Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-294/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (X15və X16 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) mənzildən çıxarılma, mənzilin boşaldılması və zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: yaşayış sahəsindən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X17 katibliyi, cavabdeh Cavabdeh və onun nümayəndəsi vəkil2 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (X15və X16 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) mənzildən çıxarılma, mənzilin boşaldılması və zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. ## #### 2003-cü il tarixli, 196-19-*** №-li əmrinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 140 A saylı evin 34 və ** saylı otaqları X12 verilmişdir.
2. İddiaçı X12 qızıdır.
3. X12 ## ####### 2022-ci il tarixdə vəfat etmişdir.
4. ## ###### 2024-cü il tarixli, *** №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X12 vərəsələri: ünvan 2 ünvanında qeydiyyatda olan qızı X6, ünvan 2 ünvanında qeydiyyatda olan qızı İddiaçı və onların hər biri miras əmlakdan ½ irs almalıdır. Şəhadətnamə verilən miras buraxılış ili 2018-ci il olan “LF 7132E-330” markalı, ** NB *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir.
5. ## ###### 2024-cü il tarixli Bakı şəhər * saylı Notariat ofisində bağlanmış miras payın bağışlanması müqaviləsinə əsasən, X6 AR DIN BDYPI QII tərəfindən verilmiş “LF 7132E-330” markalı ** NB *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ona çatası payı İddiaçı bağışlamışdır.
6. ## ###### 2023-cü il tarixli, 140A-*** №-li “xxxx” MMC ilə X8 arasında bağlanmış müqaviləyə əsasən, ünvan 1 ünvanda köhnə tikilidə (yataqxana) yerləşən 28 kv.metr ümumi sahəsi olan, **-** saylı, 2 otaqlı mənzili MMC-yə təhvil verir, MMC isə həmin mənzilin əvəzində müqavilə bağlandığı gündən tikinti işləri başa çatdıqdan sonra 55 kv.metr ümumi sahəsi olan 2 otaqlı tam təmirli mənzili “Sakin”ə təhvil verir.
7. “Azəriqaz” Istehsalat Birliyi tərəfindən verilmiş Gasrep vərəqinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 140 A saylı evin ** saylı mənzilin abonent kodu Nigar Mustafayevaya aiddir.
8. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş Bildirişin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 140 A saylı evin ** saylı mənzilin abonent kodu X6 aiddir.
Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus (vərəsəlik qaydasında atasından iddiaçıya keçən) ünvan 2-dən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, eyni zamanda ona dəymiş 10500 manat məbləğində zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X12 1980-ci ildən 2000ci ilə qədər Bakı Şin Zavodunda işləmişdir. Həmin zavodun Həmkarlar Komitəsinin ##.##.1994-cü il tarixli (** saylı Protokol) Qərarına əsasən ***-**-** saylı saylı Order əsasında Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 140 A saylı evin 34 və ** saylı mənzilləri ona verilmişdir, bina yataqxanadır. Buna görə də mənzillər 34 və 35 kimi göstərilsə də, əslində bir evin 2 otağıdır. Iddiaçı və ailəsi (atası, anası və bacısı) 2018-ci ilə qədər həmin mənzillərdə yaşayıblar. Iddiaçının mərhum atası eyni zamanda 1-ci Qarabağ müharibəsi əlili olduğundan onun mənzilin vəziyyətinin yaxşılaşdırılması-genişləndirilməsi üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində əlillər üçün tikilmiş binada da onlara mənzil veriblər. Həmin vaxtdan onlar ora köçüb. Amma həmin mənzil balaca olduğundan xeyli sayda əşyaları birinci mənzillərdə qalıb və onlar tez-tez həmin mənzillərə də gedib-gəlirmişlər. Bir dəfə həmin mənzilə gedən zaman onun balkonlu olan 1 otağının - ** saylı mənzilin cavabdeh tərəfindən zəbt edildiyini görüblər. Ondan həmin mənzildən çıxıb, mənzili dərhal boşaltması tələb edilib. O, mənzili boşaldacağını bildirsə də, bunu etməyib. Həmin ərəfələrdə iddiaçı və bacısı xaricdə oxuyurlarmış. Atalarının səhhəti isə günü-gündən pisləşirdi, analarının da başı ailə qayğılarına və atanın müalicəsinə qarışmışdı. Bu hallardan istifadə edən cavabdeh isə mənzili boşaltmadı. ##.##.2022-ci ildə iddiaçının atası vəfat etib. Hazırkı mənzillərin çıxarışları olmadığından notarius yalnız maşına dair vərəsəlik işini açdı və iddiaçı və bacısı atalarının vərəsəliyini qəbul ediblər. Sonradan bacısı miras payını ona bağışlayıb. Hazırda iddiaçı atasının yeganə vərəsəsidir və buna dair qanun üzrə vərəsəlik haqqında müvafiq şəhadətnaməni də əldə etmişdir. Cavabdehin özünün də həmin binada digər mənzilləri var. Özü oğlunu evləndirib, həmin mənzillərdə ailəsini yerləşdirib, mənzili ola-ola, əsassız və qanunsuz olaraq, onların mənzilini zəbt etmişdir. Halbuki cavabdehin başqa yerlərdə də evləri var. Həmçinin hamıya məlum olduğu kimi dövlətimiz məcburi köçkünlərin hamısını mənzillərlə təmin etməkdədir. Yuxarıda qeyd edilənlərdən də müəyyən olunduğu kimi cavabdeh neçə müddətdir ki, mənzili qanunsuz və əsassız zəbt etmiş, hər hansı qanuni və hüquqi əsas olmadan orada yaşamaqdadır. Yataqxananın vəziyyəti yaxşı olmadığından hazırda söküntüsü nəzərdə tutulmuşdur. Hətta bununla bağlı yataqxananı söküb, yerində yeni yaşayış binası tikməyi planlaşdıran “xxxx” MMC ilə onarın arasında ##.##.2023-cü ildə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən onlar mənzilləri MMC-yə təhvil verməyi, MMC isə bunun müqabilində onlara yataqxananın yerində tikiləcək binadan 2 otaqlı 55 kv.metr mənzil verməyi, bu müddətdə isə hər ay 500 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh mənzili boşaltmadığından, MMC isə hər iki mənzili birgə onlara təhvil verilməsini tələb etdiyindən onlar indiyə qədər mənzilləri MMC-yə təhvil verə bilməmişdir. Bu müddətdə isə mənzilləri tam şəkildə onlara təhvil vermədiklərinə görə MMC onlara 500 manatı ödəməmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində həmin tarixdən indiyə qədər 21 aydır ki, onlara (21 ay X 500 manat) 10500 manat maddi ziyan dəymişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onlar 10500 manat ziyana düşdüklərindən hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
11. Cavabdeh Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, o, mübahisəli mənzili 2003-cü ildə Vahid Mustafayevdən pul verib satın almış, lakin sənədləşdirmə işləri müxtəlif səbəblərdən gecikmişdir.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh və Vahid Mustafayev hər ikisi onun qonşuları olmuşdur. Əli həqiqətən Vahiddən evi 2500000 köhnə Azərbaycan manatına almışdır. Çünki həmin zaman Əli ondan borc istəmiş, lakin o, borcu verməmişdir.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində göstərmişdir ki, o, 1994-cü ildən mübahisəli ünvanda başqa mənzildə yaşayır. Qonşulardan eşitmişdir ki, Əli Vahiddən 2003-cü ildə 5000 manata mənzil alıb.
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 140 A saylı evin ** saylı mənzilindən çıxarılması, həmin mənzilin boşaldılması və ddiaçı İddiaçı təhvil verilməsi qət edilmişdir.
15. Qətnamənin əsaslarına görə, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 140 A saylı evin 34 və ** saylı otaqları ##.##.2003-cü il tarixli orderə əsasən X12 verilmişdir. Vahid Mustafayev ##.##.2022-ci il tarixdə ölmüşdür. Öldükdən sonra ona məxsus miras əmlakı qızları iddiaçı İddiaçı və X6 qəbul etmiş, sonuncu öz miras payını iddiaçıya bağışlamışdır. Hazırkı mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından miras əmlak kimi nəzərə alınmamışdır. Işin digər mübahisəsiz halı ondan ibarətdir ki, X8 mərhum X12 həyat yoldaşı olmuşdur. Həmçinin mübahisəli mənzilin təhvil verilməsinə dair müqavilə də X8 ilə “xxxx” MMC arasında bağlanmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının atasından qalmış miras əmlakı qəbul etməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alması onun gələcəkdə mübahisəli mənzildən qanuni mülkiyyət gözləntisi olması barədə nəticəyə gəlməyə əsas verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Teryoxinin şikayəti üzrə ## ###### 2010-cu il tarixli Qərarında ifadə olunmuş mövqeyinə görə, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşayaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Eyni zamanda, Insan hüquqları üzrə Avropa Məhkəməsinin “Haqverdiyev Azərbaycana qarşı” ## ###### 2015-ci il tarixli və “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə ## ###### 2004-cü il tarixli Qərarlarında göstərilmişdir ki, * saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə * saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib verməməsi müəyyən olunmalıdır. Göründüyü kimi, iddiaçının mübahisəli mənzilə münasibətdə sahiblik və istifadə hüququ yaranmaqla yanaşı, mülkiyyət hüququna dair qanuni gözləntisi də yaranmışdır. Məhkəmə cavabdeh Cavabdeh mənzildən çıxarılması barədə iddia tələbinə hüquqi qiymət verərək, hesab etmişdir ki, iddia göstərilən hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh məhkəmə iddia tələblərinə etiraz mövqeyində olaraq, bildirmişdir ki, o, pul verib Vahid Mustafayevdən mübahisəli 34 və ** nömrəli mənzillərin hər ikisini almışdır. Sənədləşmə işləri isə müəyyən səbəblərdən gecikdiyindən, mənzilləri öz adına keçirə bilməmişdir. Lakin məhkəmə araşdırılması zamanı mübahisəli mənzilin cavabdeh tərəfindən həqiqətən qanuni yolla (alqı-satqı və s. özgəninkiləşdirmə nəticəsində) əldə edildiyi müəyyən edilməmişdir. Cavabdehin yeganə sübutu olan şahid ifadələrinə gəlincə isə şahid ifadələri ziddiyyətlidir. Iddiaçının təşəbbüsü ilə məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş şəxslərdən biri cavabdehin mənzili 2003-cü ildə 250 şirvana aldığını, digəri isə 2003cü ildə 5.000 manata aldığını bildirir. Cavabdeh isə məhkəməyə ünvanlandığı ərizəsində mənzili 2000-ci ildə aldığını bildirir. Bu baxımdan məhkəmə dindirilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verərək bildirmişdir ki, iş üzrə şahid ifadələri birbaşa sübut deyildir. Bu baxımdan məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şahid ifadələri iş üçün mötəbər sübut hesab edilə bilməz. Cavabdeh, həmçinin bildirir ki, mənzilin uzun illər ərzində öz adına rəsmiləşdirməməsinin səbəbi müxtəlif olmuşdur. O, bu barədə iddiaçının anasına müraciət etmiş, iddiaçının anası bu işlə qızı Nigar Mustafayevanın məşğul olacağını bildirmişdir. Nigar Mustafayevanın isə şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyi üçün sənədləşdirmələr aparıla bilməmişdir. Qeyd edilən cavabdehin arqumentləri ilə bağlı məhkəmə bildirmişdir ki, cavabdehin keçən uzun müddət ərzində mənzilə dair heç bir sənədləşdirmə işi aparmamasının bildirdiyi fikirlər səbəbindən olması ağlabatan deyildir. Ona görə ki, keçən müddət kifayət qədər uzun müddətdir. Digər tərəfdən iş materialları ilə müəyyən edilir ki, mübahisəli mənzildə kommunal xidmətdən istifadəyə dair sənədlərdə abonent kodları iddiaçının bacısı Nigar Mustafayevanın adınadır. Beləliklə, məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisəli mənzildə cavabdehin məskunlaşmasının hər hansı qanuni əsası müəyyən edilmədiyindən, iddiaçının isə mənzildən atasından qalan miras əmlak kimi sahiblik və istifadə hüquqları mövcud olduğundan, gələcəkdə də mülkiyyət gözləntisi olduğundan, iddia qeyd edilən hissədə qismən təmin edilərək, cavabdeh Cavabdeh mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 140 A saylı evin 34 və ** saylı mənzillərdən çıxarılmalıdır. Məhkəmə iddianın “eyni zamanda ona dəymiş 10500 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması” barədə hissəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, qeyd edilən müqavilədə iddiaçının anası Validə Mustafayevaya aylıq 500 manat kiarəyə haqqının ödəniləcəyi qeyri-müəyyən olmaqla, iddiaçıya həqiqətən də cavabdehin hərəkətləri nəticəsində 10500 manat maddi ziyanın dəyməsi halı sübut edilmir. Üstəlik də iddiaçı iddia ərizəsində bildirir ki, “iddiaçı və bacısı xaricdə oxuyurdular”, “əlillər üçün tikilmiş binada da onlara mənzil veriblər. Həmin vaxtdan onlar ora köçüb”. Göründüyü kimi, mübahisəli mənzil iddiaçının yaşayış yeri olmamışdır. Bu səbəbdən də təqdim edilmiş müqavilənin hazırki icraat çərçivəsində mötəbərliliyini də müəyyən etmək mümkün olmadığından, iddiaçıya həqiqətən də 10500 manat maddi ziyanın dəyməsi təkzibedilməz sübutlarla öz təsdiqini tapmadığından, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində əsassızdır, bu səbəbdən də təmin edilə bilməz.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti” üzrə ## ###### 2010-cu il tarixli Qərarına, Insan hüquqları üzrə Avropa Məhkəməsinin “Haqverdiyev Azərbaycana qarşı” iş üzrə ## ###### 2015-ci il tarixli Qərarına, “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə ## ###### 2004-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qısmən - “iddia tələbi qismən təmin edilsin. Cavabdeh Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 140 A saylı evin ** saylı mənzilindən çıxarılsın, həmin mənzil boşaldılsın və iddiaçı İddiaçı təhvil verilsin” hissəsində ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsinin qətnaməsində Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə və 29-cu maddələrinə (mülkiyyət hüququnun müdafiəsi), daha sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinə istinad edilmişdir. Göstərilən maddi hüquq normaları, o cümlədən Konstitusiyanın müvafiq maddələri düzgün tətbiq edilməmişdir. Belə ki, qətnamədə istinad edilən Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 140 A saylı evin 34 və ** saylı otaqların X12 verilməsi barədə ##.##.2003-cü il tarixli order mülkiyyət hüququ verən sənəd deyil. Təqdim edilmiş iş materiallarıda olan ***-**-** nömrəli Orderdən (rus dilində təqdim edilmişdir) görünür ki, X12 həmin müəssisədə işləmə müddəti üçün **-** nömrəli otaqlar verilmişdir. Qüvvədə olan Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Lakin verilmiş orderdən müəyyən edilmişdir ki, bu Order otaqlara mülkiyyət hüququ verməmişdir. Məhkəmə ilk növbədə yataqxananın mülkiyyətçisini müəyyən etməklə mərhum X12 otaqlara olan hüquqlarının sərhədlərini müəyyən etməli idi. Bundan başqa, Məhkəmə tərəfindən iddiaçının müvafiq tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olmasını araşdırarkən də maddi hüquq normalarınıt tətbiqində pozuntulara yol vermişdir. Iş materialları ilə müəyyən edilmişdir ki, Vahid Mustafayev ##.##.2022-ci il tarixdə ölmüşdür. Öldükdən sonra ona məxsus miras əmlakı qızları iddiaçı İddiaçı və X6 qəbul etmiş, sonuncu öz miras payını iddiaçıya bağışlamışdır. Hazırkı mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından miras əmlak kimi nəzərə alınmamışdır. Məhkəmə göstərmişdir ki, ##.##.2024-cü il tarixli, 465№-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X12 vərəsələri: ünvan 2 ünvanında qeydiyyatda olan qızı X6, ünvan 2 ünvanında qeydiyyatda olan qızı İddiaçı və onların hər biri miras əmlakdan ½ irs almalıdır. Şəhadətnamə verilən miras “LF 7132E-330” markalı ** NB *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 140 A saylı evin 34 və ** saylı otaqları miras kütləsinə aid edilməmişdir. Miras qalmış daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyata alınması üçün mütləq notariat orqanı tərəfindən verilmiş qanun və ya vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi olmalıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 8.0.3-cü maddəsində vərəsəlik hüququ haqqında şəhadətnamə də mülkiyyət hüququnun qeydə alınması əsaslardan biri kimi nəzərdə tutulmuşdur ki, belə hallarda vərəsəlik şəhadətnaməsinin alınması qanunla məcburidir. Vərəsə daşınar və ya daşınmaz miras əmlakı qəbul edib faktiki sahiblik etməklə onu idarə edirsə mirasın qəbulu faktının rəsmiləşdirilməsindən ötrü vərəsəlik şəhadətnaməsinin alınması üçün əvvəlcə notariat orqanına müraciət etməlidir. Əgər notariat orqanı miras əmlakın qəbul edilməsi faktının və ya vərəsəliyin açılma yerinin müəyyən olunması ilə bağlı şəhadətnamə verməkdən imtina edərsə, o halda ərizəçi xüsusi icraat qaydasında bu faktların məhkəmə qaydasında müəyyən edilməsi üçün ərizə ilə müraciət edə bilər. Nəzərə alınmamışdır ki, iddiaçı hələ atasının sağlığında həmin mənzili tərk etmiş və indiyə qədər həmin mənzildə yaşamır. Aşkardır ki, Məhkəmə tərəfindən iddiaçının yataqxanadakı oltaqlara vərəsəlik qaydasında iddia etməsi üçün subyektiv hüququ yoxdur. Daha bir pozuntu, Mülki Məcəllə ilə müəyyən edilmiş müqavilə hüququnun şərtlərinin pozulmasıdır. Belə ki, cavabdeh Cavabdeh məhkəmədə iddia tələblərinə etiraz edərək onun pul verib Vahid Mustafayevdən mübahisəli 34 və ** nömrəli mənzillərin hər ikisini alması bildirilmiş və sənədləşmə işləri isə müəyyən səbəblərdən gecikdiyindən, mənzilləri öz adına keçirə bilməmişdir. Qətanmədə göstərilmişdir ki, “Cavabdeh sübut olaraq şahid ifadələrinə istinad etmiş və məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş şəxslər cavabdehin mənzili 2003-cü ildə 250 şirvana aldığını, digəri isə 2003-cü ildə 5000 manata aldığını bildirmişdirlər. Cavabdeh isə məhkəməyə ünvanlandığı ərizəsində mənzili 2000-ci ildə aldığını bildirir.” Şahid ifadəsi məhkəmə qətanməsində belə göstərilib: “Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh və Vahid Mustafayev hər ikisi onun qonşuları olmuşdur. Əli həqiqətən Vahiddən 250 şirvana ev almışdır. Çünki həmin zaman Əli ondan borc istəmiş, lakin o, borcu verməmişdir.” Qətnamədə göstərilənlərə qarşı cavabdeh bildiri ki, əsində şahid X4 öz ifadəsində göstərmişdir ki, 2018-ci ildə Vahid ilə həyat yoldaşı X5 Abdullayevdən 5000 manat pul istəyəndə, Cavabdeh məndən 5000 manat borc verməyimi xahiş etmişdir. Mən isə ona həmin vaxt bildirmişəm ki pulum yoxdur. Sonra ondan qonşu kimi maraqlananda öyrəndim ki, Əli 5000 manat tapıb Vahid və Validəyə verib.” Bundan başqa, məhkəmə tərəfindən cavabdeh Cavabdeh şahid X4 verməyə icazə verilməyib o əsasla ki bu şahidi o məhkəməyə dəvət edib. Hansı ki belə qadağa mülki prosessual hüququn, məhkəmə müdafiə hüququnun pozulmasıdır. Daha sonra qətnamədə göstərilmidir ki, “məhkəmə iclasında şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində göstərmişdir ki, o, 1994-cü ildən mübahisəli ünvanda başqa mənzildə yaşayır. Qonşulardan eşitmişdir ki, Əli Vahiddən 2003-cü ildə 5000 manata mənzil alıb.” Halbuki, şahid X1 verdilər ki, siz haradan bilirsiniz ki, Cavabdeh o evi alıb. O da cavab verdi ki, hamı bir mətbəxdən istifadə edir və bu səbədən yataqxanada yaşayan hamının xəbəri var Əlinin evi almasından. Daha sonra vəkil sual veri ki siz orada nə vaxtdan yaşayırsız. O da cavab verdi ki, 1993-cü ildən orada yaşayıram. 2003-cü ildə eşitmişəm ki Əli o evi alıb.” Göründüyü kimi, şahid ifadələri qətnamədə dəqiq göstərilmədiyindən işin halları ilə bağlı təmamilə yanlış təəssürat yaranır. Eyni zamanda, məhkəmə tərəfindən həmçinin cavabdeh Cavabdeh şahid X1 verməyə icazə verilməyib o əsasla ki bu şahidi Cavabdeh Məhkəməyə dəvət edib. Aydındır ki, cavabdehin məhkəmə müdafiə hüququ pozulmuşdur. Eyni zamanda, məhkəmə iclasında cavabdeh Cavabdeh tərəfindən telefonunda olan evi alması ilə bağlı səs yazılarının olması bildirilmiş və məhkəməyə təqdim etmək üçün müraciət etmişdir. Lakin Məhkəmə bu vəsatəti əsassız olaraq rədd etmişdir. Nəticə etibarı ilə tərəflər arasında şifahi müqavilənin bağlanması təsdiq olunacağı halda məhkəmə bu sübutlara birtərəfli yanaşmaqla müqavilənin mövcud olmasının sübut edilməmsi nəticəsinə gəlmişdir. Məhkəmə tərəfindən qətnamənin əsaslandırıcı hissəsində ““iddiaçı və bacısı xaricdə oxuyurdular”, “əlillər üçün tikilmiş binada da onlara mənzil veriblər. Həmin vaxtdan onlar ora köçüb”. Göründüyü kimi, mübahisəli mənzil iddiaçının yaşayış yeri olmamışdır.” göstərildiyi halda məhkəmə müqavilənin bağlanması faktını təsdiq etməmişdir. Bu hallar qətnaməni daxili ziddiyyətli olmasına dəlalət edir. Belə ki, iddiaçının atasına dövlət tərəfindən mənzil verilməsi (ailə, ailə başçısının sağlığında həmin tarixdən mübahisə predmeti olan mənzilləri tərk etmidir) yataqxanada otaqların mülkiyyətçiyə təhvil verilməsi ilə müşayət olunub olunmaması sorğu ilə müəyyənləşdirilməsli idi. Məhkəmə hesab etmişdir ki, mübahisəli mənzilin cavabdeh tərəfindən həqiqətən qanuni yolla (alqı-satqı və s. özgəninkiləşdirmə nəticəsində) əldə edildiyi müəyyən edilməmişdir. Halbuki, Mülki Məcəllənin 329.2-cu maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 329.4-cü maddəsinə əsasən, susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Belə ki, iddiaçı tərəf mərhum ilə cavabdeh tərəf arasında müqavilənin bağlanmaması və ya bağlanmasının mümkün olmaması barədə heç bir sübut təqdim etməmiş və ağlabatan etiraz belə bildriməmişdir. Göstərilənlər mərhum Vahid Mustafayev ilə cavabdeh Cavabdeh arasında müqavilə bağlanmasını təsdiq edir. Belə ki, müqavilə bağlanan dövrdə iddiaçı ümumiyyətlə Türkiyədə yaşamış və onun bu müqavilənin bağlanması ilə bağlı xəbərinin olmaması da istisna olunmayıb. Nəticədə, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi və 29-cu maddəsi (mülkiyyət hüququnun müdafiəsi), daha sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinə düzgün tətbiq edilməmişdir. Eyni zamanda tətbiq ediləsi maddi hüquq normaları Mülki Məcəllənin 139.1-ci maddəsi (mülkiyyət hüququ), 1151.1., 1154, 1325.3, 1325.1, 1321-ci maddələri (miras əmlak), Mülki Məcəllənin 329.2, 329.3, 329.4 (əqdlər, şifahi əqd, susmaq) isə ümumiyyətlə tətbiq edilmədiyindən Məhkəmə iş üzrə yanlış nəticələrə gəlmişdir. Göstərilənlər nəzərə alınmaqla aydın olur ki, məhkəmə tərəfindən göstərilən hallar nəzərə alınmadan qətnamənin iddia tələblərinin qismən təmin edilməsi hissəsində (mənzildən çıxarılma) hissəsində təmin edilməsi əsassızdır və qətnamənin bu hissədə ləğv edilməsi üçün əsasdır. Mülki prosessual hüquq normalarının pozulması halları Məhkəməni iş üzrə qanuni və ədalətli məhkəmə qərarı qəbul etməyə imkan verməmişdir. Belə ki, şahid ifadəsi məhkəmə qətanməsində belə göstərilib: “Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh və Vahid Mustafayev hər ikisi onun qonşuları olmuşdur. Əli həqiqətən Vahiddən 250 şirvana ev almışdır. Çünki həmin zaman Əli ondan borc istəmiş, lakin o, borcu verməmişdir.” Qətnamədə göstərilənlərə qarşı cavabdeh bildirir ki, əsində şahid X4 öz ifadəsində göstərmişdir ki, 2018-ci ildə Vahid ilə həyat yoldaşı X5 Abdullayevdən 5000 manat pul istəyəndə, Cavabdeh məndən 5000 manat borc verməyimi xahiş etmişdir. Mən isə ona həmin vaxt bildirmişəm ki pulum yoxdur. Sonra ondan qonşu kimi maraqlananda öyrəndim ki, Əli 5000 manat tapıb Vahid və Validəyə verib. Bundan başqa, məhkəmə tərəfindən cavabdeh Cavabdeh şahid X4 verməyə icazə verilməyib o əsasla ki bu şahidi cavabdeh tərəf Məhkəməyə dəvət edib. Hansı ki belə qadağa mülki prosessual hüququn, məhkəmə müdafiə hüququnun pozulmasıdır. Daha sonra qətnamədə göstərilmidir ki, “məhkəmə iclasında şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində göstərmişdir ki, o, 1994-cü ildən mübahisəli ünvanda başqa mənzildə yaşayır. Qonşulardan eşitmişdir ki, Əli Vahiddən 2003-cü ildə 5000 manata mənzil alıb.” Halbuki, şahid X1 verdilər ki, siz haradan bilirsiniz ki, Cavabdeh o evi alıb. O da cavab verdi ki, hamı hər gün bir mətbəxdən istifadə edir və bu səbəbdən yataqxanada yaşayan hamının xəbəri var Əlinin evi almasından. Daha sonra vəkil sual verdi ki, siz orada nə vaxtdan yaşayırsız. Şahid də cavab verdi ki, 1993-cu ildən orada yaşayıram. 2003-cü ildə eşitmişəm ki Əli o evi alıb.” Göründüyü kimi, şahid ifadələri qətnamədə dəqiq göstərilmədiyindən işin halları ilə bağlı təmamilə yanlış təəssürat yaranır. Eyni zamanda, məhkəmə tərəfindən həmçinin cavabdeh Cavabdeh şahid X1 verməyə icazə verilməyib o əsasla ki bu şahidi Cavabdeh Məhkəməyə dəvət edib. Aydındır ki, cavabdehin məhkəmə müdafiə hüququ pozulmuşdur. Eyni zamanda, məhkəmə iclasında cavabdeh Cavabdeh tərəfindən telefonunda olan evi alması ilə bağlı səs yazılarının olması bildirilmiş və Məhkəməyə təqdim etmək üçün müraciət etmişdir. Lakin Məhkəmə bu vəsatəti əsassız olaraq rədd etmişdir. Göstərilənlər nəzərə alınmaqla aydın olur ki, Məhkəmə şahidlərin dindirilməsi və səs yazılarının məhkəmə tərəfindən öyrənilməməsi hissəsində MPM-nin 88, 195.3, 195.5-ci bəndlərinin tələblərinin pozulması ilə qətnamə qəbul etmişdir. Göstərilən xüsusatlar maddi və prosessual hüquq normalarının pozulması olub Azərbaycan Respublikası MPM-nin 385.1.1 və 387-ci maddələrinə əsasən məhkəmə qətnaməsinin qismən ləğv edilməsi üçün əsasdır. Bundan başqa, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinə düzgün tətbiq edilməməsi, eyni zamanda tətbiq ediləsi maddi hüquq normaları Mülki Məcəllənin 139.1-ci maddəsi (mülkiyyət hüququ), 1151.1., 1154, 1325.3, 1325.1, 1321-ci maddələri (miras əmlak), Mülki Məcəllənin 329.2, 329.3, 329.4-ci maddələrinin tələblərinin düzgün tətbiq edilməməsi Mülki Prosessual Məcəllənin 9 və 88-ci maddələrinin tələblərinin pozulmasının göstəricisidir. Belə ki, prosessual qanunvericiliyin göstərilən maddələrinin pozulması Məhkəməni iş üzrə mübahisələndirilən hissədə yanlış nəticələrə gəlməsi ilə nəticlənmişdir. Göstərilən xüsusatlar maddi və prosessual hüquq normalarının pozulması olub Azərbaycan Respublikası MPM-nin 385.1.1 və 387-ci maddələrinə əsasən məhkəmə qətnaməsinin apellyasiya şikayətindəki tələb hissəsində ləğv edilməsi üçün əsasdır. Məlum olduğu kimi, məhkəmə iclasında cavabdeh Cavabdeh tərəfindən telefonunda olan evi alması ilə bağlı səs yazılarının olması bildirilmiş və Məhkəməyə təqdim etmək üçün müraciət etmişdir. Lakin Məhkəmə bu vəsatəti əsassız olaraq rədd etmişdir. Bu hal həmçinin onunla əlaqəlidir ki, iddiaçının iddiasında göstərilənlərlə evin açarlarının cavabdeh Cavabdeh olması üst-üstə düşmür və bu səbəbdən göstərilən hallar alqı-satqının olub olmaması nöqteyi-nəzərindən aydınlaşdırılmalı idi. Bundan başqa, cavabdeh Cavabdeh ** nömrəli mənzilə (otağa) 2018-ci ildə köçmüşdür (iddiaçının atasına Dövlət tərəfindən Qaradağ rayonunda yeni mənzil veriləndən sonra). Birinci dəfə evin guya bir qrup qaçıqnlar tərəfindən zəbt olunması ilə bağlı iddiaçının anası Mustafayeva Validə tərəfindən polisə müraciət isə 2023-cü ildə edilmidir. Yəni faktiki olaraq cavabdeh Cavabdeh həmin evdə artıq beş il idi ki yaşayırdı və bu Validə Mustafayevaya bəlli idi. Aşkar görünür ki, bu hallar tərəflər yəni Vahid Mustafayev və Əli Abdullyev arasında razılaşma mövcud olub. Bu halların heç birinə məhkəmə tərəfindən qiymət verilməmişdir. Iddiaçı tərəfin miras əmlak kimi təqdim etdiyi mənzilin miras kütləsinə daxil olması əsaslandırılmayıb. Cavabdeh Cavabdeh tərəfindən evin alqı-satqı yolu ilə almaması sübuta yetirilməmişdir. Belə ki, sahid ifadələrinin olduğu kimi göstərilməməsi və səs yazılarının təqdqiq edilməməsi həmin halın sübuta yetirilməməsinin əsasını təşkil edir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçı tərəfin iddia qaldırmağa subyektiv hüququ vərəsəlik olaraq tanınmışdır. Lakin iş materiallarında həmin mənzilə dair vərəsəlik şəhadətnaməsi və ya digər əsasverici sənədə istinad edilməmişdir. Həmin əmlakın müəssisə orderi əsasında verilməsi (iş materillarında var) əmlaka miras əmlak statusunu verməsi heç bir sənədlə təsdiq edilmir. Aşkar uyğunsuzluqdur. Yataqxanadakı otaqlara iddiaçının vərəsəlik hüququnu təsdiq edən sənəd mövcu deyildir. Göstərildiyi kimi, Cavabdeh tərəfindən təqdim edilməli səs yazıları məhkəmə iclasında təqdiq edilərək mərhum ilə cavabdeh arasında alıq-satqı faktının olub olmaması mötəbər əsaslandırılmaldır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Cavabdeh Cavabdeh və onun nümayəndəsi vəkil2 məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunduğu hissədə ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
21. Iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər (onların nümayəndələri) məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;
23. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (##.##.2009-cu il tarixədək qüvvədə olan): Maddə 6. Yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür. Yaşayış evlərində sənaye xarakterli ehtiyaclar üçün sahələr verilməsi qadağandır. Maddə 28. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR Ittifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. Həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR Ittifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəniməişət predmetləri ilə komplektləşdirilir. SSR Ittifaqı qanunvericiliyinə uyğun olaraq yataqxanalar haqqında nümunəvi əsasnaməni müvafiq həmkarlar ittifaqı və komsomol orqanları ilə razılaşdırmaqla Azərbaycan SSR Nazirlər Soveti, SSRI nazirlikləri, dövlət komitələri və baş idarələri təsdiq edirlər. Maddə 48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR Ittifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR Ittifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. Maddə 49. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Maddə 89. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsindən çıxarma hallarına yalnız qanunla müəyyən edilmiş əsaslar üzrə yol verilir. Yaşayış sahəsindən çıxarma məhkəmə qaydasında həyata keçirilir. Ancaq yaşayış sahəsini özbaşına tutmuş və ya uçmaq qorxusu olan evlərdə yaşayan şəxslərin prokurorun sanksiyası ilə inzibati qaydada çıxarılmasına yol verilir. Vətəndaşlar yaşayış sahəsindən çıxarılarkən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna edilməklə, eyni zamanda başqa yaşayış sahəsi verilir. Maddə 106. Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir. SSR Ittifaqı qanunvericiliyinə uyğun olaraq, yataqxanalar haqqında nümunəvi əsasnaməni müvafiq həmkarlar ittifaqı və komsomol orqanları ilə razılaşdırmaqla Azərbaycan SSR Nazirlər Soveti, SSRI nazirlikləri, dövlət komitələri və baş idarələri təsdiq edirlər. Maddə 107. Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR Ittifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Yataqxanada mənzil sahəsi tutmaq üçün order formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Müddətli hərbi xidmətə çağırılmaqla əlaqədar yataqxanadan getmiş şəxslər hərbi xidmətini başa vurduqdan sonra həmin müəssisəyə, idarəyə, təşkilata və ya məktəbə qayıtdıqda, yataqxanada onlara yenə də mənzil sahəsi verilməlidir. Maddə 108. Işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzrlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər.
24. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## #### 2008-ci il tarixli Qərarı. 56. “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayəti ilə cavabdeh tərəfindən qətnamə qismən - iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, iddiaçı isə apellyasiya şikayəti vermədiyindən, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə iddianın təmin edilən hissəsində yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə toxunulmamalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.
28. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tələbin qanuni əsası dedikdə qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyəsə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonrakı mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir.
29. Iddiaçının əsaslandığı hallar ondan ibarətdir ki, mərhum atası X12 və ailə üzvləri 2018-ci ilə qədər mübahisə predmeti olan otaqda yaşamış, sonradan onlara Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində əlillər üçün tikilmiş binada mənzil vermişlər və bundan sonra orada yaşamışlar, 1 otaq, yəni, ** saylı mənzil cavabdeh tərəfindən zəbt edildiyini görüblər.
30. Məhkəmə kollegiyası mübahisə predmeti olan otağın cavabdeh tərəfindən zəbt olunması arqumenti ilə razılaşmır. Belə ki, iddiaçının özünün də gətirdiyi dəlillərə əsasən cavabdehin həmin otağı zəbt edərək orada yaşaması onlara 2018-ci ildən məlum olmuşdur. Lakin həmin vaxtdan 4 il ərzində mənzilin icarədarı mərhum V.Ə.Mustafayev tərəfindən cavabdehə qarşı hər hansı bir tələb irəli sürülməmişdir, sonuncu 2022-ci ildə vəfat etdikdən sonra da ailə üzvləri tərəfindən bu hal 2025-ci ilədək mübahisələndirilməmiş, yalnız yataqxananın sökülməsi ilə bağlı müqavilə bağlandığından hazırkı iddia qaldırılmışdır. Belə olduğu təqdirdə cavabdehlə mərhum V.Ə.Mustafayev arasında şifahi razılaşmanın olması barədə cavabdehin dəlilləri daha inandırıcıdır.
31. Apellyasiya instansiyası məhkəməsində araşdırma aparılarkən mübahisə predmeti olan mənzilin hazırkı statusunun müəyyən olunması məqsədilə müvafiq orqanlara sorğular göndərilmişdir.
32. Bakı Şəhər Icra Hakimiyyəti Mənzil – Kommunal Təsərrüfatı Departamentinin məktubunda qeyd olunmuşdur ki, mübahisə predmeti olan 34 və ** saylı otaqlar X15HIK-in ## ### 1994-cü il tarixli, ** saylı protokolu ilə ***-**-** saylı orderə əsasən X12 verilmişdir, protokol təhvil verilmədiyindən məhkəməyə təqdim olunması mümkün deyildir, həmin otaqların yerləşdiyi bina dövlət mənzil fonduna aid olmaqla * saylı Xüsusi Təyinatlı Mənzil – Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Həmin yaşayış sahəsi dövlət mənzil fonduna aid olduğundan öldüyü məqamadək V.Ə.Mustafayevin mülkiyyətində olmadığından miras qalmış əmlak kütləsinə aid edilmir.
33. Işin hallarından görünür ki, V.Ə.Mustafayevin vəfat etməsindən sonra da mübahisə predmeti olan otaqlarla bağlı vərəsələri tərəfindən * saylı Xüsusi Təyinatlı Mənzil – Kommunal Təsərrüfatı Birliyin heç bir müraciət olunmamışdır.
34. Hazırkı situasiyada iddiaçının mübahisə predmeti olan otaq üzərində hər hansı bir hüququnun olması təsdiq olunmur, bu hüquq mövcud olsa belə, yuxarıda qeyd olunduğu kimi cavabdehin 2018-ci ildən həmin otağı zəbt edərək orada yaşadığı halda 4 il ərzində mənzilin icarədarı mərhum V.Ə.Mustafayev tərəfindən cavabdehə qarşı hər hansı bir tələb irəli sürülməmişdir, sonuncu 2022-ci ildə vəfat etdikdən sonra da ailə üzvləri tərəfindən bu hal 2025ci ilədək mübahisələndirilməmiş, yalnız yataqxananın sökülməsi ilə bağlı müqavilə bağlandığından hazırkı iddia qaldırılmışdır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il ## #### tarixli Qərarları).
36. Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb - sığmamasını, aşkar ədalətsizliyə səbəb olubolmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
37. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.
38. Birinci instansiya məhkəməsi cavabdehin 2018-ci ildən fasiləsiz mübahisə predmeti olan otaqda yaşamasını, 2025-ci ilə, yəni, yataqxananın sökülməsi ilə bağlı proseslər başlayanadək iddiaçı və ailə üzvləri tərəfindən etiraz edilməməsini nəzərə almaqla, iddiaya Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımdan hüquqi qiymət verməli idi. Lakin bununla bağlı qətnamədə qiymətləndirmə aparılmamışdır.
39. Məmmədova Azərbaycana qarşı ## #### 2023-cü il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçi sözügedən binada 1996-cı ildən ailəsi ilə birlikdə yaşayırdı və bu fakt hökumət tərəfindən mübahisələndirilməmişdir. Buna görə də, Konvensiyanın 8-ci maddəsinin müddəalarına əsasən, bina ərizəçinin mənzili idi. Ərizəçinin şikayətinə Konvensiyanın 8-ci maddəsi tətbiq edilə bilər.
40. Belə olduğu halda iddiaçının digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir və bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Buna görə də iddiaçının istinad etdiyi əsaslar üzərindən hazırkı iddianın təmin olunması mümkün deyildir.
41. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apellyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddianın təmin olunduğu hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd olunmalıdır.
42. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi iddianın təmin olunduğu hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.