Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3368/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı “əmrin ləğvi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından Nümayəndə tərəfindən tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya ve Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin ## ##### 2022-ci il tarixli, ***/ü nömrəli əmrinin ləğv edilməsi və onunla bağlanmış əmək müqaviləsinin əmək Məcəlləsinin 69-cu maddəsinə (işçinin öz təşəbbüsü ilə) əsasən ləğv edilməsinin rəsmiləşdirilməsi öhdəliyinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş və cavabdeh1 ##.##.2022-ci il tarixli, ***/ü nömrəli əmrinin ləğv edilməsi və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçinin öz təşəbbüsü ilə xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qət edilmişdir.
3. Qətnamədən Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-****/**** saylı qətnaməsindən Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.
5. Qərardad onunla əsaslandırılmışdır ki, birincisi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qətnaməsidən iş üzrə tərəf olmayan Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmişdir. Halbuki, qətnamədən iş üzrə tərəflərin şikayət vermək hüququ vardır. Indiki halda elektron imza ilə imzalanmış apellyasiya şikayətində apellyasiya şikayəti verən şəxs qismində iş üzrə tərəf olmayan Nümayəndə adı yazılmışdır. Şikayətə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, öz adından şikayət vermiş Nümayəndə cavabdehin əməkdaşıdır. Beləliklə də apellyasiya şikayətindən müəyyən edilir ki, apellyasiya şikayəti cavabdeh tərəfindən deyil, onun əməkdaşı tərəfindən öz adından verilmişdir. Ikincisi, mülki prosessual qanunvericiliyin tələbinə əsasən apellyasiya şikayəti şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanmalıdır. Hazırda apellyasiya şikayətini imzalayan şəxs nümayəndə olaraq onu imzaladığını qeyd etmiş, lakin o, apellyasiya şikayəti vermək və onu imzalamaq səlahiyyətini təsdiq edən etibarnaməni şikayətə əlavə etməmişdir.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
6. Nümayəndə tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından verilmiş şikayət, həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Şikayətdə qeyd olunur ki, məhkəmə icraatının aparılması zamanı işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsi işə baxan məhkəmə tərəfindən təmin edilməlidir. Lakin iddia ərizəsində cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidməti olduğu halda məhkəmə iş üzrə cavabdeh qismində Ekologiya və Təbii Sərvətlər Nazirliyini cavabdeh qismində işə əlavə etmişdir. Iddia ərizəsində cavabdehin adı və hüquqi ünvanı açıq-aşkar qeyd edildiyi halda məhkəmə cavabdehi işə düzgün əlavə etmədiyi üçün apellyasiya şikayətinin Meşələrin Inkişafı Xidməti tərəfindən verilməsi mümkün olmamışdır. Çünki Binəqədi Rayon Məhkəməsinin icraatında olan mülki iş Xidmətin Elektron Məhkəmə informasiya sistemində (şəxsi kabinetində) mövcud deyildir. Odur ki, ona verilmiş etibarnamə əsasında apellyasiya şikayəti tərəfindən məhkəməyə təqdim olunmuşdur. Bundan başqa məhkəmə qərardadında qeyd edir ki, apellyasiya şikayəti iş üzrə cavabdehin əməkdaşı tərəfindən verilmişdir. Bildirmək istəyirlər ki, Nümayəndə Nazirliyin deyil, cavabdeh Meşələrin Inkişafı Xidmətinin əməkdaşıdır. Ona görə də, verilmiş etibarnamə əsasında Nümayəndə apellyasiya şikayəti verməsi tamamilə qanuni və əsaslıdır. Burada heç bir qanun pozuntusundan söhbət gedə bilməz. Həmçinin məhkəmə bildirişlərindən də görünür ki, məhkəmə iş üzrə cavabdeh qismində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinə dəfələlərlə bildiriş ünvanlamışdır. Lakin buna baxmayaraq məhkəmənin Elektron Məhkəmə informasiya sistemində cavabdeh qismində Xidmətin əvəzinə Nazirliyi əlavə etməsi ciddi maraq doğurur. Ikincisi mülki prosessual qanunvericiliyin tələbinə əsasən apellyasiya şikayəti şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanmalıdır. Hazırda apellyasiya şikayətini imzalayan şəxs nümayəndə olaraq onu imzaladığını qeyd etmiş, lakin o, apellyasiya şikayəti vermək və onu imzalamaq səlahiyyətini təsdiq edən etibarnaməni şikayətə əlavə etməmişdir. Meşələrin Inkişafı Xidmətinin rəisi Ramik Əşrəfov tərəfindən ona verilmiş ##.##.2026-ci il tarixli 3-14 **/*-***/**** nömrəli etibarnamə tərəfindən verilmiş ##.##.2026-cı il tarixli apellyasiya şikayətinə əlavə edilmişdir. Apellyasiya şikayətinin elektron formasından da görünür ki, digər sənədlərlə yanaşı qeyd edilən etibarnamə də apellyasiya şikayətinə əlavə edilmişdir. Həmin etibarnamədə qeyd edilmişdir ki, Nümayəndə Xidmətin adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətləri etmək, yəni iddia ərizəsini, apellyasiya şikayətini məhkəməyə təqdim etmək səlahiyyəti vardır. Odur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı ləğv edilməli və apellyasiya şikayəti mümkün hesab edilməklə baxılması üçün müvafiq apellyasiya instansiyasi məhkəməsinə göndərilməlidir.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Maddə 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Maddə 73.4. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Maddə 74.2. Iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti. Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir.\ Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-
1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. Iş materialları ilə müəyyən olunur ki, cavabdehin nümayəndəsi iş üzrə elektron məhkəmə informasiya sisteminə nümayəndə olaraq əlavə edilmiş və məhkəmə iclasında iştirak etmiş, lakin, mübahisələndirilən qətnamədən cavabdehin nümayəndəsi olaraq deyil, birbaşa iş üzrə tərəf kimi öz adından (apellyasiya şikayətində şikayət verən şəxs bölməsində öz ad və soyadını yazmaqla və həmin şikayəti apellyasiya şikayəti verən şəxs kimi imzalamaqla) apellyasiya şikayəti vermişdir.
13. Məhz bu səbəbdən də məhkəmə apellyasiya şikayətini geri qaytarmış və həmin şikayətin MPM-nin apellyasiya şikayəti üçün müəyyən edilmiş forma və məzmununa uyğun olaraq cavabdehin adından verilməli olması qeyd edilmişdir.
14. Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər.
15. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir.
16. Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsində qeyd edilir ki, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.
17. Həmçinin şikayətə əlavə edilmiş ##.##.2026-cı il tarixli etibarnamədən görünür ki, cavabdeh nümayəndəsi olan Nümayəndə verilmiş 25.06.20206-cı il tarixli etibarnamədə Xidmətin adından ... “apellyasiya şikayətini məhkəməyə təqdim etmək” səlahiyyətini Nümayəndə etibar etmişdir. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti verməklə apellyasiya şikayətini təqdim etmək anlayışları tamamilə fərqli anlayışlar olub, qüvvədə olan MPM etibarnamədə məhz məhkəmə aktından şikayət verilməsinin etibarnamədə mütləq göstərilməli olduğunu qeyd etmişdir.
18. Şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, cavabdehin nümayəndəsi iş üzrə nümayəndə kimi elektron məhkəmə informasiya sisteminə əlavə edilmiş və məhkəmə iclasında iştirakı təmin edilmişdir. Belə olduğu halda belə, cavabdehin özünün deyil, onun tabe olduğu qurumun elektron məhkəmə informasiya sisteminə əlavə edilmiş olması cavabdehin nümayəndəsi tərəfindən cavabdehin adından və onun nümayəndəsi olaraq apellyasiya şikayəti vermək imkanını aradan qaldırmamışdır. Çünki, artıq qeyd edildiyi kimi cavabdehin nümayəndəsi iş üzrə elektron məhkəmə informasiya sisteminə əlavə edilmişdir.
19. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti cavadbehin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, birinci instasniya məhkəməsi verilmiş apellyasiya şikayətini geri qayutarmaqla qanuni və əsaslı nəticəyə gəlmişdir.
20. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
21. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli