüquq subyektlәrinin bәrabәrliyi; 6.1.2. mülki hüquq subyektlәrinin iradә sәrbәstliyi; 6.1.3. mülki dövriyyә iştirakçılarının әmlak müstәqilliyi; 6.1.4. mülkiyyәtin toxunulmazlığı; 6.1.5. müqavilәlәr azadlığı; 6.1.7. mülki hüquqların maneәsiz hәyata keçirilmәsinә şәrait yaradılması; Mülki qanunvericiliyin prinsiplәridir. 423.1. Müqavilәnin dәyişdirilmәsi vә ya lәğv edilmәsi haqqında razılaşma, әgәr bu Mәcәllәdәn, müqavilәdәn vә ya işgüzar adәtlәrdәn ayrı qayda irәli gәlmirsә, müqavilә ilә eyni formada bağlanır. 423.2. Müqavilәnin dәyişdirilmәsi vә ya lәğv edilmәsi tәlәbini tәrәf mәhkәmәyә yalnız müqavilәni dәyişdirmәk vә ya lәğv etmәk tәklifindәn digәr tәrәfin imtinasını aldıqda vә ya tәklifdә göstәrilmiş müddәtdә, müddәt göstәrilmәdikdә isә otuz gün müddәtindә ondan cavab almadıqda irәli sürә bilәr. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 261-ci maddәsinә әsasәn: 261.0. Hakim iş üzrә icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş mәhkәmәdә vә ya mülki mәhkәmә icraatı qaydasında baxılmalı deyildirsә; 261.0.2. eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi vә ya iddiaçının iddiadan imtina etmәsi vә ya tәrәflәrin barışıq sazişinin tәsdiq olunması ilә әlaqәdar iş üzrә icraata xitam edilmәsi haqqında mәhkәmәnin qәrardadı olarsa; 261.0.3. eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mübahisәyә dair xarici dövlәtin mәhkәmәsinin qanuni qüvvәyә minmiş qәtnamәsi varsa vә hәmin qәtnamә Azәrbaycan Respublikasının Ali Mәhkәmәsi tәrәfindәn tanınmış vә icraya qәbul edilmişsә; 261.0.4. iddiaçı iddiadan imtina etmişsә vә bu imtina mәhkәmә tәrәfindәn qәbul olunmuşsa; 261.0.5. tәrәflәr barışıq sazişi bağlamışlarsa vә bu saziş mәhkәmә tәrәfindәn tәsdiq edilmişsә; 261.0.6. eyni tәrәflәr arasında, eyni predmet vә eyni әsaslar üzrә mübahisәyә dair, mәhkәmә münsiflәr mәhkәmәsinin qәtnamәsinin mәcburi icra olunması üçün icra vәrәqәsi vermәkdәn imtina etdiyi vә ya işi yenidәn baxılmaq üçün qәtnamәni qәbul etmiş münsiflәr mәhkәmәsinә qaytardığı, lakin işә hәmin münsiflәr mәhkәmәsindә baxılmasının mümkün olmadığı hallardan başqa, münsiflәr mәhkәmәsinin qanuni qüvvәyә minmiş qәtnamәsi olarsa; 261.0.7. iş üzrә tәrәflәrdәn biri olan şәxs öldükdәn sonra barәsindә mübahisә edilәn hüquq münasibәti hüquq varisliyinә yol vermәzsә; 261.0.8. işdә iştirak edәn hüquqi şәxs lәğv olunmuşsa; 261.0.9. mәhkәmәyә müraciәt etmiş maraqlı şәxs mübahisәnin qabaqcadan mәhkәmәdәn kәnar hәll edilmәsi barәsindә müәyyәn kateqoriyadan olan işlәr üçün qoyulmuş qaydaya әmәl etmәmişsә vә bu qaydanı tәtbiq etmәk imkanı itirilmişsә. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin tәlәblәrinә әsasәn: 9.3. Hakim bütün hallarda prosesin çәkişmә prinsipini tәmin etmәlidir. O, öz qәrarını yalnız tәrәflәrin çәkişmә prinsipinә әsasәn müzakirә etdiyi dәlillәrlә, onların verdiyi izahatlarla, sәnәdlәrlә әsaslandırmalıdır. Mәhkәmә, qәrarını özünün qulluq mövqeyinә görә irәli sürdüyü hüquqi dәlillәrlә әsaslandıra bilmәz. 88. Mәhkәmә sübutlara obyektiv, qәrәzsiz, hәrtәrәfli vә tam baxdıqdan sonra hәmin sübutlara tәtbiq edilmәli hüquq normalarına müvafiq olaraq qiymәt verir. Heç bir sübutun mәhkәmә üçün qabaqcadan müәyyәn edilmiş qüvvәsi yoxdur. 82.3. Bir mülki iş üzrә qanuni qüvvәyә minmiş mәhkәmә qәtnamәsi ilә müәyyәn edilmiş faktlar hәmin işdә iştirak edәn şәxslәr tәrәfindәn başqa mәhkәmә prosesindә mübahisәlәndirilmir vә yenidәn sübut edilmir. 233.3. Qәtnamә qanuni qüvvәyә mindikdәn sonra tәrәflәr vә işdә iştirak edәn digәr şәxslәr, habelә onların hüquq varislәri mәhkәmәdә eyni iddia tәlәblәrini, eyni әsas üzrә yenidәn irәli sürә bilmәzlәr, habelә mәhkәmә tәrәfindәn müәyyәn edilmiş faktlara vә hüquq münasibәtlәrinә qarşı başqa prosesdә mübahisә edә bilmәzlәr. Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki vә Kommersiya kollegiyalarının “Əqdә әsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda hәmin әqdin etibarlılığının mübahisәlәndirilmәsinin mümkünlüyünә dair qanunvericiliyin tәtbiqi mәsәlәlәri üzrә” **/**** nömrәli, ## #### 2022-ci il tarixli qәrardadında qeyd edilmişdir ki, mәhkәmәnin icraatında әqdә әsaslanan iddialar olduğu halda, işdә iştirak edәn şәxslәr tәrәfindәn ayrıca icraatda hәmin әqdin etibarsız hesab edilmәsinә dair verilmiş iddia әrizәsinin qәbulundan Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 153.2.4-cü maddәsinә әsasәn imtina olunmalı, belә iddialar sәhvәn mәhkәmәnin icraatına qәbul edildiyi halda isә, iddia әrizәsi Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 259.0.4-cü maddәsinә әsasәn baxılmamış saxlanılmalıdır. Əqdә әsaslanan iddialar üzrә qanuni qüvvәsini almış mәhkәmә aktı vә ya iddiaçının iddiadan imtina etmәsi vә ya tәrәflәrin barışıq sazişinin tәsdiq olunması ilә әlaqәdar iş üzrә icraata xitam verilmәsi haqqında mәhkәmәnin qәrardadı olduğu halda, işdә iştirak etmiş şәxslәr tәrәfindәn ayrıca icraatda hәmin әqdin etibarsız hesab edilmәsinә dair verilmiş iddia әrizәsinin qәbulundan Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 153.2.2ci maddәsinә әsasәn imtina olunmalı, belә iddialar sәhvәn mәhkәmәnin icraatına qәbul edildiyi halda isә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 261.0.2-ci maddәsinә әsasәn iş üzrә icraata xitam verilmәlidir. Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin 261-262, 385, 387, 397-ci maddәlәrinә istinadәn mәhkәmә kollegiyası birinci instansiya mәhkәmәsinin gәldiyi nәticәni qanuni vә әsaslı hesab edir, hazırki münasibәtlәrә aid prosessual qanunvericiliyin düzünә istinadlar әsasında tәrtib edilmiş qәrardadının lәğv edilmәsi üçün әsaslar müәyyәn etmir. Bu yöndә diqqәtә çatdırılmalıdır ki, tәrәflәr arasında birinci instansiya mәhkәmәsi tәrәfindәn qeyd edilәn vә iş üzrә müәyyәn edilәn iş üzrә mübahisә predmeti barәdә eyni tәrәflәr arasında, eyni әsaslar (predmet) barәdә mübahisәlәr olmuş vә qanunvericiliyin fәrqli tәfsir edilmәsi (dispozitiv imkandan) sui-istifadәyә şәrait yaradan hal kimi yolverilmәzdir, habelә bir şәxsin mәhkәmә müdafiәsi hüququ ehtimallara deyil, qanunla müәyyәn edilmiş әsaslara uyğun hәyata keçirilmәli vә digәr şәxslәrin bu hüquqdan sui-istifadәyә mәruz qalaraq hüquqlarının әsassız mәhdudlaşmasına xidmәt etmәmәlidir. Qeyd edilmәlidir ki, iddiaçı iddianın mahiyyәtinin ayrı predmet tәşkil etdiyini qeyd etsә dә, qeyd edilәn qanuni qüvvәsini almış mәhkәmә qәtnamәsi qәbul edilәndәn sonra yeni mübahisәnin yaranması müәyyәn edilmәmişdir. Bundan әlavә, iddia müqavilәnin lәğvi adlandırılsa da, o әqdin etibarlılıq (etibarsızlıq) meyarları әsası ilә tәqdim edilmiş vә hazırki iş üzrә cavabdehin әvvәlәr irәli sürdüyü tәlәb dә mәhz bu müqavilә öhdәliklәrin icrasından irәli gәlmişdir. Qanuni qüvvәyә minmiş mәhkәmә qәtnamәsi ilә müzakirә predmeti olmuş müqavilәnin dәyişdirilmәsi üçün yeni yaranmış olduğu şәraitin mövcudluğu vә pretenziya qaydasına riayәt edilmәsi dә sübuta yetirilmәmişdir. Xüsusi ilә vurğulanmalıdır ki, hazırki iş üzrә olan iddiaçı (prosessual qanunvericiliyin tәlәblәrinә görә) mübahisәnin qabaqcadan mәhkәmәdәn kәnar hәll edilmәsi barәsindә müәyyәn kateqoriyadan olan işlәr üçün qoyulmuş qaydaya әmәl etmәmiş vә qanuni qüvvәyә minmiş mәhkәmә qәtnamәsi ilә müqavilә münasibәtlәrindәn irәli gәlәn mәnafelәr artıq müzakirә edildiyindәn eyni әsaslarla bu qaydanı tәtbiq etmәk imkanı itirilmişdir. Belәliklә, mәhkәmә kollegiyası hesab edir ki, iddiaçı İddiaçı Mәnzil Tikinti Kooperativi tәrәfindәn verilmiş şikayәt tәmin edilmәmәli vә Bakı şәhәri Binәqәdi rayon Mәhkәmәsinin *(*-**)-***/**** saylı işi üzrә ##.##.2026-ci il tarixli qәrardadı dәyişdirilmәdәn saxlanılmalıdır. Diqqәtә çatdırılmalıdır ki, Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin 402.2-ci maddәsinә әsasәn hazırki iş üzrә qәbul edilmiş Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının qәrardadından kassasiya şikayәtinin verilmәsi nәzәrdә tutulmamışdır. Qeyd edilәnlәrә әsasәn, şәxsin mәhkәmә müdafiә hüququnun tәmin edilmәsi vә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 395-403-cü maddәlәrini rәhbәr tutaraq mәhkәmә kollegiyası qərara aldı: İddiaçı İddiaçı Mәnzil Tikinti Kooperativi tәrәfindәn verilmiş şikayәt tәmin edilmәsin. Bakı şәhәri Binәqәdi rayon Mәhkәmәsinin *(*-**)-***/**** saylı işi üzrә ##.##.2026-ci il tarixli qәrardadı dәyişdirilmәdәn saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar