Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-310/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə orta aylıq əmək haqqının və ezamiyyət pulunun ödənilməsi, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödəncin verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X15 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Tural Xəlil oğlunun katibliyi, Iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı filialına (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Bakı şəhər Idarəsi və X4 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı "əmrin ləğv edilməsi, işə bərpa və s." tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı
1. “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə İddiaçı arasında ##.##.2021-ci tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, müqavilədə işçinin əmək haqqı 549,16 manat, məzuniyyət günlərinin sayı 21 gün, iş saatı həftədə 40 saat göstərilmişdir.
2. “xxxx” Şirkətinin Azərbaycandakı Filialının ##.##.2022-ci il tarixli, ***/K nömrəli əmri ilə İddiaçı tarif maaşı 669,72 manat müəyyən edilmişdir.
3. “xxxx” Şirkətinin Azərbaycandakı Filialının ##.##.2022-ci il tarixli əmrinə əsasən İddiaçı ##.##.2021-ci ildən, ##.##.2022-ci il hesabına 21 təqvim günü müddətinə ##.##.2022-ci tarixdən, ##.##.2022-ci il tarixədək əmək məzuniyyətinə buraxılması əmr edilmişdir.
4. “xxxx” Şirkətinin direktoru X33 ##.##.2023-cü il tarixli, ***/M nömrəli əmrinə əsasən İddiaçı da daxil olmaqla filialda çalışan əməkdaşların 2022-ci təqvim ilində əmək funksiyalarını yüksək səviyyədə yerinə yetirdiyi üçün mükafatlandırılması əmr edilmiş, İddiaçı 600 manat mükafat verilmişdir.
5. “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı filialı ##.##.2016-cı il tarixdə dövlət reyestrində qeydiyyata alınmaqla, filialın rəhbəri X34 göstərilmiş, ##.##.2023-cü il tarixli reyestr məlumatlarına əsasən isə filialın dövlət reyestrində müvafiq dəyişikliklər edilmiş və qanuni təmsilçi olaraq X8 qeydiyyata alınmışdır.
6. Şirkətin Azərbaycan Respublikasındakı filialının direktoru işləmiş X34, insan resursları üzrə mütəxəssis və mühasib köməkçisi işləmiş X1, texniki müdiri işləmiş X5, anbardar işləmiş X9, həmçinin texniki müdir köməkçisi vəzifəsində işləmiş X10, eləcə də satış nümayəndələri adı altında işləmiş X20 və X2 əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi və onların əməllərində mənimsəmə, dələduzluq və özbaşınalıq cinayət əməlləri olduğundan barələrində tədbir görülməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edilməsi barədə “xxxx” şirkətinin təsisçisi X8 tərəfindən ##.##.2023-cü il tarixli qərar qəbul edilmişdir.
7. “xxxx” Şirkətinin ##.##.2023-cü il tarixli, ** nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinə əsasən “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filial bölməsində “Anbardar” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış *******001100 nömrəli əmək müqaviləsinə, Azərbaycan Respublikası ƏM-nin ** nömrəli maddəsinin «ç» (işçi özünün əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndinə əsasən ##.##.2023-cü il tarixində xitam verilmişdir.
8. “xxxx” Şirkətinin Azərbaycandakı Filialının ##.##.2024-cü il tarixli qərarına əsasən “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının keçmiş direktoru X33 tərəfindən ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək verilmiş bütün ezamiyyət, mükafat və əmək haqqının artırılması barədə verilmiş əmrlərin etibarsız və qanunsuz hesab edilməsi, “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının keçmiş direktoru X33 tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək saxta sənəd verməsi barədə hüquqmühafizə orqanlarına müraciət edilməsi qərara alınmışdır.
9. X17 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən İddiaçı ##.##.2023-cü il tarixli müraciətinə cavab olaraq müraciətdə qeyd edilən məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
10. Iddiaçı İddiaçı cavabdeh “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı filialına (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Bakı şəhər Idarəsi və X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” Anonim Şirkətinin AR Filiatlı tərəfindən iddiaçı İddiaçı AR Əmək Məcəlləsinin 70/ç maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair ##.##.2023-cü il tarixli ** saylı əmrin ləğv edilməsinə və məcburi iş buraxma müddəti üçün əmək haqqı, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə ödəniləcək məzuniyyət haqqının, ezamiyyə xərclərinin və təyin edilmiş mükafat məbləğinin, 2023-cü ilin fevral ayı üçün ödənilməyən əmək haqqının ödənilməklə iddiaçı İddiaçı cavabdeh “xxxx” Anonim Şirkətinin AR Filialında anbardar vəzifəsinə bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək: - cavabdeh “xxxx” Anonim Şirkətinin AR Filialı tərəfindən iddiaçı X7 AR Əmək Məcəlləsinin 70/ç maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair ##.##.2023-cü il tarixli ** saylı əmrin ləğv edilməsi və cavabdeh “xxxx” Anonim Şirkətinin AR Filialında anbardar vəzifəsinə bərpa edilməsi, - ##.##.2023-cü il tarixindən işə bərpa edilən günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, - ##.##.2022 - ##.##.2023-cü iş ilinə görə istifadə edilməyən 9 gün müddətinə əmək məzuniyyətinə görə ona 198,27 manat kompensasiya ödənilməsi, - ##.##.2023- ##.##.2023-cü il tarixləri arasında Türkiyə Respublikasının Istanbul şəhərində olan ezamiyyətə görə 1.854,77 manat ezamiyyə xərclərinin ödənilməsi, - 2023-cü ilin fevral ayı üçün ödənilməmiş əmək haqqı olaraq 1.052,28 manat və gecikdirilmiş həmin pul vəsaitinə günlük 1% hesablanmaqla İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ilə cavabdeh “xxxx” Şirkətinin AR Filialı arasında ##.##.2021-ci il tarixində müddətsiz əmək müqaviləsi bağlanılmış, həmin tarixdə əmək müqaviləsinin bağlanılması ilə bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişi həmin elektron informasiya sistemində qeydiyyata alınmış və əmək müqaviləsi hüquqi qüvvəyə minmişdir. Iddiaçı İddiaçı cavabdeh müəssisədə anbardar vəzifəsinə qəbul olunmuşdur. Iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ##.##.2023-cü il tarixində cavabdeh müəssisə tərəfindən heç bir əsas göstərilmədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70/ç maddəsi ilə ** saylı əmrlə işdən azad edilmişdir. Bu barədə işçi xəbərdar edilmədiyi üçün iddiaçı ##.##.2023-cü il və ##.##.2023-cü il tarixlərində də əmək müqaviləsi üzrə funksiyalarına da davam etmişdir. ##.##.2023-cü il tarixində cavabdeh müəssisənin işçisi Türkiyə Respublikasının vətəndaşı Fırat Aktaş ona bildirmişdir ki, onun əmək müqaviləsinə xitam verilmişdir. Iddiaçı İddiaçı ilə cavabdeh müəssisə arasında imzalanmış olan əmək müqaviləsinə ##.##.2023-cü il tarixində AR Əmək Məcəlləsinin 70/ç maddəsi ilə xitam verilməsinə dair ** saylı əmrın surəti hal-hazırdakı dövrə qədər iddiaçıya təqdim olunmamışdır. 2023-ci ilin mart ayı tarixindən etibarən dəfələrcə şifahi və rəsmi qaydada poçt vasitəsi ilə müraciət edib iddiaçının işdən azad edilməsi barədə əmrin surətini, əmək kitabçasını və son haqq-hesabın ödənilməsi üçün müraciət etsə də, buna cavabdeh müəssisə tərəfindən məhəl qoyulmamışdır. Bundan sonra ##.##.2023-cü il tarixində AR X16 Xidmətinə ərizə ilə müraciət edərək bu qanunsuzluqların aradan qaldırılması, iddiaçıya işdən çıxarma barədə əmrin surətini, əmək kitabçasının və son haqq hesabın verilmədiyi bildirilmişdir. Xidmətin Bakı şəhər Idarəsi tərəfindən verilən ##.##.2023-cü il tarixli cavab məktubunda edilən müraciətə Xidmətin Bakı şəhər idarəsində baxıldığını, cavabdeh müəssisənin faktiki və hüquqi ünvanına məktub göndərildiyini, lakin cavabdeh müəssisənin tələb olunan sənədləri təqdim etmədiyi, həmçinin qeyd edilən ünvandan köçdüyü müəyyən olunmuşdur. Bundan sonra yenidən tərəfindən ##.##.2023-cü il tarixində X16 Xidmətinə müraciət olunmuş, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən ##.##.2023-cü il tarixində verilən cavabda müəssisənin qeyd edilən ünvandan köçdüyü bildirilmiş, həmçinin Xidmət tərəfindən aparılan araşdırmalar zamanı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi “xxxx” altsisteminə baxış keçirilərkən iddiaçı ilə cavabdeh müəssisə arasında ##.##.2018-ci il tarixində bağlanmış əmək müqaviləsinə dair bildirişin ##.##.2023-cü il tarixində X11 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verildiyinin müəyyən edildiyi bildirilmişdir. Işdə olan materiallardan da göründüyü kimi iddiaçı tərəfindən şikayətin araşdırılması ilə bağlı dəfələrlə X16 müraciət edildiyi və gedildiyi halda, cavabdeh müəssisə tərəfindən bir dəfə də olsun X16 gəlinməmiş, sənədlərin verilməməsi və son haqq-hesabın ödənilməməsi ilə bağlı heç bir izahat verilməmişdir. Yəni hal-hazırdakı dövrə qədər iddiaçının işdən azad edilməsi ilə bağlı əmrinin surəti, əmək kitabçası və işçinin son haqq-hesabı cavabdeh müəssisədə qalmaqdadır. Bu gün X16 belə cavabdeh müəssisədən əmıək kitabçasının, işdən azad edilmək bardə əmrin surətinin alınıb hüquqları pozulmuş işçiyə verilməsi ilə bağlı tədbir görə bilməməkdədir. X11 ərizə ilə Abşeron Rayon Polis Idarəsinə ərizə ilə müraciət edərək “xxxx” Şirkətinin AR Filialının əvvəlki qanuni təmsilçisi X33 və şirkətin digər işçilərinin onlara olan etibarından sui-istifadə edərək Filiala məxsus daşınar əmlaklar və malları qanunsuz olaraq ələ keçirtdiyini bildirmişdir. Abşeron RPI-nin Istintaq Şöbəsinin baş müstəntiqi R X12 tərəfindən X11 tərəfindən edilmiş müraciət əsasında toplanmış materiallara qiymət verilərək ##.##.2023-cü il tarixində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Yəni cavabdeh müəssisə işdən azad edilmənin səbəbindən və şərtlərindən asılı olmayaraq bu sənədləri verməli, son haqq-hesabı işçini hesabına ödəməlidir. Bu günə qədər əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq son haqq-hesab iddiaçıya ödənilməmişdir. Həmçinin, işçinin işdən çıxarılan günə qədər istifadə etmədiyi 12 gün əmək məzuniyyətinə görə ona 264,48 manat kompensasiya da ödənilməmişdir. Halbuki, Əmək Məcəlləsinin 144-cü maddəsinin tələblərindən də göründüyü kimi əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmçinin, iddiaçı İddiaçı işdən azad edildiyi gün 2023-cü ilin fevral ayının son günü idi. Iddiaçıya 2023-cü ilin fevral ayının əmək haqqısı 1.052,28 manat da bu günə qədər ödənilməmişdir. Bundan başqa iddiaçı İddiaçı ##.##.2023 — ##.##.2023-cü il tarixləri arasında ümumilikdə 5 gün müddətində Türkiyə Respublikasında xidməti ezamiyyətdə olmuşdur. Nazirlər Kabinetinin “X23” ** saylı qərarının tələblərinə əsasən də iddiaçıya xidməti ezamiyyətdə olduğu müddət ərzində və işdən azad olunduqdan sonra ezamiyyə xərcləri ödənilməmişdir. Bu da ümumlikdə 1.854,77 manat təşkil etməkdədir. Məlumat üçün qeyd edir ki, ezamiyyə xərcləri ilə bağlı ödəniləcək ezamiyyə xərcləri ilə bağlı işəgötürən tərəfindən tutulmalı olan sosial sığorta haqları tutularaq dövlət büdcəsinə də ödənilmişdir. Iddiaçı İddiaçı işdən azad edilərkən Əmək Məcəlləsinin başqa tələbləri də kobud surətdə pozulmuşdur. Belə ki, işdən çıxarılma barədə əmrdə sadəcə Əmək Məcəlləsinin 70/ç maddəsinə istinad olunmuş, sadəcə maddənin mətni elektron informasiya sistemində müəyyən edilən əmrdə qeyd olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70/ç maddəsinə əsasənişçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddənin dispozisiyasından da göründüyü kimi işçinin əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi üçün işçi ya əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməməlidir və yaxud da Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallardan hər hansı biri baş verməlidir. Onlar üçün də çox maraqlıdır ki, iddiaçıİddiaçı əmək müqaviləsinə xitam verilərkən 70/ç maddəsinə istinad olunması əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya 72-ci maddəsində qeyd edilən əmək vəzifələrinin kobud şəkildə pozulmasını təsdiq edən hallar nədir? Belə ki, ƏM-nin 72-ci maddəsində qeyd edilən hallardan hansı iddiaçı İddiaçı tərəfindən törədilmişdir ki, iddiaçının həmin maddə ilə əmək fəaliyyətinə xitam verilmişdir? İddiaçı əmək müqaviləsinə xitam verilməmişdən 2 gün əvvəl – yəni ##.##.2023-cü il tarixində cavabdeh “xxxx” Anonim Şirkətinin AR Filialı tərəfindən ***/M saylı əmrlə 2022-ci il tarixində əmək funksiyalarını yüksək şəkildə yerinə yetirdiyinə görə 600 manat məbləğində mükafatlandırılmışdır. Qeyd edilən mükafat da bu günə qədər işçinin əmək haqqı hesabına köçürülməmişdir. Necə olur ki, ##.##.2023-cü il tarixində əmək funksiyalarını yüsksək şəkildə yerinə yetirdiyinə görə mükafatlandırılan işçi 2 təqvim günü sonra Əmək Məcəlləsinin 70/ç maddəsi ilə işdən azad edilir? Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
13. Cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı yazılı etiraz verərək göstərmişdir ki, iddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirmir və yalnız iddiaçının formal fərziyyələri ilə əsaslandırılmışdır. Bundan əlavə, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən də müəyyən olunur ki, elektron sistemə daxil edilmiş əmr və əmək nüqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi çap edilərək iddiaçıya ##.##.2023-cü il tarixdə təqdim olunmuşdur. Bundan əlavə, filial tərəfindən ##.##.2023-cü il tarixli ** saylı əmr iddiaçıya ##.##.2023-cü il tarixdə poçt vasitəsi ilə göndərilmişdir. Əmək Məcəlləsinin 294-cü maddəsinə görə: 1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Qeyd edir ki, iddia müddətinin keçməsi barədə tərəfindən verilən ərizə məhkəmə üçün ilkin iddiadan imtina edilməsinə dair qətnamə çıxarılmasına qeyd- şərtsiz əsas yaradır. Odur ki, iddiaçi İddiaçı tərəfindən iddia tələbi qanunla müəyyən edilmiş iddia müddəti keçməklə verildiyi üçün həmin iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi və ekspert rəyi alınanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır.
15. ##.##.2025-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, *-**-**/*-*/****/**** nömrəli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat məktubu daxil olmuşdur.
16. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi və ekspert rəyi alınanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır.
17. Məhkəməyə ##.##.2025-ci il tarixdə “xxxx” MMC-nin UNI/A-**-***/**** nömrəli rəyi, ##.##.2025-ci il tarixdə isə Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat məktubu daxil olmuşdur.
18. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim H.N.Miriyeva) iddia qismən təmin edilmiş, cavabdeh “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialından ##.##.2023-cü ildən ##.##.2023-cü ilədək iddiaçıya ödənilməmiş əmək haqqı və ##.##.2023 - ##.##.2023-cü il dövrü üzrə istifadə edilməmiş əmək məzuniyyətinin kompensasiyasının işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə uyğun hesablanmaqla iddiaçı İddiaçı verilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi, cavabdeh “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 50 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
19. Məhkəmə ilk növbədə iddianın “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər müddəalarına əsasən, iddia müddətinin tətbiqi anlayışı mülki və əmək mübahisələrində fərqli formada tənzimlənir. Belə ki, mülki qanunvericiliyə əsasən iddia müddətinin tətbiqinin mümkünlüyü iddia əsaslı olduğu halda yaranır, iddia əsassız olduqda isə bu məsələyə hər hansı hüquqi zərurət qalmır. Əmək qanunvericiliyində isə bu proses fərqli qaydada tənzimlənir. Belə ki, əmək qanunvericiliyinə əsasən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildikdə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməli və yalnız iddia müddətinin ötürülməsi öz təsdiqini tapmadığı halda iddiaya mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 6cı bəndində aydın formada təsbit edilmişdir. Həmin maddədə qeyd edilən “fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi iddia müddətinin ötürüldüyü və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyi halda mübahisəyə mahiyyəti üzrə baxılmasının qeyri-mümkün olduğunu özündə ehtiva edir. Hüquqi nəticə etibarı ilə iddia müddəti tətbiq edilməli olan mübahisəyə mahiyyəti üzrə baxılmalı deyil. Bu baxımdan, məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə alaraq, qeyd edilən iddia tələblərinə ilk növbədə iddia müddətinin tətbiq edilməli olubolmaması20. aspektindən qiymət verilməsini zəruri hesab etmişdir.
21. Məhkəmə qeyd etmişdir ki, iddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün başlıca normanı Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsi təşkil edir. Həmin normaya əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur.
22. Əmək Məcəlləsinin istinad olunan müddəalarına əsasən şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq isə qanunverici şəxsə əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqq-hesab sənədlərinin verildiyi tarixi hesab edir. Əmək Məcəlləsinin həmin müddəası işçinin hüququnun pozulduğunu bildiyi tarixin müəyyən edilməsinin mümkün olmadığı hallara aiddir. Belə ki, məhkəmə hesab etişdir ki, əmək münasibətlərində işçi daha zəif tərəf olmaqla, məhkəmədə müdafiəsini təşkil etmək məqsədi ilə ona zəruri sənədlər təqdim olunmalıdır. Lakin, onun bu hüququndan sui-istifadəsinə də yol verilməməlidir. Əks halda, iddia müddəti institutunun mahiyyətinə və məqsədlərinə xələl gətirilmiş olardı.
23. Digər tərəfdən məhkəmə o halı da qeyd edir ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinin əmək mübahisələri üzrə bütün hallara şamil edildiyi düşünülsə belə, qanunverici şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq yuxarıda istinad edilən 3 sənədin verilməsinin əsas götürüldüyünü qeyd edərkən məsələyə hərfi mənada və zahiri konseptdən yanaşmamışdır. Başqa sözlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cü maddəsinin ağlabatan mühakiməsi ondan ibarətdir ki, şəxs bu 3 sənədin verilməsi ilə işdən azad edildiyindən azad edilmə səbəbi barədə məlumatlı olur. Bu sənədlərin fiziki olaraq işçidə olmaması onun işdən azad edilməsi əsası barədə məlumatsız olması mənasını daşıya bilməz.
24. Nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsində işdən azad edilməsi barədə sənədlərin ona verilmədiyi mövqeyindən çıxış edərək məhz bu səbəbdən məhkəməyə qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürməklə - işdən azad olunduğu tarixdən 1 ilə yaxın müddət keçdikdən sonra müraciət etdiyini bildirmişdir. Halbuki iddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclasında verdiyi izahatında onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2023-cü il tarixdə məlumatının olduğunu bildirmişdir.
25. Müddət etibarı ilə iddiaçı ##.##.2023-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini bilmişdir. Iddiaçı, əmək müqaviləsinə xitam verilməsini həmin vaxt bilsə də, qanunvericilikdə nəzərdə tutulan müddət ərzində bu məsələni məhkəmə qaydasında mübahisələndirməmiş, yalnız X16 müraciətlər etməklə kifayətlənmişdir. Səbəb kimi əmək kitabçası, əmək müqaviləsinə xitam verilməsi barədə əmr və digər zəruri sənədlərin ona təqdim olunmamasını göstərir, hərçənd hazırkı iddianı qaldırarkən də həmin məsələ ilə bağlı hər hansı dəyişiklik baş verməmiş, yəni, müvafiq sənədlər onda olmamış, məhkəmə icraatı çərçivəsində cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir.
26. Göründüyü kimi iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2023-cü il tarixdən tam məlumatlı olmuşdur. Bu səbəbdən həmin əmrin məhkəmə qaydasında mübahisələndiriməsi ilə bağlı müddət axımının başlanması həmin hadisənin ertəsi günündən hesablanmalıdır. Bununla da bu qəbildən olan iddialar (işə bərpa) üçün nəzərdə tutulmuş 1 aylıq iddia müddəti ötürülmüşdür. Müddətin ötürülməsinin üzürlü hesab edilməsinə dair hər hansı halın baş verdiyi müəyyən edilməmişdir.
27. Iddia üzrə irəli sürülmüş “məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması” tələblərinin “əmrin ləğv edilməsi” tələbinə münasibətdə törəmə tələb olması və onların təmin edilib-edilməməsinin bilavasitə bu (əsas) tələbin təmin edilib-edilməməsindən asılı olması onun da rədd edilməsini şərtləndirir.
28. “##.##.2022-##.##.2023-cü iş ilinə görə istifadə edilməyən 9 gün müddətinə əmək məzuniyyətinə görə ona 198,27 manat kompensasiya ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, işdə olan “xxxx” Anonim Şirkətinin Azərbaycandakı Filialının ##.##.2022 ci il tarixli əmrindən görünür ki, İddiaçı iş ili ##.##.2021-ci il tarixdən hesablanmaqla, ilk iş ili üçün 21 gün (##.##.2022-ci tarixdən ##.##.2022-ci il tarixədək) əmək məzuniyyətindən istifadə etmişdir. Hazırda iddiaçı ikinci iş ilində əmək müqaviləsinə xitam verilənədək işlədiyi 5 aylıq müddət üçün ona hesablanmalı olan 9 günün məzuniyyət haqqını tələb edir.
29. Əmək qanunvericiliyin tələblərinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
30. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq qeyd etmişdir ki, iddiaçı ##.##.2023-cü il tarixdə hüququnun pozulduğunu bildiyi halda, məhkəməyə müraciət etdiyi ##.##.2024-cü il tarixə qədər hazırki tələblə bağlı halları mübahisələndirməməklə, həmin tarixdən bir ildən əvvəlki dövrə görə Əmək Məcəlləsinin 296cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş bir illik iddia müddətini ötürdüyünə görə, iddia müddəti tətbiq edilməklə iddia həmin dövr üzrə məzuniyyət haqqının ödənilməsi hissəsində rədd edilməlidir. Iddiaçının məhkəməyə müraciət etdiyi dövrdən əvvəlki müddət- ##.##.2023-##.##.2023-cü il tarixi üzrə isə iddiaçı tərəfindən istifadə edilməmiş məzuniyyət gününün olduğu müəyyən edilir. Cavabdeh tərəfindən işçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Odur ki, həmin dövr üzrə iddiaçı tərəfindən istifadə edilməmiş məzuniyyət günləri üçün pul əvəzinin (son haqq-hesab) işəgötürən tərəfindən hesablanmaqla iddiaçıya ödənilməsini məhkəmə məqsədəmüvafiq hesab edir.
31. Iddianın “##.##.2023-##.##.2023-cü il tarixləri arasında Türkiyə Respublikasının Istanbul şəhərində olan ezamiyyətə görə 1.854,77 manat ezamiyyə xərclərinin ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin hissədə iddia ərizəsi, müddət ötürülməməklə verilmişdir. Belə olan halda cavabdehin ərizəsi əsasında iddia müddətinin iddia tələbinin həmin hissəsinə münasibətdə tətbiqi istisna olunur.
32. Iddianın mahiyyətinə gəldikdə məhkəmə qeyd etmişdir ki, iddiaçı həmin tarixlərdə ezamiyyətdə olduğunu bildirsə də, iş materialları ilə bu hal öz təsdiqini tapmamışdır. Işdə olan mail yazışmasında (səh.36-38) iddiaçı da daxil olmaqla digər işçilərin səyahətə göndərilməsi göstərilsə də, yazışmanın başlığında, həmçinin məzmununda səfərin məqsədinin işçilərin motivasiya edilməsi aydın sezilir. Halbuki, işçinin müəssisə rəhbərinin sərəncamı (əmri) ilə daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır.
33. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, həmin hissədə iddia tələbi rədd edilməlidir.
34. Iddia tələbinin “2023-cü ilin fevral ayı üçün ödənilməmiş əmək haqqı olaraq 1.052,28 manatın ödənilməsi” hissəsinə münasibətdə qeyd olunur ki, məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan aydın olur ki, iddiaçıya fevral ayı üçün 2 dəfə- 15 və ## ###### 2023-cü il tarixdə müvafiq olaraq 200 və 700 manat əmək haqqı ödənişi həyata keçirilmişdir. Lakin həmin tarixdən, yəni, ##.##.2023-cü ildən iddiaçının işdən çıxan tarixədək, yəni, ##.##.2023-cü ilədək əmək haqqının ödənilmədiyi müəyyən edilir. Cavabdeh tərəfindən işçiyə həmin müddət ərzində gördüyü işə görə əmək haqqının ödənilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Ona görə də həmin hissədə iddia qismən təmin edilməli, ##.##.2023-cü ildən ##.##.2023-cü ilədək iddiaçıya ödənilməmiş əmək haqqı işəgötürən tərəfindən hesablanmaqla iddiaçıya ödənilməlidir.
35. Məhkəmə onu da qeyd etmişdir ki, məhkəmə tərəfindən əmək haqqı və son haqqhesab məbləğinin hesablanması ilə bağlı mühasibatlıq ekspertizası təyin olunsa da və ekspert rəyinin verilməsi üçün bir neçə dəfə Məhkəmə Ekspertizası Mərkəzinə müraciət olunsa da, məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Belə olan halda ödənilməli olan əmək haqqının dəqiq məbləğini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən məhkəmə əmək haqqı və son haqq hesabın məbləğinin işəgötürən tərəfindən qanunvericiliyin tələbinə uyğun hesablanıb ödənilməsi qənaətinə gəlmişdir.
36. Iddianın “gecikdirilmiş həmin pul vəsaitinə günlük 1% hesablanmaqla pulun ödənilməsi” hissəsinə münasibətdə qeyd olunur ki, məhkəmə iddiaçının həmin tələb ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etməsini nəzərə almalı və bu hissədə cavabdeh tərəfindən tətbiq olunması xahiş edilmiş 1 illik iddia müddəti tətbiq edilməlidir. Belə ki, iddiaçıya işdən çıxdığı ay üçün əmək haqqı son iş günü– ##.##.2023-cü il tarixdə ödənilməli olduğu halda ödənilməmiş, iddiaçı isə məhkəməyə 1 faiz ödəncin tutulmasını nəzərdə tutan ##.##.2025-ci il tarixdə “iddia tələbinin həcminin artırılması”na dair ərizə ilə müraciət etmişdir. Ona görə də 1 illik iddia müddəti tətbiq edilərək həmin hissədə iddia tələbi rədd edilməlidir.
37. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35, 60, 125 və 129-cü maddələrinə, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2-ci bəndinə, 83-cü maddəsinin 4-cü bəndinə, 110cu maddəsinin 1-ci bəndinə, 131-ci maddəsinin 3-cü bəndinə, 135-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə, 296-cı maddəsinin 2-ci, 3-cü, 4-cü və 6-cı bəndlərinə, Mülki Məcəllənin 375.2, 377.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296cı maddələrinin şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli qərarına, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ##.##.2012-ci il tarixli “X28”nın 1-ci və 7-ci bəndlərinə, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə ##.##.2009-cu il tarixli və Eskolano və digərləri Ispaniyaya qarşı iş üzrə ##.##.2000-ci il tarixli qərarlarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107, 119.2, 124.1, 217.3, 217.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
38. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
39. Apellyasiya şikayəti iddiaya uyğun olmaqla belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsimaddi hüquq norması qismində AR Əmək Məcəlləsinin 296.2, 296.4, 296.7-ci maddəsinin tələblərinə istinad etmişdir. Ancaq həmin maddənin 3-cü bəndinə istinad etməmiş, həmin maddənin tələblərini görməzlikdən gəlmişdir. Halbuki, istər iddia tələbi məhkəmədə irəli sürülən dövrə qədər, istərsə də iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsində araşdırılarkən cavabdeh tərəfindən nə əmrin surəti, nə əmək kitabçasının əsli təqdim edildi, nə də son haqq-hesab iddiaçının hesabına ödənildi. Məhkəmə iddia tələbi ilə cavabdeh tərəfindən sənədlərin təqdim olunmasını təmin edə bilmədi. Qətnamədə iddia müddətinin tətbiqi ilə bağlı bir-biri ilə ziddiyyət təşkil edən məsələlər məhz iddia müddətinin tətbiqində hüquqi tövsif kimi aparılmamışdır. Birinci instansiya məhkəməsi öz qətnməsində də birbaşa Əmək Məcəlkləsinin 296.3-cümaddəsinin ağlabatan mühakiməsinin işdən çıxarılan şəxsə 3 sənədin (işdən çıxarılmağa dair əmr, əmək kitabçası və ya son haqq-hesab sənədləri) verilməsini işdən azad edilmə səbəbi barədə məlumatlı olmasını təsdiq edir. Şəxs bu 3 sənəddən hər hansı biri iə təchiz olunursa, onun halnsı əsasla işdən çıxdığı ona məlum olur. Bu məfhumun müxalif yanaşması budur ki, əgər bu sənədlərdə hər hansı biri yoxdursa, işdən çıxarılan şəxsin işdən çıxardılma səbəbi barədə məlumat əldə etmə səbəbini bilməsi mümkün deyildir. Işçi AR Əmək Məcəlləsinin hansı maddəsi ilə işdən azad olunduğunu hansı şəkildə biləcəkdir? Və yaxud AR Əmək Məcəlləsinin 70/ç maddəsi ilə işdən azad edilən işçi hansı intizam tənbehini zərur bilən hərəkəti törətdiyini və buna görə də qeyd edilən maddə ilə işdən çıxarıldığını necə və ya hansı formada biləcəkdir? Belə ki, qeyd edilən işçinin işlədiyi müəssisənin pul vəsaitlərini mənimsəməklə işəgötürənin qanuni mənafelərini ciddi surətdə maddi ziyan vurduğu əsası gətirilməklə hüquq mühafizə orqanlarına müraciət olunmuşdu ki, bu xüsusat da öz təsdiqini tapmadı. Sadəcə olaraq iddia müddətinin tətbiqini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cü maddəsinin tələblərini əsas göstərərək, tətbiq etməklə birinci instansiya məhkəməsinin düzgün qənaətə gəlmədiyini qeyd etmək istəyir. Hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddəti ilə bağlı məsələni tətbiq edərkən düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Bildirmək istəyir ki, tərəfindən X16 Xidmətinə müraciət etdikdən və ona yazılı cavab verildikdən sonra işdən hansı maddə ilə azad edildiyini bilmişdir. Hətta məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş olan X16 Xidməti belə qeyd edilən sənədlərin alınıb iddiaçıya verilməsi üçün heç bir əməli tədbir görə bilməmişdir. Hüququn pozulmasının aşkar edildiyi gün məsələsi ilə bağlı bildirmək istəyir ki, AR Əmək Məcəlləsini 296.3-cü maddəsinin yanaşmasından da göründüyü kimi aşkar edilmə işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın) əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi tarixdən hesablanır. Işçiyə onun hüququnun pozulduğunu təsdiq sənəd – yəni işdən qanunsuz çıxarılmağa dair sənəd təqdim edilmir, ancaq işçiyə bunu 1 ay müddətində niyə mübahisələndirmədiyi iddia tələbinin əsası kimi göstərilir. Iddia ərizəsindən də göründüyü kimi iddiaçı özünün Əmək Məcəlləsinin 70/ç maddəsi ilə işdən çıxarıldığını bilməmiş, sədəcə cavabdeh müəssisənin başqa bir işçisi (cavabdehin səlahiyyətli nümayəndəsi və ya işəgötürəni yox) ona işdən çıxarıldığını şifahi qaydada bildirmişdir. Əgər cavabdeh hər hansı bir qanunu pozmamışdırsa, o zaman niyə işdən çıxarılma barədə əmrləri iddiaçıya təqdim etməmişdir? Işdə olan materiallardan da açıqaşkar görünür ki, işçiyə onun müəssisənin malını mənimsəməsi səbəbindən Əmək Məcəlləsinin 70/ç maddəsi ilə əmək müqaviləsinə xitam verildiyi bildirilməyib. Müəssisə rəhbərliyinin ASAN IMZA ilə törətdiyi əməllərdən işçi necə xəbər tutsun axı. Həmçinin bildirmək istəyir ki, işdə olan materiallardan da göründüyü kimi cavabdeh qurum prokurorluq orqanlarına və polis orqanlarına müraciət etməklə iddiaçının və onun iş yoldaşlarının cavabdeh müəssisəyə aid 745.135,63 manat pul vəsaitini mənimsədiyini iddia etmişdir. Yasamal rayon prokurorunun ##.##.2024-cü il tarixli məktubu, o cümlədən Yasamal Rayon prokurorluğunun müstəntiqinin ##.##.2025-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Yəni prokurorluq orqanları da iddiaçının və onun iş yoldaşlarının əməlində cinayət tərkibinin olmadığına qərar vermişlər. Ancaq işdə olan materiallardan da göründüyü kimi iddiaçı Məcəllənin 70/ç maddəsi ilə (təqsirli hərəkətləri(hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, o cümlədən iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi) xitam verilmişdir. Işçi Əmək Məcəlləsinin 70/ç maddəsi ilə işdən azad edilir, cavabdeh tərəfindən soruşduqda mülkiyyətçinin əmlakının və pul vəsaitlərinin mənimsənilməsi əsasında bu əmrin verildiyi bildirilir, istər polis, istərsə də prokurorluq orqanları tərəfindən aparılan araşdırma zamanı hər hansı bir mənimsəmə və ya oğurluq halının aşkar edilmədiyi istintaq orqanlarının qərarında öz əksini tapır və uzun müddətli araşdırmalardan sonra məlum olur ki, işçi mülkiyyətçiyə hər hansı bir formada maddi ziyan vurmamışdır. O zaman bu əmr qanunsuzdursa və işçinin uzun müddətdən sonra təqsirsizliyi sübuta yetirilirsə, hansı iddia müddətindən söhbət gedə bilər? Işçinin təqsirsizliyi yenicə sübuta yetirilib axı? Bundan başqa işçi bundan sonra öz pozulmuş hüququnu necə bərpə edəcək, məruz qalmış olduğu qanunsuz əmrin ləğvini hansı formada reallaşdıra biləcək? Bildirmək istəyir ki, iddiaçı İddiaçı iddia tələbi üzrə mülki iş məhkəmənin icraatında olarkən cavabdeh “xxxx” Anonim Şirkətinin AR Filialı tərəfindən verilən şikayət əsasında Yasamal rayon prokurorluğunda aparılan araşdırma da yekunlaşmışdır (buna dair yekun sənədi də birinci instansiya məhkəməsinə təqdim etmişdir.) Yasamal rayon prokurorluğu tərəfindən verilən ##.##.2024-cü il tarixli *-*/***/*-******/**** saylı məktubla cavabdehə bildirilmişdir ki, “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru X33 və filialının digər işçiləri tərəfindən ##.##.2016-cı il tarixdən ##.##.2023-cü il tarixədək olan dövr ərzində filiala məxsus 745.135,63 manat məbləğində vəsaitin mənimsənilməsi barədə Yasamal rayon prokurorluğuna daxil olmuş müraciətə baxıldığı, müraciətlə bağlı hər iki tərəfin təqdim etdiyi bir-birinə münasibətdə tam ziddiyyət təşkil edən fərqli-fərqli audit və mütəxəssis rəyləri mövcud olduğundan, o cümlədən qeyd olunan dövrə dair kassa, mədaxil/məxaric əməliyyatlarına dair sənədlər təqdim olunmadığından tərəflərin arasında olan mülki xarakterli kommersiya mübahisəsinin məhkəmə qaydasında həll edilməli olduğu bildirilmişdir. Yasamal rayon prokurorluğu tərəfindən verilən cavabdan da görülməkdədir ki, prokurorluq orqanları məsələyə tərəflər arasında mövcud olan mülki kommersiya mübahisəsi olaraq yanaşmaqda, hadisənin dələduzluq və ya mənimsəmə kimi olmadığını qeyd etməkdədir. Görüldüyü kimi daha əvvəlcədən Yasamal RPI və Abşeron RPI,sonradan isə Yasamal rayon prokurorluğu tərəfindən aparılan araşdırma ilə cavabdehin şikayət ərizəsində qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Məsələnin bir digər vacib məqamı ondan ibarətdir ki, birinci instansiya məhkəməsi prokurorluq tərəfindən verilən məktuba sübut kimi yanaşmadığı kimi həmin sənəddə qeyd edilənləri də düzgün tövsif etməmişdir. Halbuki, işdə olan sübutlardan da göründüyü kimi iş birinci instansiya məhkəməsinə daxil olarkən Yasamal rayon prokurorluğunda hələ də araşdırma gedirdi. Məhkəmə iddiaçının iddia müddətinin ötürdüyünü qeyd etməkdədir. Bildirmək istəyir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə müraciət olunarkən – (yəni ## ###### 2024-cü il tarixində) 9 aydan artıq bir müddət idi ki, Yasamal rayon prokurorluğunda araşdırma gedirdi. Məhz iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə müraciət edildikdən 10 ay sonra – yəni ## ###### 2024-cü il tarixində prokurorluq orqanları məsələnin mülki kommersiya xarakterli mübahisə olduğunu qeyd edərək tərəflərə məlumat vermişdir. Bundan başqa məlumat üçün bildirmək istəyir ki, Yasamal rayon Prokurorluğunu böyük müstəntiqi Elgün Cəbrayılov tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli qərara əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Maraqlı olan haldır ki, 2 ildən artıq bir vaxt keçdikdən sonra Yasamal rayon prokurorluğu əməldə cinayət tərkibinin olmadığını müəyyən edirsə, (iddiaçı da məhz mənimsəmə və yeyintiyə yol verildiyinə görə AR Əmək Məcəlləsinin 70/çmaddəsi ilə işdən azad edilmişdir) o zaman iddiaçı məhz hüququnun pozularaq onun əmək qanunvericiliyinə uyğun əmək müqaviləsinə xitam verildiyini həmin tarixdən hesablamalı deyildimi? O zaman ortaya haqlı olaraq bir sual çıxır:Əgər prokurorluq orqanları iddiaçının əməlində cinayət tərkibi müəyyən etsəydi, o zaman verilən əmrin AR Əmək Məcəlləsinin 70/ç maddəsinə uyğun olaraq qanuna uyğunluğu öz təsdiqini tapacaq, iddiaçının mülkiyyətçinin qanuni və əmlak mənafeyinə ciddi ziyan vurduğu öz təsdiqini tapacaqdı. Ancaq prokurorluq orqanları hər hansı bir qanun pozuntusu aşkar etməmişlərsə və bunu da ##.##.2024-cü il tarixində verilən məktubla və ##.##.2025-ci il tarixli qərarla hər iki tərəfə bildirmişlərsə, o zaman verilən əmrin qanunsuz olduğu aşkar edilir və iddiaçı da bunu həmin tarixdə öyrənmiş olur. Burada hansı iddia müddətinin ötürülməsindən söhbət gedə bilər? Və yaxud işçi iddia müddətini ötürmədən 1 ay müddətində əmrin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət edir və iddia tələbi təmin olunur, qanunsuz əmr ləğv edilir işçinin işə bərpa edilməsi barədə qətnamə qəbul edilir. Prokurorluq orqanları tərəfindən aparılan araşdırmalar zamanı işçinin təqsiri sübuta yetirilir və məsuliyyətə cəlb olunur. O zaman ortaya haqlı bir sual çıxır: işçinin işdən qanunsuz çıxarıldığı və bunun təsdiq edən məhkəmə qətnaməsinin hüquqi aqibəti necə olacaq? Iddiaçı barəsində şikayət üzrə araşdırma aparıldıqdan sonra faktın təsdiqini tapmaması və bunun əsasında əmrin əmək qanunuvericiliyinə zidd və qanunsuz olduğu öz təsdiqini tapırsa, və bu ##.##.2024-cü il tarixində prokurorluq orqanları tərəfindən verilən məktubla və ##.##.2025-ci il tarixli qərarla müəyyən edilirsə, hansı iddia müddətinin ötürülməsindən söhbət gedə bilərdi? Iddiaçı İddiaçı və digər iş yoldaşlarının mənimsəmə və ya dələduzluq, o cümlədən oğurluq hallarına yol vermədiyi prokurorluq orqanları tərəfindən verilən məktubla və qəbul edilmiş ##.##.2025-ci il tarixli qərarla öz təsdiqini tapırsa və bununla da əmrin qanunsuzluğu ortaya çıxırsa, o zamana qədər əmrin qanuni və ya qanunsuz olduğu necə müəyyən edilə bilərdi? Istintaq orqanı öz araşdırmasını yekunlaşdırmamışdı axı.... Məhkəmə isə işçinin məlumatlı olduğunu bildiyi halda müraciət etməməsinə görə iddia müddətini ötürdüyünü iddia etməkdədir. Iddiaçı isə nəyin əsasında işdən çıxarıldığından məlumatsızdır. Bütün bunları nəzərəalaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddəti ilə bağlı məsələni tətbiq edərkən düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Işdə olan materiallardan da göründüyü kimi, cavabdeh “Azinfo Dış Ticaretanonim Şirkəti” nin Azərbaycan Respublikasındakı Filialının o dövrdə olan direktoru X11 tərəfindən verilmiş olan əmrin surəti, əmək kitabçasının əsli İddiaçı təqdim edilməmiş, işdən çıxdığı günədək ödənilməli olan son haqq hesab ona ödənilməmişdir. Məhz Nəsimi rayon məhkəməsində iddia tələbi iddiaçıya son haqq-hesabın ödənilməsinə dair hissədə təmin edilmişdir. Maraqlı olan haldır ki, sənədlər cavabdeh müəssisədən dəfərlərcə istənilsə də, hər dəfə müxtəlif bəhanələrlə həmin sənədləri təqdim etməkdən imtina etmişlər və Nəsimi rayon məhkəməsinin hakimi Həbibə Miriyeva bu xüsusatı öz qətnaməsində bir dəfə də olsun belə qeyd etmək istəməmişdir. Bu da həmin hakimin işi necə də “obyektiv və hərtərəfli” araşdırdığına əyani sübut təşkil edir. Iddiaçı İddiaçı əmək müqaviləsinə xitam verildikdən sonra ona əmək müqaviləsinə xitam verilməsi ilə bağlı son haqq-hesab ödənilməmişdir. Bu isə birbaşa IXM-in 192.4-cü maddəsinin tələblərinə uyğun gəlməkdədir. Həmçinin birinci instansiya məhkəməsi hər nə qədər iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbini rədd etsə də, öz qətnaməsində əmək müqaviləsinə AR Əmək Müəcəlləsinin 70/ç maddəsi ilə xitam verilərkənəmək qanunvericiliyinin riayət edilmədiyini və iddianın bu hissədə əsaslı olmasını nəzərə aldığını qeyd etmişdir. Bu isə birbaşa AR inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinin kobud şəkildə pozulmasına əyani sübut təşkil edir. Birinci instanskya məhkəməsi öz qətnaməsində maddi hüquq norması qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ##.##.2012-ci il tarixli “X28”nın 1-ci bəndinə istinad etsə də, qeyd edilən qaydaların dövlət müəssisə və təşkilatları üçün nəzərdə tutulduğunu, bu qaydaların kommersiya qurumlarına heç bir aidiyyətinin olmadığını, kommersiya qurumları üçün AR Nazirlər Kabinetinin ezamiyyəyə dair qaydalarının və tələblərinin əsas götürüldüyünü diqqətə almamışdır. Aidiyyəti olmayan bir normativ aktı qətnamədə maddi hüquq norması qismində istinad etməklə iddia tələbinin bir hissəsinin rədd edilməsini aidyyəti olmayan bir aktla həyata keçirirsənsə, qəbul edilən qətnamənin “xxxx” heç kimdə şübhə doğurmur. Cavabdeh müəssisə ##.##.2023-cü il tarixində vermiş olduğu əmr əsasında işçinin qanunsuz olaraq işdən azad etdiyi üçün iddiaçının iddia tələbində gecidkirilmiş hər bir gün üçün bir faiz həcmində pul vəsaitini tələb edə bilməsi üçün əsasları mövcuddur. Birinci instansiya məhkəməsinin bu hissədə yanaşması ilə razılaşmaq mümkün deyildir. Belə ki, tələb edilən əmək haqqına gecikmə üçün 1%-lik günlük gecikmə faizinin hesablanması əsas tələbdən fərqli olaraq yardımçı bir tələbdir. Yəni iddiaçı onsuz da iddia tələbini məhkəmədə irəli sürərkən ödənilməmiş əmək haqqının ödənilməsini tələb etmişdi və burada da Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən pul tələbi ilə bağlı iddia müddəti ötürülməmişdi. Bu işin mübahisəsiz halıdır. Bu maddənin tələblərinə əsasən iddiaçı tərəf öz iddia tələbini irəli sürərkən həmin iddia tələbinin yardımçı tələbi olan 1%-lik gecikmə faizi də iddia tələbi üzrə yekun məhkəmə aktı çıxarılana qədər irəli sürülə bilər. Əsas tələbə iddia müddətinin tətbiq edilməyərək onun yardımçı və ya əlavə tələbinə iddia müddətinin tətbiq edilməsi qanunvericiliyin məntiqinə və qoyuluş məqsədinə uyğun gələ bilməz. Əsas tələb müzakirə edilmədən həmin tələbin yardımçı və ya əlavə tələbinə iddia müddətinin tətbiq edilməsini də hüquqi əsaslandırılmasının məhkəmə qətnaməsində görmək mümkün olmamışdır. Sadəcə maddi hüquq normaları məhkəmə qətnaməsində qeyd edilməklə yekunda bu səpkidə qətnamə qəbul edilmişdir. Yuxarıda da qeyd etdiyi kimi əsas tələb olmasa, yəni əmək haqqına dair tələb hüququ olmazsa, ona dair hər hansı bir gecikmə faizinin istənilməsindən söhbət gedə bilməz. 1 il 10 ay müddətində heç bir əsas olmadan məhkəmə işi dəfələrcə ekspertizaya göndərib işin yekunlaşmasında süründürməçiliyə yol verdiyində heç bir problem olmur, ancaq iddiaçı məhkəmə işi davam edərkən iddia tələblərindən biri olan gecikmiş əmək haqqına görə günlük 1 faizlik cərimənin də ödənilməsini istəyəndə nədənsə məhkəmənin yaddına iddia müddəti düşür. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi cavabdeh “xxxx” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindənverilmiş heç bir əsası olmayan ##.##.2024-cü il tarixli ** saylı "xxxx" ŞirkətininAzərbaycan RespublikasındakıFilialının keçmiş direktoru X33 tərəfindən ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək verilmiş bütün ezamiyyət, mükafat və əmək haqqının artırılması barədə əmrlərin etibarsız və qanunsuz hesab edilməsi barədə əmrə sübut kimi qiymət vermişdir. Məhkəmə bu əmrin verilmə tarixini ##.##.2023 olaraq qeyd etmişdir. Halbuki, bu əmr ##.##.2024-cü il tarixində - mülki iş Nəsimi rayon məhkəməsinin hakimi Ramin Xəlilovun icraatında olarkən verilmişdir. Bu isə onu deməyə əsas verir ki, bu əmr mübahisə edilən əmrin verilməsindən tam1 il 5 gün sonra – iş məhkəmədə olarkən verilmişdir. Ancaq məhkəmənin yanaşmasından isə belə anlaşılır ki, Filialın əvvəlki direktoru, digər işçilər və o cümlədən iddiaçı işdən azad edildikdən 4 gün sonra belə bir əmr verilərək daha əvvəlcədən verilmiş bütün əmrləri etibarsız hesab edilməsi qərara alınmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
41. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, ekspert ona zəng edərək xərcin ödənilməsini, işin onun xeyrinə həll olunacağını bildirdi, o isə məbləği ödəməyə razı olmadığını, auditin məhkəmə tərəfindən təyin edildiyini bildirdi. Ezamiyyətdə olduğu zaman onun öz xərcləri də çıxmışdır. Onun əmək haqqı kartına köçürülmüş məbləğlər əmək haqqı olmamış, anbardar işlədiyinə görə şirkət üçün malların, materialların alışı ilə bağlı olmuşdur.
42. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, audit rəyi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. Bütün sübutlar cavabdeh şirkət tərəfindən auditora təqdim edilmişdir.
43. Iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ünvanladığı ərizədə həmçinin qeyd etmişdir ki, iş Nəsimi rayon məhkəməsinin icraatında olarkən dəfələrcə sənədlərin ekspertizaya təqdim edilməsi cavabdehdən istənildiyi halda heç bir sənəd təqdim edilmir, rəy verilməkdən imtina edilir. Ancaq auditor iddiaçı ilə xidmət müqaviləsi bağlamağı təklif edir və iddiaçı bununla razılaşmır, daha sonra isə cavabdeh rəyin bu şəkildə verilməsinə əsas təşkil edən sənədləri auditora təqdim edir və rəyin bu şəkildə verilməsinə nail olur. Axı bu sənədlər daha əvvəlcədən də cavabdehdən istənilmişdi. Bu səbəbdən hesab edir ki, rəyi vermiş auditorun mütəxəssis kimi davrandığı qeyri-obyektivdir və onun tərəfindən verilən rəyin obyektivliyinə şübhə yaradır.
Tətbiq edilən hüquq
44. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 3. 9-1. Ezamiyyət – işəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçinin müəyyən olunmuş müddətə iş yerindən başqa yerə işəgötürənin qanunauyğun tapşırığını yerinə yetirmək üçün getməsi. Maddə 9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: ö) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş ezamiyyə xərcləri normalarından az olmayan məbləğdə ezamiyyə xərclərini almaq. Maddə 11.“b”. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70 “ç”. Işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 83.4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Maddə 110.1. Işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Maddə 135. 2-ci hissə. Işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Maddə 140.1 1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Maddə 140.3. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
46. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ## ###### 2001-ci il tarixli Qərarı. «Iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır».
47. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ##.##.2012-ci il tarixli “X28”: Bənd 1. Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Bənd 7. Xarici ölkələrə xidməti ezamiyyətlər zamanı ezamiyyətə getmək barəsində verilmiş rəsmi əmr və ölkədən çıxıb, ölkəyə qayıtmaq barədə pasport və ya onu əvəz edən sənəddə səlahiyyətli orqanlar tərəfindən edilən müvafiq qeyd ezamiyyət müddəti üçün əsas götürülür, səlahiyyətli orqan tərəfindən müvafiq qeyd aparılmayan hallarda bu «Ezamiyyə vəsiqəsi» verilir.
48. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
50. Hazırkı işdə iddia qismən təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
52. Işdən görünür ki, tərəflər arasında ##.##.2021-ci tarixdə bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı anbardar vəzifəsinə işə qəbul edilmiş, cavabdehin ##.##.2023cü il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
53. Bundan sonra, iddiaçı ##.##.2023-cü il tarixində cavabdehə mediasiyanın tədbiqi barədə təklif göndərmiş, ##.##.2023-cü il tarixində Bakı ** saylı Mediasiya Təşkilatına müraciət etmiş, “Ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” ##.##.2023-cü il tarixli arayışı aldıqdan sonra isə ##.##.2024-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
54. Iddiaçı əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və son haqq-hesabın ona verilmədiyinə istinad etsə də, iddia ərizəsində ##.##.2023-cü il tarixində cavabdeh müəssisənin işçisi Fırat Aktaşdan onun əmək müqaviləsinə xitam verilməsi barədə məlumat əldə etdiyini bildirməsi onu deməyə əsas verir ki, artıq iddiaçı həmin gün hüququnun pozulduğunu bilirdi.
55. Bundan əlavə, iddiaçı özünün də iddia ərizəsində gösərdiyi kimi o, ##.##.2023 və ##.##.2023-cü il tarixlərində X16 Xidmətinə müraciət etmiş, ona ##.##.2023-cü il tarixində verilən cavabda onunla bağlanmış əmək müqaviləsinə ##.##.2023-cü il tarixində X11 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə xitam verildiyi barədə məlumat verilmişdir.
56. Iş materiallarında olan X16 Xidmətinin məktubundan müəyyən olunur ki, iddiaçıya mübahisənin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ da izah edilmişdir.
57. Iddiaçının öz hüquqlarının pozulduğunu bildiyi gün kimi ##.##.2023-cü il qəbul edilsə belə, iddiaçı yalnız ##.##.2023-cü il tarixində cavabdehə mediasiyanın tədbiqi barədə təklif göndərmiş, bununla da əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür.
58. Iddiaçı məhkəməyə gec müraciət etməsini cavabdehin müraciəti əsasında polis və prokurorluq orqanları tərəfindən mənimsəmə və ya oğurluq hallarının araşdırması ilə əlaqələndirsə də, məhkəmə kollegiyası bu dəlili əsaslı hesab etmir.
59. Ilk növbədə qeyd edilməlidir ki, iddiaçının iddia ərizəsində göstərilənlərə əsasən istintaq orqanı tərəfindən artıq ##.##.2023-cü il tarixində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.
60. Ikincisi, yuxarıda da qeyd edildiyi kimi, iddiaçı özünü təqsirli hesab etməyərək hüquqlarının pozulması ilə bağlı iki dəfə X16 Xidmətinə müraciət etmişdir. Yəni, onun tərəfindən məhkəməyə müraciət edilməsinə hər hansı maneə olmamışdır.
61. Üçüncüsü, hazırda iddiaçı apellyasiya şikayətində istintaq orqanlarının ##.##.2024-cü il tarixli məktubuna və ##.##.2025-ci il tarixli qərarına istinad edir, halbuki, həmin sənədlər artıq iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra tərtib edilmişdir.
62. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən işə bərpa tələbinə dair iddianı qaldırmaq üçün əmək qanunvericiliyi ilə müəyyən edilmiş 1 aylıq müddət ötürülmüş, müddətin ötürülməsi üzürlü səbəbdən baş verməmişdir.
63. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, əmrin ləğvi və işə bərpa tələbləri üzrə iddia təmin edilmədiyindən, məcburi işburaxma üçün əmək haqqının ödənilməsi barədə törəmə tələbi də təmin edilə bilməz.
64. Iddiaçının digər tələblərinin araşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyi əldə olunması mümkün olmadığından apellyasiya araşdırması zamanı məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Auditorlar Palatasına həvalə edilmişdir.
65. Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü – sərbəst auditor X13 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, **/**** nömrəli rəydə göstərilmişdir: 1. İddiaçı ilə bağlanmış Əmək müqaviləsinə ## ###### 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70”ç” bəndi ilə xitam verilmiş və Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrdə son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə tapşırılmışdır. Əmək müqaviləsinə xitam verilərkən işçinin ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixinədək olan müddətə istifadə edilməmiş məzuniyyətə görə 8,23 günün kompensasiyasını almaq hüququ yaranmışdır. Hesabat üzrə işçiyə hesablanmış məzuniyyət əvəzi kompensasiya 175,96 manat, fevral ayının əməkhaqqı 669,72 manat, cəmi 845,68 manat olmuşdur. (Işçinin ay ərzində qazandığı gəlirlərdən vergi və digər tutulmalar ayrıayrılıqda deyil, toplanaraq vergiyə cəlb edilir). Ümumi məbləğdən icbari tutulmalar çıxıldıqdan sonra (DSMF (sosial sığorta), işsizlikdən sığorta, icbari tibbi sığorta) işçiyə ödəniləcək son haqq-hesab pulu 753,97 manat olmuş, işçinin əmək haqqı kartına fevral ayında 900,0 manat (200,0+700,0) “fevral ayının maaşı” olaraq pul köçürülmüşdür. (Mühasibat hesabatlarında 2023-cü ilin fevral ayı üzrə düzgün olmayaraq işçiyə 898,28 manat əmək haqqı hesablanmış və icbari tutulmalardan sonra ələ çatacaq məbləğ 800,0 manat göstərilmiş, 900.0 manat ödənilmişdir). Beləliklə, İddiaçı 2023-cü ilin fevral ayında əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiyası hesabat üzrə 753,97 manat olmuş və kart hesabına 900,0 manat pul köçürülmüşdür (146,03 manat artıq). 2. "xxxx” Şirkətinin Baş ofisindən Istanbul şəhərində keçirilən Şirkətin təşkil etdiyi toplantıda iştirak etmək üçün Şirkətin Azərbaycan Respublikasındakı filialından bir qrup nümayəndələr dəvət edilmiş, İddiaçı da həmin qrupların birinin tərkibində ##.##.2023-cü il tarixdən 5 gün müddətinə Türkiyə Respublikasında olmuşdur. Toplantıda iştirak etmiş işçilərin, o cümlədən İddiaçı səfərlə bağlı olan bütün xərcləri Baş ofis tərəfindən qarşılanmışdır. Bu halda işçiyə heç bir ezamiyyə xərci ödənilmir.
66. Ekspert rəyindən də göründüyü kimi, ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək olan müddətə istifadə edilməmiş məzuniyyətə görə işçiyə hesablanmış məzuniyyət əvəzi kompensasiya 175,96 manat, fevral ayının əməkhaqqı 669,72 manat olmaqla, cəmi 845,68 manat olmuş, icbari tutulmalar çıxıldıqdan sonra işçiyə ödəniləcək son haqq-hesab pulu 753,97 manat təşkil etdiyi halda, işçinin əmək haqqı kartına fevral ayında 146,03 manat artıq olmaqla, 900,0 manat pul köçürülmüşdür.
67. Bundan başqa, İddiaçı ##.##.2023-cü il tarixdən 5 gün müddətinə Türkiyə Respublikasında olması onun xidməti fəaliyyəti ilə bağlı olmamış və işdə olan sənədlərə əsasən Istanbul şəhərində keçirilən şirkətin təşkil etdiyi motivasiya görüşündə iştirak etmiş işçilərin, o cümlədən İddiaçı səfərlə bağlı olan bütün xərcləri Baş ofis tərəfindən qarşılanmışdır. Halbuki, ezamiyyə xərcləri işçinin xidməti tapşırığın yerinə yetirilməsi ilə əlaqədar ezam olunması nəticəsində yaranan xərclərin əvəzinin ödənilməsini nəzərdə tutur. Belə olan halda, işçiyə heç bir ezamiyyə xərci ödənilməməlidir.
68. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı həmin görüşlə bağlı özü tərəfindən də vəsait xərclədiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
69. Ekspert rəyinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya hər hansı məbləğdə əmək məzuniyyətinə görə kompensasiyanın, ezamiyyət xərclərinin və əmək haqqının ödənilməsi ilə bağlı icra edilməmiş öhdəliyi mövcud deyil.
70. Əmək haqqı tələbi ilə bağlı həmçinin qeyd edilməlidir ki, iddiaçının əmək haqqı 669,72 manat təşkil etdiyi halda, onun tərəfindən 2023-cü ilin fevral ayı üçün cavabdehdən niyə məhz 1.052,28 manat məbləğində ödənilməmiş əmək haqqı tələb edilməsi də anlaşılan deyil.
71. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, yuxarıda göstərilənlərə əsasən iddiaçının əmək haqqı ilə bağlı tələbi təmin edilmədiyindən gecikdirilmiş hər gün üçün 1 faiz məbləğ hesablanmaqla ödəncin verilməsi barədə tələblər əsassızdır.
72. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin məhkəmə kollegiyası təqdim etdiyi ərizəsi ilə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə əldə edilmiş audit rəyinin obyektivliyini şübhə altına alan hallar müəyyən edilmir. Belə ki, rəy kifayət qədər əsaslandırılmış, rəy tərtib edilərkən istinad edilən sənədlər rəyə əlavə edilmiş, rəydə hər hansı ziddiyətli məqamların mövcudluğu məhkəmə kollegiyası tərəfindən müəyyən edilməmişdir. Rəydən həmçinin görünür ki, ekspertizanın tərəflərin iştirakı təmin edilməklə keçirilməsi və zəruri sənədlərin təqdim edilməsi məqsədilə auditor tərəfindən müraciət olunsa da, iddiaçı və onun nümayəndəsi və vəkili araşdırmanın gedişində iştirak etməmişlər.
73. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
74. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 800 manat məbləğində vəsait iddiaçı İddiaçı tutularaq Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X13 (KapitalBank ASC, Inşaatçılar filialı; Kod: 201360; Bankın VÖEN-i: 9900003611; SWIFT kod: AIIBAZ2XXX; M/h: AZ37NABZ01350100000000001944; Benefisiarın adı: X13; M/h: AZ62AIIB410400J9444100330226; Benefisiarın VÖEN-i: 1309316742) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: Məhəmməd Rüstəmli Fərrux Qasımov Günay Axundova