Məhkəmə qərarları › İş №2(3-6)-3190/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3190/2026

09.09.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3190/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə İddiaçı Zamanlı İsmayıl Səftər oğlunun cavabdehlər “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-yə, cavabdeh1 PHŞ-yə və cavabdeh2 PHŞ-yə qarşı “işə bərpa və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 PHŞ tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Zamanlı İsmayıl Səftər oğlu cavabdeh1 PHŞ mübahisə predmeti barəsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh cavabdeh “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-yə qarşı “işə bərpa və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Respublika Təcili və X1 Mərkəzində feldşer vəzifəsinə bərpa olunmağı barədə qərar qəbul edilməsini və əsgərlikdən qayıtdıqdan sonra işə bərpa olunmamağının qanunsuz sayılmasının tanınmasını xahiş etmişdir Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh cavabdeh1 PHŞ apellyasiya şikayəti vermişdir. Mülki iş apellyasiya icraatında olarkən cavabdeh cavabdeh1 PHŞ-nin nümayəndəsi ərizə ilə müracət edərək hazırki iş üzrə apellyasiya şikayətindən imtina etdiklərini bildirmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Kollegiya MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. (maddə 369). Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh cavabdeh1 PHŞ-nin apellyasiya şikayətindən imtinası qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli və onun şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 191, 369, 405-ci maddələrini rəhbər tutub Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh cavabdeh1 PHŞ-nin apellyasiya şikayətindən imtinası qəbul edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 PHŞ tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar