Məhkəmə qərarları › İş №2(3-6)-347/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-347/2026

30.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-347/2026 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh4, cavabdeh2 və cavabdeh1n * saylı Cəlilabad Ərazi İdarəsinə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) mülki iş üzrə Açar sözlər: bağışlama müqaviləsindən imtina olunması, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi Hakimlər X19 (sədrlik edən və məruzəçi), X12 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X8, İddiaçı İddiaçı nümayəndə və vəkilləri vəkil2 İlham oğlunun və nümayəndə2, Cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili vəkil1, Cavabdeh cavabdeh4 nümayəndə və vəkilləri nümayəndə3 və nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh4, cavabdeh2 və cavabdeh1n * saylı Cəlilabad Ərazi İdarəsinə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “bağışlama müqaviləsindən imtina olunması, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının ##.##.1998-ci il tarixli, ** nömrəli Sərəncamına əsasən “Elman-İ.O” Müəssisəsinə kommersiya xidməti məqsədi ilə Cəlilabad şəhərinin ** nömrəli məhəlləsindən 0,045 ha torpaq sahəsi verilmişdir.

2. Cəlilabad Rayon İcra Hakimiyyətinin “Cəlilabad şəhərində “Elman-İ.O.” kiçik müəssisəsinə torpaq sahəsinin verilməsi haqqında” ##.##.1998-ci il tarixli Akta əsasən “Elman-İ.O” kiçik müəssisəsinə şəhərin ** nömrəli məhəlləsindəki torpaq sahəsindən 0,045 hektar torpaq sahəsi verilmişdir. 2003-cü ildə həmin torpaq sahəsi icarə müqaviləsi əsasında Cəlilabad rayon İcra Hakimiyyəti tərəfindən “Elman-İ.O” müəssisəsinə icarəyə verilmişdir. Həmin torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binası (hazırda mübahisələndirilən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 3.295,2 kv.m olan qeyriyaşayış binası) ##.##.2022-ci il tarixdə X2 (iddiaçı İddiaçı atasının) mülkiyyəti kimi qeydiyyata alınmışdır(cavabdeh1n ##.##.2025-ci il tarixli məktubu).

3. X2 ilə İddiaçı arasında ##.##.2022-ci il tarixdə bağlanmış Daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən X2 mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 3295,2 kv.m olan qeyri-yaşayış binasını İddiaçı hədiyyə etmişdir. Həmin müqaviləni X2 əvəzinə etibarnamə üzrə nümayəndəsi Quliyev Mikayıl Əsgər oğlu imzalamışdır.

4. ##.##.2022-ci il tarixli etibarnaməyə əsasən İddiaçı tərəfindən 58 il müddətinə Quliyev Mikayıl Əsgər oğluna ümumi etibarnamə verilmişdir.

5. İddiaçı ilə cavabdeh3 arasında ##.##.2022-ci il tarixdə bağlanmış “Daşınmaz Əmlakın Bağışlanması” müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 3295,2 kv.m olan qeyri-yaşayış binasını cavabdeh3 hədiyyə etmişdir. Həmin müqaviləni İddiaçı əvəzinə etibarnamə əsasında nümayəndəsi Quliyev Mikayıl Əsgər oğlu imzalamışdır. Həmin əmlaka dair cavabdeh3 mülkiyyət hüququ ##.##.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

6. ##.##.2023-cü il tarixli etibarnaməyə əsasən Quliyev Mikayıl Əsgər oğlu tərəfindən İddiaçı səlahiyyətləri 56 il 5 ay 11 gün müddətinə X5 ötürülmüşdür.

7. cavabdeh3 ilə cavabdeh4 arasında ##.##.2023-cü il tarixdə bağlanmış “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən cavabdeh3 mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 3295,2 kv.m olan qeyri-yaşayış binasını cavabdeh4 hədiyyə etmişdir. Həmin müqaviləni cavabdeh3 əvəzinə etibarnamə üzrə nümayəndə X5, cavabdeh4 əvəzinə isə Quliyev Mikayıl Əsgər oğlu imzalamışdır.

8. İddiaçı əri cavabdeh3 məxsus mübahisə predmeti olan qeyri-yaşayış binasının bağışlanılmasına razılıq vermişdir, bununla bağlı ərizə təmsilçi X5 tərəfindən imzalanmışdır. ##.##.2025-ci il tarixdə İddiaçı X5 verilmiş etibarnaməyə xitam vermişdir.

9. İddiaçı ##.##.2025-ci il tarixdə cavabdeh4 və cavabdeh3 bağışlamadan imtina barədə bildiriş göndərərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 3295,2 kv.m olan qeyri-yaşayış binasının onun atasına məxsus olduğunu, atasının ona hədiyyə etdiyini, ##.##.2022-ci il tarixdə həmin əmlakı əri cavabdeh3 bağışladığını, bunu aralarında olan etibarlı ailə münasibətlərinin davam etdirilməsi, ailənin qorunub saxlanılması, daha da möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməsi, uşaqlarının inkişafı üçün əlverişli şəraitin yaradılması və onların sağlamlığının qayğısına qalması şərti, ümidi, arzusu ilə bağışladığını, lakin cavabdeh3 ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri kobudcasına pozduğunu bildirmiş və göstərilən səbəblərdən əmlakın bağışlanması müqaviləsindən imtina etdiyini bildirmişdir.

10. cavabdeh1n * saylı Cəlilabad ərazi idarəsinin ##.##.2025-ci il tarixli məktubuna əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 3295,2 kv.m olan qeyri-yaşayış binası ##.##.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən cavabdeh4 adına ##.##.2023-cü il tarixli çıxarışla qeydiyyata alınmışdır. Həmin qeyri-yaşayış binası ##.##.2026-cı il tarixədək Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin girovundadır.

Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh4 və cavabdeh1n * saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 3295,2 kv.m olan qeyriyaşayış binasına (“xxxx” MMC) dair ##.##.2022-ci il tarixli, cavabdeh2 təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsindən imtina olunması, cavabdeh cavabdeh4 ilə cavabdeh3 arasında bağlanılmış ##.##.2023-cü il tarixli, *Ə-*** saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh4 adına ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbini işin faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, o, etibarlı ailə münasibətlərinin davam etdirilməsi, ailənin qorunub saxlanılması, ailənin daha da möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməsi, övladların inkişafı üçün əlverişli şərait yaratması və onların sağlamlığının qayğısına qalması şərti, ümidi, arzusu ilə əmlakı ərinə bağışlamışdır. Cavabdeh cavabdeh3 onun həm də xalası oğludur. Cavabdeh ilə ##.##.2013-cü il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan ##.##.2013cü il tarixdə X9 və ##.##.2015-ci il tarixdə X3 anadan olmuşdur. Cavabdehlə son dövrlərdə münasibətlər kəskinləşmişdir. Mütəmadi olaraq təhqirlər və hədə-qorxularla onu təhdid edir, onunla bir ailə olaraq deyil, kölə olaraq davranmışdır. Artıq demək olar ki, son dövrlərdə ailəvi bağlar tamamilə qopmuş, cavabdehlə bir yerdə yaşamaq qeyri-mümkün hala gəlmişdir. Münasibətlər o qədər dözülməz həddə gəlib çıxmışdır ki, ##.##.2025-ci il tarixdə heç bir səbəb olmadan cavabdehin valideynləri ilə birgə yaşadıqları Bakı şəhəri, Yasamal rayonundakı evdən onu ölümlə hədələyərək qovmuşdur. Qorxudan təlaş içində iki azyaşlı övladları ilə birlikdə Nizami rayonundakı ata evinə gəlmişdir. Bu azmış kimi cavabdeh ata evinin qarşısına gəlib onu axtarmağa davam etmişdir. Həmin hədəqorxularla əlaqədar gecə 23 radələrində 102 Xidməti Zəng Mərkəzinə müraciət etmişdir. ##.##.2025-ci il tarixdə isə Nizami rayon Polis idarəsinin 25-ci Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Müvafiq araşdırma aparılmış, tərəflərin izahatı alınmışdır. Cavabdeh özüdə onu təhqir etdiyini etiraf etmişdir. Lakin sonra araşdırmanın gedişində uşaqlarının, ailənin xatirinə, arada olan qohumluq əlaqələrinə və valideynlərin də təzyiqinə görə şikayətini geri götürərək araşdırmanın dayandırılmasını xahiş etmişdir. Bu səbəbdən də, ##.##.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bu hadisələrdən sonra aydın olmuşdur ki, cavabdehlə barışmaq, gələcək birgə ailə həyatı və ailənin qorunub saxlanması mümkün deyil, faktiki olaraq arada olan ailə bağları demək olar ki, tamamilə qopmuş, mənəvi, ailəvi dəyərlər itirilmiş, cavabdeh ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri kobudcasına pozmuşdur. Bundan sonra aralarında olan formal olaraq qalmış nikahın pozulması ilə bağlı Bakı şəhər Nizami Rayon Məhkəməsinə iddia qaldırmışdır, iş hazırda məhkəmənin icraatındadır. Məhkəmə icraatının gedişatında ona məlum olmuşdur ki, cavabdeh bağışladığı əmlakı hüquqdan sui-istifadə edərək, mülki məsuliyyətdən yayınmaq üçün gizlicə, onun xəbəri olmadan qardaşı cavabdeh4 satmışdır. O və cavabdeh hər ikisi dindar ailədirlər, təməldən dini adətlərinə bağlıdırlar. Rəsmi nikahdan əlavə həmçinin dini nikah (kəbin) da bağlanmışdır. Hadisələrin gedişində ona məlum olmuşdur ki, cavabdeh həmin kəbinə də dini yolla xitam vermişdir. Bütün bunlar onu göstərir ki, cavabdeh daha əvvəldən əmlak məsuliyyətindən özünü sığortalamaq, bütün əmlakı ələ keçirmək niyyəti ilə həmin hərəkətləri etmişdir. O, cavabdehin bu niyyətindən xəbərdar olsa idi, ümumiyyətlə heç bir əmlak bağışlamazdı. O, bu şərtlə əmlakı bağışlamışdır ki, cavabdeh bir ailə başçısı kimi öz ailəvi öhdəliklərini həyata keçirsin, ailə münasibətlərinə, dəyərlərinə hörmət etsin, uşaqların rifahına və inkişafına qayğı göstərsin, ailə qorunub saxlanılsın. Dəli deyildir ki, döyülmək, söyülmək, təhqir olunmaq, hədə-qorxu olunsun deyə külli miqdarda dəyəri olan əmlakı bağışlasın. O, əmlakı cavabdehin əmlakı sonradan ailə təsərrüfatını dağıtmaq üçün birgə təsərrüfatdan kənar şəxsə, qardaşının adına keçirməsi üçün bağışlamamışdır. Cavabdeh ümumiyyətlə öz övladlarına maddi yardım belə göstərmir, hətta bundan yayınmaq üçün uşaqlara təzyiq göstərməklə onları ondan almaq istəyir. Göstərilən səbəblərdən bağışlamadan imtina edərək hesab edir ki, onun pozulmuş mülkiyyət hüququ bərpa olunmalı, iddia tələbi təmin edilməlidir.

13. İddiaçı İddiaçı nümayəndəsi və vəkili Dəmirov Müşfiq İlham oğlunun vəsatətinə əsasən cavabdeh2 mülki iş üzrə cavabdeh qismində işə cəlb edilmişdir.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı İddiaçı aid edilmişdir. (hakim X4).

15. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, mübahisə predmeti olan bağışlanma müqavilələri şərtsiz bağlanmışdır. Yəni, bağışlanma müqavilələri üzrə şərtin hədiyyə alan tərəfindən pozulması xüsusatı mövcud deyildir. Mübahisə predmeti olan qeyriyaşayış binası hazırda Cəlilabad şəhərində “xxxx” Ticarət mərkəzi kimi fəaliyyət göstərir. Həmin Ticarət Mərkəzinin idarəetməsi “xxxx” MMC tərəfindən həyata keçirilir. “xxxx” MMCnin faktiki və hüquqi rəhbəri cavabdeh cavabdeh4dur. Göstərilənlər mülki işin mübahisəsiz hallarıdır.

16. ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı məhkəməyə mübahisənin faktiki halları barədə ətraflı izahat vermişdir. İddiaçı cəmi 1 iclasda iştirak etmiş və həmin iclasa da məhz məhkəmə tərəfindən xüsusilə dəvət edilmişdir ki, mübahisənin faktiki halları barədə məhkəməyə məlumat versin, nəticədə mülki iş üzrə doğru qərarın qəbul edilməsi mümkün olsun. İzahat zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi və qeyri-yaşayış binası iddiaçının atasının adına rəsmiləşdirilmiş olsa da, faktiki olaraq cavabdehlərin atasının vəsaiti ilə əldə edilmiş, faktiki olaraq cavabdeh cavabdeh4 məxsus olmuşdur. Mübahisə predmeti olan əmlaka dair çıxarışın Həşim Ağayevin adına qeydə alınma tarixi və bağlanmış bağışlanma müqavilələrinin tarixi, sonraki əməliyyatlar vahid niyyətlə həyata keçirilmiş, notariat əməliyyatları zamanı əlavə rüsumların ödənilməsinin qarşısının alınması məqsədilə məhz bağışlanma formasında rəsmiləşdirilmişdir. Təcrübədə bağışlanmanın yalnız yaxın qohumlar arasında həyata keçirilməsinin praktiki asanlığı nəzər alınmaqla, cavabdeh cavabdeh4 məxsus olan əmlak bir neçə əməliyyat formasında yekun olaraq sonuncunun adına rəsmiləşdirilmişdir. İddiaçı özü də məhkəməyə verdiyi izahatında əmlakın atasının adına olduğunu bildirsə də (həmin hal sənədlərə əsasən ortadadır), məhkəmənin dəfələrlə ünvanladığı suallara cavab olaraq mübahisə predmeti olan əmlakın faktiki olaraq atasına məxsus olduğunu qeyd etməmişdir. Yəni, mübahisə predmeti olan əmlak cavabdehin atasının adına rəsmiləşdirilmiş, lakin, ona məxsus olmamışdır.

17. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının atası X7 rayonu ərazisində yerləşən Sədərək Ticarət Mərkəzində ticarətlə məşğuldur. Şahid qismində dindirilmiş cavabdehlərin atası Quliyev Mikayıl Əsgər oğlu bildirmişdir ki, ticarət fəaliyyəti ilə məşğul olan şəxsdir, həmin torpaq sahəsi 1998-ci il tarixdə onun və bacanağı X10 Federasiyasında yaşayan və həmin ölkənin vətəndaşı qayını tərəfindən Həşim Ağayevin adına rəsmiləşdirilməklə alınmışdır (özü xarici ölkə vətəndaşı olduğundan Həşim Ağayevin adına rəsmiləşdirilmişdir). 2020-ci ildə Mikayıl Quliyevə məlum olmuşdur ki (cavabdeh olan övladları bildirmişdir), qayını həmin torpaq sahəsini satır. Mikayıl Quliyev həmin torpaq sahəsini və torpaq sahəsinə bitişik əlavə ərazini də əvəzli qaydada əldə etməklə bacanağı Həşim Ağayevin adına çıxarışı rəsmiləşdirmiş, əmlaka çıxarış alındıqdan sonra isə torpaq sahəsinin üzərində yerləşən və hazırda fəaliyyət göstərən ticarət mərkəzini öz vəsaiti hesabına tikmiş (alınan tikinti materiallarının tam siyahısı təqdim edilmişdir), ən sonda bağışlanma əməliyyatları ilə əmlakı övladı cavabdeh4 adına rəsmiləşdirilmişdir.

18. Məhkəmə şahidin ifadəsini əsaslı hesab etmişdir. Yəni, mübahisə predmeti olan əmlak yekunda faktiki mülkiyyətçisinin, həqiqi sahibinin adına keçmişdir. Doğrudur ki, bağlanmış əqdlər (bağışlanma müqavilələri) formal əsaslıdır (yalan əqd), lakin, iradə ifadəsi nöqteyi-nəzərdən vahid iradə ifadəsinə, doğru nəticəyə yönəlmiş əqdlərdir. Yəni, mübahisə predmeti olan müqavilələr üzrə formal baxımdan qüsurlar olsa da, yekun olaraq iradə ifadəsi baxımından qüsurlar müəyyən edilmir. İddiaçının izahatının ətraflı təhlili (audiovideo qeydlər mövcuddur) deməyə əsas verir ki, mübahisə predmeti olan əmlak iddiaçının atasına məxsus olmamış, sadəcə onun adına rəsmiləşdirilmişdir. Yəni, Həşim Ağayev formal mülkiyyətçi olmuşdur. İddiaçının izahatına əsasən, ona mübahisə predmeti olan əmlakın ticarət mərkəzi kimi fəaliyyət göstərməsi və cavabdeh4 idarəçiliyində olması məlumdur.

19. Bundan əlavə, iddiaçı ailədə baş vermiş mübahisə nəticəsində 2023-cü il tarixdə də evi tərk etməsini, bir neçə ay öz atasının evində yaşamasını, daha sonra isə tərəflərin yenidən barışmasını qeyd etmişdir. Yəni, KMP-nin hüquqi mövqeyi əsas götürülməklə bağışlamadan imtina ilə bağlı 1 illik kəsici müddətin ötürülməsi müəyyən olunur (əgər əsas mövcud olmuş olsa idi). KMP-nin hüquqi mövqeyi əsas götürülməklə bağışlamadan imtinanın əsasları da müəyyən edilmir. Belə ki, bağışlamanın şərtsiz həyata keçirilməsi və iddiaçının vəkilinin də istinad etdiyi KMP-nin formalaşdırdığı hüquqi mövqeyin dispozitiv şərtləri hazırki mübahisə üzrə müəyyən edilmir (mənəvi xüsusatlarla əlaqədar).

20. Müəyyən edilmişdir ki, cavabdeh cavabdeh3 övladlarının saxlanılması üçün aliment öhdəliklərini tam icra etmiş, lakin, iddiaçı bundan imtina etmişdir. İddiaçı mübahisə predmeti olan əmlakı cavabdeh olan ərinə bağışlaması ərinin mülkiyyətçi kimi mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına, sərəncam hüququnun dar çərçivəyə salınmasına əsas ola bilməz. Mülkiyyətçi (cavabdeh) öz mülkiyyəti üzərində sərəncam verməkdə sərbəstdir. İddiaçı bağlanmış əqdlər üzrə tərtib edilmiş razılıq ərizələrinin onun həqiqi iradəsini əks etdirməməsinə dair əsaslı mülahizə bildirməmiş, sübutlar təqdim etməmişdir. İddiaçının notarial qaydada təsdiq edilmiş sözügedən razılıq ərizələri qanunla müəyyən edilmiş qaydada etibarnamə üzrə nümayəndə vasitəsilə təqdim edilmişdir. Yəni, hüquqi baxımdan qanunun tələblərinə əməl edilmişdir. Əks halda etibarnamə üzrə təmsilçilik səlahiyyətinin, nümayəndəlik, səlahiyyətin ötürülməsi institutlarının hər hansı hüquqi təsiri qalmaz. Prezumpsiyanın əksini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Nikahın pozulması barədə iddia məhz iddiaçının özü tərəfindən qaldırılmış, mənzili iddiaçı öz iradəsi ilə tərk etmişdir. Bunun əksi barədə, həmçinin iddiaçıya işgəncə, əzab verilməsi, döyülmə xüsusatları ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Ümumiyyətlə, bu barədə iddiaçı tərəfdən əsaslı mülahizələr də bildirilməmişdir. İddiaçının vəkili müdafiəsini cavabdehlərin hüquqdan sui-istifadə etməsi üzərində qursa da, müəyyən edilir ki, hüquqdan sui-istifadə edən, formal əsaslara söykənən tərəf iddiaçı tərəfdir. Cavabdeh cavabdeh1n * saylı Cəlilabad Ərazi İdarəsi mülki iş üzrə əsl olmayan cavabdehdir. Bundan əlavə, MM-in 54-cü maddəsinin tələbləri baxımından idarə mülki prosesdə cavabdeh, mülki münasibətlərdə müstəqil subyekt qismində iştirak edə bilməz. Cavabdeh qismində publik hüquqi şəxsin özü müəyyən edilməlidir (hazırki mübahisədə publik hüquqi şəxsin özü də əsl olmayan cavabdehdir).

21. Məhkəmə iddia tələbinin “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması” hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin tələb ilkin tələblərdən tələbindən törəmə tələblərdir. İddianın ilk hissəsi təmin edilməyindən iddia tələbi həmin hissələrdə də təmin edilməməlidir.

22. Məhkəmə, həmçinin, hesab etmişdir ki, iddiaçının hüquqlarının müdafiəsi mübahisələndirilən alqı-satqı müqavilələrinin etibarsız sayılması ilə deyil, iddiaçının yaşayış yeri ehtiyacının başqa cür təmin edilməsi (başqa mənzillə təmin edilmə və s.) ilə hazırki mərhələdə daha məqsədəmüvafiqdir.

23. Məhkəmə xüsusi qərardadın çıxarılması məsələsinə də hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçının ərizəsində qeyd etdiyi hallar öz təsdiqini tapmadığından xüsusi qərardad çıxarılması üçün əsaslar mövcud deyil.

24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 5.1-ci, 16.1ci, 54-cü, 337-ci, 340-cı, 359-cu, 360-cı, 362-ci, 560-cı, 666.1-ci, 673-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

25. İddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti və ona əlavə verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

26. İddiaçı apellyasiya şikayətini və ona əlavəni iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə aktı tamamilə əsassızdır və bu səbəbdən də ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını natamam araşdırıb və səhv hüquqi nəticəyə gəlmişdir. İlk olaraq qeyd olunmalıdır ki, əmlakın onun ərinin adına keçirilməsi onun ailə münasibətlərinə güvənərək verdiyi etibarnaməyə əsaslanır. Yəni o, əmlakı öz ərinin adına keçirtməyə ailə birliyinin möhkəmliyi və birgə təsərrüfat motivi ilə razı olmuşdur. Əmlakın onun ərinin adına keçirilməsi ailə hədiyyəsi olmuşdur. Yəni əmlakın ilkin mülkiyyətçisi onun atası X2 olmuş, sonrakı bütün əməliyyatlar onun ailəsinə bağışlama məqsədi ilə həyata keçirilmişdir. Onun iradəsi yalnız əmlakın ər və arvadın ümumi ailə mülkiyyəti kimi saxlanılmasına yönəlmişdir. Yəni əmlakın onun ərinin adına bağışlanması tam şəkildə onun iradə ifadəsini əks etdirir. O, ərinə etibar edərək və “ailə birliyi” motivi ilə öz əmlakını əri cavabdeh3 adına keçirmişdir. Bu, yuxarıda qeyd edildiyi kimi Ali Məhkəmənin ##.##.2024-cü tarixli Plenumunda qeyd edilən: “bağışlamanın hüquqi nəticəsi bağışlama anındakı həqiqi iradə ilə müəyyən olunur”. Hüquqdan sui-istifadədən ibarət olan hissə isə 2023-cü ilin sentyabr ayında olan, digər cavabdeh Quliyevin Nahidin adına keçirilmə ilə bağlı olan saxta əməliyyatlardır. Belə ki, sonrakı bağışlamalar ondan gizli, iradəsinə zidd və qanunsuz həyata keçirilmişdir. O, 2023cü ilin avqust ayında ailə münaqişəsi səbəbilə evdən çıxarılıbdır. Yəni həmin əmliyyatlarda sui-istifadənin bütün elementləri var. O, evdən gedən kimi əmlak gizli şəkildə addan çıxarılıb, hər şey ailə münaqişəsindən faydalanmaq məqsədi ilə edilib, məqsəd cavabdehin əmlak məsuliyyətindən yayınması olmuş, əməliyyata Ziya Qarazadə adlı süni üçüncü şəxs daxil edilmişdir. Nəticə etibarı ilə gizli əməliyyatlarla əmlak onun ailə mülkiyyətindən qanunsuz çıxarılıb, bütün bağışlama və səlahiyyət ötürülməsi sənədləri aldatma, hüquqdan sui-istifadə və qadağan edilmiş təmsilçilik elementi daşıyır. Bu, şahid Mikayıl Quliyev tərəfindən də təsdiq edilmişdir. O, ata evində olduğu müddətdə gizli şəkildə 3 mərhələli əqd əməliyyatları olmuşdur: 1. Qayınata Mikayıl Quliyev səlahiyyəti üçüncü şəxs, onun tanımadığı Ziya Qarazadəyə ötürür (##.##.2023); 2. Ziya Qarazadə bağışlama üçün razılıq ərizəsi verir (##.##.2023); 3. Əmlak cavabdehin qardaşı cavabdeh4 adına keçirilir. Bu epizodların hamısı onun iştirakı və xəbəri olmadan həyata keçirilib. Əgər Mikayıl Quliyev özü razılıq versəydi, bu zaman öz adına əqd bağlamış olardı. Bu qadağanı aşmaq üçün yalan subyekt üçüncü şəxs yaradılması hüquqdan sui-istifadədir. Şahid kimi ifadə verən Mikayıl Əliyev həmin halı məhkəmədə ifadə verərək notariusun göstərişi ilə etdiyini bildirmişdir. Xüsusilə, o, Ziya Qarazadə adlı şəxsi ümumiyyətlə tanımadığını məhkəmədə bildirmişdir. Nəticədə, onun xəbəri olmadan 56 illik etibarnamədən istifadə edilərək səlahiyyət naməlum Ziya Qarazadəyə ötürülmüşdür. Təmsilçi Mikayıl Quliyev isə məhkəmədə bildirdiyi kimi öz xeyrinə əməliyyat apara bilməyəcəyi üçün, notariusun göstərişi ilə formal olaraq üçüncü şəxsə səlahiyyət ötürüb əməliyyatı pərdələmişdir. Bu tipik yalan (simulyativ) əqd nümunəsidir. Yəni əmlakın cavabdehin qardaşının adına keçirilməsi təmsilçinin öz ailə marağına xidmət edir. Qanunun tələbinə görə təmsilçi öz xeyrinə və ya yaxın qohumların xeyrinə əqd bağlaya bilməz. Bu qadağanı aşmaq üçün “qeyri-ailəvi üçüncü şəxs” görüntüsü yaradılması mahiyyət etibarı ilə aldatmadır. Belə bir manipulyasiya Konstitusiya Məhkəməsinin ##.##.2022 qərarında təsvir olunan “yalan əqd – görüntü üçün bağlanmış əqd” kimi qiymətləndirilir (MM 340.2-ci maddəsinə). Xüsusilə vurğulanmalıdır ki, məhkəmə öz qərarında həmin halı yalan əqd kimi qiymətləndirsə də, qeyd etmişdir ki, bağlanmış əqdlər (bağışlanma müqavilələri) formal əsaslıdır (yalan əqd), lakin iradə ifadəsi nöqteyi-nəzərdən vahid iradə ifadəsinə, doğru nəticəyə yönəlmiş əqdlərdir. Göründüyü kimi, məhkəmə həmin əqdlərin yalan əqd olmasını müəyyən edir, lakin həmin əqdlərə sonradan etibarlı hala gətirilən əqd donu geydirməyə çalışır. Halbuki, yalan əqd özlüyündə əhəmiyyətsiz olan əqddir və həmin əqdə sonradan tərəflərin iradəsi ilə hüquqi qüvvə vermək olmaz. Yalan və uydurma əqdlər mübahisələndirilə bilən deyil, məhkəmə tərəfindən etibarsız hesab edilib-edilməməyindən asılı olmayaraq bağlandığı andan əhəmiyyətsiz əqdlərdir. Bu mənada məhkəmə qanunun təfsirində səhvə yol vermişdir. Eyni zamanda qeyd edilməlidir ki, torpaq sahəsinin üzərindəki əmlakın 2022-ci ildə onun qayınatası tərəfindən tikilməsini Mikayıl Quliyev də məhkəmədə şahid kimi ifadə verərək təsdiqləmişdir. Bu isə əmlakın cavabdeh cavabdeh4 məxsus olması, məhz onun tərəfindən tikilməsi faktını istisna edir və əmlakın hüquqdan sui-istifadə nəticəsində onun adına formal olaraq rəsmiləşdirilməsinin bariz nümunəsidir. Hətta hüquqi ünvanı Bakı şəhəri olan MMCnin cavabdeh4 tərəfindən yaradılması da mübahisəli əmlakın onun tərəfindən, onun vəsaiti hesabına tikilməsi anlamını ifadə etmir. Əgər əmlak həqiqətən cavabdeh4 tərəfindən tikilmişdirsə və vahid məqsəd əmlakın sonda onun adına rəsmiləşdirməsindən ibarət olmuşdursa, yəni məhkəmənin qeyd etdiyi kimi vahid iradəyə yönəlmişdirsə, bu halda əmlak üzərindən 1 il yarım keçdikdən sonra, yəni 2023-cü ilin sentyabr ayında deyil, əməliyyatların xronoloji ardıcıllığına uyğun olaraq məhz 2022-ci ildəki cavabdeh3 adına rəsmiləşdiriləndən az sonra çox vaxt keçmədən cavabdeh4 adına rəsmiləşdirilmiş olardı. Hazırki vəziyyət isə onu bir daha göstərir ki, cavabdeh4 sonrakı əqdlərin formal subyektidir. Çünki 2022-ci ildə əmlakın onun adına rəsmiləşdirilməsi üçün heç bir maneə və problem mövcud deyildi. Burada sual yaranır ki, həmin rəsmiləşdirmənin onun öz ata evində olduğu müddətdə, yəni 2023-cü ilin sentyabr ayında baş verməsinin səbəb və məqsədi nə idi? Nəticə eibarilə əmlakın cavabdeh4 adına rəsmiləşdirilməsi onun iradə ifadəsini təşkil etmir və tərəflərin ümumi niyyətindən kənara çıxan gizli yolla edilən saxta əməliyyatdır. Məhkəmə onun ata evində olaraq hadisələrdən xəbərdar olmadığı haldakı şəraitə heç bir hüquqi qiymət verməmişdir. Bununla belə əmlakın 2022-ci ildə onun qayınatası Mikayıl Quliyev tərəfindən tikilməsi faktı da həmin əmlakın yerləşdiyi torpaq sahəsinin 1998-ci ildən onun atasına məxsus olması halını istisna etmir. İşə əlavə edilmiş, onun tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli qəbzdən də göründüyü kimi torpaq vergisi 2025-ci ildə belə onun atası X2 tərəfindən ödənilmişdir. Göründüyü kimi, əmlak iki hissədən, onun atası X2 məxsus olmuş torpaq sahəsindən və həmin torpaq sahəsində 2022-ci ildə onun qayınatası Mikayıl Quliyev tərəfindən tikilmiş qeyri-yaşayış obyektindən ibarətdir. Lakin hər iki daşınmaz əmlak vahid təyinat üçün nəzərdə tutulduğundan daşınmaz əmlakın dövlət reyestrində vahid mürəkkəb əmlak kimi qeydiyyata alınmışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Torpaq sahəsi və onun üzərindəki əmlak vahid əmlak kimi onun atası X2 adına qeydiyyata alınmışdır. X2 da öz növbəsində əmlakı öz qızının ailəsinə bağışlamışdır. Qızı isə öz ailəsinin qorunub saxlanması, etibarlı ailə münasibətlərinin davam etdirilməsi, ailənin birgə təsərrüfatı, gəlir mənbəyi olaraq əmlakı öz ərinin adına bağışlamışdır. Təbii ki, o, əmlakı sonradan ərinin qardaşına bağışnalacağından xəbərdar olsaydı, heç bir bağışlama da etməzdi. O, etibarnaməyə xitam verdiyi anadək, yəni ##.##.2025-ci il tarixədək əmlakın öz ərinin adında olduğundan arxayın olmuşdur. Məhkəmə ##.##.2025-ci il tarixində heç bir səbəb olmadan cavabdehin valideynləri ilə birgə yaşadığı Bakı şəhəri, Yasamal rayonundakı evdən onun ölümlə hədələyərək zorla qovulması, cavabdeh tərəfindən təhqir, söyüş, hədələmə, mənəvi təzyiq, qorxu atmosferi yaradılması, mənəvi təzyiq, qorxu atmosferi yaradılması, qorxudan təlaş içində iki azyaşlı övladları ilə birlikdə Nizami rayonundakı ata evinə gəlməsi, həmin hədə-qorxularla əlaqədar gecə 23 radələrində 102 Xidməti zəng mərkəzinə müraciət etməsi, ##.##.2025-ci il tarixdə isə Nizami Rayon Polis İdarəsinin 25ci Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etməsi, müvafiq araşdırma aparılması, onların izahatının alınması, cavabdehin özünün də onu təhqir etdiyini etiraf etməsi faktlarına, bu halları təsdiq edən ##.##.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara, onun ##.##.2025-ci il tarixdə etibarnaməyə xitam verməsi faktına, hazırda aliment verməmək üçün, bundan yayınmaq üçün uşaqların iradəsi əleyhinə onları tələb etməsi, VÖEN üzrə apardığı əməliyyatları dayandırması, süni şəkildə az maaşlı işə keçməsinə dair hallara ümumiyyətlə heç bir hüquqi qiymət verməmişdir. Anlaşılan odur ki, bağışlamadan imtinanın motivi üçün o, öz əri və ya qayınatası tərəfindən mütləq qaydada döyülüb öldürülməlidir ki, bu məhkəmə üçün motiv olsun. Həmçinin, məhkəmə qanunun tətbiqində səhvə yol verərək onu yanlış təfsir etmiş, mübahisə predmeti olan bağışlanma müqavilələrinin şərtsiz bağlandığını göstərərək, imtina üçün müqavilədə şərtin mövcudluğunun əks olunmasının zəruriliyini vurğulamışdır. Bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, bağışlamaqdan imtinaya əsas verən hallar hədiyyə verənə məlum olduğu gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.3cü maddəsində müəyyən edilmiş bir illik müddətin keçməsi ilə hədiyyə verənin bağışlamaqdan imtina hüququna xitam verilir. Göründüyü kimi, bağışlama müqaviləsindən imtina (və ya onun ləğvi) halları qanunla birbaşa müəyyən edilib və hər hansı şərtin müqavilədə göstərilməsindən asılı deyil. Bu norma imperativ (məcburi) xarakter daşıyır və qanunun özündən irəli gəlir, müqavilədə yazılıb-yazılmamasından asılı olmayaraq tətbiq olunur, yəni müqavilə şərtindən asılı deyildir. Xüsusi olaraq vurğulanmalıdır ki, əmlakın onun ərinin adına keçirilməsi tam şəkildə etibarlı olmaqla onun iradəsini əks etdirir. Lakin sonrakı əməliyyatlar onun iradə ifadəsini təşkil etmir və birbaşa saxta, etibarsız əməliyyatlardır. Bu hadisələrin axarı, əməliyyatların tarixi, şahidin ifadəsi, digər notarial sənədlərlə və məhkəmənin özü tərəfindən həmin bağışlama əməliyyatlarının yalan əqd kimi müəyyən olunması (bax: səh.11, 3-cü abzas) tam təsdiq olunur. Bu mənada məhkəmə əmlakın cavabdeh cavabdeh4 adına keçirilməsi hissəsində əqdlər kompleksini etibarsız hesab etməli, hüquq restitusiya (Mülki Məcəllənin 337.5-ci maddəsi) edilərək, əmlakın onu əri cavabdeh3 adına qaytarılmasını təmin etməli idi. Bununla da onun birgə nikah dövründə əldə olunmuş əmlak kimi mülkiyyət hüquqları bərpa olunmuş olacaqdı və mülki hüquq subyektlərinin bərbərliyi prinsipi təmin edilmiş olacaqdı. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə səlahiyyətin ötürülməsi faktını, onun xəbərsiz olmasını, ifadələrin məzmununu, ailə münaqişəsi fonunda əqdlərin məqsədini, təmsilçinin qadağan olunmuş öz mənfəət davranışını nəzərə almadan qərar qəbul etmişdir. Bu obyektiv araşdırma və sübutlara qiymət vermə tələblərinin pozulmasıdır. Görünür məhkəmə cavabdehin mövqeyindən çıxış edərək onun ifadəsini təhrif olumuş formada əks etdirmişdir. Belə ki, o bildirmişdir ki, “torpaq sahəsi atasına məxsus olmuş, üzərindəki əmlak qayınatası Mikayıl Quliyev tərəfindən tikilmiş və qayınatası ona bildirmişdir ki, əmlak onun ailəsi üçün tikiləcəkdir və etibarnamə əsasında əri cavabdeh3 adına keçiriləcək, əmlakın Nahidin adına keçirilməsindən heç bir zaman xəbəri olmamış, evdə belə bir danışıq söz-söhbət olmamışdır”. Məhkəmənin dəfələrlə ünvanladığı suallar isə mahiyyət etibarı ilə sırf yönləndirici xarakterli, nəqli, təsdiqedici cümlə formasında verilən suallar olmuşdur. Həmin suallara yönləndirici sual olduğundan etiraz etdikdə onun nümayəndəsinə xəbərdarlıq edərək müdaxilə olacağı təqdirdə zaldan çıxaracağını bildirdi. Məhkəmənin onu dinləmədən, ona ittihamçı kimi sualların verilməsi məhz məqsədyönlü şəkildə edilmiş, iddianın rədd olunması istiqamətində cavablar alınması və tələsik protokollaşdırılması, məhkəmənin öz istədiyi cavabları alması, qabaqcadan mövqeyini bildirdiyi hazırki qərarına hüquqi don geydirmək məqsədi daşımışdır. Daha sonra hadisələrin mərkəzində duran, bütün əməliyyatları hüquqdan sui-istifadə edərək həyata keçirən onun qayınatası Mikayıl Quliyevin şahid kimi dindirilməsi zamanı ona sərbəst şəkildə ifadə vermək imkanı tanındı və bütün əməliyyatları edən şəxsə hakim tərəfindən bir sual belə verilmədi. Üstəlik hakim şahidin gətirdiyi, mənbəyi məlum olayan əlyazma dəftərin surətini sübut kimi işə əlavə edilməsini şahiddən xahiş etmişdir. Xüsusi olaraq vurğulayır ki, şahid məhkəmə baxış iclasında dindirilməli olduğu halda, bu məhkəmə hazırlıq iclasında baş tutmuşdur. Nəticədə məhkəmə şahidin ifadəsini əsaslı hesab etmişdir. Hansı ki, onların şahidə verdiyi suallara və şahidin cavablarına ümumiyyətlə hüquqi qiymət verməmişdir. Lakin məhkəmə öz qətnaməsində şahidin hüquqdan suiistifadədən ibarət olan izahatlarına ümumiyyətlə heç bir hüquqi qiymət veməmişdir. Bununla belə məhkəmədə daxili inam formalaşması üçün bildirilmişdir ki, X11 Quliyevin göstərişi ilə eyni şəkildə əmlak məsuliyyətindən yayınmaq üçün ##.##.2023-cü il tarixdə oğlu cavabdeh3 məxsus olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinin satılmasına notarial razılıq vermişdir. Həmin notarial ərizəni işə əlavə etsələr də, məhkəmə cavabdehlərin hüquqdan sui-istifadədən ibarət olan əməllərinə heç bir hüquqi qiymət verməmişdir. Göründüyü kimi, məhkəmə cavabdeh tərəfin saxta əməliyyatlardan ibarət olan uydurma ssenarisinə mötəbərlik donu geydirməklə öz qərarını əsaslandırmağa çalışmışdır. Daha sonra ##.##.2025-ci il, saat 14:20-da təyin edilmiş hazırlıq iclasında hakim qarşı tərəfin vəkilinə “əmlakın cavabdeh cavabdeh4 məxsus olmasına dair sənədləri təqdim edin, məndə iddianı rədd edim” deyə bildirmişdir. Məhkəmə sanki inzibati araşdırma apararaq (məhkəmənin yardım etmə vəzifəsi kimi) qarşı tərəfə hüquqi yardım göstərmişdir. Hansı ki, mülki məhkəmə icraatında məhkəmənin sübut toplamaq kimi bir vəzifəsi təsbit olunmamış, sübutetmə yükü tərəflərin üzərinə düşür. Bununla belə məhkəmə onun öyrədildiyini, bu mənada artıq onda işlə bağlı daxili inam formalaşdığını deyərək öz mövqeyini hələ hazırlıq iclasında bildirmişdir. Nəticədə, məhkəmənin iddianı rədd edəcəyi barədə mövqeyi artıq aşkar bildirilmişdir. Bütün bunlar isə onun ədalətli məhkəmə araşdırması hüququnu kobud şəkildə pozulmasına gətirib çıxaran prosessual hərəkətlərdir. Bu kobud pozuntlarla bağlı hakimə, məhkəmə tərkibinə yazılı etiraz bildirilsə də, əfsuslar olsun ki, təmin olunmamış, məhkəmənin kobud pozuntularla həyata keçirilmiş əsassız mövqeyi dəstəklənmişdir. Ümumiyyətlə, məhkəmə sübutların qiymətləndirilməsi baxımından hüquqi əhəmiyyətli faktlara heç bir qiymət verməyərək, şahidin özünə sərf edən ifadəsini və onun təhrif olunmuş izahatını əsas gətirərək birbaşa cavabdehlərin hüquqdan sui-istifadədən ibarət olan mövqeyinə haqq qazandırmışdır. Cavabdeh (əri cavabdeh3) onu təhqir edərək, onu və uşaqlarının başını kəsəcəyi hədəsi ilə evdən qovmaqla ailə hüquq öhdəliklərini kobud şəkildə pozmuşdur. Bu cinayət işinin rədd olunması barədə ##.##.2025-ci il tarixli qərarla təsdiq və sübut olunur. Bu isə uşaqların və arvadın rifahının təmin olunması öhdəliyinin pozulmasıdır. Bu hallar bağışlama motivini tam aradan qaldırır. Onun xəbəri olmadan 56 illik etibarnamədən istifadə edilərək səlahiyyət naməlum Ziya Qarazadəyə ötürülmüş, ona məlumat verilməmişdir. Təmsilçi Mikayıl Quliyev öz xeyrinə əməliyyat apara bilməyəcəyi üçün (MM 359.3-cü maddəsi), formal olaraq üçüncü şəxsə səlahiyyət ötürüb əməliyyatı pərdələmişdir. Bu tipik yalan (simulyativ) əqd nümunəsidir. Cavabdehin atası Mikayıl Quliyev öz ailəsinin gəlir mənbəsi olan əmlakı öz oğlunun xeyrinə rəsmiləşdirmiş, lakin bu əməliyyatı gizlətmək üçün formal olaraq üçüncü şəxsə səlahiyyət ötürmüşdür. Bu maddənin açıq pozuntusudur. O, səlahiyyət ötürülməsindən xəbərsiz olmuş, notarius tərəfindən onun iradəsinin yoxlanılması aparılmamışdır (Təlimatın 15-ci maddəsi). Bu halda bağışlama müqaviləsi hüquqi nəticə doğura bilməz. Əmlak 2022-ci ildə Azər Quyevin adına keçmişdir, həmin vaxt heç bir problem yox idi. Nahidin adına keçirilməsi isə məhz o, evdən qovulduqdan sonra və gizli qaydada aparılmışdır. Bu əməliyyatın məqsədinin ailə təsərrüfatını qorumaq yox, onun mülkiyyət hüququnu məhdudlaşdırmaq olduğunu göstərir. Nəticə, ##.##.2023-cü il tarixli bağışlama müqaviləsi yalan və əhəmiyyətsiz əqddir. Torpaq 1998-ci ildən Həşim Ağayevə məxsus olmuşdur. Bina onun qayınatası tərəfindən tikilmiş olsa belə, torpaq və tikili vahid mürəkkəb əmlak kimi ##.##.2022-ci ildə onun atasının adına rəsmiləşdirilmişdir. Qanunvericiliyə görə torpaq sahəsi və üzərindəki tikili bir-birindən ayrılmaz tərkib hissələrdir, əqdin hüquqi qüvvəsi onların hamısına şamil edilir. Əmlakın ilkin mülkiyyətçisi Ağayev Həşim olmuş, sonrakı bütün əməliyyatlar onun ailəsinə bağışlama məqsədiylə həyata keçirilmişdir. cavabdeh4 bu əmlak üzərində heç bir sərbəst mülkiyyət iddiası ola bilməzdi. Məhkəmə qətnaməsinin 11-ci səhifəsində açıq şəkildə etiraf etmişdir ki, bağlanmış bağışlama müqavilələri "formal əsaslıdır (yalan əqddir)”. Lakin hakim dərhal sonra qeyd edir ki, iradə ifadəsi nöqteyi-nəzərdən vahid iradə ifadəsinə, doğru nəticəyə yönəlmiş əqdlərdir. Göründüyü kimi, məhkəmə bağışlama müqavilələrini "formal əsaslı" (yalan əqd) adlandırsa da, onlara hüquqi qüvvə vermişdir. Belə ki, hazırkı işdə məhkəmə cavabdeh3lə cavabdeh4 arasındakı ##.##.2023-cü il tarixli bağışlama əqdini yalan əqd hesab etmişdir. Belə olan halda həmin əmlak dərhal cavabdeh4 adından çıxarılmalı və cavabdeh3 adına qaytarılmalıdır. Restitusiyanın mahiyyəti pozulmuş hüquqi vəziyyətin əvvəlki, qanuni halına qaytarılmasıdır. Məhkəmə binanın cavabdeh cavabdeh4 məxsus olması qənaətinə gələrkən, torpağın hüquqi taleyini tamamilə görməzdən gəlmişdir. Belə ki, MM-in 135.4-cü maddəsinə görə torpaq sahəsi və onunla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya (bina, qurğu və s.) vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Cəlilabad RİH-nin ##.##.1998-ci il tarixli sərəncamı ilə 0,045 ha torpaq sahəsi hələ binanın tikintisindən 24 il əvvəl onun atası Həşim Ağayevə ayrılmışdır. MM-in 135.9cu və 135.10-cu maddələrinə görə əşyanın mülkiyyətçisi (Həşim Ağayev) həm də onun bütün tərkib hissələrinin mülkiyyətçisidir və bu hal binanın da hüquqi mənsubiyyətini müəyyən edir. Daşınmaz əmlaka dair ##.##.2022-ci il tarixli çıxarış Həşim Ağayevin adına verildiyi andan etibarən o, torpaq və binadan ibarət vahid mürəkkəb əşyanın mülkiyyətçisi olmuşdur. Həşim Ağayev tərəfindən ona, onun tərəfindən isə əri Azərə edilən bağışlamalar məhz bu vahid mürəkkəb əşyanın hüquqi statusuna söykənmişdir. Məhkəmənin binanı torpaqdan ayıraraq onun mənsubiyyətini vəsait qoyuluşu ilə bağlaması mülki dövriyyənin sabitliyi prinsipini və daşınmaz əmlakın vahidliyi doktrinasını pozur. Cavabdehlərin "əmlak bizə məxsusdur" iddiası yalnız o halda hüquqi qüvvəyə malik ola bilərdi ki, torpaq sahəsi onların adına olardı. Onun atası tərəfindən 2025-ci ildə belə torpaq vergisinin ödənilməsi faktı torpaq üzərindəki sahiblik və mülkiyyət iradəsinin kəsilməzliyini və binanın da bu mülkiyyətin ayrılmaz hissəsi olduğunu sübut və təsdiq edir. Bundan əlavə, MM-in 190-cı maddəsinə görə, əgər daşınar əşyanın (tikinti materiallarının) torpaq sahəsi ilə bağlılıq tərzi onu həmin sahənin tərkib hissəsinə çevirmişsə, torpaq sahəsinin mülkiyyətçisi eyni zamanda həmin əşyanın da mülkiyyətçisi olur. Əgər qayınata Mikayıl Quliyev başqasının torpağında bina tikibsə, o, mülkiyyətçi deyil, ən yaxşı halda podratçı statusundadır. Binanın tikintisinə vəsait qoyulması (investisiya) mülkiyyət hüququ yaratmır, yalnız MM-in 1091-ci maddəsi (əsassız varlanma) üzrə kompensasiya hüququ yarada bilər. MM-in 1091.1-ci maddəsinə (əsassız varlanma) əsasən əgər bir şəxs başqasının hesabına əmlak əldə edibsə, o, yalnız bunun dəyərini qaytarmağa borclu ola bilər, lakin bu, tikili üzərində mülkiyyət hüququnun başqasına keçməsinə əsas vermir. Əgər cavabdehlərin atası Mikayıl Quliyev başqasına (Həşim Ağayevə) məxsus torpaqda bina tikibsə, o, hüquqi baxımdan yalnız bir podratçı və ya vəkalətsiz iş görən şəxs statusundadır. Başqasının torpağında bina tikmək, həmin şəxsə torpağın sahibliyini vermir. Hakim isə qanunun bu imperativ prinsipini pozaraq, torpağı və binanı sanki bir-birindən müstəqil əmlaklar kimi qiymətləndirmişdir və bu da qanunsuzdur. Məhkəmə prosesində şahid Mikayıl Quliyev etiraf etmişdir ki, "birbaşa özü edə bilməyəcəyi üçün" Ziya Qarazadəni işə cəlb edib. MMin 359.3-cü maddəsi təmsilçinin özü barəsində əqd bağlamasını qəti qadağan edir. X25 ötürülməsi yalnız bu qanuni qadağadan yayınmaq məqsədi güdmüşdür və MM-in 560.2-ci maddəsinə görə, bu cür "qanundan yayınma" hüquqdan sui-istifadədir və etibarsızdır. Bu hal eyni zamanda Konstitusiya Məhkəməsinin qərarlarında qeyd olunan hüquqdan suiistifadə və pərdələnmiş əməliyyatdır. Eyni zamanda, qeyd edilməlidir ki, Mikayıl Quliyev səlahiyyəti Ziya Qarazadəyə ötürərkən bu barədə ona (etibarnamə verənə) məlumat verməmişdir. Məhkəmədə şahid qismində ifadə verən şahid Mikayıl Quliyev ona (etibarnamə verənə) məlumat vermədiyini bildirmişdir. MM-in 364.2-ci maddəsinin və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın (bundan sonra -Təlimat) 79-cu maddəsi imperativ olaraq tələb edir ki, səlahiyyəti ötürən şəxs bu barədə dərhal etibarnamə verəni xəbərdar etməlidir. Bu vəzifənin icra edilməməsi nəticəsində onun iradəsi zədələnmiş və o, mülkiyyətindən məhrum edilmişdir. Bu pozuntu əqdin ləğvi üçün müstəqil maddi hüquqi əsas olaraq qəbul edilir. Məhkəmə mübahisəli qətnaməsində 1 (bir) illik kəsici müddətin ötürüldüyünü qeyd edir. MM-in 377.1 -ci maddəyə görə iddia müddəti hüququn pozulmasının məlum olduğu gündən başlayır. MM-in 673.3-cü maddəyə görə 1 (bir) illik müddət imtina əsasının hədiyyə verənə məlum olduğu gündən başlayır. O, 2023cü ildə aparılan gizli əməliyyatlardan yalnız 2025-ci ildə (ailədən qovulduqdan sonra polisə müraciət edərkən) xəbər tutmuşdur. Buna görə də "kəsici müddət" ötürülməmişdir. Bu halda əksini sübut etmə yükü cavabdehin üzərindədir. Cavabdeh onun bu əməliyyatlardan 2023-cü ildə xəbərdar olduğunu sübut etməmişdir. Qətnamənin təsviri hissəsində (səhifə 7, 3-cü abzas) məhkəmə iddianın "əsaslı olması və təmin olunması" qənaətinə gəldiyini qeyd etmişdir. Lakin qətnamənin nəticə hissəsində iddianın rədd edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi ona sərbəst ifadə vermək üçün imkan yaratmamışdır. Belə ki, ##.##.2025-ci il tarixli iclasda hakim ona sərbəst şəkildə izahat verməyə imkan yaratmadan dərhal yönləndirici və nəqli suallar verməyə başlamışdır. Onun "Deyirsiz ki, əmlak atanızın olmayıb, düzdürmü?" kimi suallar cavabı özündə ehtiva edən və tərəfi müəyyən istiqamətə sövq edən suallardır. Bu yanaşma maddi həqiqətin üzə çıxarılmasına deyil, sanki hakimin qabaqcadan formalaşmış mövqeyinin protokola "düzgün cavab" kimi daxil edilməsinə xidmət edir. Hakimin ona ittihamçı tonu ilə suallar verməsi və vəkilin bu yönləndirici suallara etirazını "zaldan çıxarma" hədəsi ilə qarşılaması tərəflərin bərabərliyi prinsipinin kobud şəkildə pozulmasıdır. Hələ hazırlıq iclasında hakimin cavabdehin vəkilinə "sənədləri təqdim edin, mən də iddianı rədd edim" deməsi, hakimin daxili inamının (conviction) qərar çıxarılmazdan əvvəl qərəzli şəkildə formalaşdığını sübut edir. Bundan əlavə, o, məhkəmə verdiyi faktiki izahatında torpağın atasına məxsus olduğunu (1998-ci il sərəncamı ilə), binanın isə ailəvi yaşayış məqsədi ilə tikildiyini bildirmişdir. Məhkəmə isə bu ifadəni "əmlak atasına məxsus olmayıb" şəklində ümumiləşdirərək onun qanuni mülkiyyətçi olan atasının hüquqlarını (torpaq sahibi kimi) heçə saymışdır. Bununla da məhkəmə dürüst izahatını ona qarşı istifadə edərək, cavabdeh tərəfin sübut təqdim etmək vəzifəsini sanki aradan qaldırmışdır. Son olaraq qeyd edir ki, “Cinayət işinin haşlanılmasının rədd edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərarı yalnız cinayət faktını yox, həm də ailə münasibətlərinin mənəvi pozulmasını sübut edir. Bu, Konstitusiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarına əsasən elə bağışlamadan imtina üçün kifayətdir. Polis tərəfindən aparılan araşdırma zamanı cavabdeh3 təhqir faktını etiraf etməsi (MM-in 673.1.1-673.1.2-ci maddələri), bağışlamadan imtina üçün "mənəvi motivin pozulması" faktını hüquqi sənədlə təsdiqləyir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Şükürovun şikayəti üzrə ##.##.2023-cü il tarixli Qərarına əsasən bağışlama müqavilələrində hədiyyə alan şəxs hədiyyə verənə və ya onun yaxın qohumlarına qarşı ailə hüquq münasibətlərindən irəli gələn vəzifələri kobudcasına pozduqda, bu, bağışlamadan imtina üçün hüquqi əsas yaradır. O, qovulduqdan sonra bağışlamadan imtina etmişdir. Məhkəmə isə bu imtinanı mənəvi baxımdan qiymətləndirməmişdir. Bu işdə polisin ##.##.2025-ci il tarixli qərarı bu pozuntunun sübutudur. Hesab edir ki, birinci instansiya məhkəməsi bu hissədə də maddi və prosessual hüquq pozuntularına yol vermişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazların dəlilləri

27. Cavabdeh cavabdeh3 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, təqdim edilmiş şikayət birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün yetərli hüquqi və faktiki əsasları ehtiva etmir. Belə ki, apellyasiya şikayətində irəli sürülən arqumentlər əsasən sübutların yenidən qiymətləndirilməsinə və faktiki hallara fərqli münasibətin formalaşdırılmasına yönəlmişdir. Halbuki, apellyasiya instansiyasının vəzifəsi birinci instansiya məhkəməsinin iş üzrə qanunauyğun və əsaslı qərar qəbul edib-etmədiyini yoxlamaqdan ibarətdir. Apellyasiya şikayətində yeni sübutların birinci instansiya məhkəməsinə təqdim edilməməsinin obyektiv səbəbləri də göstərilməmişdir. Birinci instansiya məhkəməsi iş materialları əsasında əsaslı olaraq müəyyən etmişdir ki, iddiaçı tərəfindən notarial qaydada təsdiq edilmiş razılıq ərizələri mövcuddur, həmin sənədlər qanuni etibarnamə əsasında nümayəndə vasitəsilə təqdim edilmişdir, iddiaçı bu iradənin həqiqi olmadığını təsdiq edən sübutlar təqdim etməmişdir. Apellyasiya şikayətində isə bu nəticələrə münasibət bildirilsə də, yeni və mötəbər sübutlar təqdim edilməmişdir. Yəni bunları iddia edən iddiaçı həmin halları sübut etməlidir, sübutetmə yükü onun üzərindədir, bu yük yerinə yetirilməmişdir. İş üzrə etibarnamənin etibarsızlığı və ya saxtalığı müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi bu məsələyə qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət vermişdir. İddiaçı apellyasiya şikayətində estoppel prinsipi və hüquqdan sui-istifadə ilə bağlı arqumentlər irəli sürmüşdür. Məhz iddiaçı əmlakı ailə motivi ilə könüllü şəkildə ona bağışlamışdır. Bundan sonra o, həmin əmlakı üzərində öz əmlakı kimi sərəncam vermişdir. İddiaçı onun bu hüququnu sonradan onun iradəsinə zidd sayması hüquqi məntiqə və iş materiallarına uyğun gəlmir. İddiaçının hazırda bu iddianı qaldırmasını isə estoppel prinsipinə zidd hərəkət kimi qəbul edir. Bu baxımdan iddiaçının sonradan əvvəlki davranışına zidd mövqe tutması estoppel prinsipinin mahiyyəti ilə uyğunluq təşkil etmir. Yəni iddiaçı özü həmin prinsipin mahiyyətinə zidd olaraq hərəkət edir. Birinci instansiya məhkəməsi bu halları nəzərə alaraq düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində əqdlərin “yalan” və “əhəmiyyətsiz” olması iddia edilsə də, bu hal üçün tələb olunan qarşılıqlı qəsdin mövcudluğu sübuta yetirilməmişdir, yalan əqddən danışılması üçün ilk növbədə, iki ayrı əqd bağlanmış olmalıdır. Bu zaman bir əqd digər əqdi pərdələmək məqsədilə bağlanmalıdır. Bu halda yalan əqddən danışmaq olar. Hazırkı işdə isə belə bir hal yoxdur və yalan əqddən danışıla bilməz. Bundan başqa, əqdin etibarsızlığı üçün əsaslar əqd bağlanarkən mövcud olmalıdır. Sonradan baş vermiş hal isə həmin əqdin etibarlılığına təsir edə bilməz. Həmçinin, əqdlər etibarsız sayılmadığı halda Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən restitusiya tətbiq edilməsi mümkün deyildir. Birinci instansiya məhkəməsi bu baxımdan da düzgün hüquqi mövqe tutmuşdur. Apellyasiya şikayətində məhkəmənin qərəzli olması və proses zamanı pozuntulara yol verilməsi iddia edilsə də, bu iddiaları təsdiq edən hər hansı rəsmi sübut və ya prosessual sənəd təqdim edilməmişdir. Bu səbəbdən həmin iddialar subyektiv xarakter daşıyır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti əsaslı deyil, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, faktiki halları tam və obyektiv araşdırmışdır Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.

28. Cavabdeh cavabdeh4 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsində və apellyasiya şikayətində qeyd olunanlar iddiaçının özünün səsləndirdiyi əsaslarla rədd olunur. Belə olan halda, məhkəmə bu ziddiyətli məqama qiymət verməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia tələbi bu əsaslarla rədd edilmişdir . Lakin iddiaçının adından tərtib olunmuş apellyasiya şikayətində yenədə eyni əsaslara istinad olunması qəbul olunmazdır. Belə ki, iddiaçı bildirir ki, mübahisə predmeti əmlakın faktiki mülkiyyətçisi onun atası olmadığı halda apellyasiya şikayətində həmin əmlakın iddiaçının atasına məxsus olmasına dair dəlillər gətirilməsi iddiaçının mövqeyinə zidd olduğundan şikayətin mümkünlüyünə qiymət verilməlidir. Faktiki olaraq tərtib olunmuş iddia ərizəsi və apellyasiya şikayəti iddiaçının mövqeyi ilə üst-üstə düşmür. 2-ci tələb, yəni onunla cavabdeh3 arasında bağlanılmış ##.##.2023-cü il tarixli, *Ə-*** saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh4 adına ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbi 1-ci tələbə bağlı olduğundan və 1-ci tələb iddiaçının özünün mövqeyi əsasında rədd olunduğundan 2-ci tələbin təmin olunması üçün bütün hüquqi əsaslar aradan qalxmış olur. Bundan başqa 2-ci tələbin qanunvericiliyin tələbinə uyğun olmayan əqdin etibarsızlığına dair iddiaçı tərəfindən belə bir tələbin irəli sürülməsi üçün subyektiv hüququn yaranması əsasları mövcud deyil. İddiaçı tərəfindən ##.##.2025-ci il tarixdə elektron məhkəmə sisteminə yüklədiyi məlumatın 1-ci vərəqi 2-ci abzasında bildirir ki, Quliyev Mikayıl Əsgər oğlu iddiaçıya bildirmişdir ki, əmlak onun ailəsi üçün tikiləcəkdir və etibarnamə əsasında həyat yoldaşı cavabdeh3 adına keçiriləcəkdir. İddiaçı isə həmin niyyətlə, ümidlə (əmlakın öz ailəsinə aid olacağı) qayınatası M.Quliyevə həmin etibarnaməni vermişdir. Bununla faktiki iddia tələbinin əsaslandırılmasının əksinə yeni fikir irəli sürülür. Bununlada mübahisə predmeti olan daşınmaz əmlakın M.Quliyev tərəfindən inşa olunduğu etiraf olunur. ##.##.2025-ci il tarixli məhkəmə iclasında iddiaçı məhkəmədə verdiyi izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 3295,2 kv.m olan qeyri-yaşayış binası atası Həşim Ağayevin adına hüquqlar qeydiyyata alınsa da, faktiki mülkiyyətçisi qayınatası Mikayıl Quliyevdir. Belə ki, qeyd olunan torpaq sahəsi üzərində inşa olunan əmlak Mikayıl Quliyev tərəfindən inşa olunmuşdur. Mübahisə predmeti olan əmlak cavabdeh4 tərəfindən alınmışdır, lakin ilkin hüquqmüəyyənedici sənədlər Həşim Ağayevin adına olduğundan, hüquqlarda ilk olaraq Həşim Ağayevin adına qeydiyyata alınmışdır. Hüquqlar H.Ağayevin adına ##.##.2022-ci il tarixdə qeydə alındıqdan 2 həftə sonra ##.##.2022-ci il tarixdə iddiaçıya bağışlanır və oda hüquqları reyestr xidmətində ##.##.2022-ci il tarixdə qeydiyyata alındıqdan 2 gün sonra öz növbəsində əri cavabdeh3 bağışlayır. Bundan başqa ##.##.2022-ci il tarixdən etibarən qeyri-yaşayış sahəsinin inşa edildiyi torpaq sahəsinə dair *M-*** saylı icarə müqaviləsi cavabdeh3 ilə bağlanmışdır. Bundan başqa, inşa olunmuş qeyri-yaşayış sahəsinin tikintisi zamanı alınmış tikinti materialları, işə cəlb olunmuş şəxslərlə bağlı məhkəmədə verilmiş vəsatət təmin olunmuşdur və 30 nəfər şəxs şahid qismində ifadə vermək üçün məhkəyə gəlmişlər. cavabdeh3 həmin əmlakı real mülkiyyətçisi olan ona bağışlamışdır. Tikilinin əvvəlindən sonuna mübahisə predmeti olan daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlərin rəsmləşdirilməsi ardıcıllığına baxdıqda - torpaq sahəsi icarə müqaviləsinə əsasən H.Ağayevin ##.##.2022-ci il tarixə kimi istifadəsində olub. ##.##.2022-ci il tarixdən həmin torpaq sahəsinə dair icarə müqaviləsi cavabdeh3lə bağlanmışdır. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 3295,2 kv.m olan qeyri-yaşayış binasına hüquqlar ##.##.2022-ci il tarixdə qeydə alınmışdır. ##.##.2022-ci il tarixdə H.Ağayev qeyri-yaşayış sahəsini qızına bağışlayır. ##.##.2022-ci il tarixdə İddiaçı qeyri-yaşayış sahəsinə hüquqları reyestrdə qeydə alınır. ##.##.2022-ci il tarixdə İddiaçı qeyri-yaşayış sahəsinin cavabdeh3 bağışlayır. ##.##.2023-cü il tarixdə qeyri-yaşayış sahəsi cavabdeh3 tərəfindən ona bağışlanır. Daşınmaz əmlaka dair aparılmış bütün əməliyyatlarda olan tarixlərin ardıcıllığı, həmin əmlakın “xxxx” MMC kimi fəaliyyət göstərməsi, qeyri-yaşayış sahəsinin inşasına cəlb edilmiş işçilər, alınmış tikinti materiallarını satan mağazaların əməkdaşlarının, istifadə olunan tikinti texnikalarının sürücülərinin məhkəməyə gələrək bu faktı təsdiq etməyə hazır olmaları bir daha sübut edir ki, mübahisə predmeti olan əmlakın faktiki mülkiyyətçisi odur. Əmlak bağışlanır cavabdeh3, bağışlanmanın əsası kimi ailə rifahı göstərilir. Bunun üçün bağışlanmaya ehtiyac yox idi, əgər ailə rifahı nəzərdə tutulursa əmlakın ərin və ya arvadın adında olması nəyisə dəyişmir. Əmlak cavabdeh3 mülkiyyətindədir və o əmlakı öz qardaşına bağışlamaqda sərbəstdir və bunun üçün qanunvericilikdə heç bir məhdudiyyət yoxdur. Şərti olaraq götürək ki, həmin əmlak cavabdeh3 adında qalıb. Bu iddiaçıya bu əmlakla bağlı hansı hüquqları verə bilər. Belə ki, könüllü bağışlanma işin mübahisəsiz halıdır. Əgər iddianın əsası ilə razılaşsa belə cavabdeh3 ona bağışlanmış əmlaka dair sərbəst iradə ifadəsini bildirə bilər. cavabdeh3 həmin əmlakı qardaşına bağışlamışdır. Bu bağışlanma müqaviləsində iddiaçı İddiaçı tərəf deyil və onun bağışlanmış əmlaka heç bir hüququ olmadığı üçün müqavilənin etibarsızlığı ilə bağlı da subyektiv hüququ yaranmamışdır. cavabdeh3 həmin əmlakı etibarnamə vasitəsi ilə və ya şəxsən özünün bağışlaması bu müqavilənin tərəfləri olan şəxslər tərəfindən mübahisələndirilməsi qanunvericiliklə nəzərdə tutulmuşdur. Apellyasiya şikayətinin dəlillərindən olan iddiaçının evdən getməsindən istifadə olunaraq əmlakın bağışlanması və ya bağışlanmanı 3-cü şəxs vasitəsi edilməsi, tamamilə əsassız bir dəlildir. Belə ki, əmlak Azər Quliyen adındadırsa, onun notariat orqanına gedərək əmlakı bağışlanması üçün heç bir maneə yoxdur və iddiaçının evdə olub-olmamsı bağışlanmanın qarşısını necə ala bilər. Həmçinin, iddiaçının 3-cü şəxsi tanımaması ilə bağlı dəlillərdə əsassızdır. Belə ki, cavabdeh3 əmlakı ona bağışlanmasına dair müqavilənin tərəfi iddiaçı olmadığından və əmlaka hər hansısa hüquqları olmadığından müqavilənin qanuniliyinin şübhə altına alınmasına dair mövqeyi əsassızdır. ##.##.2022-ci il tarixdən etibarən qeyri-yaşayış sahəsinin inşa edildiyi torpaq sahəsinə dair *M-*** saylı icarə müqaviləsi cavabdeh3 ilə bağlanmışdır. Bu müqavilə qeyd olunan torpaq sahəsi üzərində inşa olunmuş əmlaka dair iddiaçının hüquqları heç qeydə belə alınmamışdır. Nə səbəbdən iddiaçı Mikayıl Quliyevə etibarnamə verirdi? Nə səbəbdən etibarnamə 56 il müddətinə verilmişdir? Nə səbəbdən H.Ağayevlə torpaq sahəsinə dair bağlanmış icarə müqaviləsinə xitam verilirdi. Əgər H.Ağayev həmin torpaq sahəsinin üzərindəki əmlakı qızına bağışlayırdısa, torpaq sahəsinə dair bağlanmış icarə müqaviləsinə xitam verilməsinə ehtiyac yox idi. Həmçinin, iddiaçının da daşınmaz əmlakı ərinə bağışlamaq niyyəti torpağa dair H.Ağayevlə bağlanmış icarə müqaviləsinin qüvvədə qalması iddiaçının maraqlarına tam cavab verə bilərdi. Lakin görünən odur ki, ##.##.2022ci ildən etibarən torpaq sahəsinə dair icarə müqaviləsi cavabdeh3lə bağlanılır və bu mübahisənin bütün tərəfləri üçün qəbul olunan haldır . Növbəti ardıcıllıq isə yuxarıda qeyd olunmuşdur. Nə səbəbdən bağışlanma predmeti olan əmlakda inşa olunduqdan sonra ilk gündən etibarən “xxxx” MMC fəaliyyət göstərmişdir. Necə ola bilər ki, iddiaçı bilmirdi ki, ona bağışlanmış əmlakda qayınının təsis etdiyi şirkət fəaliyyət göstərir? Bağışlanmadan imtina üçün subyektiv hüququn yaranması əsası əmlakın iddiaçının mülkiyyətində olması iddiaçı tərəfindən təkzib olunduğundan və əmlakın mülkiyyətçisinin əmlakı ona bağışlamış H.Ağayevin belə olmadığını etiraf etməsi hər iki iddia tələbinin rədd olunması üçün əsas olmuşdur. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmadan, mübahisələndirilən qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

c) Proses iştirakçılarının izahatı

29. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 İlham oğlu apellyasiya şikayətini müdafiə edərək, şikayətin və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisə predmeti olan əmlak iddiaçının ailəsinə bağışlanmış, ailə təsərrüfatına daxil olan ümumi əmlakdır. X1 öz qızının, nəvələrinin etibarlı ailə münasibətlərinə, ailə rifahına etimad göstərərək bağışlamanı etmişdir. Təbii ki, gələcəyi görüb qızının başına gələcəklərini bilsə idi, hər hansı bağışlamadan söhbət belə gedə bilməzdi. Lakin bağışlama ailəyə edilmiş hədiyyə olsa da, əmlakın sonradan cavabdeh4 adına keçməsindən ibarət olan əqd əməliyyatları vahid ümumi niyyətdən kənara çıxan, ərərvadın ümumi əmlak rejimini, ailə təsərrüfatını dağıtmaqdan ibarət olan hərəkətlər olmaqla, hüquqdan sui-istifadədir. Həmin hissədə təmsilçiliklə bağlı qanunun imperativ tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, təmsilçinin öz xeyrinə əqd bağlaması birbaşa qanunla qadağan edilir. Səlahiyyəti ötürən şəxs — bu barədə etibarnamə verənə məlumat verməlidir, əks halda, həmin hərəkətlərin məsuliyyəti səlahiyyəti ötürənin üzərinə düşür. (Mülki Məcəllənin 359.3-cü və 364.2-ci maddəsi). Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə görə əqd təmsilçi vasitəsi ilə bağlana bilər. Həmin maddədə təmsilçi dedikdə həqiqi təmsilçi nəzərdə tutulur. Quliyev Mikayıl həqiqi təmsilçi olmayıb. Bu, aşağıda göstərilənlərlə təsdiq olunur: Birinci, iddiaçının Mikayıl Quliyevin təmsilçiliyinə ehtiyacı olmayıb. Əgər iddiaçının qayını Nihad Quliyevə bağışlama müqaviləsi bağlamaq niyyəti olsaydı, həmin müqaviləni bilavasitə özü bağlaya bilərdi. Təmsilçiliyin həqiqi olub-olmadığı qiymətləndirilərkən ilk növbədə təmsilçi təyin edilməsinə zərurətin olub-olmadığı yoxlanılmalıdır. Etibarnamə üzrə təmsilçi təyin edilməsinə zərurət iki səbəbdən yaranır: birinci, şəxsin başqa şəxsin (məsələn vəkilin) ixtisaslı yardımına ehtiyacı olur; ikinci, şəxsin öz hüquq və vəzifələrini şəxsən həyata keçirməsi qeyri-mümkün və ya çətin olur. İddiaçının Mikayıl Quliyevin ixtisaslı yardımına ehtiyacı olmayıb və ya iddiaçının ilkin bağışlama müqaviləsini şəxsən bağlamasını qeyri-mümkün edən, yaxud çətinləşdirən hallar olmayıb. İkinci, etibar edilmişi etibar etməyə ehtiyac olmayıb. Əgər iddiaçının tanımadığı Ziya Qarazadəyə etibarnamə vermək niyyəti olsaydı, həmin etibarnaməni özü bilavasitə verə bilərdi. Etibar edilmişi etibar etmənin həqiqi olub-olmadığı qiymətləndirilərkən ilk növbədə buna zərurətin olub-olmadığı yoxlanılmalıdır. Mülki Məcəllənin 364.1-ci maddəsində qeyd olunub: “Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər”. İddiaçı tərəfindən qayınatası M.Quliyevə verilmiş etibarnamədə səlahiyyətlərin başqa şəxsə ötürülməsinə icazə verilsə də, səlahiyyətin ötürülməsinə zərurət olmayıb, çünki bağışlama müqaviləsinə razılığı iddiaçının özü də bağlaya bilərdi, habelə iddiaçının mənafelərinin qorunmasını zəruri edən şərait mövcud olmayıb. Beləliklə, bağışlama müqavilələri bağlanarkən formal təmsilçilikdən istifadə olunub. Bununla da Mülki Məcəllənin 359.1-ci maddəsinin göstərişləri pozulub, çünki həmin maddədə əqd təmsilçi vasitəsi ilə bağlana bilər dedikdə həqiqi təmsilçi vasitəsi ilə bağlanması nəzərdə tutulur. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Nəticə etibarı ilə şəxs cavabdehlərin hüquqdan sui-istifadəsinin qurbanına çevrilmiş, öz əmlak payından, mülkiyyətindən məhrum olmuşdur. Mübahisə predmeti olan torpaq üzərində tikili Mikayıl Quliyev tərəfindən tikilib. cavabdeh3 iddiaçını evdən qovub, onu hədələyib. tərəflər yenidən barışsa da iddiaçı əmlakların bağışlanmasından məlumatsız olub. Ailə öhdəliklərinə əməl edilməsi qanunvericilikdən irəli gəlir, bağışlama zamanı belə şərtin qoyulmasına ehtiyac yoxdur.

30. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

31. Məhkəmə iclasında cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 2023-cü ildə iddiaçı evi tərk edən zaman əmlak artıq cavabdeh3 bağışlanmışdı. Sonra onlar barışıblar. Həmin vaxt bağışlamadan imtina edə bilərdi, lakin etməyib. cavabdeh3 və ailəsi ailənin təkrar bir araya gəlməsini istəyib. Qarşı tərəfin ailənin dağılmasına dir arqumenti odur ki, “mənə pis baxırdılar”. Alimentlə bağlı qərar yeni qüvvəyə minib, qətnamə mayda çıxarılıb. 4000 manat aliment borcu olub. Uşaqların bütün xərclərini atası və babası təmin edir. Cavabdeh aliment ödəməkdən imtina etmir. Heç bir ailə öhdəliyi kobud şəkildə pozulmayıb. Mübahisə edilən əmlakın sənədləri Quliyev Mikayıldadır. O həmin torpağı Həşim Ağayevdən pulunu ödəməklə alıb. Həşim Ağayev əmlakı qızına bağışlayanda onun adından nümayəndə kimi Mikayıl Quliyev çıxış edib. Əmlakla bağlı bütün xərcləri cavabdeh4 qarşılayıb, kommersiya fəaliyyəti ilə o məşğul olur, bu səbəbdən əmlak onun adına keçirilib. Ailədə kiçik mübahisə olub. Notarial xərclər səbəbindən 2022-ci ildə əmlak cavabdeh4 adına rəsmiləşdirilməyib. Əmlakın cavabdeh4 verilməsinin iddiaçının evi tərk etməsi vaxtına düşməsi təsadüfdür. Razılıq ərizələrini Mikayıl Quliyev və Ziya Qarazadə verib. Ziya Qarazadə ailənin yaxın adamıdır. İddiaçı İddiaçı onu tanıyır. İddiaçı bütün işlərdən məlumatlı olub. Göstərilənlərin nəzərə alınmasını, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

32. Məhkəmə iclasında cavabdeh cavabdeh4 nümayəndəsi və vəkili nümayəndə3 apellyasiya şikayətini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat vermiş vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı özü məhkəmə iclasında əmlakın atasının olmadığını bildirib. Mikayıl Quliyev orada tikintinin aparılmasına rəhbərlik edib. Əmlakın mülkiyyətçisi cavabdeh4dir. 2021-ci ildə “xxxx” şirkətini o təsis edib. Fevral ayında sənədlər Həşim Ağayevin adına rəsmiləşdirilib, 2 həftə sonra o əmlakı qızına bağışlayıb, 2 həftə sonra da əmlak cavabdeh3 bağışlanıb. cavabdeh3 həmin əmlakı cavabdeh4a iddiaçı evi tərk etmədən öncə və ya sonra bağışlaması heç bir əhəmiyyət kəsb etmir. Torpaqla bağlı Həşim Ağayevlə sadəcə icarə müqaviləsi bağlanıb, başqa bir hüquqmüəyyənedici sənəd olmayıb. 16 fevraldan etibarən icarə müqaviləsi cavabdeh3lə bağlanıb. Torpağa dair ilkin sənəd Həşim Ağayevin adına olub. cavabdeh3 özünə məxsus əmlakı ailə üzvlərinə, yəni arvadına və ya qardaşına bildirmədən istənilən şəxsə bağışlaya bilər. Göstərilənlərin nəzərə alınmasını, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

33. Məhkəmə iclasında cavabdeh cavabdeh4 nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı torpaq üzərində olan əmlakın cavabdehlərin atası tərəfindən tikildiyini etiraf edib. Torpaq sahəsi icarə əsasları ilə 1998-ci ildən iddiaçının istifadəsində olmuşdur. Bağışlama müqavilələri arasında 1 il 6 ay vaxt olmasının səbəbi cavabdeh4 işləri ilə əlaqədar müqavilənin daha tez rəsmiləşdirilməsi mümkün olmaması idi. Göstərilənlərin nəzərə alınmasını, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

34. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər cavabdeh2 və cavabdeh1n * saylı Cəlilabad Ərazi İdarəsi və birinci instansiya məhkəməsi tərəfindən işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

35. Azərbacan Respublikasının Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər; 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz; 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər; 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər; 673.1-ci maddəsinə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə bağışlamaqdan imtina edə bilər; 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” ##.##.2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, MM-in 673-cü maddəsi isə bağışlama müqaviləsinin və ya bağışlama vədinin ləğv edilməsinin MM-in 421-424-cü maddələrində göstərilənlərdən fərqli xüsusi qaydasını və əsaslarını müəyyən edir. Həmin maddənin müddəaları ümumilikdə həm real, həm də konsensual bağışlama müqaviləsindən imtinaya şamil olunur. MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Nəticədə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsi müqavilənin formasından aslı olmayaraq bağışlamaqdan imtinanın və ya bağışlama vədinin ləğvinin və onun icrasından imtinanın hallarını müəyyən edir və belə imtinanın hüquqi nəticələrini tənzimləyir.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsində nəzərdə tutulan “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və həddə əmlak və şəxsi qeyri-əmlak münasibətlərindən irəli gələn vəzifələri ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinin dispozisiyasında əks olunan “kobudcasına pozulduqda” müddəası qiymətləndirmə tələb etdiyindən, məhkəmələr tərəfindən bağışlamaqdan imtina məsələsi həll edilərkən işin hallarından asılı olaraq hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun onun üzərinə qoyulmuş vəzifələrin pozulmasının nədən ibarət olması dəqiq olaraq müəyyən edilməlidir. Bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, bağışlamaqdan imtinaya əsas verən hallar hədiyyə verənə məlum olduğu gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.3-cü maddəsində müəyyən edilmiş bir illik müddətin keçməsi ilə hədiyyə verənin bağışlamaqdan imtina hüququna xitam verilir.

Apellyasiya baxışının hədləri

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

40. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

41. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Hazırki iddia əsassızdır və hər hansı formada (tam və ya qismən) təmin edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiyası məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının ##.##.1998-ci il tarixli, ** nömrəli Sərəncamına əsasən Cəlilabad şəhərinin ** nömrəli məhəlləsindən 0,045 ha torpaq sahəsi kommersiya xidməti məqsədi ilə X2 (iddiaçının atası) direktoru olduğu “Elman-İ.O” müəssisəsinə verilmişdir. 2003-cü ildə həmin torpaq sahəsi icarə müqaviləsi əsasında Cəlilabad rayon İcra Hakimiyyəti tərəfindən “Elman-İ.O” müəssisəsinə icarəyə verilmişdir. Həmin torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binası (hazırda mübahisələndirilən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 3.295,2 kv.m olan qeyriyaşayış binası) ##.##.2022-ci il tarixdə X2 mülkiyyəti kimi qeydiyyata alınmış, ##.##.2022ci il tarixdə isə aralarında bağlanmış bağışlama müqaviləsinə əsasən onun tərəfindən iddiaçıya hədiyyə edilmişdir. Müqaviləni X2 əvəzinə etibarnamə üzrə nümayəndəsi Quliyev Mikayıl Əsgər oğlu (iddiaçının keçmiş qaynatası) imzalamışdır. ##.##.2022-ci il tarixdə aralarında bağlanmış bağışlama müqaviləsinə əsasən isə bu əmlak iddiaçı tərəfindən əri cavabdeh3 hədiyyə edilmişdir. Müqaviləni eyni qaydada iddiaçının əvəzinə (##.##.2022-ci il tarixli verilmiş etibarnaməyə əsasən) etibarnamə üzrə nümayəndə Quliyev Mikayıl Əsgər oğlu imzalamışdır. ##.##.2023-cü il tarixdə isə həmin əmlak cavabdeh3 tərəfindən qardaşı cavabdeh4 hədiyyə edilmişdir. Müqavilə cavabdeh3 əvəzinə etibarnamə üzrə nümayəndə X5 tərəfindən, cavabdeh4 əvəzinə isə Quliyev Mikayıl Əsgər oğlu tərəfindən imzalanmışdır. Qeyd edilən əmlak ##.##.2023-cü il tarixdə Quliyev mikayıl Əsgər oğlunun mülkiyyəti kimi qeydə alınmış və hazırda da onun mülkiyyətində olmaqla ##.##.2026-cı il tarixədək Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASCnin girovundadır.

44. Hazırda iddiaçı apellyasiya şikayətində əmlakın yerləşdiyi torpaq sahəsinin 1998ci ildən onun atasına məxsus olduğunu, həmin torpaq sahəsində 2022-ci ildə onun qayınatası Mikayıl Quliyev tərəfindən qeyri-yaşayış binasının tikildiyini, bu əmlakın ##.##.2022-ci il tarixdə onun atasının adına rəsmiləşdirildiyini, atasının əmlakı öz qızının ailəsinə bağışladığını, onun isə öz növbəsində öz ailəsinin qorunub saxlanması, etibarlı ailə münasibətlərinin davam etdirilməsi, ailənin birgə təsərrüfatı, gəlir mənbəyi olaraq əmlakı öz ərinə bağışladığını, əri tərəfindən əmlakın cavabdeh olan qardaşına bağışlamasından xəbərsiz olmaqla, buna razılıq vermədiyini, əmlakın əri tərəfindən qaynına bağışlanması ilə bağlı onun adından verilmiş razılığın onun iradəsini əks etdirmədiyini, cavabdehlər tərəfindən hüquqdan sui-istifadə halına yol verildiyini, əmlakın cavabdeh4a bağışlanmasını təmin etmək məqsədi ilə Mikayıl Quliyev tərəfindən üçüncü şəxsə, yəni Ziya Qarazadəyə etibarnamə verməklə əmlakın oğluna bağışlanmasına nail olduğunu, bu əqdin yalan əqd olduğunu, əri tərəfindən təhqir edilib, hədələndikdən sonra yaşadıqları evi tərk etməsinin cavabdeh cavabdeh3 tərəfindən ailə hüquq münasibətlərindən irəli gələn vəzifələri kobudcasına pozmasının bağışlamadan imtina üçün əsaslar yaratdığını iddia edir və əmlakın bağışlanması müqaviləsindən imtina olunmasını, cavabdehlər cavabdeh4 ilə cavabdeh3 arasında bağlanılmış ##.##.2023-cü il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini, cavabdeh4 adına verilmiş çıxarışın ləğv edilməsini tələb edir.

45. Cavabdehlər cavabdeh3 və cavabdeh4 iddianı qəbul etmir, iddiaya qarşı verdikləri etirazda əmlakın könüllü şəkildə cavabdeh3 bağışlandığını, sonuncunun isə öz əmlakı üzərində sərəncam verdiyini qeyd edirlər.

46. Məhkəmə kollegiyası ilk növbədə iddia tələbinin “əmlakın bağışlanmasından imtina edilməsi” hissəsində münasibətdə qeyd edir ki, bağışlama institutu mənəvi və əxlaqi dəyərlər zəminində formalaşan münasibətlər əsasında hər hansı bir şəxsin öz maddi əmlak nemətlərini könüllü olaraq başqa şəxsə verməsində ifadə olunur. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama müqaviləsi əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlanma müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Bağışlanma müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir. Bağışlanma müqaviləsinin əvəzsiz olması onda ifadə olunur ki, hədiyyə alan hədiyyənin müqabilində hədiyyə verənin bəhrələnməsinə və ya hər hansı maddi təminat əldə etməsinə yönələn öhdəliklər daşımır və belə öhdəliyin nəzərdə tutulması istisna edilir. Bağışlama ilə hədiyyə alanın əmlakı artır, hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir, hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur, hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. Daşınmaz əşyalar və ya həmin əşyalara hüquqlar, həmçinin rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşyalar bağışlandığı hallarda, müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin müqavilə müvafiq rəsmi reyestrdə qeydə alındıqdan sonra hüquqi qüvvəyə malik olur. Göstərilənlərlə yanaşı, qanunverici bağışlamanın müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini mümkün saymışdır. Həmçinin şərtlər isə hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən ibarət ola bilər.

47. İddiaçı mübahisəli əmlakın atası tərəfindən onların ailəsinə bağışlandığını, bundan sonra isə etibarlı ailə münasibətlərinin davam etdirilməsi, ailənin qorunub saxlanılması, ailənin daha da möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməsi, övladların inkişafı üçün əlverişli şərait yaratması və onların sağlamlığının qayğısına qalması şərti, ümidi, arzusu ilə əmlakı ərinə bağışladığını bildirir. Bununla belə, iddiaçının mövqeyinə əsasən əmlakı bu şərtlə cavabdeh (əri) cavabdeh3 Mikayl oğluna bağışlamışdır ki, cavabdeh bir ailə başçısı kimi öz ailəvi öhdəliklərini həyata keçirsin, ailə münasibətlərinə, dəyərlərinə hörmət etsin, uşaqların rifahına və inkişafına qayğı göstərsin, ailə qorunub saxlanılsın. Lakin cavabdeh tərəfindən döyülmüş, söyülmüş, təhqir olunmuş, onun hədə-qorxuları ilə üzləşmiş və nəticədə aralarında bağlanmış nikah formal xarakter aldığından məhkəmə qaydasında pozulmuşdur. Hazırda da cavabdeh uşaqlarına belə dəstək olmur. Bununla da, cavabdeh ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri onun barəsində kobudcasına pozmuşdur. Bununla da bağışlamadan imtina üçün əsaslar yaranmışdır. O da bu səbəbdən bağışlamadan imtina edir.

48. Belə olan halda, hədiyyə vermiş şəxsin bağışlamaqdan imtinasının əsaslı olubolmaması, yəni bu barədə iradə bəyanının hüquqi nəticə yaradıb-yaratmaması məhkəmə tərəfindən müəyyən olunmalıdır. Bağışlamaqdan imtinanın əsasları Mülki Məcəllənin 673cü maddəsində sadalanmışdır. Onlardan hər hansı birinin mövcudluğuna görə bağışlamaqdan imtina edən tərəf öz iddiasının əsasında dayanan faktiki halların nədən ibarət olduğunu göstərməli və mübahisə halında onları sübut etməlidir. Qeyd olunan normaya görə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Bu əsasla bağışlamaqdan imtinanın qəbul edilməsi üçün ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələrin nədən ibarət olması ailə qanunvericiliyi əsasında dəqiq müəyyənləşdirilməli, həmin vəzifələr üzrə konkret olaraq hansı öhdəliyin yerinə yetirilmədiyi aydınlaşdırılmalı, özü də pozuntunun kobud olduğu qənaətinə gəlinməlidir.

49. O halda nəzərə alınmalıdır ki, bağışlanma müqaviləsində xüsusi olaraq göstərilməsə belə, yuxarıda qeyd olunduğu kimi hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozması hədiyyə verənin bağışlamaqdan imtina etməsi əsaslarından biridir. Bu, hədiyyə alanın müqavilədən deyil, qanundan irəli gələn öhdəliyidir. İddiaçının dəlillərindən aydın olur ki, bağışlanma müqaviləsi əsasında mübahisəli daşınmaz əmlakı əri olmuş cavabdehə bağışlayarkən məqsədi ailənin qorunub saxlanılması, ailə dəyərlərinə hörmət edilməsinin və uşaqların rifahına və inkişafına qayğı göstərilməsinin təmin edilməsi ilə bağlı olmuşdur. Hər hansı əqdin qurucu elementi, əqdin iştirakçılarının niyyəti, hüquq və vəzifələrin yaranmasına, dəyişdirilməsinə və xitamına yönələn iradəsidir. Bu cür iradə ifadəsi onların niyyət və motivindən formalaşır. Niyyət, tərəflərin müqavilə bağlamaqda hansı məqsəd güddüklərini göstərir. Motiv isə, bu niyyəti doğuran daxili səbəblərdir. Bu baxımdan iddiaçının evi arvadına bağışlamasının motivi sırf “ailənin qorunub saxlanılmasına, ailə münasibətlərinin davamlılığının təmin edilməsinə” bağlı olmuşdur. Yəni bu, klassik təmənnasız, başqasının firavanlığını təmin etməyə yönələn, öz şəxsi mənafeyini qurban verməkdən ibarət (altruistik) bağışlama deyil, əksinə ailə birliyinin qorunacağı gözləntisinə əsaslanmış bağışlamadır.

50. Lakin bu mövqedən çıxış etməsinə baxmayaraq, iddiaçı birinci instansiya məhkəməsindəki icraat zamanı iş üzrə ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında məhkəmə verdiyi izahatında torpaq sahəsinin 1998-ci ildə alındığını və atasının adına olduğunu, lakin pulun atası tərəfindən ödənilmədiyini, çünki torpaq sahəsinin atasının adına alınmasına baxmayaraq, üzərində tikilən qeyri-yaşayış sahəsinin atasına deyil, qaynatasına məxsus olduğunu, həmin əmlakdan gəlirlərin qaynatasına gəldiyini, qaynatası isə həm cavabdeh3, həm də cavabdeh4 pul verdiyini, qaynatasına rəsmi işlərin görülməsi üçün etibarnamə verdiyini bildirmişdir. Bununla belə həmin əmlakın iddiaçının əri və ya onların birgə gəlirləri hesabına deyil, qaynatasının vəsaiti hesabına inşa edildiyini şəxsən iddiaçı özü etiraf və təsdiq edir. Bu əmlak iddiaçının adına rəsmiləşdirildikdən sonra isə təxminən 1 ay ərzində (##.##.2022-ci il – ##.##.2022-ci il) iddiaçının atası tərəfindən ona, onun tərəfindən isə ərinə (cavabdehə) bağışlanmışdır. Hər iki müqavilə üzrə hədiyyə verəni (iddiaçının atası və iddiaçının özünü) məhz iddiaçının qaynatası olmuş Quliyev Mikayıl Əsgər oğlu təmsil etmişdir. Bu şəxs ##.##.2023-cü il tarixli bağışlanma müqaviləsi üzrə də hədiyyə alanı (hazırki mülkiyyətçi və cavabdeh cavabdeh4) təmsil etmişdir. İddiaçı da keçmiş qaynatasına etibarnaməni öz iradəsinə əsasən vermişdir.

51. Qeyd edilənlər bu əmlakın iddiaçının atasına məxsus olmadığını, habelə iddiaçı və onun ərinə (bu ailəyə) bağışlanmadığını, həmin iki, habelə ##.##.2023-cü il tarixli bağışlanma müqaviləsinin də məhz bu səbəbdən bağlandığını (nəticə etibarı ilə məhz bu əmlakın həqiqi (faktiki) sahibi olan Quliyev Mikayıl Əsgər oğlunun iradəsinə uyğun olaraq) təsdiq edir.

52. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2024-cü il tarixli qərarına istinadən qeyd edir ki, Mülki Məcəllənin 673.3-cü maddəsinin dispozisiyasında qanunvericinin müəyyən etdiyi bir illik müddətin ötürülməsi ilə bağışlamaqdan imtina hüququnun xitamına səbəb olan müddət kəsici müddət kimi qiymətləndirilməlidir. Həmçinin bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, hədiyyə verən məhz imtinaya əsas verən hallar ona məlum olduğu gündən yalnız bir il ərzində imtina haqqında bildirişi hədiyyə alana göndərə bilər. Bu müddətin bitməsi isə hədiyyə verənin hədiyyə predmetini geri tələb edə bilməməsi ilə nəticələnir.

53. Bu baxımdan imtinaya əsas verən hallar iddiaçıya artıq ##.##.2022-ci il tarixdə, yəni onunla əri cavabdeh3 arasında bağışlanma müqaviləsi bağlanan zaman məlum olmuşdur. Digər tərəfdən tərəflər arasında 2023-cü ilin sentyabr ayında ailə məişət zəminində mübahisə olmuş və həmin vaxt da tərəflər ayrılmışlar. Bu da öz növbəsində imtinaya əsas verən hal kimi qiymətləndirilir. Lakin bu müddət ərzində də iddiaçı bağışlamadan imtina etməmiş, eyni zamanda, qaynatasına verdiyi etibarnaməni də ləğv etdirməmişdir. Halbuki, hər iki hərəkət üçün bütün əsaslar mövcud olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası bağışlamadan imtina ilə bağlı 1 illik kəsici müddətinin ötürülməməsi barədə iddiaçının dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, hüquqi nəticə etibarı ilə iddiaçı tərəfindən bağışlamadan imtina ilə bağlı 1 illik kəsici müddət ötürülmüşdür. Bu halın mövcudluğu da öz növbəsində bu tələbin qeyd edilən əsasla rədd edilməsini şərtləndirir.

54. Məhkəmə kollegiyası iddianın “Nihad Quliyev və cavabdeh3 arasında bağlanmış ##.##.2023-cü il tarxili alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının istinad etdiyi maddi hüquq normalarından və iddia tələbinin dəlillərindən aydın olur ki, iddiaçının tələbi onların arasında həmin tarixdə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlıdır. İş materiallarından da görünür ki, həmin tarixdə Nihad Quliyev və cavabdeh3 arasında daşınmaz əmlakın alqısatqı müqaviləsi deyil, bağışlanma müqaviləsi bağlanmışdır. Müqavilə cavabdeh3 əvəzinə etibarnamə üzrə nümayəndə X5 tərəfindən, cavabdeh4 əvəzinə isə Quliyev Mikayıl Əsgər oğlu tərəfindən imzalanmışdır. Müqavilənin bu qaydada bağlanması qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuşdur.

55. İddiaçı həmin müqavilədən xəbərsiz olduğunu, faktiki olaraq onun razılığının alınmadığını qeyd etsə də, məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir. Belə ki, əmlakın mülkiyyətçisi cavabdeh3 olmuş və o, öz əmlakı üzərində sərəncam verərək, onu qardaşı cavabdeh4a bağışlamışdır.

56. İddiaçı bağışlama zamanı razılıq ərizəsinin də onun həqiqi iradəsini ifadə etmədiyini, Ziya Qarazadənin onların ailə üzvü olmadığını, əqdlərlə bağlı məlumat əldə etdikdən sonra X5 verilmiş etibarnaməyə xitam verdiyini qeyd etmişdir. Qeyd olunmalıdır ki, ##.##.2022-ci il tarixli etibarnaməyə əsasən İddiaçı tərəfindən 58 il müddətinə Quliyev Mikayıl Əsgər oğluna ümumi etibarnamə verilmiş və ##.##.2023-cü il tarixli etibarnaməyə əsasən Quliyev Mikayıl Əsgər oğlu tərəfindən İddiaçı səlahiyyətləri X5 ötürülmüş və iddiaçının əvəzinə onun nümayəndəsi qismində Ziya Qarazadə qeyri-yaşayış binasının bağışlanmasına razılıq vermişdir. Bununla belə, həmin əmlakın bağışlanmasına dair razılıq ərizəsi iddiaçının adından səlahiyyətli nümayəndə tərəfindən təqdim edilmişdir. Halbuki, mövcud vəziyyətdə hüquqi nəticə etibarı ilə iddiaçının ümumiyyətlə bağışlamanın həyata keçirilməsi üçün razılığı tələb olunmurdu.

57. Həmçinin, iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində ##.##.2023-cü il tarixli bağışlama müqaviləsinin yalan əqd olmaqla, əhəmiyyətsiz olduğunu qeyd etsə də, öz mövqeyini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası tərəfindən də mübahisəli bağışlanma müqaviləsinin nəinki iddiaçının istinad etdiyi, ümumiyyətlə mülki qanunvericilikdə müəyyənləşdirilmiş hər hansı şərti pozmaqla bağlanması müəyyən edilmir. Bununla belə, qeyd edilən əqd mülki qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində və onlara uyğun şəkildə bağlanmışdır. Bu da öz növbəsində həmin əqdin nəinki iddiaçının irəli sürdüyü, ümumiyyətlə hər hansı digər əsasla da etibarsız hesab edilməsini hüquqi baxımdan istisna edir.

58. Məhkəmə kollegiyası iddia tələbinin “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması” hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb ilkin tələblərdən törəmə tələblərdir. İddianın ilk hissəsi təmin edilməyindən iddia tələbi bu hissədə də təmin edilə bilməzr.

59. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıların apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar