Məhkəmə qərarları › İş №2(3-6)-2966/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2966/2026

15.07.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2966/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Qafarova Rəna Nazim qızı (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 MTK-ya qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi və s." tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq müəyyən etdi, İşin halı və birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh cavabdeh2 və cavabdeh1 MTK-ya qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh2 188,35 kv.m.-lik mənzilin ümumi sahəsinə 20 faiz əlavə sahə vermək 226 kv.m. sahəsi olan mənzillərin əvəzinə ¼ hissə - ona düşən payına digər cavabdehlə müqavilə bağlanılmış yeni inşa edilmiş 3-cü girişində 5-ci mərtəbəsində ümumi sahəsi 64,85 kv.m. olan ***A saylı təmirli mənzilin cavabdeh cavabdeh2 qanunsuz sahibliyindən alınaraq ona verilməsi, həmin mənzilin ona verilməsi barədə sənədləşmə işlərinin aparılması öhdəliyinin cavabdeh2 və cavabdeh cavabdeh1 MTK-nın üzərinə qoyulması, kirayə haqqı 17000 manat cavabdeh cavabdeh2 alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadına əsasən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraarında olan *(*- **)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 MTK-ya qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi və s.” tələbinə dair *(***)-****/**** nömrəli mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçı İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli icraata götürmə qərardadından görünür ki, iddiaçı cavabdeh2 cavabdehlər İddiaçı və Bakı şəhəri ** saylı notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 MTK-ya qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi və s." tələbinə dair iddia ərizəsi məhkəmə baxışı zamanı cavabdeh cavabdeh2 vəkili vəkil2 vəsatət təqdim edərək mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hazırkı mülki iş üzrə cavabdeh cavabdeh2 Nəsimi Rayon Məhkəməsinəmüraciət edərək V-***/**** nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında İddiaçı adına daşınmaz əmlakındövlət reyestrindən çıxarışın ləğv edilməsini tələb etmişdir. İddia tələbinin hüquqi əsası ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1202.1-ci maddəsinə əsasən vərəsəlikdən imtina etmiş Tamilla və Mustafanın payları vəsiyyət üzrə vərəsə olan Əbülfətə keçməli idi və bu halda İddiaçı 1/4 məcburi pay müəyyən edilməsi mümkün deyildi. Həmçinin Mülki Məcəllənin 1202.2-ci maddəsinə əsasən Fikrət məcburi pay tələbi üçün qanunla müəyyən olunmuş müddətdə müraciət etməli idi. O, bu məqsədlə məhkəməyə müraciət etsə də, həmin tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə rədd edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra onun məcburi pay üzrə hüququ yaranmadığı halda, sonradan məcburi pay əsasında vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi qanunvericiliyə uyğun deyil. Bu səbəblərə görə cavabdeh tərəfindən Nəsimi Rayon Məhkəməsində qaldırılmış iddia mövcuddur və həmin iş üzrə qəbul ediləcək qərar hazırkı mülki işin nəticəsinə birbaşa təsir edəcəkdir. Belə ki, əgər Nəsimi Rayon Məhkəməsi V-***/**** nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın reyestr çıxarışının ləğvini tam və ya qismən təmin edərsə, hazırkı iş üzrə hüquqi vəziyyət tam və ya qismən dəyişəcək. Bu isə hazırkı işdə obyektiv və düzgün nəticəyə gəlinməsini həmin digər işin həllindən asılı edir. Məhkəmə vəsatəti təmin etməklə hesab etdi ki, hər iki iş üzrə mübahisə predmeti ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi ilə bağlıdır və digər mülki işin nəticəsi hazırki mülki işə təsir göstərəcəyi üçün mülki iş üzrə icraat dayandırılmalıdır. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindənişə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Bildirmək istəyir ki, icraatın dayandırılması üçün əsas gətirdiyi ona məxsus olan ## #### 2023-cü il tarixli, V***/**** nömrəli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə cavabdeh cavabdeh2 da iştirak etdiyi vərəsəlik işi üzrə tərəflərin iradəsi əsasında anası mərhum X4 miras qalmış ünvan 1 ünvanda yerləşən miras paya münasibətdə cavabdeh 3/4 hissədə, mən isə 1/4 hissədə pay almışdır. İş materiallarından da görüldüyü kimi, cavabdeh ona məxsus olan ## #### 2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, öz payına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X2 Şəxs tərəfindən ## ##### 2024-cü il tarixində çıxarış almış və ## ##### 2025ci il tarixində həmin orqanın * saylı Bakı Ərazi İdarəsinə ərizəilə müraciət edərək, ünvan 2 ünvanda yerləşən ev söküldüyü üçün ona məxsus olan ¾ hissədə tikilinin məhvinə reyestrdə qeydiyyata alınmasına və tikili üzərində hüquqların ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə icraatı dayandırarkən, KM-nin məlum qərarında başqa mülki işin icraatda olması halını nəzərə almamaqla yanaşı mübahisələndirilən ona məxsus olan ## #### 2023-cü il tarixli, V- ***/**** nömrəli məcburi paya vərsəlik hüququ haqqında şahədətnamə cavabdehin iradəsi ilə mənə verilib və cavabdeh həmin vərəsəlik işi üzrə özünə məxsus olan hüquqlarından imtina edib və bu mübahisəyə qədər onlar tərəflər olaraq 3 instansiya məhkəməsində üz-üzə gəlmişdir. Həmin iş materilarında əsas sənəd tərəfin mübahisə etdiyi vərəsəlik şəhadətnaməsi olmuşdur. Məhkəmə cavabdehin həmin şahədətnaməni 3 il ərzində deyil və qeyd etdiyi kimi əvvəlki 3 instansiya məhkəmə mübahisələrində deyil, indi məlum məhkəmə işinin 14-cü iclasında mübahisələndirməsinə heç bir münasibət bildirməyərək icraatı dayandırması qərardadın qanuni və əsaslı olmadığının göstəricisidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər dayandırılır. 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi “X5rşı” (## ###### 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi, digər məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə icraatda olan işə baxılması mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Başqa sözlə, belə hallarda işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, digər icraat üzrə mübahisəli hüquq münasibəti nizamlananadək hazırkı işə baxılması ümumiyyətlə mümkün olmasın. Əks halda mülki iş üzrə başlanılmış məhkəmə prosesi icraatda olan iş üzrə mübahisə öz həllini tapanadək təxirəsalınmadan davam etdirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi icraatın dayandırılması barədə qərardadda bu halı ümumiyyətlə müzakirə etməmiş və hazırki işə baxılmasının mümkün olmamasının nədən ibarət olmasını göstərməmiş, sadəcə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında *(*-**)-****/**** saylı, iddiaçı cavabdeh2 cavabdehlər İddiaçı və Bakı şəhəri ** saylı notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi” tələbinə dair mülki iş olmasına əsaslanmışdır. Mülki prosessual qanunvericiliyə görə müxtəlif məhkəmələrin icraatında olan işlər biribiri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, ilk öncə yuxarıda göstərilən tələblərin biri-biri ilə əlaqəli olub-olmaması, onlara birlikdə baxılmasının mümkünlüyü məhkəmə iclasında müzakirə edilməli, mümkün olduğu halda prosessual müddətlərə qənaət edilməsi, işin ədalətli və açıq araşdırılması üçün müvafiq prosessual hərəkətlər edilməlidir. Odur ki, yuxarıda qeyd edilənlər araşdırılmadan məhkəmənin gəldiyi hazırkı nəticə qanuni və əsaslı sayıla bilməz. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, prosessual hüquq normaları pozulduğundan şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticə Şərh olunanlara əsasən və MPM-nin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar