Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2990/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı iş üzrə QƏTNAMƏ İş № *(3-6)-2990/2026 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi Quliyev İlham Əliseyfəl oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026cı il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə ## ######## 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 2874,85 manat borcun iddiaçıya məxsus *************** saylı abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır. Faktiki olaraq ünvan 3 ünvanında yaşayır. ##.##.2012-ci ildə ünvan 3 ünvanına abonentin iştirakı ilə G4 markalı, SMART tipli, 1202AQ1********** nömrəli sayğac quraşdırılmış, plomb vurulmuş, *************** saylı kod verilmiş, lakin "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilməmiş və “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmamışdır. ##.##.2019-cu il tarixdə, saat 14:20 radələrində abonentin və ya ailə üzvlərinin iştirakı olmadan ünvan 3 ünvanında quraşdırılmış 1202AQ1********** saylı qaz sayğacına baxış keçirilərkən guya sayğacdan kənar təbii qaz xətti aşkar edilmiş, foto-video çəkilmiş, kənar qaz xəttinin hansı ünvana aid olmasına dair foto-şəkillər çəkilməmiş, sayğacdan kənar əlavə qaz xətti ləğv edilmiş və qeyd olunan faktla bağlı 7344 m3 itirilmiş qazın dəyərinin hesablanmasına dair Cavabdeh İB-nin nümayəndələri tərəfindən ##.##.2019-cu il tarixli, 0226871 №li akt tərtib edilmişdir. Lakin həmin akt abonentə və ya ailə üzvlərinə təqdim edilməmişdir. Halbuki həmin vaxt abonent və ailə üzvləri evdə olmuşlar. Hesab edir ki, birliyin əməkdaşları tərəfindən çəkilmiş fotoşəkillər etibarlı sübut kimi qəbul edilə bilməz, çünki sayğacdan kənar aşkar edilmiş qaz xəttinin hansı istiqamətə getməsinə və hansı həyətə daxil olmasına dair foto-şəkillər çəkilməmişdir. Aşkar edilmiş kənar xətt abonentə deyil, kənat xətt qonşuya aiddir. Belə ki, Bilgəh qəsəbəsi, XX Qurultay küçəsi, ev 27 ünvanına qaz təchizatı xətti həmin evin arxa küçəsindən, yəni Nardaran qəsəbəsi, M.Hüseynzadə küçəsi tərəfindən çəkilmişdir. Bakı Regional Qazın Satışı Departamentinin ##.##.2019-cu il tarixli "Dəymiş ziyanın bərpası"na dair tələbnaməsinə əsasən "dəymiş ziyan həcminin hesablanması" məqsədi ilə 7344 m3 dəymiş ziyanın həcmi hesablanmış və abonentin hesab koduna 734,40 manat borc yazılmışdır. Bilgəh qəsəbəsi, XX Qurultay küçəsi, ev 27 ünvanında quraşdırılmış 1202AQ1********** №li qaz sayğacı STS *********** saylı qaz sayğacı ilə əvəz eilmiş, plomb vurulmuş, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilməmiş və “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmamışdır. ##.##.2019-cu ci il tarixində abonentin və ya ailə üzvlərinin iştirakı olmadan Bilgəh qəsəbəsi, XX Qurultay küçəsi, ev 27 ünvanında quraşdırılmış STS 48003128757 №li qaz sayğacı “Zenner G4” mexaniki tipli, 20110032470 №li qaz sayğacı ilə əvəz eilmiş, plomb vurulmuş, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilməmiş və “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmamışdır. Eyni qayda ilə bir neçə dəfə aktlar tərtib edilmişdir. Küçədə quraşdırılmış qaz sayğacına və qaz xəttinə abonent nəzarət etmir və sayğacın işlək vəziyyətdə olmasına, qaz xəttinin deşilməsinə abonent cavabdeh deyildir. İddiaçı tərəfindən mübahisələndirilən həmin aktlar abonentin və ya ailə üzvlərinin iştirakı olmadan tərtib edilmiş və abonent və ya ailə üzvləri tərəfindən imzalanmamışdır, baxmayaraq ki, qeyd olunan ünvana dəfələrlə baxış keçirilsə də, abonentin və ya ailə üzvlərinin iştirakı təmin edilməmişdir. Ümumiyyətlə nə abonentin, nə də qonşuların həmin aktlardan xəbərləri olmamışdır. Abonentin imzalamadığı həmin aktlar əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübutlar sayılmadığı üçün həmin ləğv edilməlidir. Aktlar tərtib olunarkən bir nüsxəsi abonentə verilməli idi. Lakin cavabdeh aktların abonentə təqdim olunmasını sübut edə bilmir. Birliyin əməkdaşları tərəfindən çəkilmiş təkrar fotoşəkillər etibarlı sübut kimi qəbul edilə bilməz. Çünki fotoşəkillərin hansı vaxtlarda və harada çəkilməsi müəyyən edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İXM-də və Azərbaycan Respublikası CM-də nəzərdə tutulmuşdur ki, təbii qaz şəbəkəsinə qanunsuz qoşulmaqla təbii qazdan istifadə edilməsi, vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində qanunsuz qoşulma faktı olduğu halda, cavabdehin bu fakt barədə hüquq-mühafizə orqanlarına məlumat vermədən aktlar tərtib etməsi onların mötəbərliyi barədə şübhə yaradır. Cavabdeh Cavabdeh İB-nin nümayəndələri tərəfindən həmin aktlar əsasında qeyd olunan hesab koduna əsassız olaraq borc hesablanmışdır. Hesab edir ki, cavabdehin hesabladığı dəymiş ziyan qanunsuz və əsassıdır. Eyni zamanda ona borcu olması barədə 7 il sonra məlumat verilmişdir.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçı İddiaçı istifadəsində olan *************** saylı abonent koduna əsassız olaraq hesablanmış 1771 (bir min yeddi yüz yetmiş bir) manat məbləğində borcun silinməsi cavabdeh Cavabdeh İstehsalat Birliyinə həvalə edilmiş, cavabdeh Cavabdeh İstehsalat Birliyindən 34,71 (otuz dörd manat yetmiş bir qəpik) manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3, 18 və 26-cı maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11.6, 13.9-cu maddələrinə, “Qazdan İstifadə Qaydaları”nın 1.3, 1.4, 3.4.1, 6.5, 6.6, 6.7-ci bəndlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayətinin dəlillərinə görə, iddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh İstehsalat Birliyinin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdi ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, 1-ci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Apellyasiya baxışında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi Quliyev İlham Əliseyfəl oğlu apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir.
9. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabddeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Həmçinin cavabdeh elektron məhkəmə informasiya sistemi vasitəsilə vəsasət ünvanlayaraq mübahisələndirilən aktlar üzrə daha öncə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olması səbəbindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
10. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu
11. Maddə 13. 8-ci bəndi. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»
12. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
13. Bənd 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
14. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
15. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
16. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
17. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
18. Bənd 6.6 Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.
19. Bənd 6.7 Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Hazırki iş üzrə iddia qismən – 1771 manat borcun silinməsi hissəsində təmin edildiyindən, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsinin “ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə İddiaçı məxsus abonent kodu olan 100450216400027 üzrə ##.##.2019-cu il tarixli, 0226871 №li akta əsasən hesablanmış 734,40 manat, ##.##.2020-ci il tarixli, 0273654 №li akta əsasən hesablanmış 590,20 manat və ##.##.2020-ci il tarixli, 0255906 №li akta əsasən hesablanmış 295,20 manat məbləğində borcun silinməsi” hissəsində Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)- ****/**** saylı qərardadı ilə ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verildiyindən, qətnamə qalan hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının hədləri çərçivəsində dəyişdirilmədən saxlanılmalıdır.
28. Kollegiya əvvəlcə qeyd edir ki, yuxarıda da göstərildiyi kimi hazırki iş üzrə iddiaçının iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən – 1771 manat borcun silinməsi hissəsində təmin edilsə də, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)- ****/**** saylı qərardadı ilə sözügedən qətnamə iddianın “ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə İddiaçı məxsus abonent kodu olan 100450216400027 üzrə ##.##.2019-cu il tarixli, 0226871 №li akta əsasən hesablanmış 734,40 manat, ##.##.2020-ci il tarixli, 0273654 №li akta əsasən hesablanmış 590,20 manat və ##.##.2020-ci il tarixli, 0255906 №li akta əsasən hesablanmış 295,20 manat məbləğində borcun silinməsi” hissəsində ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Ona görə də kollegiya iddia tələbinin qalan 151,20 manat hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.
29. Belə ki, iş materiallarında olan Abonent kodu 100450216400027 olan abonent saldosundan görünür ki, abonent İddiaçı 2012-ci ilin sentyabr ayında 151,20 manat borc hesablanmışdır.
30. Kollegiya qeyd edir ki, sözügedən borc məbləği öz əksini yalnız abonent saldosunda tapmış, həmin məbləğin tələb edilməsinə əsas ola biləcək akt isə, ümumiyyətlə, iş materiallarında mövcud olmamış, cavabdeh isə bunu təkzib edən hər hansı dəlil təqdim edə bilməmişdir.
31. Beləliklıə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus mənzildə quraşdırılan sayğaca baxış keçirilən zaman sayğaca müdaxilə edilməsi və təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi əsası ilə akt tərtib edildiyi iddia edilsə də, məhkəmə araşdırması zamanı həmin akt, yaxud iddiaçı tərəfindən sayğaca müdaxilə etməsi və təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi faktı öz təsdiqini tapmamışdır.
32. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh bununla bağlı mövqeyini əsaslandıra bilməmiş, sübutlar təqdim edilməmişdir.
33. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
34. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
35. Digər tərəfdən, istehlakçının illərlə qazpaylayıcısına davamlı zərər vurmasına görə qazpaylayıcının səssiz qalması inandırıcı görünmür. Belə ki, qanunsuz qaz xəttinə qoşulmasına təkcə vurulmuş zərər deyil, həmçinin əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən bu istiqamətdə hər hansı hərəkət edilməsi iş materiallarında müəyyən edilmir.
36. Beləliklə, kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə əsas vermir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).
38. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
40. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
41. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi (baxılan hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Sabit Bəhramzadə