Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2855/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi Ofeliya Rəhimovanın iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh “xxxx” QSC-nə qarşı “əmrin ləğvi və işə bərpa barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclsında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları 1.Iddiaçı İddiaçı cavabdeh “xxxx” QSC Yük daşımaları departamenti Lokomotivlərin istismarı xidməti Gəncə Lokomotivlərin istismarı deposu Operativ texniki hesablama mərkəzinin operatoru vəzifəsində işləyib. 2.Iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Yük daşımaları departamenti Lokomotivlərin istismarı xidməti rəisinin ##.##.2025-ci il tarixli **-*-**/*-**-*****/**** nömrəli əmri ilə xitam verilib. Əsas kimi ona istinad olunub ki, ##.##.2025-ci il tarixdə işçilərin attestasiyası keçirilib, attestasiyanın nəticələrinə görə attestasiya komissiyası tərəfindən iddiaçının tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığı barədə qərar qəbul edilib. Hüquqi əsas kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə istinad olunub. Həmin normaya görə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. Məhkəmə icraatı 3.Iddia ərizəsində tələb olunub ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilsin və iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun. 4.Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin edilməyib. 5.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 6.Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin nümayəndəsi Ofeliya Rəhimova isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmənin mövqeyi 7.Işin faktiki halları birinci instansiya məhkəməsinin qətnaməsində müəyyən edildiyindən, hazırkı qətnamə eyni faktiki hallara əsaslandığından onların təkrar qeyd edilməsinə zərurət yoxdur. 8.Attestasiyası vərəqəsindən görünür ki, 6 səs lehinə, 1 səs əleyhinə olmaqla attestasiya komissiyasının qərarı ilə iddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməyib (iş v. 37). Iddia və apellyasiya şikayəti onunla əsaslandırılıb ki, attestasiya zamanı iddiaçıya verilən suallar onun tutduğu vəzifə ilə əlaqəli olmayıb. Birinci instansiya məhkəməsində icraat zamanı bununla bağlı mütəxəssis rəyi alınıb. Həmin rəyə görə, attestasiya zamanı verilən suallar iddiaçının əmək funksiyalarını əhatə edir (iş v. 85). 9.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin 5-ci hissəsindən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixl ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 2.4-cü bəndindən görünür ki, attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə göstərilənlər barədə suallar verilə bilər: a) tutduğu vəzifəyə (peşəyə) dair; b) əmək funksiyasına dair; c) ixtisasına (peşəsinə) dair; ç) yerinə yetirdiyi işlər və onların nəticələrinə dair; d) tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərə dair. Attestasiya zamanı iddiaçıya suallar verilərkən həmin qaydalar pozulmayıb. Ona görə də əmək müqaviləsinə xitam verilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinin göstərişinə uyğun olub, əmrin ləğv edilməsi üçün əsas yoxdur. 10.Beləliklə, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 11.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-2855/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2855/2026
31.07.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver