Məhkəmə qərarları › İş №2(3-6)-2867/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2867/2026

07.08.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2867/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı-nin cavabdehlər cavabdeh4, cavabdeh3 və cavabdeh2 qarşı “mülkiyyət hüquqlarının məhdudlaşdırılması, mənzilin boşaldılaraq sökülməsi, təmirli mənzil verilməsi və kirayə haqqı ödənilməsi" tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: (mənzil, kirayə haqqı) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçının nümayəndəsi Əliyev Salman Cəfər oğlunun, Cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh1, Cavabdeh cavabdeh4, cavabdeh3, cavabdeh2 nümayəndəsi və vəkili vəkil2 oğlunun, cavabdeh4 vəkili vəkil1 iştirakları ilə, Nizami Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdehlər cavabdeh4, cavabdeh3 və cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin halları:

1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3 və cavabdeh2, qarşı “mülkiyyət hüquqlarının məhdudlaşdırılması, mənzilin boşaldılaraq sökülməsi, təmirli mənzil verilməsi və kirayə haqqı ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ** saylı evin ** saylı mənzilinə, cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ** saylı evin ** saylı mənzilinə və Süleymanova (Ibişova) Təranə Yaqubovnanın Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ** saylı evin ** saylı mənzilinə dair mülkiyyət hüquqlarının 02 il müddətinə məhdudlaşdırılması, həmin mənzillərin boşaldılaraq sökülməsi, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, həmin binanın yerində tikiləcək yeni yüksək mərtəbəli, müasir yaşayış binasında kompensasiya qismində cavabdehlərə mülkiyyətlərində olan mənzillərin ümumi sahəsindən 20% artıq sahəsi olan yeni, tam təmirli müvafiq mənzillər verilməsi və cavabdehlərin yeni yaşayış binası tikilənədək, müvəqqəti olaraq yaşadıqları əraziyə yaxın yerdə kirayədə yaşamaları üçün hər ay 500 (beş yüz) manat kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddiaçı ##.##.2026-cı il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ** saylı evin ** saylı mənzilinə, cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ** saylı evin ** saylı mənzilinə və Süleymanova (lbişova) Təranə Yaqubovnanın Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ** saylı evin ** saylı mənzilinə dair mülkiyyət hüquqlarının 02 il müddətinə məhdudlaşdırılması, həmin mənzillərin sökülməsi, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, həmin binanın yerində tikiləcək yeni yüksək mərtəbəli, müasir yaşayış binasında kompensasiya qismində cavabdeh cavabdeh4 - 10-cu binada, 4-cü mərtəbə, 3 otaqlı, tam təmirli, sahəsi 89 kv metr olan ** saylı mənzilin verilməsi və həmin mənzil təhvil verilənədək ona 900 (doqquz yüz) manat kirayə haqqının ödənilməsi, cavabdeh cavabdeh3 - 10-cu binada, 8-ci mərtəbə, 2 otaqlı, tam təmirli, sahəsi 69 kv metr olan ** saylı mənzilin verilməsi və həmin mənzil təhvil verilənədək ona 800 (səkkiz yüz) manat kirayə haqqının ödənilməsi, cavabdeh Süleymanova (Ibişova) Təranə Yaqubovnaya - 10-cu binada, 3-cü mərtəbə, 2 otaqlı, tam təmirli, sahəsi 89 kv metr olan * saylı mənzilin verilməsi və həmin mənzil təhvil verilənədək ona 800 (səkkiz yüz) manat kirayə haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Şəhər Icra Hakimiyyəti Başçısının ## ##### 2014-cü il tarixli, *** №-li Sərəncamına əsasən, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, Ə.Əzimzadə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2536 və 2537-ci məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi, qeyd edilən torpaq sahəsi icarə əsasında İddiaçı-nin istifadəsinə verilmiş və həmin ərazidə yerləşən yaşayış binalarının sökülməsi, sakinlərin köçürülməsi və kompensasiyanın verilməsi İddiaçı-yə həvalə olunmuşdur. Eyni zamanda Bakı şəhəri Icra Hakimiyyətinin Başçısının ## ##### 2014-cü il tarixli, *** saylı sərəncamının icrası məqsədilə iddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına və yaşayış sahələrinin mülkiyyətçilərinə müraciətlər edilmiş və Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən ** saylı yaşayış binasının mövcud vəziyyəti barədə məlumatlar əldə edilmişdir. Belə ki, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərinşaatlayihə" Dövlət Baş Layihə-Konstruktor və Texnoloji Institutunun ## ######## 2024-cü il tarixli Rəyinə əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, Ə.Əzimzadə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yerləşən Nəsimi küçəsi ** saylı yaşayış binası seysmik normaların tələblərinə cavab vermir, yaşayış binası texniki cəhətdən yolverilməzdir və bina istismar üçün təhlükəlidir. Eyni zamanda Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən ** saylı yaşayış binasının sökülüb, yerində müasir tələblərə uyğun, yeni yüksəkmərtəbəli yaşayış binasının tikilib istismara təhvil verilməsinə 02 il vaxt sərf ediləcəkdir. Yeni yaşayış binası inşa edildikdən sonra, həmin binalardan cavabdehlərə kompensasiya qismində hazırda yaşadıqları mənzillərin ümumi sahəsindən 20% artıq sahəsi olmaqla yeni, tam təmirli mənzillər veriləcək, habelə bina inşa edilib cavabdehlərə təhvil verilənədək, onların yaşadıqları əraziyə yaxın yerdə kirayədə yaşamaları üçün isə hər ay 500 manat kirayə haqqı ödəniləcəkdir. Lakin cavabdehlər hər hansı bir razılığa gəlməkdən birmənalı şəkildə imtina edirlər. Göstərilən sərəncamın icrası ilə bağlı, İddiaçı tərəfindən həmin ərazidə yerləşən sahə mülkiyyətçiləri əksəriyyəti ilə danışıqlar aparılmış və razılıq əldə olunaraq müvafiq müqavilə bağlanmış və həmin sakinlərə yeni bina inşa edilənədək hər ay kirayə haqqı ödənilir. Lakin cavabdehlər hər bir vəchlə hüquqlarından sui-istifadə etməklə, sərəncamın icrası ilə razılaşmayaraq, ədalətsiz məbləğdə qanunla nəzərdə tutulmayan, fantastik kompensasiya tələb etməklə əsassız varlanmaq niyyətindədir və bu hərəkətləri ilə digər mülkiyyətçilərə və şirkətə külli miqdarda ziyan vururlar. "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il ## #### tarixli 292-IVQ NQ-II Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 stntyabr tarixli *** №-li Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xətai rayonlarının ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli 86 N-li Qərarı qəbul edilmişdir. Həmin Qərarın 1-ci bəndinə əsasən: 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyriyaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sükülməsi nəzərdə tutulan qeyriyaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Nizami Rayon Icra Hakimiyyətinə (RIH) tapşırılmışdır. Göründüyü kimi bu vəzifələrin həyata keçirilməsi müvafiq sərəncama əsasən İddiaçı-yə həvalə edilmişdir. Yuxarıda qeyd olunan aktlardan göründüyü kimi cavabdehlərin mülkiyyətində olan yaşayış sahələrinin istismara yararsız olması və seysmik normalara cavab verməməsinin ətrafdakılara təhlükə yaratdığı qeyd edilmişdir. Bununla belə İddiaçı-nin öhdəliyi olmasa belə humanistlik nümayiş etdirərək, sərəncama əsasən sosial əhəmiyyətli dövlət layihəsinin icrasının təmin edilməsi ilə bağlı xərcləri öz üzərinə götürür və mülkiyyətçilərin malik olduqları yaşayış və qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvanda inşa ediləcək yeni çoxmərtəbəli binada yaşayış və qeyri-yaşayış sahəsinin ölçülərindən 20% əlavə ölçülərdə tam təmirli yaşayış sahələrini onlara verməyi öhdəsinə götürür. Cavabdehlər isə bu məzmunda müqavilə bağlamaqdan imtina etsələr də, belə imtina qanuni hesab edilə bilməz. Belə ki, mülkiyyətlərində olan yaşayış və qeyri-yaşayış sahələrinin qəzalı vəziyyətdə saxlanılması yaşayış binasının digər mülkiyyətçilərinin hüquqlarını pozur və onların bərpa etmək vəzifələrini həyata keçirməyə maneə olur. Göründüyü kimi, cavabdehlər mülkiyyət hüquqlarından suiistifadə etməklə Mənzil Məcəlləsi üzrə vəzifələrini həyata keçirməkdən yayınırlar və bu maraqlı şəxs olaraq MMC-nin hüquqlarını pozur və digər sakinlər qarşısında götürdüyü öhdəliklərin icrasına maneəçilik yaradır. Bu isə MMC-yə işlərin ləngiməsi ilə əlaqədar külli miqdarda maddi ziyan vurur və digər sakinlərin mənzil hüquqlarının pozulması ilə nəticələnən müqavilə öhdəliklərinin icrasını ləngidir. MMC olaraq sərəncamın icrasının gecikməməsi məqsədilə, cavabdehlərə güzəştli təkliflər olunmuş, lakin buna baxmayaraq onlar, həmin təklifdən imtina etmişlər və nəticədə MMC-yə külli miqdarda ziyan vurmuş və hazırda da vurmaqdadırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 16.1- ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Müvafiq Sərəncamla verilmiş digər binaların bəzi mülkiyyətçiləri ilə iddiaçı arasında eyni mübahisə ilə bağlı məhkəmə çəkişmələri olmuş və yekun məhkəmə aktlarına əsasən iddiaçının tələbi təmin olunmuş və artıq icra olunmuşdur.

4. Nizami Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Rauf Əhmədov) ilə iddiaçı İddiaçı MMC-nin iddia tələbinin təmin edilməsi, cavabdeh cavabdeh4 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 12 ünvanda yerləşən ** saylı mənzilə dair mülkiyyət hüquqları 02 il müddətinə məhdudlaşdırılması və mənzilin boşaldılaraq iddiaçı İddiaçı MMC-yə təhvil verilməsi, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 12 ünvanda yerləşən ** saylı mənzilin əvəzinə İddiaçı tərəfindən həmin ərazidə yeni tikiləcək 10-cu binanın 4-cü mərtəbəsində sahəsi 89 kv.m olan 1 ədəd 3 otaqlı ** saylı tam təmirli mənzilin cavabdeh4 mülkiyyətinə verilməsi, yeni mənzil tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə cavabdeh4 hər ay 900 manat kirayə haqqı ödənilməklə, onun əşyaları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 12 ünvanda yerləşən ** saylı mənzildən çıxarılması, cavabdeh cavabdeh3 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 12 ünvanda yerləşən ** saylı mənzilə dair mülkiyyət hüquqları 02 il müddətinə məhdudlaşdırılması və mənzilin boşaldılaraq iddiaçı İddiaçı MMC-yə təhvil verilməsi, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 12 ünvanında yerləşən ** saylı mənzilinin əvəzinə İddiaçı tərəfindən həmin ərazidə yeni tikiləcək 10-cu binanın 8-ci mərtəbəsində sahəsi 69 kv.m olan 1 ədəd 2 otaqlı ** saylı tam təmirli mənzilin cavabdeh3 mülkiyyətinə verilməsi, yeni mənzil tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə cavabdeh3 hər ay 800 manat kirayə haqqı ödənilməklə, o əşyaları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 12 ünvanda yerləşən ** saylı mənzildən çıxarılması, cavabdeh cavabdeh2 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 12 ünvanda yerləşən ** saylı mənzilə dair mülkiyyət hüquqlarının 02 il müddətinə məhdudlaşdırılması və mənzilin boşaldılaraq iddiaçı İddiaçı-yə təhvil verilməsi, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 12 ünvanda yerləşən ** saylı mənzilin əvəzinə İddiaçı tərəfindən həmin ərazidə yeni tikiləcək 10-cu binanın 3-cü mərtəbəsində sahəsi 89 kv.m olan 1 ədəd 2 otaqlı * saylı tam təmirli mənzilin cavabdeh2 mülkiyyətinə verilməsi, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 12 ünvanda yerləşən ** saylı mənzilin əvəzinə İddiaçı tərəfindən həmin ərazidə yeni tikiləcək 10-cu binanın 3-cü mərtəbəsində sahəsi 89 kv.m olan 1 ədəd 2 otaqlı * saylı tam təmirli mənzilin cavabdeh2 mülkiyyətinə verilməsi, yeni mənzil tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə cavabdeh2 hər ay 800 manat kirayə haqqı ödənilməklə, o əşyaları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 12 ünvanda yerləşən ** saylı mənzildən çıxarılması, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

5. Cavabdehlər cavabdeh4, cavabdeh3 və cavabdeh2 qətnamədən birgə apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayəti və onun dəlilləri:

6. Cavabdehlərin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, verilmiş şifahi və yazılı vəsatətlərə, əlavə təkzib edən izahatlara və sübutlara baxmayaraq, məhkəmə cavabdehlərin bildirdikləri hallar ilə bağlı binaya, mənzillərə heç bir yerli baxış keçirməmişdir, binanın, mənzillərin həqiqətən qəzalı vəziyyətdə, yaşayışa yararsız vəziyyətdə olub-olmamasını, qətnamədə əsas istinad etdiyi təqdim edilmiş rəylər və aktda qeyd edilən binanın və mənzillərin fotolarının həqiqi və ya saxta olub-olmamasını müəyyən etməmişdir. Yalnız iddiaçının vermiş olduğu rəylər, akt və Nazirlər Kabinetinin artıq müddəti bitmiş və hazırki halda heç bir hüquqi qüvvəsi olmayan qərarlarına, birdəfəlik icra üçün nəzərədə tutulmuş və bitmiş sərəncamlarına istinad etmişdir və yalnız MMC-nın verdiyi məlumatları həqiqət kimi qəbul etmişdir, qətnamədə qeyd edilən nəticə ilə faktiki mövcud olan nəticə arasında ciddi ziddiyyətlər var. Rayon məhkəməsi qabaqcadan ödənilməli ədalətli kompensasiyanın ödənilməsi prinsipini pozmuşdur. Belə ki, cavabdehlərin evlərinin hər birinin xxxxl (faktiki) sahəsi çıxarışda qeyd olunandan daha çox olduğu üçün, iddiaçının təklif etdiyi 89 kv.m və 69 kv.m-lik mənzillər əslində adekvat kompensasiya deyil, vətəndaşların mülkiyyət ölçülərinin xxxxlda kiçilməsi və onların əmlak zərərinə uğraması deməkdir. Mənzillərə çıxarış və qeydiyyat vəsiqəsində qeyd edilən sahəsi ilə faktiki sahə arasında ciddi fərqlər olduğu müəyyən edilmişdir. Cavabdehlərə məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ** saylı binada yerləşən 10, 20 və ** saylı mənzillərin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və qeydiyyat vəsiqəsində göstərilən sahələr yalnız daxili yaşayış sahəsini əks etdirir. xxxxllıqda isə həmin mənzillərin hər birində rəsmi sənədlərə daxil edilməyən, lakin vətəndaşların qanuni istifadəsində olan köməkçi sahələr, zirzəmilər, balkonlar, lodjiyalar və artırmalar mövcuddur. Rayon məhkəməsi iddiaçının bu təkliflərini qeyd edilən maddi normalara istinad edərək iddiaçını zənginləşdirmişdir. Lakin, hazırki halda qətnamə özündə qeyd edilən imperativ normalara tamamilə ziddir, ona görə ləğv edilməlidir. Odur ki, qətnamənin ləğv edilməsini, iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdilər və bildirdilər ki, onların əsas narahatçılığı yeni inşa edilən binanın tamamlanması ilə bağlıdır, çünki xeyli hallar var ki, yeni tikililər yarımçıq qalır, tikinti başa çatdırılmır, odur ki, şirkətin yaxınlıqda inşası başa çatmış binalarında olan hazır mənzillərlə təmin edilmələrini istəyirlər.

8. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh cavabdeh4 vəkili vəkil1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında cavabdehlər cavabdeh4, cavabdeh3 və cavabdeh2 nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini müdafiə edərək və məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının ilk iclasında iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, lakin sonrakı məhkəmə iclasında cavabdehlərə təklif edilən kompensasiyanın – həm mənzillərin sahələrinə münasibətdə, həm də kirayə haqqına münasibətdə artırılmasına dair yazılı ərizə verərək, həmin təkliflər əsasında qərar qəbul edilməsini xahiş etdi, eyni zamanda da bildirdi ki, cavabdehlərin narahatlığına heç bir əsas yoxdur, yeni binanın tikilməsi müəyyən edilmiş müddətlərdə başa çatacaq, qonşuluqda inşa edilmiş binalarda boş mənzillər yoxdur, onlara da sərf edərdi ki, külli miqdarda kirayə haqqı ödəməkdənsə, elə hazır mənzillərə sakinləri köçürsünlər, lakin belə mənzillər yoxdur, bu məsələylə bağlı cavabdehlər şirkət rəhbərliyinin yanında olublar və özləri də əmin olub ki, bu şirkət uzun illərdir ki, bu sahədə olduqca ciddi layihələrlə məşğuldur və indiyədək də heç bir ləngimə və gecikməsi olmayıb, sakinlər vəd edilmiş vaxtda mənzillərini əldə edəcəklər. Nümayəndə eyni zamanda cavabdehlərə təklif etdikləri mənzillərin sahələrinə və kirayə haqqına dair ərizə təqdim etdi. Həmin ərizəyə əsasən, “Işə baxılmasının uzadılmaması üçün, MMC cavabdehlərə təklif edilən kompensasiyanı artırmaq qərarına gəlmişdir: cavabdeh cavabdeh4 - 10-cu binada, 4-cü mərtəbə, 3 otaqlı, tam təmirli, içdən-içə hesablanmaqla sahəsi 92 kv metr (müqavilə üzrə faktiki olaraq divaraltı sahələr hesablanmaqla 100 kv metr) olan ** saylı mənzilin verilməsi və həmin mənzil təhvil verilənədək ona 1000 (min) manat kirayə haqqının ödənilməsi; cavabdeh cavabdeh3 - 10-cu binada, 8-ci mərtəbə, 2 otaqlı, tam təmirli, içdən-içə hesablanmaqla sahəsi 72,18 kv metr (müqavilə üzrə faktiki olaraq divaraltı sahələr hesablanmaqla 80 kv metr) olan ** saylı mənzilin və sahəsi 18 kv metr olan qarajın (avtodayanacaq sahəsi) verilməsi və həmin mənzil təhvil verilənədək ona 900 (doqquz yüz) manat kirayə haqqının ödənilməsi; cavabdeh Süleymanova (Ibişova) Təranə Yaqubovnaya - 10-cu binada, 3-cü mərtəbə, 3 otaqlı, tam təmirli, içdən-içə hesablanmaqla sahəsi 92 kv metr (müqavilə üzrə faktiki olaraq divaraltı sahələr hesablanmaqla 100 kv metr) olan * saylı mənzilin verilməsi və həmin mənzil təhvil verilənədək ona 1000 (min) manat kirayə haqqının ödənilməsinə razıdır və etiraz etmir.” Sübutların tədqiqi:

11. MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında, 2-ci mərtəbədə yerləşən, ümumi sahəsi 54,3 kv.m, yaşayış sahəsi 31,1 kv.m, yardımçı sahəsi 23,2 kv.m olan, 2 otaqlı mənzil xüsusi mülkiyyət hüququ üzrə cavabdeh3 adına ##.##.2009-cu il tarixdə, 1109067933 nömrə ilə dövlət reyestrində qeydiyyata alınmışdır.

12. MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadədə olan 0,11461 ha torpaq sahəsində yerləşən ** nömrəli, 2 mərtəbəli binada yerləşən, ümumi sahəsi 39 kv.m, yaşayış sahəsi 32 kv.m olan 2 otaqlı ** nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Ibişova Təranə Yaqubovnanın adına ##.##.2008-ci il tarixdə, 1108005327 nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

13. MH seriyalı ****** nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ** nömrəli yaşayış evinin ** nömrəli mənzili cavabdeh4 adına ##.##.1998-ci il tarixdə, *** nömrəli reyestr kitabının 23575-ci səhifəsində xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir.

14. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin çıxarışından müəyyən olur ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 12, mənzil 20 (Yeni qaydalarla: Bakı şəhəri, Nizmai rayonu, Mehdi Abbasov küçəsi, giriş 107, M2, m3) qeydiyyta nömrəsi 1124158080, qeydiyyat tarixi ##.##.2024-cü il tarixi olmaqla, ½ hissədə cavabdeh1, qeydiyyat nömrəsi 1124158081, qeydiyyat tarixi ##.##.2024-cü il tarixi olmaqla, ½ hissədə cavabdeh4 adına qeydiyyata alınmışdır.

15. ## ##### 2014-cü il tarixli, *** nömrəli Azərbaycan Respublikası Bakı Şəhər Icra Hakimiyyətinin Başçısının sərəncamına əsasən, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, Ə.Əzimzadə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2536 və 2537-ci məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı-nin istifadəsinə verilmiş və həmin ərazidə yerləşən yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında İddiaçı-yə həvalə olunmuşdur.

16. ##.##.2016-cı il tarixli ünvan 1 ünvanında yerləşən yaşayış evinə keçirilən texniki baxış haqqında aktın surətindən görünür ki, həmin yaşayış binasına aid texniki baxış keçirilmiş, bina ilə bağlı müvafiq texniki göstəricilər və vəziyyət araşdırılmışdır. Aktda binanın 1954-cü ildə inşa olunduğu, 2 mərtəbəli olduğu, mənzillərinin sayının 24 olduğu, bünövrəsinin dəmir-betondan lentvari olduğu qeyd edilmişdir. Həmçinin aktda divarların texniki vəziyyətinin bəzi hissələrdə çatlar olduğu, pilləkən qəfəsinin yüksək daşıyan konstruksiyalarda aşınmaların mövcud olduğu, eyvanın qəzalı vəziyyətdə olduğu, karniz elementlərinin qəzalı vəziyyətdə olduğu, dam örtüyünün texniki vəziyyətinin qeyriqənaətbəxş olduğu göstərilmişdir. Komissiyanın rəyinə əsasən, Nəsimi küçəsi ** saylı yaşayış evinin istismar müddəti bitmiş, texniki vəziyyəti qeyriqənaətbəxş hesab edilmiş, şəhərsalma və tikinti normalarına cavab vermədiyi qeyd olunmuşdur.

17. İddiaçı-nin ##.##.2019-cu il tarixli ** saylı müraciət əsasında hazırlanmış, şəhərsalma əsaslandırılmasına dair layihə tapşırığının surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, Ə.Əzimzadə, K.Balakişiyev, M.Abbasov və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2536 və 2537-ci məhəllələrdə çoxmərtəbəli yaşayış binaları üçün şəhərsalma əsaslandırılmasının hazırlanması nəzərdə tutulmuşdur. Sənəddə baş layihə təşkilatı qismində Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövləttikintilayihə” DBLI göstərilmiş, layihənin hazırlanma mərhələsinin şəhərsalma əsaslandırılması olduğu, tikilinin təyinatı kimi 1 girişli, zirzəmisi olan 4 ədəd 15 mərtəbəli, 4 ədəd 14 mərtəbəli, 2 ədəd 12 mərtəbəli yaşayış binaları və 1 mərtəbəli qeyri-yaşayış binalarının layihələndirilməsi müəyyən edilmişdir.

18. ##.##.2016-cı il tarixdə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş ****** nömrəli lisenziyanın və həmin lisenziyaya əlavənin surətindən görünür ki, həmin hüquqi şəxsə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini həyata keçirməyə müddətsiz lisenziya verilmişdir. Lisenziya əlavəsində isə cəmiyyətin daş-hörgü işləri, monolit beton və dəmir-beton konstruksiyaların qurulması, yığma beton və dəmir-beton konstruksiyaların quraşdırılması, daxili mühəndis sistem və avadanlıqlarının, o cümlədən elektrik təchizatı sisteminin quraşdırılması işlərini yerinə yetirməsinə icazə verildiyi göstərilmişdir.

19. ##.##.2016-cı il tarixli yaşayış binalarının tikintisi üçün ayrılmış torpaq sahəsində təsisçilər tərəfindən tikintilərin aparılmasına dair sazişin surətindən görünür ki, X2 və Abbasov Rəcəb Bağır oğlu Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, Ə.Əzimzadə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yerləşən 2536 və 2537-ci məhəllələrdə İddiaçı-yə ayrılmış 5,5094 ha torpaq sahəsində mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin aparılması barədə razılığa gəlmişlər.

20. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi TikintiPlanlaşdırma Mərkəzinin 2019-cu il tarixli, ****** nömrəli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, Ə.Əzimzadə, K.Balakişiyev, M.Abbasov və İ.Nəsimi küçələrinin kəsişməsində İddiaçı-yə yaşayış binalarının tikintisi üçün ayrılmış torpaq sahəsinə dair hazırlanmış ayrıc aktın surətinin verilməsi barədə müraciətə baxılmış və Bakı Şəhər Icra Hakimiyyəti başçısının ##.##.2014-cü il tarixli *** nömrəli sərəncamı əsasında həmin torpaq sahəsinin ölçülərinin dəqiqləşdirilməsinə dair Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində olan ##.##.2018-ci il tarixli **/** nömrəli ayrıc aktının surətinin göndərildiyi bildirilmişdir.

21. ##.##.2018-ci il tarixli, **/** nömrəli dəqiqləşdirilmiş ayrıc aktın surətindən görünür ki, Bakı Şəhər Icra Hakimiyyəti başçısının ##.##.2014-cü il tarixli, *** nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, Ə.Əzimzadə, K.Balakişiyev, M.Abbasov və İ.Nəsimi küçələri 2536-2537-ci məhəllələrdə yerləşən 5,5096 ha torpaq sahəsi İddiaçı-yə çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün verilmişdir.

22. ##.##.2021-ci il tarixli “Əməkdaşlıq və birgə fəaliyyət haqqında” müqavilənin surətindən görünür ki, İddiaçı ilə “xxxx” MTK arasında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, Ə.Əzimzadə, K.Balakişiyev, M.Abbasov və İ.Nəsimi küçələrinin kəsişməsində yerləşən tikinti sahəsində çoxmərtəbəli yaşayış kompleksinin tikintisi ilə bağlı əməkdaşlıq münasibətləri rəsmiləşdirilmiş, ikinci tərəfə həmin sahədə təsdiq olunmuş layihələrə uyğun tikinti aparmaq hüququ verildiyi, tərəflərin hüquq və öhdəlikləri, müqavilənin icra, xitam, mübahisələrin həlli və digər şərtləri müəyyən edilmişdir.

23. Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji Institutunun ##.##.2024-cü il tarixli rəyindən görünür ki, Nəsimi küçəsi ** saylı yaşayış binası seysmik normaların tələblərinə cavab vermir, istismar üçün təhlükəlidir. “xxxx Bürosu” tərəfindən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən ** saylı binaya baxış keçirilərək hazırlanmış mütəxəssis rəyinin surətindən görünür ki, həmin 2 mərtəbəli yaşayış binası 1950-ci illərdə inşa edilmiş, binanın dam örtüyünün bir neçə il əvvəl sakinlərin vəsaiti hesabına yeniləndiyi və fasadında təmir işləri aparıldığı, vizual baxış zamanı binada təhlükə yaradan fiziki aşınmaların müşahidə edilmədiyi, kommunikasiya xətlərinin istifadəyə yararlı olduğu, elektrik naqillərinin qapalı formada yerləşdiyi, yalnız eyvan hissəsinin döşəməsində müəyyən qüsurların mövcud olduğu, cari təmir və gücləndirmə tədbirlərinin tövsiyə edildiyi, lakin yaşayış binasının istismarı üçün hər hansı təhlükənin mövcud olmadığı qeyd edilmişdir.

24. ##.##.2022-ci il tarixdə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi tərəfindən “xxxx” MMC-yə verilmiş EL-***/**** nömrəli lisenziyanın surətindən görünür ki, həmin hüquqi şəxsə tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsini həyata keçirməyə icazə verilmişdir.

25. ##.##.2026-cı il tarixli, ******* nömrəli əvəzləşdirmə müqaviləsinin surətindən görünür ki, “xxxx” Mənzil Tikinti Kooperativi ilə X1 arasında Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən ** nömrəli binanın sökülməsi və yerində yeni çoxmərtəbəli yaşayış kompleksinin tikilməsi ilə əlaqədar müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, mənzil mülkiyyətçisinin həmin ünvanda yerləşən * saylı köhnə mənzilinin əvəzində yeni tikiləcək yaşayış kompleksinin 9-cu binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 97.68 kv.m olan, 3 otaqlı, təmirli yeni mənzilin verilməsi qeyd olunmuşdur. Müqavilədə, həmçinin tərəflərin hüquq və vəzifələri, fors-major halları, məxfilik, müqavilənin dəyişdirilməsi və xitamı qaydaları, eləcə də mübahisələrin həlli qaydası müəyyən edilmişdir.

26. ##.##.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 12.1. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariyagigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən * saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. Ikinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. “xxxx” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ### 2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il ## #### tarixli 392- IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il ## ###### tarixli Qərarı) Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

30. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

31. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

32. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

33. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

36. 384.0.3. qətnaməni dəyişdirə bilər.

37. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

39. Hazırkı halda Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərin birgə apellyasiya şikayətinə əsasən ona tam yoxlanılır. Apellyasiya Məhkəməsinin mövqeyi:

40. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən dəyişirilməli, onların apellyasiya şikayətinə əsasən qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Mülki işin faktiki halları ondan ibarətdir ki, Bakı Şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2014-cü il tarixli, *** nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, Ə.Əzimzadə, K.Balakişiyev, M.Abbasov və İ.Nəsimi küçələrinin kəsişməsində yerləşən 2536 və 2537-ci məhəllələrdə mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi nəzərdə tutulmuş, həmin ərazidə yerləşən torpaq sahəsi İddiaçı-nin istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış binalarının sökülməsi, sakinlərin köçürülməsi və kompensasiyanın verilməsi ilə bağlı mülki münasibətlərin tənzimlənməsi iddiaçıya həvalə olunmuşdur.

42. Apellyatorlar onlara verilməsi nəzərdə tutulan mənzillərin sahələri və kirayə haqqının məbləği ilə razılaşmayaraq qətnaməni mübahisələndirirlər. Məhkəmə tərəfindən müəyyən edilir ki, cavabdehlər öz evlərinə münasibətdə qeyrimütənasib

43. kompensasiya tələb etmiş, nəticədə iddiaçı ilə razılığa gəlinməmiş, bu zəmində tərəflər arasında mübahisə yaranmışdır. Nəzərdən qaçırmaq olmaz ki, son dövrlər şəhərin müxtəlif ərazilərində istismar müddəti keçmiş və qəzalı vəziyyətdə olan binaların sökülməsi ilə bağlı həyata keçirilən layihələrdə güdülən əsas məqsəd heç də sakinlərin (mülkiyyətçilərin) qeyri-mütənasib kompensasiya tələb edərək əsassız varlanmasına yox, məhz onların mənzilkommunal şəraitinin yaxşılaşması, müasir tələblərə cavab verən yeni mənzillərlə təmin edilməsi, eləcə də, ümumilikdə paytaxt Bakı şəhərinin Baş planına uyğun şəkildə şəhərin görkəminin günün tələblərinə cavab verən şəkildə yenidən qurulması, gözəlləşdirilməsi və abadlaşdırılmasına xidmət etməkdir.

44. AR Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə, AR-da mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Lakin AR Mülki Məcəlləsinin 6.3-cü maddəsinə görə, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. “xxxx” MTKnın şikayəti üzrə Konstitusiya Məhkəməsinin ##.##.2020-ci il tarixli qərarında qeyd olunub: “... konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun mədudlaşdırılması üçün əsas kimi çıxış edə bilər”.

45. Hazırkı işin halları baxımından müəyyən olunmuşdur ki, MMC qeyd edilən ərazidə istismar müddəti keçmiş və qəzalı vəziyyətdə olan binaların sökülüb yerində yeni, müasir tələblərə cavab verən, həm sakinlərin mənzil şəraitinin yaxşılaşmasına, həm də paytaxt Bakı şəhərinin təsdiq olunmuş baş planına uyğun qurulmasına və yenilənməsinə xidmət edən layihələrə əsasən həyata keçirirdiyi işlər əsasında sakinlərin böyük əksəriyyəti ilə razılaşaraq onları köçürmüş, lakin hazırkı iş üzrə cavabdehlər digər sakinlərlə əldə olunmuş razılaşmalardan tam fərqli, mütənasib olmayan tələblər irəli sürmüş, bu səbəbdən də onlarla razılıq əldə olunmamış, iddiaçı məcbur qalıb məhkəməyə müraciət etmiş və məhkəmə qaydasında cavabdehlərlə mübahisənin həllini istəmişdir. Rayon məhkəməsi zəruri araşdırmalar apararaq hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir. Həmin qətnamə ilə mübahisə aşağıdakı qaydada həll edilmişdir: - Cavabdeh cavabdeh4 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 12 ünvanda yerləşən ** saylı mənzilə dair mülkiyyət hüquqları 02 il müddətinə məhdudlaşdırılsın və mənzil boşaldılaraq iddiaçı İddiaçı MMC-yə təhvil verilsin; - Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 12 ünvanda yerləşən ** saylı mənzilin əvəzinə İddiaçı tərəfindən həmin ərazidə yeni tikiləcək 10-cu binanın 4-cü mərtəbəsində sahəsi 89 kv.m olan 1 ədəd 3 otaqlı ** saylı tam təmirli mənzil cavabdeh4 mülkiyyətinə verilsin.; - Yeni mənzil tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə cavabdeh4 hər ay 900 manat kirayə haqqı ödənilməklə, o əşyaları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 12 ünvanda yerləşən ** saylı mənzildən çıxarılsın; - Cavabdeh cavabdeh3 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 12 ünvanda yerləşən ** saylı mənzilə dair mülkiyyət hüquqları 02 il müddətinə məhdudlaşdırılsın və mənzil boşaldılaraq iddiaçı İddiaçı MMC-yə təhvil verilsin; - Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 12 ünvanında yerləşən ** saylı mənzilinin əvəzinə İddiaçı tərəfindən həmin ərazidə yeni tikiləcək 10-cu binanın 8-ci mərtəbəsində sahəsi 69 kv.m olan 1 ədəd 2 otaqlı ** saylı tam təmirli mənzil cavabdeh3 mülkiyyətinə verilsin; - Yeni mənzil tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə cavabdeh3 hər ay 800 manat kirayə haqqı ödənilməklə, o əşyaları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 12 ünvanda yerləşən ** saylı mənzildən çıxarılsın; - Cavabdeh cavabdeh2 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 12 ünvanda yerləşən ** saylı mənzilə dair mülkiyyət hüquqları 02 il müddətinə məhdudlaşdırılsın və mənzil boşaldılaraq iddiaçı İddiaçı MMC-yə təhvil verilsin; - Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 12 ünvanda yerləşən ** saylı mənzilin əvəzinə İddiaçı tərəfindən həmin ərazidə yeni tikiləcək 10-cu binanın 3-cü mərtəbəsində sahəsi 89 kv.m olan 1 ədəd 2 otaqlı * saylı tam təmirli mənzil cavabdeh2 mülkiyyətinə verilsin; - Yeni mənzil tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə cavabdeh2 hər ay 800 manat kirayə haqqı ödənilməklə, o əşyaları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 12 ünvanda yerləşən ** saylı mənzildən çıxarılsın.

46. Rayon məhkəməsində məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 12 ünvanında yerləşən yaşayış binasının ** saylı mənzili cavabdeh3, ** saylı mənzili Süleymanova (Ibişova) Təranə Yaqubovnanın, ** saylı mənzili isə cavabdeh4 mülkiyyətindədir.

47. Apellyasiya baxışı zamanı isə müəyyən edilmişdir ki, qeyd edilən ünvanda yerləşən ** saylı mənzil paylı mülkiyyətdə olmaqla, ½ hissədə cavabdeh4, ½ hissədə isə cavabdeh1 mülkiyyətindədir.

48. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin çıxarışından müəyyən olur ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 12, mənzil 20 (Yeni qaydalarla: Bakı şəhəri, Nizmai rayonu, Mehdi Abbasov küçəsi, giriş 107, M2, m3) qeydiyyta nömrəsi 1124158080, qeydiyyat tarixi ##.##.2024-cü il tarixi olmaqla, ½ hissədə cavabdeh1, qeydiyyat nömrəsi 1124158081, qeydiyyat tarixi ##.##.2024-cü il tarixi olmaqla, ½ hissədə cavabdeh4 adına qeydiyyata alınmışdır. Məlum olmuşdur ki, cavabdeh cavabdeh4 bu barədə rayon məhkəməsinə məlumat verməmiş, lakin cavabdeh1 rayon məhkəməsinin iclaslarında iştirak etmişdir. Apellyasiya icraatı zamanı iddiaçının ərizəsinə əsasən, o, başqa cavabdeh qismində cəlb edilmiş, bu əsasla məhkəmə iclası təxirə salınmış, onun şəxsən iştirakı təmin edilmiş və mübahisəyə dair mövqeyi dinlənilmiş, o, digər payçı olan anasıyla eyni mövqedə olduğunu bildirmişdir.

49. Məhkəmə qeyd edir ki, müvafiq hallarda əmlakın sökülməsi müqabilində təqdim edilən əvəz mülkiyyətçini əvvəlki vəziyyəti ilə müqayisədə əlverişsiz vəziyyətə salmamalı, mülkiyyət hüquqlarının təmin edilməsinə mane olmamalıdır.

50. Avropa Insan Hüquqları Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

51. Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir.

52. Məhkəmə kollegiyası xatırladır ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot Isveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş).

53. Məhkəmə həmçinin, qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunduğu kimi, mübahisəli ünvanda istismar müddəti bitmiş yaşayış binalarının (yaşayış və qeyri-yaşayış tikililərinin) sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MMC-nın istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi MMC-yə həvalə olunmuşdur. Mübahisəli yaşayış sahəsinin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması da işin mübahisəsiz halıdır.

54. Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ### 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il ## ###### tarixli Qərarı).

55. Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin III hissəsi, 29-cu maddəsinin II hissəsi və 71-ci maddəsinin II hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir.

56. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

57. Qərarda eyni zamanda göstərilir ki: Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il ## #### tarixli ***-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012ci il # ######## tarixli *** nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən mübahisəli məsələyə baxılarkən həmin normativ hüquqi akt qüvvədə olmuşdur.

58. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, hazırkı mübahisə baxımından iddiaçının hazırkı tələblərlə çıxış etməsi heç vəclə cavabdehlərin mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Çünki tərəflər arasında cavabdehlərə məxsus mənzilin sökülməsi ilə bağlı ixtilaf yoxdur, başqa sözlə desək, cavabdehlər də istismar müddəti ötmüş evlərinin sökülməsi və müqabilində yeni inşa ediləcək, müasir tələblərə və standartlara cavab verən çoxmənzilli binada mənzillə təmin edilməyi arzu edirlər. Bununla belə, tərəflər arasında ixtilaf mövcuddur, lakin bu ixtilaf mənzilin sökülməsi ilə bağlı olmayıb, yalnız və yalnız, həm də bariz şəkildə cavabdehlərin sökülməli olan mənzilinin müqabilində onlara veriləcək əvəzin (istər naturada, istərsə də pul ekvivalenti olaraq) həcmi ilə bağlıdır. Belə olan halda isə hazırkı mübahisədə cavabdehlərə məxsus mülkiyyət hüququna müdaxilənin olub-olmaması, eləcə də onun qanuni əsaslarının yoxlanılmasına zərurət aradan qalxır. Çünki cavabdehlər özləri də mənzillərinin sökülməsini arzu edir - istəyir, lakin bunun müqabilində əvəz olaraq tələb etdikləri kompensasiyanın həcmi ilə bağlı tərəflər arasında ixtilaf mövcuddur. Demək ki, belə olan halda məhkəmənin müəyyən etməli olduğu yeganə hal çəkişən tərəflər arasında mütənasibliyin qorunmasının, eləcə də ədalətli və ağlabatan əvəzin verilməsinin təmin edilməsindən ibarət olmalıdır.

59. Məhkəmə xüsusi olaraq qeyd edir ki, hazırkı işin halları baxımından tərəflər arasında fikir ayrılığı söküləcək mənzillərin yerinə veriləcək kompensasiyanın məbləği ilə bağlıdır. Iddiaçı tərəfindən apellyasiya icraatı zamanı təqdim edilən ##.##.2026-cı il tarixli ərizə ilə cavabdehlərə təklif edilən mənzillərin sahəsi və kirayə haqqının məbləği artırılmışdır. Belə ki, cavabdeh cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 12 ünvanda yerləşən ** saylı mənzilin əvəzinə İddiaçı tərəfindən həmin ərazidə yeni tikiləcək 10-cu binanın 4-cü mərtəbəsində içdən-içə hesablanmaqla 92 kv.m. (müqavilə üzrə faktiki olaraq divaraltı sahələr hesablanmaqla 100 kv.m.) sahəsi olan ** saylı üç otaqlı, tam təmirli mənzil verilməsi və həmin mənzil təhvil verilənədək hər ay cavabdeh cavabdeh4 1000 (min) manat kirayə haqqı ödənilməsi, cavabdeh cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 12 ünvanında yerləşən ** saylı mənzilinin əvəzinə İddiaçı tərəfindən həmin ərazidə yeni tikiləcək 10-cu binanın 8-ci mərtəbəsində içdən-içə hesablanmaqla 72.18 kv.m. (müqavilə üzrə faktiki olaraq divaraltı sahələr hesablanmaqla 80 kv.m.) sahəsi olan ** saylı iki otaqlı, tam təmirli mənzil və sahəsi 18 kv.m. olan qaraj (avtodayanacaq sahəsi) verilməsi və həmin mənzil təhvil verilənədək cavabdehə hər ay 900 (doqquz yüz) manat kirayə haqqı ödənilməsi, cavabdeh cavabdeh2 (Ibişova) Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 12 ünvanda yerləşən ** saylı mənzilin əvəzinə İddiaçı tərəfindən həmin ərazidə yeni tikiləcək 10-cu binanın 3-cü mərtəbəsində içdəniçə hesablanmaqla 92 kv.m. (müqavilə üzrə faktiki olaraq divaraltı sahələr hesablanmaqla 100 kv.m.) sahəsi olan * saylı üç otaqlı, tam təmirli mənzil verilməsi və həmin mənzil təhvil verilənədək ona hər ay 1000 (min) manat kirayə haqqı ödənilməsi təklif edilmişdir.

60. Məhkəmə nəzərə çatdırır ki, son illərin oturuşmuş təcrübəsi ondan ibarətdir ki, istismar müddəti bitmiş və yaşayış üçün yararlı olmayan, eləcə də sürətlə inkişaf edən paytaxtın görünüşünə xələl gətirən, sakinlərin daha geniş, rahat və müasir tələblərə cavab verən mənzillərlə təmin edilməsi sahəsində həyata keçirilən layihələr (o cümlədən pilot layihələr) üzrə binaların sökülməsi zamanı sakinlərə mülkiyyətində olan mənzillərin sahələrinə əsasən 20 faiz əlavə etməklə yeni mənzil sahəsi ilə təmin edilməsi və mənzillərdən müvəqqəti kirayə mənzillərə köçürülməsi ilə bağlı konkret təkliflər cavabdehlərə təqdim olunur. Bu işdə də iddiaçı MMC-in cavabdehlərə məxsus mənzillərin sökülməsi müqabilində təklif etdiyi sonuncu kompensasiya oxşar işlərdə təklif edilən kompensasiyalara uyğun olmaqla yanaşı, həm mütənasibliklə bağlı tələblərə cavab verir, həm də ədalətlidir.

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ##### 2023-cü il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi vacib hesab edir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı). Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır.

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair # #### 2023-cü il tarixli qərarında qeyd edilir ki, qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların xxxxlizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər.

63. Məhkəmə belə hesab edir ki, iddiaçı MMC-in apellyasiya icraatı zamanı cavabdehlərə son olaraq etdiyi təklifin sonuncular tərəfindən qəbulundan imtina edilməsi ilə bağlı davranışları, mahiyyət etibarı ilə Konstitusiya Məhkəməsinin istinad olunan qərarlarında şərh olunmuş hüquqi mövqeyin təsiri altına düşür.

64. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:

65. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən dəyişdirilməli, cavabdeh cavabdeh4 ½ hissədə, cavabdeh cavabdeh1 ½ hissədə paylı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 12 ünvanda yerləşən ** saylı mənzilin əvəzinə İddiaçı tərəfindən həmin ərazidə yeni tikiləcək 10-cu binanın 4-cü mərtəbəsində içdən-içə hesablanmaqla 92 kv.m. (müqavilə üzrə faktiki olaraq divaraltı sahələr hesablanmaqla 100 kv.m.) sahəsi olan ** saylı üç otaqlı, tam təmirli mənzil ½ hissədə cavabdeh4, ½ hissədə cavabdeh1 payları müəyyən edilməklə verilməli və həmin mənzil təhvil verilənədək hər ay cavabdeh cavabdeh4 500 (beş yüz) manat, cavabdeh cavabdeh1 500 (beş yüz) manat kirayə haqqı ödənilməli, cavabdeh cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 12 ünvanında yerləşən ** saylı mənzilinin əvəzinə İddiaçı tərəfindən həmin ərazidə yeni tikiləcək 10cu binanın 8-ci mərtəbəsində içdən-içə hesablanmaqla 72.18 kv.m. (müqavilə üzrə faktiki olaraq divaraltı sahələr hesablanmaqla 80 kv.m.) sahəsi olan ** saylı iki otaqlı, tam təmirli mənzil və sahəsi 18 kv.m. olan qaraj (avtodayanacaq sahəsi) verilməli və həmin mənzil təhvil verilənədək cavabdeh cavabdeh3 hər ay 900 (doqquz yüz) manat kirayə haqqı ödənilməli, cavabdeh Süleymanova (Ibişova) Təranə Yaqubovnaya Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 12 ünvanda yerləşən ** saylı mənzilin əvəzinə İddiaçı tərəfindən həmin ərazidə yeni tikiləcək 10-cu binanın 3-cü mərtəbəsində içdən-içə hesablanmaqla 92 kv.m. ( müqavilə üzrə faktiki olaraq divaraltı sahələr hesablanmaqla 100 kv.m.) sahəsi olan * saylı üç otaqlı, tam təmirli mənzil verilməli və həmin mənzil təhvil verilənədək cavabdeh Süleymanova (Ibişova) Təranə Yaqubovnaya hər ay 1000 (min) manat kirayə haqqı ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

67. Məhkəmə hesab edir ki, şikayət qismən təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərin özünə aid edilməlidir.

68. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDI:

Cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Nizami Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi qismən dəyişdirilsin. Cavabdeh cavabdeh4 ½ hissədə, cavabdeh cavabdeh1 ½ hissədə paylı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 12 ünvanda yerləşən ** saylı mənzilin əvəzinə İddiaçı tərəfindən həmin ərazidə yeni tikiləcək 10-cu binanın 4-cü mərtəbəsində içdəniçə hesablanmaqla 92 kv.m. (müqavilə üzrə faktiki olaraq divaraltı sahələr hesablanmaqla 100 kv.m.) sahəsi olan ** saylı üç otaqlı, tam təmirli mənzil ½ hissədə cavabdeh4, ½ hissədə cavabdeh1 payları müəyyən edilməklə verilsin və həmin mənzil təhvil verilənədək hər ay cavabdeh cavabdeh4 500 (beş yüz) manat, cavabdeh cavabdeh1 500 (beş yüz) manat kirayə haqqı ödənilsin. Cavabdeh cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 12 ünvanında yerləşən ** saylı mənzilinin əvəzinə İddiaçı tərəfindən həmin ərazidə yeni tikiləcək 10-cu binanın 8-ci mərtəbəsində içdən-içə hesablanmaqla 72.18 kv.m. (müqavilə üzrə faktiki olaraq divaraltı sahələr hesablanmaqla 80 kv.m.) sahəsi olan ** saylı iki otaqlı, tam təmirli mənzil və sahəsi 18 kv.m. olan qaraj (avtodayanacaq sahəsi) verilsin və həmin mənzil təhvil verilənədək cavabdeh cavabdeh3 hər ay 900 (doqquz yüz) manat kirayə haqqı ödənilsin. Cavabdeh Süleymanova (Ibişova) Təranə Yaqubovnaya Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 12 ünvanda yerləşən ** saylı mənzilin əvəzinə İddiaçı tərəfindən həmin ərazidə yeni tikiləcək 10-cu binanın 3-cü mərtəbəsində içdən-içə hesablanmaqla 92 kv.m. ( müqavilə üzrə faktiki olaraq divaraltı sahələr hesablanmaqla 100 kv.m.) sahəsi olan * saylı üç otaqlı, tam təmirli mənzil verilsin və həmin mənzil təhvil verilənədək cavabdeh Süleymanova (Ibişova) Təranə Yaqubovnaya hər ay 1000 (min) manat kirayə haqqı ödənilsin. Qətnamə apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar