Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2917/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İmran qızının cavabdeh Cavabdeh X2rşı mülki iş üzrə (Açar sözlər: müddətli əmək müqaviləsinin bağlanması) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qafarova Rəna Nazim qızı və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının, iddiaçı İddiaçı İmran qızı və onun vəkili Vəkil, cavabdeh Cavabdeh X2 nümayəndəsi X7 iştirakları ilə, iddiaçı İddiaçı İmran qızının cavabdeh Cavabdeh X2rşı (Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X2 üçüncü şəxs qismində işə cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ## ### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı İmran qızı * saylı X14 bağladığı müddətsiz əmək müqavilələrinə əsasən, ##.##.1994-cü il tarixdən etibarən müxtəlif vəzifələrdə, ##.##.2015-ci il tarixdən isə qeydiyyatçı vəzifəsində əmək fəaliyyəti göstərmişdir.
2. TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun ## ###### 2024-cü il tarixli, **-*/*-*- ****/**** nömrəli əmri ilə X24 struktur və ştat cədvəli təsdiq edilmişdir. Həmin əmrlə 1, 2, 3, 4, 5 və * nömrəli X14r, 1 və * nömrəli ixtisaslaşdırılmış vərəm xəstəxanaları, * nömrəli X11, Abşeron Rayon Mərkəzi Xəstəxanasının strukturuna daxil olan X1 Vərəm Xəstəxanası, X13 * nömrəli Doğum Evi, habelə tabeli tibb müəssisələrinin strukturuna daxil olan ftiziatrik kabinetlər və vərəm şöbələri (50 rayon mərkəzi xəstəxanası) müvafiq olaraq X24 tabeliyinə verilmişdir.
3. Baş vermiş struktur dəyişikliyi ilə əlaqədar İddiaçı İmran qızı ##.##.2025-ci il tarixdə * saylı X14 tutduğu vəzifədən azad edilmiş, ##.##.2025-ci il tarixdə isə onunla yeni yaradılmış X24 arasında müddətli əmək müqaviləsi bağlanılmaqla əmək münasibətləri davam etdirilmişdir. İddiaçı ilə bağlanmış həmin əmək müqaviləsinin 6 ay 1 günlük müddəti bir dəfə uzadılmışdır. Lakin Cavabdeh PHŞ-in ##.##.2026-cı il tarixli, **-*-**/*-*-***/**** nömrəli əmrinə əsasən, əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndi ilə ##.##.2026-cı il tarixdə xitam verilmiş və İddiaçı İmran qızı həmin tarixdən tutduğu vəzifədən azad edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı İmran qızı cavabdeh Cavabdeh X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh X2 “Əmək müqaviləsinə xitam verilməsi haqqında” ##.##.2026-cı il tarixli, **-*-**/*-*-***/**** nömrəli əmrinin ləğv edilməsi və onun əvvəlki vəzifəsinə, yəni Cavabdeh X2 Bakı regional xəstəxanasının idarəetmə aparatının qeydiyyatçısı vəzifəsinə bərpa edilməsi, ##.##.2023-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddətin üçün hesablanmış əmək haqqının qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanaraq cavabdeh Cavabdeh X2 tərəfindən ona ödənilməsi, mediasiya xidmətinə ödədiyi 50 manat pul cavabdeh Cavabdeh X2dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, o, 1993-cü ildən Füzuli rayonunun Kürdlər kəndindən məcburi köçkündür. Özü ##.##.2015-ci il tarixdən etibarən müddətsiz 3-cü qrup əlildir. Həyat yoldaşı X8 ilə ##.##.2025-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Nikahları Füzuli rayonu VVADQ şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 526 nömrə ilə qeyd edilmişdir. Həyat yoldaşı X8 ##.##.2014-cü il tarixdən etibarən müddətsiz 2-ci qrup əlildir. ##.##.1994-cü ildən * saylı X14 müxtəlif vəzifələrdə, ##.##.2015-ci ildən isə qeydiyyatçı vəzifəsində çalışmışdır. * saylı X14 31 il əmək fəaliyyəti olmuşdur. 2025-ci ildə * saylı X14 ləğv olunmuş və onun əsasında Cavabdeh X2 yaradılmışdır. Bu səbəbdən rəhbərliyin göstərişinə əsasən * saylı X14 çalışmış bütün əməkdaşlardan, o cümlədən ondan əmək müqaviləsinə xitam verilməsi barədə ərizə alınmış və ##.##.2025-ci il tarixdə * saylı X14 tutduğu vəzifədən azad edilməsi barədə əmr verilmişdir. Növbəti gün isə, yəni ##.##.2025-ci il tarixdə yeni yaradılmış Cavabdeh X2 Bakı regional xəstəxanasının idarəetmə aparatının qeydiyyatçısı vəzifəsinə, yəni eyni vəzifəyə işə qəbul edilmişdir. Cavabdeh Cavabdeh X2 direktoru X15 ##.##.2026-cı il tarixli, **-*-**/*-*-***/**** nömrəli əmri ilə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin başa çatması ilə) ##.##.2026-cı il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Həmin əmri qanunsuz hesab etdiyindən, ##.##.2026-cı il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tərəfindən cavabdeh Cavabdeh X2ə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun və Mülki Prosessual Məcəllənin tələbləri nəzərə alınmaqla o, və cavabdeh tərəfin nümayəndəsi ##.##.2026-cı il tarixdə və daha sonra ##.##.2026-cı il tarixdə o, tək özü mediasiya sessiyasında iştirak etmişlər, lakin barışıq əldə edilməmişdir. Bu barədə arayış tərtib olunmuş, arayış ona ##.##.2026-cı il tarixdə təqdim edilmişdir. Yuxarıda qeyd edilənlərin yekun nəticəsi olaraq o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Göründüyü kimi o, ##.##.1994-cü ildən ##.##.2025ci ilə qədər * saylı X14 işləmişdir. O cümlədən ##.##.2015-ci ildən ##.##.2025-ci ilə 10 ilə qədər tibb qeydiyyatçısı vəzifəsində işləmişdir. ##.##.2025-ci il tarixdən isə * saylı X14 ləğv olunduqdan sonra onun əsasında yaradılmış Cavabdeh X2 Bakı regional xəstəxanasının idarəetmə aparatının qeydiyyatçısı vəzifəsində işləmişdir. Yəni faktiki olaraq əmək müqaviləsi müddətsiz olmuşdur. Cavabdeh isə qanunvericiliyin tələbini pozaraq əmək müqaviləsinin müddətinin 1 il uzadılması barədə müqavilə imzalamışdır. Sonda isə Əmək Məcəlləsinin tələblərini pozaraq aralarında bağlanmış əmək müqaviləsini müddətli əmək müqaviləsi hesab edərək müddətin bitməsi əsası ilə xitam vermişdir. Eyni zamanda bu maddənin tələblərindən də aydın olur ki, Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Cavabdeh müəssisə xəstəxana olduğundan orada qeydiyyatçı vəzifəsi də daimi olmalıdır. Cavabdeh faktiki olaraq onun əmək şəraitinin dəyişdirilməsi üçün qanunsuz olaraq onu işdən çıxarmışdır. Cavabdeh tərəf Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin tələblərini pozaraq əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) onu xəbərdar etməmişdir. Bundan başqa iddia ərizəsinə əlavə etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş əlillik barədə məlumatdan göründüyü kimi həyat yoldaşı X8 “Sol ağ ciyərin yuxarı payının infiltrativ vərəmi BK(-), Ağ ciyər üzrək çatışmamazlığı II dər” diaqnozu ilə ##.##.2014-cü il tarixdən etibarən müddətsiz 2-ci qrup əlildir. Həyat yoldaşı öhdəliyində olmaqla qeyd edilən xəstəliklərdən əziyyət çəkdiyi halda onun əmək müqaviləsinə xitam verilməsi qanunsuzdur.
6. Cavabdeh Cavabdeh X2 qanuni təmsilçisi (direktoru) X16 iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən həm qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət müddət ötürülmüş, həm də iddia ərizəsində göstərilən hallar əsassız olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən fərqli əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu bildiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bu müddət ##.##.2026-cı ildən başlayaraq ##.##.2026-cı il tarixdə başa çatmışdır. İddiaçı müddətin hesablanması ilə bağlı “Mediasiya haqqında” Qanunun 35-ci maddəsinə istinad edə bilər. Həmin maddəyə əsasən mediasiya prosesinin tətbiqi iddia müddətinin axımını dayandırır. İddiaçı ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək mediasiya prosesində iştirak etmişdir. Mediasiya qədərki dövr (##.##.2026-##.##.2026) 25 gün edir. Mediasiyanın bitməsindən sonra iddia müddətinin qalan 3 günü işləməyə başlamış və ##.##.2026-cı il tarixində başa çatmışdır. İddiaçının ##.##.2026cı il tarixdə məhkəməyə müraciəti 4 gün gecikmişdir. Müddətin bərpası üçün iddiaçı heç bir üzrlü səbəb göstərilməmişdir. Müddətin pozulması iddia ərizəsinin qaytarılması üçün əsas ola bilər. Belə ki, iddiaçı İddiaçı İmran qızı ##.##.2025-ci il tarixdə “xxxx” X2 * nömrəli X14 Baş həkimi Yavər Şıxəliyevə ərizə ilə məhkəməyə müraciət edərək öz xahişi ilə işdən azad olunmasını istəmişdir. * nömrəli X14 Baş həkimi Yavər Şıxəliyev ##.##.2025-ci il tarixdə **-*- */*-*-***/**** nömrəli əmr imzalayaraq iddiaçıya ##.##.2024- ##.##.2025 iş ili üçün 10 gün əsas əmək məzuniyyətinə görə pul əvəzi ödənilməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü) ilə əmək müqaviləsinə xitam vermişdir. Daha sonra gün fərqi ilə iddiaçı İddiaçı İmran qızı ##.##.2025-ci il tarixində Cavabdeh X2ə ixtisasına uyğun işə qəbul olunmağı barədə ərizə ilə müraciət etmişdir. Yəni iddiaçı İddiaçı İmran qızı ##.##.2025-ci il tarixində əvvəlki iş yerindən öz ərizəsi ilə işdən çıxmış, həmin əmək münasibətləri ##.##.2025-ci il tarixində tamamilə sonlanmışdır. Bir gün sonra, ##.##.2025-ci il tarixində isə müəssisəsi ilə yeni əmək müqaviləsi bağlanmışdır. Beləliklə, həmin işçi ilə əvvəlki işəgötürən arasında olan əmək münasibətləri başa çatmış, müəssisəsi ilə yeni əmək münasibətləri müstəqil şəkildə yaranmışdır. Müqavilə müddətinin bitməsi ilə işdən azad olunmadan yeni yaranmış bu əmək münasibətləri çərçivəsində baş vermişdir. İddiaçı İddiaçı İmran qızı ilə Cavabdeh X2 arasında ##.##.2025-ci il tarixli *******000300 nömrəli əmək müqaviləsi imzalanmış və o, əmək müqaviləsinə əsasən birinci 3 ay sınaq müddəti hesab edilməklə ##.##.2025-ci il tarixədək 6 ay 1 gün müddətinə işə qəbul edilmişdir. Daha sonra ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək 1 dəfə uzadılmışdır. İddiaçının özünün də təsdiq etdiyi kimi bu əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47”f” bəndinə uyğun olaraq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə bağlanmış və 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, yeni əmək müqaviləsinin müddəti başa çatdığına görə müqaviləsinə xitam verilərək işdən azad olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verməmişdən öncə İddiaçı ##.##.2026-cı il tarixdə müqavilə müddətinin bitdiyi gün (##.##.2026 tarix göstərilməklə) əmək müqaviləsinə xitam veriləcəyi barədə bildiriş rəsmi olaraq verilmişdir. Bundan əlavə iddiaçı işdən azad olunma barədə əmrlə ##.##.2026-cı il tarixdə tanış olmuşdur. Əmək müqaviləsinin müddəti bitdikdə onun uzadılması və ya xitam əmri ilə əmək münasibətlərinin sonlandırılması işəgötürənin diskression səlahiyyətinə aiddir. İddiaçının tələbinin təmin edilməsi işəgötürənin yenidən iddiaçı ilə əmək müqaviləsi bağlanmasına məcbur etmək hesab olunar ki, bu da özlüyündə işəgötürənin hüquqlarının pozulmasıdır. İddiaçı iddia ərizəsində işin daimi xarakter daşıdığını və bu səbəbdən əmək müqaviləsinin müddətsiz hesab olunmalı olduğunu iddia edir. “Daimi iş” anlayışı avtomatik olaraq müddətsiz müqavilə yaratmır. Əgər qanun müddətli müqaviləni qadağan etmirsə, onun bağlanması hüquqazidd hesab edilə bilməz. Müddətli müqavilə faktiki orlaraq qüvvədə olmuşdur. İddiaçı müqavilə ardıcıl olaraq dəfələrlə yenilənməmiş, yalnız bir dəfə uzadılmışdır; müqavilənin qüvvədə olduğu müddət ərzində işləyib; müqavilənin müddəti ilə bağlı etiraz etməyib; müddət başa çatana qədər hüquqi mübahisə qaldırmamışdır; müddət başa çatdıqdan sonra xitam verilib. Bu isə müqavilənin formal deyil, real hüquqi sənəd tərəfdər tərəfindən qəbul edildiyini göstərir. İddiaçının işin “daimi xarakter” daşıması ilə bağlı arqumenti hüquqi deyil, faktiki mülahizə xarakteri daşıyır. Halbuki, əmək münasibətlərinin hüquqi rejimi tərəflərin bağladığı yazılı müqavilə ilə müəyyən edilir və bu müqavilənin müddətli olması mübahisəsizdir. Yeni X2 Cavabdeh X2 (VÖEN **********) yaradılmış və yeni yaradılmış hüquqi şəxs olaraq təşkilatiidarəetmə tədbirləri həyata keçirilmişdir. Yeni yaradılmış X2 olaraq, işçilər ilə əmək müqavilələri bağlanmışdır. Yeni vəzifələrə təyin edilmiş işçilər ilə razılaşdırılmış (ƏM-nin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər) qaydada müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı X2 yaradılana qədər başqa bir hüquqi şəxsdə işləmişdir. İddiaçı ilə Cavabdeh X2 arasında ##.##.2025-ci il tarixdə yeni müddətli əmək müqaviləsi bağlanmışdır. Ştat vahidlərinin optimallaşdırılması və idarəetmə ehtiyacları nəzərə alınaraq bəzi vəzifələr üzrə müddətli əmək müqavilələri qarşılıqlı razılıq əsasında bağlanmışdır. Qanunvericilik işəgötürənə bu hüququ verir. “xxxx” X2 * nömrəli X18 ayrıca hüquqi şəxs statusuna malikdir. Cavabdeh X2 isə yeni yaradılmış, müstəqil hüquqi şəxs olmaqla respublika əhəmiyyətli və səlahiyyətli qurumdur. Bu səbəbdən həmin X2 * nömrəli X14 strukturuna hər hansı aidiyyəti yoxdur. Beləliklə iddiaçı Cavabdeh X2 ilə müddətli əmək müqaviləsi bağladığını bilmişdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsini mübahisələndirməmişdir. Təşkilatın yeni yaradılması şəraitində ilkin mərhələdə əmək münasibətlərinin müddətli əsaslarla qurulması idarəetmə və təşkilati baxımından əsaslıdır və bu əmək qanunvericiliyə zidd hesab edilə bilməz. İş yerinin və ya vəzifənin ştat cədvəsində mövcud olması əmək müqaviləsinin avtomatik olaraq müddətsiz hesab olunmasına səbəb olmur. Əmək münasibətlərinin hüquqi rejimi: ştat vahidi ilə deyil, tərəflərin bağladığı müqavilənin məzmunu ilə müəyyən olunur. İddiaçı ilə bağlanmış müqavilədə konkret müddət göstərilmiş və bu müddət başa çatmışdır. İşçi ilə əmək müqaviləsi bağlanan zaman imzaladıqdan öz iradını bildirməmiş məsələni mübahisələndirməmişdir və ya şikayət etməmişdir, demək ki, dərk etmiş başa düşmüşdür. İddiaçının 3-cü qrup əlilliyi və həyat yoldaşının 2-ci qrup əlilliyi onun əmək müqaviləsinə xitam verilməsinə mane olan hal hesab edilmir. Əmək müqaviləsinə xitam verilməsi iddiaçının əlillik statusu deyil, müqavilə müddətinin başa çatması ilə bağlı olmuşdur. Bu səbəbdən iddiaçının əlillik statusuna və ailə vəziyyətinə istinad etməsi əmək münasibətlərinə xitam verilməsinin qanunsuz olması barədə nəticəyə gəlməyə əsas vermir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ## ### 2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh X2 ilə İddiaçı İmran qızı arasında bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilməsinə dair ##.##.2026-cı il tarixli **-*-**/*-*-***/**** saylı əmri ləğv edilmiş, məcburi işburaxma müddəti üçün İddiaçı İmran qızına əmək haqqı ödənilməklə o, Cavabdeh X2 Bakı regional xəstəxanasının İdarəetmə aparatının qeydiyyatçı vəzifəsinə bərpa edilmişdir.
8. Məhkəmə ilkin olaraq qeyd etmişdir ki, iddiaçı ilkin mediasiya sessiyasına müraciət edib və onun nəticəsindən sonra 7 gün ərzində (##.##.2026-cı il tarixdən 7 gün keçdikdən sonra ilk iş günü olan ##.##.2026-cı il tarixdə) məhkəməyə müraciət etmiş, bununla da qanunda nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürməmişdir. Bu səbəbdən məhkəmə tərəfindən cavabdehin nümayəndəsinin iddia müddətinin ötürülməsi ilə bağlı iddianın rədd edilməsinə dair vəsatətini əsassız hesab edilmişdir.
9. Məhkəmə daha sonra mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə ##.##.2025-ci il tarixdə bağlanılmış müddətli əmək müqaviləsi üzrə vəzifəsinə uyğun əmək funksiyasının və görüləcək işin müvəqqəti xarakter daşıması müəyyən edilmir. Bu isə iddiaçının yeni təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşımasının mübahisəsiz olmasını müəyyən edir. Belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanılmalı idi.
10. Qarşılıqlı razılığa gəldikdə isə qanunun tələblərinə görə bu tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı işəgötürənin işçiyə münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun onu verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli, cəmi 3 ay müddətinə əmək müqaviləsi bağlamışdır. Daimi xarakter daşıyan əmək funksiyası üzrə işəgötürənin qanunvericilikdə sınaq müddəti kimi nəzərdə tutulmuş 3 aylıq müddətə işçi ilə əmək müqaviləsi bağlanılması işçiyə təsir etmə vasitəsi kimi qiymətləndirilməlidir. 31 ildən artıq iş stajına malik işçi ilə cəmi 3 ay müddətinə əmək müqaviləsinin bağlanılması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz.
11. Məhkəmə Azərbaycan Respublikasının Əmək 296.1, 296.2, 296.6-cı maddələrinə; Azərbaycan Respublikası Konstitusiyasının 25 və 35-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh Cavabdeh X2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ## ### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almalıdır ki, Cavabdeh X2 olaraq ##.##.2024-cü il tarixdə dövlət qeydiyyatından keçirilməklə hüquqi ünvanı Səbail rayonu, X9 ev 120 qeyd edilməklə, yeni yaradılmış bir hüquqi şəxsdir. Hüquqi şəxs işəgötürən olaraq ##.##.2025-ci il tarixdə iddiaçı ilə aralarında müddətli əmək müqaviləsi bağlanmışdır. Tərəflər arasında müddətli əmək müqaviləsi Əmək Məcəlləsinin müəyyən etdiyi normaya uyğun olaraq tərəflərin razılaşdığı müddətə bağlanmışdır. Məhkəmə AR Əmək Məcəlləsinin 45-ci maddəsinin müəyyən etdiyi norma baxımından qanunu düzgün tətbiq etməmişdir. Məhkəmə düzgün olmayan qərar qəbul etmiş, iddiaçı ilə işəğötürən arasında müddətli əmək müqaviləsinin razılaşma qaydasında bağlanıldığı faktını düzgün qiymətləndirməmişdir. Əslində Məhkəmə AR Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndini, AR KM-nin hüquqi mövqeyini nəzərə almadan qanunu düzgün tətbiq etməmişdir. İşəgötürən Cavabdeh X2 olaraq 2024-cü ildə təsis edilərək dövlət reystrində qeydə alınmışdır. Yeni yaradılmış X2 olaraq iddiaçı ilə işəgötürən arasında AR ƏM-nin 47-ci maddəsinin “f” bəndinə tamamilə uyğun olmaqla, Məcəllənin 45-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən ilə işçi arasında ##.##.2025-ci il tarixdə qarşılıqlı razılıq əsasında müddətli əmək müqaviləsi bağlanmışdır. Nəzərə alınmalıdır ki, tərəflərin razılaşdığı müddətə müddətli əmək müqaviləsi tərəflər arasında bağlanmışdır. İddiaçı – işçi olaraq müddətli əmək müqaviləsini mübahisələndirməmişdir. Məhkəmə qətnaməsi qanuna və faktlara uyğun deyildir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh X2 nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı İmran qızı və onun vəkili Vəkil apellyasiya şikayətini əsassız hesab edərək bildirmişdir ki, apellyasiya şikayəti formal xarakterlidir və əsaslandırılmamışdır.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 20.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq
21.“İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsi əsasən: 1. Hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və yaxşı iş şəraiti və işsizlikdən müdafiə hüququ var. Həmçinin 2. Hər bir şəxs heç bir ayrı-seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. 3. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
22.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 23.42-ci maddəsinin birinci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 24.45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 25.47-ci maddəsinin “f” bəndində göstərilmişdir ki, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 26.68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri əmək müqaviləsinin müddətinin qurtarmasıdır. 27.73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 28.83-ci maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
29. 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər.
30. 292.2-ci maddəsinin tələblərinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər.
31. 296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
32. 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
33. 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
34. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
35.“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ -IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 31.01.24-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğun hesab edilmişdir. Məhkəmələrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməli olmasına dair göstəriş verilmişdir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
36.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 37.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 38.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
39.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 40.Belə ki, işin məhkəmə kollegiyası tərəfindən araşdırılmış hallarından göründüyü kimi, İddiaçı İmran qızı * saylı X14 bağladığı müddətsiz əmək müqavilələrinə əsasən, ##.##.1994cü il tarixdən etibarən müxtəlif vəzifələrdə, ##.##.2015-ci il tarixdən isə qeydiyyatçı vəzifəsində əmək fəaliyyəti göstərmişdir. 41.TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun ## ###### 2024-cü il tarixli, **-*/*-*- ****/**** nömrəli əmri ilə X24 struktur və ştat cədvəli təsdiq edilmişdir. Həmin əmrlə 1, 2, 3, 4, 5 və * nömrəli X14r, 1 və * nömrəli ixtisaslaşdırılmış vərəm xəstəxanaları, * nömrəli X11, Abşeron Rayon Mərkəzi Xəstəxanasının strukturuna daxil olan X1 Vərəm Xəstəxanası, X13 * nömrəli Doğum Evi, habelə tabeli tibb müəssisələrinin strukturuna daxil olan ftiziatrik kabinetlər və vərəm şöbələri (50 rayon mərkəzi xəstəxanası) müvafiq olaraq X24 tabeliyinə verilmişdir.
42. Baş vermiş struktur dəyişikliyi ilə əlaqədar İddiaçı İmran qızı ##.##.2025-ci il tarixdə * saylı X14 tutduğu vəzifədən azad edilmiş, ##.##.2025-ci il tarixdə isə onunla yeni yaradılmış X24 arasında müddətli əmək müqaviləsi bağlanılmaqla əmək münasibətləri davam etdirilmişdir. İddiaçı ilə bağlanmış həmin əmək müqaviləsinin 6 ay 2 günlük müddəti bir dəfə uzadılmışdır. Lakin Cavabdeh PHŞ-in ##.##.2026-cı il tarixli, **-*-**/*-*-***/**** nömrəli əmrinə əsasən, əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndi ilə ##.##.2026-cı il tarixdə xitam verilmiş və İddiaçı İmran qızı həmin tarixdən tutduğu vəzifədən azad edilmişdir.
43. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, o, birinci instansiya məhkəməsinin əmək müqaviləsinə xitam verilən zaman tərəfindən müvafiq qanun pozuntularına yol verilməsinə dair gəldiyi qənaət ilə razılaşmayaraq iddiaçının müddətli əmək müqaviləsini öz razılığı ilə bağladığına, müqavilə bağlanan zaman ona heç bir bir təzyiq göstərilmədiyinə, ##.##.2025-ci il tarixində bağlanmış müddətli əmək müqaviləsinin fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etmədiyinə, iddiaçının müxtəlif tarixli əmək müqavilələrinə əsasən fərqli iş yerlərində işlədiyinə istinad etmişdir.
44. Məhkəmə tərkibi ilk öncə qeyd etməyi zəruri sayır ki, mülki qanunvericilikdə iddia müddətinin tətbiqi məsələsini tənzimləyən qaydadan fərqli olaraq əmək qanunvericiliyində cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizə əsasında ilk növbədə mübahisəyə iddiaçının məhkəməyə müraciət edərkən iddia müddətini ötürüb-ötürməməsi aspektindən qiymət verilməsi zəruri hesab edilmişdir. Hazırkı işdə də iddiaçı məhkəməyə ##.##.2026-cı il tarixində müraciət edərək Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürməmişdir.
45. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilməsi və ##.##.2025-ci il tarixdə eyni vəzifə üzrə müddətli əmək müqaviləsinin bağlanması etibarlı hesab edilə bilməz.
46. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin İ və IV hissələrinin, habelə 47-ci maddəsinin “f” bəndinin tələblərinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakter daşıdığı əvvəlcədən bəlli olduğu hallarda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Əmək müqaviləsinin müəyyən müddətə bağlanmasına isə yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə və qarşılıqlı razılığı əsasında yol verilə bilər.
47. İddiaçı ##.##.2015-ci il tarixli müddətsiz əmək müqaviləsinə əsasən qeydiyyatçı vəzifəsinə qəbul edilmiş və ##.##.2025-ci ilədək, yəni on ilə yaxın müddət ərzində fasiləsiz olaraq həmin vəzifədə əmək fəaliyyəti göstərmişdir. Buna baxmayaraq, iş yerində baş vermiş struktur dəyişikliyi ilə əlaqədar ##.##.2025-ci il tarixdə onunla 6 ay 2 gün müddətinə müddətli əmək müqaviləsi bağlanılmışdır. Müddətli əmək müqaviləsinin məzmunundan da göründüyü kimi, iddiaçı faktiki olaraq əvvəlki əmək müqaviləsi əsasında əmək fəaliyyətini həyata keçirdiyi həmin iş yerinə və eyni əmək funksiyasını yerinə yetirmək üçün yenidən qəbul edilmişdir.
48. Göründüyü kimi, işçi uzun illər ərzində müddətsiz əmək müqaviləsi əsasında əmək fəaliyyəti göstərmiş, həmin iş, bir qayda olaraq, onun və ailə üzvlərinin yaşayışını təmin edən əsas gəlir mənbəyi olmuşdur. Belə şəraitdə işçinin hər hansı ağlabatan səbəb olmadan həmin işdən ayrılması və dərhal qısa müddətli əmək müqaviləsi bağlaması, başqa sözlə, müqavilə müddətinin başa çatması ilə işdən azad olunmasına şərait yaradan belə bir dəyişikliyə öz iradəsi ilə getməsi inandırıcı görünmür.
49. Cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsini hansı zərurətdən irəli gələrək müddətli əmək müqaviləsinə çevirməsi də iş materiallarından aydın olmur. İşçinin onun hüquqi vəziyyətini, bir qayda olaraq, öz xeyrinə dəyişməyən belə bir dəyişikliyə hansı səbəbdən razılıq verməsinin, habelə bu dəyişikliyin zəruriliyinin səbəbləri barədə cavabdehdən izahat tələb edilsə də, sonuncu tərəfindən bununla bağlı məhkəməyə hər hansı məlumat təqdim edilməmişdir.
50. Bundan əlavə, müddətsiz əmək müqaviləsi əsasında çalışan işçinin struktur dəyişikliyi nəticəsində adı və təşkilati strukturu dəyişdirilmiş qurumda müddətli əmək müqaviləsi əsasında işə qəbul edilməsi Əmək Məcəlləsinin prinsipləri və tələbləri ilə uzlaşmır. Belə ki, müddətsiz əmək müqaviləsi əsasında çalışan işçinin qısa müddətli əmək müqaviləsi bağlanılmaqla faktiki olaraq eyni işə yenidən qəbul edilməsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz.
51. Nəzərə alınmalıdır ki, əmək münasibətlərində daha zəif tərəf hesab olunan işçinin hüquqlarının etibarlı şəkildə qorunmasını təmin etmək məqsədilə əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Belə təminatlardan biri də adətən daha yüksək təşkilatlanma səviyyəsinə və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsirindən və ya təzyiqindən işçinin qorunması məqsədilə müddətli əmək müqaviləsinin tərəflərin qarşılıqlı razılığı əsasında bağlanılması zamanı hüquq bərabərliyi prinsipinə riayət edilməsidir.
52. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində nəzərdə tutulan qarşılıqlı razılıq hazırkı halda mövcud olmamışdır. Belə ki, “qarşılıqlı razılıq” dedikdə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının 2015-ci ildən etibarən müddətsiz əmək müqaviləsi əsasında əmək fəaliyyəti göstərdiyi halda, ##.##.2025-ci il tarixdə onunla cəmi 6 ay 1 gün müddətinə yeni əmək müqaviləsinin bağlanılması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz.
53. Belə olan halda məhkəmə kollegiyası məhkəmənin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Apelyasiya şikayətində qeyd edilən formal etirazlar, eləcə də işin faktiki halları ilə bağlı dəlillər də həmin qətnamənin dəyişdirilməsi və ləğv edilməsi üçün əsas ola bilməz.
54. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ## ### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Rəna Qafarova Fuad Abdıyev