Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3413/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh-ya qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh-ya qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ## ###### 2020-ci il tarixli müqavilə üzrə ünvan 1 dairə 2 ünvanında yerləşən 10 mərtəbəli evin 2ci girişinin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.m. olan dörd otaqlı ** saylı mənzilin ona verilməsinin cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə həvalə edilməsi, 100 (yüz) manat dövlət rüsumunun və hüququ yardıma görə ödənilmiş 200 (iki yüz) manat, cəmi 300 (üç yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh-ya qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, ##.##.2026-cı il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Maliyyə İdarəsi tərəfindən iddiaçı İddiaçı qaytarılması qərara alınmış, iddiaçıya ərazi aidiyyati üzrə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. Həmin qərardaddan iş üzrə iddiaçı İddiaçı nümayəndəsi-vəkili X2 şikayət verərək, qərardadın ləğv edilməsini, iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi və işə mahiyyəti üzrə baxılması üçün materialların Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbi ünvan 2 dairə 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasında yerləşən mənzilin müqavilə üzrə ona təhvil verilməsi ilə bağlıdır. Mübahisənin predmeti bilavasitə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən daşınmaz əmlakdır. Məhkəmə yalnız "AZEMİS" sistemindən əldə edilmiş məlumata əsasən cavabdehin rəhbərinin qeydiyyat ünvanının Mingəçevir şəhərində olmasını nəzərə almış, lakin cavabdeh hüquqi şəxsin özünün fəaliyyət göstərdiyi ünvanı, mübahisəli tikinti obyektinin yerləşdiyi ərazini və mübahisənin daşınmaz əmlakla bağlılığını tam araşdırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən ümumi qayda olaraq iddia cavabdehin yerləşdiyi yer üzrə verilsə də, qanunvericilikdə bu qaydadan istisnalar və alternativ aidiyyət halları da nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə ərazi aidiyyəti normalarının tətbiqində mübahisənin xarakteri, predmetin yerləşdiyi yer və ədalət mühakiməsinin səmərəliliyi nəzərə alınmalıdır. Hazırkı mübahisə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən konkret mənzilin təhvil verilməsi ilə bağlıdır. Bundan əlavə, Cavabdeh-nın tikinti fəaliyyəti və müqavilənin icrası da həmin ərazi ilə bağlıdır. Buna görə işə Yasamal Rayon Məhkəməsində baxılması həm prosessual qənaət prinsipinə, həm də mübahisənin faktiki əlaqələrinə uyğundur. Konstitusiya Məhkəməsi də qeyd etmişdir ki, ərazi aidiyyəti qaydalarının məqsədi məhkəməyə əlçatanlığın və ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Məhkəmə cavabdeh hüquqi şəxsin özünün hüquqi ünvanını və mübahisəli daşınmaz əmlakın yerləşdiyi yeri tam araşdırmadan iddianı geri qaytarmışdır ki, bu da işin hallarının natamam araşdırılması deməkdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş iddia ərizəsinin icraata qəbulu məsələsinin müzakirə edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı müqavilə öhdəliyinin cavabdeh tərəfindən yerinə yetirilməsini tələb edir. Lakin iddia ərizəsi cavabdehin qeydiyyata alındığı yer üzrə deyil, ərazi aidiyyəti qaydalarına riayət edilmədən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayətə baxarkən hesab etmişdir ki, iddia ərizəsinin məzmunundan görünür ki, mübahisənin mahiyyəti müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi ilə əlaqədardır. İddiaçının müqavilənin predmeti olan daşınmaz əmlaka dair mülkiyyət hüquqları yoxdur. Belə olduğu təqdirdə işə müstəsna aidiyyat qaydalarına görə daşınmaz əmlakın yerləşdiyi yer üzrə deyil, cavabdehin qeydiyyatı üzrə müvafiq məhkəmədə baxılmalıdır. Belə ki, mülki prosessual qanunvericiliyin fundamental prinsipi olan ümumi aidiyyət qaydasına görə, iddia cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməlidir. İddia ərizəsinin mahiyyətindən görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış ## ###### 2020-ci il tarixli müqavilə üzrə ünvan 1 dairə 2 ünvanında yerləşən 10 mərtəbəli evin 2-ci girişinin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.m. olan dörd otaqlı ** saylı mənzilin ona verilməsini tələb edir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan da görünür ki, Cavabdeh–nın direktoru Əsgərov xxxx İldirım oğlunun (VÖEN:**********) rəsmi qeydiyyat ünvanı ünvan 3 İddiaçının nümayəndəsi- vəkilinin cavabdeh hüquqi şəxsin özünün fəaliyyət göstərdiyi ünvanın nəzərə alınmaması barədə mülahizəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan ##.##.2020-ci il tarixli müqavilədən və maliyyə arayışından, eləcə də “AZEMİS”-dən sorğulanmış məlumatlar əsasında müəyyən edilmişdir ki, cavabdeh qismində qeyd olunmuş Cavabdeh hüquqi şəxsi direktoru Əsgərov xxxx İldırım oğlunun VÖEN-i ilə fəaliyyət göstərir. Cavabdeh-nın faktiki faəliyyət göstərdiyi ünvan Yasamal rayon ərazisində olsa belə, cavabdehin qanuni təmsilçisinin rəsmi qeydiyyat ünvanı Mingəçevir şəhərində olduğundan və qanunvericiliyin tələbinə əsasən, iddiaya cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalı olduğundan məhkəmə haqlı olaraq iddia ərizəsi ərazi aidiyyəti qaydalarına riayət edilmədən verildiyindən onun geri qaytarılması qənaətinə gəlmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab etmişdir ki, şikayət əsaslı olmadığından təmin edilməməlidir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə müstəsna aidiyyatın olmamasına istinad etmişdir. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, mübahisənin mahiyyəti müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi ilə əlaqədardır. Göründüyü kimi iddia tələbinin mahiyyəti ondan ibarət olmuşdur ki, iddiaçı ## ###### 2020-ci il tarixli müqavilə üzrə ünvan 1 dairə 2 ünvanında yerləşən 10 mərtəbəli evin 2-ci girişinin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.m. olan dörd otaqlı ** saylı mənzilin ona verilməsini ilə yanaşı cavabdehin müqavilə öhdəliklərinin həyata keçirilməsini tələb edir. Bu baxımdan qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının həmin mənzilə mülkiyyət hüququ olmasa da, hazırda iddiaçı müqaviləyə əsasən ünvan 1 dairə 2 ünvanında yerləşən 10 mərtəbəli evin 2-ci girişinin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.m. olan dörd otaqlı ** saylı mənzilin ona verilməsini tələb edir. Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. İş materiallarından göründüyü kimi mübahisə predmeti olan əmlak Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşir. Göründüyü kimi hazırki iddia tələbində əsas odur ki, mübahisə predmeti olan mənzilin iddiaçının sahibliyinin və iddiaçı bunun üçün həmin mənzilə dair müqaviləyə əsasən mənzilin ona verilməsini xahiş edir ki, bu zaman da həmin iddia tələbi daşınmaz əmlakın olduğu yerə görə verilməsi qanunvericiliklə tənzimlənir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə istinad etməklə hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilmədən geri qaytarılması barədə düzgün olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi hazırki iddia tələbinin Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq müstəsna aidiyyatın təsiri altına düşüb-düşməməsinə aydınlıq gətirməmişdir. Halbuki qərardaddan verilmiş şikayətdə qeyd olunan hallar sadalanmışdır. Digər tərəfdən Cavabdeh-nın tikinti fəaliyyəti və müqavilənin icrası da Bakı şəhəri Yasamal rayonu ərazi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia ərizəsinin məhz müqavilədən əmələ gəldiyini və belə olan halda həmin iddianın müqavilənin icra yerinə görə verilə bilməsini də aydınlaşdırmamışdır.Bununla belə birinci instansiya məhkəməsi istinad edilən normaların tələbləri baxımından hazırki iddia ərizəsi verilərkən müstəsna aidiyyat məsələsini, eləcə də iddianın məhz icra yerinə görə verilmə bilməsinin aydınlaşdırılması istiqamətində zəruri addımlar atmayaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.2-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxmamışdır. Halbuki həmin maddənin tələblərinə əsasən zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, hazırki vəziyyətdə birinci instansiya məhkəməsinin iddia ərizəsinin “aidiyyət qaydalarına riayət edilməyərək” verilməsinə istinad etməklə iddia ərizəsinin geri qaytarması düzgün olmamışdır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, nəqədər ki, birinci instansiya məhkəməsi tərəfindən həmin hallar araşdırılmayaraq qiymət verilməmişdir, bununla da iddia ərizəsinin qeyd edilən əsasla geri qaytarılması istinad edilən normaların pozulması anlamına gəlir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş iddia ərizəsinin icraata qəbulu məsələsinin müzakirə edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397- 399 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı tərəfindən tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh-ya qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulu məsələsinin müzakirə edilməsi iş materialları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-3413/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3413/2026
10.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver