Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-346/2026 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası cavabdeh2 X2 cavabdeh1 X2rşı mülki iş üzrə Açar sözlər: “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması) Hakimlər X15 (sədrlik edən və məruzəçi), X8 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X7, İddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili nümayəndə4, Cavabdeh Azərbaycan Respublikası cavabdeh2 X2 cavabdeh1 X2 nümayəndəsi nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası cavabdeh2 X2 cavabdeh1 X2rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) ##.##.2013-cü il tarixdə BBSİ-nin X13 ehtiyat qrupuna 2-ci dərəcəli sürücü vəzifəsinə işə qəbul edilmişdir. TƏBİB-nin Müşahidə Şurasının ##.##.2023cü il tarixli, **-Q/**** nömrəli Qərarı ilə cavabdeh1 X2 yaradılmış, bundan sonra ##.##.2024-cü il tarixdə iddiaçı “Mərkəzi Qaraj” şöbəsinə 2-ci dərəcəli sürücü vəzifəsinə keçirilmişdir.
2. "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X2 ##.##.2025-ci il tarixli, **-*/*-***/**** nömrəli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün sənədlərin aidiyyəti üzrə göndərilməsinə münasibət bildirilməsi haqqında” xidməti məruzəsində Mərkəzin ** saylı X4 bölməsinin (Bölmə) sürücüsü olan iddiaçının ona təhkim olunmuş xidməti avtomobildə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerdə (“tütün çəkmək qadağandır” yazılmış nəqliyyat vasitəsində), yəni oksigen balonu yerləşdirilmiş xidməti avtomobildə yüksək səsli musiqi sədaları altında tütün məmulatından istifadə edərək həmin video görüntünü “Tik-tok” sosial şəbəkəsində paylaşdığı, onun qadağan edilmiş yerdə (“tütün çəkmək qadağandır” yazılmış nəqliyyat vasitəsində), yəni oksigen balonu yerləşdirilmiş xidməti avtomobildə tütün məmulatından istifadə etdiyinə görə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsinin tələbini pozaraq inzibati xəta törətdiyi bildirilmiş və iddiaçı barəsində inzibati xəta haqqında icraatın başlanması üçün müvafiq materialların aidiyyəti üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməsinə münasibət bildirilməsi xahiş edilmişdir.
3. “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanmış ##.##.2025-ci il tarixli, **-*/*-Q-*-****/**** nömrəli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” məktubda Mərkəzin ** saylı X4 bölməsinin (Bölmə) sürücüsü olan iddiaçının növbədə olduğu müddətdə ona təhkim olunmuş xidməti avtomobildə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerdə (“tütün çəkmək qadağandır” yazılmış nəqliyyat vasitəsində), yəni oksigen balonu yerləşdirilmiş xidməti avtomobildə yüksək səsli musiqi sədaları altında tütün məmulatından istifadə edərək həmin video görüntünü “Tik- Tok” sosial şəbəkəsində paylaşdığı, bununla da onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsinin tələbini pozaraq inzibati xəta törətdiyi göstərilmiş və iddiaçı barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması xahiş edilmişdir.
4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə İddiaçı İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində 05 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə təmin edilməmişdir.
5. Azərbaycan Respublikası cavabdeh2 X2 tərəfindən cavabdeh1 X2ə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda İddiaçı məhkəmə qaydasında İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə təqsirli bilinərək 5 gün müddətinə inzibati qaydada həbs edildiyi, eyni zamanda həmin Məcəllənin 212.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildiyi bildirilmiş və onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi və 3 iş günü ərzində nəticəsi barədə TƏBİB-ə məlumat verilməsi xahiş edilmişdir (##.##.2025-ci il tarixli əmrin verilməsi əsası kimi göstərildiyindən, yəni bu məktuba əmrdə istinad olunduğundan sübut kimi qəbul edilmişdir).
6. cavabdeh1 X2 ##.##.2025-ci il tarixli, **-*-**/*-*-*****/**** saylı əmri ilə Mərkəzi qaraj şöbəsinin 2-ci dərəcəli sürücüsü olan iddiaçı ilə bağlanmış **** saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndində nəzərdə tutulmuş (iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi) hüquqpozuntularına yol verdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı İddiaçı cavabdeh cavabdeh1 X2rşı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ”Respublika Təcli və X17 Mərkəzi” X2 ##.##.2025-ci il tarixli,**-*-**/*-*-*****/**** nömrəli əmrinin ləğv edilməsi, cavabdeh1 X2 * saylı (keçmiş ** saylı) Qaradağ bölməsinə sürücü vəzifəsinə işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, cavabdeh1 X2 ##.##.2025-ci il tarixli əmrdə sadalanan hallar həqiqəti əks etdirmir. O, Qaradağ TTTYS bölməsinin TTTY üzrə həkimi Gülnarə Ağamirzəyevanın yatdığı yerdə şəklini çəkməmiş və paylaşmamışdır. Bunlar hamısı Quliyeva Nailə İrzabala qızının ona qarşı olan şəxsi qərəzli münasibətlərinin nəticəsidir. Quliyeva Nailə İrzabala qızı ona və həyat yoldaşına qarşı şər, böhtan xarakterli şayələr yayaraq onları kollektivdə nüfuzdan salmaqla məşğuldur. Aralarında çoxsaylı məhkəmə mübahisələri olmuşdur. O dayanmadan onun barəsində həqiqətə uyğun olmayan məlumatları rəhbərliyə çatdırmaqla onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirib. Onun barəsində şiddətli töhmət verilməsi barədə əmr verilir, həmin əmr ona təqdim edilmədən məlumatı olmadan Quliyeva Nailə İrzabala qızına verilir və onun tərəfindən müəssisə rəhbərliyinə təqdim edilir. O, həmişə işinə məsuliyyətlə yanaşmış, 44-günlük ikinci Qarabağ müharibəsində göstərdiyi xidmətlərə görə fəxri fərmanlarla təltif edilmişdir. Həmkarlar ittifaqı təşkilatı tərəfindən bu barədə ona hər hansı formada məlumat verilməmiş və onların razılığının olub-olmaması barədə onda məlumat yoxdur. İdarə rəhbərliyin bu qanunsuz hərəkətləri onun və ailəsinin Azərbaycan Respublikası Konistitusiyasında nəzərdə tutulmuş işləmək, yaşamaq və s. hüquqlarını pozur.
9. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı ilə bağlı məsələ Mərkəzdə araşdırılan zamanı məlum olmuşdur ki, iddiaçı növbədə olduğu müddətdə ona təhkim olunmuş xidməti avtomobildə çəkiliş apararaq “Tik-Tok” sosial şəbəkəsində yaydığı videolarda ünvansız qeyri-etik ifadələr işlətmiş, Mərkəzin həkimi Gülnarə Ağamirzəyevanın yatdığı yerdə fotosunu çəkərək digər şəxslər arasında yayılmasına və paylaşılmasına səbəb olmuş, bununla da işlədiyi Mərkəzin nüfuzuna xələl gətirmişdir. İddiaçı ona təhkim olunmuş xidməti avtomobildə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerdə (“tütün çəkmək qadağandır” yazılmış nəqliyyat vasitəsində), yəni oksigen balonu yerləşdirilmiş xidməti avtomobildə yüksək səsli musiqi sədaları altında tütün məmulatından istifadə edərək həmin video görüntünü “TikTok” sosial şəbəkəsində paylaşmışdır. Vətəndaş N.Quliyevanın şikayət xarakterli müraciəti ilə bağlı daha öncə aidiyyəti üzrə Daxili nəzarət və monitorinq departamentində xidməti araşdırma aparılmış, xidməti araşdırmanın nəticəsində iddiaçıya ##.##.2024-cü il tarixli, **-*-**/*-*-*****/**** nömrəli əmrlə növbədə olduğu müddətdə qeyri-etik ifadələr işlətdiyinə, müəssisənin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyinə və əmək intizamı qaydalarını kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə uyğun olaraq töhmət verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsinə əsasən bu Məcəllənin 299, 305, 306.4, 318 və 322.0.4-cü maddələrində nəzərdə tutulan yerlər istisna olmaqla, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə tütün çəkməyə görə 30 manat məbləğində cərimə edilir. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması” haqqında Azərbaycan Respublikasının Qanununun 10.1.18-ci maddəsinə əsasən yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində tütün çəkilməsi qadağandır. Həmin Qanunun 10.1.2-ci maddəsinə əsasən tibb müəssisələrində və tibbi reabilitasiya müəssisələrində, habelə onların ərazilərində tütün çəkilməsi qadağandır. Beləliklə də, iddiaçı qadağan edilmiş yerdə (“tütün çəkmək qadağandır” yazılmış nəqliyyat vasitəsində), yəni oksigen balonu yerləşdirilmiş xidməti avtomobildə tütün məmulatından istifadə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsinin tələbini pozaraq inzibati xəta törətmişdir. Göstərilənlərə əsasən etirazın qəbul edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X2 ”Respublikası Təcli və X17 Mərkəzi” X2 ##.##.2025-ci il tarixli,**-*-**/*-*- *****/**** nömrəli “İddiaçı vəzifədən azad edilməsi haqqında” əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı əvvəlki vəzifəsinə, yəni Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X2 cavabdeh1 X2 “Mərkəzi Qaraj” şöbəsinə 2-ci dərəcəli sürücü vəzifəsinə bərpa edilməsi, cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X2 cavabdeh1 X2 tərəfindən məcburi işburaxma müddəti üçün ödənilməli olan əmək haqqının hesablanaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. (hakim X1)
11. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, iddiaçı ##.##.2013-cü il tarixdə BBSİ-nin X13 ehtiyat qrupuna 2-ci dərəcəli sürücü vəzifəsinə təyin olunmuş, daha sonra TƏBİB-nin Müşahidə Şurasının ##.##.2023-cü il tarixli, **-Q/**** nömrəli Qərarı ilə cavabdeh1 X2 yaradılmış, ##.##.2024-cü il tarixdə “Mərkəzi Qaraj” şöbəsinə 2-ci dərəcəli sürücü vəzifəsinə təyin edilmiş, daha sonra ##.##.2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən tutduğu vəzifədən azad edilmişdir.
12. Hazırda iddiaçı həmin əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, əvvəlki vəzifəsinə işinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya etiraz edərək, iddiaçının növbədə olduğu müddətdə ona təhkim olunmuş xidməti avtomobildə çəkiliş apararaq “Tik-Tok” sosial şəbəkəsində yaydığı videolarda ünvansız qeyri-etik ifadələr işlətdiyini, Mərkəzin həkimi Gülnarə Ağamirzəyevanın yatdığı yerdə fotosunu çəkərək digər şəxslər arasında yayılmasına və paylaşılmasına səbəb olduğunu, ona təhkim olunmuş xidməti avtomobildə “tütün çəkmək qadağandır” yazılmış nəqliyyat vasitəsində, yəni oksigen balonu yerləşdirilmiş xidməti avtomobildə yüksək səsli musiqi sədaları altında tütün məmulatından istifadə edərək həmin video görüntünü “Tik-Tok” sosial şəbəkəsində paylaşdığını, vətəndaş N.Quliyevanın şikayət xarakterli müraciəti ilə bağlı daha öncə aidiyyəti üzrə Daxili nəzarət və monitorinq departamentində xidməti araşdırma aparıldığını, xidməti araşdırmanın nəticəsində sürücü İddiaçı ##.##.2024-cü il tarixli əmrlə növbədə olduğu müddətdə qeyri-etik ifadələr işlətdiyinə, müəssisənin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyinə və əmək intizamı qaydalarını kobud şəkildə pozduğuna görə Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə uyğun olaraq töhmət verildiyini, İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsinə əsasən qadağan edilmiş yerlərdə tütün çəkməyə görə 30 manat məbləğində cərimə edildiyini, beləliklə, onun inzibati xəta törətdiyini bildirsə də, həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
13. Məhkəmə tərəfindən “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X2 “İddiaçı vəzifədən azad edilməsi haqqında” ##.##.2025-ci il tarixli əmrin verilməsinə əsas olmuş sənədlər və onun əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar həmkarlar ittifaqı əsaslandırılmış yazılı qərarın təqdim edilməsi ilə bağlı sorğu ünvanlanmış, lakin sorğuya cavab verilməmiş, əmrin verilməsinə əsas olmuş sənədlər və həmkarlar ittifaqının yazılı qərarı məhkəməyə təqdim edilməmişdir.
14. Cavabdeh iddiaçı ilə bağladığı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam versə də, iddiaçının əməli nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya işəgötürənin, habelə əmək kollektivinin, onun ayrı-ayrı üzvlərinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad etməmiş və bu barədə məhkəməyə sübut təqdim etməmişdir.
15. Qeyd olunmuşdur ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü, 9-cu, 45-ci, 70-72-ci, 80-ci, 83-cü, 186-cı, 239-cu, 292-ci, 300-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2011-ci il tarixli və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2023-cü il qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinə əsasən iş üzrə hər hansı araşdırma aparılmamış, cavabdehə zəruri sübutların məhkəməyə təqdim olunması üçün lazımi şərait yaradılmamışdır. Belə ki, qətnamədə guya aparılmış araşdırmanın nəticəsinə istinad edilsə də, əslində isə məhkəmə iş üzrə səthi müşahidələrinə əsaslanaraq nəticəyə gəlmişdir. Qətnamədən də göründüyü kimi, iddiaçı ##.##.2013-cü il tarixdə BBSİ-nin X13 ehtiyat qrupuna 2-ci dərəcəli sürücü vəzifəsinə təyin olunmuş, daha sonra TƏBİB-nin Müşahidə Şurasının ##.##.2023-cü il tarixli Qərarı ilə cavabdeh1 X2 yaradılmış, ##.##.2024cü il tarixdə “Mərkəzi Qaraj” şöbəsinə 2-ci dərəcəli sürücü vəzifəsinə təyin edilmişdir. Bundan sonra ##.##.2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Məhkəmənin bu mövqeyi ilə razılaşmaq mümkün deyil. Cavabdeh olaraq iddiaya etiraz edərək, iddiaçının növbədə olduğu müddətdə ona təhkim olunmuş xidməti avtomobildə çəkiliş apararaq “Tik-Tok” sosial şəbəkəsində yaydığı videolarda ünvansız qeyri-etik ifadələr işlətdiyini, Mərkəzin həkimi Gülnarə Ağamirzəyevanın yatdığı yerdə fotosunu çəkərək digər şəxslər arasında yayılmasına və paylaşılmasına səbəb olduğunu, ona təhkim olunmuş xidməti avtomobildə “tütün çəkmək qadağandır” yazılmış nəqliyyat vasitəsində, yəni oksigen balonu yerləşdirilmiş xidməti avtomobildə yüksək səsli musiqi sədaları altında tütün məmulatından istifadə edərək həmin video görüntünü “Tik-Tok” sosial şəbəkəsində paylaşdığını, vətəndaş N.Quliyevanın şikayət xarakterli müraciəti ilə bağlı daha öncə aidiyyəti üzrə Daxili nəzarət və monitorinq departamentində xidməti araşdırma aparıldığını, xidməti araşdırmanın nəticəsində sürücü İddiaçı ##.##.2024-cü il tarixli **-*-**/*- *-*****/**** nömrəli əmrlə növbədə olduğu müddətdə qeyri-etik ifadələr işlətdiyinə, müəssisənin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyinə və əmək intizamı qaydalarını kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə uyğun olaraq töhmət verildiyini, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsinə əsasən qadağan edilmiş yerlərdə tütün çəkməyə görə 30 manat məbləğində cərimə edildiyini, beləliklə, İddiaçı inzibati xəta törətdiyini bildirsələr də, məhkəmə işin bu hallarına əhəmiyyət verməyərək, bu halları araşdırmağa belə cəhd etməmişdir. Bu isə onu göstərir ki, məhkəmə iş üzrə qərar qəbul edərkən iddiaçının mövqeyindən çıxış etməklə, işə birtərəfli yanaşmışdır. Qətnamədə qeyd edilir ki, məhkəmə tərəfindən “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X2 “İddiaçı vəzifədən azad edilməsi haqqında” ##.##.2025-ci il tarixli əmrin verilməsinə əsas olmuş sənədlər və işçi İddiaçı əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar həmkarlar ittifaqı əsaslandırılmış yazılı qərarın təqdim edilməsi ilə bağlı sorğu ünvanlanmış, lakin sorğuya cavab verilməmiş, əmrin verilməsinə əsas olmuş sənədlər və həmkarlar ittifaqının yazılı qərarı məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin bu fikri ilə razılaşmaq olmaz. Belə ki, qətnamədən də göründüyü kimi, cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi iddiaya qarşı etirazında məhkəmənin sorğusunda qeyd olunan məsələlərə tam aydınlıq gətirilmişdir. Lakin məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Yalnız iddiaçının tələbinin təmin olunmasına köklənmişdir. Məhkəmə öz qətnaməsində Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi üçün zəruri olan əsasların mövcudluğuna diqqəti cəlb etsə də, lakin öz hüquqi qiymətləndirilməsi zamanı iddiaçının əmək fəaliyyərtində intizamsızlığa və ciddi pozuntulara yol verərək, ##.##.2024-cü il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə uyğun olaraq töhmət verilməsini, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsinə əsasən bu Məcəllənin 299, 305, 306.4, 318 və 322.0.4-cü maddələrində nəzərdə tutulan yerlər istisna olmaqla, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə tütün çəkməyə görə 30 manat məbləğində cərimə edilməsini nəzərə almamışdır. Məhkəmə öz qətnaməsində iş üzrə tərəflərin sübutları təqdim etmək vəzifəsinin olmasına dair qanunun tələbinə istinad etsə də, son nəticədə iş üzrə tərəflərin bu hüquqlarını real surətdə təmin etməmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu, iş üzrə hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları məhkəmədə sübut etməli olduğu halda, məhkəmə yalnız iddiaçının öz tələbinin əsası kimi məhkəməyə təqdim etdiyi sübutlara istinad edərək öz qətnaməsini qəbul etmişdir. Belə olan təqdirdə, qətnamədə məhkəmənin iş üzrə sübutlara guya obyektiv, hərtərəfli və tam qiymət verməsindən danışmaq mümkün deyil. Buna görə də, iddianın təmin edilməsi barədə nəticəyə gələrkən məhkəmənin öz qətnaməsində obyektiv həqiqətdən çox uzaq olduğunu görməmək mümkün deyil. Lakin məhkəmə işin qeyd olunan hallarını araşdırmayaraq, iddia tələbinə yalnız iddiaçının mövqeyini əsas götürərək qiymət vermişdir ki, bu da məhkəmənin düzgün olmayan, ədalətsiz nəticəyə gəlməsinə səbəb olmuşdur. Məhkəmə qətnaməsində iddiaçı ilə cavabdehin arasında hər hansı qərəzin olmaması halında iddiaçı tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması səbəbindən onunla olan əmək müqaviləsinə xitam verilməsinə əhəmiyyət verməyərək, yalnız subyektiv mülahizələrə əsaslanaraq iddia tələbinin təmin olmasına dair səhv nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası cavabdeh2 X2 cavabdeh1 X2 nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, iddiaya qarşı etirazın və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, iddiaçının işdən çıxarılması ilə bağlı bütün sənədlər “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X2muş, şəxsi işində olmamış, bu səbəbdən həmin sənədləri birinci instansiya məhkəməsinə təqdim edə bilməmişlər. İnzibati xəta ilə bağlı sənədlər də eyni qaydada onlarda olmamış, bu sənədlər də sonradan əldə edilmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
21. Məhkəmə iclasında iddiaçı İddiaçı, habelə onun nümayəndəsi və vəkili nümayəndə4 ayrı-ayrılıqda apellyasiya şikayətini qəbul etməmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-ci hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır; 72-ci maddəsinin “f” bəndinə əsasən iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilir; 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar xitam vermək istəyən işəgötürən həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir; 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək; 187-ci maddənin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, yaxud məzuniyyətdə olduğu vaxt, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqının saxlanıldığı dövrlər həmin müddətə daxil edilmir; 187-ci maddəsinin 3-cü hissəsinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin və ya fiziki şəxs olan işəgötürənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir; 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
25. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ##.##.2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
26. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və haqlı olaraq iddianı təmin etmişdir. Apellyasiya şikayəti əsassızdır, bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın rədd edilməsinə hər hansı əsas yoxdur.
28. Məhkəmə kollegiyası işin hallarına, habelə apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, iddiaçı ##.##.2013-cü il tarixdə BBSİ-nin X13 ehtiyat qrupuna 2-ci dərəcəli sürücü vəzifəsinə işə qəbul edilmiş, TƏBİB-nin Müşahidə Şurasının ##.##.2023-cü il tarixli, **-Q/**** nömrəli Qərarı ilə cavabdeh1 X2 yaradıldıqdan sonra ##.##.2024-cü il tarixdə “Mərkəzi Qaraj” şöbəsinə 2-ci dərəcəli sürücü vəzifəsinə keçirilmişdir. cavabdeh1 X2 ##.##.2025-ci il tarixli, **-*-**/*-*-*****/**** saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndində nəzərdə tutulmuş (iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi) hüquqpozuntularına yol verdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
29. Hazırda iddiaçı əsassız və qanunsuz olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edildiyini, bununla bağlı rəsmiləşdirmənin əmək qanunvericiliyinin tələbləri pozulmaqla aparıldığını iddia edir və bu barədə əmrin ləğv edilməsini, tutduğu vəzifəyə bərpa olunmaqla məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini tələb edir. Cavabdeh iddiaçının X4 maşınında İXM-nin 212.1-ci maddəsi ilə inzibati xəta törətdiyini, həmçinin Quliyeva Nailə İrzabala qızının ünvanına “tik-tok” sosial şəbəkə vasitəsi ilə nalayıq ifadələr işlətməsinə görə barəsində İXM-nin 510-cu maddəsi ilə ##.##.2025-ci il tarixdə inzibati protokolun tərtib edildiyini və bunun nəticəsi olaraq məhkəmə qaydasında həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 05 gün müddətinə inzibati qaydada həbs edildiyini, bu səbəbdən Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini, bununla bağlı rəsmiləşdirmənin əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə aparıldığını, bu halı təsdiq edən zəruri sənədlərin birinci instansiya məhkəməsinə təqdim edilməsi üçün şəraitin yaradılmadığını, iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmətin də verildiyini göstərir və iddianın rədd edilməsini xahiş edir.
30. Məhkəmə kollegiyası iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əsasını nəzərə alıb, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd etməyi zəruri hesab edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Eyni zamanda, qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsini ləğv etməyi qadağan edir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilmişdir. Həmin maddədə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin altı əsası nəzərdə tutulmuşdur. Bu əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması isə xüsusi şərt olaraq qeyd edilmişdir. Başqa sözlə, işəgötürən bu barədə əmrdə işçinin təqsirli davranışının nədə ifadə olunmasını (nədən ibarət olmasını) habelə əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini mütləq şəkildə göstərməli və bu lazımi sənədlərlə təsdiq olunmalıdır.
31. Məcəllənin məhz 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin mümkünlüyü (qanunauyğunluğu), həmçinin konkret şərtlərin (1. işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir. 2. İşçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı. 3. İşçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.) mövcudluğundan asılı edilmişdir. Belə ki, bu şərtlərin mövcud olmaması bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsini birmənalı şəkildə istisna edir.
32. Əmək vəzifələrinin kobud pozulması isə o hallarla bağlıdır ki, işçinin dürüstlük qaydasına uyğun gəlməyən davranışı nəticəsində əmək münasibətlərini davam etdirmək işəgötürən üçün mümkünsüz hala gəlir. Başqa sözlə, əmək münasibətlərində mövcudluğu zəruri olan etimad tamamilə sarsılır və aradan qalxır. Ona görə də, əmək müqaviləsinin işəgötürən tərəfindən dərhal ləğv edilməsi üçün əsas yaranır. Əmək müqaviləsinin ləğvinin ayrı və müstəqil əsası olan bu hallar isə ayrıca olaraq Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanmışdır.
33. Eyni zamanda, Əmək Məcəlləsinin 80-ci maddəsində işəgötürənin öz təşəbbüsü ilə həmkarlar ittifaqının üzvü olan işçisinin əmək müqaviləsinə mübahisəli əmrdə göstərilən əsasla xitam verildikdə mütləq hal kimi qabaqçadan həmin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının razılığının alınması şərtləndirilmiş və bunun proseduru açıqlanmışdır. Belə ki, həmin prosedura əsasən belə işçinin əmək müqaviləsinə qeyd edilən əsasla xitam vermək istəyən işəgötürən müvafiq əsaslandırma sənədləri əlavə etməklə əsaslandırılmış yazılı təqdimatla həmin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına müraciət etməlidir. Həmkarlar ittifaqı təşkilatı isə bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək müqaviləsinə bu maddənin tələbləri pozulmaqla xitam verilməsi işçinin işdən çıxarılmasının qanunsuz hesab edilməsi və əmək müqaviləsi ləğv edilmiş və işdən çıxarılmış işçinin əvvəlki vəzifəsinə bərpa olunması üçün əsasdır.
34. Lakin iddiaçının işlədiyi cavabdeh müəssisədə həmkarlar ittifaqı təşkilatının fəaliyyət göstərməsinə və iddiaçının bu təşkilatın üzvü olmasına baxmayaraq, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən Əmək Məcəlləsinin 80-cı maddəsindən irəli gələn prosedura riayət edilməmişdir. Cavabdeh tərəf bu prosedura riayət edildiyini, eyni zamanda, zəruri sənədlərin birinci instansiya məhkəməsinə təqdim edilməsi üçün şəraitin yaradılmadığını bildirir. Halbuki, işə birinci instansiya məhkəməsində baxılan zaman iş üzrə bir neçə hazırlıq iclası keçirilmiş, hətta işə baxılması 2 ay müddətinə uzadılmış, icraat çərçivəsində məhkəmə tərəfindən cavabdehə həmkarlar ittifaqı təşkilatının əsaslandırılmış yazılı qərarının təqdim edilməsi barədə ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli məktublar da (sorğular) göndərilmişdir. Buna baxmayaraq, bu prosedura riayət edilməsini təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
35. Bununla yanaşı ##.##.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə3 iddiaçının bu təşkilatın razılığı olmadan işdən çıxarıldığını və bununla bağlı tələb edilən sənədlərin mövcud olmadığını etiraf etmişdir (i.v.74). Cavabdeh tərəf yalnız apellyasiya instansiyasındakı icraat zamanı cavabdeh1 X2 Həmkarla İttifaqı Komitəsinə ünvanladığı ##.##.2025-ci il tarixli təqdimatını (iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə münasibət bildirilməsi barədə) təqdim etmiş, lakin həmin Komitənin bu məsələ ilə bağlı nəinki əsaslandırılmış, hətta hər hansı yazılı qərarını təqdim edə bilməmişdir. Komitə tərəfindən belə bir qərarın qəbul edilmədiyi və nəticə etibarı ilə mövcud olmadığı bir halda, cavabdehin bu təqdimatı (sübut kimi qəbul edilsə belə) Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə riayət edilməsi qənaətinə gəlmək üçün əsas yaratmır. Hüquqi nəticə etibarı ilə cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin maddənin tələbləri pozulmaqla xitam vermişdir ki, bu da iddiaçının işdən çıxarılmasının qanunsuz hesab edilməsi və bu barədə cavabdehin ##.##.2025-ci il tarixli əmrinin ləğv edilməsi üçün əsas yaradır.
36. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, intizam tənbehinin verilə bilmə imkanı işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək mövcud olur. İntizam xətasının aşkar edildiyi və intizam tənbehinin verilməsi imkanının hesablanmağa başladığı gün işçinin tabeçilik üzrə bilavasitə rəhbərinə intizam xətasının məlum olduğu (bu barədə məlumat əldə edildiyi) gün hesab olunur. Lakin iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara yol verdiyinə görə işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (hazırda olduğu kimi) xitam verilirsə, bir aylıq müddətin hesablanması işçinin pozuntuya görə səlahiyyətli orqanın inzibati tənbeh tətbiq etdiyi gündən başlayır.
37. Qeyd olunmalıdır ki, cavabdeh intizam tənbehi olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə əmrin özünü də əmək qanunvericiliyi ilə müəyyən edilmiş 1 aylıq müddət ötürülməklə qəbul etmişdir. Belə ki, iddiaçı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 05 gün müddətinə inzibati qaydada həbs edilmiş, həmin qərardan iddiaçının şikayəti isə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qərarında iddiaçının həmin Məcəllənin 212.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı ##.##.2025-ci il tarixdə törətdiyi göstərilmişdir. Başqa sözlə, bununla bağlı inzibati protokol məhz həmin vaxt tərtib edilmişdir. Lakin mübahisələndirilən əmr bu tarixlərdən iki aydan da artıq müddət keçdikdən sonra, yəni ##.##.2025-ci il tarixdə qəbul edilmişdir. Hətta müddətin axımı cavabdehə ünvanlanmış “Əmək müqaviləsinə xitam verilməsi haqqında” məktubun üzərində qeyd edilmiş (elektron sistem vasitəsi ilə göndərilir və bu baxımdan dərhal çatdırılır) ##.##.2025-ci il tarixdən hesablandığı halda belə müəyyən edilmiş 1 aylıq müddət ötürülmüş olur. Halbuki, cavabdehin bu barədə xeyli əvvəl, yəni aprel ayından məlumatlı olduğu mübahisəsizdir. Hər bir halda, iddiaçı barəsində “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” ##.##.2025-ci il tarixli müraciət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məhz Azərbaycan Respublikası cavabdeh2 X2 tərəfindən ünvanlanmış və bu baxımdan cavabdeh bu müraciət üzrə görüləcək tədbirlərin nəticəsində bilavasitə maraqlı və bundan irəli gələrək məlumatlı olmuşdur.
38. Bununla belə, iddiaçının iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara yol verməsi işin mübahisəsiz halı olsa da, Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri pozulduğundan (müddətin ötürülməsi baxımından) buna görə iddiaçıya intizam tənbehi verilə bilməz. Hüquqi nəticə etibarı ilə ##.##.2025-ci il tarixli əmr əmək qanunvericiliyinin yuxarıda göstərilən tələbləri pozulmaqla qəbul edilmişdir.
39. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndində nəzərdə tutulmuş hüquq pozuntularına yol verildiyə görə xitam verildiyi halda, həmin əmrin iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmətin elan edilməsinin nəzərə alınaraq qəbul edilməsinin göstərilməsi isə ümumiyyətlə aydın deyil və Əmək Məcəlləsinin 76.1-ci maddəsinin tələblərinin də pozulması qənaətinə gəlmək üçün əsas yaradır. Belə ki, həmin normanın tələbləri baxımından işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması isə Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan fərqli bir haldır və əmək müqaviləsinə xitam verilməsi üçün müstəqil əsas qismində çıxış edir. Başqa sözlə, şiddətli töhmət iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndi ilə deyil, “ə” bəndi ilə xitam verildiyi təqdirdə nəzərə alına bilərdi. Qeyd edilənlər öz növbəsində cavabdehin ##.##.2025-ci il tarixli əmrinin ləğv edilməsini şərtləndirir. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq həmin əmri ləğv etmiş və bu qənaətinə uyğun olaraq, iddiaçını tutduğu vəzifəsinə bərpa etməklə məcburi işburaxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və rədd edilməlidir.
40. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyi rəhbər tutub, belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Azərbaycan Respublikası cavabdeh2 X2 cavabdeh1 X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi cavabdeh Azərbaycan Respublikası cavabdeh2 X2 cavabdeh1 X2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası cavabdeh2 X2 cavabdeh1 X2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.