Məhkəmə qərarları › İş №2(3-6)-3399/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-3399/2026

24.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3399/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı iştirakı ilə İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “əsassız borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)- ***/**** saylı, ## ### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən, ilkin iddia qismən təmin edilərək, İddiaçı ##.##.2019-cu il tarixli, ******* nömrəli akta əsasən hesablanmış borcdan 681,15 manat borc və 30 manat dövlət rüsumunun tutulması ilkin iddianın qalan hissədə təmin olunmaması, qarşılıqlı iddia tələbi qismən təmin edilərək, cavabdeh Cavabdeh İB tərəfindən iddiaçı İddiaçı məxsus abonent koduna ##.##.2018-ci il tarixli ******* nömrəli akta əsasən yazılmış 4147,20 manat borcun silinməsi qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Beynəlxalq Bankı tərəfindən verilmiş ##.##.2024-cü il ödəniş tapşırığına əsasən, Sabunçu Rayon İcra şöbəsinin AZ**CTRE******************** nömrəli hesabına 712 manat pul məbləği İddiaçı tərəfindən ödəniş edilmişdir. İş üzrə icraata xitam verilməsi barədə Sabunçu rayon icra şöbəsinin ##.##.2024-cü il tarixli qərarına əsasən, Sabunçu Rayon Məhkəməsnin e-2(008) ****/****-*** nömrəli icra sənədi üzrə borclu İddiaçı 681,15 manat tutularaq, “Azərqaz” İB hesbına ödənildiyindən iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. ##.##.2026-cı il tarixə aid ödəniş qəbzindən görünür ki, 100471600200658 abonent kodu olan İddiaçı məxsus sayğaca 1658.55 manat məbləğində borc hesablanmışdır. ##.##.2023-cü il tarixli tarixli, ******* nömrəli akta əsasən, İddiaçı məxsus ünvanda sayğacdan kənar xətt aşkatlanması əsası ilə akt tərtib edilmişdir. ##.##.2023-cü il tarixli, dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 12240 m3 dəymiş ziyan hesablanmışdır. Hazırda iddiaçı həmin borcun silinməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi yeni massivdə yerləşən evə dair əsassız hesablanmış 1.726,55 manat məbləğində borcun *************** nömrəli abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi yeni massivdə yerləşən ev onun xüsusi mülkiyyətindədir. ##.##.2023-cü ildə cavabdehin nümayəndələri tərəfindən qaz sayğacına baxış keçirilmiş və akt tərtib olunmuşdur. Aktda iddiaçının evinə qeyri-qanuni kənar xətt çəkildiyi iddia edilsə də, bu faktın yalan olduğunu, qaz sayğacına heç bir müdaxilə etmədiyini bildirir. Eyni zamanda, akt tərtib edilərkən onun iştirakı təmin edilməmiş, akta imza atmamış və aktla tanış edilməmişdir. Göstərilənlərə əsasən Cavabdeh İB tərəfdən hesablanmış 1.726,55 manat məbləğində borcun əsasız olduğunu, cavabdeh borcu məhkəmdən kənar qaydada silməkdən imtina etdiyindən hazırda müraciət edərək, Cavabdeh İB tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi yeni massivdə yerləşən evə hesablanmış 1.726,55 manat məbləğində borcun silinməsini xahiş edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi və Cavabdeh istehsalat Birliyi tərəfindən *************** nömrəli abonent koduna hesablanmış 1726,55 borc məbləğinin silinməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, abonent saldosunda əks olunmuş akt əsasında 2023-cü ilin aprel ayında hesablanmış 1468,80 manatla bağlı qeyd etmişdir ki, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli idi. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, ona məxsus abonent saldosunda 1726,55 manat borcun hansı əsasla yazıldığını mübahisələndirmişdir. İş materiallarına əlavə edilmiş Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsindən də müəyyən edilir ki, İddiaçı məxsus abonent koduna 2023-cü ilin aprel ayına kimi hesablanmış borc məbləğləri qismən silinmiş, ondan 681,15 manat borcun tutulması qət edilmiş və İddiaçı tərəfindən göstərilən məbləğ ödənildiyindən, icra sənədi üzrə icraata xitam verilmişdir. Eyni zamanda, iddiaçıya məxsus ünvana ##.##.2023-cü il tarixdə sayğacdan kənar qazdan istifadə olunması ilə bağlı akt tərtib olunaraq, dəymiş ziyan olaraq 12240 itirilmiş sərfiyyat 1468,80 manat dəymiş ziyan hesablanmışdır. Bir hal mütləq nəzərə alınmalıdır ki, iddiaçıya məxsus ünvanda mexaniki deyil, smart tipli sayğacdan istifadə olunur və hər dəfə yüklədiyi məbləğə nisbətdə qazdan istifadə edir. Məhkəmə bütün bu hallara qiymət verərək hesab etmişdir ki, iddia tələbi əsaslıdır. Belə ki, ##.##.2023-cü il tarixli aktın qanuni və əsaslı olduğunu nəzərə alındığı halda İddiaçı 1468,80 manat dəymiş ziyan hesablanmışdırsa, onun istifadəsində olan qaz sayğacının smart tipli yəni, hər dəfə karta yüklədiyi məbləğ hesabına qazdan istifadə edirsə və bu yüklənmiş məbləğlərdən hər dəfə borca görə tutmalar aprılırsa 2023-cü il tarixdən 2026-cı il tarixinə kimi olan dövr ərzində iddiaçının borcu 1468,80 manatdan azalmalı olduğu halda necə ola bilər ki artıb 1726,55 manat təşkil edir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı İddiaçı ilə Cavabdeh İB arasında 2024-cü il tarixində məhkəmə mübahisəsi olmuş və Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi əsasında ondan 681,15 mant borc və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra vərəqəsinə əsasən 712 manat borc İddiaçı tərəfindən Sabunçu İcra Şöbəsinin hesabına ödənildiyindən, ##.##.2024-cü il tarixdə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Eləcə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən 2024-cü ilin aprel ayından etibarən smatkarta ödəniş edilən zaman borca görə tutmalar aparılmışdır. Ümumilikdə 2024-cü il tarixdən 2026-cı ilə kimi 430,90 manat borca görə tutmalar aparılmışdır. Hazırki iş üzrə cavabdeh Cavabdeh İstehsalat Birliyi iddiaçının mənzilində sayğacdan kənar qaz istifadəsi və ya qanunsuz qoşulma hallarının mövcud olduğunu iddia etsə də, bu halları təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. 2022-ci ilin may ayından sonra aşağıdakı akt tərtib olunaraq zərər hesablanmışdır. ##.##.2024-cü il tarixli, ******** nömrəli akt əsasında 1468,80 manat. İşin hallarından görünür ki, qeyd olunan akt üzrə qanunvericilikdə nəzərdə tutulmuş prosedura ümumiyyətlə əməl olunmamış, bu norma qüvvəyə mindikdən sonra cavabdeh tərəfindən tərtib edilmiş aktdan 1 nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməmişdir. Belə olduğu halda isə istehlakçının qazın talanmasında təqsirli olması səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyinə görə cavabdehin zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ yaranmamışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, borcun məbləği hesablanarkən bu akt nəzərə alınmamalıdır. Məhkəmə təcrübəsinin vahidliyi ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən 2022-ci ilin may ayından sonra “Qaz təchizatı haqqında” qanunun 13-cü maddəsinə olan dəyişikliklə bağlı yazılmış akt əsasında inzibati orqana müraciət olunması, həmçinin bu halları təstiq edən video görüntü əlavə edildiyi halda yazılmış aktlar nəzərə alınmalıdır. İşin araşdırılan hallarından göründüyü kimi aktın tərtibi zamanı qanunvericiliyin tələblərinə uyğun olaraq, qanunsuz qoşulma halının müəyyən olunması ilə bağlı video görüntü iş materiallarına əlavə edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının abonent koduna hesablanmış borc əsaslı hesab edilə bilməz və həmin məbləğin abonentin hesabından silinməsi barədə iddia təmin olunmalıdır. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi iddiaçı İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İBnə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, 1-ci instansiya məhkəməsi əsassız yerə iddia tələbini təmin etmişdir. İddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normasına qətnamədə istinad olunmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. İddiaçı İddiaçı aid olan 100471600200658 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdi ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbi qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, 1-ci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh öz nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları: 5.1. Paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 13 (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. İnzibati Xətalar Məcəlləsi: 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə- fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 282.2ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə- fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İddiaçı məhkəməyə müraciət edərək, ona məxsus abonent saldosunda borcun hansı əsasla yazıldığını mübahisələndirmişdir. Cavabdeh Cavabdeh İstehsalat Birliyi iddiaçının evində sayğacdan kənar qaz istifadəsi və ya qanunsuz qoşulma hallarının mövcud olduğunu bildirsədə, bu halları təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Bundan başqa ## ### 2022-ci il tarixdən qanunvericilikdə olan dəyişikliyə əsasən qaz paylayıcının məhz aşağıdakı prosesslər həyata keçirildikdən sonra vurulmuş zərərin əvəzini istehlakçıdan tələb etmək hüququnun yaranması qeyd olunmuşdur. 1. qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır;

2. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. 3. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 2022-ci ilin may ayından sonra ##.##.2023-cü il tarixli, ******** nömrəli akt əsasında zərər hesablanmışdır. İş materiallarından görünür ki, qeyd olunan akt üzrə qanunvericilikdə nəzərdə tutulmuş prosedura ümumiyyətlə əməl olunmamış, bu norma qüvvəyə mindikdən sonra cavabdeh tərəfindən tərtib edilmiş aktdan 1 nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməmişdir. Belə olduğu halda isə istehlakçının qazın talanmasında təqsirli olması səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyinə görə cavabdehin zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ yaranmamışdır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, borcun məbləği hesablanarkən bu akt nəzərə alınmamalıdır. Bu baxımdan məhkəmə təcrübəsinin vahidliyi ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən 2022-ci ilin may ayından sonra Qaz təchizatı haqqında qanunun 13-cü maddəsinə olan dəyişikliklə bağlı yazılmış akt əsasında inzibati orqana müraciət olunması, həmçinin bu halları təstiq edən video görüntü əlavə edildiyi halda yazılmış aktlar nəzərə alınmalıdır. İşin araşdırılan hallarından göründüyü kimi aktın tərtibi zamanı qanunvericiliyin tələblərinə uyğun olaraq, qanunsuz qoşulma halının müəyyən olunması ilə bağlı video görüntü iş materiallarına əlavə edilmişdir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, iddiaçının abonent koduna hesablanmış borc əsaslı hesab edilə bilməz və həmin məbləğin abonentin hesabından silinməsi barədə iddia təmin olunmalıdır. Eyni zamanda hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Belə olan halda Məhkəmə Kollegiyası cavabdeh tərəfindən aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi aktda əks olunan halları həqiqətə uyğun olmayan hallar kimi qiymətləndirir və iddiaçının mübahisələndirdiyi borcun itirilmiş qazın məbləğinə görə yaranmış borc olmasına dair apellyasiya şikayətinin dəlilləri əsassızdır. Cavabdeh tərəf apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, iddiaçı İddiaçı qanunazid, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur. Halbuki iş materiallarında iddiaçının sayğac olmadan təbii qazdan istifadə etməsi faktı müəyyən edilməmiş, cavabdeh tərəfindən bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, Qət etdi:

Cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar