Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3488/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı İddiaçı, cavabdeh Laçın rayonu *8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru cavabdeh2 və üçüncü şəxs Şərqi Zəngəzur Regional Təhsil Idarəsinin nümayəndəsi Mehdi Məcidlinin iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Laçın rayonu *8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoruna qarşı “işə bərpa barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları *.Iddiaçı İddiaçı cavabdeh Laçın rayonu *8 nömrəli tam orta ümumtəhsil məktəbində riyaziyyat müəllimi vəzifəsində işləyib. 2.Tərəflərin arasındakı əmək müqaviləsinə məktəb direktorunun ##.##.2025-ci il tarixli ** nömrəli əmri ilə xitam verilib. Əmrdə əsas kimi ona istinad olunub ki, iddiaçı təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə ##.##.2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmadan keçməyib. Əmrdə hüquqi əsas kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə istinad olunub. Həmin normaya görə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. 3.Iddiaçının öhdəsində müddətsiz ikinci dərəcəli əlil olan övladı – ##.##.2020-ci il təvəllüdlü Saraxatun Şahverdiyeva var. Ona təyin olunmuş diaqnoz belədir: “Uşaq autizmi kanner sindromu. Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epiletik sindromlar, simptomatik fokal epilepsiya (ayda 4-5 dəfə)”. Məhkəmə icraatı 4.Iddia ərizəsində tələb olunub ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə istinad olunan maddə dəyişdirilsin, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. 5.Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin edilsin, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun, ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin, iddianın qalan hissəsi təmin edilməsin. 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. 7.Məhkəmə iclasında iştirak edən cavabdeh Laçın rayonu *8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru cavabdeh2 və üçüncü şəxs Şərqi Zəngəzur Regional Təhsil Idarəsinin nümayəndəsi Mehdi Məcidli apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. 8.Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmənin mövqeyi 9.Iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsasla xitam verilə bilməz. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin *-ci hissəsinə görə, öhdəsində *8 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 8*-*00 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin əmək müqaviləsinə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsində müəyyən edilmiş əsaslarla xitam verilməsi qadağandır. Həmin qadağa iddiaçının əmək müqaviləsinə şamil olunur, çünki iddiaçının öhdəsində müddətsiz ikinci dərəcəli əlil olan övladı – ##.##.2020-ci il təvəllüdlü Saraxatun Şahverdiyeva var. *0.Beləliklə, məhkəmə Əmək Məcəlləsinin 300-cü madəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsini və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini qət etməklə düzgün nəticəyə gəlib. **.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-3488/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-3488/2026
14.08.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver