Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3503/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ilk iddia üzrə iddiaçı Iddiaçı ilk iddia üzrə cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh Iddiaçı qarşı “mənzilə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə dair (Açar sözlər: apellyasiya şikayəti geri qaytarılmışdır, dövlət rüsumu az ödənilmişdir) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Ilk iddia üzrə iddiaçı Iddiaçı ilk iddia üzrə cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 şəxsi mülkiyyəti olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 14, ev 25-dən istifadə hüquqlarına xitam verilməsini məhkəmədən xahiş etmişdir.
2. Qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh Iddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı cavabdeh2 cavabdeh Iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə köçürülməsi, vəkil xidmətləri üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pulun və 100 (yüz) manat dövlət rüsumunun cavabdeh Iddiaçı tutularaq iddiaçı cavabdeh2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
4. Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin tam ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
Tətbiq edilən hüquq normaları:
5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsində qeyd edilir ki, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə birinci instansiya məhkəməsinə müraciət edilərkən bu qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.
6. Qanunun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir.
7. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
8. Mülki Prosessual Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
9. Mülki Prosessual Məcəllənin 363.1.2-ci madəsində qeyd edilir ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
10. Həmin Məcələnin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən işə apellyasiya qaydasında baxılması qeyri-mümkündür.
12. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat, həmin qanunun 8.6-cı maddəsinə əsasən isə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu qanunun müvafiq olaraq 8.1 və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi həcmində rüsum ödənilməlidir.
13. Qanunun qeyd olunan normasında bəhs olunan “iddianın qiyməti” anlayışı MPM-in 112-ci maddəsində izah edilmiş, habelə müxtəlif tələblər üzrə iddianın qiymətinin müəyyən olunmasının meyarları müəyyən edilmişdir. MPM-in 112.3-cü maddəsinə görə, qarşılıqlı iddia da əsas iddia qaydasında ödənilir.
14. Apellyasiya şikayətindən görünür ki, apellyator qətnaməni həm ilkin iddianın təmin edilən, həm də qarşılıqlı iddianın rədd edilən hissələrində mübahisələndirmişdir.
15. Hazırki işdə hər iki iddia qiymətləndirilməyən olduğundan, cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ödəməli olduğu dövlət rüsumunun məbləği, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2 və 8.6-cı maddələrinin tələblərinə əsasən 50+50=100 manat təşkil etdiyi halda o, cəmi 50 manat məbləğində dövlət rüsumu ödəmişdir.
16. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən apellyasiya qeyri-mümkün hesab edilməlidir.
17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA A L D İ:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli