Məhkəmə qərarları › İş №2(3-6)-3405/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3405/2026

06.08.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3405/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Bakı şəhər Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh2 tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazıılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı şəhəri Nizami rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı İddiaçı iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən ** saylı mənzilin (yeni qaydalarla:AZ 1060, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, giriş 93, M2, m3) 162000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, əldə olunan pul vəsaitinin 3/4 hissə olmaqla, İddiaçı və ¼ hissə olmaqla cavabdeh2 arasında bölünməsi, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2 iddia tələbinin qismən təmin edilmiş, İddiaçı və cavabdeh1 üzərinə cavabdeh2 mülkiyyət hüquqlarına olan maneələrin aradan qaldırılması öhdəliyi qoyulması, cavabdeh2 mübahisəli Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 19, ünvanında yerləşən ** saylı mənzilə (yeni qaydalarla:AZ 1060, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, giriş 93, M2, m3) köçürülməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, ilkin iddia üzrə cavabdeh cavabdeh2 100 manat dövlət rüsumu tutularaq cavabdeh1 geri qaytarılması, cavabdeh2 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı İddiaçı tutularaq cavabdeh2 ödənilməsi, iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri olan ödənilməyən 250 manat məbləğində pul cavabdeh2 tutularaq “xxxx” MMC-nin xeyrinə (VÖEN: **********, hesab nömrəsi: AZ94IBAZ40090019444579704932, müxbir bank “ABB, ASAN 5 FILIALI, swift: IBAZAZ2X, bank kodu: 810074, valyuta:AZN, müxbir hesab: AZ03NABZ01350100000000002944) ödənilməsi qət edilmişdir. Ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Ilkin iddia üzrə iddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli Qətnaməsini qismən, qarşılıqlı iddianın İddiaçı və cavabdeh1 üzərinə cavabdeh2 mülkiyyət hüquqlarına olan maneələrin aradan qaldırılması öhdəliyi qoyulması, cavabdeh2 mübahisəli mənzilə köçürülməsi hissəsində ləğv edilməsi, eyni zamanda qətnamənin iddia tələbinin təmin edilməsi hissəsində dəyişdirərək İddiaçı tərəfindən cavabdeh cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi ev 19, mənzil 18 (yeni qaydalarla: AZ 1060, ünvan 2) ünvanında yerləşən, ümumi sahəsi 60.50.kv.m.olan mənzilin ¼ hissəsinə görə ekspertiza rəyi nəzərə alınmaqla məhkəmənin müəyyən etdiyi 16200 manatın ¼ hissəsi – 40500 manat ödənilməklə cavabdeh2 mülkiyyət hüquqlarına xitam verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin Ilkin iddia üzrə iddiaçı İddiaçı məhkəməyə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddəti üzürlü səbəbdən buraxıldığı üçün prosessual müddəti bərpa edərək və apellyasiya şikayətini qəbul edərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(007) ****/**** saylı qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardadda qeyd edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi ## ### 2026-cı il tarixdə elektron kabinetinə yerləşdirilmiş, lakin apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə göndərilmişdir. Nəzərə çatdırmışdır ki, hal-hazırda Rusiya Federasiyası ərazisində olduğundan və ölkədə müharibə şəraiti olduğundan, ölkə ərazisində mövcud olan hərbi vəziyyətlə əlaqədar, hərbi əməliyyatların həyata keçirilməsi və əhali təhlükəsizliyin təmin olunması məqsədilə yaranmış məhdudiyyətlər və əlaqə imkanlarının məhdudlaşması səbəbindən eləcə də yaranmış vəziyyətlə bağlı keçirdiyi qorxu və streslə əlaqədar səhhətində ciddi problemlər yarandığından nümayəndəsi və vəkili ilə vaxtında əlaqələndirmə aparmaq, zəruri sənədləri təqdim edə bilmədiyindən apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verilməsini təmin etmək mümkün olmamışdır. Göstərilən hallar aradan qalxdıqdan dərhal sonra apellyasiya şikayəti hazırlanaraq məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadı ilə ərizə təmin edilmiş, *(***)-****/**** saylı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin İddiaçı münasibətdə bərpa edilməsi, qərardaddan şikayət vermə müddəti bitdikdən sonra mülki iş apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh2 tərəfindən Bakı şəhər Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından verilən şikayət həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırımışdır ki, iş materiallarındanda göründüyü kimi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ##.##.2026-cı ildə elektron məhkəmə sisteminə yerləşdirilib. Prosessual qanunvericiliyin tələblərinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Ümumiyyətlə, hal-hazırda işin təkzibedilməz faktıdır ki, ilkin iddiaçı – İddiaçı tərəfindən qanunla nəzərdə tutulan müddət ötürülüb. Işin təəssüf doğuran tərəfi budur ki, işə baxan məhkəmə sözün əsl mənasında apellyasiya şikayətinin qəbuledilənlik şərtlərini gözardı edib və ilkin iddiaçı tərəfindən verilən apellyasiya şikayəti üzrə qanunvericiliklə müəyyənləşdirilmiş müddəti ötürülməmiş hesab edib. Belə ki, işə baxan məhkəmə bildirib ki, “...Hazırda İddiaçı Rusiya Federasiyasında olduğundan vəkili və nümayəndəsiilə oradakı müharibə vəziyyətinə görə əlaqə saxlaya bilmədiyini və şikayətin verilməsi üçün qoyulan müddəti ötürdüyünü bildirir. Iddiaçı tərəfindən apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- ****/**** saylı, ##.##.2026-cıil tarixli qərardadına əsasən şikayət müddət ötürülərək verildiyindən geri qaytarılmışdır. Bundan sonra cavabdeh tərəfindən elektron kabinet vasitəsilə ##.##.2026-cı il tarixdə təkrar apellyasiya şikayəti verilmişdir. Məhkəmə hesab edir ki, müddət formal olaraq ötürülmüşdür. Belə olan halda ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı münasibətdə buraxılmış prosessual müddət üzürlü hesab edilməlidir”. Lakin işə baxan məhkəmənin mövqeyi mövcud həqiqəti əks etdirməyib. birincisi, ilkin iddiaçı – İddiaçı tərəfindən verilən istər ##.##.2026-cı il tarixli, istərsə ##.##.2026-cı il tarixli apellyasiya şikayətləri nəinki, müddətin ötürülməsi əsası ilə, eləcə də səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığına görə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalı idi. Bu prosessual qanunvericiliyin birmənalı və təkzibolunmaz tələbidir. Belə ki, ##.##.2026-cı il tarixli və ##.##.2026-cı il tarixli apellyasiya şikayətləri nümayəndə kimi Nümayəndə tərəfindən imzalanıb. Lakin iş materiallarında olan sənədlərdən də bəlli olduğu kimi, o vəkildir (464 – vk). Belə olan halda, o yalnız vəkil orderini təqdim etdiyi təqdirdə apellyasiya şikayətini imzalamaq səlahiyyətinə malik idi. Lakin hal-hazırda iş materiallarında onun səlahiyyətlərini təsdiq edəcək vəkil orderi mövcud deyil. halbuki MPM-nin 361.2-ci maddəsinə əsasən,apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Ən əsası, MPM-nin 363.1.1.-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Göründüyü kimi, məhkəmənin apellyasiya şikayətini mümkün hesab etməsi ilə bağlı mövqeyi prosessual qanunvericiliyin normaları ilə ciddi şəkildə ziddiyyət təşkil edir. Ikincisi, ilkin iddiaçı qeyd edir ki, “..halhazırda Rusiya Federasiyası ərazisində olduğundan və ölkə müharibə şəraiti olduğundan, ölkə ərazisində mövcud olan hərbi vəziyyətlə əlaqədar, hərbi əməliyyatların həyata keçirilməsi və əhali təhlükəsizliyin təmin olunması məqsədilə yaranmış məhdudiyyətlər və əlaqə imkanlarının məhdudlaşması səbəbindən eləcə də yaranmış vəziyyətlə bağlı keçirdiyi qorxu və streslə əlaqədar səhhətində ciddi problemlər yarandığından nümayəndə və vəkili ilə vaxtında əlaqələndirmə aparmaq, zəruri sənədləri təqdim edə bilmədiyindən apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verilməsini təmin etmək mümkün olmamışdır”. Lakin ilkin iddiaçının bu mövqeyi olduqca əsassızdır. Belə ki, ilkin iddiaçı – İddiaçı ##.##.2026-cı ildə apellyasiya şikayəti verəndə də bilirdi ki, o qanunla şikayətin verilməsi üçün nəzərdə tutulan müddəti ötürüb. Dolayısıyla, əgər müddətin həqiqətən də üzürlü səbəblərdən ötürülməsi kimi bir situasiya mövcud idisə o çox rahatlıqla həmin vaxt müvafiq sübutlarını, yəni ölkə xaricində olması və səhhətində ciddi narahatlıq olması barədə məlumatları apellyasiya şikayətinə əlavə edə bilərdi. Lakin hal-hazırda iş materiallarında müddətin üzürlü səbəblərdən ötürülməsinə dair hər hansı bir sübutu görmək mümkün deyil. Lakin hal-hazırda iş materiallarında müddətin üzürlü səbəblərdən ötürülməsinə dair hər hansı bir sübutu görmək mümkün deyil. Lakin hal-hazırda məhkəmə apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan müddəti bərpa edərkən yalnız ilkin iddiaçı – İddiaçı tərəfindən irəli sürülmüş “arqumentlərə” əsasən prosessual qanunvericiliyin tələblərinə zidd olan qanunsuz və əsassız qərardad qəbul edib. Nəticə etibarılə, qanunvericiliyin tələblərinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər və hazırda həmin müddət ilkin iddiaçı tərəfindən buraxıldığından, eləcə də şikayət səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından işə baxan məhkəmənin apellyasiya şikayətini mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun hesab etməsi qanunsuzdur. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhər Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ## ### 2026-cı il tarixdə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəkili və nümayəndəsi Nümayəndə elektron kabinetinə yerləşdirilmişdir. Ilkin iddia üzrə iddiaçı ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti vermiş, lakin qanunla müəyyən edilmiş müddət ötürüldüyündən və ötürülmüş müddətin bərpası varədə vəsatət təqdim edilmədiyindən ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra ilkin iddia üzrə iddiaçı ##.##.2026-cı il tarixdə yenidən apellyasiya şikayəti və ötürülmüş müddətin bərpası barədə ərizə vermişdir. Müddətin bərpası barədə ərizədə İddiaçı Rusiya Federasiyasında olduğundan vəkili və nümayəndəsi ilə oradakı müharibə vəziyyətinə görə əlaqə saxlaya bilmədiyini və şikayətin verilməsi üçün qoyulan müddəti ötürdüyünü bildirmişdir. Kollegiya birinci instasniya məhkəməsinin mövqeyi ilə razılaşraq qeyd edir ki, hal-hazırda da qonşu Rusiya Federasiyasının müharibə vəziyyətində olduğu və bununla əlaqədar təhlükəsizlik baxımından rabitə sahəsində müəyyən məhdudiyyətlərin mövcud olması xüsusi qaydada sübut edilməsinə ehiyac olmayan hamıya bəlli olan bir faktdır. Qeyd olunan hal ilkin iddia üzrə iddiaçının iradəsindən asılı olmayan, şikayətin qanunla müəyyən edilmiş müddət daxilində verilməsinə əngəl olan obyektiv maneə kimi qiymətləndirildiyindən birinci instansiya məhkəməsi müddətin ötürülməsini üzrlü hesab edərək ötürülmüş müddəti bərpa etməkdə haqlı olmuşdur. Şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, ilkin iddia üzrə cavabdeh tərəfindən irəli sürülən müddət üzrlü səbəbdən ötürülsə idi, ilk dəfədən müddətin bərpasi barədə ərizə ilə birlikdə verilərdi kimi dəlillər şəxsi mülahizə xarakterli olub qərardadın ləğvi üçün əsas təşkil etmir. Şikayətin ilk dəfə geri qaytarılması (##.##.2026-cı il tarixli qərardadla) sırf prosessual müddətin bərpa edilməsi barədə vəsatətin olmaması ilə bağlı olmuşdur və şikayətin geri qaytarılması şəxsi müddətin bərpası haqqında vəsatətlə təkrar müraciət etmək hüququndan məhrum etmir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhər Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Günay Axundova Hakimlər: Fərrux Qasımov Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar